30 aprel 2016, Şənbə
Cəbhədən foto-video paylaşanlar məsuliyyətə cəlb oluna bilər - Video
İlqar Məmmədov azadlığa buraxılmadı
Ermənilərin güllələdiyi əhali - FOTOLAR

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm İqtisadiyyat Media Reportaj Elm və Mədəniyyət Ədəbiyyat Dünya
FotoSorğularReklam xidmətiƏlaqə
İrandakı seçki zamanı atışmada 4 nəfər yaralanıb
OPEC apreldə neft hasilatını sutkada 484 min barel artırıb
Obamanın ən böyük nəaliyyəti...
“Hərbi qüvvələrimiz düşmənin bütün atəş nöqtələrini susdurur”
Günel Mövludun qardaşlar azadlığa buraxılıb
Xarici jurnalistlər Agcabədidə dağılmış evlərə baş çəkib
Qarabağ Türk və İslam dünyasının problemidir - Ərdoğanın müşaviri
Lavrov və Kerri Daqlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər
Hərbi Akademiya ilə AMEA arasında memorandum imzalanıb
Rusiya səfirliyinin hasarı dağıldı: 4 nəfər öldü
Yanukoviçin sevgilisi keçmiş prezidentlə intim əlaqələrindən DANIŞDI
”Ermənistan tərəfinin məntiqi anlaşılmazdır”
”Münaqişənin sülh yolu ilə həlli üçün imkanlar qalmaqdadır” - Spiker
Poroşenko xarici kəşfiyyatın rəhbərini işdən çıxardı
İsti Hindistanda 300 nəfərdən çox adamı öldürdü
Amerika səfirindən Azərbaycan hökumətinə DƏSTƏK
“İmtahandan sonra onları məhkəməyə verəcəyik”
AzTU-nun tələbələri qalib oldu

Xəbərlər arxivi

«

Aprel 2016

»

    

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

 
 


New Page 2
A A A
Orta məktəblərdə buraxılış imtahanları ilə bağlı QAYDALAR açıqlanıb
 12.05.2012, 18:59

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərdə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi qaydalarını açıqlayıb.

Qaydalara görə, ümumi orta (9-cu sinif ) və tam orta (11-ci sinif) təhsil səviyyələrində təhsil sənədinə yazılacaq yekun qiymət TQDK tərəfindən aşağıdakı qaydada çıxarılacaq:

- buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası;
- buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası.
Ədədi orta tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır.
Buraxılış imtahanından qeyri-kafi qiymət alan şagirdlərin yekun qiymətləndirilməsi aparılmır.
Yekun qiymətləndirmənin (attestasiyanın) nəticələri 5 ballıq qiymət şkalası üzrə rəqəmlə (2,3,4,5) ifadə olunur və qiymətlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən elektron şəhadətnaməyə (attestata) yazılır, şagirdə və təhsil müəssisəsinə təqdim edilir. Elektron şəhadətnamə (attestat) dövlət nümunəli sənədin verilməsi üçün əsasdır.

Buraxılış imtahanı

- Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.
- İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.
- İmtahan başlandıqdan 30 dəqiqə keçəndən sonra gələn şagird imtahana buraxılmır.
- Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.
- Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir.
- Yazı işi şagirdin qiymətləndirilməsi zamanı mübahisəli hallar yarandıqda qiymətləndirilir və ondan əlavə meyar kimi istifadə edilir.
- Səhhəti, ailə vəziyyəti, təbii fəlakətin baş verməsi ilə bağlı üzrlü səbəblərdən buraxılış imtahanında iştirak edə bilməyən ümumi orta və tam orta təhsil səviyyələrinin buraxılış sinif şagirdlərinin attestasiyası məsələsinə təhsil müəssisələrinin təqdimatı əsasında fərdi qaydada Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında baxılır. Buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilən vaxtda imtahan verirlər.

