19 may 2012, Şənbə
Laçınlı qız Ermənistan prezidentinə müraciət edib
Əli Həsənov Rusiya və İran səfirliyini ittiham etdi
“Eurovision”a görə 30-a yaxın məktəbdə dərslər dayandırılır

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə
Zaqatalada 6 bal gücündə zəlzələ olub
XİN: “Roy-Aylend ştatının qondarma rejimi tanımasının qarşısı alınacaq”
TQDK abituriyentlərin imtahan nəticələrini açıqladı
Mətbuat Şurası qəzetlərdən şikayətlərə baxıb – təsisçi baş redaktoru işdən qovub
Bakcelldə “Pulsuz Gecə Zəngləri” geri döndü
Elgiz Əkbər: ““Toy olsun” olmayacaq, başqa bir layihə hazırlayacağıq”
"Azərbaycanlıların buynuzunu qırdıq" - İran qəzeti xalqımızı təhqir etdi
Əflatun Amaşov Avropa təşkilatının üzvü ilə görüşüb
Üç ən böyük şirkət Bakının “Olimpiada-2020”yə ev sahibliyini dəstəklədi
Deputat: “İnanıram ki, Səfərbərlik Xidmətində maaş problemi həll olunacaq”
Müsavat qərar verdi - partiyanın qurultayı xaricdə keçiriləcək
Türkiyədə Laçının işğalı ilə bağlı tədbir keçirilib- FOTOLAR
“Bu həyəcan məni şəkər xəstəsi edəcək” – Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin sirri
General Novruzəli Orucova yeni vəzifə verildi
Müxalifət partiyaları Əli Həsənovla görüşə hazırdılar, amma... – Partiyaların cavabı
Nar Mobile şəbəkəsində problem yaranıb
QHT Şurasının fəaliyyətində yenilik oldu
Bakıdakı məktəblərdə fondpulu yığımından 90 şikayət olub

Xəbərlər arxivi

«

May 2012

»

 

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

     
 
New Page 2
A A A
AMİP sədri Yusif Bağırzadə: “Müxalifət birləşməli və vahid namizəd müəyyənləşdirməlidir” - MÜSAHİBƏ
 19.01.2012, 17:46

“Müxalifət parlament seçkiləri ilə bağlı irəli sürdüyüm modeli qəbul etmədi”

Azərbaycanın müxalifət partiyaları müxtəlif bloklar, hərəkatlar və ictimai təşkilatlar yaratdığı bir vaxtda AMİP seyrçi mövqeyində qalıb. İctimai Palatanın təsis olunmasında iştirak edib sonra buradan uzaqlaşan AMİP-in bu günlərdə Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatına qoşulacağı söylənilsə də, partiyanın sədri Yusif Bağırzadə əksini dedi. O, Modern.az saytına müxalifətin daha fərqli birlik modelini təklif etdiklərini bildirdi. Bir zamanlar müxalıifət cəbhəsində ən ciddi söz sahiblərindən biri olan AMİP-in bundan sonrakı fəaliyyəti necə olacaq?

AMİP hansısa situasiyanın yertişməsini gözləyirmi? Partiya sədri ilə söhbətə əvvəlcə bu sullarla başladıq:

- Əvvəlcə onu qeyd edim ki, regional vəziyyət getdikcə gərginləşir. Azərbaycanda situasiyanın dəyişməsi isə iki-üç amildən aslıdır. Birinci xarici faktor çox böyük önəm daşıyır, ikincisi vətəndaş cəmiyyətiylə, xalqla, müxalifətlə və hökümətlə münasibətlərdir. Yəni bu gün ölkədə xalq bir kütlə kimi kənara qoyulub, müxalifət bir tərəfdə, hakimiyyət isə bir tərəfdə qaıb. Belə situasiyada üçüncü faktor müxalifətin vahid mövqedən çıxış eləməsidir.

