23 may 2013, Cümə axşamı
AYB katibi: “Bəzi yazıçıları evdən qovurlar ki...”
Azərbaycanda daha bir əsgər öldü
Jurnalistlərin evindən kimlərə mənzil veriləcək?
Erməni silahlı bölmələri ötən gecə cəbhənin Gədəbəy, Ağdam, Füzuli rayonları istiqamətindən atəşkəsi pozublar
Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadənin 4 gün bundan öncə oğurlanan maşını tapılıb
Bakının Yeni Suraxanı qəsəbəsində 12, 15 və 17 yaşlı üç məktəbli qız itkin düşüb
İranın Bakıdakı səfirliyi - Azərbaycanlı alim Xalidə Xalid və sürücüsü azad olunsalar da, onlarla bağlı sənədləşmə işləri aparıldığından Azərbaycan tərəfinə hələ təhvil verilməyiblər
Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Ədəbiyyat Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə
Şahzadə Çarlz Ermənistana gəlir
AzTV-yə qarşı “mətbəx iyi verən” bir “səlib müharibəsi” ortadadır
Bakı Respublika Gününə belə hazırlaşır - FOTOLAR
Azərbaycan İran arasında “buzlar” əriyirmi? - ŞƏRH
Azərbaycanda Ramazan ayının başlanmasının dəqiq tarixi açıqlanıb
Azay Quliyev AXC ilə bağlı təklif verdi
Azərbaycan teatrının sevgili və evli cütlükləri - ARAŞDIRMA
Nəriman Əbdülrəhmanlı beynəlxalq festivala gedəcək
“AXC Azərbaycanın milli maraqlarının təməli olub” - FOTOLAR
Rusiyanın “Evrovision” havası - doğrudanmı bu günə qalıblar?..
İran Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Nümayəndəliyi bağlanacaq?
Hadi Rəcəbli sərt danışdı: “Sən də kişisən!?”
QMİ-dən mollaların attestasiyası barədə AÇIQLAMA
“Azərbaycan - İran parlamentlərarası əlaqələri yaxşı deyil”
Müxalifət liderləri ABŞ səfiri ilə görüşəcək
Sabah hava necə olacaq?
Polad Bülbüloğlundan ilginc AÇIQLAMA: “Eurovision” qeyri-ciddi müsabiqədir”
Rusiyanın “Eurovision”dakı mahnısı plagiat çıxdı -VİDEO

Xəbərlər arxivi

«

May 2013

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

   
 
New Page 2
A A A
Orta məktəblərin buraxılış imtahanları ilə bağlı dəyişiklik edildi
 23.04.2012, 13:01

 Məlum olduğu kimi, ölkə Prezidentinin 19 aprel 2012-ci il tarixli fərmanı ilə orta məktəblərdə ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi, ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirilməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) həvalə edilib.
Modern.az-ın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında buraxılış imtahanlarının təşkili barədə danışıb.

Prezident fərmanına əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Əsasnaməsinə edilən bu dəyişikliklə əlaqədar olaraq Dövlət Komissiyasının aparatında bir ay müddətində ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirəcək struktur bölmənin yaradılması, üç regional bölmənin yaradılması,
ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) üçün istifadə etdiyi maddi-texniki avadanlığın və elektron məlumat bazasının Təhsil Nazirliyi tərəfindən on beş gün müddətində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təhvil verilməsi, TQDK-da yeni qurumların yaradılması ilə əlaqədar əlavə ştat vahidlərinin saxlanılması üçün zəruri olan maliyyə vəsaitinin ayrılmasının təmin edilməsi qərara alınıb.

TQDK sədri Məleykə Abbaszadə bəyan edib ki, Prezidentin Fərmanından irəli gələn dəyişikliklərlə bağlı buraxılış imtahanlarını da qəbul imtahanlarında olduğu kimi mərkəzləşdirilmiş qaydada, obyektivliyi, şəffaflığı təmin etməklə geniş tədbirlər planı həyata keçirirlər.