Ümumi orta təhsil səviyyəsinin istənilən sayda fənnindən illik qiyməti qeyri-kafi olan buraxılış sinif şagirdləri imtahana buraxılırlar.
Ümumi orta təhsil səviyyəsində imtahana buraxılan şagirdlərə illik qeyri-kafi qiymət aldıqları imtahan aparılmayan fəndən (fənlərdən) yay tədris tapşırığı verilir. Belə şagirdlərin biliyinin yekun qiymətləndirilməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən onların yay tədris tapşırığını yerinə yetirməsindən sonra aparılır.
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında qeyri-kafi qiymət alan şagirdlər həmin fəndən (fənlərdən) buraxılış imtahanını payızda verirlər.
Ümumi orta təhsil səviyyəsində üzrsüz səbəbdən buraxılış və payız imtahanlarında iştirak etməyən, yay tədris tapşırığından və ya payız imtahanının ən azı bir fənnindən qeyri-kafi qiymət alan ümumi orta təhsil səviyyəsinin buraxılış sinif şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılmır və onlara ümumi təhsil müəsissələrində oxumalarına dair qanunvericiliklə müəyyənləşdirilmiş vahid formada arayış verilir. Arayışda şagirdin bütün fənlər üzrə illik və ya yekun qiymətləri yazılır. Belə şagirdlər sonradan ümumi orta təhsil səviyyəsini eksternat qaydasında başa vura bilərlər.
Ümumi orta təhsil səviyyəsinin buraxılış siniflərində payız imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada sentyabrın 15-dək bu qaydalar əsasında keçirilir.
Tam orta təhsil səviyyəsinin istənilən bir fənnindən illik qiyməti qeyri-kafi olan buraxılış sinif şagirdləri imtahanlara buraxılmırlar.
Tam orta təhsil səviyyəsinin imtahana buraxılmayan, buraxılış imtahanından ən azı bir fəndən qeyri-kafi qiymət alan, habelə üzrsüz səbəbdən imtahanda iştirak etməyən buraxılış sinif şagirdlərinə ümumi təhsil müəsissələrində oxumalarına dnair qanunvericiliklə müəyyənləşdirilmiş vahid formada arayış verilir. Arayışda şagirdin bütün fənlər üzrə illik və ya yekun qiymətləri yazılır.
Yekun qiymətləndirmənin nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Apelyasiya Komissiyası yaradılır.
Şagird Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən və ya valideynləri (onları əvəz edən şəxslər) vasitəsilə müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

Buraxılış imtahanları zamanı şagirdin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

saxta sənəd təqdim etmək;
imtahanlara mobil telefon və digər rabitə vasitələri, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
imtahan binasına yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla girmək, özü ilə siqaret gətirmək;
səbəbindən asılı olmayaraq imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq, “İmtahan başlandı!” elan olunan andan 1 saat müddət keçənədək və imtahanın qurtarmasına qalmış son 15 dəqiqə ərzində zaldan çıxmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;
başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, imtahana öz yerinə başqasını göndərmək;
nəzarətçiyə tapşırıqların yerinə yetirilməsində kömək üçün müraciət etmək;
cavab kartını və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.

Şagirdin bu göstərilən hərəkətlərə yol verməsi halları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aşkar edildikdə onun imtahan nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

Modern.az

 
Çap variantı
Məktub göndər
Facebook-da paylaş


Şərhlər
nurlan
06-06-2013
men azerbaycan dilinden 3 riyaziyyatdan 2 almisam illik qiymetim riyaziyyatdan ise 4 dur men 3 ala bilerem riyaziyyatdan zehmet olmsa cvb yazin xais


nurlan
16-06-2014
men azerbaycan dilinden 4 riyaziyatdan 2 almisan qiymetlerim riyaziyyatdan 3 dur men 3 ala bilerem riyaziyyatdan zehmet olmasacvb yazin xais


elmas
07-04-2015
xeyr nurlan sən riyaziyyatdan 3 ala bilmərsən!!!!