- AMİP Azərbaycanın ilk partiyalarından biridir. Xeyli müddətdir partiyanızın fəaliyyətində müəyyən durğunluq hökm sürürdü. Sizin partiyanın sədri seçilməyinizdən sonra AMİP-in fəaliyyətində xeyli fəallaşma və siyasi proseslərdə daha yaxından iştirak etmək niyyəti hiss olunur. Sanki AMİP yenidən sözünü deməyə, varlıqını sübut edən bir partiyaya çevrilib. Şəxsən siz bu gün AMİP-i müxalifətin və cəmiyyətin müəyyən qədər fəallaşmasında rolunu necə təsəvvür edirsiz?

- Sədr seçildikdən sonra ilk missiyam AMİP-ın yenidən təşkilatlanması, qismən də olsa əvvəlki statusuna qaytarması ilə bağlı addımlar atmaq idi. Bildiyimiz kimi, AMİP Azərbaycanda yeganə partiyadır ki, Beynəlxalq Demokratlar İttifaqının üzvüdür. Bizim ikitərəfli, çoxtərəfli əməkdaşlığımız var. Britaniyanın hakimiyyətdə olan partiyası ilə, İsveçin, Avstraliyanın, digər ölkələrin siyasi partiyaları ilə təmasdayıq. Bu qurumda təmsil olunan siyasi partiyaların çoxu müxtəlif ölkələrdə  hakimiyyətdədir. AMİP-in digər fəaliyyət istiqaməti isə ölkədəki siyasi partiyalarla əməkdaşlıq idi. Ona görə sədr seçiləndən sonra mən bütün siyasi partiyaların rəhbərləri ilə görüşməli idim və bu missiyanın 80 faizinə nail oldum.

Məlumdur ki, bu gün Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar arasında bir qruplaşma prosesi gedir. Partiyaların bir qismi İctimai Palata kimi çox nüfüzlu bir təşkilatda təmsil olunurlar. İP yeganə qurumdur ki, vətəndaş cəmiyyətlərinin və siyasi partiyaların sintezindən yaranıb. “Qarabağ” blokunda ADP və Ümid Partiyası təmsil olunur, üçüncüsü də yeni yaradılan Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatıdır. Əlbəttə ki, bunların hamısı siyasi partiyaların öz arzularıdı və zamanın öz tələbidir.
Bildiyiniz kimi biz İP-nin Koordinasiya Şurasında iştirak edəndə dəfələrlə çıxışlarım olub. Demişəm ki, siyasi müxalifət nəticədən ötrü vahid mövqedən çıxış etməlidir. Onu da vurğulamışam ki, baxışlar fərqli ola bilər, amma son məqsəd kimi qarşıya Azərbaycanda güclü islahatların keçirilməsimə nail olmaq qoyulmalıdır. Amma həmin dövrdə istədiyimiz baş vermədi və İP-nin Koordinasiya Şurasında iştirakdan imtina etdik. Daha ciddi məqsədlərə nail olmaq üçün biz üzərimizə indiki missiyanı götürmüşük. Bu məqsədlə mən ADP sədri Sərdar Cəlaloğlu və KXCP sədri Mirmahmud Mirəlioğlu ilə görüşmüşəm və proses davam edəcək. Məqsədimiz odur ki, kim hansı təşkilatı hansı məqsədlə yaradırsa, bunu etsin, amma siyasi partiya olaraq hamının ortaq mövqedən çıxış etməsidir. Bu nəyə xidmət edə bilər? Birincisi, azad və ədalətli, şəffaf seçkilərin keçirilməsinə nail ola bilərik. İkincsi, bu yaxınlarda “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər ediləcəyi gözlənilir. Biz bir mövqedən çıxış etməklə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsində ciddi dəyişikliyin qanunda öz əksini tapmasını reallqaşdıra bilərik. Hakimiyyət 2010-cu il parlament seçkilərində real müxalifətin namizədlərinin seçilməsinə imkan verməməklə bizi tamamilə siyasi səhnədən silmək istiqamətində daha mühüm bir addım atıb. Bu problemin də həlli müxalifətin vahid mövqedən çıxış etməsindən çox asılıdır. Biz deyirik ki, birləşə biləriksə, hətta Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə də bağlı vahid təkliflər paketi ortaya çıxara bilərik. Azərbaycanda real vəziyyətin dəyişməsi ilə əlaqadar hansısa dövlətin modeli də tətbiq oluna bilər. Təbii ki, bunun üçün beynəlxalq təşkilatlardan mənəvi dəstək almaq da lazımdır. Bu dəstək siyasi müxalifətin bütün problemlərlə bağlı vahid mövqedən çıxış etməsi nətticəsində mümkün ola bilər.

