19 may 2012, Şənbə
Laçınlı qız Ermənistan prezidentinə müraciət edib
Əli Həsənov Rusiya və İran səfirliyini ittiham etdi
“Eurovision”a görə 30-a yaxın məktəbdə dərslər dayandırılır

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə
Zaqatalada 6 bal gücündə zəlzələ olub
XİN: “Roy-Aylend ştatının qondarma rejimi tanımasının qarşısı alınacaq”
TQDK abituriyentlərin imtahan nəticələrini açıqladı
Mətbuat Şurası qəzetlərdən şikayətlərə baxıb – təsisçi baş redaktoru işdən qovub
Bakcelldə “Pulsuz Gecə Zəngləri” geri döndü
Elgiz Əkbər: ““Toy olsun” olmayacaq, başqa bir layihə hazırlayacağıq”
"Azərbaycanlıların buynuzunu qırdıq" - İran qəzeti xalqımızı təhqir etdi
Əflatun Amaşov Avropa təşkilatının üzvü ilə görüşüb
Üç ən böyük şirkət Bakının “Olimpiada-2020”yə ev sahibliyini dəstəklədi
Deputat: “İnanıram ki, Səfərbərlik Xidmətində maaş problemi həll olunacaq”
Müsavat qərar verdi - partiyanın qurultayı xaricdə keçiriləcək
Türkiyədə Laçının işğalı ilə bağlı tədbir keçirilib- FOTOLAR
“Bu həyəcan məni şəkər xəstəsi edəcək” – Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin sirri
General Novruzəli Orucova yeni vəzifə verildi
Müxalifət partiyaları Əli Həsənovla görüşə hazırdılar, amma... – Partiyaların cavabı
Nar Mobile şəbəkəsində problem yaranıb
QHT Şurasının fəaliyyətində yenilik oldu
Bakıdakı məktəblərdə fondpulu yığımından 90 şikayət olub

Xəbərlər arxivi

«

May 2012

»

 

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

     
 
New Page 2
A A A
Fransa Senatı... Uydurma “erməni soyqırımı” və yaşadığımız gerçəklər
 27.01.2012, 14:14

Mənzərə Sadıqova

Mənzərə Sadıqova

filologiya üzrə fəlsəfə doktoru,
Milli Məclisin Mətbuat xidmətinin əməkdaşı
   

Fransa Senatı yanvarın 23-də antidemokratik, insan hüquqlarına, söz və düşüncə azadlığına zidd, ağlasığmaz qərar qəbul etdi. Yeddi saat yarım davam edən müzakirələrin nəticəsi Türkiyədə olduğu kimi, Azərbaycanda da böyük etiraz doğurdu. 24-cü ildir ki, biz – 1988-ci ildə Ermənistan SSR-dəki dədə-baba torpaqlarından zor gücünə deportasiya edilmiş azərbaycanlılar Dağlıq Qarabağ münaqişəsinin həllini gözləyirik. Ermənilərə “can yandıran” Fransa da ATƏT-in Minsk qrupunun həmsədridir. Məlum qərardan sonra biz bu ölkənin sülh danışıqlarında obyektivliyinə ümid bəsləyə bilərikmi? Əlbəttə, yox!

Niyə ötən 24 ildə Fransa Ermənistandan qovulmuş və Azərbaycan torpaqlarından didərgin salınmış 1 milyon qaçqın və köçkünün hüquqlarını düşünməyib? Əgər haqq-ədalət axtarırsa, niyə onun bərpası üçün Ermənistanı təcavüzkar dövlət kimi tanımayıb? Niyə cəmi 22 il əvvəl, 1992-ci ildə bütün dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımını indiyədək tanımayıb? Amma 100 il öncə Türkiyədə baş vermiş hadisələri araşdırmadan tarixə damğa vurur? Bu boyda ədalətsizlik, tərəfkeşlik beynəlxalq hüququn hansı prinsiplərinə, hansı konvensiyalara, hansı qanunlara  uyğun gəlir? Nədən qaynaqlanır? Sabah biz Fransaya işgüzar səfərə və ya turist gəzintisinə getsək, zorlamı dedizdirəcəklər bizə uydurma “erməni soyqırımı”nın gerçək olduğunu? Bizidəmi 1 il həbs və 45 min avro  cərimə cəzası gözləyəcək?

