20 yanvar 2019, Bazar
Ana Səhifə - - Rəbiyyə Zərdabinin Həsən bəy Zərdabi ilə qan qohumluğu yoxdur - ARAŞDIRMA
Rəbiyyə Zərdabinin Həsən bəy Zərdabi ilə qan qohumluğu yoxdur - ARAŞDIRMA
12.07.2012, 11:40

Nəcib ailədə böyümüş kimsəsizlər, yaxud şəfqət mücəssəməsi – Məlikzadə ailəsi 

Nəhayət ki, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin keçmiş müəllimi Rəbiyyə Zərdabinin milli mətbuatımızın banisi Həsən bəy Məlikzadə Zərdabinin nəticəsi olub-olmaması məsələsi aydınlaşdı. Modern.az-ın araşdırmaları nəticəsində məlum oldu ki, əslində Rəbiyyə Zərdabi ilə Həsən bəy Zərdabi arasında qan qohumluğu yox imiş....

Oxucu rəyləri və bir sıra şəxslərin yardımı əsl həqiqəti ortaya qoydu. Bəlli oldu ki, Rəbiyyə Zərdabinin anası Rəfiqə Zərdabi (mədəniyyət işçisi), atası Bahəddin Zərdabi (rayon komsomol təşkilatının birinci katibi), babası Hüseyn Zərdabi (“Zərdab staxanovçusu” qəzetinin məsul katibi), nənəsi (bir müddət “Zərdab staxanovçusu” qəzetinin baş redaktoru olmuş) Rəbiyyə Mirzəxanova-Zərdabidir. 

R.Zərdabinin əcdadlarının Həsən bəy Məlikzadə Zərdabi ilə qan qohumluğuna malik olmadığını isbatlamaqda yardımçımız isə hazırda Zərdabda nəşr edilən “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov oldu. Zərdab rayon Müharibə və Əmək Veteranları Şurası və H. Zərdabi muzeyi ilə əlaqə saxlayan İ.Əhmədov Modern.az-a bildirib ki, Rəbiyyə Zərdabinin əcdadları sadəcə, vaxtilə Həsən bəyin evində sığınacaq tapmış adamlar imiş. Bunu Həsən bəyin uzun illər Ev Muzeyində işləmiş qardaşı Mehralı bəyin nəvəsi Sara xanımın xatirələri də təsdiqləyir.
“Sara xanım danışırdı ki, mərhum Həsən bəy sürgün edildikdə evin baxımı həmin ailəyə qaldı”, – deyə İsaməddin Əhmədov vurğulayıb.
”Rəbiyyə Mirzəxanova-Zərdabi və Hüseyn Zərdabinin rəhmətlik Həsən bəylə heç bir qan qohumluğu olmayıb”.

İ.Əhmədov onu da əlavə edib ki, Həsən bəyin qardaşı Mehralı bəyin oğlu Həmdulla bəy 1964-cü ildə sürgündən Zərdaba qayıdıb, onun Daşkənddə, sürgündə doğulan qızı Sara xanım və gəlini Şərqiyyə xanım da hazırda sağdırlar.

Bu mövzunu qapatmaqla bərabər, bir məsələyə də xüsusi diqqət yetirməyi vacib bilirik.

Həsən bəy Zərdabinin ailəsində şəfqət və mərhəmət irsi keyfiyyətlər olub. O böyük insanın xanımı Hənifə xanım Məlikova-Abayeva 10 yetim uşağı öz himayəsində böyüdüb, onlara təhsil verib. Zərdabinin qardaşı Mehralı bəyin uşaq ikən atadan yetim qalan oğlu, Azərbaycanın fizika üzrə ilk professoru Rəhim bəy Məlikov və Həsən bəyin digər yaxın qohumu – Azərbaycan teatrının təməlini qoyan ilk ən görkəmli 5 aktyordan biri olan Məhəmməd bəy Əlvəndi-Məlikov da Zərdabinin ailəsində böyüyüb Hənifə xanımdan təhsil və tərbiyə alıblar.

