15 noyabr 2018, Cümə axşamı
Ana Səhifə - MEDİA - Jurnalist Rufik İsmayılov: «Müxbir 800-1000 manat maaş alsa, normal dolanar” - MÜSAHİBƏ
Jurnalist Rufik İsmayılov: «Müxbir 800-1000 manat maaş alsa, normal dolanar” - MÜSAHİBƏ
10.02.2012, 10:08

İntiqam Valehoğlunun "Həmkar" rubrikası…

«Həmkar»ın dördüncü sayının qonağı «Kaspi» qəzetinin müxbiri Rufik İsmayılovdur. Maraq üçün deyim ki, həmkarımın imzasını məhz «525-ci qəzet»dən tanımışam.

«Həyatda nə əldə etmişəmsə,  bu peşəyə borcluyam»

- 25 iyun 1982-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olmuşam. 1988-ci ildən məlum hadisələr səbəbindən Bakıda yaşayıram. 1998-ci ildə orta məktəbi bitirib, 1999-cu ildə Müstəqil Azərbaycan Universitetinin "Humanitar elmlər fakültəsi"nin Jurnalistika ixtisasına qəbul olmuşam. 2003-cü ildə ali təhsilini başa vurub,  2005-ci ildə Naxçıvan Dövlət Universitetinin “Mətbuat tarixi” istiqaməti üzrə magistraturasına qəbul olmuşam.. 2007-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi aldıqdan sonra bir il müddətinə Gəncə və Bakı şəhərlərində həqiqi hərbi xidmət keçmişəm. Hazırda Bakı Dövlət Universitetinin Jurnalistika istiqaməti üzrə doktorantıyam.

-İlk iş yerin hansı olub?

- 2003-cü ildə müstəqil ictimai-siyasi mətbuat orqanı olan “Azad Azərbaycan” qəzeti ilə əməkdaşlığa başladım. İki ildən sonra-2005-ci ildə “525-ci qəzet”ə gəldim. Həmin il Naxçıvan Dövlət Universitetində əyani şəkildə magistraturaya daxil olduğuma görə, iş yerimi dəyişəsi oldum. Naxçıvan Muxtar Respublıkası Ali Məclisinin və Nazirlər Kabinetinin rəsmi orqanı olan “Şərq qapısı” qəzetində fəaliyyətimi davam etdirdim. Hərbi xidmətdən qayıtdıqdan sonra Naxçıvan Muxtar Respublıkası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin “İctimai-siyasi verilişlər Baş Redaksiyası”nda Redaktor vəzifəsinə təyin edildim. Yenidən 2009-cu ilin mart ayından 2012-ci ilin yanvar ayına kimi “525-ci qəzet”də müxbir vəzifəsində işlə başladım və bu ilin yanvarın ayının 16-dan  "Kaspi" qəzetində müxbir vəzifəsində çalışırm.

- Bəs jurnalistikaya gəlişin necə alındı?

- Mənim jurnalistikaya gəlişim universitetdə ali təhsilimi başa vurandan sonra olub- 2003-cü ildə. Hələ universitetin sonuncu kursunda oxuyanda qrup yoldaşlarımın bir qismini televiziyaya, bir qismini radioya, taniş-bilişi olmayan, nece deyərlər day-dayı olmayanları da qəzetlərə praktikaya yazmışdılar. Mən də o day-daysızlar sırasında idim. Beləliklə mənimlə bərabər 4 qrup yoldaşım “Azad Azərbaycan” qəzetinə praktikaya gəldik. Əvvəlcə təcrübəli müxbirlərlə birgə mətbuat konfransları, tədbirlərə getdim. Özüm üçün lazım olan bilgiləri topladım. Həmkarlarımın dəstəyi ilə sonralar özüm sərbəst şəkildə belə tədbirlərdən yazılar hazırlamağa başladım. Beləliklə də mən jurnalistikaya gəldim. Jurnalistikaya həvəsimin oyanmasında isə əmim oğlu Radikin necə deyərlər, böyük təsiri olub. O, atam tərəfdə ən böyük nəvə olduğu üçün nailiyyətləri istər-istəməz  kiçik əmiuşaqları üçün də bir nümunə olurdu. Radik Bakı Dövlət Universitetinin jurnalistikasına qəbul olub oxuyandan və jurnalistika sahəsində işləyəndən sonra məndə də bu sənətə maraq yarandı.

