26 oktyabr 2014, Bazar
Azərbaycandakı internat evlərində 10 minə yaxın uşaq var
Ankarada müalicə alan yaralı hərbçimiz xəstəxanadan çıxdı
Mənim qonşum Zeynal Xəlil
Erməni Silahlı Qüvvələri cəbhənin Füzuli, Xocavənd, Cəbrayıl rayonları istiqamətində atəşkəsi pozublar
Məşhur futbolçu Dieqo Maradonanın 20 milyon dolları oğurlanıb
“Bakıelektrikşəbəkə”dən borclu abonentlərə xəbərdarlıq onlaın işığı oktyabrın 27-dən kəsiləcək
Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm İqtisadiyyat Media Reportaj Mədəniyyət Ədəbiyyat Dünya
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə
Rayonlara qar yağır
Sevil Nuriyeva Xoşqədəm Hidayətqızını müdafiə etdi: “Atmacalar ədəbsizlikdi...”
Azərbaycanda toylar dayandı
"Prezident Administrasiyasının kadr ehtiyatı şəxsən məni heç cür qane etmir" - Ramiz Mehdiyev
Fəhlənin cəsarəti, Heydər Əliyevin mərhəməti - Olmuş ƏHVALATLAR
Zakir Həsənov mühəndis-istehkam hərbi hissəsinin döyüşə hazırlıq səviyyəsini yoxlayıb - FOTO
XİN: “Ermənistan terroru dəstəkləyən dövlətdir”
Xoşqədəmlə Doğuşun toyundan ilk VİDEO
Ukrayna sabahki Rada seçkilərinə doğru - Ən şanslı siyasi bloklar hansılardı? - SİYAHI
İranda keçmiş kəşfiyyatçını öldürən qadın edam olundu
Dünya çempionu avtomobil qəzasında öldü
Bu gecə Azərbaycan qış vaxtına keçir
Ölkə ərazisində yağıntılı və soyuq hava şəraiti davam edəcək
Mənim “Elektron hökumət”im
Xəzər dənizində həlak olan 4 neftçinin adı açıqlandı
Yerevan Ermənistanın “ən ac” şəhəridir
Dünyanın yarısı 3 gün qaranlıqda qalacaq
ABŞ-da məkəbdə silahlı insident: Beş nəfər başından vuruldu

Xəbərlər arxivi

«

Oktyabr 2014

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

   
 
New Page 2
A A A
Qənirə Paşayevanın anası: “Bağdaddan canlı yayıma çıxdı, onda bildik ki, bizə yalan deyib” - MÜSAHİBƏ
 05.11.2012, 11:06

İraqda müharibə gedir. Bağdad bombalanır. Ailədən xəbərsiz, müharibənin ən qaynar nöqtəsinə - Bağdada gəlmiş bu qız həmkarını gözləri qarşısında itirir. Qaldığı otel isə oradan çıxdıqdan yarım saat sonra bombalanır. O isə özünü itirmir, işini görür və vətənə geri qayıdır. Hətta evə dönəndən sonra belə, insana məxsus olan müharibə və ölüm qorxusunu ağlına belə, gətirmir. Sanki bir fikrə inanmaqda qətiyyətlidir: “Dünyanı yalnız bir əl idarə edir, o da Tanrının əlidir”.

Təbii ki, söhbət qorxmaz, enerjili, partizan ruhlu keçmiş həmkarımız, hazırda millət vəkili Qənirə Paşayevadan gedir. Modern.az bu dəfə onun haqqında anası Tehran xanım və bacısı Kəmalə Paşayeva ilə ovqat ruhlu bir söhbət aparıb. 

İlk olaraq ailə üzvləri ilə tanış oluruq və Qənirə xanımın atasına hədsiz bağlılığının sirrini öyrənirik. ...


