24 oktyabr 2014, Cümə
Xəzər dənizində üç nəfər itkin düşüb
Pənah Hüseyn: “Müxalifət parlament seçkilərinə birgə gedə bilər”
Mehman Cavadoğlu aktiv jurnalistikaya qayıdır
Erməni Silahlı Qüvvələri cəbhənin Füzuli, Xocavənd, Cəbrayıl rayonları istiqamətində atəşkəsi pozublar
Məşhur futbolçu Dieqo Maradonanın 20 milyon dolları oğurlanıb
Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm İqtisadiyyat Media Reportaj Mədəniyyət Ədəbiyyat Dünya
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə
Səlim Müslümov nöqsanlara yol verən vəzifəli şəxsləri cəzalandırdı
Sülhəddin Əkbər: “Açıq Cəmiyyət Partiyasının rayon təşkilatları bizim partiyaya birləşdirilməyib”
“Qaraçava”, Kötəl”, “Qobu” , “Zoğalat” və “Çay bağça”...
Azərbaycanda qadın olmaq
Musa Yaqub: “Halsızam, gücsüzəm” - Şair xəstəliyinin səbəbini AÇIQLADI
Xoşqədəm Hidayətqızı: “Türkiyədə ərə getməyimlə bağlı yeni AÇIQLAMAM olacaq”
Firudin Cəlilov müalicə üçün yenidən Türkiyəyə gedəcək
Tərcümə Mərkəzi müsabiqə elan etdi
Mehdiabadda qazsız qalan köçkünlər “Azəriqaz”dan kömək istədilər
Bakıda avtobus sürücülərinə yeni vahid geyim və qalstuk paylandı
Putin Poroşenkonu 2015-in sonuna kimi devirmək istəyir
Rəşad Məcidin yuxusu çin çıxıb
Zəlzələdə zərər çəkənlərin külli miqdarda əmlakını ələ keçirən şəxs tutulub
ABŞ-ın siyasi realizmi, yaxud neoimperializmin ekspansiya siyasəti
Litvalı jurnalist Modern.az-ın qonağı oldu – FOTOLAR
Sevinc Fətəliyeva: ”Gənclərin problemləri, dövlət prioritetlərindən biridir”
Azərbaycanda 60 yaşlı qadın özünü 8-ci mərtəbədən atıb
Əli Əhmədov AXCP və Müsavat Partiyası daxilində baş verənlərin səbəbini açıqladı

Xəbərlər arxivi

«

Oktyabr 2014

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

   
 
New Page 2
A A A
Gürcüstandakı azərbaycanlı tələbələr: "Azərbaycanın ayırdığı pullar şəffaf bölünmür"
 03.02.2011, 12:48

Samirə İsmayılova: “Azərbaycan tərəfin ayırdığı pulun necə, hansı kriteriyalara görə verildiyi bilinmir”

Müsahibimiz Gürcüstan Azərbaycanlıları Tələbələri Assosiasiyasının (GATA) sədri Samirə İsmayılovadır. O həm də Gürcüstan Texniki Universitetinin informatika va menecment ixtisasının üçüncü kurs tələbəsidir. Samirə ilə Gürcüstanda təhsil alan azərbaycanlı tələbələrin problemləri, son illər bu sahədə hökumətin gördüyü işlər və s. barədə söhbətləşdik. Əvvəlcə Samirə təşkilatlarının hansı amal uğrunda mübarizə apardığıından, hansı işləri gördüklərindən danışdı.

HƏMYERLİLƏRİMİZ NİYƏ QEYDİYYATI OLMAYAN UNİVERSİTETLƏRİ SEÇİR?

- Gürcüstan Azərbaycanlıları Tələbələri Assosiasiyasını yaratmaqda məqsədiniz soydaşlarımızın gürcü cəmiyyətinə inteqrasiyasını sürətləndirmək idi. Gürcü dilini bilmədən,  təhsil almadan, ölkədəki situasiyadan xəbərsiz olub cəmiyyətə inteqrasiya etmək mümkünsüzdür. 2008-ci ildə Kvemo-Kartli regionundan təxminən 12 nəfər məzun dövlət ali məktəblərinə qəbul olunub. Dmanisi və Bolnisidə yaşayan azərbaycanlılar arasından isə bircə nəfər də dövlət ali məktəblərinə qəbul olunmamışdı. Buna görə də işimizə dövlət ali məktəblərində azərbaycanlı gənclərin sayını artırmaqla başladıq. Düşünürük ki, əgər ali məktəblərdə təhsil alan soydaşlarımızın sayı bu gün 5, sabah 10 nəfər olsa, bu, gələcək ziyalılarımızın sayının çox olması deməkdir. Say artdıqca rəqabət də güclənəcək və  onların içərisindən daha güclüləri ilə daha çox şeylərə nail olmaq mümkün olacaq.

- Vurğuladınız ki, dövlət ali məktəblərinə qəbulun çoxalmasına çalışırsınız. Gürcüstandakı özəl ali məktəblərdə təhsilin keyfiyyəti aşağıdır?

- Xeyr. Hətta bəzi özəl universitetlər təhsilin səviyyəsinə görə daha güclüdür. Söhbət ondan gedir ki, azərbaycanlılar həmin özəl ali məktəbləri deyil, qeydiyyatı olmayan, diplomları dövlət tərəfindən tanınmayan ali məktəbləri seçirlər. Həmin universitetlərin tələbələrinin tərkibinə diqqət yetirsək, görərik ki, əksəriyyəti Gürcüstan və Azərbaycandan olan soydaşlarımızdır. Çünki həmin universitetlərə qəbul imtahansızdır, bu cür ali məktəb rəhbərlərini ancaq və ancaq pul düşündürür.  Sonda isə həmin universitetlərin məzunları diplom əllərində işsiz qalırlar.

“DƏHŞƏTƏ GƏLİRƏM...”

- Soydaşlarımızın sayının dövlət ali məktəblərində artması üçün hansı işləri görürsünüz, hansı layihələri gerçəkləşdirirsiniz?

- 2010-cu ildə üç layihə həyata keçirmişik. İlk azərbaycanlı təşkilatı idik ki, Abituriyentlərin Konstitusiya Mərkəzindən layihə udduq. Layihə çərşivəsində sayt yaratmışıq və abituriyentlər üçün treninqlər keçiririrk. Gürcüstanın Təhsil Nazirliyi də bizi dəstəkləyir və bizimlə əməkdaşlıq edir. Etnik azlıqlarla bağlı yenilik olanda Təhsil Nazirliyi birinci bu barədə məlumatı bizə göndərir və biz bunu Azərbaycan dilinə tərcümə edib yerlərdə məktəb  direktorlarına təqdim edirik. Bundan başqa, Amerikanın Gürcüstandakı səfirliyinin maliyyə dəstəyi ilə “Körpü” təşkilatı ilə birgə layihə həyata keçiririk. Layihə çərçivəsində 100 azərbaycandilli məktəb seçmişik ki, trenerlərimiz həmin məktəblərin 11 və 12-ci sinif şagirdləri ilə görüşür, onlara ali təhsil almaq üçün nə etməli olduqlarını izah edirlər. Ali məktəblərə hansı sənədlər lazımdır, imtahanlar nə vaxt keçirilir, hansı fənlərdən imtahan olacaq, ali məktəblərə qəbulla bağlı neçə proqram var, kimlər hansı proqram üzrə sənəd verə bilərlər və s. kimi lazımi məqamlara aydınlıq gətirir, abituriyentlərin suallarını cavablandırırıq. Onu da deyim ki,  Gürcüstan hökumətinin etnik azlıqlarla bağlı qəbul etdiyi proqramların hamısı gürcü dilində olduğu üçün etnik azlıqlar bunu əldə edə bilmirlər. Demirəm ki, bunda resurs mərkəzləri günahkardır. Elə direktorlar var ki, ya gürcü dilini bilmir, ya da onlarda maraq yoxdur ki, məlumatları şagirdlərə çatdırsınlar. Buna görə də  məktəblərə gedib qayıdandan sonra mobil telefonumu yerə qoya bilmirəm, şagirdlərdən ardıcıl zənglər gəlir. Dəhşətə gəlirəm. Ali məktəblərə qəbulla bağlı o qədər suallar verirlər. Çünki onların bu barədə məlumatları yoxdur, məlumata ehtiyacları böyükdür. Elə şagirdlər var ki, onlara düzgün istiqamət verilmir. Onlar arasında təbliğat aparılır ki, dövlət universitetində oxumağı neynirsiniz, özəl məktəblər yaxşıdır, çünki imtahan vermədən qəbul olunursan, təhsil haqqı da azdır, üstəlik burda oxusan təqaüd də alacaqsan. Nəticədə uşağın gələcəyini sual altında qoyurlar.

