Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “NUR” Uşaq və Gənclərin İctimai Birliyi və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə gənclər 2015-ci ildən sonrakı dövr ərzində əsas inkişaf prioritetlərini müzakirə etmək üçün “Bizim istədiyimiz dünya” devizi altında Lənkəranda milli gənclər müzakirəsi keçirilib.
Tədbirdə Lənkəran, Masallı, Biləsuvar, Astara, Lerik, Yardımlı və Cəlilabad rayon gəncləri iştirak edib.
Lənkəran şəhər Gənclər Evində baş tutan açılış mərasimində UNICEF-in Azərbaycandakı nümayəndəsinin müavini Rəşid Mustafa iştirakçıları salamladıqdan sonra Minilliyin İnkişaf Məqsədləri, gələcək planlar, bu layihənin vacibliyi və məsuliyyəti haqda danışıb. O bildirib ki, layihə çərçivəsində 5 bölgədə həyata keçiriləcək milli müzakirələrdə iştirak edən 150 nəfər gənc bütün ölkə gənclərini təmsil edirlər. Bunun üçün də onlara olan inam və gözləntilər böyükdür. Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Bağırova da öz növbəsində tədbir iştirakçılarını salamlayaraq bu müzakirələrdə fəal olmağa çağırdı.
“NUR” Uşaq və Gənclərin İctimai Birliyinin sədri Sevinc Muradova Azərbaycan gənclərinin bu mühüm qlobal prosesdə iştirakını nailiyyət və yeni bir imkan olaraq dəyərləndirib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasəti nəticəsində ölkənin sürətlə inkişaf etdiyini, bunun yeni bir inkişaf modeli olaraq qəbul olunduğunu qeyd edən natiq bu prosesin davamlı və dayanaqlı olması üçün gənclərin üzərinə düşən vəzifələrdən danışıb.
Gənclər fəal şəkildə təqdimatlar, qrup işi və plenar müzakirələrdə arzuladıqları dünya ilə bağlı narahatlıqları və təklifləri ilə bölüşüb, cəmiyyətəlrinin inkişafı naminə yeni təşəbbüslərlə çıxış ediblər.
Müzakirələrdə zərərli vərdişlər və narkomaniya problemi, onun gəncləşməsi və əhatə dairəsinin genişlənməsi, gənclərin İİV-lə bağlı biliklərinin aşağı səviyyədə olması xüsusi narahatlıqla qaldırılıb.
İştirakçılar təhsillə bağlı məsələlərə toxunaraq bu sahədə mövcud çətinlikləri sadalayıblar. Qeyd olunub ki, yolların əlverişsiz vəziyyətdə olması və bir neçə kəndi əhatə edən bir məktəbin olduğu şəraitdə xüsusi nəqliyyat vasitələrinin olmaması səbəbindən yeniyetmə və uşaqların məktəbə getməsində problemlər yaşanır.
Bundan əlavə vurğulanıb ki,
tələbələr üçün kifayət qədər yataqxanaların olmaması, rayon mərkəzindən kəndlərə işləyən avtobusların cədvəlinin tələbələr üçün əlverişsizliyi
və erkən nigahlar qızların təhsil almaları üçün hələ də maneə olaraq qalır. Bütün bu məsələlər ətrafında müzakirə aparmaqla yanaşı gənclərin işlə təmin olunması, ətraf mühitin mühafizəsi, gender bərabərliyinin təmin edilməsi, gənclər üçün sosial psixoloji məsləhət xidmətlərinin yaradılması və səhiyyə imkanlarının genişləndirilməsinə dair təkliflər hazırlanıb.
Qeyd edək ki, Minilliyin İnkişaf Məqsədlərinə çatmaq üçün elan olunmuş son tarix yaxınlaşdığı üçün BMT-nin yeni inkişaf çərçivəsinin müəyyənləşdirilməsinə artıq hazırlıq başlanıb. Bu məqsədlə elmi dairələr, kütləvi informasiya vasitələri, özəl sektor, işəgötürənlər və həmkarlar ittifaqları, vətəndaş cəmiyyəti və hökumət qurumlarının təklif və tövsiyyələrini cəmləşdirmək məqsədilə BMT genişmiqyaslı məsləhətləşmələr həyata keçirir.