Bir neçə partiyanın müqavimət hərəkatı, ictimai təşkilat və blok yaratmasından sonra cəmiyyətdə yenidən belə söz-söhbət gəzir ki, müxalifət partiyalarının ayrı-ayrı liderləri özləri üçün bir qrup yaradıblar və yenə bunlar birləşə bilmrlər.

Biz bir məsələni də unutmamalıyıq. Hakimiyyət müxalifət partiyalarının 2013-cü ilə qədər ictimai təşkilat səviyyəsinə düşməsi istiqamətində çalışır. Bunun qarşısını almaq üçün birləşməliyik, başqa yolumuz yoxdur. Azərbaycanda əhalinin 15-20 faizi hakim Yeni Azırbaycan Partiyası, 25-30 faizi isə müxalifət partiyaları ətrafında cəmləşib. Qalanları gözləmə mövqeyindədilər. Həmin 50-60 faiz həm də narazı olanlardır. Amma narazılıqlarını büruzə verməyə model tapa bilmirlər. Məsələn, görürlər ki, AXCP ilə Musavat bir tərəfdədi, AMİP digər tərəfdə, ADP tamamilə başqa yerdədir, ona görə insanlar çəkinirlər. Biz bu modeli yaradacağımız təqdirdə narazı insanlar istər-istəməz öz seçimini edəcəklər.

- Tutaq ki, müxalifət sizin sadaladığınız şərtlər daxilində vahid mövqeyə gəldi, bəs müəyyən bir məqamda həmin müxalifət seçkidə vahid namizədlə iştrak etmək məsələsində qərar qəbul edə biləcəkmi? İndidən bu yöndə müzakirələrin aparılması mümkündürmü?

- Parlament seçkiləri öncəsi mən bəyanat verdim ki, Azərbaycan müxalifəti vahid mövqedən çıxış eləsin. 125 dairə üzrə model təklif eləmişdim. Deyirdim ki, AMİP, Musavat, AXCP, KXCP və ADP olaraq 125 dairədə bölgülər aparaq. Onda biz seçkiyə həm nəzarəti gücləndirə bilərdik, həm daha çox səs qazanmaq imkanımız olardı, həm də beynəlxalq nəzarət güclü təşkil edilərdi. Mənim təklifim keçmədi. Əlbəttə, indi vahid platformadan danışırıqsa, vahid namizəd məsələsini də müzakirə etmək olar. Bir daha qeyd edirəm ki, bizim başqa yolumuz yoxdur. Biz vahid platformadan danışırıqsa, vahid namizədi də müəyyənləşdirməliyik. Bu məsələni çox yubatmaq olmaz. Hakimiyyət partiyası və onun ətrafında olan partiyalar vahid namizədlə seçkiyə gedərlərsə, biz də vahid namizədlə iştirak etməliyik və Azərbaycan cəmiyyəti görməlidir ki, artıq Azərbaycanda formalaşmış,  yarana biləcək xaosun qarşısını ala biləcək vahid bir komanda var. Mən belə başa düşürəm ki, 1998, 2003, 2008-ci illərdə müxalifətin məğlubiyyətinin əsas səbəbi vahid namizədlə seçkilərdə içtirak etməməsidir. Bu amil 2003-cü il seçkisində isə xüsusi rol oynadı. Ona görə biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk, məqsədimiz də buna nail olmaqdır. AMİP ümumxalq mənafeyindən ötrü bir çox ambisiyasından əl çəkməyə hazırdır.

