14 noyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - Vikipediyamizi birlikdə yazaq!
Vikipediyamizi birlikdə yazaq!
25.01.2013, 16:50

Vikipediyaçılar Azərbaycan dilli Vikipediyanın inkişaf etdirilməsi ilə bağlı  müraciət hazırlayıb.

Modern.az müraciəti təqdim edir:

Müasir dövrdə yeni informasiya texnologiyaları, internet sürətlə dəyişən, inkişaf edən dünyanın ayrılmaz bir hissəsinə, bu inkişafın təkanverici qüvvəsinə çevrilib. Çox sevindirici haldır ki, 5-6 il bundan əvvəllə müqayisədə Azərbaycanda da bu sahədə xeyli irəliləyişlər müşahidə olunur. Bunun məntiqi nəticəsi kimi Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli Sərəncamı ilə 2013-cü il Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilib. Bu gün internet məkanında Azərbaycan dilində çoxlu sayda informasiya və xəbər saytları, forumlar, bloqlar fəaliyyət göstərir. Sosial şəbəkələrdə azərbaycanlılar, xüsusilə gənclər kifayət qədər fəal görünür. Bununla belə internet təkcə xəbər saytlarından, forum və bloqlardan ibarət deyil. İnternetin həm də bir maarifləndirmək funksiyası var. Çox təəssüflə qeyd etməliyik ki, bu gün Azərbaycandilli internet məkanında bu funksiyanı yerinə yetirən saytların sayı barmaqla sayıla biləcək qədər azdır.

   

Hazırda 285 dildə fəaliyyət göstərən Vikipediya saytlarının da məqsədi məhz bu funksiyanı yerinə yetirməkdən ibarətdir. Vikipediya şəbəkəsinin bir qolu olan Azərbaycandilli vikipediya 2004-cü ildən az.wikipedia.org ünvanında fəaliyyətə başlayıb. Vikipediya bir onlayn ensiklopediyadır. Yəni buradakı məqalələr sırf ensiklopedik xarakter daşıyır və heç bir halda onlarda reklama, təbliğata yol verilmir. Vikipediyada məşhur şəxslərin həyat və yaradıcılığı haqqında bioqrafik məlumatlar yerləşdirilir, tarixi hadisələr, tarixi-mədəni abidələr, incəsənət əsərləri, müxtəlif elmlər və onların obyektləRi, predmetləri və s. barəsində zəngin məlumatlar toplanılır. Yəni, dəyərli hər bir şey, tanınmış hər bir kəs Vikipediya məqaləsinin mövzusu ola bilər. Vikipediyanın üstünlüklərindən biri də onun istənilən internet istifadəçisi tərəfindən redaktə edilə bilmə imkanının olmasındadır. Məsələn, əgər kitab şəklində tərtib olunan ensiklopediyadakı hansısa məlumat kitab nəşr olunandan hətta 1 gün sonra belə artıq köhnəlmiş məlumat ola bilərsə, Vikipediyada bu baş vermir. Redaktə olunma imkanı Vikipediyadakı məlumatların daim yenilənməsinə şərait yaradır. Edilən redaktələr, əlavə və düzəlişlər Vikipediyanın təcrübəli istifadəçiləri, idarəçiləri tərəfindən yoxlanılır.

 

Vikipediyanın bir başqa üstünlüyü burada etibarlı mənbələrə üstünlük verilməsidir. Bəzən məqaləyə yerləşdirilən hər hansısa bir cümlənin, hətta bir sözün belə həqiqəti əks etdirdiyinin sübutu kimi onlarla mənbəyə istinad olunur. Bu gün faktiki olaraq Azərbaycan dilində olan Vikipediya Azərbaycandilli internetdə ən böyük onlayn ensiklopediyadır və o hər keçən gün daha da zənginləşir və inkişaf edir. Bununla belə bizim fikrimizcə bu inkişafı daha da sürətləndirmək, alınan nəticələri daha qənaətbəxş etmək mümkündür. Bir sadə misal çəkək - Vikipediyanın ingilisdilli bölməsində bu gün 4 milyon 145 min məqalə, almandilli bölməsində 1 milyon 537 min məqalə, rusdilli bölməsində 954 min məqalə toplansa da Azərbaycandilli bölmədəki məqalələrin sayı cəmi 93 minə yaxındır. Təbii ki, bizim ingilisdilli, almandilli vikipediyalarla məqalə sayına, zənginliyinə görə yarışmaq fikrimiz yoxdur. Çünki dünyada bu dillərdə danışan, bu dillərdə yazıb-oxumağı bacaran insanların sayı Azərbaycan dilində yazıb-oxuya bilən insanlardan qat-qat çoxdur. Amma hər halda bütün dünyada 50 milyon insanın öz ana dili hesab etdiyi Azərbaycan dilinin Vikipediyasına da cəmi 95 min məqalə heç yaraşmır. Bu məqalələrin sayı indilik ən azı bundan bir neçə dəfə çox olmalı idi.

