19 may 2012, Şənbə
Laçınlı qız Ermənistan prezidentinə müraciət edib
Əli Həsənov Rusiya və İran səfirliyini ittiham etdi
“Eurovision”a görə 30-a yaxın məktəbdə dərslər dayandırılır

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə
Zaqatalada 6 bal gücündə zəlzələ olub
XİN: “Roy-Aylend ştatının qondarma rejimi tanımasının qarşısı alınacaq”
TQDK abituriyentlərin imtahan nəticələrini açıqladı
Mətbuat Şurası qəzetlərdən şikayətlərə baxıb – təsisçi baş redaktoru işdən qovub
Bakcelldə “Pulsuz Gecə Zəngləri” geri döndü
Elgiz Əkbər: ““Toy olsun” olmayacaq, başqa bir layihə hazırlayacağıq”
"Azərbaycanlıların buynuzunu qırdıq" - İran qəzeti xalqımızı təhqir etdi
Əflatun Amaşov Avropa təşkilatının üzvü ilə görüşüb
Üç ən böyük şirkət Bakının “Olimpiada-2020”yə ev sahibliyini dəstəklədi
Deputat: “İnanıram ki, Səfərbərlik Xidmətində maaş problemi həll olunacaq”
Müsavat qərar verdi - partiyanın qurultayı xaricdə keçiriləcək
Türkiyədə Laçının işğalı ilə bağlı tədbir keçirilib- FOTOLAR
“Bu həyəcan məni şəkər xəstəsi edəcək” – Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin sirri
General Novruzəli Orucova yeni vəzifə verildi
Müxalifət partiyaları Əli Həsənovla görüşə hazırdılar, amma... – Partiyaların cavabı
Nar Mobile şəbəkəsində problem yaranıb
QHT Şurasının fəaliyyətində yenilik oldu
Bakıdakı məktəblərdə fondpulu yığımından 90 şikayət olub

Xəbərlər arxivi

«

May 2012

»

 

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

     
 
New Page 2
A A A
Körpə genosidinə dair “ayıb söhbət”
 24.01.2012, 16:56

Bir müəllimim söhbət əsnasında demişdi:  “Elmdən abır gözləməyin.”  Elə o vaxtdan bu sitatı qulağıma sırğa etmişəm. O səbəbdəndir ki, elmi izah olan yerdə ayıb söhbətləri özümə və başqasına “zapadlo” bilmirəm. Açacağım mövzu sizə bu fikrimi daha aydın əks etdirəcək. Mənim mühakimə edilməyimin fərqi yoxdur, əsas gerçəkliyin fərqinə varılsın istəyirəm.

Haqqında bəhs edəcəyim “ ayıb söhbət” uşaq abortları - körpə genosidinə dairdir. Bunu ancaq genosid adlandıra bilərik, çünki əlimizdəki statisikalar bu ifadəni işlətməyə vadar edir.  Üstəlik mən nəinki reallığı əks etdirməyən, onun yaxınlığından da keçməyən statistik rəqəmləri açıqlayıram. Rəsmi məlumatlara görə 1995-ci ildə ölkəmizdə abortların sayı 25228, 2000-ci ildə 17529, 2002-ci ildə 16635, ötən il isə 26800 olub. Müxtəlif ölkələrdə həyata keçirilən abortların rəqəmsal göstəriciləri bizimlə müqayisədə çox fərqlidir. Hollandiyada hər 100 qadından 5-6 nəfər, İngiltərədə 10-15, Rusiyada 65-70, bizdə isə 70-80 nəfər abortdan istifadə edir. Qısacası, sıra etibarı ilə bu məsələdə dünya ölkələri arasında “üstünlüyümüzü” əldən vermirik. İndi bir anlıq düşünək ki, bu rəqəmlərə xəlvət abortlar, ara arvadları, mamaçalar tərəfindən gizli şəkildə evdə edilən, rəsmiləşdirilməyən abortlar daxil deyil. Yəqin ki, dəhşətverici statistik mənzərədir.

