20 yanvar 2019, Bazar
Ana Səhifə - GÜNDƏM - Musa Qasımlı kimdir?
Musa Qasımlı kimdir?
27.10.2012, 17:20

Professor Musa Qasımlının 55 yaşına düşüncələr.. 

Adlar təkcə dünyaya gəlmiş uşağın doğulduğu şadyanalıq ovqatında ağıla gələn ilk tanıtım nişangahı, nəslin yaddaşına üz tutub rəhmətliklərdən kimisə yaşatmaq jesti deyil. Kasandra qanununa rəğmən taleh mələklərinin soyuq təbii diktəsidi bəlkə də. Musa müəllim də adının tarixi xronologiya yükünün ağırlığını qorumaq, şərəfini uca tutmaq missiyasının öhdəsindən uğurla gəldi.

Yardımlı rayonların ən ucqarıdır. Zamanında gənc, üsyankar şair Sabir Rüstəmxanlı “Sənə ucqar söylədilər” tənəsi ilə yurdunu gözdən-könüldən iraq sayanlara etiraz bildirirdi. Amma elə Sabir Rüstəmxanlının özü başda olmaqla rayondan respublika miqyasına çıxan ziyalıların sayəsində ucqarlıq epitetin yalnız fiziki coğrafiya terminalogiyasında hakim kəsilib. Vəli Məmmədov, Sabir Rüstəmxanlı, Nərçə Ağayev, Mirmahmud Mirəlioğlu, Musa Qasımlı, Fəzail İbrahimli, Mirşahin Ağayev, Telman Vəlixanlı... kimi ünlü şəxsiyyətlər məhəlli miqyasdan çıxdılar, ümumrespublika müstəvisində, hətta bütöv türk-müsəlman xəritəsində qərar tuturlar.

Operator dostum Sərvər Quluyev Yardımlıya ilk səfərində: “burada nəsə qeyri-adi sehr, kosmoqonik aura var”- demişdi. Havası saf, suyu duru və diri, ormanları dalğalı, qayaları əzəmətli, bağları bəhrəli, adamları yük qaldırmağa, haraya çatmağa hazırdır. Yardımlının kəkliotusu da alayıdı, itburnusunun(gillik), yarpızının, qaragiləsinin, sirgiləsinin də ətri özgə, dadı-tamı başqa zonalarındakından fərqlidir. Və bu saf havanı ciyərlərinə çəkən, duru suyu ovuclayıb içən əlaçı uşaqlar pionerə, komsomola yazılıblar, olimpiyadalarda, inşa müsabiqələrində, “Üfüqdə parıltı” hərbi idman oyunlarında iştirak ediblər, mayın 1-də “qəstin”in qabağından sıra ilə keçib “urra, urra” qışqırıblar, paraddan sonra konservadan, limonaddan götürüblər, imkan daxilində bir çəpiş də alıb bulaq başına gediblər. “Kələkbaşı”nda durub Bakiya yollanan köhnə “alabaş” avtobusların dalınca baxıblar... və günlərin bir günü özləri də o avtobusa əyləşib yola çıxıblar, fəqət zəhmət, intellekt hesabına genişlənən yolda onları kimsəyə həyan olmaq, milli miqyasda düşünmək qabiliyyəti müşayiət edib.

1974-cü ildə Hamarkənd orta məktəbini tərifnamə ilə bitirən Musa Cəfər oğlu Qasımlı da elə həmin il Bakı Dövlət Universitetinin tarix fakultəsinə daxil olmaqla, böyük, çətin, üzüntülü, fəqət şərəfli elm yoluna çıxdı. Və bu yolda Yardımlı duruluğu simsarı oldu. Bu gün 55 yaşını qeyd edən Musa müəllimdə məndən ötrü yaş anlamı yoxdu. Musa Qasımlı elə əzəldən ahıl adamdı- bunu alimlik, müdriklik, ağsaqqallıq, qayğıkeşlik anlamında qəbul edin. Professor çox gəncdir- bu da tükənməz enerji və ürəyinin təpəri dolayısındandır.

