02 mart 2015, Bazar ertəsi
Ramil Usubov polisə yararlı 40 namizəd seçdi
Azərbaycanlı jurnalistin Boris Nemtsovla bağlı bir XATİRƏSİ
Nemtsovun son qeydləri: “Putin - müharibədir, Putin böhrandır”
Erməni silahlı qüvvələri cəbhənin Qazax, Gədəbəy, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Göygöl, Füzuli rayonları istiqamətindən atəşkəsi pozublar
Əfqanıstanda qar uçqunu nəticəsində ölənlərin sayı 200 nəfəri ötüb
Erməni publisist Vahe Avetyan Facebook-da Xocalı soyqırımına görə azərbaycanlılardan üzr istəyib
Hazırda Azərbaycanda 63 min əlil var
Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm İqtisadiyyat Media Reportaj Elm və Mədəniyyət Ədəbiyyat Dünya
FotoSorğularReklam xidmətiƏlaqə
Ter-Petrosyanın tərəfdarları Yerevanda mitinq keçirib
2 martın hava PROQNOZU
Moskvada Boris Nemtsova həsr olunmuş matəm yürüşü keçirilir - FOTOLAR
Bakıda “Əli və Nino” filminin çəkilişləri başlayıb - FOTOLAR
Naxçıvanlı fotoqraf-şair vəfat edib
Martın 1-də Azərbaycanda bəzi malların qiyməti qalxıb
“Torpaqlardan səmərəli istifadə edək” – Deputat seçicilərinə çağırış edib
AZƏRTAC-ın 95 yaşı tamam oldu
Vurğun Əyyub Qubad İbadoğlunun 1-ci müavini təyin edildi
Elmira Qafarovanın oğlu hardadır? - FOTOLAR
Azərbaycanlı qanı
Ukraynada bir jurnalist həlak olub
Boris Nemtsovun həyatının son anları - VİDEO
Boris Nemtsovun güllələnmə anı - VİDEO
Milli Şura martın 15-nə mitinq təyin etdi
İntihar edən erməni əsgərin ailəsini aldadırlar
Qiyməti ucuz, faydası çox olan HƏYAT CÖVHƏRİ
Dünyanın ən kasıb prezidenti postunu tərk edir

Xəbərlər arxivi

«

Mart 2015

»

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

         
 
New Page 2
A A A
Azərbaycanda qohum olan məmur və deputatlar - yol verin qudam gəlir - SİYAHI
 16.02.2013, 11:42


Son zamanlarda məmurların adları mətbuatın gündəmində müxtəlif xəbərlərdə hallanır. Ən maraqlısı isə tez-tez iki məmurun ya da deputatların quda və qohum olması xəbərləridir. Bu günlərdə belə bir məlumat Gəncənin icra başçısı Elmar Vəliyev haqqında yayıldı. İcra başçısının Baş Prokurorluğun idarə rəisi Əzizağa Həsənovla quda olduğu deyilir.

Modern.az saytı bu xəbərdən sonra oxucuların marağını nəzərə alıb, kiçik bir araşdırma apardı. Azərbaycanda hansı məmurlar bir-biri ilə qohum olub?

Başlayaq elə bu barədə xəbərləri yayılan Elmar Vəliyevdən. O, Baş Prokurorluğun idarə rəisi olan Əzizağa Həsənovla quda olub, icra başçısı idarə rəisinin qızını oğluna alıb. Ə.Həsənov əslən Salyan rayonundandır və onun qardaşı Hüseynağa Həsənov bu rayonun mərkəzi Xəstəxanasının baş həkimidir.

Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevin isə Prezidentin mühafizə xidmətinin rəisi general Bəylər Əyyubovla qohum olduğu deyilir.

Mətbuatda adı tez-tez hallanan nəqliyyat naziri Ziya Məmmədov da oğlu üçün məmur qızına elçi düşənlərdəndir. Belə ki, bu yaxınlarda toyu olan Anar Məmmədov Hesablama Palatasının sədri Heydər Əsədovun qızı ilə ailə qurub.

