17 yanvar 2018, Çərşənbə axşamı
Ana Səhifə - TƏHSİL - Ağdam Mərkəzi xəstəxanasının işçiləri 10 aydır maaşlarını ala bilmirlər
Ağdam Mərkəzi xəstəxanasının işçiləri 10 aydır maaşlarını ala bilmirlər
23.05.2012, 17:00

Modern.az saytına ağdamlı köçkünlər adından şikayət xarakterli məktub daxil olub. Məktubda bildirilir ki, hazırda Bakıda yaşayan bir qrup məcburi köçkün 2011-ci ilin iyul ayından dondurulmuş maaşlarını ala bilmirlər. Buna görə də aidiyyatı qurumlardan kömək istəyirlər.
Ağdam Mərkəzi Rayon xəstəxanasında çalışmış bu məcburi köçkünlər onlara orta aylıq əməkhaqqı verilməməsi barədə artıq 3-cü dəfədir ki, dövlət başçısına teleqram vurduqlarını bildiriblər. Ancaq hələ ki heç bir tədbir görülmür. Belə şübhə yaranır ki, teleqramı cənab Prezidentə təqdim etmirlər.  

“10 aydan çoxdur ki, qanunsuz olaraq məcburi köçkünlərin  orta aylıq əməkhaqları verilmir.  Halbuki yenidən qayıdıb doğma rayonlarında işləyə bilməyən məcburi köçkünlər məskunlaşdıqları bölgələrdə ixtisaslarına uyğun işlə təmin olunmalı, ya da orta aylıq əməkhaqlarını almalıdır. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 avqust tarixli 95 nömrəli qərarı da var”-deyə məktubda bildirilib.

Məlumatın tam anlaşıqlı olması üçün həmin məktubdan kiçik bir hissəni nəzərinizə çatdırırıq.

“Biz, Ağdam rayonu işğal olunduqdan sonra, Bakıda müvəqqəti məcburi köçkün kimi məskunlaşmışıq. İş yerlərimizi itirdikdən sonra ümummilli liderimiz Heydər Əliyev bizim çətin vəziyyətimizi nəzərə alaraq əmək haqlarımızın verilməsi üçün fərman imzaladı. Hörmətli prezidentimiz İlham Əliyevin sərəncamına əsasən, biz hər il dondurulmuş maaşlarımızı almışıq. Ancaq 2011-ci il iyul ayından bizim maaşlar kəsilib. Səbəbi, bizi Quzanlı qəsəbəsinə işə çağırırlar. Evlə təmin etmirlər. Deyirlər gəlin kirayədə qalın. 130 manat maaşla 70 manat verib  kirayədə qalaraq ailəmizi necə dolandıraq? Bizi müvəqqəti məskunlaşdığımız yerdən işlə təmin etsinlər, amma bizi 400 kilometr aralıda Quzanlı qəsəbəsinə işə çağırırlar. Maaşlarımızın kəsilməyinə görə, ailələrimiz çətin maddi vəziyyətə düşüb. Uşaqların ehtiyaclarını ödəyə bilmirik. Bu barədə dəfələrlə Səhiyyə Nazirliyinə, Rayon İcra Hakimiyyətinə, Rayon Səhiyyə Şöbəsinə müraciət etmişik. Ancaq heç bir nəticə olmadı. Ümid edirdik ki, yeni il bayramında, Novruz bayramında pulumuzu verərlər, ancaq vermədilər”.

Məsələni aydınlaşdırmaq üçün əvvəlcə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə zəng vurduq. Komitənin mətbuat katibi Elçin Qədimov dondurulmuş maaşların verilməməsi ilə bağlı məlumatdan xəbərsiz olduğunu bildirdi. O, bizə Ağdam rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağı tövsiyyə etdi.
“Bu məsələ ilə bağlı rayon İcra Hakimiyyəti danışa bilər.Bu məsələlərə biz baxmırıq” Səhiyyə Nazirliyindən bu məsələyə münasibət bildirən tapılmadı...
Məsələni yenə də diqqətdə saxlayacağıq.Ümid edirik ki,  aidiyyatı qurumlardan bir cavab alıb, oxucularımızı da məsələdən xəbərdar edəcəyik.

