19 may 2012, Şənbə
Laçınlı qız Ermənistan prezidentinə müraciət edib
Əli Həsənov Rusiya və İran səfirliyini ittiham etdi
“Eurovision”a görə 30-a yaxın məktəbdə dərslər dayandırılır

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə
Zaqatalada 6 bal gücündə zəlzələ olub
XİN: “Roy-Aylend ştatının qondarma rejimi tanımasının qarşısı alınacaq”
TQDK abituriyentlərin imtahan nəticələrini açıqladı
Mətbuat Şurası qəzetlərdən şikayətlərə baxıb – təsisçi baş redaktoru işdən qovub
Bakcelldə “Pulsuz Gecə Zəngləri” geri döndü
Elgiz Əkbər: ““Toy olsun” olmayacaq, başqa bir layihə hazırlayacağıq”
"Azərbaycanlıların buynuzunu qırdıq" - İran qəzeti xalqımızı təhqir etdi
Əflatun Amaşov Avropa təşkilatının üzvü ilə görüşüb
Üç ən böyük şirkət Bakının “Olimpiada-2020”yə ev sahibliyini dəstəklədi
Deputat: “İnanıram ki, Səfərbərlik Xidmətində maaş problemi həll olunacaq”
Müsavat qərar verdi - partiyanın qurultayı xaricdə keçiriləcək
Türkiyədə Laçının işğalı ilə bağlı tədbir keçirilib- FOTOLAR
“Bu həyəcan məni şəkər xəstəsi edəcək” – Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin sirri
General Novruzəli Orucova yeni vəzifə verildi
Müxalifət partiyaları Əli Həsənovla görüşə hazırdılar, amma... – Partiyaların cavabı
Nar Mobile şəbəkəsində problem yaranıb
QHT Şurasının fəaliyyətində yenilik oldu
Bakıdakı məktəblərdə fondpulu yığımından 90 şikayət olub

Xəbərlər arxivi

«

May 2012

»

 

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

     
 
New Page 2
A A A
Yesən də xiyardı, yeməsən də... Bəs xiyarı kim yeməlidir? - TƏHLIL
 24.01.2012, 10:31

Heybət Əmrah

Ötən ilin yazında İspaniyanın kənd təsərrüfatı naziri Rosa Aqilar «Sky News»un canlı efirində xiyar yemişdi.  Bununla da o, avropalılara ispan xiyarlarının insan sağlamlığı üçün təhlükəsiz olduğunu nümayiş etdirmək istəyirdi. Qeyd edək ki, avropalılar ispan xiyarlarında E.coli bağırsaq infeksiyası xəstəliyi olmasından ehtiyat edərək onu almaqdan imtina edirdilər. Bu səbəbdən də bağlanılan bütün müqavilələr ləğv edilirdi. İspaniyanın kənd təsərrüfatının bundan ayda 200 milyon avro zərər çəkəcəyi bildirilirdi.

Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsinə Nəzarət üzrə Federal Xidməti mayın 30-da Almaniya və İspaniyadan, iyunun 2-də isə bütün Aİ ölkələrindən təzə tərəvəzin idxalına  qadağa qoymuşdu.  Buna səbəb kimi Aİ ölkələrində bağırsaq infeksiyasının yayılması göstərilirdi. İnfeksiya təkcə Almaniyada 38 nəfərin ölümünə, ümumilikdə Avropada 2610 nəfər zəhərlənməsinə  səbəb olmuşdu.

Lakin avropalılar  boş durmadılar, çox keçmədən  Rusiyanı Avropa tərəvəzi yeməyə razı salmağa nail oldular.

Dünyanın əksər ölkələri Rusiya bazarı uğrunda mübarizədədir.