MARNEULİ MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ BÖLGÜ ŞƏFFAF APARILMIR

- Azərbaycanın bəzi şirkətləri, həmçinin dövlət orqanları Gürcüstanda təhsil alan tələbələrə təqaüd ayırır. Amma tələbələrlə görüşümüz zamanı onlar təqaüd ayrılarkən ayrı-seçkiliyə yol verildiyini bildirir, təqaüdün bir sıra hallarda tanışçılığa əsasən verildiyini söyləyirlər...

- İlk növbədə Gürcüstan azərbaycanlılarına göstərdikləri diqqətə, qayğıya görə, “SOCAR-Azərbaycan”a, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, həmçinin “Gilan Holding”ə təşəkkür edirik. Onlar bizimçün əllərindən gələni edirlər. Amma Gürcüstanın Marneuli Mədəniyyət Mərkəzində bölgü şəffaf aparılmır. Mən də daxil olmaqla tələbələr məhz bundan narazıyıq.

- Bölgü necə aparılır, hansı kriteriyalara əsasən tələbələrə təqaüd ayrılır?

- Problem ondadır ki, təqaüd alacaq tələbələrin siyahısını hazırlayan Marneuli Mədəniyyət Mərkəzi bunu açıqlamır. Azərabyacanın Gürcüstandakı səfiri ilə görüşdə də bu barədə söhbət etmişik, ona da narazılığımızı bildirmişik. Pulun necə, hansı kriteriyalara görə verildiyi bilinmir. Marneuli Mədəniyyət Mərkəzində siyahı müəyyənləşdirilir və pul siyahıdakı tələbələrin hesabına köçürülür. Şəxsən mən 3 dəfə sözügedən mərkəzə müraciət emişəm. Müraciətimin ardınca mərkəzə gedəndə isə hər dəfə deyiblər ki, sənədlərin itib, bir də müraciət et. Onu da deyim ki, mənim kimi tələbələr çoxdur. Yəni bu boyda Marneuli Mədəniyyət Mərkəzində elə bir sistem yarada bilməyiblər ki, sənədlər itməsin. Biz demirik ki, təqaüd niyə ona, buna verilir, bizə yox. Bizim də təşkilatda təqaüd alanlar va. Amma biz şəffaflıq istəyirik. Azərbaycan tərəfinin bizə ayırdığı pulun şəffaf bölgüsünü istəyiik. Forma müəyyənləşdirsinlər ki, hansı prinsiplərə görə təqaüd verilir və bunu tələbələrə də açıqlasınlar ki, bilək. Bu zaman heç bir tərəf narazı qalmaz. Bizə deyilmişdi ki, dövlət imtahanı verib universitetlərə qəbul olan tələbələrə veriləcək. Amma bizim apardığımız araşdırma nəticəsində bəlli oldu ki, bu təqaüd dövlət universitetində oxumayan, qeydiyyatdan keçən və hətta keçməyən özəl universitetin tələbələrinə də verilir. Abituriyntləri qeydiyyatı olmayan universitetlərdə təhsil almağa şirnikləşdirmək üçün onların təqaüd alacağını bildirirlər. Təəssüflər olsun ki, Kvemo-Kartli regionunda yaşayan soydaşlarımız bilmirlər ki, indi təqaüd alsalar da, belə universitetlərin diplomları Gürcüstan hökuməti tərəfindən tanınmır, yəni bu diplomlarla öz ölkələrində iş tapa bilməyəcəklər.

“QƏZETLƏR VƏZİFƏLƏRİNİ YERİNƏ YETİRMİRLƏR”

- Azərbaycanlı şagirdlərlə görüşürsünüz. Onlar gələcək təhsilləri barədə nə düşünürlər?

- Azərbaycanlı uşaqların əksəriyyəti Azərbaycana getmək və orada Azərbaycan dilində təhsil almağı planlaşdırırlar. Bizim isə məqsədimiz budur ki, həmyerlilərimiz Gürcüstanda qalıb Gürcüstan hökumətinin onlara yaratdığı şəraitdən istifadə edib elə öz vətənlərində ali təhsil alsınlar. Bununla da karyeralarını başqa ölkədə deyil, öz ölkələrində qursunlar.

- Dediniz ki, azərbaycanlı şagirdlər məlumatsızlıqdan əziyyət çəkirlər. Amma Gürcüstanda Azərbaycan dilində çıxan qəzetlər az deyil. Hətta Azərbaycan hökumətinin maliyyələşdirdiyi qəzetlər də var...

- Bəli, qəzetlər var, amma keyfiyyətləri çox aşağıdır. Amma hərə özünü öyməyə çalışır. Qəzetlərdə özlərini öyməyə ayırdıqları enerjini effektiv işlərə ayırsalar, nəticə daha yaxşı olar. O maliyyələr ki, qəzetlərə ayrılır, həmin qəzetlər öz vəzifələrini yerinə yetirmirlər. Yaxud da həmin qəzetlər bu qəzetə ehtiyacı olmayan adamlara paylanır. Onu da deyim ki, Gürcüstanın İTV kanalında da həftədə iki dəfə azərbaycanca xəbərlər verilir. Amma nəzərə alaq ki, soydaşlarımızın burada verilən xəbərləri hər zaman izləmək imkanları olmaya bilər.

“MƏQSƏDİMİZ LİDERLƏR HAZIRLAMAQDIR”

- Gürcüstan hökumətinin etnik azlıqlar üçün reallaşdırdığı “4+1” proqramı qəbul ediləndə də bunu soydaşlarımıza çatdırmaq yəqin ki, o qədər də asan başa gəlməyib...

- Elədir. Bu proqram yeni yarananda məlumat vermək üçün Kvemo-Kartlinin azərbaycanlılar yaşayan bir sıra regionlarına getmişdik. Təsəvvür edin, proqrama əsasən, soydaşlarımız 4 imtahan əvəzinə bircə məntiqdən imtahan verərək hazırlıq kurslarına qəbul olunmaq imkanı əldə edir və 1 il ərzində gürcü dilini öyrənmək şansı qazanırlar. Bu, etnik azlıqlar üçün böyük bir şansdır. Bu proqram öz dəyərini göstərməsə idi, yəni proqrama az uşaq maraq göstərsə idi, bu ildən bu proqramı aradan qaldırıb başqa proqram üzərində işləyəcəkdilər. Buna görə də biz və digər təşkilatlar da çalışdıq ki, azərbaycanlıları proqram barədə məlumatlandıraq ki, sənəd verənlər çox olsun. Təsəvvür edin, əgər 2008-2009-cu illərdə cəmi 25 nəfər tələbə dövlət ali məktəblərinə qəbul olmuşdusa, 2010-cu ildə 178 nəfər bu proqramla hazırlıq kurslarına qəbul oldu. 45 nəfər əsasən gürcü və rus məktəblərini bitirən soydaşlarımız isə gürcülər kimi 4 imtahan verib tələbə adını qazandılar.