- 2013-cü il prezident seçkilərində AMİP-in prezidentliyə namizədinin olmayacağını indidən söyləmək olarmı? Digər tərəfdən, siz vahid namizədin müəyyənləşdirilməsinin çox zəruri şərt olduğunu vurğulayırsınız. Halbuki müxalifətin bir neçə namizədinin olacağı indi də bəllidir...

- Mən dedim ki, əgər təklif etdiyimiz model müəyyənləşəcəksə, biz o iddiadan əl çəkməyə hazırıq. Bildiyiniz kimi, 2004-cü ildə Etibar Məmmədov partiya sədrliyindən istefa verdi. Bu Azərbaycanda anoloqu olmayan bir addım idi. Etibar bəy o vaxt dedi ki, artıq milli istiqlalçılar özlərinə yeni sədr seçməli, yeni fəaliyyət istiqamətlərini müəyyənləşdirməlidir, daha modern, hazırkı situasiyaya uyğun strateji planları reallaşdıra biləcək təzə rəhbərlik olmalıdır. Bunu başqa siyasi partiyalarda indiyə qədər görməmişik. AMİP hər zaman prezidentliyə namizədlə çıxış edibdir və parlament seçkilərinə öz namizədlərini irəli sürübdür. Bu model alınacağı təqdirdə biz çoxluğa tabe olacağıq.

- Siz deyibsiniz ki, müqavimət hərəkatına qoşulmamısınız və AMİP İctimai Palatada qalır. Amma siz sədr kimi bu qurumun fəaliyyətində yoxsunuz. Bunu necə başa düşmək olar?

- Bizdən ötrü İP maraqlıdı. Ona görə ki, biz bu qurumun təsisçilərindən biriyik. AMİP partiya olaraq oradan çıxmayıb, üzvlərimiz İP-nin sessiyalarında da iştrak edirlər. Ancaq biz Koordinasiya Şurasında  təmsil olunmuruq. Şuraya statusla getməlisən. Orda partiyanın sədri, baş katibi ola bilər. İndi kənarda qalmağımızın səbəbi isə İP-nin fəaliyyəti ilə bağlı iradlarımızın indiyədək nəzərə alınmamasıdır. Biz ciddi təşkilatlanmadan kütləvi aksiyaların keçirilməsinin əleyhinə idik.

- Bəziləri belə fikirləşirlər ki, ümumiyyətlə AMİP-in İP-dan uzaqlaşmasında partiyanın daxilindəki müəyyən adamların rolu olub?

- Qətiyyən belə deyil. Dedim ki, üzvlərimiz rayon təşkilatları səviyyəsində İP-da qalırlar. Bizim orda səs vermək hüququmuz var. Axırıncı sessiyada Koordinasiya Şurasına namizədlərin seçilməsində üzvlərimiz aktiv iştrak ediblər. Koordinasiya Şurasında yalnız mən təmsil olunmalı idim. Çünki İP siyasi partiyaların üstundə dayanan bir təşkilatdı.

- Amma belə fikirlər də səslənir ki, AXCP və Musavat İP-da öz hegiomonluğunu qorumaq üçün siz deyən və başqa tərəfdən gələn təkliflərin reallaşmasına imkan vermirlər?

- Mən belə deməzdim. Son hadisələri izlədim, açığı orda hegimonluq görmədim. KŞ-na açıq, azad, mən deyərdim çox demokratik bir seçki keçrildi.

- Etibar Məmmədov bu gün AMİP-in idarə olunmasında, qərarların qəbulunda nə kimi təkliflərlə çıxış edir? Siz sədr kimi Etibar bəylə məsləhətləşirsinizmi? Ümumiyyətlə, partiyanın lideri ilə əlaqələr necə qurulub?