Tehran xanım
: – Dörd övladım var. İkisi qız, ikisi oğlandır. Qənirə isə ikinci övladımdır. O, ruhən, xaraktercə atasına daha yaxındır. Genetik kodlar onda daha çox atasına oxşayır. Doğrudur, həmişə çıxışlarında da, kitablarında da deyir ki, “atam həmişə işdə olub. Atam səhər çıxıb, axşam gəlib. Anam bizim həm məktəbdə kimya müəlliməmiz, həm də evdə həyat müəlliməmiz olub”. Amma o, atası ilə ruh əkizidir. O, bir şey haqqında danışanda bilirdi ki, atası onu daha yaxşı anlayacaq. Yoldaşım həm humanist, həm də inanılmaz demokratik insan idi. Uşaqları ilə dost münasibəti vardı. Uşaqlarımız kimisə sevirdisə, gəlib ona rahatca deyə bilərdi.

- Qənirənin atasına bağlılığı bacı və qardaşlar arasında qısqanclıq yaratmayıb? 

Kəmalə xanım: – Bizim ailədə uşaqlar arasında qısqanclıq olmayıb. İki qardaşım var. Hiss etməzdim ki, biz bir-birimizi qısqanaq. Amma uşaq vaxtı yeganə əsəbiləşdiyim bir məsələ var idisə, o da anamın daha çox ortancıl qardaşımı müdafiə etməsi olurdu. Belə ki, biz televizora baxdığımız zaman mən cizgi filminə, o isə futbola baxmaq istəyirdi. Anam da o deyəni edirdi.

- Bəs Qənirə xanım necə, bu mübahisədə sizə qoşulurdu?

– O bizə qoşulmurdu. Çünki hələ uşaqlıqdan hər şeyi düşünən, hamının yükünü çəkən biri idi. Balaca olanda da onun oyuncağı kitablar idi. Qənirə hərətərəfli oxuyurdu. O, kimyanı da, fizikanı da , ədəbiyyatı da eyni dərəcədə oxuyurdu. Onu kimyadan Tibb Universitetinə anam hazırlayıb.  

– Deyəsən, Paşayevlər ailəsində nəyə güzəşt olsa da, elmdə güzəşt olmayıb... 

Tehran xanım: – Elmdə güzəşt olmaz. Hətta nəvələrimə belə, güzəştə getmirəm. Məktəbdə belə valideyn-övlad münasibətləri ikinci plana keçirdi. Daha çox müəllim şagird münasibəti saxlayırdıq.

Kəmalə xanım: – Atam da belə insan idi. Bir dəfə sentyabr sözündə “i” hərfi yazdığıma görə mənə beş dənə qapaz vurmuşdu. Neçə gün atamla danışmadım. O, bir gün məndən çay istədi. Dedim ki, başıma elə vurmusan, hələ də fırlanır, gətirə bilmərəm (xeyli gülür). Ailəmizdə hər şeydə güzəşt olsa da, təkcə dərsdə güzəşt yoxuydu.

Qənirənin zülmkar uşaqlığı, yaxud balaca Qənirə anasını niyə işə gecikdirirdi? 


Tehran xanım
: – Uşaqlıqdan gülləri çox sevirdi. Elə buna görə də məni hər dəfə məktəbə gecikdirirdi. Belə ki, dərsə getmək məqamı çatanda o qonşudan, bu qonşudan gül istəyirdi. Balaca arıq qız nə əziyyətlə, gülləri əlindən tökülə-tökülə aparırdı. Bax beləcə, indiki kimi uşaq vaxtı da Qənirə özünə çox zülm edən idi. Ona “dincəl” sözü deyəndə əsəbiləşir. Məktəbdən çıxıb şahmata, ordan da çıxıb musiqi dərsinə, daha sonra rus dilini öyrənmək üçün məşğələyə gedirdi. Düz yeddi il musiqi təhsili alıb.

Kəmalə xanım: – Bu enerji onda genetik olaraq atamdan keçib. Atam da çox enerjili adam idi. O, 63 yaşında rəhmətə getdi. Fikirləşirdim ki, o, 70 yaşında təqaüdə çıxıb evdə otursaydı, depressiyaya düşüb işsizlikdən ürəyi yatardı. Qənirə də atamın qızıdır. Hiss etməmişəm ki, Qənirənin enerjisi nə vaxtsa bitsin və o, depressiyaya düşsün. Bundan sonra da inanmıram ki, belə bir hal olsun. Çünki hər bir insan eyni yeməkdən bezər. Amma Qənirədə belə deyil. O, bir işlə məşğul olmur. Manevrlər edir. Kitab oxuyur, bunun ardınca şeir yazır. O həm də millət vəkilidir. Siyasət isə biryönlüdür. Amma o, siyasətdən, yaradıcılıqdan da yorulmur. Bu sanki genetik enerji axınıdır. Onun bir işi digərinin yorğunluğunu çıxarır.

