19 may 2012, Şənbə
Laçınlı qız Ermənistan prezidentinə müraciət edib
Əli Həsənov Rusiya və İran səfirliyini ittiham etdi
“Eurovision”a görə 30-a yaxın məktəbdə dərslər dayandırılır

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə
Zaqatalada 6 bal gücündə zəlzələ olub
XİN: “Roy-Aylend ştatının qondarma rejimi tanımasının qarşısı alınacaq”
TQDK abituriyentlərin imtahan nəticələrini açıqladı
Mətbuat Şurası qəzetlərdən şikayətlərə baxıb – təsisçi baş redaktoru işdən qovub
Bakcelldə “Pulsuz Gecə Zəngləri” geri döndü
Elgiz Əkbər: ““Toy olsun” olmayacaq, başqa bir layihə hazırlayacağıq”
"Azərbaycanlıların buynuzunu qırdıq" - İran qəzeti xalqımızı təhqir etdi
Əflatun Amaşov Avropa təşkilatının üzvü ilə görüşüb
Üç ən böyük şirkət Bakının “Olimpiada-2020”yə ev sahibliyini dəstəklədi
Deputat: “İnanıram ki, Səfərbərlik Xidmətində maaş problemi həll olunacaq”
Müsavat qərar verdi - partiyanın qurultayı xaricdə keçiriləcək
Türkiyədə Laçının işğalı ilə bağlı tədbir keçirilib- FOTOLAR
“Bu həyəcan məni şəkər xəstəsi edəcək” – Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin sirri
General Novruzəli Orucova yeni vəzifə verildi
Müxalifət partiyaları Əli Həsənovla görüşə hazırdılar, amma... – Partiyaların cavabı
Nar Mobile şəbəkəsində problem yaranıb
QHT Şurasının fəaliyyətində yenilik oldu
Bakıdakı məktəblərdə fondpulu yığımından 90 şikayət olub

Xəbərlər arxivi

«

May 2012

»

 

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

     
 
New Page 2
A A A
Yarım milyon Azərbaycan vətəndaşının həyatı təhlükə altındadır
 27.01.2012, 13:28

Səxavət Əlisoy

“RLS-siz Azərbaycan” İctimai Birliyi Təşəbbüs qrupunun sədri


Qəbələ RLS bağlanmalıdır

1976-cı ildə Kreml Hava Hücumundan müdafiə sistemi yaratmaq üçün Azərbaycanın füsünkar bir zonasında, dəniz səviyyəsindən 637 metr yüksəklikdə yerləşən və əslində turizm obyektləri üçün ən optimal məkan sayılan Qəbələ rayonunda radiolakasiya stansiyası tikməyə qərar verdi. 1978-ci ildə başlanan tikinti 1984-cü ildə başa çatdı. Layihə gücü 350 meqovatt olan Qəbələ RLS-in tikintisinə keçmiş SSRİ Müdafiə nazirliyinin 20 minə qədər hərbi və mülki qulluqçusu cəlb edilmişdi. Dünyada analoqu olmayan bu nəhəng stansiyanın tikintisı Moskvanın hərbi qüdrətini qat-qat artırdı. Məhz bu RLS sayəsində Moskva 8000 km radiusda-Hind okeanı akvatoriyasından tutmuş Yaxın Şərq ölkələrini, Türkiyəni, İranı, Pakistanı, Çini və Hindistanı nəzarətdə saxlayır. Stansiya digər RLS-lərdən fərqli olaraq Ayın da müəyyən hissəsinə nəzarət edə bilir. Bu stansiya adları çəkilən və çəkilməyən dövlətlərin ərazisindən qalxan təyyarələri, raketləri anındaca qeyd edir.

Azərbaycanın ərazisində yerləşən Qəbələ RLS Rusiyanın hərbi gücünü artırmaqla yanaşı Azərbaycan ekologiyasına, genefonduna çox ciddi zərbələr vurdu və proses davam edir.