Ziya  Məmmədov buna qədər sabiq baş hərbi komissar, Salyan rayonunun keçmiş icra başçısı, hazırki deputat Əliağa Hüseynovla qohum olub. Məlumata görə, Ziya müəllimin qızı Nigar xanım Əliağa müəllimin oğlu ilə ailəı qurub. 

Nəqliyyat naziri həm də deputat Sabir Rüstəmxanlı ilə qohumdur.  Belə ki, millət vəkili Sabir Rüstəmxanlı və Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlının bir müddət öncə Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun qızı Günel xanımla evlənib.

Yol verin, qudam gəlir...

Analoji qohumluq münasibəti təhsil naziri Misir Mərdanovla məşhur Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sabiq hakimi Mənsur İbayev arasında da var.

Qətlə yetirilmiş general Rail Rzayev də general Əliağa Hüseynovun qardaşı ilə qohumdur.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da qudadır.

Daha bir məşhur quda isə sabiq səhiyyə naziri Əli İnsanovla Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi, hazırda Prezident Administrasiyasında  şöbə müdiri vəzifəsini tutan general Məhərrəm Əliyevdir.

Azərbaycanda yüksək vəzifələrdə işləyən, bu və digər qohumluq əlaqələri olan xeyli məmur var. Daxili işlər naziri Ramil Usubovun isə Xətai rayonunun prokuroru Yusif İldırımzadə ilə quda olması məmur qudalarının sayını artırıb.

Azərbaycanın ən nüfuzlu məmurlarından biri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov ötən il Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qızını gəlin gətirib. Fövqəlnazir kiçik oğlu Nicat Heydərova Elçin Quliyevin qızını almaqla qohum olan məmurların siyahısını artırıb.  

Ötən il övladlarına toy edib məmur quda qazananlardan biri də milli təhlükəsizlik naziri Eldar Mahmudov olub. Nazir oğluna Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin qızını alıb.  

Nəqliyyat nazirinin müavini Musa Pənahov Moldovanın keçmiş prezidenti Vladimir Voroninlə qudadır. Musa müəllimin oğlu Voroninin nəvəsi ilə evlənib.

Baş nazirin müavini Abid Şərifovun gəlini daxili işlər nazirinin sabiq müavini, mərhum Rövşən Cavadovun qızıdır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Milli Məclisin deputatı Qalib Salahzadə ilə qudadır.  

Baş prokurorun birinci Rüstəm Usubovla müdafiə sənayesi naziri Yavər Camalovu da qudaqlıq münasibətləri bağlayır. Rüstəm müəllimin qızı Yavər Camalovun oğlu ilə evlənib.

... ən əziz adam gəlir

Vergilər naziri Fazil Məmmədovun da qohumu olan məmur var. Fazil Məmmədovun bacısının həyat yoldaşı Binəqədi rayonunun hazırki icra başçısı Xaləddin İsgəndərovdur.

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin də sözügedən qohumluq münasibətlərində olması bəllidir...

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevlə qudalıq qohumluğundadır.

Azərbaycan məmurlarının vəzifəli şəxslərlə qohum olması yalnız ölkə daxili ilə məhdudlaşmır. Xarici dövlətlərlə quda olan, nəvələrinə kirvə tutan nazirlərimiz, deputatlarımız da var.
Son günlər adı mətbuatdan düşməyən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov qızlarından birini Rusiya Gömrük Komitəsi sədrinin müavininin oğluna ərə verib. Maraq doğurduğundan onu da bildirək ki, iki dövlətin quda olan vəzifə sahibləri övladlarının toy mərasimini Yunanıstanın paytaxtında Afinanın ən bahalı otellərindən birində təşkil ediblər.

Milli Məclisin spikeri Oqtay Əsədov Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevlə qudadır.

