24 İyul 2014, Cümə axşamı
Sərnişin təyyarəsi yoxa çıxdı
Cəbhədə atışma səngimir
Ali məktəblərə ixtisas seçimi başladı
Erməni silahlı qüvvələri cəbhənin Qazax, Tovuz, Füzuli, Ağdam, Goranboy və Xocavənd rayonları istiqamətində atəşkəsi pozublar
BMT-nin hesabatına görə, Azərbaycan insan inkişafında 76-cı yerdədir
Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm İqtisadiyyat Media Reportaj Mədəniyyət Ədəbiyyat Dünya
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə
Ən sürətli Mobil İnternet Azercell-də!
Bilik Fondunun icraçı direktoru kimdir - ARAYIŞ
Təhsil naziri fərdi təhsil üzrə tədris planını təsdiqlədi
700 bal toplamış tələbələr deputatlarla GÖRÜŞDÜ - FOTOLAR
Təlabaninin uşaqlıq dostu İraq prezidenti oldu – FOTO
Yoxa çıxan təyyarənin düşdüyü yer bəlli oldu
Vəli Əkbər “Xəzər” televizyasına getməyi barədə xəbərə aydınlıq gətirdi
“Neftçi” “Koper”ə, “İnter” “Elfsborg”a qarşı
Fazil Mustafa: “Ombudsman girovlarla bağlı nüfuzlu beynəlxalq təşkilatlara müraciət etməlidir”
Yazıçılar Birliyi sentyabra qədər işləməyəcək
“Məşhurların sevgi hekayətləri” - Öz şagirdi ilə evlənən xalq yazıçısı - LAYİHƏ
Asiya milyarderlərə görə Amerikanı geridə qoydu
Məhkəmə Rauf Mirqədirovun işi üzrə müraciəti təmin edib
Keçən il 700 bal toplayan tələbə kimi də yaxşı oxuyur
Yazıçılar Birliyi internet televiziyası açır - ÖZƏL
Ukrayna parlamentindəki koalisiya dağıldı
Mərhum Vüqar Həşimovun doğum günüdür
ADU-nun mətbuat katibi Norveçdə Azərbaycan mətbuatından danışıb

Xəbərlər arxivi

«

İyul 2014

»

 

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

     
 
New Page 2
A A A
Ermənilərin gözü qarşısında düşmən bayrağına tüpürən azərbaycanlı əsir... - FOTOLAR
 09.11.2013, 19:20

Erməni bayrağına tüpürüb, Azərbaycan bayrağını öpdüyünə görə, onu armaturla huşunu itirənəcən döymüşdülər...

Modern.az saytı əsirlikdə ermənilərə boyun əyməyən keçmiş döyüşçünün qısa həyat hekayətini təqdim edir

İlqar Mehdiyev Cəbrayıl rayonunun başının üstünü “qara buludlar” aldığı ilk gündən silaha sarılıb. 90-cı illərin əvvəllərində Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi işləyən İlqar Mehdiyev könüllülərdən təşkil olunmuş “Ziyalı” taborunun ən fəal üzvlərindən biri olub. Gündüzlər şəhər əhalisinin qayğıları ilə məşğul olan İlqar müəllim axşamlar Cəbrayılın düşmənlə sərhəddə - ermənilər yaşayan keçmiş Hadrut rayonu ilə üzbəüz yerləşən kəndlərində doğma yurdun müdafiəsində dayanıb. İlqar Mehdiyev 1993-cü il avqust ayının 23-də ermənilərə əsir düşüb. O, işğal zamanı xəstə və qocaları Cəbrayıl şəhərindən çıxarmaq istəyərkən yaralanaraq, düşmənin əlinə keçib.

“Tüpür bu bayrağa!”