Qəbələ RLS-in ərazisi 210 hektardır. Bu stansiyanın zibilxanası isə 30 hektar sahəni əhatə edir. Stansiyaya Mingəçevir və Əli-Bayramlı SES-lərdən yüksək gərginlikli xətlərin çəkilişi zamanı 400 hektardan çox  meşə sahəsi məhv edilib. Beynəlxalq təhlükəsizlik qaydalarına əsasən 2 meqovatt gücündə olan stansiyalar yaşayış məntəqəsindən 60-65 km aralı tikilməlidir. 350 meqovattlıq Qəbələ RLS inşa edilərkən, heç bir təhlükəsizlik qaydalarına əməl edilməyib. Azərbaycanın 10-a yaxın rayonunun yaxınlığında inşa edilən stansiya 28 ildir, təxminən yarım milyon Azərbaycan vətəndaşının həyatını təhlükə altında saxlayır. Böyük bir ərazidə flora və fauna məhvolma təhlükəsi ilə qarşı-qarşıyadır.

Bir fakta diqqət edin: Qəbələ RLS-in bir illik fasiləsiz fəaliyyəti üçün 1 mln. 500 min kub metr təbii qaz, 600 ton duru yanacaq, 1400 ton mazut tələb olunur. RLS-də soyutma sisteminin işləməsi üçün 16 artezian quyusunun 12-i daimi olaraq anbarlara su vurur. Bundan əlavə, soyutmaya tam nail olmaq üçün hər il xloroftor üzvi maddələr qrupuna aid olan 25 ton freon qazından istifadə olunur. Məlumdur ki, atmosferin Ozon təbəqəsi canlıları Günəşin dağıdıcı ultrabənövşəyi şüalarından qoruyur.  Alimlər sübut ediblər ki, freon qazı atmosferin 10-15 km-dəki ozonosfer təbəqəsini məhv etmək gücündədir. Alimlər onu da sübut ediblər ki, başqa kimyəvi birləşmələrə nisbətən freon ozon təbəqəsini 500-600 dəfə çox dağıtmaq xüsusiyyətinə malikdir. Məhz bunu nəzərə alaraq 1987-ci ildə dünya dövlətlərinin əksəriyyəti freon qazından istifadəni qadağan edən protokol imzalayıb. Rusiya heç bir protokola əhəmiyyət vermədən Qəbələ RLS-də freon qazının istifadəsini davam etdirir.

İkinci fakt. Qəbələ RLS ərazisində reaktiv generatorlar stansiyası qurulub.  Elektrik enerjisi kəsildiyi zaman stansiya avtomatik olaraq işə düşür və RLS-i 6 ay müddətinə enerji ilə təmin edə bilir.

Həm freon qazından istifadə, həm də reaktiv generatorların varlığı ətraf mühitə miqyası bilinməyən zərbələr vurmaqdadır.

1992-ci il may ayının 5-də Milli Məclisin qərarı ilə Qəbələ RLS-in ətraf mühitə vurduğu zərəri öyrənmək üçün ekspert qrupu yaradıldı. Bu qrupun tərkibinə kimlərin daxil olmasını bilmirəm. Bildiyim odur ki, ekspert qrupu 3 istiqamətdə tədqiqat aparmağa cəhd edib:

            1. RLS-in təsir zonasının müəyyənləşdrilməsi;

            2. RLS-in flora və faunaya təsiri;

            3. RLS-in insan orqanizminə təsiri.

Bundan əlavə elektromaqnit sahəsinin genetik aparata təsiri də öyrənilib. Müəyyən edilib ki, Qəbələ rayonu ərazisində elektromaqnit sahələrinin göstəriciləri yüksək səviyyədədir,  RLS-in fəaliyyəti torpağın məhsuldarlığına, suyun və havanın tərkibinə neqativ təsir göstərir. Tədqiqatlar nəticəsində məlum olur ki, elektromaqnit şüalanmaya məruz qaldığı üçün  torpaqda maqnit artır, mikroorqanizmlərin aktivliyi aşağı düşür və nəticədə bitkilərin inkişafı üçün əlverişsiz mühit yaranır. RLS-in soyutma sistemində isə kükürd bakteriyalarının yaranması üçün münbit şərait yaranır və son olaraq ətraf mühitin sulfitlə zəhərlənməsi baş verir.