Tehran xanım: – Bir dəfə oturub kinoya baxırdıq. Qənirənin 3-4 yaşı olardı. Kinoda atası uşağı qohumunun yanında qoyub müharibəyə gedir. Yol gedə-gedə atası uşağa, uşaq da atasına baxır. Çox təsirli səhnə idi. Qənirə səhərə qədər nə özü yatdı, nə də atasını yatmağa qoydu. Səhər açılana qədər soruşdu ki, o uşağın atası qayıtmayacaq... Və ya uşaqlarla oynayanda kimin kuklası yox idisə, ona öz kuklasını verirdi ki, o pis olmasın. Hətta verdiyini də geri istəməyə üzü gəlməzdi. Bacısı gedib alardı.

- Az yeyir, az yatır, çox işləyir. Bu onda aqressivlik yaratmır ki?

Tehran xanım: – O, çox tələbkar insandır. Onun aqressiv halları ancaq işlərə görə olur. Bəzən elə olur ki, bir gün ərzində heç nə yemir. İş varsa, Qənirə xanımın səhhəti keçir ikinci plana. Onun əsəbi olduğu an tələsik işi olanda olur. Hətta ona elə gəlir ki, o, bir işi on dəqiqəyə edirsə, bütün işçiləri də həmin işi on dəqiqəyə görməlidir. Onun öz prinsipləri var. “Mən bacarıramsa, başqası niyə bacarmasın”, – deyir. Təbiətən inciyən insan deyil. Çünki küsülü qalmağı bacarmır. İş vaxtı bir başqa, adi vaxtı tam başqa olur. Sanki bir cisimdə iki insandır.

Ananın duası Qənirənin bir manatını yüz manat eləyib


Tehran xanım: –
Biz hətta uşaqlıqdan Qənirənin əməyinin bəhrəsini görmüşük. Uşaqları üzüm yığmağa göndərəndə Qənirə birinci gedirdi. Gün ərzində 120-130 vedrə üzüm yığardı. Bunun müqabilində də ona xeyli pul verirdilər. Həmin pula nəysə almağa gedirdik. O deyirdi ki, birinci Hüseynə, Aslana, Kəmaləyə alaq. Elə olurdu ki, onlara pal-paltar alınardı, özünə çatanda isə pul ya qalardı, ya qalmazdı. Övladımdır deyədemirəm, uşaqlıqdan qayğıkeş idi. İşinin çox olmasına baxmayaraq, valideyn kimi çox qeydimə qalır, Allah onu qorusun. Mən həmişə övladlarıma demişəm: siz ki valideynlərinizə belə hörmət qoyursunuz bir manatınız yeddi yüz manat olsun.

Ana və bacı şikayət edir

Kəmalə xanım: – Bacım uşaqlıqdan çox zəhmətsevərdir. Bunu ailədə də hiss etdirir. Məsələn, qardaşımın toyu oldu. Adətən, ana övlad toyunda daha çox əziyyət çəkir. Amma anamın bundan heç xəbəri olmadı. Toyun bütün yükünü Qənirə özü çəkdi. Burada tək maddiyyat deyil, həm də mənəvi və  təşkilati məsələləri də öz üzərinə götürmüşdü.
Pis odur ki, həmişə ən son planda özünü saxlayır. Hətta bacı olaraq mən buna əsəbiləşirəm. Daha bahalı şeyi mənə, ondan qat-qat ucuzunu özünə alır. Deyirəm, sən daha yüksək mövqedəsən, bu daha çox sənə lazımdır. Bu anamı da, məni də narahat edir. Bu onun xarakterdir, dəyişmir. Hərədən deyirəm ki, daha heç nə demə onsuz da bildiyi öz beynindədir, dediyimiz özümüzə qalır.

- Qohumlara gedib-gəlməyə vaxt tapırmı?

