24 oktyabr 2017, Çərşənbə
Ana Səhifə - MEDİA - ANS TV-nin xəbər aparıcısı Nigar Mahmudova: “... elə indi də özümü jurnalist hesab etmirəm” - MÜSAHİBƏ
ANS TV-nin xəbər aparıcısı Nigar Mahmudova: “... elə indi də özümü jurnalist hesab etmirəm” - MÜSAHİBƏ
12.01.2012, 15:10

Modern.az saytının suallarını ANS TV-in “Xəbərçi” proqramının aparıcısı Nigar Mahmudova cavablandırır.


- Bir qədər özünüz barədə ətraflı məlumat almaq istərdim. Nigar Mahmudova kimdir?

- Hal-hazırda ANS TV-in “Xəbərçi” proqramının saat 21.00 buraxışının aparıcısıyam. Əvəllər “Şarel” adlı bir moda evi var idi, orada modelyer-rəssam işləmişəm. Ondan əvvəl Rəssamlıq Akademiyasında müəllimlərimin sevimli tələbəsi olmuşam. Amma orta məktəb haqqında bunu deyə bilməyəcəm. Çünki məktəbi sevmirdim. Məncə məni başqalarından fərqləndirən əsas cəhətim heyvanları çox sevməyimdir. Bir də ədalətli olmağım.

- İxtisasca jurnalist deyilsiniz, maraqlıdır, jurnalist olmağa necə qərar verdiniz?

- Mən elə indi də özümü jurnalist hesab etmirəm. Mən aparıcıyam. Aparıcı olmağım isə təsadüfən baş verib. Televiziyadan dəvət ediblər. Bu dəvəti mənə edəndə bacarmayacağımı dedim. Amma məni efir sınağından keçhirən televiziya rəhbərliyinin fikri fərqli oldu. Ümid edirəm etimadlarını doğrultmuşham.
Ən sadiq tamaşaçım atamdır. Harada olmasından asılı olmayaraq bir televizor tapıb verilislərimə baxır. Mən də efirdə olanda atamı, digər yaxınlarımı və milli dəyərlərə önəm vərən bütün tamaşaçıları nəzərə alaraq onları qıcıqlandıracaq söz və hərəkətlərə, eləcə də geyim tərzinə yol vermirəm.

- Bildiyimiz qədər bir neçə televiziya kanalında çalışmısınız, ANS-ə gəlməyiniz nəcə olub?

- Mən televiziyada ilk addımlarımı məhz ANS-də atmışam. Bunu heç indi də ANS-də çoxları  bilmir. Amma sonra dərslərimlə əlaqədar olaraq televiziyadan uzaqlaşdım. Sonra ixtisasım uzrə işlədim. Və bir gun məni ANS-dən tanıyan jurnalist Səadət Məmmədova “Lider” kanalına öz dəvət etdi. Sınaqlardan sonra rəhbərlik məni “Kim, Harada, Necə” verilişinə aparıcı təyin etdi. Daha sonra Murad Ariflə birgə hər gun “Lider”in 3 saatlıq canlı efirində “Yeni səhər” verilişini aparmışam. Bu məncə uğurlu layihə idi. Və Muradla mənim efirdəki deyişmələrimiz tamaşaçıların yadında daha yaxşı qalıb. Bizə dunyanın 4 tərəfindən zənglər gəlirdi.
ANS-ə məni ilk dəfə “Ağıl dəryası” verilişinə dəvət etdilər. Mən intellektual verilişdə işləməyi həmişə istəmişəm. Bu verilişdə mən orta məktəb proqramını təkrarladım. İshtirakçılarımı - 11-ci sinif şagirdlərini çox istəyirdim. Onlarla indi də unsiyyətim var. Şimali Kiprə göndərdiyimiz uşaqlarla danışıram, dərsləri, qaldıqlari yerlə maraqlanıram. Bilirsiniz ki, “Ağıl dəryası”nda qalib gələnlər təhsil almaq üçün Şimali Kiprdəki “Yakın Doğu” Universitetinə göndərilirlər.

- Əsl ixtisasınıza, yəni modelyer-rəssamlığa qayıtmaq barədə düşünmüsünüz?

- Mən 9 ay moda evində işləmişəm. Televiziyada işlədikdən sonra uşaqlıqdan arzuladığım modelyerlik sənətinə həvəsim öldü. Bu maraq uşaqlıq arzumu üstələdi. Halbuki, ömrümün 6 ilini bu sənəti dərindən öyrənməyə sərf etmişdim. Həm də Azərbaycanda bu sahə inkişaf etməyib. Mənə başqa sahələrdə işləmək təklifi də olub. Amma hələlik televiziyada işləmək mənə maraqlıdır.