RLS fotosintez prosesinə təsir etdiyindən təsir zonasında olan meyvələrin  çürüməsi, ağacların quruması müşahidə olunur. RLS-in təsir zonasında ətraf mühitin çirklənməsində indikator rolu oynayan 4 növ bitkidən yalnız birinə təsadüf edilib.

Ekspert qrupu xüsusisi bioloji testlər vasitəsi ilə əhalinin sağlamlıq vəziyyətini öyrənib, RLS-in istismarı və ondan sonrakı illərin müqayisəli təhlilini aparıb. Əsas demoqrafik və tibbi-bioloji göstəricilər, coğrafi iqlim parametrləri, sosial, sənaye infrastrukturlarının eyni olduğu qonşu Oğuz rayonunun yaşayış məntəqələri ilə müqayisə edilib. Nəticələr onu deməyə əsas verir ki, Qəbələ RLS-in fəaliyyəti ilə demoqrafik proseslərdəki neqativ hallar, xəstəliklərin strukturu, əhalinin ölüm faizi və immunitetin zəifləməsi arasında birbaşa asılılıq var.

Milli Məclisin 1992-ci il mayın 5-də qəbul etdiyi qərarın təqdirəlayiq olduğunu xüsusi qeyd etməyə dəyər. 20 il əvvəl yaradılan ekspert qrupunun apardığı tədqiqatlar Qəbələ RLS-in Azərbaycan ekologiyasına, genefonda vurduğu zərəri tam əhatə etməsə də, nəticələr aktuallığını itirməyib və daha geniş, sanballı araşdırmalar aparmaq üçün bir ip ucudur.

Ötən 20 ildən bəri bir dəfə də olsun rəsmi dövlət strukturları bu stansiyanın Azərbaycan ekologiyasına vurduğu zərəri araşdırmaq üçün cəhd belə etməyib. Yalnız 2001-ci ildə Qəbələ RLS-in Rusiyaya icarəyə verilməsinə hazırlıq məqsədilə Azərbaycan və Rusiya hökumətlərinin yaratdığı birgə komissiya RLS rayonunda ekoloji tədqiqatlar aparıb və bu qənaətə gəliblər ki, stansiya ətraf mühitə heç bir mənfi təsir göstərmir. Birgə komissiya tədqiqat materiallarını cəmiyyətə açıqlamayıb, yalnız RLS-in təhlükəsiz olduğunu bəyan edib. Məhz komissiyanın açıqlamasından sonra Qəbələ RLS-in Rusiyaya 10 il müddətinə icarəyə verilməsi baş tutub. Əslində komissiyanın açıqlaması gözə kül üfürməkdən başqa bir şey deyildi. Lap belə komissiya dəhşətli faktlar göstərsəydi belə, Moskva Qəbələ RLS-i əldən verməyəcəkdi. Sadəcə, Azərbaycan tərəfindən birgə komissiyanın tərkibində çalışan mütəxəssislərin millətə və dövlətə qarşı hərəkətləri barədə düşünməyə dəyər. Moskva sapı özümüzdən olan baltalardan məharətlə istifadə edib genefondumuzun kökünə ağır zərbələr vurdu.

Bir nüansa da diqqət etmənizi rica edirəm. Stansiyanın üzərində 4000 xaçvari vibratoru olan və hər birinin gücü 300 kilovattlıq 1280 modul quraşdırılmış 10 min kvadrat metr (100 x 100) ölçüdə nəhəng qəbuledici antenanın üzü Göyçay, İsmayıllı, Ağdaş, Ağsu, Şamaxı rayonları istiqamətinədir. Stansiyada işləyən Rusiya hərbçiləri üçün yaşayış evləri isə antenanın arxa tərəfində inşa edilib.