- Peşman deyilsən ki?

- Səmimi deyirəm ki, xeyr. Mən həyatda nə əldə etmişəmsə, bu peşəyə borcluyam. Çətinliklər heç vaxt jurnalistikaya olan həvəsimi öldürməyib. Olub ki, bəzən özümə qapanıb bu sənətdə pulun olmaması barədə fikirləşmişəm. Belə hallarda ailə üzvlərimin, xüsusən də atamın mənəvi dəstəyini görmüşəm. O, mənə tez-tez yolumu dəyişməməyi, fikrimi cəmləyərək yalnız öz yolumla getməyi tövsiyə edib, zamanla hər şeyin düzələcəyinə məndə ümid yaradıb.

- Niyə "525-ci qəzet"dən getdin?

- «525-ci qəzet»in mənim bir jurnalist kimi formalaşmağıma, imzamın tanınmağına böyük faydası olub. Bunu inkar etmək naxələflik olardı. Amma orada aldığım aylıq məvacib məni qane etmirdi. Çünki xərclərim daha çox idi, üstəlik də qiyabi ödənişli təhsil alacağımı nəzərə alsaq,  daha yüksək maaşlı bir iş axtarırdım. Məhz belə bir məqamda «Kaspi» qəzetindən təklif gəldi. Mən də Rəşad müəllimlə danışıb halallaşdım və «Kaspi»yə gəldim.

- «525-ci qəzet»də nə qədər alırdın və indiki məvacibin nə qədərdir?

- Açığı bu tipli sualları cavablandırmağı xoşlamıram. Amma hər halda buradakı maaşım əvvəlki iş yerimdən iki dəfə çoxdur.

- Nəzərə al ki, rubrikanın əsas məqsədlərindən biri jurnalistlərin sosial durumuna güzgü tutmaqdır.

- Mən bayaq sualı cavablandırdım. Ona görə də mümkünsə o biri suala keçək.

- Ailəli insan üçün müxbir qazancı yetirmi?

- Allah bərəkət versin. Halal olan pul hər zaman insana yetər. Üstəlik,  ailə başçısı kimi hər ikimizin öz ixtsasimiz üzrə işləməsi ailəmizi dolandırmağa yetir.

-Bilirəm ki, Ərturan adında biri oğlun var. Allah saxlasın. O da jurnalist olmaq istəsə..?

- Mən onun seçiminə heç zaman qarışmaram. Çünki atam da mənim seçimimə qarışmayıb. Bu mövzuda gərək uşağın özünün potensialını kəşf edəsən,  yaxud da bu potensialı ifadə etməsinə yardımçı olasan. İndi soruşanda böyüyəndə kim olacaqsan, qürurla deyir ki, mən əsgər olacam. Hələlik onun bu seçimindən qürur duyuram. Axı nə də olmasa, hansı peşənin sahibi olmağımızdan asılı olmayaraq hamımız bu Vətənin əsgəriyik. Digər tərəfdən oğlum hansı peşənin sahibi olur-olsun, əsası budur ki, ölkəsinə, vətəninə, millətinə və ailəsinə layiqli övlad, kamil vətəndaş olsun.

- Mətbuatda hansı imzaları oxuyursan?

- İmzasından asılı olmayaraq,  məni bilgiləndirən, hansısa yaxşı məqamı və ya fikri özündə ifadə edən bütün yazıları oxuyuram. Yetər ki, o yazı mənim diqqətimi çəksin.

-  Avtomobilin var?

- Var

-  Bəs DYP əməkdaşlarıyla problemin?

- Hər bir normal Azərbaycan vətəndaşı kimi bəzən mən də DYP əməkdaşları ilə ünsiyyətdə oluram. Bu bəzən mənim cərimələnməyimlə başa çatır.