Musa Qasımlı ilə ilk şəxsi tanışlığımız “Lider” televiziyasında başlayıb. “Azərbaycan” redaksiyasının baş redaktoru kimi iş qrafikim gərgin idi. Mühafizə xidmətindən dedilər professor Musa Qasımlı gəlib. Unikal bir ideya açıqladı. “Azərbaycan nefti beynalxalq münasibətlərdə” mövzusunun video versiyasını təklif edirdi. Mövzunun aktuallığını, siyasi əhəmiyyətini nəzərə alıb baş direktorla məsləhətləşmədən birbaşa razılıq verdim. Sujet xəttini, müsahibələri müəyyənləşdirdik. Elə o məqamda Musa Qasımlının obyektivliyinin, elmə, fakta münasibətdə vicdanlı yanaşmasının şahidi oldum. Söhbətləri və məsləhətləri filmin ana xəttini tarixi gercəkliyin, elmi faktalogiyanın, siyasi analizin üzərində qurmağa əsas verirdi. Qəfil Yardımlı ləhcəsi ilə danışdı. Təəccüblə üzümə baxdı və dövlətçilik, Azərbaycanlılıq naminə mühüm layihələri gerçəkləşdirən bir redaksiyanın rəhbərliyində eloğlusunu görməkdən qürur duyduğunu dilə gətirdi. İnsafən, baş direktor da proyekti dəstklədi. Yubanmadan işə başladıq. Film sentyabrın 20-də “Əsrin müqaviləsi”nin ildönümündə efirə getməliydi. Maraqlı komanda yığılmışdı. Eloğlumuz, istedadlı rejissor Mirsadıq Ağazadə, təşkilatçılıq qabiliyyətinə görə əvəzolunmaz prodüser Elman Dadaşoğlu və mən Musa müəlimlə işləməkdən fərəh duyurduq. O dar macalda professor çəkilişlə, arxiv materialları ilə maraqlanır, özü respondentlərə zəng vurur, mövzü üzrə istiqamət verir, filmin siyasi, elmi-nəzəri yönünün qayğısına qalırdı. Adətən gecələr montaj stoluna otururduq. Montaj arası qısa istirahətlərdən, maraqlı, şən söhbətləri, ən çətin məqamda belə optimizmi bizə Musa Qasımlının sadəliyini, zərif yumor hissini, insanpərvəliyini dərindən tanıtdı. Film istədiyimizdən də uğurlu alındı. Və bu uğurda daha çox Musa Qasımlının payı vardı. Azərbaycanın Neft tarixi, siyasi-ictimai geopolitik, geocoğrafi, diplomatik, iqtisadi, milli mücadilənin qazanılması və onun qorunması prizmasından analitik təhlillə çəkilmişdi. Bu isə, heç şübhəsiz professorun bilgiləri sayəsindəydi.

Musa Qasımlı 35 yaşında doktorluq dissertasiyasını müdafiə etməklə tarix üzrə ən gənc elmlər doktoru ilkinliyini qazanıb. Beynəlxalq münasibətlər üzrə yüksək ixtisaslı tarixçi kimi formalaşan Musa Qasımlı uzun müddətdir ki Bakı Dövlət Universitetinin Avropa və Amerika  ölkələrinin yeni müasir tarixi kafedrasında müəllim, baş müəllim, dossent, tarix fakultəsində dekan müavini kimi çalışır. Azərbaycan Respublkasının Milli Məclisinin deputatıdır. Üzvü olduğu qurumların və xarici ölkələrdə çap olunmuş əsərlərinin adı bir yazıya sığmasa da, bəzi faktlrı sadalamamaq qeyri-mümkündür. Bircə onu demək kifayətdir ki, Azərbaycan tarixinin öyrənilməsində bir çox sahələrinin ətraflı tədqiqi məhz Musa müəllimin adı ilə bağlıdır.

1.     Birinci dünya müharibəsi illərində(1914-1918) böyük dövlətlərin Azərbaycan siyasəti.

2.     1920-1945-ci illərdə Azərbaycan istiqlal mübarizəsi və xarici dövlətlər.

3.     1920-1922-ci illərdə Azərbaycanın xarici dövlətlərlə diplomatik-siyasi münasibətləri.