Bizim ictimaiyyətə müraciət etməyimizin ən başlıca səbəbi də elə diqqəti bu istiqamətə yönəltməkdən ibarətdir. Bu gün Azərbaycandilli Vikipediya məqalə sayına görə 285 dildə olan Vikipediya bölmələri arasında 45-ci sıradadır. Türkdilli Vikipediyalardan Türkiyə türkcəsində olan Vikipediya 210 min məqalə ilə 25-ci, qazaxdilli Vikipediya isə 205 min məqalə ilə 26-cı yerdədir. Azərbaycan dilində danışan insanların sayını nəzərə alsaq bizim Vikipediya da hazırda ən azından ilk 25-likdə yer almalı idi. Amma çox təəssüflər olsun, bizim Vikipediyada qeydiyyatdan keçən istifadəçilərin sayı bu gün 53 minə yaxınlaşsa da ay ərzində redaktələr edən, məqalələri zənginləşdirən istifadəçilərin sayı 500-ü keçmir və bu 500 istifadəçidən də cəmi 20-30-u fəal surətdə Vikipediyada fəaliyyət göstərir. Əslində, Vikipediyanın inkişaf etdirilməsinin yolu çox sadədir. Məsələn, bir sıra ölkələrdə öz dillərində olan Vikipediyaların inkişafı üçün kitab şəklində dərc olunan ensiklopediyalara müəllif hüquqları məhdudiyyəti qoyulmur və onlardakı məlumatları çox asanlıqla Vikipediyaya yerləşdirmək olur. Üstəlik, bir neçə ildən sonra həmin kitablardakı məlumatların bir qismi artıq köhnəlsə də Vikipediyadakı məqalələr yeni əlavə və düzəlişlər hesabına özündə daha dolğun və daha yeni informasiya daşıyır. Amma Azərbaycanda işıq üzü görən ensiklopedik məlumat toplularının əksəriyyəti müəllif hüquqları ilə qorunur. Vikipediyada isə müəllif hüquqları ilə qorunan heç bir məlumat, şəkil yerləşdirmək olmaz. Bu Vikipediya prinsiplərinə ziddir. Bizim geniş ictimaiyyətə müraciət etməyimizdə əsas məqsədimiz Azərbaycanın elm ocaqlarından, təhsil müəssisələrindən, eləcə də sadə internet istifadəçilərindən Vikipediyanın zənginləşdirilməsi istiqamətində bizə yardımçı olmalarını istəməyimizdir. Müəlliflik hüquqları ilə qorunmayan hansısa ensiklopedik məlumat, hətta bu məlumat 3-5 cümlədən ibarət olsa belə Vikipediyanın inkişafına töhfə sayıla bilər.

Belə bir zəngin onlayn ensiklopedik məlumat bazasının mövcudluğu internetdə Azərbaycan dilində maarifçilik işinin aparılması istiqamətində irəliyə doğru atılmış iri addımdır. Zaman keçdikcə Vikipediyanın Azərbaycan dilində əvəzsiz bir ensiklopedik baza olacağına şübhə yoxdur.

Gəlin bu ensiklopediyanı birlikdə yazaq!

Hörmətlə:

1.                  Rövşən Ramizoğlu — Azərbaycan dilində olan Vikipediyanın idarəçisi; filologiya elmləri üzrə fəlsəfə doktoru; Türkiyənin Səlcuq Universitetinin müəllimi. e-mail: [email protected]

2.                  Tərxan Paşazadə — Azərbaycan dilində olan Vikipediyanın idarəçisi; 2-ci dərəcə dövlət qulluqçusu; Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Maliyyə-təsərrüfat şöbəsinin məsləhətçisi. e-mail: [email protected]

3.                  Nihat Vəlizadə — Azərbaycan dilində olan Vikipediyanın idarəçisi; Azərbaycan Universitetinin II kurs tələbəsi. e-mail: [email protected]

4.                  Əli İsmayılov — Vikipediyanın istifadəçisi; Bonn Universitetinin magistr tələbəsi. e-mail: [email protected]

5.                  Emin Allahverdi — Vikipediyanın istifadəçisi; Azərbaycan Dövlət Neft Akademiyasının I kurs tələbəsi. e-mail: [email protected]

6.                  Babək Abbaszadə — Vikipediyanın istifadəçisi; Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi. e-mail: [email protected]

7.                  Araz Yaquboğlu — Vikipediyanın istifadəçisi; dizayner, tədqiqatçı, şair; "Qızıl qələm" mükafatı laureatı. e-mail: [email protected]