-Hansı həmkarlarınla daha çox münasibət saxlayırsan, dostluq edirsən?

- Tələbə yoldaşım Bəxtiyar Məmmədli ilə daha çox ünsiyyətdə olmuşam. Onunla həm «525-ci qəzet»də bir yerdə işləmişəm, həm də sadəliyinə, saflığına və mərdliyinə görə dostluq münasibəti saxlamışam. Bu münasibətlər indii də davam edir. Eləcə də adını çəkmədiyim digər həmkarlarım, qrup yoldaşlarım, əsgər və magistr yoldaşlarımla…

-  Səncə jurnalistikada ən böyük yük kimlərin üzərinə düşür?

- Belə bir məsəl var deyərlər ki, müxbir redaksiyanın bel sütunudur.

-  Bəs redaktor?

- Amma onları istiqamətləndirən baş redaktor və ya redaktordan da üzərinə böyük məsuliyyət düşür.

- Azərbaycanda müxbirin normal dolanması üçün konkret nə qədər məvacib almalıdır?

- Məncə 800-1000 manat aylıq məvacibi olsa,  normal dolanar.

-  Vəzifə sahiblərindən dostluq elədiyin kimlərsə var?

- Xeyr. Vəzifə sahibləri ilə məni ancaq işim bağlayib. Yəni onlar mənim müsahibim olublar. Onlar arasında böyük əksrəiyyət heç mənim üzümü də görməyib.  Yalnız telefon vasitəsilə əlaqə saxlayıb özümü təqdim edib mənə lazım olan informasiyanı almışam.

«Düşmən dəyirmanına su tökəcək bir yazı yazana analitik demək olmaz»

- Nə zamansa hansısa qurumun mətbuat xidmətində çalışmaq fikrin var?

- Mənim dolanışığım yaxşı olandan sonra niyə görə isti yerimi soyuq eləməliyəm ki?
Mən jurnalist olmaq istəyirdim və allaha şükür ki oldum. Məncə insan bir yol seçməli və öz işinin ustası olmalıdır.

- Gününün neçə saatını Facebook-da keçirirsən?

- Əvvəl işlədiyim redaksiyada eləcə də hazırkı redaksiyada sosial şəbəkələrə giriş qadağan olmayıb. İşimlə əlaqədar günün müəyyən vaxtını burada oluram. Bəzən də söhbətləşmək üçün burada oluram. Amma elə edirəm ki,  bu işimə təsir eləməsin. Ümumiyyətlə, hər şey nəzarətdə olanda xətasız olur.

- Niyə rəsmiyyətə daha çox üstünlük verirsən?

- Rəsmiyyət deyəndə ki, bacardığım qədər açıq fikirli olmağa çalışıram. Bəlkə də bu mənim xarakterimdən irəli gəlir. Amma nə bilim, türklər demiş,  sonuçda beləyəm. Yaxşı da olsam,  pis də olsam…

- Fikrincə, jurnalistikada ən çətin janr hansıdır?

- Analitik janr. Çünki bu mövzuda yazı yazmaq üçün jurnalist gərək ictimai-siyasi hadisələri yaxşı bilən,  analiz etmək qabiliyyətinə malik adam olsun. Ən əsası isə hadisələrdən düzgün nəticə çıxarıb doğru yola istiqamət verməyi bacarsin. Yoxsa ki, ağlına gələni düşünüb-daşınmadan ifadə eləyən, hər şeyə qara yaxan və sonda düşmən dəyirmanına su tökəcək bir yazı yazana analitik demək olmaz.

- Səninçün yaxşı jurnalist olmağın beş əsas prinsipi hansıdır?

- Hər şeydən öncə həmin jurnalist kamil vətəndaş olmalıdır. Əgər öz yazıları ilə cəmiyyətə nümunəvilik təlqin edirsə, özü də nümunəvi olmalıdır. Jurnalistikanın prinsiplərinə, xüsusən də qərəzsizlik prinsipinə riayət etməlidir. Vətənini, ailəsini, işini, peşəsini sevməlidir. Ən nəhayət savadlı olmalı, ziyalılıq yükünü dərk etməlidir.