Nihadə Eyyubova


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Vüqar
23.05.2012, 13:06

Modern.az respublikada birinci xəbər portalıdır ki, qaçqınlara qarşı davam edən bu haqsızlıq barədə informasiyanı geniş ictimaiyyətə çatdırdı. Ona görə də Modern.az-a öz dərin təşəkkürümü bildirirəm! Qaçqınlar doğma yurdları ilə bərabər hər şeylərini itirdilər. Hazırda dövlət başçısı qaçqınların dərdini azaldan, onların həyat şəraitini yaxşılaşdıran bütün zəruri addımları atır, qərarları verir. Lakin yerlərdə “ağıllı məmurlar” meydana çıxıb təşəbbüs irəli sürürlər ki, nə vaxta kimi biz məcburi köçkünlərin qayğısına qalacağıq. Getsinlər işləyib özləri pul qazansınlar. Ancaq həmin məmurlar unudurlar ki, hələ heç bir qaçqına doğma ata-baba yurdunu, öz evini-eşiyini qaytarıb verə bilməyiblər. Halbuki bunu çoxdan etməliydilər. Yığdıqları milyonlar, yaradıqları saraylar, villalar hamısı qaçqınların hesabınadır. Görün vəziyyət nə yerə gəlib çıxıb ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi deyir ki, mənim heç nədən xəbərim yoxdur. Ağdam rayon İcra Hakimiyyəti deyir ki, bu məsələyə biz baxmırıq. Səhiyyə Nazirliyindən isə bu məsələyə münasibət bildirmir. Belə zənn etmək olar ki, elə məsələnin təşəbbüskarları məhz adı çəkilən orqanlardır. Onların hamısına məcburi köçkünlər dəfələrlə müraciət ediblər. Ancaq hamısı da deyib ki, göstəriş yuxarıdan olub. İndi heç biri boynuna almaq istəmir.

Davud
24.05.2012, 00:55

Vallah cənab prezidentin bu işlərdən xəbəri yoxdur. Özü deyirdi ki, mən həmişə məmurlara, icra başçılarına tapşırıram ki, yerlərdə camaatı, məcburi köçkünləri incitməsinlər. Ona görə də bəzi haramzadə məmurların qaçqınlardan nə istədiyini başa düşmək olmur. Bu yazıqlara verilən nə puldur ki, ona göz dikib vermək istəmirlər. Özü də bu işdən Qaçqınkomun da, Ağdam rayon İcra Hakimiyyətinin də, Səhiyyə Nazirliyinin də hamısının xəbəri var. Yuxarıda şərh verən qardaş tamamilə düz deyir. Təşəbbüs aşağıdan gəlib. Əvvəl Ağdam xəstəxanası və İcra Hakimiyyəti oturub fikirləşib bələ təklif veriblər ki, gəlin məcburi köçkünlərin maaşını kəsək, görsünlər biz dövlətin malına necə qənaət edirik. Sonra da Qaçqınkom deyib ki, görün neynirsiniz, ancaq elə edin ki, səs çıxmasın. Ancaq Modern.az-ın əməyi nəticəsində indi səs çıxdı. Görək aidiyyəti orqanlar nə cavab verəcəklər.

Natavan
26.05.2012, 03:09

Ağdam Mərkəzi Xəstəxanasının həkimləri 1 ilə yaxındır ki, donrurulmuş əmək haqqlarını almırlar. Elçin Qədimov bundan xəbər olmadığını desə də, biz 3 dəfə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qəbulunda olmuşuq və ərizə ilə müraciət etmişik. Ağdam Səhiyyə şöbəsi və İcra Hakimiyyətinə də bu haqda müraciət etsək də bu günə kimi heç bir müsbət cavab almamışıq. Əvəzində bizi hazırda yaşayış yerimizdən 400 km uzaqda olan Quzanlı kəndində 15 çarpayılıq xəstəxanada işləməyə çağırıblar. Bu xəstaxana bütün həkimləri işlə təmin etmək üçün kifayət deyil və bu kiçik xəstəxanada çalışmaq üçün Quzanlının özündə kifayət qədər var. Prezidentin fəramanılə bizə verilən dondurulmuş əmək haqqını heç bir hüquqi əsas olmadan ala bilmirik. Biz Səhiyyə Nazirliyi və Cənab Prezidentimizdən xahiş edirik ki, bizi yaşadığımız yerlərə müvafiq olaraq işlə təmin etsinlər ya da donrurulmuş əmək haqqlarımızın verilməsini davam etdirsinlər.

