16 fevral 2019, Şənbə
Ana Səhifə - GÜNDƏM - Tanınmış məşqçi: “Özləri bəzi idmançıları ulduz edir, nəticə olmayanda da “qudurdu” deyirlər” - MÜSAHİBƏ
Tanınmış məşqçi: “Özləri bəzi idmançıları ulduz edir, nəticə olmayanda da “qudurdu” deyirlər” - MÜSAHİBƏ
07.01.2012, 12:04

Müstəqillik dövründə Azərbaycan idmanına olimpiya çempionu bəxş etmiş 4 məşqçidən biri, cüdo üzrə milli komandamızın baş məşqçisi Ağayar Axundzadə. Məncə təqdimat bu qədər yetər.  Beləliklə Ağayar Axundzadə ilə müsahibəni təqdim edirik.

“Çünki bir çox hallarda onlara məğlub oluruq”

- Ağayar müəllim, milli komandada vəziyyət nə yerdədir?

- Qazaxıstanın Almatı şəhərində cüdo üzrə dünya ustaları arasında keçirilən yarışa hazırlaşırıq. Bu elə bir yarışdır ki, iştirakçı idmançılar beynəlxalq federasiya tərəfindən rəsmi dəvət alırlar. 60 kiloqram çəki dərəcəsində İlqar Müşkiyev, 66-da Tərlan Kərimov, 81 kiloqramda Elnur Məmmədli, 90-da Elxan Məmmədov bu yarışmaya dəvət alıblar. Qızlara gəlincə, 57 kiloqram çəki dərəcəsində Kifayət Qasımova, 63 kiloqramda isə Ramilə Yusubova xüsusi dəvətlə Qazaxıstana yola düşürlər. Onu da xatırladım ki, ötən ilin yanvar ayında keçirilmiş yarışda Elnur Məmmədli və Elxan Məmmədov qızıl, İlqar Müşkiyevlə Tərlan Kərimov bürünc medal qazanmışdılar.

- Səhv etmirəmsə, həmin yarışda Elnur Məmmədli başından zədə almışdı.

- Bəli, zədələnmişdi.

- Yarışa hazırlıq necə gedir?

- Dekabr ayında Yaponiyayada keçirilən lisenziya xarakterli qranşteym yarışına da qatılmışdıq. İki idmançımız-İlqar Müşkiyev və Kifayət Qasımova beşinci olmaqla yanaşı, 60 lisenziya xalı da qazandılar. Həmin yarışda bizim əsas rəqiblərimiz yaponlar idi. Çünki hər çəki dərəcəsində 4 yapon idmançı iştirak edirdi. Yarışdan sonra orda -  Kodakanda 4 gün beynəlxalq təlim-məşq toplanışında iştirak etdik. Qeyd edim ki, Kodakan Yaponiyada böyük bir cüdo institutudur. Tokayo universitetində də təlim-məşq keçdik. Məqsəd ondan ibarət idi ki, biz beynəlxalq yarışlarında daha çox məğlub olduğumuz Koreya və Yaponiya idmançılarının təcrübəsini öyrənək. Çünki bir çox hallarda onlara məğlub oluruq. Ona görə də biz Çində keçirilən Qraynşteyn yarışına, Koreyadakı dünya kubokuna getmədik. Əvəzində yapon idmançılarla keçdiyimiz məşqlər gərgin və faydalı oldu.

- Geridə qalan il cüdoçularımız üçün hansı nəticələrlə yadda qaldı?

- Deyim ki, geridə qalan il bizim üçün uğurlu oldu. Dünya çempionatında gənc idmançımız İlqar Müşkiyev 60 kiloqram çəki dərəcəsində üçüncü yeri tutmaqla sensasiyaya səbəb oldu. Olimpiya çempionumuz Elnur Məmmədli 81 kiloqramda Avropa çempionu adını qazandı, Tərlan Kərimov ikinci oldu. Bakıda keçirilən Master turnirində iki qızıl və iki bürünc medal qazandıq. Həmçinin paytaxtımızda təşkil olunmuş qran-pri yarışında uğurla çıxış etdik. Amma bəzi yarışlar da oldu ki, müəyyən idmançılarımız üçün elə də uğurlu alınmadı. Dubayda Elnur Məmmədlinin 90 kiloqramda güləşərək, çəkidə özündən ağır ustalara qalib gəlməsi yaddaqalan nəticələrdən oldu.