- Gəlsənə, söhbətin bu yerində başına gələn maraqlı bir əhvalat danışasan?!

- Avtomobili təzə aldığım vaxtlardı. Maşını idarə eləməkdan savayı, heç nəyindən başım çıxmırdı. Təzə sürücülüyə başlayan biri olaraq siqnaldan lap çox istifadə edirdim və bu hal hər zaman mənə yol yoldaşlığı edən iş yoldaşım Bəxtiyar Məmmədlinin narahatlığına səbəb olurdu. Bir dəfə mənə dedi ki, az siqnal ver, axırda siqnalın kömürü qurtaracaq, qalacaqsan siqnalsız. Bu mənim ağlıma batdı. Təsadüfən bir müddət sonra maşının siqnalı işləmədi. O an ilk ağlıma gələn Bəxtiyarın sözü oldu və düşündüm ki, gərək zamanında siqnaldan az istifadə edəydim. Maşınımdakı bu nasazlığı aradan qaldırmaq üçün servisə getdim. Orada ustaya deyəndə ki, bəs ay usta siqnalı çox tez-tez işlətdiyim üçün kömürü qurtarıb…
Usta əvvəl mənə təəccüblə baxdı, sonra da əsəbiləşdi. Elə bildi ki, onu ələ salıram, zarafat edirəm. And-aman edəndən sonra siqnalı sökdü və baxdı. Siqnal həqiqətən xarab olmuşdu… Mən bu əhvalatı Bəxtiyara deyəndə gülməkdən uğunub getdi…Dedi bunu sənə ona görə deyirdim ki, hər dəfə siqnal verib baş-beynimi aparmayasan.

- Doğrudan da gülməli və maraqlı əhvalatdı…

- Naxçıvanda «Şərq qapısı» qəzetində işlədiyim vaxtlar idi. Hər gün bir müxbir qəzetdə növbətçi qalırdı. Yay aylarının bir günü bu növbə mənə də çatdı. Səhifədə gedən bütün yazıları korrekturadan sonra özüm təkrar yoxladım və düzəlişlər ediləndən sonra nəşriyyata vermək üçün kalkaya vurmağa başladıq. Sonuncu səhifəyə çatanda məlum oldu ki, gündüz heç kim hidrometeoroloqlardan sabah havanın necə olacağını öyrənib yazmayıb. Bilmədik nə eləyək. Sonda dizaynerimiz dedi ki, bir buna görə problem çıxarmağa dəyməz, mən özümdən təxmini bir şeylər yazacam, onsuz da havalar verilən proqnoz kimi olmur. Nəysə, dizaynerin sözünə qulaq asıb sonuncu səhifəni də kalkaya vurduq və nəşriyyata təhvil verdik. Elə bildik heç kimin xəbəri olmaz. Amma hər şey əksinə oldu. Səhəri gün Şahbuz rayonundan redaksiyaya bir neçə nəfər zəng vurub gileynədi ki, balam,  axı sizin qəzet bizi burada soyuqdan-qiyamətdən batırıb-qırdı, bir insafınız olsun. Mən tez qəzetin arxa səhifəsinə baxanda gördüm ki, diqqətsizlikdən Şahbuzda havanın temperaturunu müsbət 30-35 dərəcə yazmaq əvəzinə, mənfi 30-35 dərəcə yazmışıq. O zaman buna xeyli gülüşmüşdük.