Kəmalə xanım: – O, millət vəkilidir. Zamanı azıdır. Qohumlarına hər dəqiqə gedib-gələ bilmir. Amma inanın ki, mən 10 dəfə də getsəm, o, qayğını çəkə bilmərəm. Bacım isə nə qədər uzaqda olur-olsun, qayğısını həmişə hiss etdirir. Rayonda da elə qohumlarımız var ki, maddi cəhətdən vəziyyətləri elə də yaxşı deyil. Onlara da yardım edir. Ana tərəfim ata tərəfim böyük, öz ailəmiz kifayət qədər genişdir. Amma o uzaq qohumları belə yadda saxlayır. Hərdən fikirləşirəm ki, bu yaddaş ona Allahdan bir paydır. Mən onun işinin 10 faizi qədər işləyirəm. Amma qohum-əqrəbaya bu qədər diqqət yetirə bilmərəm. Ona görə yox ki, soyuqqanlıyam. Çünki yoruluram, enerjim çatmır. Hətta yadımdan çıxır.

Tehran xanım: – Bir dəfə bir jurnalist Qənirənin yanında danışdı ki, Biləcəridə bir ailəyə getmişdim, çox ağır vəziyyətdə yaşayırlar. Qızım bunu eşidib ürəyi durmadı. Ünvanı öyrənib gecə ikən, nə əziyyətlə qaranlıqda o evi tapıb hamımızı yığıb ora apardı. Hətta dükanlar belə, bağlı idi. Tək bir açıq dükan tapa bildi. Hərdən ona deyirəm ki, maldan pay vermək olar, amma candan pay vermək olmaz. Bu qədər fikirləşmə. Amma, o problemlə yatacaq, ondan danışacaq, əhvalı sıfıra enəcək.

Paşayevlərin şüarı: “Aslanın erkəyi dişisi olmaz”


Kəmalə xanım: –
Qardaşlarım Qənirəyə qadağa kimi yox məsləhət verirlər ki, səhhətinə fikir ver, səfərlərlə özünü çox yorma. Ümumiyyətlə ailəmizdə “Aslanın erkəyi, dişisi olmaz” deyimi həmişə birinci yerdə olub. Qardaşlarım da çox demokratikdir. Bizdə belə bir qadağalar yoxdur. Kimsə kiminsə işinə qarışmır. Hardasa can yanğısı var. O təyyarədən düşüb o biri təyyarəyə minir. Heç atam da qadağa qoymurdu. Atam deyərdi ki, bilirsən get, kimə istəyirsən get. Bu sənin həyatındır. Heç vaxt fərq qoyulmayıb ki, bu qızdır, ya oğlan.

Tehran xanım: – Qənirə xanım üçün fərqi yoxdur qadın və ya kişi. O, adam onun ruhunun dostu olmalıdır. Onların arasında sadə insanlar, qohumlar, jurnalistlər, siyasətçilər, şairlər də var. Mahnıda deyildiyi kimi, dost ya bir olar, ya iki. Məncə, onun da dostları bir-iki nəfərdir. Bildiymə görə, Aygün Səmədzadə, Tünzalə Ağayeva ilə çox yaxın rəfiqədirlər. Qənirə xanım sosial insandır. O, insanlara tez inanan olduğu üçün ətrafı da zəngindir.