28-04-2016
Kinse menim qiymetimi asagi sala bilermi






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 




 
Son xəbərlər
30.04.2016, 01:20
  Azərbaycanlı jurnalist ABŞ Dövlət Departamentində erməniləri ifşa etdi - Eksklüziv, fotolar
30.04.2016, 00:44
 ADNA-da törədilən terrordan 7 il ötür
30.04.2016, 00:31
  İrandakı seçki zamanı atışmada 4 nəfər yaralanıb
30.04.2016, 00:14
  OPEC apreldə neft hasilatını sutkada 484 min barel artırıb
29.04.2016, 23:56
 Obamanın ən böyük nəaliyyəti...
29.04.2016, 23:47
  “Hərbi qüvvələrimiz düşmənin bütün atəş nöqtələrini susdurur”
29.04.2016, 23:19
  Günel Mövludun qardaşlar azadlığa buraxılıb
29.04.2016, 23:01
 Xarici jurnalistlər Agcabədidə dağılmış evlərə baş çəkib
29.04.2016, 22:48
 Qarabağ Türk və İslam dünyasının problemidir - Ərdoğanın müşaviri
29.04.2016, 22:24
 Lavrov və Kerri Daqlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər
29.04.2016, 22:01
  Hərbi Akademiya ilə AMEA arasında memorandum imzalanıb
29.04.2016, 21:46
 Cəbhədən foto-video paylaşanlar məsuliyyətə cəlb oluna bilər - Video
29.04.2016, 21:24
  “Hətta böhranlı illərdə də sosial məsələləri ön planda saxlayırıq” - Prezident
29.04.2016, 21:09
  Rusiya səfirliyinin hasarı dağıldı: 4 nəfər öldü
29.04.2016, 20:58
  Yanukoviçin sevgilisi keçmiş prezidentlə intim əlaqələrindən DANIŞDI
29.04.2016, 20:46
 ”Ermənistan tərəfinin məntiqi anlaşılmazdır”
29.04.2016, 20:30
 ”Münaqişənin sülh yolu ilə həlli üçün imkanlar qalmaqdadır” - Spiker
29.04.2016, 20:12
  Poroşenko xarici kəşfiyyatın rəhbərini işdən çıxardı
29.04.2016, 20:01
  İsti Hindistanda 300 nəfərdən çox adamı öldürdü
29.04.2016, 19:12
 Amerika səfirindən Azərbaycan hökumətinə DƏSTƏK
29.04.2016, 19:07
 “İmtahandan sonra onları məhkəməyə verəcəyik”
29.04.2016, 18:40
 Pedaqoji Universitetin filialları Bakı Dövlət və İqtisad universitetlərinə verildi
29.04.2016, 18:38
  İlqar Məmmədov azadlığa buraxılmadı
29.04.2016, 18:25
 AzTU-nun tələbələri qalib oldu
29.04.2016, 18:18
 Parisdə etiraz: 78 polis yaralandı, 214 aksiyaçı saxlanıldı
29.04.2016, 18:03
 "Onlar İlhamə Quliyevaya pulqabı kimi baxırdılar" - Qalmaqallı MÜSAHİBƏ
29.04.2016, 17:50
 Gürcüstanın müdafiə naziri erməni həmkarına zəng edib
29.04.2016, 17:48
 Saxta su filteri ticarətilə məşğul olan şəbəkə AŞKARLANDI
29.04.2016, 17:40
 "Azərbaycan banklarının səhmləri ucuzlaşıb"
29.04.2016, 17:23
 Manatın 3 günlük MƏZƏNNƏSİ
29.04.2016, 17:19
 Erməni ailəsini qətlə yetirən rus əsgər: “Səs-küy salırdılar, öldürdüm”
29.04.2016, 17:03
 Sultan və ermənilər - Son imperator: Əbdülhəmid - II Hissə
29.04.2016, 16:58
 Daha bir köçkün qəsəbəsi istifadəyə verildi
29.04.2016, 16:56
 MSK-da Nəzarət-təftiş xidməti yaradılıb
29.04.2016, 16:52
 BDU-da beynəlxalq elmi-praktik konfrans - FOTO
29.04.2016, 16:49
 Fuad Muradov seçicilərini qəbul etdi - FOTO
29.04.2016, 16:37
 Xarici jurnalistlər сəbhə bölgəsində - FOTOLAR
29.04.2016, 16:33
 Helikopter qəzaya uğrayıb - 15 neftçi dənizə düşüb
29.04.2016, 16:29
 “Bakı Marafonu 2016” iştirakçılarına təlimatlar açıqlandı
29.04.2016, 16:25
 Zabil Məhərrəmov şərəfsizliyi

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | İqtisadiyyat | Media | Reportaj | Elm və Mədəniyyət | Ədəbiyyat | Dünya |
Foto | Sorğular | Reklam xidməti | Əlaqə

Müəllif hüquqları qorunur. Modern.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Copyright 2016 modern.az. All rights reserved. Powered by NextPoint LLC