İntiqam Valehoğlu
"Ədalət" qəzeti

***
Həmçinin oxu:

Jurnalist Arzu Abdulla: “Dədəm məni oxutmaq istəmirdi, mən də inad edib bütün elçiləri boş qaytarırdım...”
http://modern.az/articles/20451/1/

Jurnalist Ağa Cəfərli: "Zarafat etdiklərinə görə, dişimin dibindən çıxanı dedim onlara" 
http://modern.az/articles/20653/1/

Jurnalist Elçin Xalidbəyli: “Senzoru içirdib sərxoş etdik ki, yazıları “qayçılamasın”” 
 
http://modern.az/articles/20837/1/


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Jurnalist
10.02.2012, 10:47

Hormetli hemkarim İntiqam, Rufiq İsmayilovun metbuatda tecrubesi ve jurnalist kimi tercumeyi halı o qeder zengin deyil axı. Mence baqa tecrubeli jurnalistlerle bu musahibe daha yaxsi alinar. İkinci musahibindir ki cox maraqsiz musahibe verirler. İncimeyin amma secimi duzgun etmirsiz. Jurnalist sozunu aciq, cekinmeden demelidir. Amma bunlar cekinirler. Ya da onlardan istediyini ala bilmirsen. Bir de xanim jurnalistleri de gormek isteyirik bu layihede

İNTİQAM VALEHOĞLU
10.02.2012, 13:29

ƏVVƏLA LAYİHƏNİN İLK QONAĞI XANIM OLUB-ARZU ABDULLA. İKİNCİSİ, RUFİKİN İMZASI HEÇ DƏ AZ TANINMIR. MÜXTƏLİF MÜSABİQƏLƏRDƏ QALİB OLUB. ÜÇÜNCÜSÜ DƏ SƏN TƏKLİFİNİ VER, NÖVBƏTİ DƏFƏLƏRDƏ BAXARIQ... DİQQƏTİN ÜÇÜN DƏ ÇOX SAĞ OL!

nadir
10.02.2012, 14:13

Hormetli jurnalis niki ile yazan/ deyesen nece muddetdi senin ureyin gedir bu rubrikada ishtirak elemeycin. ona gore de biomirsen nece diqqet merkezine gelesen. uatanma adini de gorey kimsen. xaish eleyerik muellifden sene de muraciet elesin

Adil
10.02.2012, 14:31

Maraqlı müsahibədir.

Seymur Qasımbəyli
10.02.2012, 15:00

Maraqlı müsahibədi. İntiqam sağ olsun ki, bu layihəni gündəmə gətirib. Rufiq də maraqlı müsahibdi. Cavabları da səmimidir, məncə.

Niyaz N
10.02.2012, 16:27

Rufik istedadlı oğlandır. Gəcdir, ağıllıdır, ağzına deyil, ağlına gələni danışır. Suallara cavabları da bunu deməyə əsas verir. İntiqamın növbəti müsahib kimi Rufikin üzərində dayanması lap yerinə düşüb.

Jurnalist
10.02.2012, 16:49

Hormetli Nadir men jurnalist idim indi yox, ona gore bu layihede istirakim mumkun deyil. Bir de duz soz niye kimlerise qiciqlandirir. Kimise tehqir etmirem ki sadece oz fikrimi deyirem. Haminin fikrine hormet etmek lazimdir daha bele reaksiya vermek neye lazimdir. Menim musahibe vermek neyime gerekdir kik. Bir de yaxsi yazi muelliflerini hami taniyir

Ayla
10.02.2012, 17:30

Bu jurnalist duz deyir de. Bi de Azerbaycanda musabiqe kecirilir ki bunu etalon kimi goturursunuz. Yazib sora tapsirilib yer tutursan. Bu yaxsi jurnalist olmaqin gostericisi deyil ezizlerim

Samir
10.02.2012, 22:04

Salamlar önce deyim ki Rufik beyi telebelik illerinden taniyiram. Yeni 11 ildir onu taniyiram. Cox leyaqetli, semimi insandir. Müsahibesini oxudum. Özünə məxsus cavablar verib. Normalı müsahibedir. Bura sherh yazanlar bir birlerinin fikirlerine dözümlü olsalar daha yaxshi olar. Her kesin dediyine hormetle yanashmaq musbet haldir. Belkede ele de cox taninmayan ve leyaqetli jurnalistlerden de musahibeler goturub onlari cemiyyete tanitmaq daha yaxshi olar. Bu gun taninmaga layiq olmayan bir nece jurnalist gostermek olar ki hara gedirsen goze girirler. Amma Rufik bey mueyyen qeder taninan jurnalistdir. Bir de ki o hele gencdir ve hele yazacagi maraqli yazilar qarshidadir. Rufik həm də abrini, heyasini gözleyen, özünü göze soxmayan oglandir. Alya xanimin musabiqelerle bagli dediklerini bolushurem. Her birinize ugurlar