Fransa Senatının məlum qərarı elan edilən kimi, qaçqın ailəsində böyümüş məktəbli Arzu dedi ki, “daha bunlarla Koreya XDR-in nə fərqi oldu? Orda Kim Çen İrin dəfnində yaxşı ağlamayanları həbs edirlər, Fransa da “erməni soyqırımı”nı qəbul etməyənləri həbs edəcək. Bu nə təhər demokratiyadır??”

Fransa Senatının bədnam qərarı yadıma uşaqlıq illərini, “genosid” sözü ilə ilk tanışlığımı saldı: 

– 1965-ci ildə uydurma “erməni soyqırımı”nın 50 ili tamam olurdu.  1915-ci ildə Türkiyədə baş vermiş hadisələri genosid kimi qələmə verən ermənilər ilk dəfə o il aprelin 24-də Yerevan şəhərindəki Lenin meydanında mitinq keçirdilər. Mitinqə çıxanların “Bizim torpaqları ver, Türkiyə!”, “Torpaqlarımızdan rədd olun, türklər!”, “Ani, Ararat, Van...”, “Türklərə ölüm!”,  “Yaşasın ermənilər!” bağırtıları evimizdə eşidilirdi. Biz azərbaycanlılar qədim İrəvanın yerli əhalisi olduğumuzdan şəhərin mərkəzində yaşayırdıq və sovetlərə məxsus bütün əlamətdar bayramların, nümayişlərin keçirildiyi Lenin meydanı evimizdən təxminən 500 metrlik məsafədəydi. Həmin gün şəhərdə qeyri-adi hadisələr baş verirdi və bizim məktəbin ətrafını saldatlar dövrəyə almışdı. Hörmətli oxucu, ona görə rus dilindəki “soldat” sözündən istifadə edir, “saldatlar” yazıram ki, “əsgər” sözü milli ifadədir və yaddaşımda dərin yaralar açmış 24 aprelləri ehtiva etmir.

Həmin gün bizi məktəbdən evə aparmaq üçün analarımız gəlmişdilər. Sanki sözləşmişdilər, hamının anası ordaydı. Yəqin atalar işdə-gücdə olduğundan bu missiya qadınların üzərinə düşmüşdü. Yolboyu küçələrin sağında və solunda düzülmüş  silahlı saldatları gördükcə vahimələnirdik. Sualı sual üstdən yağdırırdıq. Nədənsə ehtiyat edən analarımız isə suallarımıza cavab vermir, “sus, küçədə danışma”, - deyirdilər. Evə gəldikdən sonra böyüklərdən eşitdiklərimizi uşaq ağlımızla anlamağa, idrak etməyə çalışırdıq. Başa düşdüyümüz o oldu ki, ermənilər Türkiyədən torpaq istəyir və bir də biz türklər (Ermənistanda azərbaycanlılara həmişə türk deyilib) ermənilərin düşməni imişik. Amma niyə, bunu dərk edə bilmədik. Çünki o dövrdə biz ancaq bir düşmən tanıyırdıq,  o da faşistlər idi.