İki oğul və iki qız atası olan milli mətbuatımızın banisi Həsən bəyin övladlarından yalnız biri mürvətə yetişib. Belə ki, onun oğlu Midhət bəy sovet dövründə təqiblərə məruz qalıb, Səffət bəy Almaniya və Türkiyədə yaşamağa məcbur olub. Həsən bəyin qızı Pəri xanım – Azərbaycan Cümhuriyyətinin baş naziri Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı - Fransada, mühacirətdə yaşayıb. Həsən bəyin digər qızı Qəribsoltan xanım isə ömrünün sonunadək ailə həyatı qurmayıb. Ailə üzvlərinin repressiyası səbəbindən Qəribsoltan xanım bir müddət Gəncədə yaşayıb. Daha sonralar, İkinci Dünya müharibəsi bitdikdən sonra o, görkəmli bəstəkar Rauf Hacıyevin anası Nanə xanımla doğma Zərdaba yığışır və hər ikisi Zərdab orta məktəbində müəllim işləyir (R. Hacıyevin anası Nanə xanım da zərdablıdır, 3 yaşında ikən onu Qəribsoltan xanımın anası Hənifə xanım himayəyə götürmüş, doğma balası kimi tərbiyə edib təhsil vermiş, böyüdüb və gəlin köçürüb).

Qəribsoltan xanım uzun müddət kimsəsiz uşaqların oxuduğu internat məktəbində dərs deyib, onlara analıq edib. Onun “Atam haqqında xatirələr” kitabı isə bu gün də Həsən bəy Məlikzadə Zərdabi irsinin araşdırmaçıları üçün ən qiymətli mənbədir.

Sevinc İltifatqızı


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
elyar
12.07.2012, 14:27

Bunun neyi sokdu ki.1998 ci llde Rebiyye Zerdabi Kaspi qezetune musahibe verib.cox genis ve butun bunlari da orda yazib.Qulam Memmedlinin Imzalar kitabinda atasi Baheddin Zerdabinin emisi Baheddin Zerdabinin de adi o kitabda kecir.1907 ci ilden metbuatda yazilar yazmasi haqda Qulam Memmedliy yazib.Rebiye Zerdabinin butun ailesi o soyadi cix sherefle dashiyib.

XEYYAM
12.07.2012, 14:58

BƏLİ RƏBİYYƏ XANIM HƏSƏN BƏY ZƏRDABİNİN QOHUMU OLMAYA BİLƏR.ANCAQ YENƏDƏ SƏHV VAR.ÇÜNKİ ARAŞDIRAN ŞƏXS ZƏRDABİNİN 4ÖVLADININ OLDUĞUNU BİLDİRİB.SÜRGÜNDƏ ÖLƏN ÖVLADLARINI DEMƏYİB. ELYAR MƏLLİMİN SÖZÜNƏ ƏLAVƏ OLARAQ DEYƏ BİLƏRƏMKİ 2-3İL BUNDAN ÖNCƏ RƏBİYYƏ XANIM ÖZÜNÜ ZƏRDABİNİN MƏNƏVİ NƏTİCƏSİ ADLANDIRMIŞDI.FİZİKİ OLMASADA MƏNƏVİ NƏVƏSİ OLMAĞA HAQQI VAR.ÇÜNKİ ONLARI BAĞLAYAN KEÇMİŞ FAKTLAR VAR.

Natiq Qurbanov
12.07.2012, 15:01

Milli Metbuat gününde modern.az saytı Hesen bey Zerdabi ruhuna en böyük hörmeti elemiş oldu. Çünki kimlerinse, özünü Zerdabinin nevesi, bezen ise neticesi kimi teqdim elemeleri qetiyyen yolverilmez idi.