- İstərdim ki, yayda Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıqla bağlı məlumat verəsiniz. Hazırlıqlar necə keçir?

-
Olimpiya oyunlarına hazırlığımız reytinq yarışlarına start veriləndən başlayıb. Hazırlığımız yaxşı keçir, heç bir problemimiz yoxdur. Böyüklər arasında olimpiya oyunlarına hazırlığı sırf Cüdo Federasiyası öz üzərinə götürüb. Gənclər və İdman Nazirliyi isə yeniyetmə və gənclərlə məşğuldur. Yadıma düşmüşkən onu da qeyd edim ki, ötən il tələbələrin universiadasında Rüstəm Alimli ikinci oldu. Bundan başqa yeniyetmələrin Avropa çempionatında uğurlu nəticələrimiz oldu. Ən sevindirici məsələlərdən biri də odur ki, 2011-ci ilin 10 ən yaxşı idmançısı sırasında cüdoçu İlqar Müşkiyevin də adı var idi.

“Aprelə kimi Elmar Qasımovdan əl çəkməyəcəyik”

- Ağayar müəllim, hər dünya və Avropa çempionatında sanki bir cüdoçumuz parlayır, üzə çıxır. İrəvanda keçirilən Avropa çempionatında Elmar Qasımov, son illərdə İlqar Müşkiyev və digərlərini göstərmək olar. Elə Elnur Məmmədlinin tanınmasını da bura əlavə etmək mümkündür. Yəni əvvəlki uğurlarına baxmayaraq, olimpiya oyunlarından sonra parladı. Yayda Londonda keçiriləcək olimpiadada hansısa gənc idmançının parlayacağını gözləyirsiniz?

- Bu il İlqar Müşkiyev elə rəqiblərə qalib gəldi ki... O yalnız finalda özbəkistanlı dünya çempionu Reşot Sabirova uduzdu. Bizdə gənclər yetişir ki, onlardan da biri Elmar Qasımovdur. Düzdür, indi onun adı heç yerdə çəkilmir, bəziləri deyir ki, Elmar güləşə bilmir, pis güləşir. Amma biz yenə də ona ümid edirik. Bu yaxınlarda Avropa Cüdo Federasiyasının saytına baxanda gördük ki, onun da adı olimpiadaya namizədlər siyahısında var. Yəni hələ hər şey itirilməyib. Biz onu Yaponiyadakı yarışa da aparmadıq. Çünki istənilən idmançı ardıcıl məğlubiyyətlər alanda psixoloji gərginlik yaşayır. Bu ay Tiflisdə A kateqoriyalı beynəlxalq turnirdə-dünya kubokunda iştirak edəcək.  Aprelə kimi Elmar Qasımovdan əl çəkməyəcəyik. Çünki Elmarın olimpiya oyunlarında iştirak etmək şansı var. Kişilərdən 4 nəfər, qadınlardan isə Kifayət Qasımova ilə Ramilə Yusubova demək olar ki, 70 faiz olimpiadada iştirakı təmin ediblər.

“Bütün bunlar jurnalistlərin fantaziyasıdır və çox gülməlidir”

- Elmardan söz düşmüşkən, bir neçə ay öncə bu idmançı ailə həyatı qurdu. Bəzi saytlar belə bir xəbər yaydı ki, o məhz öz toy günündə məcburən yarışa qatılıb. Hətta idmançının bir gündə keçirdiyi 5 görüşün hamısında qalib gəldiyi qeyd olunurdu. Belə bir hadisə olmuşdu?

- Təbii ki, belə bir şey olmayıb. Kim toy günündə yarışa çıxar? Bütün bunlar jurnalistlərin fantaziyasıdır və çox gülməlidir.

- Adətən bizdə ağır çəkili idmançılarla bağlı problem yaşanır. Bu nəylə bağlıdır?