4.     1920-1924, 1960-1991-ci illərdə Sovet-Türkiyə diplomatik-sayasi münasibətləri.

5.     1946-1991-ci illərdə Azərbaycanın beynəlxalq mədəni əlaqələri.

Ali məktəblərin tədris vəsaitində önəmli yer tutan “Beynalxalq münasibətlər tarixi”, 2 hissəli “Avropa və Amerika ölkələrinin müasir tarixi”, “Siyasi tarix”, “Avropa və Amerika ölkələrinin müasir tarixi”, “Müəllim hazırlığının və orta təhsilinin prespektivləri, “Yeni tarix”, “Amerika Birləşmiş Ştatlarının xarici siyasəti(1945-2008) “SSRİ-Türkiyə münasibətlərində ABŞ alimi” və digər dərslikləri, fənn proqramları da eloğlumuzun gərgin axtarışlarının səəmərəli nəticəsidir. Qeyd etdiyim kimi, Musa Qasımlının Azərbaycanda və xarici ölkələrdə işıq üzü görən kitablarını, jurnallardakı yazılarını sadalayıb qurtarmaq mümkün deyil. Bu kitablardan biri-“İstiqlal fədaisi”ndən söhbət açmaq istərdim.

Ümummilli lider Heydər Əliyev haqqında yetərli sayda kitablar, elmi əsərlər yazılıb, bədii və sənədli filmlər çəkilib. Fəqət, Heydər Əliyevin siyasi məktəbi, idarəçilik metodu, fəaliyyəti fəlsəfi kitablara, filmlərə sığmır. Hər zaman bu böyük şəxsiyyətin ömür yoluna yeni baxış bucağı gərəkir və Musa Qasımlının yanaşmasında yeni fikir, avanqard versiya hasil oldu. Onun əsəri- mən bunu sənədli siyasi roman da adlandırardım- patetikadan, ümumi tərif dolu cümlələrdən ibarət deyil. Səbr və təmkinlə ABŞ, Gürcüstan, Rusiya, Türkiyə arxivləri araşdırılıb, Sov.İKP gizlinləri, “Tam məxfi” qrifli müəmmaları nəzərdən keçirilib, görkəmli şəxsiyyətlərin Heydər Əliyevə verdiyi dəyər anlaşıqlı dildə oxucuya çatdırılıb. Müəllif heç nə demir, faktlar arxiv rəflərindən baş qaldırıb şəxsiyyət əfsanəsini söyləyir, Heydər Əliyev titanikliyini təsvir edir. Məhz bu araşdırmalar sayəsində Heydər Əliyevin Azərbaycan naminə, onun milli məfəkürəsinin təşəkkülünə, istiqlal strategiyasına hesablanmış, bu günümüzə yönəlik addımları, nəzəri konsentual fəaliyyət proqramı açıq aydın görünür.

Oktyabrın 28-də Musa Qaımlının 55 yaşı tamam olur. Yanaşı iki beş... Dəqiq bilmirəm, amma mənə elə glir ki, Musa müəllim orta məktəbdə də, universitetdə də həmişə “5” qiyməti alıb. İnşa yazılarda drobla iki qiymət verilir: biri məzmununa görə, digəri orfoqrafik düzgünlüyü sarıdan. Gərgin axtarışları, peşəkar araşdırmaları ilə milli istiqlalığımıza töhfə vermiş tarixçi alim, professor, millət vəkili, dünya çapında tanınan geopolitik Musa Qasımlının 55 illik mənalı ömrü sözügedən qiymət anlamında məzmununa və dürüstlüyünə görə 5/5 dəyəri ilə ölçülmək şərəfindədir.

Hafiz İmamnəzərli


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Kamil Həmzəoğlu (Həmidov)- Gün.Az və "525"-in parlament müxbiri
27.10.2012, 20:25

Hörmətli tarixçimiz, elm adamımız, millət vəkilimiz Musa müəllimi bu əlamətdar doğum günü-yubileyi münasibəti ilə təbrik edir, ona şəxsi, siyasi və elmi həyatında uğurlar, növbəti müvəffəqiyyətlər arzulayıram. Doğum gününüz-yubileyiniz mübarək olsun, yaşınızın üsütünə bir 55 də gəlsin, deyirəm.

