04 avqust 2015, Çərşənbə axşamı
Nino Burcanadze persona non-qrata elan edildi
İranın dini lideri İsraili məhv etmək planlarını açıqladı
İlham Əliyev Barak Obamanı təbrik etdi
Ermənistan Ordusu Qazax, Tovuz, Gədəbəy, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl rayonları istiqamətindən atəşkəsi pozublar
Kolumbiyada hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb: 12 ölü
Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm İqtisadiyyat Media Reportaj Elm və Mədəniyyət Ədəbiyyat Dünya
FotoSorğularReklam xidmətiƏlaqə
Məhəmməd peyğəmbərin uşaqlığından bəhs edən film - İSLAM DÜNYASI MARAQDA
Sizi istidə işləməyə məcbur edirlərsə... - 142-YƏ ZƏNG EDİN
Xarici investorlar Azərbaycanda hostellər tikəcəklər
Yerdən kənar həyat mövcuddur - NASA TƏSDİQ ETDİ
Neft kəskin ucuzlaşdı
Azərbaycanda bəzi kanalların yayımı dayandırılacaq - RƏSMİ
Azərbaycan və İran arasında sərnişinlərin gediş-gəlişi asanlaşdırılmalıdır
Tanınmış kino rejissorunun ürəyi əməliyyat edildi
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis təyin edildi
Sürücülər avtomobillərini sığorta etdirməkdən niyə çəkinirlər?
Futbolda ağ kart
Azərbaycanın dövlət büdcəsi yarım il ərzində kəsirlə icra olunub
Hər işçisinə 200 min dollar bağışladı
Türkiyəli tarixçidən Füzuli ilə bağlı ŞOK İDDİA – VİDEO
Prezident teatr binasının yenidən qurulması üçün 5 milyon manat ayırdı
"Şahdəniz"də hasilat dayandırılıb
Klinton reklam kampaniyasına 2 milyon dollar xərcləyib
“Dövlətqaçqınkom” 40 köçkün ailəsini Sumqayıtdan köşürməyə hazırlaşır

Xəbərlər arxivi

«

Avqust 2015

»

     

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

           
 
New Page 2
A A A
İcazə verərsiz evimi tikim?
 30.03.2013, 23:46

“Keçən ildən torpaq sahəsi almışam, sənədləri də qaydasındadır. Ancaq heç cür ev tikintisinə başlaya bilmirəm. Neçə aydır rayon icra hakimiyyətinə get-gəldəyəm, icazə almaq mümkün olmur”. Dərdini bizə danışan Rasim Babayev Bakı qəsəbələrindən birində (öz xahişi ilə ünvanı göstərilmir-F.S.) torpaq alanda ailəsi çox sevinibmiş, bir neçə aydan sonra geniş evə köçəcəklərini xəyal ediblər. Amma ailə rəhbəri hələ də İH-nin Tikinti və Memarlıq Şöbəsindən lazımi sənədi ala bilmir.

R.Babayevə eşitdiriblər ki, gərək icra başçısı yanında hansısa fonda  pul keçirsin. Özü də nədənsə bu rüsumun məbləği az qala torpağın qiymətinin üçdə birinə - 2500 manata yaxındır. Amma Babayevin əlində qanunla tələb olunan rüsumların ödənməsi haqda qəbzlər var. O, tələb olunan sənədlərin hamısını əldə edəcəyini, rüsumdan əlavə pul ödəməyəcəyini bildirib. Onda İH özündən yeni sənədlər icad edib - tikiləcək evin smeta xərcləri, onu hansı pul gəlirləri hesabına tikdirəcəyi haqqında məlumat istəyiblər: “Mən bir mərtəbəli, 3 otaqlı ev tikmək istəyirəm. Məgər ipoteka alıram ki, gəlirlərim haqda sənəd gətirəm? Bax, beləcə, işlərim donub qalıb. Orasını da deyiblər ki, əgər icazəsiz tikintiyə başlasam, gəlib sökəcəklər”.