Ölümü qorxudan jurnalist

Tehran xanım: – Qənirənin jurnalist kimi İraqa getməsini televiziyadan eşitdim. Bundan öncə də o, müharibə bölgəsində olmuşdu. İraqdan əvvəl Əfqanıstan müharibəsinə getmişdi. Onda Əfqanıstana atası icazə vermişdi. Amma İraqda elə vəziyyət idi ki, Bağdadı hər gün bombalayırdılar. Biz bunları televiziyadan da eşidirdik. Ona görə də yoldaşım ona İraqa getməyə icazə vermədi. O bizi aldadaraq İraqla Suriyanın sərhədinə getdiyinə inandırdı. Bir də gördük ki, Bağdaddan canlı yayıma çıxıb. Ondan sonra bildik ki, bizə yalan deyib. Təhlükəli olduğundan heç operator onunla İraqa getməyə risk etməmişdi. O, canlı efirə “Röyter” agentliyi vasitəsilə çıxırdı. Qaldıqları oteldən çıxdıqdan yarım saat sonra həmin oteli bombaladılar. Hətta bunkeri də dağılmışdı. Xeyli sayda ölənlər vardı. Hətta “Röyter”in jurnalistini Qənirənin gözü qabağında öldürmüşdülər. Səfərdən qayıdandan sonra dedi ki, “mən həyatı və ölümü dərk etdim. Çünki orda hər an ölümlə göz-gözə idim”. Heç qorxduğunu demədi. Çünki o, təbiətən partizan idi. Təbii ki, can şirin şeydir. Amma evə gəlib bir daha belə yerlərə getməyəcəm, qorxdum, belə şeylər olmayıb. Biz bunu eşitmədik. Mübariz və qorxmaz qadınlar onun idealı idi. Mariya Küri, Janna Dark onun idealları olub.

Anamın yeganə övladıyam. Həkimlik sənətinə də hörmətim var. Sadəcə, o ürəyi yumşaq və qorxaq idim. Bir tikanı belə çıxara bilməzdim. Bu səbəbdən də qızımın həkim olmağını istədim. Hərdən ona bir ana, insan kimi ürəyim yanır. Həmin vaxt universitetə birinci il girmək çox çətin idi. Heç instituta gedəndə 16 yaşı tamam olmamışdı. Balaca canına o qədər əziyyət verdim. Həkim kimi daim olaraq işləməsə də, Somali də bu onun köməyinə çatdı.

Şəxsi həyatını ictimai fəaliyyətinə qurban verdi

Tehran xanım: – Qadın ərə gedib ailə qurmamalıdır. Amma onun qarşısına beyin, ruh dostu çıxmayıb. Halbuki, özü ətrafında olan insanlara həmişə ailənin birinci olduğunu deyir. Ona görə də mən ona məsləhət vermirəm. Baxmayaraq ki,  onun qeyri-rəsmi övladları çoxdur. Onların taleyinə biganə deyil. Qəyyumluğa götürdüyü uşaqlarla həftəsonu məşğul ola bilir. Təbii ki, onlar atasız-anasız uşaqlardır. Eyni zamanda kəndimizin başqa bir imkanı az olan ailənin övladını oxumaq üçün yanına alıb. O, həmin qızı mənəvi qızı kimi qəbul edib.

- Yeddi il musiqi təhsili alan Qənirə xanım daha çox nəyi dinləyir?

Kəmalə xanım: – O, klassik musiqini çox sevir. Daha çox Şopendən, Baxdan, Bramsdan ifa edirdi.

– Bəzən Qənirə xanıma görə tanınmanız sizi qıcıqlandırmır ki?

Kəmalə xanım: – Qardaşlarımın ikisi də ali təhsilli tanınan insanlardır. Təbii ki, Qənirə xanım kimi yox. Mənim Ali Neft Məktəbinə ictimaiyyət və beynəlxalq əlaqələr şöbəsinə rəhbər təyin olunduğum zaman yazdılar ki, Qənirə xanımın bacısına yeni vəzifə verildi. Əslində, bu məni çox hirsləndirmişdi. Heç Qənirə xanımın da xarakterində yoxdur. Mən özümü öldürsəm də, bacarığım, qabiliyyətim olmasa, iki dünya bir olsa da, o heç kimə ağız açıb minnət etməz ki, bu bacımdır, filan yerdə işə düzəlt. Amma mən əslində ARDNŞ-də işləmişdim, sadəcə yer dəyişikliyi etdim.