Beləliklə, cari ildən etbarən respublikanın bütün şəhər və rayonlarında  (Naxçıvan MR istisna olmaqla) ümumi orta təhsil müəssisələrində ümumi (9 illik) və tam (11 illik) orta təhsilini başa vuran gənclərin yekun buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada TQDK tərəfindən aprılacaq.
M.Abbaszadə bildirib ki, imtahan mərkəzlərinin müəyyənləşdirilməsi, imtahan rəbərləri, zal nəzarətçilərinin bu imtahanlara hazırlığı, test bankının, proqram təminatının formalaşdırılması, eləcə də təşkilati işlərlə bağlı genişmiqyaslı  hazırlıq işlərinə başlanıb. TQDK sədrinin müvafiq əmri ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyindən  buraxılış imtahanları üçün  istifadə olunan  maddi-teхniki avadanlığın və elektron məlumat bazasının təhvil alınması üçün xüsusi komissiya yaradılıb.

Orta məktəblərdə buraxılış imtahanları 2012-ci ilin iyun ayında bütün şəhər və rayonlarda, imtahan verənlərin 50 km-dən artıq məsafə qət etməmələri təmin olunmaqla keçiriləcək.

Ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları test üsulu ilə yalnız 2 fənn üzrə - ana dili və  riyaziyyat fənlərindən keçiriləcək. İmtahan 2 saat müddətində aparılacaq. Hər bir fənn üzrə 30 test tapşırığı (cəmi 60 sual) təqdim olunacaq və bu sualların cavablandırılmasına 1.5 saat vaxt ayrılacaq. Son 30 dəqiqə ərzində isə iştirakçılar təqdim olunacaq mövzu  üzrə yazı işini yerinə yetirəcəklər.

Test suallarının hər biri 1 balla qiymətləndiriləcək, səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir göstərməyəcək. Yazı işinin nəticəsi balla qiymətləndirilməyəcək, yalnız xüsusi hallarda əlavə göstərici kimi nəzərə alınacaq.

Buraxılış imtahanlarının keçirilmə qaydaları, imtahanda istifadə olunacaq testlərə dair nümunələr və digər zəruri məlumatlar may ayının ortalarınadək “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc ediləcək.

Gültəkin Ələsgər
 
Oxunub: 1749
Çap variantı
Məktub göndər
Facebook-da paylaş


Şərhlər
Nazim Nəsrəddinov
23-04-2012

Diqqət! Təkliflərə qulaq asın!...

Tam orta təhsil verən təhsil müəssisələrinin buraxılış imtahanlarını ali təhsil müəssisələrinə qəbul imtahanları ilə birləşdirmək mümkündür.Bu məqsədlə əlavə tədbirlər barədə düşünməyə dəyər.Akademiya və ali məktəb müəllimlərini bu imtahanlardan uzaqlaşdırmaq lazımdır. Buraxılış və qəbul imtahanları orta məktəb müəllimlərinə(əvəzçiliklə işləyənlərə yox) tapşırılmalıdır.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının Azərbaycan dili və ədəbiyyatı bölməsinin üzvü,
TQDK-nın Azərbaycan dili fənni üzrə eksperti.


Fəxri
23-04-2012
Nəhayət haqq yerini tapdı.


Mahirə Abdullayeva
23-04-2012
Bəli!Mən də bunun tərəfdarıyam.İyun ayında şagird orta məktəbdə buraxılış imtahanı verir,təqribən bir ay sonra eyni şagird eyni fəndən ali və ya orta -xtisas məktəblərinə qəbul imtahanı verir.Şagirdi maraqlandırmır bu imtahanı götürən Təhsil Nazirliyidir,yoxsa TQDK! Bir dövlətin iki qurumu eyni şagirdi iki dəfə ard-arda o psixoloji duruma salır!Bir ay ərzində şagirdin beynində nə dəyişiklik olur ki, eyni fəndən yenidən imtahan olunur?Məgər bu dövlət idarələi bir-birinə inanmır?Və ya onların bir-birinə inanıb-inanmamasının şagirdə dəxli var?buraxılış üçün şagird o biliyə sahibdirsə,bu bilik qəbul üçün də müvafiqdirsə,qoyun şagird müraciət etdiyi alı məktəbdə müsabiqəyə getsin.Buraxılışda qazandığı balla təhsilini davam etdirsin !
Mahirə Abdullayeva35 illik pedaqoji təcrübə,Azərbaycan dili və ədəbiyyatı müəlliməsi,pedaqoji