İkinci bir vəhşi gerçəklik də odur ki, tərkibində kollagen və amniotik maddə olan bütün kosmetik maddələr məhz abortlar zamanı tələf olan körpələrin doğranmış hüceyrələdir. Yəni, abort  tibbi üsuldan çox artıq sənayeləşib, özü də milyonlarla dollar məbləğində qazanc gətirən sənaye..

Hal-hazırda cəmiyyətimizdə yanlış bir düşüncə formalaşıb. Çoxları iddia edir ki, arzu edilməyən hamiləlikdən qurtulmağın tək yolu abortdur. Təbii ki, bu səbəbdən “qəssab”lara (abort edən ginekoloqları nəzərdə tuturam) müraciət qaçılmaz olur. Amma bu heç də deyildiyi kimi son çarə deyil. Qeyd edim ki, arzuedilmədiyi halda ən yaxşı üsul hamiləlikdən yayınmaqdır. Belə ki, bunun üçün savadlı bir ginekoloqla 10 dəq-lik söhbət yetər. O izah edə bilər ki, hansı təbii və süni vasitələrlə hamiləlikdən və ən əsası körpə qatili olmaqdan  qorunmaq mümkündür. Bu da çox bəsit məsələdir, yetər ki, öyrənməyə istək olsun. Üstəlik məlum məsələdir ki, abort qadınlarda təhlükəli xəstəliklərə, sonsuzluğa, hətta ölümə belə səbəb ola bilir.

Azərbaycanda bu gün xüsusilə qız uşaqlarının abort edilməsi artıq ciddi məsələyə çevrilib. Belə ki, yeni doğulmuş oğlan uşaqlarının sayı qızların sayından 10-13% çoxdur. Təsəvvür edin, keçən il Azərbaycanda 26 800 körpə ana bətnində öldürülüb, bunun da 70-80%-i qız uşağıdır. Hətta Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycan əhalisi arasında qadınların sayı 51 faizdən 46 faizə düşüb.Vəziyyətin gərginliyinə dair AŞPA belə məsələyə əl qoyub. Gürcüstan, Kosovo, Ermənistan və Azərbaycan kimi ölkələri uşağın cinsiyyətinin müəyyənləşdirilməsini və qız uşaqlarının dünyaya gəlmədən ana bətnindən çıxarılmasını qadağan edən qanunlar qəbul etməyə çağırıb. Amma bir az qanundan kənar bu məsələyə baxsaq, görərik ki, heç bir qadağa abortların azalmasına kömək etməyəcək. Bəs çarə nədir? Əlbəttə maariflənmək, maarifləndirmək....
Düzdür, bunla bağlı bəzi mərkəzlər olsa da, yəqin ki, statistik göstəricilər onların sadəcə kağız üzərində var olduğunun sübutudur.

Bir çoxları maarifləndirmə məsələsində maneə kimi mentalitet, ənənəvi “ayıb pərdəsi” və s. qeyd edə bilər, lakin hansısa geridə qalmış qaydalar körpə genosidindən daha ayıb, daha keçilməz deyil, bu barədə razılaşmaq gərəklidir. Bir dəfə iki xanımla söhbət əsnasında onlara körpənin cinsiyyətinin kişidən asılı olduğunu anlatmağa çalışırdım. Hansı ki, dəfələrlə sırf qız olduğu üçün qatil olmağa razılıq verən bu xanımlar məni sadəcə sperma sözü istifadə etdiyim üçün qınaq obyektinə çevirdilər. Burada qeyd etmək yerinə düşər: Sperma sözünü ayıb bilən ana  körpəsini öldürməyi (cinsiyyəti 3 aylığında müəyyən etmək olur ki, xüsusən bu zaman aborta baş vurulur)  ayıb bilmir. Demək ayıb, həya anlayışlarımız kökündən yanlışdır.