Gültəkin Ələsgər
Şəhanə Rəhimli

 
Oxunub: 4587
Çap variantı
Məktub göndər
Facebook-da paylaş


Şərhlər
Mevlüt Turan
05-11-2012
Ganire xanım sizi çox sevirik, siz bizi ele ruhlandırırsınizki valla sözlerimle ifade ede bilmirem. Burası Ufa, Rusiya dır, uzağıq ama her zaman sizi takib edirem, sizden ruh alıram, yaşayın çox yaşayın. Yaxında İnşallah burda diasporamızı (meqsed birlik olmaq, siyasetden kenar) quracağıq ve sizide bekleyeceyik, sizi görmek ve dinlemek gurur vericidir... Mevlüt.


suleyman
05-11-2012
Qenire xanim, Allah hemishe size yar olsun.
Siz cox ishler gorursunuz, Azerbaycan uchun.
Eger, Azerbaycanda, millet vekillerinin hech olmasa 5-10% sizin kimi dushunub, sizin kimi ishleseydiler, Azerbaycan goye yukselerdi.
Biz, Azerbaychandan kenarda yashayanlar, hemishe sizinle fexr edirik. Sag olun.
Size uzun omur arzulayiram.


Mirze Quluzade
06-11-2012
Qenire xanim siz etdiklerinizi sadece sozde demirsiniz , onlari emellerinizle subut edirsiniz. Millet vekili statusundan qururla faydalanan bir siyasetcisiniz menimi ucun . Fealiyyetinizde size ugurlar arzulayiram .


aysel
04-03-2014
Menim fikirimce qenire xanim kimi, insan ve savadli vetandas hec bir yerde yoxdu.Ona sevgim tukenmezdi.






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 




 
Son xəbərlər
26.10.2014, 02:00
 Rayonlara qar yağır
26.10.2014, 01:34
 Sevil Nuriyeva Xoşqədəm Hidayətqızını müdafiə etdi: “Atmacalar ədəbsizlikdi...”
26.10.2014, 01:23
 Azərbaycanda toylar dayandı
26.10.2014, 01:15
 Ermənistana gedən Türkiyəli jurnalistlər araşdırılacaq
25.10.2014, 22:23
 "Prezident Administrasiyasının kadr ehtiyatı şəxsən məni heç cür qane etmir" - Ramiz Mehdiyev
25.10.2014, 22:16
 Fəhlənin cəsarəti, Heydər Əliyevin mərhəməti - Olmuş ƏHVALATLAR
25.10.2014, 21:30
  Zakir Həsənov mühəndis-istehkam hərbi hissəsinin döyüşə hazırlıq səviyyəsini yoxlayıb - FOTO
25.10.2014, 21:15
 XİN: “Ermənistan terroru dəstəkləyən dövlətdir”
25.10.2014, 15:26
 Xoşqədəmlə Doğuşun toyundan ilk VİDEO
25.10.2014, 14:56
 Ukrayna sabahki Rada seçkilərinə doğru - Ən şanslı siyasi bloklar hansılardı? - SİYAHI
25.10.2014, 14:39
 İranda keçmiş kəşfiyyatçını öldürən qadın edam olundu
25.10.2014, 14:12
 Ermənilər Qarabağı Ermənistana birləşdirən ikinci yolu TİKİRLƏR - VİDEO
25.10.2014, 13:57
 Dünya çempionu avtomobil qəzasında öldü
25.10.2014, 13:47
 “7 oğul istərəm” filminin KADRARXASI: ““Kələntər dayı”ya elə şillə vurdum ki, kişinin dişi ağzından yerə düşdü”
25.10.2014, 13:13
 Bu gecə Azərbaycan qış vaxtına keçir
25.10.2014, 13:12
 Ölkə ərazisində yağıntılı və soyuq hava şəraiti davam edəcək
25.10.2014, 13:06
 Mənim “Elektron hökumət”im
25.10.2014, 12:45
 Xəzər dənizində həlak olan 4 neftçinin adı açıqlandı
25.10.2014, 12:21
 Yerevan Ermənistanın “ən ac” şəhəridir
25.10.2014, 12:18
 Dünyanın yarısı 3 gün qaranlıqda qalacaq
25.10.2014, 12:15
 Məşhur tələbə yoldaşım: “Heç bilirsizmi, əslində Mübariz çox utancaq adamdır” - Dostları “Qulp”un müəllifindən danışırlar
25.10.2014, 12:05
 ABŞ-da məkəbdə silahlı insident: Beş nəfər başından vuruldu
25.10.2014, 11:56
 İsa Qəmbərin oğlu Barak Obama ilə görüşüb – FOTO
25.10.2014, 11:56
 Azərbaycandakı internat evlərində 10 minə yaxın uşaq var
25.10.2014, 11:43
 Hadi Rəcəbli: “Həmişəki kimi məni ilk təbrik edən həyat yoldaşım olub” - FOTOLOR
25.10.2014, 11:33
 Çəkilən filmlər niyə zəifdir?..
25.10.2014, 11:16
 Ekspert: “Rusiya 2 ildən sonra SSRİ-nin taleyini yaşayacaq”
25.10.2014, 11:11
 Prezident Katibliyinin rəisi Dilarə Seyidzadə yubileyini qeyd edir
25.10.2014, 10:42
 Əhməd Davudoğlu ermənini özünə baş məsləhətçi götürdü
25.10.2014, 10:36
 Azərbaycan elminin nurlu siması
25.10.2014, 10:24
 Varis: “Anarın, Elçinin istənilən tənqidləri bizim üçün önəmlidir” - MÜSAHİBƏ
25.10.2014, 09:58
 Teatr rəsmiləri media iş birliyindən razıdırmı?- SORĞU
25.10.2014, 09:55
 Cəbhədə atəşkəsin pozulması halları yenidən artıb
25.10.2014, 09:50
 Dünyanın ən intellektual tanınmışları: Onların arasında Şakira, Madonna da var
25.10.2014, 09:36
 AFFA rəsmisinin ETİRAFI: “ Uşaq futbol məktəblərinin inkişafı yüksək səviyyədə deyil”
25.10.2014, 09:30
 Heydər Əliyev Fondu Rumıniyada uşaq evinə yardım edib - FOTO
25.10.2014, 00:56
 “Azərbaycanın adını Avropada birinci etdiyim üçün çox məmnunam”
25.10.2014, 00:22
 Yerevan çalxalandı - xalq Sərkisyandan istefa tələb etdi - FOTOLAR
25.10.2014, 00:06
 Ankarada müalicə alan yaralı hərbçimiz xəstəxanadan çıxdı
24.10.2014, 23:28
 Hafiz Hacıyevin xanım müavini qəfil vəfat edib
Müəlliflər
Mahir Qabiloğlu

