19 may 2012, Şənbə
Laçınlı qız Ermənistan prezidentinə müraciət edib
Əli Həsənov Rusiya və İran səfirliyini ittiham etdi
“Eurovision”a görə 30-a yaxın məktəbdə dərslər dayandırılır

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə
Zaqatalada 6 bal gücündə zəlzələ olub
XİN: “Roy-Aylend ştatının qondarma rejimi tanımasının qarşısı alınacaq”
TQDK abituriyentlərin imtahan nəticələrini açıqladı
Mətbuat Şurası qəzetlərdən şikayətlərə baxıb – təsisçi baş redaktoru işdən qovub
Bakcelldə “Pulsuz Gecə Zəngləri” geri döndü
Elgiz Əkbər: ““Toy olsun” olmayacaq, başqa bir layihə hazırlayacağıq”
"Azərbaycanlıların buynuzunu qırdıq" - İran qəzeti xalqımızı təhqir etdi
Əflatun Amaşov Avropa təşkilatının üzvü ilə görüşüb
Üç ən böyük şirkət Bakının “Olimpiada-2020”yə ev sahibliyini dəstəklədi
Deputat: “İnanıram ki, Səfərbərlik Xidmətində maaş problemi həll olunacaq”
Müsavat qərar verdi - partiyanın qurultayı xaricdə keçiriləcək
Türkiyədə Laçının işğalı ilə bağlı tədbir keçirilib- FOTOLAR
“Bu həyəcan məni şəkər xəstəsi edəcək” – Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin sirri
General Novruzəli Orucova yeni vəzifə verildi
Müxalifət partiyaları Əli Həsənovla görüşə hazırdılar, amma... – Partiyaların cavabı
Nar Mobile şəbəkəsində problem yaranıb
QHT Şurasının fəaliyyətində yenilik oldu
Bakıdakı məktəblərdə fondpulu yığımından 90 şikayət olub

Xəbərlər arxivi

«

May 2012

»

 

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

     
 
New Page 2
A A A
“Sən mənim qədrimi biləsən deyə..." - Yaddaşlarda qalan Əli Kərim haqqında
 28.01.2012, 14:28

Zaur Qəriboğlu

Gözəl qız, sən saf susan, 
                           İki qəlb arzususan. 
Mənsə səni sevirəm 
Susuzluğun od vurub,

 köz kimi yandırdığı 
                            dodaq su sevən kimi...

Bu şeiri məktəbliykən oxuyub öyrənmişdim. Xoşum gələn qızlara da məktub formnasında şeiri yazıb yollamışdım.  Hamısı da onu sevdiyimi zənn etmişdi. Lakin yaş ötdükcə, anladım ki, sən demə, mən heç sevməmişəm...

Nə isə, bu yazıda öz sevgilərim haqqında yox, ilk dəfə bu şeirlə tanıyıb, sonradan kitablarını böyük coşqu ilə oxuyub-öyrəndiyim Əli Kərim haqqında söz açmaq istəyirəm.

Əli Kərim mənim üçün bir zirvədi. Bu zirvə haqqında hələ ki, təpə olmağa can atan, adicə bir yazarın danışması, nə qədər düzgündü, deyə bilmərəm... Amma məni bu qeydləri yazmağa vadar edən böyük şairin həyat yoldaşı Elza Kərimin “Nə xoşbəxt imişəm...” kitabı oldu. Kitab haqqında bir az sonra danışacağam. İndi istərdim, Əli Kərim haqqında müəyyən təəssüratlarımı oxucularla bölüşüm.
Nədənsə, hər zaman Mikayıl Müşfiqlə Əli Kərimi bir-birinə bənzədirəm. İstər yaradıcılıq, istər zahiri görkəm, istərsə də tale baxımından... Baxmayaraq ki, Mikayıl Müşviq 29 yaşında repressiya qurbanı olmuş, Əli Kərim isə 38 yaşında öz əcəli ilə dünyadan köçmüşdü. Hər ikisi gənc yaşından ədəbiyyata gəlib, hər ikisi öz dövründə birmənalı şəkildə qəbul olunmayıb, müəyyən bəlalarla qarşı-qarşıya qalıblar, oxşar tale yaşayıblar. Zənnimcə, elə Əli Kərimin də həyatını sürgün həyatı adlandırmaq olar. Baxmayaraq ki, onu sürgün etməmişdilər. Amma şair elə doğma diyarında da qərib, sürgün həyatı yaşayır. Baxmayaraq ki, şairin məkanı göylərdi. Bu səbəbdən də, hər bir şairin yazdığı şeirlərdə göyə - həqiqətin, ədalətin doğuş məkanına – Uca Yaradanın dərgahına meyillilik hiss olunur.