27.10.2012, 22:53

Alimimimizi və müəllimimizi təbrik edirik.Həqiqiqətən çox dəyərli millət vəkilidi. Ad gününüz mübarək əziz müəllimim.

ilham məmmədov
28.10.2012, 00:23

hörmətli Musa müəllim dəyərli və şəxsiyyətli alimi millət vəkili əziz dostum ad gününüzü ürəkdən təbrik edirəm.MUSA müəllim 55 yaşın həm deyilişi gözəldir eyni zamanda yazılışı da gözəldir və mən hesab edirem ki elə yaşında ən gözəli 55 dir. bu yazin ən uca zirvəsidir buradan kecilmiş yollar cox aydin gorünür siz isə bu yolu şərəflə kecmisiniz . odur ki siz bir 55 də ömür yolu kecməyə layiq siniz.sizə bu yolu can saglıgı ilə keçməyi arzulayıram. Dərin hörmət və ehtiram ilə İlham Məmmədov. Millət vəkili

Davud
29.10.2012, 09:24

Bu şəxs ən azı özünə xeyir verməyi bacarandır. Sakit, başıaşağı pillə-pillə karyerasını davam etdirir. Onun çox hallarda kənardan müşahidə olunan neytral mövqeyi, bütün diqqəti ondan kənarlaşdırır ki, bu da onun vəzifədə yüksəlməsinə şərait yaradır. Həm elmdən bəhrələnir həm də siyasətdən. Əslində bu davranışı ilə millət vəkili həmkarlarına nümunə ola bilər.

Aylin Məmmədova
29.10.2012, 13:33

Ölkəmizi xaricdəki elmi məclislərdə ləyaqətlə təmsil edən görkəmli tarixçi alimimizi, daim dövlətin və xalqın yanında olmaqla aydın, konkret mövqeyi ola dəyərli Vətəndaşı və millət vəkilimizi, intriqalardan, dedi-qodulardan, hiyləgərliklərdən və başqalarının arxasınca danışmaqdan uzaq olan, oxuduğu mühazirələrinin əksəriyyətini indiyədək xatırladığım sevimli müəllimimi, sadə, mehriban, xeyirxah bir insanı doğum günü münasibətilə ürəkdən təbrik edir, uzun ömür, cansağlığı və uğurlar arzulayıram.

Anar
29.10.2012, 17:54

Tanınmış tarixçi alimin, millət vəkilinin ad gününü tebrik edir, elmi yaradıcılığında və parlament fəaliyyətində müvəffəqiyyətlər diləyirəm.

Tarana Suleymanli
30.10.2012, 14:35

DEYERLI INSAN DEYERLI MUELLIMIM......SIZI UREKDEN TEBRIK EDIREM.....HER INSANA NESIB OLMUR 55 IL SEREFLI VE LEYAQETLI YASAMAG AMMA SIZ BU 55 ILLIK HEYAT YOLUNUZDA BUNU BACARDIZ......BIR 55 IL BELE YASAMAGI ARZU EDIREM...... NE YAXSI KI SIZIN MEKTEBINIZI KECDIM....BIZE TARIXI SEVDIRDIZ,...BIZLERE VE ELME VERDIYINIZ TOHVELERE GORE SAG OL DEYERLI MUELLIMIM......

FIKRET
04.11.2012, 16:17

tarix elimini sizinle tanidim ve sevdim.Deyerli Musa Qasimli sizi urekden tebrik edirem nece bundan da gozel illere.

nahid
16.03.2013, 13:57

Türk dünyasınının böyük oğlu ,alim və hamıya nümunə ol bilən bir şəxsiyyət sizi təbrik edirəm...