- Biz  istəsək də, istəməsək də Azərbaycandakı siyasi partiyalar şəxslər ətrafında formalaşıblar. Etibar Məmmədov AMİP-in lideridir. İnanın, o,  partiyada siyasi qərarların qəbuluna qatışmır. Ancaq mənim özüm partiya sədri kimi Etibar bəylə  məsləhətləşmələr aparıram. Təşəbbüs, təbii ki, mənim tərəfimdən olur. Çünki o birinci növbədə AMİP-in qurucusudu. Onun partiya rəhbəri kimi böyük siyasi bazası, təcrübəsi var. Mən də həmin nüfuzdan, təcrübədən yararlanıram. Bu təbii bir haldı, belə də olmalıdı.

Sonda Y.Bağırzadə deyir:

- Gəlin reallıqdan danışaq. Vəziyyət ağırdı, bir-iki aydan sonra müharibə başlayır. İranda müharibə başlayanda Cənubi Azərbaycanda bura bilirsiz nə qədər adam gələcək? Xəbəriniz var, aprel-may aylarında Qarabağ  problemi ilə bağlı məsələ çox ciddi şəkildə yenidən gündəmə gələcək? İrana gözlənilən hücum, təkcə müxalifətin, hakimiyyətin yox, ümumilikdə Azərbaycanın probleminə çevriləcək. Əlbəttə, İranla bağlı məsələ Azərbaycanın istəyindən asılı deyil...

Hamıya bəllidir ki, indəyə qədər Qarabağ məsələsinin həll olunmamasının, status kvonun saxlanılmasının birinci səbəbkarı da İrandır. Azərbaycan bu hadisələri yaxından izləməli və hər bir hadisəyə hazır olmalıdır. Azərbaycan İran tərəfdən olunacaq heç bir provakasiya getməli deyil. Bu dəqiqə İran çalışır ki, həm Azərbaycan, həm Türkiyə, həm də başqa qonşular tərəfdən provikasiya olunsun. Azərbaycan hakimiyyətinin situasiya ciddiləşəcəyi təqdirdə hansı addımları atacağı bəlli deyil.