- Bizdə də ağırçəkili idmançılar var. Amma görürsən ki, ya boy baxımından, yaxud hansısa parametrə görə geri qalırlar. Məsələn bizdə Emil Tahirov var, gəncdir, Daşkənddəki dünya kubokunda üçüncü oldu. Amma olimpiya oyunlarına vəsiqə qazana bilməz, çox zəifdir. Bu da millət olaraq bizim genetikamızdadır. Yəni söhbət boy-buxundan gedir. Mənim yadımdadır ki, SSRİ dövründə keçirilən yarışlarda aşağı çəki dərəcələrində idmançılarımız çıxış edərkən, bizə deyirdilər ki, bu gün sizin gününüzdür.  Amma gürcülər hər zaman ağır çəki dərəcələrində yüksək nəticələr qazanıblar.

“Bu olimpiya oyunlarında Elxan Məmmədova, Elnur Məmmədliyə və İlqar Müşkiyevə daha çox ümid edirik”

- Boy məsələsinə toxundunuz. Bildiyimə görə Mövlud Mirəliyevin boyu 183 santimetrdir. Amma Elmar daha hündürdür, təxminən 190 santimetr boya malikdir. Sizcə Elmar Qasımov  Mövlud Mirəliyevi layiqincə əvəzləyə biləcək?

- Buna zaman lazımdır. Məsələn, İrəvanda keçirilən Avropa çempionatında İlqar Müşkiyev ikinci olmuşdu və tez bir zamanda böyüklərlə yarışlara qatılmağa adaptasiya olundu. Elnur Məmmədli, Nicat Şıxəlizadə də bu dövrü tez keçdilər.  Elmar isə texniki və taktiki baxımdan hazır deyil. Ola bilsin, bu olimpiya oyunlarından sonra Elmar Qasımov desin ki, heç güləşmirəm. Hər şey ola bilər və bütün məsələlər idmançının hazırlığından asılıdır. Mövlud həm təcrübədə, həm fiziki baxımdan daha üstündür. Mirəliyevdə anadangəlmə, təbiətən güc var.  Amma Elmarın texnikası o qədər deyil, işləməlidir. Əgər cüdonun qaydalarına dəyişiklik edilməsəydi, Mövlud indi də güləşərdi.

- Şablon səslənsə də bu suala cavab verməyinizi istəyirəm. London olimpiadasında cüdoçularımızdan neçə  medal gözləyə bilərik?

- Neçə olimpiada medalsız qalırdıq. Sidneydə Rəsul Səlimov beşinci oldu, Afinada Mövludla Mehman Əzizov beçinci oldu. Həmin vaxt Mehman Əzizov rəqibinə qarşı centlemenlik etməsəydi, bürünc medal qazana bilərdi. Həmin idmançının qolunun zədələnməsindən istifadə eləmədi və medalsiz qaldı. Şükür Allaha ki, son olimpiadada bir qızıl və bir bürünc medal qazandıq. Bu olimpiya oyunlarında Elxan Məmmədova, Elnur Məmmədliyə və İlqar Müşkiyevə daha çox ümid edirik. Amma digər idmançılarımızn da şansları böyükdür. Çünki dünya reytinqində yer tutmaq elə-belə iş deyil.

- İstərdim ki, bir az da digər idman növləri haqda danışaq. Xüsusi pərəstiş etdiyiniz idman və ya idmançı varmı?

- Güləş növləriylə maraqlanıram. Hər zaman futbol üzrə milli komandamıza azarkeşlik edirəm, qələbəsini gözləyirəm.  Amma digər futbollara baxanda görürsən ki, ustalıq səviyyəsində çox fərq var. Çox istərdim ki, bizim də belə bir komandamız formalaşsın.

“Çünki bir də görürsən ki, yarışda soruşurlar, cavab verə bilmirsən ki, Azərbaycanın nə qədər əhalisi, ərazisi var, harda yerləşir”

- İdmançıların qınandığı məsələlərdən biri də onların mütaliə etməməsiylə bağlıdır. Siz necə mütaliə edirsiniz?