Aydın
29.10.2014, 19:17

Gözəl insan, əsil ziyalı, təmkini və sadə davranışı ilə el obada xüsusi hörmətə malik Musa müəllimə uzun ömür can sağlığı arzu edirik.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İnsan özünün ya həkimidir, ya qənimi - Məşhur loğman YAZIR
20.01.2019, 14:41

İnsan özünün ya həkimidir, ya qənimi - Məşhur loğman YAZIR

“Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər” - Naqif Həmzəyev
20.01.2019, 14:30

“Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər” - Naqif Həmzəyev

Dağıstanda sosial problemlər...
20.01.2019, 14:17

Dağıstanda sosial problemlər...

İmişlidə yol qəzası: ölən və yaralananlar var
20.01.2019, 14:00

İmişlidə yol qəzası: ölən və yaralananlar var

Xalq şəhidlərin xatirəsini ehtiramla yad edir - FOTOLAR
20.01.2019, 13:45

Xalq şəhidlərin xatirəsini ehtiramla yad edir - FOTOLAR

Məzarsız şəhid, yaxud itkin düşmüş arzular...
20.01.2019, 13:32

Məzarsız şəhid, yaxud itkin düşmüş arzular...

Sevgilisinin məktubunu saxladığım şəhid
20.01.2019, 13:20

Sevgilisinin məktubunu saxladığım şəhid

Azərbaycanda ağır qəza: 3 yaralı var 
20.01.2019, 13:10

Azərbaycanda ağır qəza: 3 yaralı var 

Həftənin ilk iş gününün HAVASI
20.01.2019, 13:00

Həftənin ilk iş gününün HAVASI

Bakıda avtobus qəzası: yaşlı qadın ağır yaralandı - FOTO
20.01.2019, 12:45

Bakıda avtobus qəzası: yaşlı qadın ağır yaralandı - FOTO

“İslahat tərəfdarlarını gözdən salmağa çalışırlar” - Qüdrət Həsənquliyev
20.01.2019, 12:33

“İslahat tərəfdarlarını gözdən salmağa çalışırlar” - Qüdrət Həsənquliyev

Həm peşə, həm də Vətən borcu...   
20.01.2019, 12:21

Həm peşə, həm də Vətən borcu...  

Qara dənizdə azərbaycanlı kapitanın cəsədi tapıldı
20.01.2019, 12:06

Qara dənizdə azərbaycanlı kapitanın cəsədi tapıldı

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi 
20.01.2019, 12:00

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi 

20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlandı – VİDEO
20.01.2019, 11:50

20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlandı – VİDEO

“Mehman Hüseynov məsələsini şişirdib Azərbaycana qarşı istifadə edirlər” - Mübariz Qurbanlı
20.01.2019, 11:43

“Mehman Hüseynov məsələsini şişirdib Azərbaycana qarşı istifadə edirlər” - Mübariz Qurbanlı

Bakıda piyada keçidində vurulan qadın həkimdir
20.01.2019, 11:39

Bakıda piyada keçidində vurulan qadın həkimdir

Meksikada baş vermiş faciədə ölənlərin sayı 76-ya çatıb
20.01.2019, 11:34

Meksikada baş vermiş faciədə ölənlərin sayı 76-ya çatıb

İranlı şairənin inqilabı
20.01.2019, 11:22

İranlı şairənin inqilabı

"Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər" - Komitə sədri
20.01.2019, 11:21

"Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər" - Komitə sədri

20 Yanvar bütün türk dünyasının qürur günüdür - SƏFİR
20.01.2019, 11:10

20 Yanvar bütün türk dünyasının qürur günüdür - SƏFİR

Kamil Cəlilov: “20 yanvar hadisələrində mənim çalğım olmasaydı” - VİDEO   
20.01.2019, 10:56