M
28.05.2012, 03:01

Agdam rayonundan mecburi kockun olan bir qrup sehiyye iwcilerinin emek haqqisi 11 aydir ki, rayon merkezi xestexanasi ve rayon icra hakimiyyeti terefinden dayandirilib. Gosterilen sebeb beledir: Biz meskunlashdigimiz shehereden Quzanli kendine kochub orada ishlemeliyik. Hemin kendde ise bizim yashamaga sheraitimiz ve yerimiz yoxdur. Bize ish yeri teklif olunur, lakin yashamaga yer verilmir. Yeni, insan oldugumuz nezere alinmir. Bele chixir ki, 19 ilden sonra yeniden kockun heyati yashamaliyiq. Ya kuchede meskunlashmali, en yaxshi halda yeni bir chadir sheherciyi yaratmaliyuiq. Bu teklifi bize edenlerin nezerine chatdiririq ki, emek haqqi kesilenler qadinlardir, aileleri, ovladlari var. Hec bir Azerbaycan qadini evini, ailesini terk edib kuche heyati yashamaga mecbur edile bilmez ve buna layiq deyil. Biz ish yerimizi oz isteyimizle deyil, muharibe neticesinde itirmishik. Bele bir rezalete Qachqin ve mecburi kockunlerle ish uzre dovlet komitesi destek verir. Bele olmasaydi, komiteye unvanladigimiz muracietlere cavab verilerdi.

MƏHƏMMƏD
26.12.2013, 13:17

Allaha and olsun Ağdam sehiyesi heç kimi vecine almır bildiyin edir bura cehiye yox qurdlar yuvasi karupsya ruşvet mekani demek olar bunlarin işi ancaq adam işe qoymaqdir özüde indi daski qalxıb 1200 azn dir men size bunu doğru yazıram özqm birinci qurup elilem onlar ne elil vecine alir ne heç kimi göresen hazirliyin xəberi var bunlardan bes niye bir çarə qılmir

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Baş redaktordan Dilçilik İnstitutunun direktoruna MÜRACİƏT: “Orfoqrafiya islahatına ehtiyac varsa…”
17.01.2018, 14:35

Baş redaktordan Dilçilik İnstitutunun direktoruna MÜRACİƏT: “Orfoqrafiya islahatına ehtiyac varsa…”

İran erməni kilsəsini YUENSKO-nun siyahısına salmaq istəyir
17.01.2018, 14:35

İran erməni kilsəsini YUENSKO-nun siyahısına salmaq istəyir

Xəbər saytları ilə SOCAR-ın qarşıdurması - Tərəflər bir-birini İTTİHAM EDİR
17.01.2018, 14:26

Xəbər saytları ilə SOCAR-ın qarşıdurması - Tərəflər bir-birini İTTİHAM EDİR

Yeni virus aşkar edildi
17.01.2018, 14:19

Yeni virus aşkar edildi

Samaradakı diaspor təşkilatının sədri: “Azərbaycanlıların 4 təşkilatı var, hərə bir tərəfə çəkir” - MÜSAHİBƏ
17.01.2018, 14:15

Samaradakı diaspor təşkilatının sədri: “Azərbaycanlıların 4 təşkilatı var, hərə bir tərəfə çəkir” - MÜSAHİBƏ

Müflis olmuş “DəmirBank”la bağlı daha bir müraciət    
17.01.2018, 13:53

Müflis olmuş “DəmirBank”la bağlı daha bir müraciət   

48 nəfər difteriyadan öldü  
17.01.2018, 13:51

48 nəfər difteriyadan öldü  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BDU arasında əməkdaşlıq...
17.01.2018, 13:37

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BDU arasında əməkdaşlıq...

Sarkisyan Putini təqlid edir
17.01.2018, 13:24

Sarkisyan Putini təqlid edir

Naxçıvanda hərbi hissə komandirlərinin təlimi keçirilir   
17.01.2018, 13:12

Naxçıvanda hərbi hissə komandirlərinin təlimi keçirilir  

ADU-da mediatur təşkil olunub - FOTOLAR
17.01.2018, 13:04

ADU-da mediatur təşkil olunub - FOTOLAR

Rusiyada hakimiyyət dəyişsə, Azərbaycan nə qazanacaq?
17.01.2018, 12:55

Rusiyada hakimiyyət dəyişsə, Azərbaycan nə qazanacaq?