Beyləqan rayon sakini Yusif Şəfiyev İlqar Mehdiyevlə eyni gündə əsir düşüb. Cəbrayıl şəhərindəki Yağ-pendir zavodunun qarşısında düşmənin əlinə keçən Yusif həkim İlqar Mehdiyevi ilk dəfə həmin gün görüb. Yusif Şəfiyev 1997-ci ildə işıq üzü görmüş “Qarabağın İlqarı” adlı kitabda həmin hadisəni belə təsvir edir:

“Ermənilər bizim maşını ələk-vələk eləyəndən, üst-başımı bir neçə dəfə yoxlayandan sonra məni darvazadan içəri apardılar. İçəridə kiçik gözətçi binası tikilmişdi. Onun iki mişar daşı hündürlüyündə xırda pilləkəni var idi. Pilləkənin yanında adlarını yenicə öyrəndiyim Üzeyir və İlqar adlı iki oğlan dayanmışdı. Mən bu adamları əvvəllər heç bir yerdə görməmişdim. Elə oldu ki, mən İlqarın sağ tərəfində dayandım. İlqar boyca bizdən hündür və enlikürək idi. O, pilləkənin yuxarısında dayanmışdı. Erməni əsgərləri Üzeyirin gözlərini və əllərini arxadan bağladılar. Bizə hələ toxunmamışdılar. Bu vaxt gördüm ki, Azərbaycanın üçrəngli bayrağını binanın üstündən çıxarıb, sürüyə-sürüyə bizə tərəf gətirdilər. Beş-altı erməni döyüşçüsü bizi mühasirəyə almışdı. Bayrağı gətirən erməni bizə yaxınlaşdı. Üzbəüz dayandıq. O, qəzəblə İlqara dedi: “Tüpür bu bayrağa!”. Ermənilər İlqarın vəzifəli şəxs olduğunu bildikləri üçün bu fikrə düşmüşdlər. İlqar özünü itirmədi. O, bir az aşağı əyilərək, bayrağı iki əlilə tutdu, sonra isə yuxarı qaldırdı və öpdü. Bundan sonra İlqar dönüb Cəbrayıl şəhərinə baxdı. Mən heyrətimdən yerimdə donub qalmışdım. İlqarın bu cəsarəti erməniləri də heyrətə salmışdı. Bu zaman bayrağın yanında dayanmış yekəpər bir erməni avtomatın qundağı ilə iki dəfə İlqarın sinəsinə güclü zərbə vurdu. Zərbənin təsiri ilə İlqarın kürəyi divara dəysə də, o, yıxılmadı. Bundan sonra ermənilər İlqarın üstünə tökülüşüb, onu döyməyə başladılar. Üzeyirin gözləri bağlı olduğundan ölüm ayağında İlqarın necə cəsarət göstərdiyini görə bilməzdi. Ancaq o, ermənilərin İlqarı necə döydüklərini hiss edirdi. Birinci dəfə idi ki, ermənilərin vəhşlliliyini görürdüm...”.                                                    

Şuşa türməsində işgəncə...

İlqar Mehdiyevi bir müddət Hadrutda saxladıqdan sonra digər əsir və girovlarla birlikdə Şuşa türməsinə göndəriblər. İlqar burda ağlasığmaz işgəncələrə məruz qalsa da, bütün sınaqlardan üzüağ çıxıb. Əmisi oğlu Azər Mehdizadə deyir ki, Şuşa türməsində olarkən ermənilər ikinci dəfə İlqarın iradəsini sınağa çəkiblər:

“İlqarla əsirlikdə olanlar danışırdılar ki, bir gecə əlisilahlı iki erməni onu yatdığı yerdən qaldırıblar, sonra onları işıqlı bir kabinetə aparıblar. Otaqda üç nəfər erməni olub. Onlar əvvəlcə İlqara çay və siqaret təklif ediblər. Amma İlqar ermənilərin bu təklifindən boyun qaçırıb. Ermənilərin birinin əlində videokamera olub. O, digər iki erməninin İlqarla söhbətini lentə alırmış. Yüksək rütbəli erməni zabiti İlqara müharibənin ermənilərin qələbəsi ilə başa çatdığını, Dağlıq Qarabağın müstəqilliyinin beynəlxalq ictimaiyyət tərəfindən tanındığını deyib. Sonra isə İlqara təklif edib ki, o da qondarma respublikanın müstəqilliyi haqda danışsın. İlqar ermənilərin onun fikirlərindən təbliğat məqsədilə istifadə edəcəklərini başa düşdüyü üçün onların təklifini rədd edib. Həmin erməni zabiti israr edəndə isə İlqar belə cavab verib: “Mən oyuncaq respublikanı tanımıram və tanımaq da istəmirəm”.
Bu vaxt həmin erməni əlindəki tapançanın qundağı ilə İlqarın gicgahına ağır zərbə endirib. İlqar üç gündən bəri ac-susuz olduğu üçün müvazinətini saxlaya bilməyərək, yerə yıxılıb. Sonra otaqdakı ermənilər İlqarın üstünə tökülüşərək, onu təpikləməyə başlayıblar. Ermənilər onu huşunu itirənə kimi döyüblər...”.