Könül
23-04-2012
Bu qərarı hamı alqışlayır.Amma yenə əmmamız var .Dərsliklərdəki səhvlər,digər kursların nəşr etdirdiyi testlərinin cavablarının TQDK cavabları ilə üst - üstə düşməsi və s.Şagird seçdiyi qrup üzrə buraxılış imtahanı versə və bunun nəticəsi qismən qəbul zamanı nəzərə alınsa ,əla olar.


Fereh
23-04-2012
Meleyke xanim,size halal olsun.Siz ki,bezi mekteb direktorlarinin,"Qiymetlendirme $obesi"nini sedri Terane Haciyevanin ve Tehsil Nazirinini arzusunu ureyinde qoydunuz,men sizin qar$inizda ve test usulunu Azerbaycana getiren merhum Elcibeyin ruhu qar$isinda ba$ eyirem.


Natiq
10-05-2012
esilinde burxiliw imtahanlari bos seydi onsuzda azerbaycan demek olar ki 99 % sagird oxumur eyer kocurulmeye icaze olmasa onda butun sagirdler bedbext oluceylar. teki hamsii uz ag cixsin amma azerbaycanda birdene o pisdi tehsilide 2 qurum aparar! yalanan daniwmagi bilirsiz







Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
Son xəbərlər
23.05.2013, 15:58
 Şahzadə Çarlz Ermənistana gəlir
23.05.2013, 15:52
 AzTV-yə qarşı “mətbəx iyi verən” bir “səlib müharibəsi” ortadadır
23.05.2013, 15:30
 Bakı Respublika Gününə belə hazırlaşır - FOTOLAR
23.05.2013, 15:27
 Azərbaycan İran arasında “buzlar” əriyirmi? - ŞƏRH
23.05.2013, 15:15
 Azərbaycanda Ramazan ayının başlanmasının dəqiq tarixi açıqlanıb
23.05.2013, 15:07
 “Dövlətqaçqınkom”: “Şəxsi mənzilləri zəbt etmiş köçkünlər hələlik çıxarılmayacaq”
23.05.2013, 14:50
 Azay Quliyev AXC ilə bağlı təklif verdi
23.05.2013, 14:10
 AYB katibi: “Bəzi yazıçıları evdən qovurlar ki...”
23.05.2013, 14:05
 Azərbaycan teatrının sevgili və evli cütlükləri - ARAŞDIRMA
23.05.2013, 14:04
 Nəriman Əbdülrəhmanlı beynəlxalq festivala gedəcək
23.05.2013, 14:03
 “AXC Azərbaycanın milli maraqlarının təməli olub” - FOTOLAR
23.05.2013, 13:51
 Rusiyanın “Evrovision” havası - doğrudanmı bu günə qalıblar?..
23.05.2013, 13:42
 İran Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Nümayəndəliyi bağlanacaq?
23.05.2013, 13:31
 Hadi Rəcəbli sərt danışdı: “Sən də kişisən!?”
23.05.2013, 13:22
 QMİ-dən mollaların attestasiyası barədə AÇIQLAMA
23.05.2013, 13:18
 “Azərbaycan - İran parlamentlərarası əlaqələri yaxşı deyil”
23.05.2013, 13:17
 Müxalifət liderləri ABŞ səfiri ilə görüşəcək
23.05.2013, 13:06
 Sabah hava necə olacaq?
23.05.2013, 13:01
 Polad Bülbüloğlundan ilginc AÇIQLAMA: “Eurovision” qeyri-ciddi müsabiqədir”
23.05.2013, 12:45
 Rusiyanın “Eurovision”dakı mahnısı plagiat çıxdı -VİDEO
23.05.2013, 12:35