Mikayıl Müşfiqə də zamanında eyni qısqanclıqlar, böhtanlar vardı, hardasa, Əli Kərimə də... Bunun əyani sübutu Əli Kərimin son günlərinə qədər zirzəmiyə bənzər evdə yaşamasını, işsiz günlərini göstərmək olar. Bu gün Mikayıl Müşfiqin məzarının yeri bilinmirsə, Əli Kərimin məzarı var. Bəlkə də onları fərqləndirən yeganə amil elə budur...

***

...Dünən gecə həmişə olduğu kimi yenə də işıqlarımız sönmüşdü. Yenə də ənənəvi olaraq, yazı masamın üzərində bir şam yanır, masanın üzərində səliqəsiz yığılmış kitabların üzünə titrək işıq saçırdı. Bu kitabların içindən iki baxış mənə doğru boylanıb, sankı “Elə vaxtıdır, indi bizimlə danışa bilərsən” deyirdi. Bu kitab Əli Kərimin həyat yoldaşı Elza Kərimin “Nə xoşbəxt imişəm...” xatirələri idi. Kitabın üz qabığında Elza xanımla Əli Kərimin şəklindəki baxışlar danışırdı... Ümumiyyətlə, məndə belə bir hal var, kitabı oxuduqca, onunla danışır, gah gileylənir, gah da sevinirəm. Kitab mənim üçün ən yaxşı sirdaşdı. Bu dəfə bir neçə saatlıq, mənə sirdaş olacaq kitabı əlimə götürüb, bir az vərəqlədim, içindəki şəkillərə baxdım. Daha sonra şamı yaxına çəkib, işığı kitabın vərəqlərinə düşsün deyə, eynəyimi çıxarıb, oxumağa başladım... Aman Allah, bu kiçik kitabçada nələr varmış, hansı dərdləri bu kitabça özündə daşıyırmış... Bunu ancaq oxuyanlar bilər...

***

Elza xanım bu kitabda mümkün qədər qədər səmimi olub, Əli Kərimi oxucuya səmimi şəkildə təqdim edə bilib. Kitabda Əli Kərimin mənfi tərəfləri də, müsbət tərəfləri də öz əksini tapıb. Müəllif bir zamanlar Əli Kərimin “Mən şeirlərimi balalarımdan da çox sevirəm” sözündən inciməsinin bu gün yersiz olduğunu anladığını da etiraf edir. Bununla yanaşı kitabda bir çox ciddi məqamlar var ki, insan ürəyini ağrıtmaya bilməz.