Remziyye
12.02.2012, 19:00

Rufik Sen hemişe olduğun kimi görünürsen ve içinden nece gelir elede danışırsan. Sende yalan, saxtakarlıq yoxdu ehsen Sene. Maraqlı müsahibedi.!!!!!

Elcin
13.02.2012, 14:00

Gardas siza halal olsun.Man siznan faxir elayiram .Bizim Azerbaycana sizin kimi oglanlara ehtiyaci var. Siza bu yolda ugurlar arzulayiram .ELCIN

nadir
13.02.2012, 18:39

Hormetli jurnalist niki ile yazan kecmish jurnalis. belke taninmish jurnalist kimlere deyirsiz onu da aciqlayasiz. yeqin ki bashlayacaqsiz Arif Eliyev bele geldi, Elcin shixli bele getdi. hec olmasa deyeceyiniz namizedlerin son 4-5 ilde yazdiqlarindan danishasiz. taninmish jurnalist olmaqcin gerey qrant yeyesen ya da bash redaktor olasan?

Jurnalist
14.02.2012, 09:19

Ezizim men jurnalist deyende hec vaxt bas redaktor ve senin dediyin QHT rehberlerin nezerde tutmuram. Cunki hemin insanlar hemise jurnalistlerin emeyini menimseyib. haqqini yeyibler. Men jurnalist deyende ele sadece jurnalistleri nezerde tuturam.

nadir
14.02.2012, 12:35

Bes niye dushunursunuz ki Rufiq musahibe ucun uqurlu secim deyil? Beyem o da sizin dediyiniz adi jurnalistlerden deyil?

Afiq
16.02.2012, 16:28

Rufik savadlı, səmimi və vətənpərvər jurnalistdi. İnşallah gələcəyi də parlaq olacaq. Ən əsas üstünlüyü isə peşəsinə hörmət və diqqətlə yanaşmasıdır. Müsahibə üçün təşəkkür edirik.

Gunel Ebilova
17.02.2012, 00:14

Rufik dogurdan da cox savadli jurnalistdir. Cox gozel hemkardir İntiqam musahibeye gore tesekkurler..

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Deputatlar AzTV-ni tənqid etdi
15.11.2018, 12:58

Deputatlar AzTV-ni tənqid etdi

Büdcə müzakirələri bitdi – Milli Məclis hökumətə 8 gün vaxt verdi
15.11.2018, 12:56

Büdcə müzakirələri bitdi – Milli Məclis hökumətə 8 gün vaxt verdi

Siyavuş Novruzov: “Milli Məclisə bəzi sənədlər bərbad gəlir”
15.11.2018, 12:54

Siyavuş Novruzov: “Milli Məclisə bəzi sənədlər bərbad gəlir”

Deputat Mahir Abbaszadəyə yüksək vəzifə verildi - EKSKLÜZİV
15.11.2018, 12:49

Deputat Mahir Abbaszadəyə yüksək vəzifə verildi - EKSKLÜZİV

Deputat himnlə bağlı çıxışından sonra təhdid edilib
15.11.2018, 12:43

Deputat himnlə bağlı çıxışından sonra təhdid edilib

“Dövlətqaçqınkom”un sədr müavini işdən ÇIXARILDI - ÖZƏL   
15.11.2018, 12:40

“Dövlətqaçqınkom”un sədr müavini işdən ÇIXARILDI - ÖZƏL  

Həsənquliyev bu dəfə deputatlara mənzil İSTƏDİ 
15.11.2018, 12:38

Həsənquliyev bu dəfə deputatlara mənzil İSTƏDİ 

Tahir Kərimli parlament işçilərinə mənzil verilməsini təklif etdi
15.11.2018, 12:31