Qız üstündə DAVA: Azərbaycanlı ermənini öldürdü
17.01.2018, 12:52

Qız üstündə DAVA: Azərbaycanlı ermənini öldürdü

Nazir əməliyyat müşavirəsi keçirdi - “Formula-1”ə görə tapşırıq verdi
17.01.2018, 12:47

Nazir əməliyyat müşavirəsi keçirdi - “Formula-1”ə görə tapşırıq verdi

Ələtdə Azad İqtisadi Zona yaradılır - Milli Məclisə yeni qanun layihəsi daxil oldu - EKSKLÜZİV
17.01.2018, 12:39

Ələtdə Azad İqtisadi Zona yaradılır - Milli Məclisə yeni qanun layihəsi daxil oldu - EKSKLÜZİV

Bitkoin və mərkəzi banklar – Dünya iqtisadiyyatında silkələnmə
17.01.2018, 12:35

Bitkoin və mərkəzi banklar – Dünya iqtisadiyyatında silkələnmə

Xəbər saytı fəaliyyətini dayandırır   
17.01.2018, 12:35

Xəbər saytı fəaliyyətini dayandırır  

Sabahın hava PROQNOZU
17.01.2018, 12:26

Sabahın hava PROQNOZU

Çexiya hökuməti istefa verdi
17.01.2018, 12:24

Çexiya hökuməti istefa verdi

YAP İlqar Məmmədovun məsələsini hüquq-mühafizə orqanlarının işi sayır
17.01.2018, 12:21

YAP İlqar Məmmədovun məsələsini hüquq-mühafizə orqanlarının işi sayır

Azərbaycanlı telejurnalist Moldovaya buraxılmayıb
17.01.2018, 12:17

Azərbaycanlı telejurnalist Moldovaya buraxılmayıb

Radara düşməmək üçün bundan istifadə edin!
17.01.2018, 12:12

Radara düşməmək üçün bundan istifadə edin!

“Xəzər” jurnalının yeni sayı çapdan çıxıb
17.01.2018, 11:54

“Xəzər” jurnalının yeni sayı çapdan çıxıb

Qanunsuz ov edən 13 nəfər məsuliyyətə alınıb, ov silahları götürülüb
17.01.2018, 11:46

Qanunsuz ov edən 13 nəfər məsuliyyətə alınıb, ov silahları götürülüb

Ermənilər Zəngilanda qəzaya düşdülər: Ölən var
17.01.2018, 11:41

Ermənilər Zəngilanda qəzaya düşdülər: Ölən var

Rusiyanın yeni “həll planı” Qarabağda müharibə başlada bilər
17.01.2018, 11:39

Rusiyanın yeni “həll planı” Qarabağda müharibə başlada bilər

Bakcell metroda 4G xidməti  təqdim edir
17.01.2018, 11:37

Bakcell metroda 4G xidməti  təqdim edir

Azərbaycanda saxlanılan rusiyalı alim azadlığa buraxıldı
17.01.2018, 11:34

Azərbaycanda saxlanılan rusiyalı alim azadlığa buraxıldı

Bir ildə “Korrupsiya İdarəsi”nə 7809 şikayət daxil olub
17.01.2018, 11:17

Bir ildə “Korrupsiya İdarəsi”nə 7809 şikayət daxil olub

“ATV Xəbər”in aparıcısı: “Çox danışdığıma görə anamı məktəbə çağırıb şikayət etmişdilər” - MÜSAHİBƏ
17.01.2018, 11:01

“ATV Xəbər”in aparıcısı: “Çox danışdığıma görə anamı məktəbə çağırıb şikayət etmişdilər” - MÜSAHİBƏ

Kapital Bank “Breyn Rinq”in qalib komandasını mükafatlandırıb
17.01.2018, 10:55

Kapital Bank “Breyn Rinq”in qalib komandasını mükafatlandırıb

Əmanətləri sığortalayan neçə bank qalıb? - SİYAHI  
17.01.2018, 10:54

Əmanətləri sığortalayan neçə bank qalıb? - SİYAHI  

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi: “44 nəfər axtarışdadır”   
17.01.2018, 10:50

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi: “44 nəfər axtarışdadır  

Azərbaycanda 305 vəzifəli şəxsin işi məhkəmələrə göndərilib
17.01.2018, 10:48

Azərbaycanda 305 vəzifəli şəxsin işi məhkəmələrə göndərilib

Qafqaz Müsəlmanları İdarəsi bəyanat verdi
17.01.2018, 10:45

Qafqaz Müsəlmanları İdarəsi bəyanat verdi

ARXİV
SORĞU
Aylıq məvacibinizi ən çox nəyə xərcləyirsiniz?
- Ərzağa(54.5%)
- Geyimə(3.71%)
- Müalicəyə(5.78%)
- Kommunal xidmət haqlarına(12.8%)
- Təhsilə(2.47%)
- İstirahətə(1.23%)
- Kitaba(0.82%)
- Rüşvətə(4.54%)
- Əyləncəyə(0.41%)
- Digər şeylərə(13.6%)