Burada zamanında partiya üzvü və heç bir dövlət mükafatçısı olmayan Əli Kərimin qısa və acı xatirələrindən söz açılır. Ona o zamanlar kömək edənlərin adları çəkilsə də, ayağının altını qazanlar yenə də gizli saxlanılır. Məhz bu üzdən, mən burda müəlliflə razılaşmıram. Hər şeyi olduğu kimi oxucuya çatdırmaq lazım idi, sətiraltı mənalarla danışmaq yox... Necə ki, o dövrdə “M.F.Axundov mükafatı”nın Əli Kərimə yox, özünə verilməsini istəyən, bu səbəbdən mükafatın ümumiyyətlə ləğvinə nail olan “nasir”in kimliyini oxucu bilməli idi. Oxucu bilməli idi ki, kimlər Əli Kərimə maneələr törətməklə ona ev verilməsinin qarşısını alıb, ömrünün sonuna qədər onu zirzəmiyə bənzər evdə yaşamağa vadar etmişdi. Həmçinin dəfninin Fəxri Xiyabanda baş tutmasına dostu Rəsul Rzanın da gücünün çatmaması barədə acı həqiqətləri ictimaiyyət ən azı bu gün bilməli idi. Bunu oxucudan gizlətmək olmaz. İndi Əli Kərimin bir dənə də olsun video görüntülü süjeti əlimizdə yoxdu. Bunun da səbəbkarı, hətta Əli Kərimin dəfninin belə lentə alınmasına yol verməyən, o dövrdə televiziya rəhbərliyində çalışan şairin adı açıqlanmalı idi. Təsadüfü deyil ki, mən əvvəldə Mikayıl Müşfiq taleyi ilə Əli Kərim taleyini müqayisə etdim. Hər ikisi qısqanc adamların repressiya qurbanı oldu. Biri cismani, digəri isə mənəvi... Hər ikisi gənc getdi bu dünyadan.... Bu yerdə, şair Musa Yaqubun bu günlərdə Əli Kərim haqqında bir xatirəsi yadıma düşdü.

Musa müəllimlə ədəbi söhbətlər edirdik. Birdən söz gəlib, Əli Kərimin adının üzərinə çıxdı. Musa müəllim çox kövrək bir xatirəni danışdı mənə. Dedi ki, Əlinin ölümündən bir qədər əvvəl təsadüfən metronun “Gənclik” stansiyasında dayanıbmış. Birdən dayanmış qatardan Əli Kərim düşür. Onlar görüşüb, hal-əhval tutub, ayrılmaq məqamına gələndə, Əli Kərim gileylənir. Musa müəllim səbəbini soruşduqda: “Gənclikdə düşəsi deyildim, səhvən, burda düşmüşəm” – deyir.

Musa Yaqub bu xatirəni danışarkən şair gözlərinin parıldadığını, kövrəldiyini hiss etdim: “Əli həyat qatarından da səhvən gənclikdə düşdü...” – deyib, durub getdi Musa müəllim.

***

Sağlığında və sonralar da Əli Kərimə sadiq yoldaş, daha doğrusu onu qoruyan Rəsul Rzanın səyi nəticəsində ölümündən sonra onun anadan olduğu Göyçay şəhərində Əli Kərim parkı salındı, ikicilldliyi işıq üzü gördü. Lakin dəfələrlə Elza xanımın istəyi, Rəsul Rzanın səyi ilə də olsa, onun Bakıda yaşadığı binanın qarşısına baralyefi vurulmadı. Səbəb həmişəki kimi Əli Kərimin xalq şairi olmadığının, heç bir fəxri adı daşımadığının bəhanə gətirilməsi idi. Elə indi də şairin yaşadığı bina barelyefsizdi. Demək, bu gün də Əli Kərim istedadına qısqanclıqla yanaşanlar yaşayır...

***

Artıq biz müstəqil dövlətik. Bu gün Azərbaycanda keçmiş Sovet senzurası yoxdur. Zənnimcə, istedadlı insana fəxri adına görə yox, istedadına görə dəyər verilməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin heç birində fəxri ad anlayışı yoxdu. Görünür, bu məsələyə daha optimal yanaşmadır. Çünki fəxri adla yaradıcı insanlar arasında ayrı-seçkinlik salınır. Amma, zənnimcə Əli Kərimin heç bir fəxri adı olmasa da, o doğma xalqının istedadlı şairidir. Ölümündən illər keçsə də, sağ ikən ölənlərdən fərqli olaraq, şeirlərinin çağdaş dönəmdə də dillər əzbəri olması bunun əsas sübutudur. Bir şairə dəyər vermək üçün, mütləq, hər hansısa dövlət mükafatımı olmalıdır?!