Tahir Kərimli parlament işçilərinə mənzil verilməsini təklif etdi

Deputat spikerdən xahiş etdi: “Nazirə deyin, bu adamları qəbul etsin”
15.11.2018, 12:28

Deputat spikerdən xahiş etdi: “Nazirə deyin, bu adamları qəbul etsin”

Milli Məclisə ayrılan pulun məbləği ARTIRILIR
15.11.2018, 12:22

Milli Məclisə ayrılan pulun məbləği ARTIRILIR

Sarkisyan: “Qarabağ məsələsində güzəştə gedən deyilik”
15.11.2018, 12:22

Sarkisyan: “Qarabağ məsələsində güzəştə gedən deyilik”

İlham Əliyev Federasiya prezidentini qəbul edib
15.11.2018, 12:19

İlham Əliyev Federasiya prezidentini qəbul edib

Azərbaycanla BƏƏ arasında iqtisadi əlaqələr güclənir - Səfir faktlarla AÇIQLADI
15.11.2018, 12:10

Azərbaycanla BƏƏ arasında iqtisadi əlaqələr güclənir - Səfir faktlarla AÇIQLADI

Nazirlik qəzada ölən məşqçi ilə bağlı xəbər yaydı
15.11.2018, 12:06

Nazirlik qəzada ölən məşqçi ilə bağlı xəbər yaydı

Bakıda ekologiya ilə bağlı konfrans keçirilir
15.11.2018, 12:01

Bakıda ekologiya ilə bağlı konfrans keçirilir

Azercell-in dəstəyi ilə IV Uşaq Paralimpiya oyunları keçirilib
15.11.2018, 11:58

Azercell-in dəstəyi ilə IV Uşaq Paralimpiya oyunları keçirilib

“İdmançılarla bağlı böyük mübahisələr olur” - Nazir
15.11.2018, 11:45

“İdmançılarla bağlı böyük mübahisələr olur” - Nazir

Əli Əhmədov: “Təhsildə, səhiyyədə qadınlar kişilərdən üstündürlər”
15.11.2018, 11:37

Əli Əhmədov: “Təhsildə, səhiyyədə qadınlar kişilərdən üstündürlər”

Baş nazir qida məhsulları ilə bağlı qərar verdi
15.11.2018, 11:26

Baş nazir qida məhsulları ilə bağlı qərar verdi

“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq
15.11.2018, 11:25

“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq

Azərbaycan, Pakistan və Türkiyə dostluğu Los Ancelesdə qeyd olundu
15.11.2018, 11:20

Azərbaycan, Pakistan və Türkiyə dostluğu Los Ancelesdə qeyd olundu

Avtomobildən oğurluq etmək istəyən iş başında yaxalandı
15.11.2018, 11:17

Avtomobildən oğurluq etmək istəyən iş başında yaxalandı

Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
15.11.2018, 11:16

Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir

XİN-in keçmiş əməkdaşları məhkəmə qarşısında - VİDEO
15.11.2018, 11:15

XİN-in keçmiş əməkdaşları məhkəmə qarşısında - VİDEO

İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən işlərlə tanış olub - FOTOLAR
15.11.2018, 11:03

İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən işlərlə tanış olub - FOTOLAR

Bizimkilər - Xanım jurnalist: “Təzyiqlərə də məruz qaldım, amma bu peşədən bezmədim” - FOTOLAR   
15.11.2018, 11:00

Bizimkilər - Xanım jurnalist: “Təzyiqlərə də məruz qaldım, amma bu peşədən bezmədim” - FOTOLAR  

Prezident yatmağı sammitdə iştirakdan üstün tutdu
15.11.2018, 10:51

Prezident yatmağı sammitdə iştirakdan üstün tutdu

Madrid konfransı səmərəli müzakirə platforması kimi - Deputatın səfər QEYDLƏRİ+FOTOLAR
15.11.2018, 10:48