Erməni bayrağına tüpürülb

Şuşa türməsindən Xankəndi türməsinə göndərilməsi İlqar Mehdiyevin vəziyyətini bir qədər də ağırlaşdırıb. Ermənilər Şuşa türməsindəki hadisədən sonra İlqara daha ağır işgəncələr verməyə başlayıblar. Xankəndində onu tez-tez döyür, günlərlə ac saxlayırmışlar. Xankəndi türməsində olanda ermənilər İlqarın iradəsini üçüncü dəfə sınağa çəkiblər. Onlar üç gündən bəri ac saxladıqları əsirləri bir gün açıq havada sıraya düzüblər. Əsirlərin dayandığı sıranın qarşısında Azərbaycan və Ermənistan bayraqları yanaşı asılıbmış. Bayraqların yanında isə ağzına kimi yeməklə dolu olan qazan buğlanırmış. Yekəpər bir erməni əsirlərə Azərbaycan dilində müraciət edib: “Kim gəlib erməni bayrağını öpüb, Azərbaycan bayrağına tüpürsə, ona doyunca yemək verib, sonra isə azad edəcəyik”. Həmin vaxt saqqalı bir erməni əlindəki videokamera ilə əsirləri lentə alırmış. Ermənilərin məqsədini başa düşən İlqar Mehdiyev cəld irəli çıxır. Ermənilər elə başa düşürlər ki, azərbaycanlı əsir onların dediyini edəcək. İlqar isə əvvəlcə Azərbaycan bayrağının qarşısında diz çöküb, onu öpür. Sonra isə erməni bayrağına tüpürüb, onu tapdalamağa başlayır. Ermənilər əvvəlcə özlərini itirsələr də, bir neçə saniyə sonra İlqarın üstünə hücum edib, onu armaturla döyürlər. İlqarın bir neçə dişi qırılır, ağzı qanla dolur. O, zərbələrin təsirilə yerdə qıvrılsa da, bir təhər özündə güc tapıb, ağzındakı qanı da erməni bayrağının üstünə tüpürür. Bundan sonra ermənilər onu daha bərk döyməyə başlayırlar. Amma İlqarın adı Beynəlxaq Qırmızı Xaç Cəmiyyətinin siyahısında olduğu üçün onu öldürməyə cəsarət etmirlər. Buna baxmayaraq, düşmən İlqar Mehdiyevin iki dəfə erməni bayrağına tüpürməsini cəzasız qoymur. Onlar ertəsi gün iynə ilə İlqarın bədəninə zəhərli maye yeridərək, onun ölümünü bir qədər də sürətləndirirlər. İlqar Mehdiyevin bu qəhrəmanlığını sonradan əsirlikdən qayıdan azərbaycanlılar danışıblar.

Son söz əvəzi

İlqar Mehdiyev Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin səyi ilə 1996-ci il may ayının 10-da əsirlikdən azad olunur. Bir neçə ay davam edən müalicə prosesi İlqarın ömrünü uzatmaq üçün yetərli olmur. Əsirlikdə dəhşətli işgəncələr görmüş, ağır bədən xəsarətləri almış və qanına zəhərli maddə yeridilmiş İ.Mehdiyev 1997-ci il fevral ayının 5-də yaşadığı Sumqayıt şəhərində dünyasını dəyişir.
Əsirlikdə olduğu 3 il ərzində ermənilər İlqarın bütün orqanlarını sıradan çıxarsalar da, bircə canındakı vətən sevgisini zədələyə bilməmişdilər...