QANUN İCAZƏ İSTƏMİR

Əslində isə hazırda qüvvədə olan qanunvericilik fərdi mənzil tikintisi üçün icazə prosedurunu xeyli asanlaşdırıb. Bu il yanvarın 1-dən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, artıq vətəndaşlar fərdi yaşayış evinin tikintisi üçün əvvəlki kimi rayon (şəhər) icra hakimiyyətlərindən icazə almalı deyil, yalnızca bu qurumu özünə aid torpaq sahəsində ev tikəcəyi barədə məlumatlandırmalıdır. Yəni, faktiki olaraq icazə “məlumatlandırma icraatı” ilə əvəz olunub. Əlbəttə, bunun üçün bir sıra şərtlər müəyyənləşdirib. Məsələn, fərdi yaşayış evinin hündürlüyü - binanın səkisinin ən aşağı və damının ən hündür nöqtələrinin səviyyələrinin fərqi 12 metrdən, mərtəbələrin sayı isə 3-dən artıq olmamalıdır. Həmçinin, tikiləcək evin aşırımları (divar və ya sütunları) arasındakı məsafə maksimum 6 metr olmalıdır.

İkinci şərt İH-lərinə tikinti barədə yazılı xəbərdarlıq göndərərkən, memarlıq-planlaşdırma sənədləri də məktuba əlavə olunmalıdır. Yəni, tikiləcək evin fasadı və onun mərtəbələrinin quruluşunu əks etdirən plan-çertyoj çəkilməlidir. Bu çertyoj lisenziya əsasında fəaliyyət göstərən memarlara və ya tikinti-layihə institutlarında müəyyən pul müqabilində hazırlatdırıla bilər. Qanuna əsasən, 3 ay ərzində həmin plan-çertyoja yerli icra hakimiyyətindən irad tutulmazsa, tikintiyə başlanıla bilər. Əks təqdirdə, yəni planın tikinti normativlərinə uyğunlaşdırılmalı olması barədə göstəriş olarsa, vətəndaş bu iradları aradan aldırıb tikintiyə başlaya bilər.

NAZİRLƏR KABİNETİ QAYDALARI HAZIRLAMAYIB

Bakı Hüquq Mərkəzinin hüquqşünası Fərhad Nəcəfov da hazırda məcəllənin tətbiqi ilə bağlı bəzi narahatlıqların olduğunu bildirir: “Əfsuslar olsun, bəzən fərdi yaşayış evinin tikintisi üçün yeni qaydalar əsasında yerli İH orqanlarına müraciət edən şəxslərə həmin orqanlardan qaneedici cavablar gəlmir. Belə ki, bir sıra yerli icra hakimiyyəti orqanlarından vətəndaşlara bildirirlər ki, "məlumatlandırma icraatı haqqında Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydalar olmalıdır və həmin qaydalar hələ ki, onlarda yoxdur. Və onlarda bu qaydaların mövcud olmadığı dövrdə tikinti üçün hələ ki, icazənin alınması lazımdır."

Hüquqşünas əslində ilk baxışdan bu cavabın müəyyən qədər əsaslı olduğunu da istisna etmir. Çünki Prezidentin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanununun tətbiqi barədə 4 sentyabr 2012-ci il tarixli Fərmanına əsasən, Nazirlər Kabineti 5 ay ərzində məlumatlandırma icraatı ilə bağlı qaydalar müəyyənləşdirməli idi: “Eyni zamanda, Nazirlər Kabinetinin 13 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən, aidiyyəti dövlət qurumları bu qaydaları hazırlayıb 4 ay ərzində Nazirlər Kabinetinə təqdim etməli idilər. Yəni, Prezidentin Fərmanın qüvvəyə minməsindən sonrakı ən geci 5-ci aya – 4 fevral 2013-cü ilə kimi bu Qaydalar işıq üzü görməli idi. Lakin hələlik bu qaydalar haqqında heç bir məlumat yoxdur”.