Madrid konfransı səmərəli müzakirə platforması kimi - Deputatın səfər QEYDLƏRİ+FOTOLAR

Çili Azərbaycanda səfirlik açır
15.11.2018, 10:45

Çili Azərbaycanda səfirlik açır

Britaniya Şurasının rəhbəri Bakı Ali Neft Məktəbində
15.11.2018, 10:40

Britaniya Şurasının rəhbəri Bakı Ali Neft Məktəbində

Hövsan bu gün susuz qalacaq
15.11.2018, 10:38

Hövsan bu gün susuz qalacaq

Polis 83 nəfəri saxladı 
15.11.2018, 10:25

Polis 83 nəfəri saxladı 

Nazir: “Pensiya yaşını azaltmağa ehtiyac yoxdur” - EKSKLÜZİV
15.11.2018, 10:24

Nazir: “Pensiya yaşını azaltmağa ehtiyac yoxdur” - EKSKLÜZİV

Birinci ledi ilə mübahisə edən məmur qovuldu
15.11.2018, 10:22

Birinci ledi ilə mübahisə edən məmur qovuldu

Ərzaq məhsullarının içindən mobil telefonlar çıxdı
15.11.2018, 10:13

Ərzaq məhsullarının içindən mobil telefonlar çıxdı

AZƏRTAC-ın işçilərinin sayı artırıldı
15.11.2018, 10:06

AZƏRTAC-ın işçilərinin sayı artırıldı

Sabahdan Azərbaycanda məktəblər bağlanır   
15.11.2018, 10:06

Sabahdan Azərbaycanda məktəblər bağlanır  

Kapital Bank yeni Neftçilər Kart Mərkəzi filialını istifadəyə verdi
15.11.2018, 09:56

Kapital Bank yeni Neftçilər Kart Mərkəzi filialını istifadəyə verdi

Bakıda beynəlxalq forum keçirilir
15.11.2018, 09:56

Bakıda beynəlxalq forum keçirilir

Kalifoniyada dəhşətli yanğınlarda ölənlərin sayı 59-a çatdı - FOTOLAR
15.11.2018, 09:54

Kalifoniyada dəhşətli yanğınlarda ölənlərin sayı 59-a çatdı - FOTOLAR

“Bakı Metropoliteni” deputatın iradına CAVAB VERDİ   
15.11.2018, 09:48

“Bakı Metropoliteni” deputatın iradına CAVAB VERDİ  

“Qəbələ”nin məşqçisi qəzada həlak oldu
15.11.2018, 09:44

“Qəbələ”nin məşqçisi qəzada həlak oldu

Ermənistan cəbhədə təxribat törətdi
15.11.2018, 09:26

Ermənistan cəbhədə təxribat törətdi

Bu gün Millətlər Liqasında 9 oyun keçiriləcək - TƏQVİM
15.11.2018, 09:21

Bu gün Millətlər Liqasında 9 oyun keçiriləcək - TƏQVİM

Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları - VI YAZI
15.11.2018, 09:09

Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları - VI YAZI

Milli Qəhrəmanın anım günüdür   
15.11.2018, 09:02

Milli Qəhrəmanın anım günüdür  

Onlar Facebook-da kimləri izləyirlər...
15.11.2018, 08:34

Onlar Facebook-da kimləri izləyirlər...

Son 5 ildə 7 min tələbə təhsil haqqına görə ali məktəbi atıb - Təhsil kreditləri PROBLEMİ   
15.11.2018, 08:07

Son 5 ildə 7 min tələbə təhsil haqqına görə ali məktəbi atıb - Təhsil kreditləri PROBLEMİ  

Manat bu günə hansı məzənnədə olacaq?
15.11.2018, 08:02

Manat bu günə hansı məzənnədə olacaq?

Britaniya hökuməti “Brexit” üzrə saziş layihəsini təsdiq edib
15.11.2018, 00:58

Britaniya hökuməti “Brexit” üzrə saziş layihəsini təsdiq edib

ARXİV