Seymur VERDİZADƏ

 
Oxunub: 6850
Çap variantı
Məktub göndər
Facebook-da paylaş


Şərhlər
Dost
09-01-2013
Allah rehmet elesin sene, Ilqar!
Yaziya gore chox sagh olun, Seymur bey!


vuqar
09-01-2013
allah butun sehidlerimize rehmet elesin!gebirleri nurla dolsun!allah hammimizin komeyi olsun,amin!


Zaur
09-01-2013
Allah şəhid vətən övladına rəhmət eləsin!Hörmətli Seymur bəy,qəhrəman oğullarımız haqda yazılarınızı müntəzəm olaraq izləyirəm.Yazılarınız təqdirə layiqdir.Bu işdə sizə uğurlar ....


Taryel
09-01-2013
Allah rehmet elesin. Qebri nurla dolsun.



09-01-2013
Oxudum, Çox duyğulandım. Gözlərim yaşardı. Bu cür qəhrəmanlıqları orta məktəb kitablarına salmaq lazımdır. Bizim İlqar və onun kimi qəhrəman bacı və qardaşlarımız olub. (indi də var).
Allah yerlərin CƏNNƏT eləsin. Qəbirləri nurla dolsun!!!


mif
09-01-2013
Allah rehmet etsin Azerbaycanin bele ogullari varmis ve indi de var


Bəxtiyar
09-01-2013
Allah rəhmət etsin


Almaz Həsrət
09-01-2013
Allah rəhmət eləsin! Qəbri nurla dolsun!


elshan
09-01-2013
Allah rehmet eylesin.Qehremanlar hec vaxt yaddan cixmir.


Anar
09-01-2013
Bele igid ogullarimiz haqqinda esidende, helede torpaqlarimizi azad edecek ogullarimizin olduguna sukur edirem...


Həmyerli
09-01-2013
İlqar Mehdiyev Qeyrət partiyasının mərhum sədri Əşrəf Mehdiyevin qardaşı oğludur. Onlar nəsillikcə kişi adam olublar. Allah rəhmət eləsin



09-01-2013
Allah rəhmət eləsin! Qəbri nurla dolsun!


Taleh
09-01-2013
SENIN RUHUN QARWISINDA DIZ COKUB,BAW EYIREM.QEBRIN NURLA DOLSUN.


Mirzə
09-01-2013
XI putin ordusu qəhrəmanlarımızın qəbirlərinidə sökəcəklər...İz qalmasın... 1920-ci ildə olduğu kimi!


Kenan
09-01-2013
Allah rehmet elesin qebri nurla dolsun amin


Qalabey
09-01-2013
ALLAH rahmet etsin. SHEHIDLERIMIZ bizi qisasa caqirir!


qurban
10-01-2013
Öz canı,qanı bahasına torpağı qoruyan,bayrağımızı ucadan-uca tutan,şəhid İlqar! İgid ölər adı qalar! Qəbrin nurla dolsun!!!


QULNAZ QASIMLI
10-01-2013
CEBRAYIL torpaqi hemise Vetenperver oqullar yetisdirir,ESREF MEHDIYEVRAMIN SEFEROV,Metleb Quliyev,indi de ILQAR,Halal olsun bu torpaqin analarina.


DADASH
11-01-2013
Şəhid ruhu onda şad olar ki, qanlari ilə suvarılan torpaqlarımız geri alınsin. İnşallah!!! Ruhun şad olsun .


fuad
14-01-2013
oqullarimiz bele yazilari oxumalidirlar kisi kimi yasamaq ve olmek her adama qismet olmur


Memmedov Arif
15-01-2013
allah rehmet elesin. qebri nurla dolsun.


Esmira
04-03-2013
Bəlkə də İlgar kimi oğlanların çəsarətidir bizi yaşadan.Allah rəhmət eləsin.


Tural.A
30-04-2013
Milli Qehraman Ilqar.M haqqinda bu yazilanlari daniwmiwdilar mene indise yeniden ozum oxudum.Allah Rehmet Elesin.


Elcin Aliyev
09-11-2013
ALLAH RƏHMƏT ELƏSİN! YERİ CƏNNƏT OLSUN! İNŞALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZİN İNTİQAMINI ALACAYIQ! AMİN!