Buna baxmayaraq, F.Nəcəfov hesab edir ki, qaydaların olmaması Məcəllənin işləməsinə əngəl törədə bilməz. Çünki “AR Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiqi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 29 iyun 2012-ci il tarixli Qanuna əsasən, şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar yeni Məcəlləyə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır: “Yəni bu normadan bəlli olur ki, əgər tikinti ilə bağlı qüvvədə olan digər qanunlar bu Məcəllə ilə ziddirsə, həmin qanunlar tətbiq oluna bilməz. Ona görə də əvvəllər qüvvədə olan "fərdi yaşayış evinin tikintisi üçün icazə icraatı" "məlumatlandırma icraatı" ilə ziddiyyət təşkil etdiyindən "məlumatlandırma icraatı"na istinad edilməlidir. Axı "icazə icraatı" artıq qüvvədən düşmüş sayılır. Yeni qaydaların hələlik mövcud olmaması insanların fərdi ev tikintisinə maneə yarada bilməz. Bu, dolayısilə Konstitusiyanın 43-cü maddəsindən irəli gələn hüquqlarından istifadəyə maneə yaratmış olardı”.

SÖKƏ BİLMƏZLƏR, ANCAQ CƏRİMƏLƏMƏK OLAR

F.Nəcəfov qanunda peşəkarlar tərəfindən hazırlanmış plan-çertyoj haqda tələbin qoyulmasını düzgün sayır. Əks təqdirdə, ölkədə standartlarsız, tikinti normalarına riayət edilmədən inşaatların sayı çoxalar: “Həm də İH çertyoj-plana yalnız bir dəfə irad tuta bilər. Digər tərəfdən, çertyojlar lisenziya əsasında fəaliyyət göstərən memarlara və ya tikinti-layihə institutlarında çəkilirsə, nadir hallarda orada qüsurlar tapıla bilər”.  

Evin sökülməsi haqda hədələrə gəlincə, yerli icra hakimiyyətinin tələbinə əsasən, çertyoj-plana qanuni düzəlişlər edilmədən tikintiyə başlanılması inzibati məsuliyyətə səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsinin 195-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş normalardan kənara çıxılmaqla evlərin tikilməsinə görə fiziki şəxslər yerli icra hakimiyyəti tərəfindən 300-600 manatadək cərimə oluna bilərlər.

PARLAMENTİN TÖHFƏSİ

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli yeni Məcəlləni parlamentin Azərbaycan qanunvericiliyinə verdiyi çox əhəmiyyətli bir töhfə kimi qiymətləndirir: “Həyat məcəllənin praktikaya nə dərəcədə uyğun hazırlandığını da göstərəcək. Bu sənəd tam beynəlxalq standartlara uyğun hazırlanıb və bəyənilib. Ona görə də məcəllənin həm fərdi evlər, həm də mənzil tikintisi sahəsində uğurlu tətbiqinə inanıram”.

BİZDƏ 3 AYA, AMERİKADA 10 DƏQİQƏYƏ

Beynəlxalq standartlardan söz düşmüşkən, müxtəlif ölkələrdə fərdi evlərin tikintisi üçün icazənin alınması şrtləri müxtəlifdir. Elə ABŞ-da da tikinti üçün icazə alınmalıdır. Sadəcə bu prosedur maksimum dərəcədə asanlaşdırılıb: inşaata icazə verəcək instansiyalarının hamısının nümayəndəsinin əyləşdiyi ayrıca bir qurum - Binalar və Qiymətlər üzrə departamenti yaradılıb.  Mülkiyyətçisi olduğu torpaqda nəsə tikmək istəyən vətəndaş (yaxud şirkət rəhbəri) bura yalnız bir dəfə gəlir. Vətəndaşa hansı forma  doldurmaq lazım olduğu göstərilir. Həmin şəxs lazım olan anketləri doldurur və rüsumu ödəyir. Bundan sonrası işlə idarə işçiləri özləri məşğul olurlar. Müraciət cavab hazır olan kimi onu elektron qaydada vətəndaşa göndərirlər, həmçinin sayta yerləşdirirlər. İmtina olarsa, onun konkret  səbəbləri göstərilir. Ona görə vətəndaşın yenindən gəlməsinə ehtiyac qalmır.