- Modelyer-rəssam kimi hansısa işləriniz olubmu?

- Tələbə olarkən kolleksiyalar hazırlayırdıq. Daha çox gələcəkdə ola biləcək (futuristik üslubda) geyimləri hazırlamağı xoşlayırdım. Konkursda 1-ci yeri də tutmuşdum. Magistr diplomunun  medafiəsində “5” qiymətini sevimli rəssamım Tahir Salahovdan almişam. Amma ən çox sevdiyim rəssam Salvador Dalidir. Sevimıli modelyerim “Dior” moda evindən Hitlerpərəst danışığına görə qovulan Con Qalyanodur, rəssamlıqda isə impressionizmi bəyənirəm.

- Televiziya işinin incəliklərini kimdən öyrənirsiniz?

- Bu siyahı uzundur. Mənim uzun müddətli dərs aldığım müəllimim olmayıb. Aparıcılığın  sirlərini hər müəllimimdən bir az oyrənmişəm. ANS ÇM radiosundan xəbər aparıcısı Mətanət Əliverdiyeva, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, AzTV-nin mütəxəssisləri Rafiq Həşimov, Əsmər Xəlilova bu sıradan olan müəllimlərdir. Hər hansi mətndə çətinlik çəkəndə Mir Şahindən kömək istəyirəm. Seyfulla Mustafayəv televiziyanın hər bir incəliyini bizə başa salır. Vahid Mustafayev “Xəbərçi”də ilk efirlərdə sona qədər yanımda oldu. Və mənə xəbər proqramını necə aparmaq lazım olduğunu başa saldı.  Hətta hərdən mənə elə gəlirdi ki, o da efirə düşəcək.
BBC və SNN-də işləmiş jurnalist kimi Sevinc Osmanqızı Qərb jurnalistikasi təcrubəsini bizimlə bölüşür...

- Tamaşacılar sizi “Ağıl dəryası” verilişi ilə tanıdılar. Qəfildən “Xəbərçi”nin aparıcısı kimi efirdə göründünüz. Bu dəyişiklik necə baş verdi, nə ilə bağlı idi?

- Bu dəyişikliyin müəllifi ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevdir. O bir gün məni dəhlizdən çağırıb “Xəbərçi”ni apara bilib-bilməyəcəyimi soruşdu. Televiziyaya gələndən sonra mən həmişə xəbər proqramının aparıcısı olmağı arzuladığımı, amma bunun məsuliyyətini başa düşdüyümdən həm də qorxduğumu bildirdim. Sınaq çəkilişində mənə 4 gün sonra “Xəbərçi”nin axşam buraxılışını aparacağım deyiləndə heç bilmədim bu xəbərə sevinim, yoxsa yox. Bu 4 gun çox həyəcanlı idim. Efirdən 10 dəqiqə əvvəl isə həyəcandan özümü pis hiss elədim. Yanımda olan Vahid Mustafayəv və Mir Şahinin mənəvi dəstəyi olmasa, həmin gün “Xəbərçi” efirə getməyə bilərdi. Amma 1-2 çixışdan sonra özümü ələ aldım. 

- İndi işiniz ancaq aparıcılıqdır?

- Bəli.

- Qısa vaxt ərzində aparıcı kimi populyarlaşdınız. Tanınmağın müsbət və mənfi tərəfləri nələrdir?

- Mən efirdə həyatda olduğum kimi görünmürəm. Ona görə də hətta məni hər gün izləyən tamaşaçılar belə, üz-üzə gəldikdə məni tanımırlar. Bu baxımdan çox rahatam. Amma əlbəttə ki, insanlar harada işlədiyimi biləndə mənə daha diqqətlə yanaşırlar.

- Özünüzü daha hansı formatda olan verlişlərdə görürsünüz və ya görmək istərdiniz?

- Mən şou-biznes xəbərləri verilişində, səhər verilişində, intellektual verilişdə işləmişşəm. Hələki xəbər proqramında çalışıram. Bu yaxınlarda profilimi dəyişmək barədə düşünmürəm.

- Səhv etmirəmsə, ailəlisiniz. İstərdik bir qədər də ailəniz haqqında danışasınız...

- Şəxsi həyatımın ictimailəşməsini istəmirəm.








Sədaqət Süleymanova


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
MIQ-29
12.01.2012, 12:35

SALAM NIGAR XANIM. CHOX SAG OLUN ELA INTERVYU IDI. SIZI VE ANSi CHOOOOX SEVIRIK. SHEKILLER BIR QEDER CHOX OLSAYDI LAP YAXSHI OLARDI. AXIRINCI SHEKIL SIZ EYLENCE REDAKSIYASINDA OLARKEN CHEKILIB YEGIN. HEE? AMMA XEBERLER REDAKSIYASINDAN SHEKILLLER VERSEYDIZ LAP SUPPER OLARDI.