Daha bir detala da diqqət etməyinizi zəruri sayıram. Konfliktlər təzahür edəndə, münaqişələr qızışanda, müharibələr baş verdikdə bu gün 50 meqovatt gücü ilə işləyən stansiyanın gücü artırılır. 1984-cü ildə Əfqanıstan müharibəsi zamanı Qəbələ RLS-in gücü 300 meqovatta çatdırıldı. Nəticədə stansiyanın ön hissəsində bir hektarlıq ərazidə bitki örtüyü və ağaclar tamamilə yanıb kül oldu.

Yüz minlərlə Azərbaycan vətəndaşının həyatını təhlükə altına qoymaqla Kremlin ağuşuna sığınanların korluğu sayəsində Azərbaycan təbiəti, ən başlıcası isə Azərbaycan vətəndaşlarının həyatı təhlükə altına düşüb.

2004 və 2005-ci illərdə müstəqil olaraq Qəbələ RLS-in təsir radiusunda olan bir neçə rayonda araşdırmalar apardıq. Və çox dəhşətli faktlarla rastlaşdıq. Qətiyyətlə demək mümkündür ki, bu gün stansiyanın fəaliyyətindən ən çox zərər çəkən Göyçay rayonudur. Göyçayda xərçəng xəstəliyi geniş yayılıb. Az qala hər beş evdən birində bu xəstəliyə mübtəla olmuş xəstə var. Sayı bilinməyən onkoloji xəstə dünyasını dəyişib. Flora və faunaya bu bölgədə ciddi  zərər vurulub. Ümumiyyətlə, Qəbələ RLS-in ətraf mühitə vurduğu zərərin miqyası çox böyükdür və onu hesablamağın asan olması üçün bir misal gətirmək istəyirəm. Almaniyada bir kvadtrat metr torpağın ekoloji vəziyyətini bərpa etmək üçün təxminən 250 avro pul xərclənir. İndi fikirləşin, görün Qəbələ RLS-in işə salınması üçün istifadə edilən 240 hektar yararlı torpağın, məhv edilmiş 400 hektar meşənin, yararsız hala düşmüş Qəbələ, İsmayıllı, Ağdaş, Göyçay rayonlarının torpaqlarını, flora və faunasını bərpa etmək üçün nə qədər pul gərəkdir, RLS sayəsində ağır xəstəliyə düçar olanların sağlamlığını bərpa etmək üçün nə qədər vəsait lazımdır. RLS şüalanmasından sonra dünyasını vaxtsız dəyişənlərin ömürlərinin bədəlini kim ödəyəcək?

Qəbələ RLS təkcə AZƏRBAYCAN EKOLOGİYASI ÜÇÜN, GENEFOND  ÜÇÜN YOX, HƏM DƏ DÖVLƏT ÜÇÜN təhlükə mənbəyidir.

DÖVLƏT və MİLLƏT üçün təhlükə mənbəyi olan bu RLS BAĞLANMALIDIR.

2012-ci ilin dekabr ayında Rusiya ilə bağlanmış 10 illik müqavilənin müddəti bitir. Artıq yeni müqavilənin bağlanacağı barədə söhbətlər gedir. Dövlətlərarası  komissiya da yaradılıb. Mətbuatın yazdığına görə, danışıqlarda Azərbaycan tərəfi icarə haqqının 7 milyon ABŞ dollarından 15 milyona  qaldırılmasını  istəyir. Rusiya üçün bu miqdarı ödəmək çox asan məsələdir və ruslar müqavilə müddətini 25 ilə qaldırmaq niyyətindədir. Bundan da təhlükəlisi Moskvanın 2017-2019-cu illərdə RLS-in fəaliyyətini təkmilləşdirmək üçün Qəbələdə modul stansiya qurmaq istəyidir. Bu istəyi artıq rəsmi Moskva dilə gətirib. Rusiya Radiotexnika İnstitutunun direktoru Vladimir Savçenko siyasi razılaşmadan sonra Moskvanın bu işə başlayacağını açıqlayıb.