Azərbaycanda son dövrlər kəndlilərin min bir əzabla yetişdirdikləri meyvə-tərəvəzin bazar tapması əsl müşkülə çevrilib. Kəndlilər deyirlər ki,  yetişdirdikləri məhsulu Bakı şəhərində və ya digər daxili bazarlarda satmaq sərfəli deyil. Yol xərcləri, bazar pullarını bir yerə yığanda hətta ziyana da düşürlər.
“Birbaşa həyətdən məhsulumuz  həddən artıq ucuz alınır.  Məhsulu  saxlama kameralarında saxlamaq isə baha başa gəlir” – deyir kəndlilər.
Kənd təsərrüfatı naziri İsmət Abbasov  2011-ci il noyabr ayının 1-də  kənd təsərrüfatı işçiləri günü münasibətilə keçirilən tədbirdən sonra jurnalistlərin suallarının cavabında deyib ki, kənd təsərrüfatı sahəsinə  bu il  (ötən il) Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən 13-14 milyon manat kredit verilib. Nazir iri fermer təsərrüfatlarının yaradılmasının gündəlikdə durduğunu deyib. Nazirin  fikrincə, Azərbaycan bəzi kənd təsərrüfatı məhsullarını tələbatdan 150, bəzi məhsulları hətta 200 faiz və daha artıq istehsal edir.
“Bir sıra  məhsullarla isə tələbatı 90-95 faiz təmin edirik. Amma, prezident hökumətin qarşısında məsələ qoyub ki, biz kənd təsərrüfatı və ərzaq məhsulları ilə tələbatı 100 faiz ödəməliyik. Bunun üçün kifayət qədər geniş işlər görülür. Ümid edirəm ki, gələcəkdə həm öz əhalimizin tələbatını tam təmin edəcəyik, həm də ixrac potensialını artıracağıq. Ənənəvi ölkələrlə yanaşı, Avropa ölkələrinə də məhsul ixrac edəcəyik”, - İ.Abbasov bildirib.  
İqtisadi İnkişaf  Nazirliyi də ötən il aqrar sahəyə, xüsusilə emal sənayesinə kifayət qədər yetərli kreditlər ayırıb. 

Təəssüf ki, cənab nazirin dediyi ixrac məsələsi reallıqdan xeyli uzaq görünür. Ötən ilin  noyabr  ayındakı  xurmanın, üzümün, limonun, almanın bəzi sortlarının qənimi olan erkən şaxtalar bir çox fermerlərin kefinə soğan doğradı. Məhsulun xeyli hissəsi  məhz bazar problemləri ucbatından vaxtında yığılmamışdı.

Ötən il Azərbaycanda kənd təsərrüfatı bitkiləri istehsalı artıb.  Avqustun 1-nə olan məlumata görə, 308 min ton qarpız və yemiş yığılıb. Bu, əvvəlki  ilin eyni dövründən 25%  çoxdur.  Fermerlər qarpızın 1 kq-ı 3-5 qəpiyə  təklif ediblər. 2010-cu ilin eyni dövrü ilə müqayisədə tərəvəz istehsalı 8,6% artaraq 710 min ton olub.  Pomidorun çoxluğu "Azersun Holding"i məcbur edib ki, pomidor qəbulu üzrə üç növbəli işə keçsin. Sahələrdə 1 kq pomidor  5 qəpiyə  təklif edilirdi. Pomidorun böyük bir hissəsinə isə alıcı tapılmadı, yığılmadan sahələrdə qaldı.

Jurnalist Səbuhi Məmmədlinin  Ağdamın üç tərəfdən erməni istehkamları ilə üz-üzə dayanan Çıraqlı kəndindən, düşmənin 200 metrliyindən verdiyi xəbərə görə, adıçəkilən və bir neçə ətraf kənddə birlikdə  20 min ton (!) soğan yetişdirilib. Halbuki bu yerlərdə insanlar tez-tez erməni snayperlərinin  qurbanı olurlar. Burada  əvvəlki  il kilosu 40 qəpiyə satılan soğana  alıcı tapılmayıb.  Tonlarla məhsul evlərdə qalıb çürüyür.

Xaçmaz rayonunun Xudat şəhərində yaşayan Azad Oğlanov on ildir ki, meyvə ticarəti biznesindədir. Əsasən Azərbaycan məhsullarını Rusiya bazarlarına çıxarmaqla məşğul olan iş adamı əvvəllər hər il  Rusiyaya  15-20 TİR aparırdısa , ötən il məhsul bolluğuna  baxmayaraq, cəmi 5 TİR şaftalı apara bilib. Səbəb isə ötən il gömrük qiymətlərinin daha da qaldırılması olub. Belə ki, hər TİR-ə görə ödənilən 10 min dollar rüşvət  ötən il daha 3800 dollar artıb.  Gömrükdə baş verən özbaşnalıqlara gərə, Rusiyaya  hər il 300 ton xurma, bir o qədər də kartof aparan Azad ötən il bu məhsulların alverindən imtina etməli olub.