Mən təklif edərdim ki, xüsusən orta məktəblərdə şagirdlərə cinsi tərbiyyə verilsin. Bu zaman daha bilgili, daha şüurlu şəkildə gələcəyin valideynlərini yetişdirə bilərik. Bir neçə gün öncə ana olacağımı öyrəndim. İndi bir gənc ana olaraq səslənirəm: İçimizdə böyüyən o qutsal varlığı qorumağa borcumuz var, onu öldürməyə haqqımız yoxdur!

Nərmin Məmmədli

 

 
Oxunub: 512
Çap variantı
Məktub göndər
Facebook-da paylaş

Şərhlər
obyektiv
24-01-2012
Sizi tebrik edirem! Hem ana olmaginiz munasibeti hem de cox vacib bir meseleni aktuallasdirdiginiza gore..!


Şukur İzzətoğlu
25-01-2012
Nərmin xanım,çox sağ olun, Olduqca vacib problemə toxunmusunuz. Yəqin ki,ziyalılarımız,o cümlədən ruhanilərimiz müzakirəyə qoşulub sizə ciddi dəstək verəcəkdir.


Şahrux
25-01-2012
Nərmin xanim,indi hər əli qələm tutan özünü jurnalist hesab edir.Amma ginekoloq olmaq üçün orta məktəbdən sonra ən azı 10-12 il oxumaq,çalışmaq lazım gəlir.Ginekolok -qəssab deyil.Sizin toxunduğunuz məsələ isə qanunla tənzimlənməlidir.Məsələn Hollandiyada hamiləliyin ilk 3 aylıq dövründə ultrasəs müayinəsi qanunla qadağan edilir.


Nameless
31-01-2012
cox sagolun nermin xanim.