- Təkcə qulaqcıq vasitəsilə musiqi dinləməklə iş bitmir. İndi idmançılar daha çox internetlə maraqlanırlar, hərəsini öz kompüteri var. Ordan da nəsə oxumaq olar. Belə məsələlər idmançının öz səviyyəsindən asılıdır. Çalışıb mütaliə edirik ki, dünya görüşümüz olsun, dil problemi olmasın, qeyri-millətlərin dilini az işlədək. Bir də görürsən televiziyaya müsahibə verir-başdan ayağa biabırçılıq. Nə vaxta kimi rus sözlərini işlədəcəyik?  Hər birimiz çalışmalıyıq ki, öz dilimizi itirməyək, kənar sözlər işlətməyək. Şəxsən mən efirlərdə buna riayət eləməyə çalışıram.

- Ağayar müəllim tanınmış cüdoçu Zaur Paşayev redaksiyamızın qonağı olanda belə bir ifadə işlətmişdi ki, idmanla bağlı milli termin lüğətinin olmaması bəzən idmançılara problem yaradır. Məsələn “zaxvat”, “podxvat” kimi sözləri işlədərkən rəqib dərhal bunu anlayır və hazırlıqlı olur....

- Beynəlxalq yarışlarda terminlər yapon dilindədir.  İndi gənc məşqçilərimiz idmançılara terminləri yapon dilində başa salırlar. Artıq kadetlər bu sözlərdən istifadə etmirlər. Belə məsələlər üçün zaman lazımdır. Məsələn biz bütünlüklə latın əlifbasına keçəndən sonra bəziləri öyrənə bilməyiblər, ortada qalıblar. Bu da elə məsələdir. İndi çalışdığımız odur ki bütün idmançılarımız ingilis dilini öyrənsinlər. Çünki bir də görürsən ki, yarışda soruşurlar, cavab verə bilmirsən ki, Azərbaycanın nə qədər əhalisi, ərazisi var, harda yerləşir.

- Bizdə beynəlxalq səviyyədə uğur qazanmış idmançılar var ki, medianın daim diqqətindədirlər. Hətta bəzən onları şou xarakterli verilişlərə dəvət edirlər. Bayaq haqqında bəhs etdiyimiz Elmar Qasımovu, Elnur Məmmədlini də bu sıraya aid etmək olar...Bu nə dərəcədə doğrudur?

- Olimpiya oyunlarından sonra Elnur Məmmədlini elə verilişlərə dəvət edib, elə suallar verirdilər ki... Görürsən ki, idmançı suala doğru cavab vermədi və onu biabır eləmək üçün həmin hissəni efirə verdilər. Lazım olsaydı idmançını biabır eləməmək üçün elə məqamları kəsmək də olardı. Elmar Qasımovu da jurnalların biri lüt formada medallarla çəkmişdi. Özləri həmin idmançıları ulduz edirlər, nəticə olmayanda da deyirlər ki, ulduz oldu, qudurdu. Ulduzu kim düzəldir? Siz...Hətta o vaxt Elmara qadağan elədik ki, verilişlərə qatılanda bizdən icazə al. Bəzi kanallar özünü reklam eləmək üçün Elnurdan və digər idmançılardan istifadə edirlər, onları gülünc vəziyyətə qoyurlar.  Sonra da mənə zəng edib soruşurlar ki, bunlar niyə belə edir? Amma elə kanallar da var ki, öz səviyyəsini saxlayır.  Belə məsələlər idmançıya mənfi təsir göstərir, məşqlərə barmağarası yanaşırlar. İdmançı da yadda saxlamalıdır ki, nəticə olanda diqqətdə olur, olmayanda ona bir jurnalist də yaxın gəlmir. Fikrimcə telekanallar idmançıları bu qədər tərifləməməlidirlər.

İntiqam VALEHOĞLU


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Vüqar Hüseynov: “Fermerlərin siyahıları dəqiqləşdirilir, texniki hazırlıq işləri başa çatıb”
16.02.2019, 13:49

Vüqar Hüseynov: “Fermerlərin siyahıları dəqiqləşdirilir, texniki hazırlıq işləri başa çatıb”

İnstitut: Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır
16.02.2019, 13:20

İnstitut: Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır

İraq İrana neft ixracatını dayandırıb
16.02.2019, 13:03

İraq İrana neft ixracatını dayandırıb

Gimnastımız Dünya Kubokunun finalına çıxdı
16.02.2019, 12:48

Gimnastımız Dünya Kubokunun finalına çıx

ATƏT-in baş katibi Rusiyanın Qarabağ münaqişəsinin həllindəki rolundan danışdı
16.02.2019, 12:35