Azadın dediyinə görə, Rusiyada Avropadan, Türkiyədən, İrandan, Orta Asiyadan gələn anoloji mallar bizim  mallara nisbətən daha ucuz satılır. 2 il əvvəl  20 KAMAZ soğanda 26500 dollar ziyana düşüb. Xarab olduğu  halda sığorta olunan malların pulu bir qayda olaraq ödənilmir.

Azad deyir ki, məhsulun qablaşdırılmaslnda da problemlər var. “Yeşik sexləri meşələrimizin qırılması hesabına işləyir. Belə sexlər buna görə təbiəti mühafizə, digər orqanlara xeyli rüşvət verməli olur. Ona görə də yeşik çox bahadır-1 manata. Plastik yeşik istehsalına keçilsə, çox yaxşı olar.”

“Saxlama kameralarında xidmətlər  iki il bundan əvvələ nisbətən üç dəfə  bahalaşıb. Soyuducu kameralar standartlara uyğun işlədilmir. İnişil 200 min dollarlıq xurmamız bu səbəbdən xarab oldu” – deyə Azad söhbətinə davam edir.

Azad Oğlanovun dediyinə görə, Gürcüstanda kilosu 50 sentə alınan 20 ton  narıngiyə  görə Gürcüstan gömrüyünə əlavə xidmətlərlə birlikdə cəmi 500 dollar ödənilib. Azərbaycan tərəfi isə hər tona 300 dollar tələb edir - 6000 dollar. Həmin mala görə  Azərbaycan-Rusiya sərhəddində Azərbaycan gömrüyünə  yenidən 6500 dollar verilməlidir. Bütün bu ödənişlərin müqabilində heç bir qəbz və ya sənəd verilmir.

Calal Harınov Yergüc bələdiyyəsinin sədr müavinidir. 1994-cü ildə “Birlik” fermer təsərrüfatı yaradıb. Kənd təsərrüfatı sahəsində çox ciddi problemlərin olduğunu bildirən mütəxəssis bu sahədəki şikayətlərin haqlı olduğunu bildirir:
“Bizim ərazidə kəndlilər əsasən alma yetişdirməklə  məşğuldur. Ağaclar ziyanvericilərə və xəstəliklərə qarşı  il ərzində 13-14 dəfə dərmanlanır. Bir hektar sahəyə hər çiləmədə 150 manat pul xərclənir ki, bu da  cəmi 2000 manata yaxın olur. Hələ qidalandırıcı gübrələri demirəm. Pestisidlərin keyfiyyəti də lazımı səviyyədə deyil. Ən böyük problem  bazar tapmaqdır”.

Calal müəllimin bildirdiyinə görə, 2 və 3-cü sort alma üçün alıcı demək olar ki, yoxdur. Bu növ alma sortlarını Xaçmaz  konserv zavodu  kilosunu 1-2 qəpiyə alır. 1-ci növ alma bazar üçün ən yaxşı halda 40 qəpiyə alınır. 1 alma yeşiyinin qiyməti 2.5 – 3 manatdır.

Calal müəllimin dediyinə görə, məhsulu soyuducu anbarlarda saxlamaq kəndliyə sərf etmir. Belə anbarlar meyvənin bir tonunu ayda 40 manata saxlayır. Üstəlik meyvə anbarlardan  dərhal bazara çıxarılmalı və tez bir zamanda satılmalıdır. Ona görə ki, soyuqda saxlanılan meyvə adi havaya çıxarılanda tez xarab olur.  Belə operativ bazar tapmaq imkanı  kəndlidə yoxdur.
“İki gün əvvəl Eldar Məmmədov adlı iş adamı Yergüc kəndindəki soyuducu anbardan üç maşın xarab olmuş xurmanı aparıb çaya tökdü.”-deyə əlavə edir.

Calal müəllimin fikrinə görə, bütün bu problemlər  dövlət tərəfindən kompleks şəkildə həll olunmalıdır.