-  “4+1” proqramı ilə ali məktəblərin hazırlıq kurslarına daxil olan azərbaycanlı tələbələrlə necə, əməkdaşlıq edirsinizmi?

- Bəli, layihələrimizdən biri ötən il gürcü dili hazırlıq kursuna qəbul olan 178 azərbaycanlı tələbə ilə  bağlıdır. Çalışırıq ki, onlara arxa duraq və şərait yaradaq ki, universitetərdə təhsil almaqdan əlavə, boş vaxtlarını da səmərəli keçirsinlər. Hətta tələbələrin hər imtahandan sonra topladıqları ballarla da maraqlanırıq. Çünki sonda onlardan 30 nəfər imtahanlardan ən yüksək bal yığanları seçib treninq-seminarlar keçəcəyik. Məqsədimiz liderlər hazırlamaqdır. Bir neçə təşkilat 1 ay ərzində onlara kütləvi informasiya vasitələri, insan hüquqları, konstitusiya, demokratiya və digər mövzularda seminarlar keçəcək. Eyni zamanda Gürcüstan parlamentinə, Təhsil Nazirliyinə, Prezident Aparatına, bir sıra muzeylərə ekskursiyalar təşkil edəcəyik. Onları bir sıra ali məktəblərlə də tanış edəcəyik ki, bu il ixtisas və universitet seçimində çətinlik çəkməsinlər. Həmin uşaqları regionlardan gəlib paytaxtda oxuyan gürcü tələbələr, eyni zamanda burda doğulub böyüyən tələbələrlə görüşdürəcəyik. Bu layihə onların gələcək həyatlarında lider olmaq üçün böyük şərait yaradacaq. Bundan sonra hər şeyi daha real görə biləcəklər.

SOYDAŞLARIMIZA DƏRS DEYƏN GÜRCÜ MÜƏLLİMİNİ İŞDƏN AZAD EDİBLƏR

- Ümumiyyətlə, 178 tələbədən neçə faiznin ali məktəblərə qəbul olma şansı var?

- Məncə, 75 faizi keçə biləcək. 

- Ermənilərdə vəziyyət necədir? Onlarda neçə nəfər hazırlıq kursuna daxil ola bilib?

- Ermənilərdən 121 nəfər keçib. Onlar zəifdilər. Azərbaycanlıların qəbul zamanı əldə etdiyi ən aşağı bal demək olar ki, ermənilərin ən yüksək balıdır.  Ermənilərin balı 21-dən, azərbaycanlıların balı isə 25-dən başlayır. Çünki ermənilər çox zəifdilər. Bizdə ən yüksək bal 57, onlarda 32 olub. Sözügüdən proqramla imtahan verən 250 azərbaycanlıdan 178 nəfəri, 170 ermənidən də 121 nəfəri qəbul olunub. Hazırlıq kursunu bitiən azərbaycanlı tələbələrdən 102 nəfər ən yüksək bal toplayanlar imtahan verib ali məktəblərə qəbul olunacaqları təqdirdə Gürcüstan hökuməti hər birinə il ərzində 2250 lari (təxminən 1120 AZN-L.M) ayıracaq.

- Eşitdiyimizə görə, azərbaycanlı tələbələri sıxışdırdığına görə ali məkətəblərdə gürcü dilindən dərs deyən gürcü müəllimi işdən çıxarıblar...

- Bəli. Gürcüstan universitetlərindən birində təhsil alan azərbaycanlı tələbələr bizə müraciət etdilər ki, onlara gürcü dilindən dərs deyən müəllim deyib ki, “Azərbaycanda gürcü məktəbləri yoxdur, niyə görə burda təhsil almaq üçün Gürcüstan hökuməti sizə şərait yaratmalıdır”. Bu da tələbələrə çox pis təsir etmişdi. Biz də Təhsil Nazirliyinə müraciət etdik. Bir həftədən sonra həmin müəllimi universitetdən çıxardılar.

- Ötən ilin aprelində Gürcüstan parlamentində “erməni soyqırımı” məsələsi gündəmə çıxarılacaqdı. Deyəsən, bunun da qarşısı məhz sizin təşkilatın sayəsində alınıb...

- Bizə məlumat bu məsələnin parlamentin iclasına çıxarılmasına bir gün qalmış çatdı. Əmin idik ki, bunu Gürcüstan hökuməti qəbul etməyəcək, amma ermənilərin bu barədə parlamentdə durub çıxış etməsi, yaxud elə bircə kəlmə “erməni soyqırımı” deməsi bəs idi. Elə gürcü deputatlar var ki, onların bu barədə, ümumiyyətlə, məlumatı yoxdur və nəticədə məlumatı olmayan beşcə nəfərə bu, təsir etsə idi, kifayət idi. Buna görə də dərhal parlamenrin sədrinin adına məktub yazdıq və azərbaycanlı deputat Ramin Bayramova da müraciət etdik. Ramin müəllimdən xahiş etdik ki, məktubun parlament sədrinə tez çatmasına kömək etsin. Sağ olsun, bizə kömək etdi və “erməni soyqırımı”nın Gürcüstan parlamentində müzakirə olunması saxlanıldı.


Lalə Musaqızı
Tiflis

 
Oxunub: 6622
Çap variantı
Məktub göndər
Facebook-da paylaş


Şərhlər
Sevgi Osmanov
03-02-2011
Bu Samirə deyilən tələbədən soruşmaq lazımdır ki, onun özü gürcü dilində danışa bilirmi? Və yaxud öz ana dilində danışa bilirmi. O, deputat Ramin Bayramovun qoltuğunun arasına girib, o nə deyirsə, onu da balaca bülbül kimi ötür. Sən kim olasısan ki, lider yetişdirirsən. Sən hansı məktəblərə gedib şagirdlərlə görüşübsən. Müxbir nə üçün məktəblərdə sorğu aparmayıb. Deməli rüşvət yaxşı şeydir. Bir dəfə hansısa tədbirdə Samirə gürcü dilində danışmaq istədi və axıra qədər davam edə bilmədi. İnformatika fakültəsində oxuyan bu qız heç düzəməlli Azərbaycan dilini bilmir.Azərbaycanlıların Mədəniyyət Mərkəzi kimi işləyən təşkilat Gürcüstanda yoxdur. Onların qəzeti də vaxtında çıxır. Ümumi götürsək Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə çap olunan Gürcüstanda çıxan Azərbaycandilli qəzetlər çox fəal və aktual mövzulara toxunurlar. Kaş gənclər də boş-boş danışmaqdansa, öz dərslərini oxuyub, yalan-palan tədbirlərlə camaatın başını qatmayalar. Görəsən, Samirə bir dəfə bu qəzetlərdə məqalə ilə çıxış edibdirmi? Belə olarsa lap yaxşı olar. Amma dili bilməyən bu qızcığaz nə danışa, nə də yaza bilir. O, başqasının dudkası ilə oynayan rəqqasə və diktordur.


Qanli Gol
03-02-2011
GATA - deyilen bir teshkilat eslinde ogurlanib. O onlarin layihesi deyil. GATA ve Korpu deputat Ramin Bayramovun diktesi altinda fealiyyet gosteren teshkilatlardir. Ramin Bayramov ise azerbaycan Respublikasinin Gurcustanda movqeyinin zeiflemesini isteyen shexsdir.