Ohayo ştatında Sinsinnati Binalar və Qiymətlər üzrə departamentin ictimaiyyətlə əlaqələndiricisi Məcid Dubdoub bizə müsahibəsində deyib ki, sənədlərdəki əyər-əksiyi düzəldəndən sonra icazəni bir neçə günə almaq olar: “Evinin böyür-başının düzəltmək istəyən, hansısa artırma aparmaq istəyənlərin işi lap asandır. .Praktikada onlar 1 saat ərzində icazəni alırlar. Sizə düzünü deyim, hətta 15 dəqiqəyə də icazə verdiyimiz hallar olub. Adətən bizə müraciət edənlərin 95 faizi icazə alır. Məqsədimiz o deyil ki, insanları get-gələ salaq. Departamentin yaradılmasına məqsəd insanların işini asanlaşdırmaqdır”.

İCAZƏLƏRİN SAYI AZALIB

Dövlət Statistika Komitəaindən aldığımız məlumata görə, Azərbaycanda son illərdə daşınmaz əmlakla bağlı verilən icazələrin sayında azalma müşahidə olunur. Belə ki, mənzil tikintisi üçün 2009-cu ildə 1258 icazə verilibsə, 2010-cu ildə onların sayı 1245-ə düşüb. Bununla yanaşı ölkə ərazisi üzrə istifadəyə verilmiş evlərin sayında artım var. Belə ki, 2009-cu İldə 998  min kv.m ərazi yaşayış evi kimi istifadəyə verilibsə, 2010-cu ildə bu göstərici 1151 min kv.metr, 2011-ci ildə isə 1652 min kv.metrə çatıb. Ekspertlər ümid edirlər ki, qüvvəyə minən yeni qanunvericilik sayəsində icazələrin və fərdi yaşayış sahələrinin sayı artacaq.

Fərəh Sabirqızı

 
Çap variantı
Məktub göndər
Facebook-da paylaş


Şərhlər
imran
19-06-2015
şəxsi cıxarşı olan torpaq sahəsində ih-nin memarlıq şöbəsinə müraciet edib lahiyyə əsasında məlumatlandırma icratlna memar tikinti ucün rəsmi icazə verib mən tikinti ücün rəsmi rüsum ödəməliyəm ödəməliyəmsə nə qədər ödəməliyəm xahiş edirən mənə rəsmi bildirəsiniz