ATƏT-in baş katibi Rusiyanın Qarabağ münaqişəsinin həllindəki rolundan danışdı

İsmayıllıda 16 min 500 manatlıq oğurluq edənlər tutuldu
16.02.2019, 12:15

İsmayıllıda 16 min 500 manatlıq oğurluq edənlər tutuldu

Vida günü deyə bilmədiklərim...
16.02.2019, 12:00

Vida günü deyə bilmədiklərim...

Baş redaktora ağır itki üz verdi
16.02.2019, 11:41

Baş redaktora ağır itki üz verdi

Azərbaycana xeyli qızıl gətirilməsinin qarşısı alındı
16.02.2019, 11:28

Azərbaycana xeyli qızıl gətirilməsinin qarşısı alındı

İsmayıllıda marşrut avtobusu 25 yaşlı qızı vurub öldürdü
16.02.2019, 11:12

İsmayıllıda marşrut avtobusu 25 yaşlı qızı vurub öldürdü

Axtarışda olan 29 nəfər saxlanıldı
16.02.2019, 11:10

Axtarışda olan 29 nəfər saxlanıldı

Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi
16.02.2019, 10:44

Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi

Bizimkilər - Ceyhun Əli: “Mənə “Səndə bu alınmayacaq” söyləyənlər də olmuşdu” - FOTOLAR
16.02.2019, 10:25

Bizimkilər - Ceyhun Əli: “Mənə “Səndə bu alınmayacaq” söyləyənlər də olmuşdu” - FOTOLAR

Baytarlıq Xidməti xəstəliklərə görə toplandı
16.02.2019, 10:21

Baytarlıq Xidməti xəstəliklərə görə toplandı

Qərbi Kaspi Universiteti Türkiyənin daha bir universiteti ilə əməkdaşlığa başlayır
16.02.2019, 10:19

Qərbi Kaspi Universiteti Türkiyənin daha bir universiteti ilə əməkdaşlığa başlayır

Cəbhədə erməni təxribatı - kəndlərimi atəşə tutuldu
16.02.2019, 09:55

Cəbhədə erməni təxribatı - kəndlərimi atəşə tutuldu

Azərbaycan çaylarında son durum...
16.02.2019, 09:25

Azərbaycan çaylarında son durum...

Tramp Türkiyəyə yeni səfir təyin etdi
16.02.2019, 09:14

Tramp Türkiyəyə yeni səfir təyin etdi

Dəhşətli qəzanın görüntüləri yayıldı – VİDEO
16.02.2019, 00:54

Dəhşətli qəzanın görüntüləri yayıldı – VİDEO

Şəmkirdə 26 yaşlı gənc bıçaqlandı
16.02.2019, 00:36

Şəmkirdə 26 yaşlı gənc bıçaqlandı

Silahlı hücumda 66 nəfər öldürüldü
16.02.2019, 00:16

Silahlı hücumda 66 nəfər öldürüldü

Paytaxt sakini mənzilində yanaraq öldü
15.02.2019, 23:57

Paytaxt sakini mənzilində yanaraq öldü

Azərbaycan nefti bahalaşıb
15.02.2019, 23:46

Azərbaycan nefti bahalaşıb

Bakıda gənc qız itkin düşdü
15.02.2019, 23:31

Bakıda gənc qız itkin düşdü

Leyla Əliyeva Buzovnada sosial xidmət müəssisəsinin açılışına qatıldı - FOTOLAR
15.02.2019, 23:20