Əli Kərim ömrünün bahar çağında dünyadan köçsə də, yaddaşlarda iz buraxdı getdi. Zamanında onu layiqincə dəyərləndirə bilmədilər. Bu səbəbdən də laqeydlikdən öldü o... Necə ki, bir şeirində də yazırdı:

Eh, bu gün nə qədər xəyala daldım,
Eh, qəlbim nə qədər alışdı, dindi.
Sən mənim qədrimi biləsən deyə,
Bu cavan yaşımda ölümmü indi?

Əli Kərim, ürəyinə damdığı kimi cavan yaşında da öldü. Biz onun qədrini ölümündən sonra da olsa, bildikmi?!.

24 Yanvar 2012,
Bakı şəhəri.

Digər məqalələr

Həsrət mürəkkəbi ilə yazılan kitab (28.01.2012, 14:28)
Tarixlə yaşayanlar (28.01.2012, 14:28)
 
Oxunub: 572
Çap variantı
Məktub göndər
Facebook-da paylaş

Şərhlər
lalə
28-01-2012
oxuyub çox təsirləndim. Bu şer ən çox sevdiyim şerdir.Çox təəsüf ki bu gün həmin haqsızlıq onun övladına edilir.Allah köməyi olsun Orxanın


Cemile
28-01-2012
Zaur bey, sag olun. Cox maraqli nuanslara toxunmusunuz. İndi gerek bu yazidan netice cixarib hec olmaya Eli Kerimin yasadigi binaya baraleyfini vursunlar da...