Azərbaycanın başının üzərində RLS kabusu dolaşmaqdadır. 1999-cu ildə Litva, 2004-cü ildə Macarıstan ərazilərində olan RLS-in fəaliyyətini dayandırmağa müvəffəq oldu. Rusiya ziyalılarının səyi nəticəsində Moskva ətrafındakı RLS-lərin birinin iş gücü minimuma endirildi. Yaxınlarda Ukrayna Rusiyaya məxsus RLS-in fəaliyyətinə “xitam” verdi. Biz isə su qiymətinə Rusiyaya icarəyə verdiyimiz fəlakət mənbəyini siyasi bazarlıq elementinə çevirmişik. Bu Azərbaycan tarixinə qara ləkə kimi həkk olunacaq.

Düşündürücüdür, Rusiya Azərbaycanda nəhəng bir hərbi obyekt saxlayır, digər tərəfdən də Yerevana atalıq qayğısı göstərir. O Yerevana ki, 20 ildir torpaqlarımızın 20 faizini məhz Rusiyanın dəstəyi sayəsində işğalda saxlayır.

Bəllidir ki, Azərbaycan ekoloji baxımdan bərbad vəziyyətdə olan ölkələr sırasında yer alır. Azərbaycan ekologiyasının Xəzər dənizi, Sumqayıt kimyası, Kür-Araz çayları, neft sənayesi, səhralaşma, quraqlıq, aqroekoloji  və sair problemləri mövcuddur. Ölkənin başı üzərində hər zaman dayanan bu problemlərdən də dəhşətlisi radiasiya təhlükəsizliyi problemidir. Bura  Ermənistan Atom Elektrik Stansiyasını da əlavə etsək, vəziyyət daha da mürəkkəbləşir.

Müstəqil Azərbaycanın ərazisində Rusiyanın hərbi obyektinin yerləşdirilməsi Ana  Yasamıza ziddir. Hesab edirik ki, bu məsələ yalnız və yalnız ümumxalq səsverməsi-referendum yolu ilə nizamlanmalıdır.

 Genefondumuz təhlükə altındadır. Millətin genetik fondunun, genetik kodunun məhvinə aparan Qəbələ RLS bağlanmalıdır. Siyasi mənsubiyyətindən, cinsindən, dinindən və milliyyətindən asılı olmayaraq, hər kəsə, xüsusilə ziyalılarımıza səslənirəm. Biz təkcə bu günü deyil, gələcəyi də düşünməliyik. Bu Vətən bizim hamımızındır.  Bu Vətənin təbiətini- havasını, torpağını, suyunu qorumaq bizim borcumuzdur. Azərbaycanımızın başı üzərində dolaşan kabusdan- Qəbələ RLS-dən xilas olmaq üçün sözünüzü deyin, səsinizi qaldırın. Özü də səsinizi bu gün qaldırın, sabah gec ola bilər.

Digər məqalələr

Müsəlmanların gücsüzlüyünün səbəbləri... - TƏHLİL (27.01.2012, 13:28)
Müsəlmanların gücsüzlüyünün səbəbləri – II yazı (27.01.2012, 13:28)
Müsəlmanlarin gücsüzlüyünün səbəbləri – III yazı (27.01.2012, 13:28)
Müsəlmanların gücsüzlüyünün səbəbləri – IV YAZI (27.01.2012, 13:28)
İslah olunmali naqisliklərimiz – I Yazı (27.01.2012, 13:28)
İslah olunmalı naqisliklərimiz – II yazı (27.01.2012, 13:28)
Ən yaradıcı xalq bizik!? (27.01.2012, 13:28)
 
Oxunub: 743
Çap variantı
Məktub göndər
Facebook-da paylaş

Şərhlər
Cəfər Sadıq
27-01-2012
Hörmətli Səxavət Əlisoyun bu yazısı Azərbaycana bir zərrə də olsa aidiyyəti olan hər insanı, dinindən, irqindən, millətindən, tutduğu ictimai mövqeyindən, partiyalı-bitərəf olmasından, sosial statusundan, yaşından asılı olmayaraq hamını Vətən naminə, övladlarımızın, nəvələrimizin bu torpaqlarda yaşaya bilməsi naminə ayağa qaldırmalı, səsimizi mümkün qədər yüksəltməyi, bağırmağı, həyəcan təbili çalmağı tələb edir. Muğamın da, Şadlıq saraylarının da, sanki sonsuz görünən şoularımızın da, neftimizin, qazımızın da altına qoyulmuş saatlı bombadır RLS!!! Onu bağlatmaq üçün addım atanlar Vətənə ən böyük xidmət etmiş olacaqlar.