Aqil Mustafaev
06-02-2011
Ay Sevgi deyilen paxıl, Kimin qoltugunun altinda gizlenib, kimin klarnentinin musiqisine oynaya-oynaya yazirsan? Rushvat yaxshi sheydir deyasan? Sanin kimi paxillar milletimizin icinda az olsa milletimizin derdide azalar.Hala ki,sozun duzunu demeye oyrawmamisiniz.Realliqla daniwmaq isteyirsinizsa hamin siyahini uzere cixardin.Biz teqayud almayan,dovlat universitetlerina qabul olan telebelerin na gunahi?Mayar biz azerbaycanli deyilikmi?Xahiw edirik biz telebelerin haqqini yemeyin.Sizi kimi wexsler ucuz qara piarla mewguldur.O ki,qaldi Samira xanimin gurcu dilini bilmesina 2008 ilde umumi Gurcustan uzre kecrilen idtedadli gencler musabiqesinde 1 yeri tutmuwdur.Samira xanimin azerbaycan dilinde daniwmagini ewitmek isteyirsinizse biz Azerbaycanli telebelere kecirdiyi seminar ve treninqlere tewrif buyurub iwtitak edib ve qulaq asa bilersiniz.Samire xanim an azindan bizim,205 nefer dovlet imtahanindan kecmiw,telebelerin lideridir.Siz kimsiniz?!Bizim tewkilat heqiqeten Gurcustanda an guclu ve an taninmiw tewkilatlardan biridir.Siz fexr elemek evezine ve deyilen sozleri arawdirmaq evezine burada pisliklerle mewgulsunuz.Samira xanimin sozleri faktlar uzerinde deyilib ve bu yaxinlarda bizim saytda Samira xanimin azerbaycan mekteblerinde direktor ve wagirdlerle koruwundan ve kecirdiyi seminarlardan fotowekilleri kora bilersiniz. O ki, qaldi Ramin Bayramova biz bir nece defe onunla goruwmuwuk ve bir aserbaycanli deputat kimi bize oz komakliyini esirgamayib. Ramin Bayramov bizim milletimizi parlametda tamsil edir ve talabalari hamiwa dastaklayir.Maraqlaisi odur ki, azerbaycannan dastak kozlamak olar oz deputatlarimizdan kozlamak olmaz?Sizim belanizda ondadir ki,ozunuzun deputatlarinizi pislaya bilirsiniz va onlarla amakdawliq etmayi bacarmirsiniz.Sizler bizim seviyyeye catmaginiza hala cox iller lazimdir.Piwiyin eli ete catmayanda adini illemiw qoyur.Sozu olan kesler bizim ofide tewrif buyura biler.Menasiz seviyyesiz sozlerle xalqin bawini qatmayin.


Nergiz Aliyeva
07-02-2011
Ilk once bunu demek isteyirem ki, Gurcustanda gunu-gunden artan teskilatlar, metbu orqanlari ve s. eslinde bizim xeyirimize isdeyir,amma gelin eylesek seyr edek ve dusunek onlarin arasinda en faydali ve ugurlu layihelere ve islere imza atan hansilardir. Eger obyektiv olaraq baxsaq onlarda biri ve birincisi mehs Azerbaycanlilarn Medeniyyet Merkezidir, bu danilmaz faktdir isteyirsiniz bunu qebul edin isteyirsiniz yox. O ki qaldi Samire xanimiz ittihamina. Men Merkezin metbuat xidmetinin rehberiyem, ve sozugeden meseleni bilire, Azerbaycan dovletinin desteyile ve sponsorluqu ile biz bir nece layiheer heyata keciririk onlardan biri de ele mehz teqaud proqramidir. Bu layihe merkeze aiddir, ve biz layihenin rehberl olaraq siyahi tertib edirik ve hemin siyahi ile bir sira teskilatlara muraciet edirik. Secimin esas kriterialari - telebe universitete umumi test imtahani ile daxil olmalidir, universitet tbiliside olmalidir, ve ozel olmamalidir. Eger siz bizim yeni siyahilarimiza nezer yetirseniz goreceksiniz ki, orada adi olan telebeler hamisi dovlet statuslu universitetlerin telebeleridir, Evveller (2006-2007ci illerde) gurcustanin ali mekteblerinde Tbiliside tehsil alan azerbaycanli telebeler olduqca az idi ona gore de biz mecbur idik ozel universitetlerde de tehsil alanlara teqaud ayiraq, amma bu gunku gunu bu say artir. Onu da qeyd edim ki mehz Medeniyyet Merkezinin Diasporla Is uzre Dovlet komitesinin desteyile reallasdirdigi gurcu dili kurslarinin da neticeleri gorunur. Bu il universitetlere daxil olan telebelerin 80% bu kurslarin mezunlaridir, Bundan basqa AMM-de medeniyyetimizi yuksek seviyyede temsil eden Azerbaycan folklor reqs qrupu Sarvanda var,hansiki defelerce beynelxalq musabigelerde qalib olub ve medallar qazanib. Bundan basqa merkezde hem Gurcustanin hem de Azerbaycanin tarixini ve edebiyyatini genclere tanitmaq ucun kurslar fealiyyet gosterir, buda milliyimizi qorumaq ucun tekandir.Bu bizim islerimiz buyurun sizde oz fealiyyetiniz haqqinda danisin bizde bilek ve muqaise edek! Samire xanim metbu orqanlarada toxunub, Gurcustan azerbaycanlilari ucun cap derc olunan yeterli geder qazet jurnallar var,Azerbaycanlilarin Medeniyyet Merkezi de qazet ve jurnal derc edir, mehz bu metbu orqanlarin neticesinde Gurcustanin azerbaycanli gencleri arasinda jurnalistikaya boyuk maraq oyandi, yeni gelemler meydana cixdi.Bunun neyi pisdir ki? siz dediyiniz hemin o informasiya qitligida aradan qaldirildi. Men bir cox faktlar misal ceke bilerem amma oxucularimizi yormaq istemirem, AMM haqqinda etrafli melumati elde etmek isteyirsiniz se buyurub mene muraciet ede bilersiniz (daha obyektiv olmasi ucun). Amma bunlari qoyaq bir yana menim sualim Gurcustan Telebeler assosiasiyasinin rehberi Samire Ismailovayadir, Samire xanim eger sizin teskilat ve siz sexsen gurcustanin genclerinin problemlerile bu cur yaxindan tanis olursunuz sa ve maraqlanirsiniz sa, onda ne ucun Marneulide kecirilen Gurcustan Azerbaycanli Genclerinin 1 qurultayinda istirak etmemisdiniz ve oz iradlarinizi tribunada bildirmemisdiniz? axi bu Gurcustan Azerbaycali genclerine aid bir tarixi hadise idi.? diqqetinize gore tessekurumu bildirirem ve cavabinizi sebirsizlikle gozdeyirem!


Natavan Memmedova
08-02-2011
Herkesi salamlayiram. Mən Tbilisidə yaşadığıma baxmayaraq Azərbaycanlıların Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə yaxından tanışam, ve destekleyirem. Menim bacımın oglu da merkez tərəfindən təqaüd alirdi, o dovlət universitetində təhsil alirdi. Amma menim bacimin oglunu ne tapşırıqla nədə qoxumluqla o suyahıya daxil etmislər, sadəcə olaraq biz Merkeze müraciətetmisdik ve bacim ogluile təhsil şöbəsinin rəhbəri Mikayil Mustafayev sohbət apardığından sonra qərar verildi ki, onu siyahıya daxil etsin. Ümumilikdə Merkezin islərindən çox raziyiq, onlar nəinki Marneulidə yaşayan azərbaycanlılar üçün fəaliyyət göstərirlər və işlərini reallaşdırırlar. bu hər bir sahəyə aiddir. amma təhsil sahəsində görülən işlər əvəzolunmazdır. Onlar hətta tələbələr üçün xaricdə təhsil proqramı reallaşdırırlar. Ən önəmlisi isə odur ki bütün layihələri pulsuzdur. AMM-yə bu cür ittihamlarin həqiqətəndə bir kökü olmadigini düşünürəm. Gəlin həqiqi iş görənlərə daş atmayaq əksinə dəstəkləyək, və işlərini giymətləndirək.