Leyla Əliyeva Buzovnada sosial xidmət müəssisəsinin açılışına qatıldı - FOTOLAR

Nazirlikdən sosial müavinətlərlə bağlı İTTİHAMLARA cavab    
15.02.2019, 23:04

Nazirlikdən sosial müavinətlərlə bağlı İTTİHAMLARA cavab  

Daha 17 uşaq qızılcaya tutuldu
15.02.2019, 22:50

Daha 17 uşaq qızılcaya tutuldu

ABŞ-da fövqəladə vəziyyət elan edildi
15.02.2019, 22:37

ABŞ-da fövqəladə vəziyyət elan edildi

Yüzlərlə etirazçı Yerevan-Tbilisi dəmiryolunu bağladı - VİDEO
15.02.2019, 22:20

Yüzlərlə etirazçı Yerevan-Tbilisi dəmiryolunu bağladı - VİDEO

Şamaxıda yenidən vulkan püskürdü
15.02.2019, 22:06

Şamaxıda yenidən vulkan püskürdü

Özünü asan qızı polislər xilas etdi
15.02.2019, 21:49

Özünü asan qızı polislər xilas etdi

Elmar Məmmədyarov Almaniyada Qarabağ münaqişəsini müzakirə etdi
15.02.2019, 21:36

Elmar Məmmədyarov Almaniyada Qarabağ münaqişəsini müzakirə etdi

“Azərsu”ya məxsus avtomobil avtobusa çırpıldı
15.02.2019, 21:23

“Azərsu”ya məxsus avtomobil avtobusa çırpıldı

ABŞ bu ölkəyə qarşı sanksiyaları sərtləşdirir
15.02.2019, 21:11

ABŞ bu ölkəyə qarşı sanksiyaları sərtləşdirir

Leyla Əliyeva Balaxanıda sahibsiz itlərə qayğı mərkəzinin açılışında - FOTOLAR
15.02.2019, 20:57

Leyla Əliyeva Balaxanıda sahibsiz itlərə qayğı mərkəzinin açılışında - FOTOLAR

Hindistan Pakistandakı səfirini geri çağırdı
15.02.2019, 20:43

Hindistan Pakistandakı səfirini geri çağırdı

Almaniya müdafiə xərclərini artırır
15.02.2019, 20:29

Almaniya müdafiə xərclərini artırır

Nazir günərzi qayğı mərkəzində - FOTOLAR
15.02.2019, 20:16

Nazir günərzi qayğı mərkəzində - FOTOLAR

Bakıda 20 yaşlı qızı vurub hadisə yerindən qaçdılar
15.02.2019, 20:01

Bakıda 20 yaşlı qızı vurub hadisə yerindən qaçdılar

Azərbaycan vətəndaşları Türkiyədə şəxsiyyət vəsiqəsi ala biləcək
15.02.2019, 19:58

Azərbaycan vətəndaşları Türkiyədə şəxsiyyət vəsiqəsi ala biləcək

Azərbaycanın daha beş rayonunda “ASAN Xidmət” mərkəzləri açılacaq
15.02.2019, 19:49

Azərbaycanın daha beş rayonunda “ASAN Xidmət” mərkəzləri açılacaq

İsmayıllıda marşrut avtobusu qadını vuraraq öldürüb
15.02.2019, 19:38

İsmayıllıda marşrut avtobusu qadını vuraraq öldürüb

Prezidentin köməkçisi “Neolit”dəki insidentə münasibət bildirib
15.02.2019, 19:27

Prezidentin köməkçisi “Neolit”dəki insidentə münasibət bildirib

Əsrlər sonra açıqlandı: Hürrəmin məktubları
15.02.2019, 19:16

Əsrlər sonra açıqlandı: Hürrəmin məktubları

Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək
15.02.2019, 19:09

Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək

Pensiyaların iki aylıq artımla verilməsinə başlanılıb
15.02.2019, 19:01

Pensiyaların iki aylıq artımla verilməsinə başlanılıb

Ötən il ən böyük hərbi büdcəyə malik ölkələri məlum oldu
15.02.2019, 18:50

Ötən il ən böyük hərbi büdcəyə malik ölkələri məlum oldu

Elmar Məmmədyarov ukraynalı həmkarı ilə görüşüb
15.02.2019, 18:39

Elmar Məmmədyarov ukraynalı həmkarı ilə görüşüb

Tramp barışıq üçün maliyyə nazirini Çinə göndərdi
15.02.2019, 18:24

Tramp barışıq üçün maliyyə nazirini Çinə göndərdi

Sendviç oğurlayan deputat mandatından imtina etdi
15.02.2019, 18:17

Sendviç oğurlayan deputat mandatından imtina etdi

ARXİV