Azər Hüseynbala

 
Oxunub: 239
Çap variantı
Məktub göndər
Facebook-da paylaş



Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
Son xəbərlər
18.05.2012, 22:10
 Zaqatalada 6 bal gücündə zəlzələ olub
18.05.2012, 21:16
 XİN: “Roy-Aylend ştatının qondarma rejimi tanımasının qarşısı alınacaq”
18.05.2012, 20:57
 TQDK abituriyentlərin imtahan nəticələrini açıqladı
18.05.2012, 19:02
 “Nar Mobile”nin rəhbərliyi təcili nazirliyə çağırılıb
18.05.2012, 18:40
 Mətbuat Şurası qəzetlərdən şikayətlərə baxıb – təsisçi baş redaktoru işdən qovub
18.05.2012, 18:27
 Bakcelldə “Pulsuz Gecə Zəngləri” geri döndü
18.05.2012, 18:20
 Elgiz Əkbər: ““Toy olsun” olmayacaq, başqa bir layihə hazırlayacağıq”
18.05.2012, 18:06
 "Azərbaycanlıların buynuzunu qırdıq" - İran qəzeti xalqımızı təhqir etdi
18.05.2012, 17:46
 Deputatlar nazirlərin Milli Məclisə hesabat verməsini tələb etdilər
18.05.2012, 17:08
 Əflatun Amaşov Avropa təşkilatının üzvü ilə görüşüb
18.05.2012, 17:08
 Üç ən böyük şirkət Bakının “Olimpiada-2020”yə ev sahibliyini dəstəklədi
18.05.2012, 16:49
 Deputat: “İnanıram ki, Səfərbərlik Xidmətində maaş problemi həll olunacaq”
18.05.2012, 16:30
 Müsavat qərar verdi - partiyanın qurultayı xaricdə keçiriləcək
18.05.2012, 16:26
 Türkiyədə Laçının işğalı ilə bağlı tədbir keçirilib- FOTOLAR
18.05.2012, 16:14
 “Bu həyəcan məni şəkər xəstəsi edəcək” – Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin sirri
18.05.2012, 16:13
 General Novruzəli Orucova yeni vəzifə verildi
18.05.2012, 15:52
 Müxalifət partiyaları Əli Həsənovla görüşə hazırdılar, amma... – Partiyaların cavabı
18.05.2012, 15:35
 Nar Mobile şəbəkəsində problem yaranıb
18.05.2012, 15:20
 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 3 aydır maaş verilmir
18.05.2012, 15:06
 QHT Şurasının fəaliyyətində yenilik oldu
18.05.2012, 15:01
 Bakıdakı məktəblərdə fondpulu yığımından 90 şikayət olub
18.05.2012, 14:53
 Prezidentin Sabirlə bağlı sərəncamı necə icra olunur?
18.05.2012, 14:25
 ABŞ ştatının parlamenti qondarma “DQR”i tanımağa çağıran qətnamə qəbul edib
18.05.2012, 14:09
 “Laçınsız...” filminin təqdimatı oldu - FOTOLAR
18.05.2012, 14:03
 Dayça diplomatiyası...
18.05.2012, 13:40
 Fərman Kərimzadənin qızı: “Əvvəlcə atamın, sonra da mənim əlyazmalarımı oğurladılar” – SÖHBƏT
18.05.2012, 13:28
 Səbail rayonunda polis 37 nəfəri saxlayıb
18.05.2012, 13:22
 Laçınlı qız Ermənistan prezidentinə müraciət edib
18.05.2012, 13:12
 Milli Məclisin yaz sessiyasının müddəti uzadılıb
18.05.2012, 12:47
 Əli Həsənov Rusiya və İran səfirliyini ittiham etdi
18.05.2012, 12:37
 Cəmil Həsənli: “Mitinqlərin “Eurovision”a mənfi təsiri ola bilməz”
18.05.2012, 11:53
 “Baku Crystal Hall”un 3D formartında görüntüləri nümayiş etdirilib
18.05.2012, 11:47
 Bu gün muzeylərə giriş pulsuz olacaq
18.05.2012, 11:42
 Bakının iki rayonuna içməli su verilməsində məhdudiyyətlər olacaq
18.05.2012, 11:23
 Azərbaycanda 151 nəfərə professor, 709 nəfərə dosent adı verilməsindən imtina olunub – Elmdə saxtakarlıq
18.05.2012, 11:17
 Nazirlik jurnalistlər üçün müsabiqə elan edib
18.05.2012, 11:01
 Təhsil Naziri 3 kollecin fəaliyyətini “kafi” qiymətləndirib
18.05.2012, 11:01
 Maliyyə Nazirliyi icra büdcəsinə dair sənədi Milli Məclisə təqdim edib
18.05.2012, 10:46
 Nizami Cəfərov: “Faktiki olaraq bu, repressiyadır”
18.05.2012, 10:27
 “Eurovision”a görə 30-a yaxın məktəbdə dərslər dayandırılır
Müəlliflər
İmdad Əlizadə

 Laçından aralı
Zülfüqar Hüseynzadə

 Dayça diplomatiyası...
Sultan Laçın

 LAÇINIM
Orxan Əli

 Bərdə qazisi nə işə baxır?
Safruh

 Ala qarğaya da bala gərək...
Zöhrə Fərəcova

 Jurnalistikamızda yeni mərəz – utanmazlıq
Hikmət Babaoğlu

 Panideyalar, mondializm və beşinci kalon
Nəzirməmməd Zöhrablı

 Qısqanclıq
Şirinxanım Kərimbəyli Şadiman

 Azərbaycan gerçəkliyi - I
Elçin Bayramlı

 Bir nazirin monoloqu
Faiq Ələkbərov (Qəzənfəroğlu)

 Azərbaycan türkçülüyü ideyası - II
Laçın Səmla

 “Mən inək yox, inəyimi istəyirəm”
Xanoğlan Əhmədov

 “Amaci” kəndimizdə

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı |
Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Müəllif hüquqları qorunur. Modern.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Copyright 2012 modern.az. All rights reserved. Powered by NextPoint LLC