Turkan Askerova
08-02-2011
Samirə xanim, siz əgər gənclərin gələcəyilə bu cür maraqlanirsiniz sa onda əksinə AMM-kimi təşkilatlara təşəkkür etməlisiniz ki, onlar sizi kimi gənclərə qayğı göstərir. Deyərmisiniz bu günədək hansı qeyri hökümət təşkilatı tələbələrə yardım edirdi,bəli bəli məhz yardım cunki bu proqram mən eşitdiyimə görə tələbələrin bir sira xərclərini ödəmək üçün nəzərdə tutulur. Siz egoistcəsinə ozunuzu və sizinlə hər yerə şikayət edən digər gəncləri dusunməməlisiniz siz mərkəzin 100-dən cox təqaud alan gəncinin əvəzinə sevinməlisiniz. Harada egoizm və shəxsi mənafelərin gudulməsi var orada hec bir inkisafdan soz getmir hele sizn kimi teskilat rehberi ucun bu heç yaraşmazdır. O ki qaldı AMM onu demək istəyirəm ki bu təşkilatdan kaş ki bir necəsi yenə olaydı, bu təşkilatın vasitəsilə bir neçə gənc işə təmin olundu, ozunun qapalı xüsusiyyətlərini birüzə verdi, mən məsələnim məsələn jurnalistikaya maraqim məhz Region press qazetinin gənc gələmlər rublikasından basladı, qazetin redaktoru isə məni kimi gəncləri istiqamətləndirib oyrədirlər. Azərbaycanlıların Mədəniyyət Mərkəzi bir çox gənc üçün məktəbdir. Ümüdvaram ki Samirə xanım nəvaxtsa təqaüd alacaqsiniz, amma calışın siz də təşkilar rəhbəri kimi bir iki trening kecməklə kifayyətlənməyin irəliləyin. Və digər təşkilatlara dusməndək baxmaq əvəzinə əməkdaslıq edin bərkə nəsə faydası ola. Həmdə hamimiz azərbaycanlıyıq və bununla fəxr etməliyik!


ali aliev
09-02-2011
salam Azerbaycanlilarin duzelmesi mumkun deyil Ruslar Azerbaycanlilara ele boyuk bir zerbe vurulub ki duzelmesi ucun en azindan 20-30 il lazimdir.buda yetmiyerek azerbaycanlilar ozleri-ozlerine boyuk zerbe vururlar.azerbaycanlilarin 50-60%de shexsiyyet,medeniyyet,insanliq yoxdur.soz rushvete geldikde rushvet Azerbaycanlilarin qanina kechib ozeliklede kohne sovet hokmetinin erazisinde yashayan azerbaycanlilarin.soz Gurcustandaki azerbaycanlilarin medeniyyet merkezine geldikde,medeniyyet merkezinde bir ish duzeltmek ve yaxud melumat almaq ucun mutleq adamin olmasi lazimdir,mutleq meni flankes gonderib demek lazimdir onda sene hele bir demli cayda vererler,amma demesen seni gonderen kimse olmasa sen orda illerden gozdemeli olarsan.bu tek burda deyil butun Azerbaycanlilarin yashadigi bolgelerde beledir.bunu duzeltmek genc Azerbaycanlilarin elindedir.Samire savadli qizdir o mecburen onlarin dedikleri ile gedir cunki o bunu basha dushurki eger onlarin dediklerinin eksine getse onu oyundan cixardarlar buna gorede mecburdur,amma bu bele getse samirede onlar kimi olar bir nece il sonra.onlar coxdur samire ise tekdir.mence samireni qinamayin. samireni danishdiginizdan kohne rushvetxor shexsiyetsiz vezife bashida olan qurtlarla savashin.burdan seslenirem butun Azerbaycan genclerine haqqli olamaq eshden yenilmish kimi gorunsede hemeshe haqqlilar yener.her kese kimsenin haqqini yememeye cagriram.hemeshe haqqlilarin terefinde olun.teshekurler!


Suleyman Geregov
09-02-2011
sevgi osmanova ve onun hemfikirlerine deyirem. siz hec Samire Ismayilova ile sohbet etmisiz? onun kecirdiyi treninglerde istirak etmisiniz ki bele haqsiz ve yersiz gunahlandirmalar ve serhler ireli surursuz? beli cavan ola biler,telebede... amma butun bunlarin onun gorduyu islerle ne elaqesi var ki?axi agil yasda deyil. onun gorduyu islerden ornek almaq evezine, bizim ozunu boyuk sayanlarimiz,hele bir ehtirazda edirler..teskilatinizmi var? cixin otaginizdan gorek, bir is edin gorek. GATA oz isini deqiqlikle yerine yetirir.teskilad telebeler ucun deyilmi, onun nece islediyini telebelerden sorusun. tebii ki bir kunce yigisib teskikad barede fikir soylemek daha asantdir.Men bele insanlari zeif adlandiriram.soz danisdiginiza is gorun! bu nedir?usaq kimi soz atmaq...GATA hal hazirda telebeleri istedikleri imformasia ve diger teleblerle temin edir ve cox memnunam. hetda melteblerde lecirdikleri treninglerde istirak etmisem,gormusem ki sagirtler nece tehsil haqda imformasia almaq isteyir. bes siz ey GATA beyenmeyen teskilatlar, bes siz hardasiz,marneuli kentlerinde oxuyan usaqlar sizden almali deyilmi bu imformasiani? Bir sozle siz oz isinizi gore bilmirsiz ve basqalarina da mene olmaga calisirsiz. Siz sadece bele bir gencin bu geder ehemietli isler gormesini qisqanirsiniz.Hem deyirsiz telebelere imkan yaradaq,hemde ireli cixani baxillayirsiz.Bes biz Azeri telebeler necde inteqrasia edeceyik? Ozmuzun Azerilerin qolumuzdan qaldirmasi gereken zaman, eksine komet edenleride baxillayanda, nece irelleyeceyik? Bizim dusmanimiz ele ozumuzunkulerdir. Baxilliq etmekdense, ornek alin.