Akif Nagi
09-11-2013
Rehmetlik Esref Mwhdiyevin qardasi oglu idi. Esref muellim onu dogma ovladi qeder sevirdi. O esirlikde olan vaxti Esref muellimin en boyuk arzusu onun geri qayitmasi idi. Qayidanda cox sevinmisdi. Esil qehreman, esil Azerbaycan kisisi idi. Allah rehmet elesin.


VƏTƏNDAŞ
09-11-2013
Allah rəhmət erləsin! Səni döğan ananin əlindən öpərdim yaşıyırsa ona can sağlığı dünyasını dəyişibsə Allah rəhmət eləsin!


ILHAMVETERAN
09-11-2013
ALLAHIM BU ZULMU YERDE QOYMAZ !


Asif
09-11-2013
Onun bu qeyritini sözlə belə ifadə eləmək belə şətindir.Bir dəfə mən yuxarıda nəql olunan hadisənin olduğu kitabı bir rejissora verib ONUN haqqında bir tamaşanın hazırlanmasını xahiş etdim.Heyf ki,bu istəyim həyata keçmədi.Allah rəhmət eləsin! Qəbri nurla dolsun!


Ramin
09-11-2013
Allah rehmet etsin veten oglu


Vahid
09-11-2013
Yaxindan tanidiqim Ilqar haqqin da bu yazinini oxumaq kederli olduqu qeder,hemde qururvericidir.ALLAH rehmet elesin,qebri nurla dolsun!



09-11-2013
Allah rəhmət eləsin!


Kərimbəyli
09-11-2013
İlqarı yaşatmaq lazım idi.

Ah, səhiyyə,səhiyyə...


Huseyn
10-11-2013
Serhleri oxuyanda heyrete kelirsen ki hec kes bir sorusmur ki bes nece olub ki Azerbaijan sehiyyesi 9 ay muddetinde bu gehreman kenci xilas ede bilmeyib????


Vusala
10-11-2013
Allah rehmet elesin qebri nurla dolsun,yeri cennet olsun.Halaldir bele Azeri ovladlarina


Natavan Qarabağlı
10-11-2013
Allah sənə rəhmət eləsin! Allahdan bir arzum var,o soysuzların gözü qarşısında küçüklərinə belə bir işgəncə versinlər. Çox həyacan keçirdim....Allah bu əzab iztirabları yerdə qoymasın!


Layiq
10-11-2013
"Allah rəhmət eləsin!" sözlərini sənə deməyə dilim gəlmir. Çünki sən Azərbaycanımızın qəhrəmanlıq rəmzisən. Qəhrəmanlar isə heç vaxt nə ölmürlər, nə də unudulmurlar...


Mamed
10-11-2013
Telekanallarda teblig olunmalidir bize shou jox bu gehremanlari jada salmag lazimdir


Zohra Abdullayeva
10-11-2013
Bu sharhi yazanda goz yashlarim yanaqimdan suzulurdu. Ilqar, Azarbaycan saninla faxr edir. Millatimin igid , qahraman oqlu , makanin cannat olsun.


Məhəmməd
10-11-2013
allah rəhmət etsin ! Azərbaycan belə oğullarınnan fəxr edir



11-11-2013
İran qardaşlarımıza müraciət. "Düşmən səni daş ilə, Sən düşməni aş ilə, Ermənini aş ilə, bəslədik nə baş ilə?! Susayıb Türk qanına, Torpağına, varına. Quduzlaşıb it kimi, qovmaq olmur daş ilə.


sabu
11-11-2013
Düşmən səni daş ilə, sən düşməni aş ilə
Ermənini aş ilə, bəslədik nə baş ilə?!
Susayıb Türk qanına, torpağına, varına
Quduzlaşıb it kimi, qovmaq olmur daş ilə.


sabu
11-11-2013
Qalx, ey türk, vətəni erməni sökdü
Erməni iblisə kürd də, diz çökdü.
Hiyləgər erməninin lax tədbirilə
Kürd, türk qardaşının qanını tökdü.
Erməni ilə barışmaq olmaz! Onlar məhv edilməli, qovulmalıdırlar.