Dünyada kənd təsərrüfatı sahəsi risqli sahə sayılır. Dövlətdən dəstək olmazsa, sığorta şirkətləri fermer təsərrüfatlarını sığortalamaq üçün səy göstərmir. Heç fermerlər də buna həvəsli deyillər. Bir tərəfdən fermerlərin imkanı yoxdur, digər tərəfdən, sığorta şirkətlərinə o qədər də etibar etmirlər.

Yerlərdə kiçik emal müəssisələri yaradılmalıdır. Gömrükdə iş adamlarından əsassız ödəmələr tələb olunmamalı, kənd təsərrüfatına qoyulan rüsumlar aşağı salınmalıdır.

Xaçmaz Gömrük İdarəsində suallarınmıza cavab vermək istəmədilər, yəqin çox utanırdılar.  Dövlət Gömrük Komitəsinin rəsmi internet saytında yerləşdirilmiş məlumata  görə, meyvə-tərəvəz xaricə ixrac olunan mallar sırasında səkkizinci yerdədir. 2011-ci  ilin ilk  10 ayı ərzində  163258,13 min ABŞ dolları həcmində meyvə-tərəvəz ixrac olunub. Azərbaycanda bu komitənin açıqladığı rəqəmlərə çox az adam inanar. Belə ki, İqtisadi Tədqiqatlar Mərkəzinin hesablamalarına görə,  2003-2009-cu illər arasında 16 ölkənin Azərbaycana ixracatından alınan rəqəmlər ilə Azərbaycanın eyni dövrdə həmin ölkələrdən  idxalı arasında 10 milyard 549 milyon dollar  səviyyəsində fərq olub.  Yəni, 10 milyard 549 milyon dollarlıq mal sənədlərdə göstərilməyib.

Beləliklə,  hər il neçə yüz milyonlarla manat  kənd təsərrüfatı məhsullarından ziyana düşürük?  Azərbaycanın “müstəqil” gömrüyü nə vaxtsa güzəştə gedənə oxşamır. Kobud səslənsə də, sanki deyirlər: yesən də xiyardı, yeməsən də...

 

Digər məqalələr

İnsan problemindən reytinq qazanan ANS (24.01.2012, 10:31)
Dərviş Parisi partlatmır... (24.01.2012, 10:31)
Vəziri-xani-Lənkəran (24.01.2012, 10:31)
Şantaj (24.01.2012, 10:31)
 