Nergiz Aliyeva
09-02-2011
Əli Əliyev adli şexsə- Siz heç Mədəniyyət Mərkəzində olub hər hansi mövzu ilə bizə müraciət edibsinizmi? hansı məsələni AMM tapşırıqla düzəldib. Mən bunu demək istəməzdim amma məcburam- Samirənin özü bir neçə yüksək vəzifəli şəxsə AMM-ə zəng vurdurub özünü tapşırtmışdı-bəs onda nə üçün bu tapşırıqlar əsasında Samirə almadı təqaüdü? nə üçün Samirə xanımın özü mənim yuxarıda verdiyim suallara cavab vermir? nə üçün biz dəstək əlimizi uzadan zamanlar Samirə xanım qalmaqal axtarırdı? nə üçünlər çoxdur amma nədənsə cavablandırmağa qorxur. O ki qaldı Samirənin işlərinə biz hər bir azərbaycanlı gənci üçün görülən işlərə sevinmişik və dəstəkləmişik, amma etraf edək ki AMM samballı bir təşkilatdır- və bu cur qalmaqalara qarışmayıb hec vaxt. Bizim işlərimizlə tanış lmaq istəyirsiniz sə buyurun mediayi izləyin məsələn-regionmedia.net saytina daxil olun və orada məlumati toplayin, və ya AMM gəlin biz hər birinizi gorməyə şad olarııq. Ezizim Suleyman bəy! Çox gözəl işlərdir mən sizinlə razıyam bəs ozgə nə edim GATA? tələbələrə GATA nə üçün təqaüd vermir? nə üçün abiturientlərə xaricdə təhsil alma imkanı yaratmır? nə üçün mətbu orqanı dərc etmir? nə üçün QHTlə əməkdaşlıq aparmır, nə üçün hərkəsə agresiv yanasır? nə üçün yuxaridakı məqalədə öz işləri haqqında danışmır AMM ittiham edir? nə üçün həmin ittihamı obyektiv şəkildə bildirmir? nə üçün özü bu cur fikir mübadiləsində iştirak etmir? nə üçünlər hədsiz dərəcədə çoxdur


Nergiz Aliyeva
09-02-2011
Mən şəxsən samirə ilə həmsöhbət olmuşam və dostluq əlaqəm də olub, çox xoş münasibətlərimiz olub hətta AMMlə birgə işləmək üçün də təklifi olub! bizdə məmnuniyyətlə qəbul etmisik! lakin Sairənin bir iki insanla əlaqə qurandan sonra tam dəyişdi. Mənim Sualım var nə üçün GATA əvvəlki üzvləri ondan üz çevirdilər?


Turkan Askerova
09-02-2011
Suleyman muellim duz deyirsen biz paxilligla hec bir yere getmerik niye palliyirsiniz Azerbaycanlilarin Medeniyyet Merkezinin işlərini? axı olar yetərincə işlər görürlər biz gənclər üçün.GATA hələ cox örnəklər götürməlidir AMMdən görürəm bir neçə söz öyrəniblər mərkəzdən amma çalışın biraz öz ideyalarınızlada işləyin Onların məqsədləri də elə mərkəzinkilə eynidir. birazda işləyin da


ali aliev
10-02-2011
Nərgiz xanima.bəli mən bir iş üçün getmişdim Mədəniyyet mərkəzinə amma her şey dediyim kimi oldu men bir neçe gün getdim gəldim mədəniyyət mərkəzinə ən son dedim məni flankəs gondərib(adı lazım deyil)o zaman məni kabinetinə dəvət etdi və işimlə maraqlandı.


Nergiz Aliyeva
10-02-2011
bu bir tesaduf ola biler, ikincisi de bize muraciet edenlerin meselelerin movzusuna aid sobelerimize yollayirig her oda size yardim edir.onun ucunde sobeler movcuddur bu her yerde bu cur olmalidir.


Natiq
10-02-2011
Daha nə istəyirsən iki göz, biri əyri, biri düz!


ali aliev
11-02-2011
Bilmirəm nərgiz xanım bəlkə indi eledir şöbələrinizə göndərirsiz,amma mən getdiyim vaxt ele oldu tesadüf falan da deyildi.çünki başqalarıda ele edirdi.boşu boşuna mədəniyyət mərkəzinin əl-üzünü yümə.


Nergiz Aliyeva
13-02-2011
Ezizim burada hec bir teskilatin uzunu yume meqsedim yoxdur sadece biraz obyektivlik axtarmanizi rica edirem, shexsi munasibetleriinizi bir yana qoyub AMM gorduyu isleri izleyib faydasini derk etmenizi.


ali aliev
13-02-2011
Nergiz xanim sizi yaxshi basha dushurem siz sadece gorunen terefini gorursuz,birde gorunmeyen terefi var bu ishlerin derinden mushahide etseniz gorersiniz.men sadece ozumun shexsi ishlerimi dushunmurem butun xalqi dushnurem,xalqimin haqqini dushunurem.teshekurler


Nergiz Aliyeva
15-02-2011
Inanin ki AMM de xalqi dusunur ve xalq ucun isleyir bunu derk etmek ve inanmaq zor ola biler amma fatdir.Saqolun


ali aliev
27-02-2011
Nergiz xanim hansi fakitdan danishirsan.yaxshi meni qoyaq qiraga diyeki men medeniyyet merkezine getdiyimde tesadufen olmushdur. menim dostum bir oglan var 8 dil bilir diller unveristetini bitirib.Q.pashayeva Gurcustan Azerbaycanlilari ile gorushende menim dostumda getmishdir ve orada Q.pashayeva sorushur kimin ne ehtiyaci var ve menim dostumda deyir meni ish axtariram ele bunu dememish sizin xalq sever rehberiniz
ayaqa qalxaraq he men bu oglani taniyiram ve biz bunun ishi ile meshqulam deyir(yalandan hasbuki tanimir)ve belelikle bu defede Q.pashayevi yola verir.her defe Azerbaycandan gelen adamlara her shey yaxshdir,bir problem yoxdur deyir(Azerbaycandan gelenlerede bu lazimdir)hansi xalqi dushunurler adini qoyublar teqayut veririk bir ay verirler 3 ayda vermirler.bunlardi xalqi dushunen,bunlardi xalqin qaygisina qalan?Nergiz xanim bezi adamlarin guler uzu sizi aldatmasin.mende inanmaga calishram teshekur edirem.


Nargiz Aliyeva
28-02-2011
Men bilmirem siz hansi oqlandan danisirsiniz ona gore hecne deye bilmerem amma siz niye bele eminsiniz ki Fazil bey onu tanimirdi? neise bu sohbet cox uzandi vaxt geler her sey oz yerini tutar amma fakt fakt olaraq qalir AMM fealiyyetini ugurla davam etdirir da reklam namine calismir saqolun.


ali aliev
28-02-2011
fakt odur ki tanimir.vaxt gelene qederde biz heyatda olmariq sende sagol.amma bir soz deyim ozunuz ozunuzu aldadirsiniz


Nergiz Aliyeva
01-03-2011
nece isteyirsiniz dusunun amma tarix calisanlari ve millet ucun isleyenleri sevir


ali aliev
02-03-2011
millet baxer kim sevir


ELGUN ELIYEV
02-04-2011
gata-dan baska umumiyetle demek olarki genclerle ve telebelerle maraqlanan hec bir teskilat yoxdur.qaldiki medeniyet merkezine onlar oz menafeylerinden baska hec ne ilie maraqlanmirlar.samire xanima geldikde ise o oz ana dilini ve gurcu dilini burda bos bos dansanlardan ela bilir buna heckesin supese yoxdur.ve hemise rusvet yeyenler burada bulbul kimi otur.


Dərviş
20-04-2011
GATA GATA Deyirsiniz, ancaq nə isə Marneuli şəhərində bu GATA-nın heç gördüyü işlər barədə danışılmır, qaldı ki, deyirsiniz A.M.M tələbələr üçün təqaüdləri şəffaf bölmür. Siz hələ tələbələrə təqaüd programını hazırlayın və şəffaf bölün ondan sonra A.M.M-ilə təqaüd layihəsinin şəffaflığından söhbət edərsiniz. O ki, deyirsiniz GATA tələbələr üçün traininglər keçirir, öncəliklə keçirməsi gərəkən traininglərdən biri də sizin mövqeyinizdəki insanlar üçün nəinki “Gürcü dili kursları“ hətta öz ANA dilini unudanlar üçün “Azərbaycan dili kursları“-dır. Gördüyümüz kimi sizi dəstəkləyənlərin ANA dilindəki ifadələri çox acınacaqlı vəziyyətdədir.
Bu arada onu da qeyd edim ki, Nərgiz xanım AMM-nin gördüyü fəaliyyətlərdən birini də yaddan çıxardıb, bu Layihə "Azərbaycanlı tələbələr üçün Gürcü dili kursları"-dır, hansı ki, biz, tələbələrin işinə çox yaradı və yaramaqdadır. Bildiyim qədər kurslar nəinki Marneuli rayonunda, hətta Region üzrə həyata keçirilir.