Kamran Məhərrəmli
27-01-2012
Çox aktual və vacib problemdir. Bu təkcə ətraf rayonlara deyil, bütün Azərbayacana aid məsələdir. Çünki Azərbaycan balaca bir ölkədir. Hətta bu istiqamətdə böyük bir hərəkat başlamaq olar. Həqiqi sözümdür. Vaxtilə Oljas Suleymenov belə bir hərəkata başçılıq etmişdi. Sağ ol Səxavət bəy. Məncə hamı sənə dəstək verməyə haırdır. Uğurlar


JASMİN AZAD
28-01-2012
BƏLİ,doğrudan da Azərbaycana bir zərrə də olsa aidiyyəti olan hər insanı, dinindən, irqindən, millətindən, tutduğu ictimai mövqeyindən, partiyalı-bitərəf olmasından, sosial statusundan, yaşından asılı olmayaraq hamını Vətən naminə, övladlarımızın, nəvələrimizin bu torpaqlarda yaşaya bilməsi naminə ayağa qaldırmalı, səsimizi mümkün qədər yüksəltməyi, bağırmağı, həyəcan təbili çalmağı tələb edir. Hamı bu məsələdə birləşməli azərbaycan edilən bu qatilliyin qabağını almalıdır.Bu məsələdə sizinlə birlikdə hər bir köməklik göstərməyə hazıram.


Rəşad HƏQİQƏT
28-01-2012
Əzizim bu ikiayaqlı dioksinlərdən təşkil edilmiş ...-yapizm problemi nə qədər ki, var və günü gündən regiional miqyas alır, çətin ki, sizin tələbiniz yerinə yetrilə!!! Amma hər halda əlimizdən bir iş gəlməsə də, bu gözəl təsbitiniz üçün təşəkkürlər!!!