Kamil Cəlilov: “20 yanvar hadisələrində mənim çalğım olmasaydı” - VİDEO  

İçki məclisində dava düşdü - Bir nəfər bıçaqlandı
20.01.2019, 10:53

İçki məclisində dava düşdü - Bir nəfər bıçaqlandı

Paytaxda yaşayış binasında yanğın   
20.01.2019, 10:36

Paytaxda yaşayış binasında yanğın  

Bakıda bu yollar bağlıdır - SİYAHI
20.01.2019, 10:34

Bakıda bu yollar bağlıdır - SİYAHI

20.01.2019, 10:29

"Arsenal" "Çelsi"ni məğlub etdi - VİDEO

Azərbaycanda zəlzələ olub
20.01.2019, 10:21

Azərbaycanda zəlzələ olub

Prezident və birinci xanım şəhidləri yad etdilər   
20.01.2019, 10:14

Prezident və birinci xanım şəhidləri yad etdilər  

Ermənilər rayonlarımızı atəşə tutdular
20.01.2019, 10:11

Ermənilər rayonlarımızı atəşə tutdular

20 yanvar hadisələri beynəlxalq hüquq kontektində   
20.01.2019, 10:00

20 yanvar hadisələri beynəlxalq hüquq kontektində  

Azadlıq yolunda qalxan bir vuruş...   
20.01.2019, 09:45

Azadlıq yolunda qalxan bir vuruş...  

ABŞ-da Azərbaycanı tanıdan işgüzar xanım...
20.01.2019, 09:38

ABŞ-da Azərbaycanı tanıdan işgüzar xanım...

Rusiyanın Qara dəniz donanması ABŞ gəmisinə qarşı
20.01.2019, 00:58

Rusiyanın Qara dəniz donanması ABŞ gəmisinə qarşı

Gülən xarici ölkələrdə gizlənən təşkilat üzvlərindən danışdı
20.01.2019, 00:32

Gülən xarici ölkələrdə gizlənən təşkilat üzvlərindən danışdı

Alimlərdən XƏBƏRDARLIQ: Uşaqlara qarşı bu hərəkətləri etməyin
20.01.2019, 00:14

Alimlərdən XƏBƏRDARLIQ: Uşaqlara qarşı bu hərəkətləri etməyin

Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir
20.01.2019, 00:00

Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir

Sürücülərə ŞAD XƏBƏR: Bu ərazilərdə dayanmaya icazə veriləcək - VİDEO
19.01.2019, 23:46

Sürücülərə ŞAD XƏBƏR: Bu ərazilərdə dayanmaya icazə veriləcək - VİDEO

“Heç bir ABŞ prezidenti mənim qədər iş görməyib” - Tramp
19.01.2019, 23:26

“Heç bir ABŞ prezidenti mənim qədər iş görməyib” - Tramp

Miqrantları daşıyan gəmi qəzaya uğradı - 117 itkin
19.01.2019, 23:13

Miqrantları daşıyan gəmi qəzaya uğradı - 117 itkin

İSESCO ilk dəfə olaraq 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı
19.01.2019, 22:52

İSESCO ilk dəfə olaraq 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı

Putin xaç suyuna girdi - VİDEO
19.01.2019, 22:35

Putin xaç suyuna girdi - VİDEO

Avropa İttifaqından daha bir ölkəyə sanksiya
19.01.2019, 22:17

Avropa İttifaqından daha bir ölkəyə sanksiya

Qadın özünü yanan binadan yerə atdı - VİDEO
19.01.2019, 21:58

Qadın özünü yanan binadan yerə atdı - VİDEO

Türkiyə 54 min suriyalıya vətəndaşlıq verib
19.01.2019, 21:41

Türkiyə 54 min suriyalıya vətəndaşlıq verib

“Qarabağ” Çexiya klubuna qalib gəldi
19.01.2019, 21:26

“Qarabağ” Çexiya klubuna qalib gəldi

Aksiyada 12 nəfər saxlanıldı
19.01.2019, 21:15

Aksiyada 12 nəfər saxlanıldı

Bakıda sərnişin avtobusu qəza törətdi
19.01.2019, 21:01

Bakıda sərnişin avtobusu qəza törətdi

Hərbi helikopter qəza təhlükəsi ilə üzləşdi
19.01.2019, 20:46

Hərbi helikopter qəza təhlükəsi ilə üzləşdi

Abituriyentlərin DİQQƏTİNƏ: Qəbul proqramı nəşr olundu
19.01.2019, 20:31

Abituriyentlərin DİQQƏTİNƏ: Qəbul proqramı nəşr olundu

Meksikadakı partlayışda 66 nəfər öldü
19.01.2019, 20:19

Meksikadakı partlayışda 66 nəfər öldü

ARXİV