Bəs bu zamana qədər bizim 500 minlik Gürcüstanda yaşayan azərbaycanlı əhalisinin mədəniyyətinin təbliği nə vəziyyətdə idi ???
Bu günləri sevindirici haldır ki, hər yerdən “Azərbaycanlıların Mədəniyyət Mərkəzi”-ndəki rəqs ansamblının uğurlu sədalarını eşidirik.
İndiyə qədər bizim mədəniyyətimizdən buralarda xəbəri olan vardımı ??? Hələ mən geridən-geriyə onların bu işlərini görürəm, inanıram ki, görmədiklərimiz də çoxdur. Özüdə ki, əgər onlar bu işləri görürlərsə, onlara sadəcə təşəkkür düşər. Görək özümüz millətimiz üçün indiyə qədər nə etmişik ??? o yazıqları daşa-yalamaya tuturuq. Bir birimizi yeməkdən sada bir birimizə dəstək olsaq daha faydalı olar. Elə bizim bədbəxtçiliyimiz oradadır ki, özümüzün əlimizdən bir şey gəlməyəndə iş görənlərə badalaq qururuq... Acı da olsa, etiraf etməyə məcburam ki, təəssüflər olsun ki, bu xüsusiyyət bəzilərimizim qanında var.
Hələlik bizim ATA misalını Samirəyə məsləhətim edərdim: “Əvvəlcə arxı hoppan, ondan sonra HOP de!!!”... Sənin Borçalıda ad qazanmış Ziyalılarımızla “qaşqa-qaşqaya“ dayanmağına hələ çox var. O da, hələ “Ya qismət!“...


Lionardo di ser Piero da Vinci
20-04-2011
ELGÜN ƏLİYEV, sənə bir sual verim: Sən heç AMM-də olmusanmı ? birdə deyirsən ki, demək olar ki, gənclərlə və tələbələrlə maraqlanan heç bir təşkilat yoxdur ? GATA-nin sizinlə maraqlandığı oradan bəllidir ki, heç qramatiki yazı qaydasını da bilmirsən...


Elvin Masimov
12-05-2011
Menim fikrimce GATA teskilati genclerin qaygisina yeterince qalir.Hetda bu yaxinlarda gencler ucun pulsuz hazirlik kursuda acilib,bu bizim ucun cox faydalidi ve tesilmize musbet tesir gosterir.


ali aliev
20-05-2011
salam mence hamsida boshdur her kes oz yolunda, oz mesleyinde 1ci olarsa hecneye ehtiyac qalmaz.hec merkeze,hec bir teshkilata


intiqam
31-07-2011
gurcustanin marneuli rayonunda gurcustan heyder eliyev adina universitet var bu barede melumat nece oyrene bilerem.azerbaycanda taninirmi bu universitet


sevinc allahverdiyeva
30-08-2011
Salam,bir sualim var,Her hansi bir melumati olanlardan mene cavab yazmasini cox xahis edirem.Men Marneuli rayonunda fealiyyet gosteren Gurcustan texniki universitetine sened vermisdim,imtahanla qebul olmasam da derslerde feal istirak edirdim ve imtahanlardan hemise ozum kecirdim.demek olar ki,universitetin rus bolmesinin en yaxsi oxuyan telebelerinden idim. 2007-ci ilde diplom almisam,ancaq internette bu universitet haqqinda hec bir melumat elde ede bilmirem.Bu universitet halhazirda Tibiliside var,ancaq diplomdaki atributla Universitetin atributu uygun gelmir.Ve ustelik attestatim da universitetdedir.Bilmek isteyirem ki,men neyleye bilerem.Cixis yolum nededir?Her hansi bir melumat verseniz,cox sevinerem.


Elshan Valiyev
09-09-2011
AMM gözəl işlər görmək istəyir ancaq başındakılar tryopkadi.
Galin bir birmizi əzmiyək,bir birmizə kömək edək.,Qardaban mənim, Marnol sənin yox belə olacaqsa hec vaxt birlik olmayacaq,
elə düşmənlər bunu istəyir başa düşən yox.Ayılmaq vaxtıdı.


kifayet babayeva
08-03-2012
''Samire xanim'', bilmirem neden amma mene ele gelir ki, sizin ozunuz de cox gozel bilirsiz ki, AMM telebeler ucun cox boyuk isler gorub sadece olaraq siz bir nov bele deyek de, ozunuzu reklam etmek isteyirsiniz. Ele deyil? O da ki alinmadi reis teessufler. Ne ise birde onu demek isteyirem ki, goznuze taxdiginiz eyneyi cixarib normal gozle baxin ola biler eyneyiniz heqiqeti gormeye mane olur


no name
30-05-2012
kifayet xanima:amm telebeler ucun hansi ishleri gorub deye bilersiz? shexsen men 5 defe muraciyet etmishem amm-ya.ancaq ne fayda..TDU de oxuyuram teqaud almiram.men basha dushmurem ki teqaud almaq ucun nece telebe olmaq lazimdi? yadaki amm da ishleyen tanish olmalidi..


SENSOR
30-10-2012
Evvela men durusluyu ve haq-huququ sevirem . Diqqetinize catdirim..! Size bir meslehet vermek isterdim amma kimese meslehet vermeyi yoxda kimdense mesehet almagi xoshlayiram..> diyim bunu bilin..! Evvela size bir atalar sozunu xatirlatmaq isterdim..>" Koku olmayan agac ucar derler" bu atalar sozunu demekde meqsedim bu dur ki her hansi, ister Teshkilat olsun...! Ister her hansi bir siyasi qurum olsu , Oz himi> (koku) olmasa o teshkilat (qrum) ister istemez oz fealigini itrecek...! Size Sualim var ...!!! >>> Deyek ki, GATA guclu bir teshkilat ...(teshkilat) idi...! Sualima cavab verin (Hal hazirda GATA - deyilen teshkilat niye susdu? O ki, guclu idi...! Buna Sebeb Nedir ? Cavabi gozleyirem...!!!


Nia
21-03-2013
salam bes ne ucun Bakidan gelen Azeribaycanlilara teqaud verilmir?


Gio
19-04-2013
Salam. ehhhhh bizim milet yalniz bele ola biler. yalniz ozumuz ozumuzu pisleye muzakire ede bilirk. qaldiki rushvet meselesine bu danilmaz gerchekdir. tibbi nezeriyyede insan qaninin terkibinde 30 kampanent var amma biz Azerilerin ekseriyetinin qanina rushvet elave kampoanent kimi gire bilib. bunuda kimse ayira bilme bu esirler boyu bele olub qiyamete kimide bele gedecek. gelin hechkimi muzakire etmeyek chunki bu mikletin yaxshisida bimdi piside.


fariz
06-10-2013
men yalniz bunu deyim gurcusdandaki azerbaycanlilar gurcu milletinden asilidir ve bunuda bildirimki burada tehsil cox zeifdir men hal hazirda orta mektebde oxuyuram ele gun olurki derslerimizin coxu bos keci burdaki azerbaycanlilarin axirini yaxsi gozlemirem
7777777777


Aylin
16-06-2014
Azerbaycan oz telebelerine teqaud verir ki basqa olkelerde versin


Sevda
08-08-2014
Vahiş edirəm Ksanidə yerləşən Ukrayna Avropa Universitetinin qeydiyyatı var?Oranın diplomu respublikada tanınır?