Vidadi Ordahallı
11-11-2013
Yaxşı olardı ki, onun bu qəhrəmanlığı orta məktəblərdə dzrsliklərə salınsın. Şagirdlər bu cür real qəhrəmanlarımızın olması ilə yaxından tanış olsunlar.


mehdi ağayev
11-11-2013
Allah rəhmət eləsin.Qəbri nurla dolsun.Eşq olsun İlqar ürəkli,İlqar cəsarətli Azərbaycan oğullarına!


qonaq
11-11-2013
Allah rəhmət eləsin---Azərbaycanımız onu unutmayacaq!


Elxan
11-11-2013
Belə oğul tərbiyə etmiş valideynlərin önundə baş əyirəm.
Aeləsinllah rəhmət


Vuqar
11-11-2013
Allah rehmet elasin!


Iradə
11-11-2013
Başın sağ olsun Vətən! Vallah belə oğullarımız olub və olacaq. Göz yaşı tökmədən, ürək ağrısı keçirmədən oxumaq mümkün deyil. Allah qəni-qəni rəhmət eləsin, qəbiri nurla dolsun! Qanın yerdı qalmasın İlqar qardaş!! Allah o faşistlərin bəlasını versin.


Nura
12-11-2013
Allah rəhmət eləsin,qəbri nurla dolsun.Azərbaycan xalqının yetişdirdiyi övlad məhz belə olmalıdır.Bayrağına, Dövlətinə kinlə xiffətlə baxanlardan olmamalıdır.Qürür duyuram.


Rəna
12-11-2013
İlqar Mehdiyev haqqında yazını və şərhləri ürək ağrısı ilə göz yaşı tökərək oxudum Şəhid İlqar Verdiyevin anası olaraq bütün şəhidlərimizin ailəsinə səbr diləyirəm Şəhidlər ölmürlər və heç vaxt unudulmurlar. Torpaqlarımız alınandan sonra onların puhları şad olacaqdır.Şəhidlər bizim qürurumuzdur. Onlarla fəxr edirik.Məkanları cənnər olsun.


Ruslan Yevlaxli
13-11-2013
Allah sene rehmet elesin Azeri olu...Senin gosterdiyin bu igidlik hec zaman tarximizden silinmeyecek.Insallah Qarabag yagi dushmenden alinar, senin ruhunda shad olar.Qurur duyuram senin kimi Azeri ogullari ile.Aferin sene.Yevlaxli balasi Ruslan


Eldar Cəfərov
16-11-2013
Allah rəhmət eləsin. !


hülya erdem
07-12-2013
ı kabrin nurla dolsun mekanın cennet olsun. keşke seni tanımasaydım okuduklarım içimi çok acıttı


Hülya Erdem
08-12-2013
kabrin nurla dolsun mekanın cennet olsun keşke seni tanımasaydım okuduklarım içimi çook acıttı.gözyaşlarımı tutamadım allah onları kahr etsin azerbaycanın aliyevlerinede yazıklar olsun...


anar
11-02-2014
aallah ilqara rehmet elesin onun ailesine azeri ogullari adindan minnetdarliq bildirirem.ilqar kimi sehidler bizim fexrimizdir.sene verilen isgencelerin bir gun qisasini alacagiq.