Azərbaycan Ziyalılar Forumunun yaradıcılarından biri, Prezident Katibliyinin sabiq rəhbəri Eldar Namazovla Azərbaycan Diplomatik Akademiyasının rektoru, Azərbaycanın ABŞ-dakı sabiq səfiri Hafiz Paşayev qohum olublar. Məlumata görə, Eldar Namazovun ABŞ-da təhsil alan oğlu Saqif Namazov Hafiz Paşayevin nəvəsi ilə nişanlanıb.

Tovuz rayonunun sabiq icra başçısı, hazırda Dövlət Statistika Komitəsi sədrinin birinci müavini vəzifəsini tutan Həmid Bağırov Azərbaycan Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanovla qohumdur. Həmid Bağırov Əhliman Əmiraslanovun qaynıdır.

Bu, hakimiyyətdəki qudaların yalnız kiçik bir siyahısı idi. Amma hökumətdə, digər hakimiyyət qollarında yüksək postlarda qərar tutan bir çox məmurlar  da var ki, digər qohumluq əlaqələrindədirlər.

Nə demək olar, Allah bütün qudaları mehriban eləsin!

Gültəkin ƏLƏSGƏR

 
Oxunub: 35745
Çap variantı
Məktub göndər
Facebook-da paylaş


Şərhlər
Vaqif Qüdrət Zəngilanlı
16-02-2013
Hakimiyyət bütövlükdə qohumlaşıb.Bu isə o deməkdir ki,onlar öz karyeralarını qorumaq üşün buna əl atıblar.
Göründüyü kimi,onların özlərindən sonra da övladları bu vəzifə postlarına sahib çıxacaqlar.Yazıq bu millətin gününə.


Nahid Usubov
16-02-2013
Bu yazıya göre teşekkürler modern.az rehberliyi. Bir maraqlı mövzu da var: nazirlerden, yüksek vezife tutanlardan kimlerin qohumu hansı vezifededir? Bu mövzuda araşdırma aparsanız ela olar. Meselen, İsmayıllının icra başçısının Füzuli Elekberovun qohumu olduğunu bilmirdik. Yaxud Qubanın sabiq icra başçısı Ziya Memmedovun emisioğlu imiş. Gence İcra başçısı Elmar Veliyev Xanlar Veliyevin qardaşıdır. Bu kimi araşdırmalar aparıb maraqlı neticeler ortaya çıxarmaq olar. Bununla nazirlerin işden çıxarılmasının rehberlik üçün ne derecede tehlükeli olduğunu müeyyenleşdirmek olar. Onlar artıq şebeke halını alıblar. Ona göre de işden çıxarmaq çetin meseledir.


El
16-02-2013
Eli insanovun bele day-dayi varsa niye hebs olunub


rafo
16-02-2013
VAY VAY VAY BU YAZIQ MİLLƏTİN GÜNÜNƏ, QARDAŞ BUNLARI BELƏ TOPNAN VURSANDA DAHA DAĞILMAZ.... SƏN DEMƏ ELƏ BUNLAR BİR BİRİNİ ............ irəli çəkirlər!!!!!


Natavan
16-02-2013
Əvvala El qardaş, Əli İnsanov həbs olunan kimi,qızını general oğlu boşadı.İndi isə Dəmir Ledi adlanan Maya xanımın qızı ilə yenidən toy edib ailə qurub.İkincisi, onlarda millətə sevgiləri olsa,gedib öz oğulalrına kasıb balası alarlar ki,kasıb da bir gün görsün.Elə bu qohumluqlardan millioner məmurların "öz" xalqına olan "sevgisi" bəllidir.Yığın bu pulları,Allah özü bilsin...


Tobruk
16-02-2013
Evvela bu xeber dunen bashqa bir saytda qoyulmushdu. Siz de xeberi oz melumatiniz Kimi verirsiniz. Plagiat ve qeyri Deqiq informasiyalar. Eldar NAmazovun oglu ole Bali deyilenler yanlishdir. Eli Insanovun qizi M.Eliyevin oglundan choxdan boshanib.