Nə fərqi var
13.01.2012, 07:41

Çox baxımlı, xəbərə yaraşan bir xanımdır. Aparıcılıq fəaliyyətində uğurlar arzulayıram!

Mamed
13.01.2012, 08:47

Başa düşmədim Sabir müəllimlə Şərqiyyə xanımdan nə öyrənir Nigar xanım? Yaxşı olarki həqiqi müəllimlərinin adını desin. ANS-də xəbərləri çox gözəl bilən mütəxəsislər var və onların heç birinin adını çəkmədi

STRINGER
13.01.2012, 14:26

ANS-də xəbərləri çox gözəl bilən mütəxəsislər var və onların heç birinin adını çəkmədi-MIR SHAHIN, SEYFULLA, VAHID, SEVINC OSMANQIZ METANET XANIM. SONRA??? BELKE BOYUK SEVA. BASHA DUSHMIUREM MUELLIMLERININ ADINI CHEKMEMEKDE NIGARIN NE MARAGI OLA BILER KI?

SARISOY
14.01.2012, 07:57

GOZEL GOZLERIN VAR

Mamed
16.01.2012, 07:26

ANS-də xəbərlərin 3 kralı var Mirşahin Ağayev, A və Z. Nigar xanım küncdə bucaqda qalan pensiyaçıların və rəhbərliyin adını çəkdi.

STRINGER
16.01.2012, 12:56

ANS-də xəbərlərin 3 kralı var Mirşahin Ağayev, A və Z. Nigar xanım küncdə bucaqda qalan pensiyaçıların və rəhbərliyin adını çəkdi---- Televiziya işinin incəliklərini kimdən öyrənirsiniz? A ve Z kimdir??? niye onlarin adini yazmirsiz???? - Bu siyahı uzundur. Mənim uzun müddətli dərs aldığım müəllimim olmayıb. Aparıcılığın sirlərini hər müəllimimdən bir az oyrənmişəm. ANS ÇM radiosundan xəbər aparıcısı Mətanət Əliverdiyeva, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, AzTV-nin mütəxəssisləri Rafiq Həşimov, Əsmər Xəlilova bu sıradan olan müəllimlərdir. Hər hansi mətndə çətinlik çəkəndə Mir Şahindən kömək istəyirəm. Seyfulla Mustafayəv televiziyanın hər bir incəliyini bizə başa salır. Vahid Mustafayev “Xəbərçi”də ilk efirlərdə sona qədər yanımda oldu. Və mənə xəbər proqramını necə aparmaq lazım olduğunu başa saldı. Hətta hərdən mənə elə gəlirdi ki, o da efirə düşəcək. BBC və SNN-də işləmiş jurnalist kimi Sevinc Osmanqızı Qərb jurnalistikasi təcrubəsini bizimlə bölüşür...

Mamed
18.01.2012, 02:28

Çalışın çoxlu mütaliə edin. Yazılarınız 7-8-ci sinif uşağının yazılarına oxşayır. Həmdə savadlı adam iradı daha tez qəbul edir nəinki savadsız adam. Dünya görüşü çox olan adamlar ucuz reklama çox yol vermir. Yoxsa kiminsə yazdıqlarını çıxıb orada oxumaq, müxtəlif saytlara pozalar vermək, hələ çox şey demək deyil. Bəli razıyam Nigar xanım fotogeniçnidir ancaq gözəl deyil

Qara deniz
18.01.2012, 04:40

Bu sherhi yazanda kimi nezerde tutmusuz Mamed Muellim bir onu bilerdik. Deyirsiz Nigar xanim gozel deyil. Zovqler ferqli ola biler. Mene gore Nigar xanim gozeldi. Gozellik meselesine toxunduqunuza gore bunu yazdim. Yoxsa menim sizin bashqasina unvanlanmish sherhinize fikir bildirmek isteyim yox idi. Qaldi ki, Nigar xanimin xeber apariciligina buna da soz ola bilmez. Bir sozle gozel xanim, gozel aparici.

AYNUR
18.01.2012, 06:53

BU QIZ ÖZÜNÜ KİM SAYIR? O,BU ONUN ÜÇÜN YAZIR BU DA ÇIXIB OXUYUR. V.MUSTAFAYEV PEŞƏKARLARIN QƏDRİNİ BİLMİR. ONA SAVADSIZLAR SƏRF EDİR.