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
Son xəbərlər
24.07.2014, 17:36
 Ən sürətli Mobil İnternet Azercell-də!
24.07.2014, 17:17
 Bilik Fondunun icraçı direktoru kimdir - ARAYIŞ
24.07.2014, 17:12
 Təhsil naziri fərdi təhsil üzrə tədris planını təsdiqlədi
24.07.2014, 16:56
 700 bal toplamış tələbələr deputatlarla GÖRÜŞDÜ - FOTOLAR
24.07.2014, 16:40
 Təlabaninin uşaqlıq dostu İraq prezidenti oldu – FOTO
24.07.2014, 16:30
 Azərbaycanlı tələbələrin təhsil alacağı xarici universitetlərin adları açıqlanıb
24.07.2014, 16:29
 Yoxa çıxan təyyarənin düşdüyü yer bəlli oldu
24.07.2014, 16:19
 Vəli Əkbər “Xəzər” televizyasına getməyi barədə xəbərə aydınlıq gətirdi
24.07.2014, 16:08
 “Neftçi” “Koper”ə, “İnter” “Elfsborg”a qarşı
24.07.2014, 15:54
 Fazil Mustafa: “Ombudsman girovlarla bağlı nüfuzlu beynəlxalq təşkilatlara müraciət etməlidir”
24.07.2014, 15:43
 Yazıçılar Birliyi sentyabra qədər işləməyəcək
24.07.2014, 15:34
 “Məşhurların sevgi hekayətləri” - Öz şagirdi ilə evlənən xalq yazıçısı - LAYİHƏ
24.07.2014, 15:33
 Asiya milyarderlərə görə Amerikanı geridə qoydu
24.07.2014, 15:28
 Məhkəmə Rauf Mirqədirovun işi üzrə müraciəti təmin edib
24.07.2014, 15:25
 Ermənistan Ordusunun builki itkiləri AÇIQLANDI
24.07.2014, 15:21
 Keçən il 700 bal toplayan tələbə kimi də yaxşı oxuyur
24.07.2014, 15:09
 Yazıçılar Birliyi internet televiziyası açır - ÖZƏL
24.07.2014, 14:50
 Ukrayna parlamentindəki koalisiya dağıldı
24.07.2014, 14:49
 Mərhum Vüqar Həşimovun doğum günüdür
24.07.2014, 14:43
 Sərnişin təyyarəsi yoxa çıxdı
24.07.2014, 14:38
 ADU-nun mətbuat katibi Norveçdə Azərbaycan mətbuatından danışıb
24.07.2014, 14:23
 Sabahın hava proqnozu: 37 dərəcə isti olacaq
24.07.2014, 14:18
 Bu gün Kapital Bankın yaranma günüdür
24.07.2014, 14:15
 Zakir Həsənov “Qızıl Xaç”ın missiya rəhbərilə görüşdü
24.07.2014, 14:08
 “ATƏT Parlament Assambleyasının prezidentinə girovlarla bağlı göndərdiyim müraciətə cavab almamışam”
24.07.2014, 14:00
 Anar Məmmədovun xanım işçisinin qətlinin təfərrüatları açıqlanıb
24.07.2014, 13:56
 Mübariz Qurbanlı Dövlət Komitəsində ilk iclasını keçirdi
24.07.2014, 13:45
 Millət vəkili iddialarını qaralayan stereotiplər
24.07.2014, 13:41
 İlham Əliyev tikinti işləri ilə tanış olub
24.07.2014, 13:36
 Rüstəm İbrahimbəyov kino xadimlərinə məktub göndərib
24.07.2014, 13:27
 Ukrayna parlamentində kommunistlərin fraksiyası buraxıldı
24.07.2014, 13:16
 Həsən Həsənovun öldürüldüyünün təsdiqlənməsi atasının vəziyyətini pisləşdirdi
24.07.2014, 13:04
 Kolleclərə qeydiyyat bu gün başa çatır
24.07.2014, 12:56
 Azərbaycanda Rusiyada axtarışda olan iki nəfər tutuldu
24.07.2014, 12:54
 Bakıda restoranda qumar oyunu təşkil edən ifşa olundu
24.07.2014, 12:51
 Azərbaycanın qızları Ermənistana gedib
24.07.2014, 12:50
 Sülhəddin Əkbər: “Tapdıq Abbasın Müsavatdan çıxarılması səhv idi, mən ona inanıram”
24.07.2014, 12:44
 Daş karxanasında faciə: fəhlə dəzgahın altında qalıb
24.07.2014, 12:35
 “Dəli Kür” kafesində əxlaqsızlıq yuvası
24.07.2014, 12:14
 Azərbaycandakı bütün hərbi hissələrdə taksafonlar qurulub

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | İqtisadiyyat | Media | Reportaj | Mədəniyyət | Ədəbiyyat | Dünya |
Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Müəllif hüquqları qorunur. Modern.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Copyright 2014 modern.az. All rights reserved. Powered by NextPoint LLC