Ziya
12.07.2012, 17:32

Azərbaycan jurnalistlərinin çoxunun dədəsi Həsən bəy Zərdabidir: sizin çoxunuz yazmağı ondan öyrənmisiniz. H.Zərdabi ---Rəbiyyənin mənəvi babası olsa, dünya dağılmaz ki...Rəbiyyə xanım istəyirsə, qoy belə olsun. Allah babanızı sizə çox görməsin, Rəbiyyə xanım!

lala
12.07.2012, 20:55

Ele ona qalsa, butun Zerdab xalqi deyer ki, Zerdabi babamizdi. Rebiyye xanim nece illerdir hamini aldadib, ozune sohret qazanmaga calisib, amma yalanlari ortaya cixdi.

qadir
12.07.2012, 21:36

Baba meselesi indi oz pristijini itirdiyinden kimin kime baba demesi facie deyil. Sayt ve Sevinc xanim meseleni kontesden cixariblar. Bu xanimi ishden cixariblar. esil arashdirma movzusu da bu oldugu halda siz Hesen beyin sheceresini axtarirsiniz. Bunun ishini itirmish Rebiyye xanima ne komeyi olacaq?

efresyap
13.07.2012, 02:15

əslində çox doğru xəbərdir, neye gore bir insan babasının adını istifadə etməlidir, və babasının adindan istifadə etməlidir, görəsən bu soy ad haqq edir mu bunu dusunmek lazimdir

Arif
14.07.2012, 12:16

Tualım ki Rəbiyyə xanım həqiqətən də Zərdabinin nəticəsidir və bunu əlində bəlgə tutaraq öz işinə bərpa olunmaq istəyir..Bəs onda babaları. ataları məşhur olmayanlar, tarixə düşməyənlərin hüquqları bərpa olunmamalıdr. Məgər Zərdabi sağ olsaydı bunu qəbul edərdimi? Əsla!!!!!Kimin kim olmasınin zərrəcə əhəmiyyəti yoxdur.Əsas olan bizim qanunlar və vətəndaş hüquqlarımızın qorunmasıdır. Bizi belə rəzil günə salan elə bu üzdəniraq "qohumluq" münasibətləridir!

Murad
14.07.2012, 12:19

Millətin evini yixan elə budur da- yalanlar və saxtakarlıqlar.

Camil Asadov
14.07.2012, 13:14

Bu gun qeder Zardabiler meydana cixib ki... amma Zerdabi o az shexsiyyetlerdendir ki, temennasiz oz milletine xidmet edib. Yeni Zerdabilerin ise en azindan ele Zerdabi temannasi var. Zerdabi belke de yegane shexsdir ki, tarixe soyadini unutdurub, ozu-ozune soyad yaradib. maraqlidir ki, hec kim Melikova qohum olmaq istemir, amma Zerdabiye qohumlar ele tez tapilir ki... kimliyinden asli olmayaraq Zerdabinin qohumu yoxdur. Zerdabi tekdir-temennasizligi, gorduyu ishleri ile. Gelin xirdalanmayaq. En azindan o kishi, o dunyada da olsa tutacaq yaxamizdan - Zerdabiye qohun olmaq uchun Zerdabini elediklerinin milyonda birini elemisenmi deye?

konul
27.08.2012, 09:20

yixilana balta calmazlar

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İstanbul metrosunda “Qanlı Yanvar” - FOTO
20.01.2019, 15:24

İstanbul metrosunda “Qanlı Yanvar” - FOTO

Dünyanın ən yaşlı kişisi 113 yaşında öldü
20.01.2019, 15:20

Dünyanın ən yaşlı kişisi 113 yaşında öldü

Bakıda külək mərasim evini uçurub
20.01.2019, 15:14

Bakıda külək mərasim evini uçurub

Azərbaycanın elektrik enerjisi ixracı artıb
20.01.2019, 15:09

Azərbaycanın elektrik enerjisi ixracı artıb

Mədəniyyət Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib - FOTO
20.01.2019, 14:59