Bu məqsədlə keçiriləcək toplantılarda yeni qlobal inkişaf məqsədləri müzakirə olunacaq, müzakirələrin nəticəsi olaraq azərbaycanlı gənclərin təklif və rəyləri hazırlanaraq, məsul beynəlxalq quruma təqdim ediləcək və dünyanın bir çox ölkələrində aparılmaqda olan müzakirələrin ümumi hesabatında Azərbaycan gənclərinin rəy və təklifləri nəzərə alınacaqdır. Milli müzakirələrin hər birində 30 nəfər olmaqla, cəmi 150 gənc iştirak edəcək. Növbəti milli müzakirələr 18-19 aprel tarixində Zaqatalada keçiriləcəkdir.
Modern.az
Ermənilər Gürcüstanla sərhəd yolunu bağladılar
Abid Şərifovun səhhəti pisləşdi – Təcili
Hüseyn Abdullayev Türkiyədə həbs edilib, Bakıya gətirildi
Şəhriyar Məmmədyarov məğlub olub, sonuncu pilləyə düşdü
ABŞ səfirliyi Ermənistan hökümətinə xəbərdarlıq etdi
Təyyarələr avtobusa çevrilir: Ayaqüstü yerlər təklif edilir
Bakıda mənzildən 89 yaşlı qadının meyiti tapılıb
"Yeməkləriniz çox dadlıdır, aşbazım istədiyimi qısa müddətdə hazırlayır" - Dünya şahmatının lideri
Əfqanıstandakı güclü partlayışda ölənlərin sayı 57-ı çatdı - YENİLƏNİB
Ləğv edilən komitənin mətbuat katibi jurnalistlərə təşəkkür etdi: “Həyat davam edir...”
Qurbanovun yeni rekordu - Mircavadova çatdı
Alim-Hakim Hacıbala
Jurnalisti canlı yayımda güllələdilər
“Qarabağ” 5-ci dəfə Azərbaycan çempionu oldu
Rezidentura təhsilini verəcək müəssisələrin adları müəyyənləşib
Dövlət qulluğuna qəbul üçün test imtahanlarının nəticələri məlum oldu
Erməni artistlər fəxri adlardan imtına edirlər
Goranboyda avtomobil aşdı - 2 nəfər yaralandı
Deputatdan ÇAĞIRIŞ: “Bu gün kimisə “Facebook” üzərindən vəzifəyə təyin etmirlər”
Yerevanda 3-ü deputat olmaqla 228 nəfər saxlanılıb
Burundidə partlayış, ölən və xasarət alanlar var
Türkiyədə hərbçiləri daşıyan avtobus qəzaya uğradı: 25 yaralı
ABŞ-da çılpaq şəxs insanları atəşə tutub, 3 nəfər ölüb, 4 nəfər yaralanıb
Şəkidə zəncirvarı yol qəzası: 6 nəfər xəsarət alıb
İnzibati vəzifələrə qəbul olmaq istəyənlər imtahan verib
Oğlu Zeynəb Xanlarovanın adından danışdı: “Yeni Baş nazirə görə çox şad oldu”
Sabahın HAVASI
Metroda intihar edən qadının kimliyi məlum olub
Əfqanıstanda partlayış: 31 ölü, 50-dən çox yaralı
Keçmiş baş nazir Novruz Məmmədova müraciət etdi: “Sizinlə görüşmək fikrindəyəm”
Qaradağda palçıq vulkanı püskürüb - FOTO
Sabirabadda 26 yaşlı gənc bıçaqlanıb
Polis Paşinyanı saxladı - Ermənistanda polislə aksiyaçılar arasında TOQQUŞMALAR - VİDEO
Etibar Məmmədov baş nazir HAQDA: “Milli adamdır”
Nazirlik: Ermənistanın kriminal rejimi yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır
Şərh yaz