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
Son xəbərlər
18.05.2012, 22:10
 Zaqatalada 6 bal gücündə zəlzələ olub
18.05.2012, 21:16
 XİN: “Roy-Aylend ştatının qondarma rejimi tanımasının qarşısı alınacaq”
18.05.2012, 20:57
 TQDK abituriyentlərin imtahan nəticələrini açıqladı
18.05.2012, 19:02
 “Nar Mobile”nin rəhbərliyi təcili nazirliyə çağırılıb
18.05.2012, 18:40
 Mətbuat Şurası qəzetlərdən şikayətlərə baxıb – təsisçi baş redaktoru işdən qovub
18.05.2012, 18:27
 Bakcelldə “Pulsuz Gecə Zəngləri” geri döndü
18.05.2012, 18:20
 Elgiz Əkbər: ““Toy olsun” olmayacaq, başqa bir layihə hazırlayacağıq”
18.05.2012, 18:06
 "Azərbaycanlıların buynuzunu qırdıq" - İran qəzeti xalqımızı təhqir etdi
18.05.2012, 17:46
 Deputatlar nazirlərin Milli Məclisə hesabat verməsini tələb etdilər
18.05.2012, 17:08
 Əflatun Amaşov Avropa təşkilatının üzvü ilə görüşüb
18.05.2012, 17:08
 Üç ən böyük şirkət Bakının “Olimpiada-2020”yə ev sahibliyini dəstəklədi
18.05.2012, 16:49
 Deputat: “İnanıram ki, Səfərbərlik Xidmətində maaş problemi həll olunacaq”
18.05.2012, 16:30
 Müsavat qərar verdi - partiyanın qurultayı xaricdə keçiriləcək
18.05.2012, 16:26
 Türkiyədə Laçının işğalı ilə bağlı tədbir keçirilib- FOTOLAR
18.05.2012, 16:14
 “Bu həyəcan məni şəkər xəstəsi edəcək” – Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin sirri
18.05.2012, 16:13
 General Novruzəli Orucova yeni vəzifə verildi
18.05.2012, 15:52
 Müxalifət partiyaları Əli Həsənovla görüşə hazırdılar, amma... – Partiyaların cavabı
18.05.2012, 15:35
 Nar Mobile şəbəkəsində problem yaranıb
18.05.2012, 15:20
 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 3 aydır maaş verilmir
18.05.2012, 15:06
 QHT Şurasının fəaliyyətində yenilik oldu
18.05.2012, 15:01
 Bakıdakı məktəblərdə fondpulu yığımından 90 şikayət olub
18.05.2012, 14:53
 Prezidentin Sabirlə bağlı sərəncamı necə icra olunur?
18.05.2012, 14:25
 ABŞ ştatının parlamenti qondarma “DQR”i tanımağa çağıran qətnamə qəbul edib
18.05.2012, 14:09
 “Laçınsız...” filminin təqdimatı oldu - FOTOLAR
18.05.2012, 14:03
 Dayça diplomatiyası...
18.05.2012, 13:40
 Fərman Kərimzadənin qızı: “Əvvəlcə atamın, sonra da mənim əlyazmalarımı oğurladılar” – SÖHBƏT
18.05.2012, 13:28
 Səbail rayonunda polis 37 nəfəri saxlayıb
18.05.2012, 13:22
 Laçınlı qız Ermənistan prezidentinə müraciət edib
18.05.2012, 13:12
 Milli Məclisin yaz sessiyasının müddəti uzadılıb
18.05.2012, 12:47
 Əli Həsənov Rusiya və İran səfirliyini ittiham etdi
18.05.2012, 12:37
 Cəmil Həsənli: “Mitinqlərin “Eurovision”a mənfi təsiri ola bilməz”
18.05.2012, 11:53
 “Baku Crystal Hall”un 3D formartında görüntüləri nümayiş etdirilib
18.05.2012, 11:47
 Bu gün muzeylərə giriş pulsuz olacaq
18.05.2012, 11:42
 Bakının iki rayonuna içməli su verilməsində məhdudiyyətlər olacaq
18.05.2012, 11:23
 Azərbaycanda 151 nəfərə professor, 709 nəfərə dosent adı verilməsindən imtina olunub – Elmdə saxtakarlıq
18.05.2012, 11:17
 Nazirlik jurnalistlər üçün müsabiqə elan edib
18.05.2012, 11:01
 Təhsil Naziri 3 kollecin fəaliyyətini “kafi” qiymətləndirib
18.05.2012, 11:01
 Maliyyə Nazirliyi icra büdcəsinə dair sənədi Milli Məclisə təqdim edib
18.05.2012, 10:46
 Nizami Cəfərov: “Faktiki olaraq bu, repressiyadır”
18.05.2012, 10:27
 “Eurovision”a görə 30-a yaxın məktəbdə dərslər dayandırılır
Müəlliflər
İmdad Əlizadə

 Laçından aralı
Zülfüqar Hüseynzadə

 Dayça diplomatiyası...
Sultan Laçın

 LAÇINIM
Orxan Əli

 Bərdə qazisi nə işə baxır?
Safruh

 Ala qarğaya da bala gərək...
Zöhrə Fərəcova

 Jurnalistikamızda yeni mərəz – utanmazlıq
Hikmət Babaoğlu

 Panideyalar, mondializm və beşinci kalon
Nəzirməmməd Zöhrablı

 Qısqanclıq
Şirinxanım Kərimbəyli Şadiman

 Azərbaycan gerçəkliyi - I
Elçin Bayramlı

 Bir nazirin monoloqu
Faiq Ələkbərov (Qəzənfəroğlu)

 Azərbaycan türkçülüyü ideyası - II
Laçın Səmla

 “Mən inək yox, inəyimi istəyirəm”
Xanoğlan Əhmədov

 “Amaci” kəndimizdə

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı |
Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Müəllif hüquqları qorunur. Modern.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Copyright 2012 modern.az. All rights reserved. Powered by NextPoint LLC