12
18.01.2012, 07:24

AYNUR xanim, ozunu kim hesab edir etmir bundan size ne?

MİLANA
18.01.2012, 07:29

Heyf Ans-in kollektivindən. At ölüb, itin bayramıdır. Gör xəbərlər nə gündədir ki onu Nigar kimi xəbərdən bixəbər biri aparır. Görünür Ans-də savadl, peşəkar olmaq lazım deyil. Bu qız kimi poza verən dünyagörüşsüz, bağqasının zəhmətiylə özünü gözə soxan olmaq lazımdır. Bu qız üçün mətnləri orda hansı adam yazır görəsən? Vahid və Mirşahin cənabları nə vaxta qədər bu ədalətsizliklərini davam etdirəcəklər görəsən?

STRINGER
18.01.2012, 09:14

MILANA xanim burada ne var ki, NIGAR ozu deyir ki, jurnalist deyil. guya butun tv.dekiler jurnalistika fakultesini bitiribler? amma bacariqlari onlara imkan verir ki, tv.de ishlesinler.

Rafiq
19.01.2012, 00:33

Nigar xanım, axırıncı dəfə Şərqiyyə Hüseynovanın üzünü nə vaxt görmüsünüz? AzTV-nin mütəxəssislərinin adını çəkənə kimi Zənurənin, Zəminənin, Afətin, Muradın, Ayazın, Amilin və s adını niyə çəkmədiniz? Mətanət xanımın adını çəkdiniz, bəli bu xanımın səsinin vurğunuyam ancaq onun sizə köməyi necə dəyə bilər ay Nigar xanım? Axı o radioda işləyir. Adam paxıl və əmək itirən olmaz

ANS.den ayri
19.01.2012, 03:15

Millet, bilmirsiz Zenure Talibova haradadir? 18.i 12:00 buraxilisindan sonra Rita xanim teqdim edir xebercini. Rita xanim da yaxshi aparicidi. Ancaq bimek isteyerdim ki, Zenure xanim gedib ANS.den? Getse teeccublenmerem. Zenure xanima haqq qazandiraram neinki ANS.e. Amma yeqin ne ise onemli bir shey bash verib ki, heftenin ortasinda cixib ishden. Dunen xeber aparicilarinin ehvallari yaxshi deyildi deyesen,gulumsemeye chalishsalar da hiss olunurdu. Xebercinin 15.00,18.00, ic xeberin gunorta buraxilisi ve hetta chox guler uz ve insana musbet emosiyalar oturen ich xeberin gece buraxilisinin aparicilari nese birteher idiler. ALLAH BILIR NELER BASH VERIR ORADA

NİDA
19.01.2012, 06:12

AXMAQ AXMAQ DAHŞIRSINIZ. NİQAR BU GÜN AZƏRBAYCANDA APARICI KRİTERİYALARINA CAVAB VERƏN YEGANƏ XANIM T E L E Ş Ə X S İ Y Y Ə T D İ R!!!!

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ermənistanda rusiyalı əsgər xidmət yoldaşını öldürüb
24.10.2017, 00:57

Ermənistanda rusiyalı əsgər xidmət yoldaşını öldürüb

Bərdənin su təchizatında problem yarandı
24.10.2017, 00:43

Bərdənin su təchizatında problem yarandı

Ölkədə seysmik vəziyyətin fon səviyyəsi 8-9 baldır - Video
24.10.2017, 00:17

Ölkədə seysmik vəziyyətin fon səviyyəsi 8-9 baldır - Video

İlin ən yaxşı məşqçisi Zidan oldu
24.10.2017, 00:01

İlin ən yaxşı məşqçisi Zidan oldu

Gürcüstanda azərbaycanlı qətlə yetirildi
23.10.2017, 23:46

Gürcüstanda azərbaycanlı qətlə yetirildi

Bakıda xarici qonaqlara xüsusi taksilər xidmət göstərəcək
23.10.2017, 23:26

Bakıda xarici qonaqlara xüsusi taksilər xidmət göstərəcək

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri istefa verir
23.10.2017, 23:07

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri istefa verir

Yağın ardınca pendir də bahalaşdı - VİDEO
23.10.2017, 22:48

Yağın ardınca pendir də bahalaşdı - VİDEO

Cənubi Qafqaz dünyanın ən hərbiləşdirilmiş bölgələrindən biridir
23.10.2017, 22:31

Cənubi Qafqaz dünyanın ən hərbiləşdirilmiş bölgələrindən biridir

Ukrayna prezidentinə sui-qəsd ...
23.10.2017, 22:17

Ukrayna prezidentinə sui-qəsd ...