XX əsrin 60-cı illəri sovet hökumətinin nərildəyib-guruldayan vaxtları idi. O dövrdə  ölkə rəhbərliyindən xəbərsiz, özbaşına SSRİ-dəki paytaxt şəhərlərin baş meydanı sayılan Lenin meydanında belə bir həngamə çıxarılması müşkül məsələ olduğuna görə, aydındır ki, daşnaklar bu mitinqə illərlə zəmin hazırlayıbmışlar. SSRİ rəhbərliyində təmsil olunan ermənilər altdan-altdan iyrənc niyyətlərini, məkrli siyasətlərini yürüdürmüşlər. Və 1965-ci ildən başlayaraq hər il aprelin 24-də Yerevanda uydurma “erməni soyqırımı”nın ildönümləri qeyd olunmağa başladı. Sovet hökuməti bu məsələdə ermənilərə qadağa qoymurdu, ancaq şəhərdə baş verə biləcək iğtişaşları nəzərə alaraq azərbaycanlıları qoruma tədbiri düzənlənirdi. Azərbaycan məktəblərinin – M.F.Axundov adına orta məktəbin, M.Əzizbəyov adına səkkizillik məktəbin, texnikumun və institutun ətrafında, azərbaycanlılar yaşayan məhəllələrdə iki sıra düzülən silahlı saldatlar bizim əmin-amanlığımızı qoruyurdular. Deməli, hücum ehtimalı vardı və sovet hökuməti də bunu bilə-bilə göz yumurdu!! Heç 1988-ci ildə də sovet hökuməti ermənilərə “durun” demədi, bizə “ölmək istəmirsinizsə, gedin” dedi.

İbtidai sinif şagirdi olduğum dövrdən başlayan 24 aprel mitinqləri, yürüşləri əslində Qərbi Azərbaycandakı dədə-baba torpaqlarında yaşayan biz azərbaycanlılara qarşı mənəvi terror idi. Görəsən, Fransa parlamentinin ermənipərəst deputatları illərlə sürən bu sayaq mənəvi terrorların uşaq psixologiyası üçün nə demək olduğunu bilirmi? 1965-ci ildə uydurma soyqırımın 50 illiyini qeyd edən ermənilər sonrakı illərdə türkə nifrətlərini daha cəsarətlə büruzə verməyə başladılar. Adi həyatda, gündəlik məişətdə azərbaycanlı qonşularıyla, iş yoldaşlarıyla mehriban davransalar da, “erməni-türk davası” söhbəti düşən kimi üzləri dönürdü. Küçəyə çarşabla çıxan azərbaycanlı qadınların sayı da ildən-ilə azalırdı, çünki müsəlmanlığın bariz ifadəsi olan çarşab daşıyıcısının  həyatını təhlükə altına alırdı. İctimai yerlərdə ucadan ana dilimizdə danışmağımız mənfi reaksiya ilə qarşılanırdı. Və bu mənəvi terror sovet hakimiyyətinin  süqutuna qədər davam etdi. İldən-ilə vüsət aldı. Ermənistanda milli ədavət qızışdırılırdı. Bu siyasətdə ədəbiyyat və incəsənətdən də geniş istifadə olunurdu (erməni ədəbiyyatında türkə nifrət aşılayan yüzlərlə bədii əsər var). Türkiyədən torpaq ala bilməyən ermənilər gözlərini Azərbaycan torpaqlarına dikməyə başladılar. Yəqin bu niyyətlərini daha asanlıqla reallaşdıra biləcəklərini hesablamışdılar. Ermənistanın eyni dövlətin ərazisində qonşu olduğu Azərbaycandan torpaq qoparmaq cəhdləri intensivləşdi. Son nəticədə Dağlıq Qarabağ problemi ortaya atıldı. Məkrli erməni-daşnak siyasəti 1988-ci ildə azərbaycanlıların Ermənistan SSR-dəki dədə-baba torpaqlarından kütləvi deportasiyası ilə nəticələndi. Ermənistan monoetnik dövlətə çevrildi.