 Mənim qonşum Zeynal Xəlil
Leyla Əliyeva

 Dost bir olar, ya iki - Leyla Əliyeva
Mülatif Adurov

 Fəhlənin cəsarəti, Heydər Əliyevin mərhəməti - Olmuş ƏHVALATLAR
Əkrəm Bəydəmirli

 Çəkilən filmlər niyə zəifdir?..
Vüqar Tofiqli

 “Qaraçava”, Kötəl”, “Qobu” , “Zoğalat” və “Çay bağça”...
Vəfa Allahverdiyeva

 Alim Qasımov, Tahir Əmiraslanov örnəyi - şənlik anarxiyasında mübarizəni kim başlamalı?!
Nüşabə Hüseynli

 Qız bişirənlər, qırmızıdodaq nənələr və ya özünü axırıncı yola qoyanlar ...
Doç., Dr. Faiq Ələkbərov

 Asiya birliyi və Şərq sivilizasıyası
Cəlaləddin Qasımov

 PKK-nın yenidən baş qaldırması üzərinə bir neçə söz...
Hikmət Babaoğlu

 ABŞ-ın siyasi realizmi, yaxud neoimperializmin ekspansiya siyasəti

Sorğu

Azərbaycanda ən güvəndiyiniz bank hansıdır? - SİYAHI
1. "Beynəlxalq Bank"
2. AccessBank
3. "DəmirBank"
4. "Bank of Azerbaijan"
5. "Bank of Baku"
6. "Bank Respublika"
7. "Kapital Bank"
8. "Azəriqazbank"
9. "Bank Standard"
10. "Muğanbank"
11. "Rabitəbank"
12. "Bank Technique"
13. "Unibank"
14. "Paşa Bank"
15. "Amrahbank"

Nəticələri göstər

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | İqtisadiyyat | Media | Reportaj | Mədəniyyət | Ədəbiyyat | Dünya |
Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Müəllif hüquqları qorunur. Modern.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Copyright 2014 modern.az. All rights reserved. Powered by NextPoint LLC