Mədəniyyət Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Sovet qoşunlarının Bakıya müdaxiləsini erməni təcavüzündən ayrı təhlil etmək mümkün deyil - Elçin Əhmədov
20.01.2019, 14:50

Sovet qoşunlarının Bakıya müdaxiləsini erməni təcavüzündən ayrı təhlil etmək mümkün deyil - Elçin Əhmədov

İnsan özünün ya həkimidir, ya qənimi - Məşhur loğman YAZIR
20.01.2019, 14:41

İnsan özünün ya həkimidir, ya qənimi - Məşhur loğman YAZIR

“Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər”
20.01.2019, 14:30

“Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər”

Dağıstanda sosial problemlər...
20.01.2019, 14:17

Dağıstanda sosial problemlər...

İmişlidə yol qəzası: ölən və yaralananlar var
20.01.2019, 14:00

İmişlidə yol qəzası: ölən və yaralananlar var

Xalq şəhidlərin xatirəsini ehtiramla yad edir - FOTOLAR
20.01.2019, 13:45

Xalq şəhidlərin xatirəsini ehtiramla yad edir - FOTOLAR

Məzarsız şəhid, yaxud itkin düşmüş arzular...
20.01.2019, 13:32

Məzarsız şəhid, yaxud itkin düşmüş arzular...

Sevgilisinin məktubunu saxladığım şəhid
20.01.2019, 13:20

Sevgilisinin məktubunu saxladığım şəhid

Azərbaycanda ağır qəza: 3 yaralı var 
20.01.2019, 13:10

Azərbaycanda ağır qəza: 3 yaralı var 

Həftənin ilk iş gününün HAVASI
20.01.2019, 13:00

Həftənin ilk iş gününün HAVASI

Bakıda avtobus qəzası: yaşlı qadın ağır yaralandı - FOTO
20.01.2019, 12:45

Bakıda avtobus qəzası: yaşlı qadın ağır yaralandı - FOTO

“İslahat tərəfdarlarını gözdən salmağa çalışırlar” - Qüdrət Həsənquliyev
20.01.2019, 12:33

“İslahat tərəfdarlarını gözdən salmağa çalışırlar” - Qüdrət Həsənquliyev

Həm peşə, həm də Vətən borcu...   
20.01.2019, 12:21

Həm peşə, həm də Vətən borcu...  

Qara dənizdə azərbaycanlı kapitanın cəsədi tapıldı
20.01.2019, 12:06

Qara dənizdə azərbaycanlı kapitanın cəsədi tapıldı

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi 
20.01.2019, 12:00

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi 

20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlandı – VİDEO
20.01.2019, 11:50

20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlandı – VİDEO

“Mehman Hüseynov məsələsini şişirdib Azərbaycana qarşı istifadə edirlər” - Mübariz Qurbanlı
20.01.2019, 11:43

“Mehman Hüseynov məsələsini şişirdib Azərbaycana qarşı istifadə edirlər” - Mübariz Qurbanlı

Bakıda piyada keçidində vurulan qadın həkimdir
20.01.2019, 11:39

Bakıda piyada keçidində vurulan qadın həkimdir

Meksikada baş vermiş faciədə ölənlərin sayı 76-ya çatıb
20.01.2019, 11:34

Meksikada baş vermiş faciədə ölənlərin sayı 76-ya çatıb

İranlı şairənin inqilabı
20.01.2019, 11:22

İranlı şairənin inqilabı

"Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər" - Komitə sədri
20.01.2019, 11:21

"Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər" - Komitə sədri

20 Yanvar bütün türk dünyasının qürur günüdür - SƏFİR
20.01.2019, 11:10

20 Yanvar bütün türk dünyasının qürur günüdür - SƏFİR

Kamil Cəlilov: “20 yanvar hadisələrində mənim çalğım olmasaydı” - VİDEO   
20.01.2019, 10:56