Taravat
08-08-2014
xahiş edirəm Ukraynanın Avropa Universitetihaqqında nə bilirsiniz ?Oranın diplomu tanınır?






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 




 
Son xəbərlər
24.10.2014, 13:25
 Xəzər dənizində üç nəfər itkin düşüb
24.10.2014, 13:18
 Səlim Müslümov nöqsanlara yol verən vəzifəli şəxsləri cəzalandırdı
24.10.2014, 13:01
 Sülhəddin Əkbər: “Açıq Cəmiyyət Partiyasının rayon təşkilatları bizim partiyaya birləşdirilməyib”
24.10.2014, 13:00
 “Qaraçava”, Kötəl”, “Qobu” , “Zoğalat” və “Çay bağça”...
24.10.2014, 12:56
 Azərbaycanda qadın olmaq
24.10.2014, 12:46
 Musa Yaqub: “Halsızam, gücsüzəm” - Şair xəstəliyinin səbəbini AÇIQLADI
24.10.2014, 12:42
 Laçından yeni görüntülər yayıldı - VİDEO
24.10.2014, 12:31
 Xoşqədəm Hidayətqızı: “Türkiyədə ərə getməyimlə bağlı yeni AÇIQLAMAM olacaq”
24.10.2014, 12:19
 Firudin Cəlilov müalicə üçün yenidən Türkiyəyə gedəcək
24.10.2014, 12:17
 “Avtobuslarda gedişhaqqı artmalıdır”: Nəqliyyat Nazirliyinin Tarif Şurasından istəyi
24.10.2014, 12:12
 Tərcümə Mərkəzi müsabiqə elan etdi
24.10.2014, 12:09
 Mehdiabadda qazsız qalan köçkünlər “Azəriqaz”dan kömək istədilər
24.10.2014, 11:50
 Bakıda avtobus sürücülərinə yeni vahid geyim və qalstuk paylandı
24.10.2014, 11:38
 Putin Poroşenkonu 2015-in sonuna kimi devirmək istəyir
24.10.2014, 11:28
 Pənah Hüseyn: “Müxalifət parlament seçkilərinə birgə gedə bilər”
24.10.2014, 11:24
 Rəşad Məcidin yuxusu çin çıxıb
24.10.2014, 11:15
 Zəlzələdə zərər çəkənlərin külli miqdarda əmlakını ələ keçirən şəxs tutulub
24.10.2014, 11:14
 ABŞ-ın siyasi realizmi, yaxud neoimperializmin ekspansiya siyasəti
24.10.2014, 11:06
 Xəzər Universitetinin rektoru: “Nazirlər Kabinetinin bizə acığı tutmuşdu” - MÜSAHİBƏ
24.10.2014, 11:03
 Litvalı jurnalist Modern.az-ın qonağı oldu – FOTOLAR
24.10.2014, 10:41
 Sevinc Fətəliyeva: ”Gənclərin problemləri, dövlət prioritetlərindən biridir”
24.10.2014, 10:37
 Azərbaycanda 60 yaşlı qadın özünü 8-ci mərtəbədən atıb
24.10.2014, 10:32
 Əli Əhmədov AXCP və Müsavat Partiyası daxilində baş verənlərin səbəbini açıqladı
24.10.2014, 10:25
 Bələdiyyə seçkilərində hansı partiyalar iştirak edəcək? - Partiyalardan CAVABLAR
24.10.2014, 10:15
  Qeyri-ixtisaslı jurnalistlər: “Doğma qardaşım prezident də olsa, mən elə jurnalist qalacam” - RUBRİKA
24.10.2014, 09:50
 AvroLiqada III tur – Turnir cədvəli və bütün NƏTİCƏLƏR
24.10.2014, 09:29
 Mehman Cavadoğlu aktiv jurnalistikaya qayıdır
24.10.2014, 09:25
 Doktoranturaya qəbul imtahanları başlayıb
24.10.2014, 07:55
 Güllə altında dərs - Ermənilərin Tovuzda güllələdiyi məktəbdən REPORTAJ
24.10.2014, 07:30
 Mikayıl Cabbarov təhsil sahəsində görülən işlərdən yazdı
24.10.2014, 01:59
 “Qarabağ” Kiyevdə tarix yazdı
24.10.2014, 01:13
 PKK-nın yenidən baş qaldırması üzərinə bir neçə söz...
24.10.2014, 00:35
 "İlham Əliyev, Olland və Sərkisyan Qafqazın gələcəyini naharda müzakirə edəcək" – AÇIQLAMA
23.10.2014, 23:28
 Dünyada ən çox axtarılan kitab Azərbaycan dilinə tərcümə edilib
23.10.2014, 23:20
 Azay Quliyev: ”Gənclərin təklifləri araşdırılacaq və müvafiq addımlar atılacaq”
23.10.2014, 23:00
 Müdafiə Nazirliyi hərbi qulluqçuların forma və əşyalarını dəyişdirir – FOTOLAR
23.10.2014, 22:19
 Nusra cəbhəsindən İŞİD-ə qarşı şok İTTİHAMLAR
23.10.2014, 22:04
 İnternet asılılığın əlamətləri - onlar sizdə də varmı? - MARAQLI
23.10.2014, 20:28
 Erməni sosioloq Ermənistan barədə dəhşətli faktlar AÇIQLADI
23.10.2014, 19:18
 Hava kəskin soyuyacaq, yağış yağacaq, külək olacaq
Müəlliflər
Mahir Qabiloğlu

 Sabir Rüstəmxanlı və ya Bayram əmi, ruhun şad olsun!
Vəfa Allahverdiyeva

 Alim Qasımov, Tahir Əmiraslanov örnəyi - şənlik anarxiyasında mübarizəni kim başlamalı?!
Nüşabə Hüseynli

 Qız bişirənlər, qırmızıdodaq nənələr və ya özünü axırıncı yola qoyanlar ...
Leyla Əliyeva

 Dost bir olar, ya iki - Leyla Əliyeva
Cəlaləddin Qasımov

 PKK-nın yenidən baş qaldırması üzərinə bir neçə söz...
Mülatif Adurov

 AzTV-də şahidi olduğum maraqlı HADİSƏLƏR
Vüqar Tofiqli

 “Qaraçava”, Kötəl”, “Qobu” , “Zoğalat” və “Çay bağça”...
Doç., Dr. Faiq Ələkbərov

 Asiya birliyi və Şərq sivilizasıyası
Buludxan Xəlilov

 Molla kitab açır
Hikmət Babaoğlu

 ABŞ-ın siyasi realizmi, yaxud neoimperializmin ekspansiya siyasəti

Sorğu

Azərbaycanda ən güvəndiyiniz bank hansıdır? - SİYAHI
1. "Beynəlxalq Bank"
2. AccessBank
3. "DəmirBank"
4. "Bank of Azerbaijan"
5. "Bank of Baku"
6. "Bank Respublika"
7. "Kapital Bank"
8. "Azəriqazbank"
9. "Bank Standard"
10. "Muğanbank"
11. "Rabitəbank"
12. "Bank Technique"
13. "Unibank"
14. "Paşa Bank"
15. "Amrahbank"

Nəticələri göstər

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | İqtisadiyyat | Media | Reportaj | Mədəniyyət | Ədəbiyyat | Dünya |
Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Müəllif hüquqları qorunur. Modern.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Copyright 2014 modern.az. All rights reserved. Powered by NextPoint LLC