Ötən əsrin 60-cı illərində Türkiyəyə torpaq iddiası irəli sürən ermənilər deyirdilər ki, “erməni-türk davası”nda yarım milyon erməni qətlə yetirilib. İllər keçdikcə bu rəqəmi şişirdərək 1 milyona, daha sonra isə 1,5 milyona çatdırdılar. Çünki dünya ağalığı iddiasında olan böyük dövlətlər tərəfindən beynəlxalq siyasət nərdtaxtasında şeş-qoşa zərinə çevrilən Ermənistan üçün tarixi təhrif etmək problem deyil. Elə yanvarın 23-də Fransa Senatının qəbul etdiyi “erməni soyqırımını inkara görə cəza” qanunu da bunu bir daha təsdiqlədi. “Erməni soyqırımı”nı inkara görə cəza tətbiq olunması üçün dəridən-qabıqdan çıxan Fransa senatorları  bu qanunla bölgədəki siyasi gərginliyi daha da artırdılar. İnsan haqlarına, düşüncə və media azadlığına xüsusi önəm verən Avropanın  dəyərlərinə xəyanət etdilər.

Fransa Senatının bu qərarı gözlənilən idi. Lakin biz Fransadakı sağlam qüvvələrin qalib gələcəyinə ümid bəsləyirdik. Yenə də Fransada sağlam qüvvələrin olduğuna əminik və ölkənin Konstitusiya Məhkəməsində bu qərarın ləğv ediləcəyinə inanmaq istəyirik. Məlumdur ki, Senatın Konstitusiya komissiyası bu qanunun Fransa konstitusiyasına zidd olduğunu bildirərək, onu qəbuledilməz sayıb. Senatın 60 deputatı  məsələni Konstitusiya Məhkəməsinə götürəcək. Hələ ümid var.

Digər məqalələr

Sıfır nöqtəsində - Mənzərə Sadıqovanın hekayəsi (27.01.2012, 14:14)
Qadınlar və kişilər (27.01.2012, 14:14)
 