Müəllifdən Tobruk adlı şərhyazana
16-02-2013
Tobruk, azərbaycanlısan, yoxsa başqa millətdən, deyə bilmərəm, hər halda adın belə deməyə əsas verir.

Bəli, sən bu məlumatı başqa saytlarda oxuya bilərsən. Çünki başqa saytlar məlumatı məhz Modern.az-dan götürüb veriblər. Ona görə də plagiat biz deyil, onlardır.
İkincisi də bunu yazmaqla hiss olunur ki, sən oxucu kimi hansı səviyyənin yiyəsisən...


Teymur
17-02-2013
yaxwi malumatdir bunlari bilmak lazimdir


Bey
17-02-2013
demeli, müxalifet metbuatinda tez tez yazilan "hakimiyet daxili" , "qruplaşmalararası mübarize" ve bu tipli sözler cefengiyatdi.
Hamı bir birine qohum olan halda hakimiyetdaxili cekişmeden söhbet gede bilmez.


ilgar
19-02-2013
gardas bele cixir ki, F.Elekberov xristiyanla guda olub.


Lala
04-05-2013
Kim bunlarin yerine olsa eyni cur hereketi eliyer!


enver mehdiyev
22-05-2013
men pis baxmiram allahtala bilir kime ne verir men kasibam ama bili ozumi taniyiram pulum olsa ne hoqalardqn cixaram


melek
13-09-2013
Butun vezife sahibleri bir birine qohumdursa,kimden wikayet etmek olar ki?mehz ona gorede vetendawlarin wikayetine baxilmir.


emin
25-09-2013
goresen Allahasukur pasazade ovladinin kkebini ozu kesib yoxsa dini bilen birine kesdirib


mahmudov vusal
30-12-2013
zalimlar birleshib, vay mezlumlarin halina


Gunel
05-04-2014
Allah xosbext elesin


reside
14-04-2014
once oxuyan her kese salam.bu basdakilar bele bir biri ile qohum olur.......... yaziq millet.;


parvana
17-06-2014
Bawqa cur olada bilmaz. Imkanlilar kasiblari ozlarina hec vaxt yarawdirmayiblar!


Günay
27-07-2014
Allahşükür Paşazadenın 5 qızı var hech bır memurla qohum olmayıb! Qalıb salahzade de qohumluqdan uzun müddet kecenden sonra deputat olub...


dadash axundov nerdaran kendi
11-02-2015
memurlar birleshende hazirki veziyyeti basha dushmek cetin deyil