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
Son xəbərlər
04.08.2015, 00:43
  Məhəmməd peyğəmbərin uşaqlığından bəhs edən film - İSLAM DÜNYASI MARAQDA
04.08.2015, 00:21
 Sizi istidə işləməyə məcbur edirlərsə... - 142-YƏ ZƏNG EDİN
04.08.2015, 00:14
 Xarici investorlar Azərbaycanda hostellər tikəcəklər
03.08.2015, 23:42
  Yerdən kənar həyat mövcuddur - NASA TƏSDİQ ETDİ
03.08.2015, 23:24
 Neft kəskin ucuzlaşdı
03.08.2015, 23:02
 Azərbaycanda bəzi kanalların yayımı dayandırılacaq - RƏSMİ
03.08.2015, 22:45
 Azərbaycan və İran arasında sərnişinlərin gediş-gəlişi asanlaşdırılmalıdır
03.08.2015, 22:23
 “LUKoyl” şirkəti çirkli pulların yuyulmasında ittiham edilir
03.08.2015, 22:07
 Nino Burcanadze persona non-qrata elan edildi
03.08.2015, 21:48
 Tanınmış kino rejissorunun ürəyi əməliyyat edildi
03.08.2015, 21:28
 Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis təyin edildi
03.08.2015, 21:14
  Sürücülər avtomobillərini sığorta etdirməkdən niyə çəkinirlər?
03.08.2015, 20:58
 Kral villasını tərk etməyə məcbur oldu - ƏHALİ ETRİRAZ ETDİ
03.08.2015, 20:42
 Futbolda ağ kart
03.08.2015, 20:29
 Azərbaycanın dövlət büdcəsi yarım il ərzində kəsirlə icra olunub
03.08.2015, 20:10
 Hər işçisinə 200 min dollar bağışladı
03.08.2015, 20:04
 Türkiyəli tarixçidən Füzuli ilə bağlı ŞOK İDDİA – VİDEO
03.08.2015, 18:27
 Prezident teatr binasının yenidən qurulması üçün 5 milyon manat ayırdı
03.08.2015, 18:13
 "Şahdəniz"də hasilat dayandırılıb
03.08.2015, 18:11
 Klinton reklam kampaniyasına 2 milyon dollar xərcləyib
03.08.2015, 17:54
 “Dövlətqaçqınkom” 40 köçkün ailəsini Sumqayıtdan köşürməyə hazırlaşır
03.08.2015, 17:38
 Azərbaycanın axtarışa verdiyi rus milyonçu Qarabağı tərk edə bilmir: “Məni qandallayacaqlar”
03.08.2015, 17:26
 İranın dini lideri İsraili məhv etmək planlarını açıqladı
03.08.2015, 17:07
 “Vuruldum mandata, niyə “YOX” deyim ki..”
03.08.2015, 16:56
 Dünyada heç bir ölkəyə məxsus olmayan ƏRAZİLƏR – MARAQLI
03.08.2015, 16:50
 Füzuli Xəstəxanasına yeni təcili yardım maşınları verilib
03.08.2015, 16:34
 Əsgərlərə konsert verməyə gedən sənət adamları yol qəzasına düşdülər, gənc aşığın vəziyyəti ağırdır
03.08.2015, 16:26
 Keçmiş baş nazir: “Putinə müharibə hakimiyyətini qorumaq üçün lazımdır”
03.08.2015, 16:12
 Suriya təyyarəsi Türkiyə sərhədində qəzaya uğradı – 35 nəfər öldü
03.08.2015, 16:07
 Bu il jurnalistikaya 198 plan yeri ayrılıb - 57 nəfər imtahan verib
03.08.2015, 15:54
 Elman Məmmədov Arzu Abdullayevaya dəstək verdi
03.08.2015, 15:54
 Putinin mətbuat katibinin qızı Rusiyadan gedir
03.08.2015, 15:48
 Motosikleti suyun üstü ilə sürdü - VİDEO
03.08.2015, 15:41
 Jurnalistikaya imtahan verən 163 abituriyentdən 57-si qiymət aldı
03.08.2015, 15:18
 Hepatit C-yə yoluxan şair Kənan Hacının vəziyyəti pisləşib
03.08.2015, 15:10
 Bakıda daha bir ana üçəm dünyaya gətirdi - FOTO
03.08.2015, 15:10
 Vaxtından əvvəl I sinifə qəbul müsabiqəsi davam edir
03.08.2015, 15:08
 Bakıda faciə - qadın avtobusdan yıxılıb öldü
03.08.2015, 15:00
 “AAAF Park”da ölüm təhlükəsi - FOTOLAR
03.08.2015, 14:51
 Cavid Qurbanov Bakı-Sumqayıt qatarının işə düşəcəyi tarixi elan etdi

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | İqtisadiyyat | Media | Reportaj | Elm və Mədəniyyət | Ədəbiyyat | Dünya |
Foto | Sorğular | Reklam xidməti | Əlaqə

Müəllif hüquqları qorunur. Modern.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Copyright 2015 modern.az. All rights reserved. Powered by NextPoint LLC