Oxunub: 509
Çap variantı
Məktub göndər
Facebook-da paylaş



Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
Son xəbərlər
18.05.2012, 22:10
 Zaqatalada 6 bal gücündə zəlzələ olub
18.05.2012, 21:16
 XİN: “Roy-Aylend ştatının qondarma rejimi tanımasının qarşısı alınacaq”
18.05.2012, 20:57
 TQDK abituriyentlərin imtahan nəticələrini açıqladı
18.05.2012, 19:02
 “Nar Mobile”nin rəhbərliyi təcili nazirliyə çağırılıb
18.05.2012, 18:40
 Mətbuat Şurası qəzetlərdən şikayətlərə baxıb – təsisçi baş redaktoru işdən qovub
18.05.2012, 18:27
 Bakcelldə “Pulsuz Gecə Zəngləri” geri döndü
18.05.2012, 18:20
 Elgiz Əkbər: ““Toy olsun” olmayacaq, başqa bir layihə hazırlayacağıq”
18.05.2012, 18:06
 "Azərbaycanlıların buynuzunu qırdıq" - İran qəzeti xalqımızı təhqir etdi
18.05.2012, 17:46
 Deputatlar nazirlərin Milli Məclisə hesabat verməsini tələb etdilər
18.05.2012, 17:08
 Əflatun Amaşov Avropa təşkilatının üzvü ilə görüşüb
18.05.2012, 17:08
 Üç ən böyük şirkət Bakının “Olimpiada-2020”yə ev sahibliyini dəstəklədi
18.05.2012, 16:49
 Deputat: “İnanıram ki, Səfərbərlik Xidmətində maaş problemi həll olunacaq”
18.05.2012, 16:30
 Müsavat qərar verdi - partiyanın qurultayı xaricdə keçiriləcək
18.05.2012, 16:26
 Türkiyədə Laçının işğalı ilə bağlı tədbir keçirilib- FOTOLAR
18.05.2012, 16:14
 “Bu həyəcan məni şəkər xəstəsi edəcək” – Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin sirri
18.05.2012, 16:13
 General Novruzəli Orucova yeni vəzifə verildi
18.05.2012, 15:52
 Müxalifət partiyaları Əli Həsənovla görüşə hazırdılar, amma... – Partiyaların cavabı
18.05.2012, 15:35
 Nar Mobile şəbəkəsində problem yaranıb
18.05.2012, 15:20
 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 3 aydır maaş verilmir
18.05.2012, 15:06
 QHT Şurasının fəaliyyətində yenilik oldu
18.05.2012, 15:01
 Bakıdakı məktəblərdə fondpulu yığımından 90 şikayət olub
18.05.2012, 14:53
 Prezidentin Sabirlə bağlı sərəncamı necə icra olunur?
18.05.2012, 14:25
 ABŞ ştatının parlamenti qondarma “DQR”i tanımağa çağıran qətnamə qəbul edib
18.05.2012, 14:09
 “Laçınsız...” filminin təqdimatı oldu - FOTOLAR
18.05.2012, 14:03
 Dayça diplomatiyası...
18.05.2012, 13:40
 Fərman Kərimzadənin qızı: “Əvvəlcə atamın, sonra da mənim əlyazmalarımı oğurladılar” – SÖHBƏT
18.05.2012, 13:28
 Səbail rayonunda polis 37 nəfəri saxlayıb
18.05.2012, 13:22
 Laçınlı qız Ermənistan prezidentinə müraciət edib
18.05.2012, 13:12
 Milli Məclisin yaz sessiyasının müddəti uzadılıb
18.05.2012, 12:47
 Əli Həsənov Rusiya və İran səfirliyini ittiham etdi
18.05.2012, 12:37
 Cəmil Həsənli: “Mitinqlərin “Eurovision”a mənfi təsiri ola bilməz”
18.05.2012, 11:53
 “Baku Crystal Hall”un 3D formartında görüntüləri nümayiş etdirilib
18.05.2012, 11:47
 Bu gün muzeylərə giriş pulsuz olacaq
18.05.2012, 11:42
 Bakının iki rayonuna içməli su verilməsində məhdudiyyətlər olacaq
18.05.2012, 11:23
 Azərbaycanda 151 nəfərə professor, 709 nəfərə dosent adı verilməsindən imtina olunub – Elmdə saxtakarlıq
18.05.2012, 11:17
 Nazirlik jurnalistlər üçün müsabiqə elan edib
18.05.2012, 11:01
 Təhsil Naziri 3 kollecin fəaliyyətini “kafi” qiymətləndirib
18.05.2012, 11:01
 Maliyyə Nazirliyi icra büdcəsinə dair sənədi Milli Məclisə təqdim edib
18.05.2012, 10:46
 Nizami Cəfərov: “Faktiki olaraq bu, repressiyadır”
18.05.2012, 10:27
 “Eurovision”a görə 30-a yaxın məktəbdə dərslər dayandırılır
Müəlliflər
İmdad Əlizadə

 Laçından aralı
Zülfüqar Hüseynzadə

 Dayça diplomatiyası...
Sultan Laçın

 LAÇINIM
Orxan Əli

 Bərdə qazisi nə işə baxır?
Safruh

 Ala qarğaya da bala gərək...
Zöhrə Fərəcova

 Jurnalistikamızda yeni mərəz – utanmazlıq
Hikmət Babaoğlu

 Panideyalar, mondializm və beşinci kalon
Nəzirməmməd Zöhrablı

 Qısqanclıq
Şirinxanım Kərimbəyli Şadiman

 Azərbaycan gerçəkliyi - I
Elçin Bayramlı

 Bir nazirin monoloqu
Faiq Ələkbərov (Qəzənfəroğlu)

 Azərbaycan türkçülüyü ideyası - II
Laçın Səmla

 “Mən inək yox, inəyimi istəyirəm”
Xanoğlan Əhmədov

 “Amaci” kəndimizdə

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı |
Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Müəllif hüquqları qorunur. Modern.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Copyright 2012 modern.az. All rights reserved. Powered by NextPoint LLC