8.                  Rəşad Mehbaliyev — Vikipediyanın aktiv istifadəçisi; Macarıstan-Azərbaycan Gənclər Birliyinin İdarə Heyətinin üzvü. e-mail: [email protected]

9.                  Cavidan Ağayev — Vikipediyanın aktiv istifadəçisi; İstanbul Universitetinin I kurs tələbəsi. e-mail: [email protected]

10.              Aqşin Söhraboğlu — Vikipediyanın istifadəçisi; Sumqayıt Dövlət Universitetinin II kurs tələbəsi. e-mail: [email protected]

11.              Fuad Hüseynov — Vikipediyanın istifadəçisi; Bakı Dövlət Universitetinin I kurs tələbəsi. e-mail: [email protected]

12.              Vüqar Məmmədov — Vikipediyanın keçmiş idarəçisi. e-mail: [email protected]

13.              Ramil Cəbrayıl — Vikipediya istifadəçisi; hüquqşünas. e-mail: [email protected]

Müraciətin mətni: http://az.wikipedia.org/wiki/Vikipediya:%C4%B0ctimaiyy%C9%99t%C9%99_m%C3%BCraci%C9%99t

 

Aytən ƏLİYEVA
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Türkiyədə bələdiyyə sədri vuruldu   
14.11.2018, 00:47

Türkiyədə bələdiyyə sədri vuruldu  

Avropada vahid ordu yaradılır
14.11.2018, 00:33

Avropada vahid ordu yaradılır

Solari "Real"ın baş məşqçisi oldu
14.11.2018, 00:15

Solari "Real"ın baş məşqçisi oldu

Orta məktəblərə təhsil robotları paylanılır - VİDEO
14.11.2018, 00:01

Orta məktəblərə təhsil robotları paylanılır - VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin  35-ci ildönümü qeyd edildi
13.11.2018, 23:46

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin  35-ci ildönümü qeyd edildi

Azərbaycan nefti bahalaşdı
13.11.2018, 23:29

Azərbaycan nefti bahalaşdı

İlham Əliyev: “Slovakiya ilə siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızı davam etdirəcəyik”
13.11.2018, 23:16

İlham Əliyev: “Slovakiya ilə siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızı davam etdirəcəyik”

Xüsusi təyinatlılar qəzaya düşdü: 4 ölü
13.11.2018, 23:02

Xüsusi təyinatlılar qəzaya düşdü: 4 ölü

Qusarda sərxoş qəssab yıxılıb öldü
13.11.2018, 22:43

Qusarda sərxoş qəssab yıxılıb öldü

Yunanıstanda təyyarə qəzaya uğradı
13.11.2018, 22:30

Yunanıstanda təyyarə qəzaya uğradı

Türkiyə ordusu 19 terrorçunu məhv etdi
13.11.2018, 22:17

Türkiyə ordusu 19 terrorçunu məhv etdi

Şabranda yol qəzasında piyada öldü
13.11.2018, 22:04

Şabranda yol qəzasında piyada öldü

“Nəsimi bazar”ı sökülərək yerində bina tikilir - VİDEO
13.11.2018, 21:50

“Nəsimi bazar”ı sökülərək yerində bina tikilir - VİDEO

Ombudsman ölümlə təhdid edildi
13.11.2018, 21:33

Ombudsman ölümlə təhdid edildi

İlham Əliyev Slovakiyanın Baş naziri  ilə görüşdü - FOTOLAR
13.11.2018, 21:19

İlham Əliyev Slovakiyanın Baş naziri  ilə görüşdü - FOTOLAR

Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır
13.11.2018, 21:09

Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır

Tramp iki yüksək vəzifəli şəxsi istefaya göndərir
13.11.2018, 20:55

Tramp iki yüksək vəzifəli şəxsi istefaya göndərir

Agentlik sürücülərə xəbərdarlıq etdi: Ehtiyatlı olun
13.11.2018, 20:41

Agentlik sürücülərə xəbərdarlıq etdi: Ehtiyatlı olun

Nazir məhkəmə sədrləri və hakimləri Şəkiyə topladı
13.11.2018, 20:27

Nazir məhkəmə sədrləri və hakimləri Şəkiyə topladı

Kartof maşınında külli miqdarda pirotexniki vasitələr aşkarlandı - FOTO, VİDEO
13.11.2018, 20:14

Kartof maşınında külli miqdarda pirotexniki vasitələr aşkarlandı - FOTO, VİDEO

“Ermənistandan səsləndirilən fikirlər diplomatik etika və protokola ziddir” - XİN   
13.11.2018, 20:01

“Ermənistandan səsləndirilən fikirlər diplomatik etika və protokola ziddir” - XİN  

Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq daşıyır
13.11.2018, 19:40

Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq daşıyır

Sabah Bakı və Abşeronun bu hissələrində qaz olmayacaq
13.11.2018, 19:34

Sabah Bakı və Abşeronun bu hissələrində qaz olmayacaq

İlham Əliyev D230 blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə sazişi təsdiqlədi
13.11.2018, 19:24

İlham Əliyev D230 blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə sazişi təsdiqlədi

Azərbaycan Braziliyada diplomatik yarmarkada təmsil olundu - FOTO
13.11.2018, 19:00

Azərbaycan Braziliyada diplomatik yarmarkada təmsil olundu - FOTO

Azərbaycanın və Slovakiyanın Baş nazirləri görüşdü
13.11.2018, 18:58

Azərbaycanın və Slovakiyanın Baş nazirləri görüşdü

“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrıldı
13.11.2018, 18:52

“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrıldı

Prezident nazir Muxtar Babayevə yeni vəzifə verdi
13.11.2018, 18:41

Prezident nazir Muxtar Babayevə yeni vəzifə verdi

Naqif Həmzəyev Gəncədə yeni körpünün tikilməsini  təklif etdi
13.11.2018, 18:25

Naqif Həmzəyev Gəncədə yeni körpünün tikilməsini  təklif etdi

Qənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdı   
13.11.2018, 18:24

Qənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdı  

“Normadan 2 dəfə çox insulin istifadə etməliyik”
13.11.2018, 18:22

“Normadan 2 dəfə çox insulin istifadə etməliyik”

“Yadplanetlilərin varlığını inkar edəcək heç nə yoxdur” – “Sabah” tələbəsi ilə “Atüstü söhbət”     
13.11.2018, 18:15

“Yadplanetlilərin varlığını inkar edəcək heç nə yoxdur” – “Sabah” tələbəsi ilə “Atüstü söhbət”     

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib - SİYAHI
13.11.2018, 18:12

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib - SİYAHI

FHN Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yaydı
13.11.2018, 18:10

FHN Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yaydı

Deputatdan banklara sərt İTTİHAMLAR
13.11.2018, 18:00

Deputatdan banklara sərt İTTİHAMLAR

Axşamın HAVASI: Külək əsəcək
13.11.2018, 17:58

Axşamın HAVASI: Külək əsəcək

Gövhər Baxşəliyeva alimlərin az maaş almağından narazıdır
13.11.2018, 17:50

Gövhər Baxşəliyeva alimlərin az maaş almağından narazıdır

YAP siyasi partiyalara verilən büdcə vəsaitini artırmağı TƏKLİF EDİR  
13.11.2018, 17:49

YAP siyasi partiyalara verilən büdcə vəsaitini artırmağı TƏKLİF EDİR  

Həsənquliyev hökuməti bütün şəhid ailələrinə yardım etməyə çağırdı
13.11.2018, 17:41

Həsənquliyev hökuməti bütün şəhid ailələrinə yardım etməyə çağırdı

Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi  
13.11.2018, 17:39

Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi  

Manat sabah hansı MƏZƏNNƏDƏ olacaq?
13.11.2018, 17:37

Manat sabah hansı MƏZƏNNƏDƏ olacaq?

Tramp Makronu “Twitter”də “vurdu”
13.11.2018, 17:30

Tramp Makronu “Twitter”də “vurdu”

Bakıda 46 köçkün ailəsinin yaşayış yeri yandı - Komitə sədri hadisə yerinə gəldi
13.11.2018, 17:22

Bakıda 46 köçkün ailəsinin yaşayış yeri yandı - Komitə sədri hadisə yerinə gəldi

“O rayonları həvəsləndirmək lazımdır” – Deputat məsələ qaldırdı
13.11.2018, 17:20

“O rayonları həvəsləndirmək lazımdır” – Deputat məsələ qaldırdı

Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
13.11.2018, 17:18

Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub

“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək
13.11.2018, 17:15

“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

“Yeni tikilən xəstəxanalar, idman kompleksləri sahibkarlara icarəyə verilməlidir”
13.11.2018, 17:14

“Yeni tikilən xəstəxanalar, idman kompleksləri sahibkarlara icarəyə verilməlidir”

Deputat qiymət artımına etiraz etdi
13.11.2018, 17:11

Deputat qiymət artımına etiraz etdi

Əflatun Amaşov media və təhsillə bağlı təklif verdi  
13.11.2018, 16:51

Əflatun Amaşov media və təhsillə bağlı təklif verdi  

Azarkeşləri “Qarabağ”ı cərimələtdi  
13.11.2018, 16:48

Azarkeşləri “Qarabağ”ı cərimələtdi  

ARXİV