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
Son xəbərlər
18.05.2012, 22:10
 Zaqatalada 6 bal gücündə zəlzələ olub
18.05.2012, 21:16
 XİN: “Roy-Aylend ştatının qondarma rejimi tanımasının qarşısı alınacaq”
18.05.2012, 20:57
 TQDK abituriyentlərin imtahan nəticələrini açıqladı
18.05.2012, 19:02
 “Nar Mobile”nin rəhbərliyi təcili nazirliyə çağırılıb
18.05.2012, 18:40
 Mətbuat Şurası qəzetlərdən şikayətlərə baxıb – təsisçi baş redaktoru işdən qovub
18.05.2012, 18:27
 Bakcelldə “Pulsuz Gecə Zəngləri” geri döndü
18.05.2012, 18:20
 Elgiz Əkbər: ““Toy olsun” olmayacaq, başqa bir layihə hazırlayacağıq”
18.05.2012, 18:06
 "Azərbaycanlıların buynuzunu qırdıq" - İran qəzeti xalqımızı təhqir etdi
18.05.2012, 17:46
 Deputatlar nazirlərin Milli Məclisə hesabat verməsini tələb etdilər
18.05.2012, 17:08
 Əflatun Amaşov Avropa təşkilatının üzvü ilə görüşüb
18.05.2012, 17:08
 Üç ən böyük şirkət Bakının “Olimpiada-2020”yə ev sahibliyini dəstəklədi
18.05.2012, 16:49
 Deputat: “İnanıram ki, Səfərbərlik Xidmətində maaş problemi həll olunacaq”
18.05.2012, 16:30
 Müsavat qərar verdi - partiyanın qurultayı xaricdə keçiriləcək
18.05.2012, 16:26
 Türkiyədə Laçının işğalı ilə bağlı tədbir keçirilib- FOTOLAR
18.05.2012, 16:14
 “Bu həyəcan məni şəkər xəstəsi edəcək” – Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin sirri
18.05.2012, 16:13
 General Novruzəli Orucova yeni vəzifə verildi
18.05.2012, 15:52
 Müxalifət partiyaları Əli Həsənovla görüşə hazırdılar, amma... – Partiyaların cavabı
18.05.2012, 15:35
 Nar Mobile şəbəkəsində problem yaranıb
18.05.2012, 15:20
 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 3 aydır maaş verilmir
18.05.2012, 15:06
 QHT Şurasının fəaliyyətində yenilik oldu
18.05.2012, 15:01
 Bakıdakı məktəblərdə fondpulu yığımından 90 şikayət olub
18.05.2012, 14:53
 Prezidentin Sabirlə bağlı sərəncamı necə icra olunur?
18.05.2012, 14:25
 ABŞ ştatının parlamenti qondarma “DQR”i tanımağa çağıran qətnamə qəbul edib
18.05.2012, 14:09
 “Laçınsız...” filminin təqdimatı oldu - FOTOLAR
18.05.2012, 14:03
 Dayça diplomatiyası...
18.05.2012, 13:40
 Fərman Kərimzadənin qızı: “Əvvəlcə atamın, sonra da mənim əlyazmalarımı oğurladılar” – SÖHBƏT
18.05.2012, 13:28
 Səbail rayonunda polis 37 nəfəri saxlayıb
18.05.2012, 13:22
 Laçınlı qız Ermənistan prezidentinə müraciət edib
18.05.2012, 13:12
 Milli Məclisin yaz sessiyasının müddəti uzadılıb
18.05.2012, 12:47
 Əli Həsənov Rusiya və İran səfirliyini ittiham etdi
18.05.2012, 12:37
 Cəmil Həsənli: “Mitinqlərin “Eurovision”a mənfi təsiri ola bilməz”
18.05.2012, 11:53
 “Baku Crystal Hall”un 3D formartında görüntüləri nümayiş etdirilib
18.05.2012, 11:47
 Bu gün muzeylərə giriş pulsuz olacaq
18.05.2012, 11:42
 Bakının iki rayonuna içməli su verilməsində məhdudiyyətlər olacaq
18.05.2012, 11:23
 Azərbaycanda 151 nəfərə professor, 709 nəfərə dosent adı verilməsindən imtina olunub – Elmdə saxtakarlıq
18.05.2012, 11:17
 Nazirlik jurnalistlər üçün müsabiqə elan edib
18.05.2012, 11:01
 Təhsil Naziri 3 kollecin fəaliyyətini “kafi” qiymətləndirib
18.05.2012, 11:01
 Maliyyə Nazirliyi icra büdcəsinə dair sənədi Milli Məclisə təqdim edib
18.05.2012, 10:46
 Nizami Cəfərov: “Faktiki olaraq bu, repressiyadır”
18.05.2012, 10:27
 “Eurovision”a görə 30-a yaxın məktəbdə dərslər dayandırılır
Müəlliflər
İmdad Əlizadə

 Laçından aralı
Zülfüqar Hüseynzadə

 Dayça diplomatiyası...
Sultan Laçın

 LAÇINIM
Orxan Əli

 Bərdə qazisi nə işə baxır?
Safruh

 Ala qarğaya da bala gərək...
Zöhrə Fərəcova

 Jurnalistikamızda yeni mərəz – utanmazlıq
Hikmət Babaoğlu

 Panideyalar, mondializm və beşinci kalon
Nəzirməmməd Zöhrablı

 Qısqanclıq
Şirinxanım Kərimbəyli Şadiman

 Azərbaycan gerçəkliyi - I
Elçin Bayramlı

 Bir nazirin monoloqu
Faiq Ələkbərov (Qəzənfəroğlu)

 Azərbaycan türkçülüyü ideyası - II
Laçın Səmla

 “Mən inək yox, inəyimi istəyirəm”
Xanoğlan Əhmədov

 “Amaci” kəndimizdə

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı |
Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Müəllif hüquqları qorunur. Modern.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Copyright 2012 modern.az. All rights reserved. Powered by NextPoint LLC