Oxunub: 411
Çap variantı
Məktub göndər
Facebook-da paylaş



Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
Son xəbərlər
18.05.2012, 22:10
 Zaqatalada 6 bal gücündə zəlzələ olub
18.05.2012, 21:16
 XİN: “Roy-Aylend ştatının qondarma rejimi tanımasının qarşısı alınacaq”
18.05.2012, 20:57
 TQDK abituriyentlərin imtahan nəticələrini açıqladı
18.05.2012, 19:02
 “Nar Mobile”nin rəhbərliyi təcili nazirliyə çağırılıb
18.05.2012, 18:40
 Mətbuat Şurası qəzetlərdən şikayətlərə baxıb – təsisçi baş redaktoru işdən qovub
18.05.2012, 18:27
 Bakcelldə “Pulsuz Gecə Zəngləri” geri döndü
18.05.2012, 18:20
 Elgiz Əkbər: ““Toy olsun” olmayacaq, başqa bir layihə hazırlayacağıq”
18.05.2012, 18:06
 "Azərbaycanlıların buynuzunu qırdıq" - İran qəzeti xalqımızı təhqir etdi
18.05.2012, 17:46
 Deputatlar nazirlərin Milli Məclisə hesabat verməsini tələb etdilər
18.05.2012, 17:08
 Əflatun Amaşov Avropa təşkilatının üzvü ilə görüşüb
18.05.2012, 17:08
 Üç ən böyük şirkət Bakının “Olimpiada-2020”yə ev sahibliyini dəstəklədi
18.05.2012, 16:49
 Deputat: “İnanıram ki, Səfərbərlik Xidmətində maaş problemi həll olunacaq”
18.05.2012, 16:30
 Müsavat qərar verdi - partiyanın qurultayı xaricdə keçiriləcək
18.05.2012, 16:26
 Türkiyədə Laçının işğalı ilə bağlı tədbir keçirilib- FOTOLAR
18.05.2012, 16:14
 “Bu həyəcan məni şəkər xəstəsi edəcək” – Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin sirri
18.05.2012, 16:13
 General Novruzəli Orucova yeni vəzifə verildi
18.05.2012, 15:52
 Müxalifət partiyaları Əli Həsənovla görüşə hazırdılar, amma... – Partiyaların cavabı
18.05.2012, 15:35
 Nar Mobile şəbəkəsində problem yaranıb
18.05.2012, 15:20
 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 3 aydır maaş verilmir
18.05.2012, 15:06
 QHT Şurasının fəaliyyətində yenilik oldu
18.05.2012, 15:01
 Bakıdakı məktəblərdə fondpulu yığımından 90 şikayət olub
18.05.2012, 14:53
 Prezidentin Sabirlə bağlı sərəncamı necə icra olunur?
18.05.2012, 14:25
 ABŞ ştatının parlamenti qondarma “DQR”i tanımağa çağıran qətnamə qəbul edib
18.05.2012, 14:09
 “Laçınsız...” filminin təqdimatı oldu - FOTOLAR
18.05.2012, 14:03
 Dayça diplomatiyası...
18.05.2012, 13:40
 Fərman Kərimzadənin qızı: “Əvvəlcə atamın, sonra da mənim əlyazmalarımı oğurladılar” – SÖHBƏT
18.05.2012, 13:28
 Səbail rayonunda polis 37 nəfəri saxlayıb
18.05.2012, 13:22
 Laçınlı qız Ermənistan prezidentinə müraciət edib
18.05.2012, 13:12
 Milli Məclisin yaz sessiyasının müddəti uzadılıb
18.05.2012, 12:47
 Əli Həsənov Rusiya və İran səfirliyini ittiham etdi
18.05.2012, 12:37
 Cəmil Həsənli: “Mitinqlərin “Eurovision”a mənfi təsiri ola bilməz”
18.05.2012, 11:53
 “Baku Crystal Hall”un 3D formartında görüntüləri nümayiş etdirilib
18.05.2012, 11:47
 Bu gün muzeylərə giriş pulsuz olacaq
18.05.2012, 11:42
 Bakının iki rayonuna içməli su verilməsində məhdudiyyətlər olacaq
18.05.2012, 11:23
 Azərbaycanda 151 nəfərə professor, 709 nəfərə dosent adı verilməsindən imtina olunub – Elmdə saxtakarlıq
18.05.2012, 11:17
 Nazirlik jurnalistlər üçün müsabiqə elan edib
18.05.2012, 11:01
 Təhsil Naziri 3 kollecin fəaliyyətini “kafi” qiymətləndirib
18.05.2012, 11:01
 Maliyyə Nazirliyi icra büdcəsinə dair sənədi Milli Məclisə təqdim edib
18.05.2012, 10:46
 Nizami Cəfərov: “Faktiki olaraq bu, repressiyadır”
18.05.2012, 10:27
 “Eurovision”a görə 30-a yaxın məktəbdə dərslər dayandırılır
Müəlliflər
İmdad Əlizadə

 Laçından aralı
Zülfüqar Hüseynzadə

 Dayça diplomatiyası...
Sultan Laçın

 LAÇINIM
Orxan Əli

 Bərdə qazisi nə işə baxır?
Safruh

 Ala qarğaya da bala gərək...
Zöhrə Fərəcova

 Jurnalistikamızda yeni mərəz – utanmazlıq
Hikmət Babaoğlu

 Panideyalar, mondializm və beşinci kalon
Nəzirməmməd Zöhrablı

 Qısqanclıq
Şirinxanım Kərimbəyli Şadiman

 Azərbaycan gerçəkliyi - I
Elçin Bayramlı

 Bir nazirin monoloqu
Faiq Ələkbərov (Qəzənfəroğlu)

 Azərbaycan türkçülüyü ideyası - II
Laçın Səmla

 “Mən inək yox, inəyimi istəyirəm”
Xanoğlan Əhmədov

 “Amaci” kəndimizdə

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı |
Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Müəllif hüquqları qorunur. Modern.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Copyright 2012 modern.az. All rights reserved. Powered by NextPoint LLC