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
Son xəbərlər
18.05.2012, 22:10
 Zaqatalada 6 bal gücündə zəlzələ olub
18.05.2012, 21:16
 XİN: “Roy-Aylend ştatının qondarma rejimi tanımasının qarşısı alınacaq”
18.05.2012, 20:57
 TQDK abituriyentlərin imtahan nəticələrini açıqladı
18.05.2012, 19:02
 “Nar Mobile”nin rəhbərliyi təcili nazirliyə çağırılıb
18.05.2012, 18:40
 Mətbuat Şurası qəzetlərdən şikayətlərə baxıb – təsisçi baş redaktoru işdən qovub
18.05.2012, 18:27
 Bakcelldə “Pulsuz Gecə Zəngləri” geri döndü
18.05.2012, 18:20
 Elgiz Əkbər: ““Toy olsun” olmayacaq, başqa bir layihə hazırlayacağıq”
18.05.2012, 18:06
 "Azərbaycanlıların buynuzunu qırdıq" - İran qəzeti xalqımızı təhqir etdi
18.05.2012, 17:46
 Deputatlar nazirlərin Milli Məclisə hesabat verməsini tələb etdilər
18.05.2012, 17:08
 Əflatun Amaşov Avropa təşkilatının üzvü ilə görüşüb
18.05.2012, 17:08
 Üç ən böyük şirkət Bakının “Olimpiada-2020”yə ev sahibliyini dəstəklədi
18.05.2012, 16:49
 Deputat: “İnanıram ki, Səfərbərlik Xidmətində maaş problemi həll olunacaq”
18.05.2012, 16:30
 Müsavat qərar verdi - partiyanın qurultayı xaricdə keçiriləcək
18.05.2012, 16:26
 Türkiyədə Laçının işğalı ilə bağlı tədbir keçirilib- FOTOLAR
18.05.2012, 16:14
 “Bu həyəcan məni şəkər xəstəsi edəcək” – Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin sirri
18.05.2012, 16:13
 General Novruzəli Orucova yeni vəzifə verildi
18.05.2012, 15:52
 Müxalifət partiyaları Əli Həsənovla görüşə hazırdılar, amma... – Partiyaların cavabı
18.05.2012, 15:35
 Nar Mobile şəbəkəsində problem yaranıb
18.05.2012, 15:20
 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 3 aydır maaş verilmir
18.05.2012, 15:06
 QHT Şurasının fəaliyyətində yenilik oldu
18.05.2012, 15:01
 Bakıdakı məktəblərdə fondpulu yığımından 90 şikayət olub
18.05.2012, 14:53
 Prezidentin Sabirlə bağlı sərəncamı necə icra olunur?
18.05.2012, 14:25
 ABŞ ştatının parlamenti qondarma “DQR”i tanımağa çağıran qətnamə qəbul edib
18.05.2012, 14:09
 “Laçınsız...” filminin təqdimatı oldu - FOTOLAR
18.05.2012, 14:03
 Dayça diplomatiyası...
18.05.2012, 13:40
 Fərman Kərimzadənin qızı: “Əvvəlcə atamın, sonra da mənim əlyazmalarımı oğurladılar” – SÖHBƏT
18.05.2012, 13:28
 Səbail rayonunda polis 37 nəfəri saxlayıb
18.05.2012, 13:22
 Laçınlı qız Ermənistan prezidentinə müraciət edib
18.05.2012, 13:12
 Milli Məclisin yaz sessiyasının müddəti uzadılıb
18.05.2012, 12:47
 Əli Həsənov Rusiya və İran səfirliyini ittiham etdi
18.05.2012, 12:37
 Cəmil Həsənli: “Mitinqlərin “Eurovision”a mənfi təsiri ola bilməz”
18.05.2012, 11:53
 “Baku Crystal Hall”un 3D formartında görüntüləri nümayiş etdirilib
18.05.2012, 11:47
 Bu gün muzeylərə giriş pulsuz olacaq
18.05.2012, 11:42
 Bakının iki rayonuna içməli su verilməsində məhdudiyyətlər olacaq
18.05.2012, 11:23
 Azərbaycanda 151 nəfərə professor, 709 nəfərə dosent adı verilməsindən imtina olunub – Elmdə saxtakarlıq
18.05.2012, 11:17
 Nazirlik jurnalistlər üçün müsabiqə elan edib
18.05.2012, 11:01
 Təhsil Naziri 3 kollecin fəaliyyətini “kafi” qiymətləndirib
18.05.2012, 11:01
 Maliyyə Nazirliyi icra büdcəsinə dair sənədi Milli Məclisə təqdim edib
18.05.2012, 10:46
 Nizami Cəfərov: “Faktiki olaraq bu, repressiyadır”
18.05.2012, 10:27
 “Eurovision”a görə 30-a yaxın məktəbdə dərslər dayandırılır
Müəlliflər
İmdad Əlizadə

 Laçından aralı
Zülfüqar Hüseynzadə

 Dayça diplomatiyası...
Sultan Laçın

 LAÇINIM
Orxan Əli

 Bərdə qazisi nə işə baxır?
Safruh

 Ala qarğaya da bala gərək...
Zöhrə Fərəcova

 Jurnalistikamızda yeni mərəz – utanmazlıq
Hikmət Babaoğlu

 Panideyalar, mondializm və beşinci kalon
Nəzirməmməd Zöhrablı

 Qısqanclıq
Şirinxanım Kərimbəyli Şadiman

 Azərbaycan gerçəkliyi - I
Elçin Bayramlı

 Bir nazirin monoloqu
Faiq Ələkbərov (Qəzənfəroğlu)

 Azərbaycan türkçülüyü ideyası - II
Laçın Səmla

 “Mən inək yox, inəyimi istəyirəm”
Xanoğlan Əhmədov

 “Amaci” kəndimizdə

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı |
Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Müəllif hüquqları qorunur. Modern.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Copyright 2012 modern.az. All rights reserved. Powered by NextPoint LLC