Kamil Cəlilov: “20 yanvar hadisələrində mənim çalğım olmasaydı” - VİDEO  

İçki məclisində dava düşdü - Bir nəfər bıçaqlandı
20.01.2019, 10:53

İçki məclisində dava düşdü - Bir nəfər bıçaqlandı

Paytaxda yaşayış binasında yanğın   
20.01.2019, 10:36

Paytaxda yaşayış binasında yanğın  

Bakıda bu yollar bağlıdır - SİYAHI
20.01.2019, 10:34

Bakıda bu yollar bağlıdır - SİYAHI

20.01.2019, 10:29

"Arsenal" "Çelsi"ni məğlub etdi - VİDEO

Azərbaycanda zəlzələ olub
20.01.2019, 10:21

Azərbaycanda zəlzələ olub

Prezident və birinci xanım şəhidləri yad etdilər   
20.01.2019, 10:14

Prezident və birinci xanım şəhidləri yad etdilər  

Ermənilər rayonlarımızı atəşə tutdular
20.01.2019, 10:11

Ermənilər rayonlarımızı atəşə tutdular

20 yanvar hadisələri beynəlxalq hüquq kontektində   
20.01.2019, 10:00

20 yanvar hadisələri beynəlxalq hüquq kontektində  

Azadlıq yolunda qalxan bir vuruş...   
20.01.2019, 09:45

Azadlıq yolunda qalxan bir vuruş...  

ABŞ-da Azərbaycanı tanıdan işgüzar xanım...
20.01.2019, 09:38

ABŞ-da Azərbaycanı tanıdan işgüzar xanım...

Rusiyanın Qara dəniz donanması ABŞ gəmisinə qarşı
20.01.2019, 00:58

Rusiyanın Qara dəniz donanması ABŞ gəmisinə qarşı

Gülən xarici ölkələrdə gizlənən təşkilat üzvlərindən danışdı
20.01.2019, 00:32

Gülən xarici ölkələrdə gizlənən təşkilat üzvlərindən danışdı

Alimlərdən XƏBƏRDARLIQ: Uşaqlara qarşı bu hərəkətləri etməyin
20.01.2019, 00:14

Alimlərdən XƏBƏRDARLIQ: Uşaqlara qarşı bu hərəkətləri etməyin

Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir
20.01.2019, 00:00

Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir

Sürücülərə ŞAD XƏBƏR: Bu ərazilərdə dayanmaya icazə veriləcək - VİDEO
19.01.2019, 23:46

Sürücülərə ŞAD XƏBƏR: Bu ərazilərdə dayanmaya icazə veriləcək - VİDEO

“Heç bir ABŞ prezidenti mənim qədər iş görməyib” - Tramp
19.01.2019, 23:26

“Heç bir ABŞ prezidenti mənim qədər iş görməyib” - Tramp

Miqrantları daşıyan gəmi qəzaya uğradı - 117 itkin
19.01.2019, 23:13

Miqrantları daşıyan gəmi qəzaya uğradı - 117 itkin

İSESCO ilk dəfə olaraq 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı
19.01.2019, 22:52

İSESCO ilk dəfə olaraq 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı

Putin xaç suyuna girdi - VİDEO
19.01.2019, 22:35

Putin xaç suyuna girdi - VİDEO

Avropa İttifaqından daha bir ölkəyə sanksiya
19.01.2019, 22:17

Avropa İttifaqından daha bir ölkəyə sanksiya

Qadın özünü yanan binadan yerə atdı - VİDEO
19.01.2019, 21:58

Qadın özünü yanan binadan yerə atdı - VİDEO

Türkiyə 54 min suriyalıya vətəndaşlıq verib
19.01.2019, 21:41

Türkiyə 54 min suriyalıya vətəndaşlıq verib

ARXİV