ABŞ-ın dövlət katibi Bağdada gəldi
23.10.2017, 22:01

ABŞ-ın dövlət katibi Bağdada gəldi

Pan-Afrika Parlamentinin prezidenti Heydər Əliyev Mərkəzində oldu
23.10.2017, 21:46

Pan-Afrika Parlamentinin prezidenti Heydər Əliyev Mərkəzində oldu

İşğal olunmuş torpaqda İŞĞALÇINI MƏĞLUB ETMƏK HƏQİQƏTİ...
23.10.2017, 21:31

İşğal olunmuş torpaqda İŞĞALÇINI MƏĞLUB ETMƏK HƏQİQƏTİ...

Gürcüstanda Azərbaycan vətəndaşı həbs edildi - Rəsmi
23.10.2017, 21:13

Gürcüstanda Azərbaycan vətəndaşı həbs edildi - Rəsmi

Çeçenistanda silahlı insident: 4 ölü
23.10.2017, 20:57

Çeçenistanda silahlı insident: 4 ölü

Müsavatçılar Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına toplaşacaq
23.10.2017, 20:43

Müsavatçılar Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına toplaşacaq

Gürcüstanın baş naziri Bakıya gəlir
23.10.2017, 20:29

Gürcüstanın baş naziri Bakıya gəlir

İtaliyada meşə yanğınları səbəbindən əhalinin təxliyyəsinə başlanılıb
23.10.2017, 20:16

İtaliyada meşə yanğınları səbəbindən əhalinin təxliyyəsinə başlanılıb

Ermənistan ordusunun daha 3 hərbi qulluqçusu fərarilik edib
23.10.2017, 20:02

Ermənistan ordusunun daha 3 hərbi qulluqçusu fərarilik edib

"Çudo Peçka”nın 27 əməkdaşı dindirilib
23.10.2017, 19:51

"Çudo Peçka”nın 27 əməkdaşı dindirilib

Penitensiar Xidmətin üç əməkdaşı istintaqa cəlb edilib
23.10.2017, 18:55

Penitensiar Xidmətin üç əməkdaşı istintaqa cəlb edilib

Avropa Birliyi Ermənistanın təxribatları barədə məlumatlandırılıb
23.10.2017, 18:40

Avropa Birliyi Ermənistanın təxribatları barədə məlumatlandırılıb

Sabahdan güclü geomaqnit qasırğası başlayır
23.10.2017, 18:31

Sabahdan güclü geomaqnit qasırğası başlayır

Şəkidə yol tikintisinə 4,8 milyon manat ayrıldı
23.10.2017, 18:16

Şəkidə yol tikintisinə 4,8 milyon manat ayrıldı

Rəsulzadənin ailəsi ilə SON GÖRÜŞÜ...
23.10.2017, 18:11

Rəsulzadənin ailəsi ilə SON GÖRÜŞÜ...

Abel Məhəmmərovdan birinci kurs tələbələrinə çağırış
23.10.2017, 18:05

Abel Məhəmmərovdan birinci kurs tələbələrinə çağırış

Kamal Abdulla BMT nümayəndəsi ilə görüşüb
23.10.2017, 17:49

Kamal Abdulla BMT nümayəndəsi ilə görüşüb

Növbəti 3 gündə güclü geomaqnit həyəcanlaşması gözlənilir
23.10.2017, 17:44

Növbəti 3 gündə güclü geomaqnit həyəcanlaşması gözlənilir

Manat və dolların sabahkı məzənnəsi
23.10.2017, 17:22

Manat və dolların sabahkı məzənnəsi

İraq kürdləri Bağdaddan sülh istədi
23.10.2017, 17:20

İraq kürdləri Bağdaddan sülh istədi

Uşaqların dini mərasimlərə aparılması rəsmən QADAĞAN OLUNUR  
23.10.2017, 17:17

Uşaqların dini mərasimlərə aparılması rəsmən QADAĞAN OLUNUR  

Tovuzda usta iş yerində "laqonda" ilə əlini doğradı
23.10.2017, 17:15

Tovuzda usta iş yerində "laqonda" ilə əlini doğradı

Cocuq Mərcanlının günəşli payızı - REPORTAJ
23.10.2017, 17:09

Cocuq Mərcanlının günəşli payızı - REPORTAJ

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir - QALMAQAL
23.10.2017, 17:06

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir - QALMAQAL

Hadı Rəcəbli üslubu
23.10.2017, 17:06

Hadı Rəcəbli üslubu

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(4.88%)
“Azərişıq”(24.8%)
“Azərsu”(9.02%)
“Azəristiliktəchizat”(3.00%)
Heç biri(58.2%)