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
Son xəbərlər
01.03.2015, 23:40
 Ter-Petrosyanın tərəfdarları Yerevanda mitinq keçirib
01.03.2015, 17:49
 2 martın hava PROQNOZU
01.03.2015, 17:40
 Moskvada Boris Nemtsova həsr olunmuş matəm yürüşü keçirilir - FOTOLAR
01.03.2015, 17:19
 Bakıda “Əli və Nino” filminin çəkilişləri başlayıb - FOTOLAR
01.03.2015, 16:15
 Bakıda tikintisi 90 faiz yekunlaşan bu piyada keçidi söküləcək - FOTO
01.03.2015, 15:45
 Naxçıvanlı fotoqraf-şair vəfat edib
01.03.2015, 14:38
 Martın 1-də Azərbaycanda bəzi malların qiyməti qalxıb
01.03.2015, 14:31
 “Torpaqlardan səmərəli istifadə edək” – Deputat seçicilərinə çağırış edib
01.03.2015, 14:05
 AZƏRTAC-ın 95 yaşı tamam oldu
01.03.2015, 13:55
 Vurğun Əyyub Qubad İbadoğlunun 1-ci müavini təyin edildi
01.03.2015, 13:43
 Elmira Qafarovanın oğlu hardadır? - FOTOLAR
01.03.2015, 13:36
 Azərbaycanlı qanı
01.03.2015, 13:01
 Ukraynada bir jurnalist həlak olub
01.03.2015, 01:17
 Boris Nemtsovun həyatının son anları - VİDEO
01.03.2015, 00:37
 Boris Nemtsovun güllələnmə anı - VİDEO
28.02.2015, 23:37
 Milli Şura martın 15-nə mitinq təyin etdi
28.02.2015, 22:40
 Qarabağda düşmənin 2 hərbçisi məhv edildi
28.02.2015, 22:00
 İntihar edən erməni əsgərin ailəsini aldadırlar
28.02.2015, 21:25
 Qiyməti ucuz, faydası çox olan HƏYAT CÖVHƏRİ
28.02.2015, 21:05
 Dünyanın ən kasıb prezidenti postunu tərk edir
28.02.2015, 16:55
 Bahalaşma ilə bağlı aksiya keçirilir - FOTOLAR
28.02.2015, 16:17
 Rusiyada siyasi qətllərin tarixi - XRONOLOGİYA
28.02.2015, 16:01
 Zakir Həsənov: “Artıq torpaqlarımızın azad olunacağı gün yaxınlaşır”
28.02.2015, 15:56
 Gömrük Komitəsinin sədri iş adamları ilə görüşdü, süni qiymət artımı yaradanları tənqid etdi
28.02.2015, 15:50
 Ramil Usubov polisə yararlı 40 namizəd seçdi
28.02.2015, 15:45
 İlyas İsmayılov Nemtsovun qətlinə münasibət bildirdi
28.02.2015, 15:31
 “Yol əhvalatı”nın KADRARXASI: “Siyavuş Aslan Yaşar Nurinin başına necə qapaz vurdusa..” - Hacı İsmayılov
28.02.2015, 14:43
 Zakir Həsənov cəbhə bölgəsində - FOTOLAR
28.02.2015, 14:37
 Bakıdakı "Heydər" məscidinə rəhbər təyin olundu
28.02.2015, 14:33
 Nazirlik Azərbaycandakı süni qiymət artımı ilə bağlı məlumat yaydı
28.02.2015, 14:22
 Azərbaycanlı jurnalistin Boris Nemtsovla bağlı bir XATİRƏSİ
28.02.2015, 14:10
 Rəsul Quliyev Nemtsovun ölümündən YAZDI: “Bu “KQB”nin dəsti-xəttidir”
28.02.2015, 13:50
 Yazımızın tarixi - özümüzün tarixi
28.02.2015, 13:16
 Nemtsovun qatillərinin avtomobili müşahidə kamerasına düşüb - VİDEO
28.02.2015, 13:03
 Olland Nemtsovun ölümünü “iyrənc qətl” adlandırdı
28.02.2015, 12:48
 Nemtsovun son qeydləri: “Putin - müharibədir, Putin böhrandır”
28.02.2015, 12:36
 1 martın hava PROQNOZU
28.02.2015, 12:31
 Etibar Məmmədov Nemtsovla görüşündən danışdı: “O, Azərbaycanda demokratikləşməni vacib hesab edirdi”
28.02.2015, 12:26
 “Zərdabi belə deyərdi” - Abid Tahirli: “Həsən bəy Zərdabidən öyrənəcəyimiz çox dəyərlər var” - RUBRİKA
28.02.2015, 11:57
 Deputat: “Bakıda narkomanlardan biri bələdiyyə sədrliyinə namizədliyini vermişdi” - MÜSAHİBƏ

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | İqtisadiyyat | Media | Reportaj | Elm və Mədəniyyət | Ədəbiyyat | Dünya |
Foto | Sorğular | Reklam xidməti | Əlaqə

Müəllif hüquqları qorunur. Modern.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Copyright 2015 modern.az. All rights reserved. Powered by NextPoint LLC