 Deputat sabah Milli Məclisdə üç məsələ qaldıracaq
23.05.2013, 12:30
 “Sabir Rüstəmxanlını Milli Şurada görmək istəyirik” - AÇIQLAMA
23.05.2013, 12:10
 “Azərbaycanda heç bir banka girov qoyulmayıb” – Rəsmi AÇIQLAMA
23.05.2013, 11:48
 Deputatdan Rüstəm İbrahimbəyova MESAJ : “Milli Şuranı parlamentdə təmsil edə bilərik”
23.05.2013, 11:26
 Yevda Abramov: “Mənə “Azərbaycan parlamentindəki sionist deputat” deyirlər, vecimə də almıram” - MÜSAHİBƏ
23.05.2013, 11:16
 Prezident Daxili İşlər Nazirliyində dəyişiklik etdi
23.05.2013, 11:09
 Azərbaycanda daha bir əsgər öldü
23.05.2013, 11:05
 Təhsil Nazirliyindən direktorlara xəbərdarlıq - “təmirpulu” yığanlar cəzalandırılacaq
23.05.2013, 10:22
 Bakıda dəhşətli avtobus qəzası: ölən var
23.05.2013, 10:22
 Əlillərin əmək münasibətlərindəki üstünlükləri
23.05.2013, 10:21
 “Qanun” “Cen Eyr”i nəşr etdi
23.05.2013, 10:09
 Leyla Yunusa Fransanın Şərəf Legionu Ordeni verilib
23.05.2013, 10:07
 Azərbaycanda zəlzələ olub
23.05.2013, 09:58
 Aslan İsmayılovla bağlı daha bir bəyanat verildi
23.05.2013, 09:39
 Jurnalistlərin evindən kimlərə mənzil veriləcək?
23.05.2013, 09:31
 Azər Ayxanın prezident və nazirə müraciətinə rəsmi münasibət bildirildi
23.05.2013, 09:16
 Mehriban Əliyeva Paris görüşlərini davam etdirir - FOTO
23.05.2013, 09:06
 Səlim Babullaoğlu: “Dünya ədəbiyyatından bu 5 yazarı oxumağı məsləhət görərdim" - MÜSAHİBƏ
23.05.2013, 09:05
 Türkiyə kubokunun builki sahibi bəlli oldu
22.05.2013, 22:30
 FHN Dəmiryol vağzalından 15 nəfəri xilas edib
Müəlliflər
Mahir Qabiloğlu

 Düşmənlərimin düşmənləri
Vüsalə Rafiqqızı

 Rusiyanın “Evrovision” havası - doğrudanmı bu günə qalıblar?..
Xaqani Səfəroğlu

 Jurnalist mənzilləri və kirayə evlərin sınıq stolu
İntiqam Valehoğlu

 Boğazıma şərik olan Seymur Baycan
Aida Eyvazlı

 “Leyli və Məcnun”, Azərbaycan diplomatiyası, bir də Qarabağ harayı...
Şirinxanım Kərimbəyli Şadiman

 On qəpik əhvalatı
Elçin Bayramlı

 Jurnalistlərin evindən kimlərə mənzil veriləcək?
Faiq Ələkbərov (Qəzənfəroğlu)

 Azərbaycançılıq türkçülükdən ayrı tutula bilməz…
Mənzərə Sadıqova

 Unutmaq hikməti
İlham Məmmədli

 ATƏT-in “sülh göyərçini”
Mətin Mirzə

 Salam, Zəlimxan qağa

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Ədəbiyyat | Dünya | Maraqlı |
Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Müəllif hüquqları qorunur. Modern.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Copyright 2013 modern.az. All rights reserved. Powered by NextPoint LLC