16 yanvar 2019, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Səlim Babullaoğlu: “Dünya ədəbiyyatından bu 5 yazarı oxumağı məsləhət görərdim" - MÜSAHİBƏ
Səlim Babullaoğlu: “Dünya ədəbiyyatından bu 5 yazarı oxumağı məsləhət görərdim" - MÜSAHİBƏ
23.05.2013, 09:06

”Sərəncam işə düşsə, tərcümə işinə xeyli təkan verəcək”

Modern.az-ın müsahibi AYB-nin “Dünya ədəbiyyatı “ jurnalının baş redaktoru, şair-tərcüməçi Səlim Babullaoğludur.

– “Dünya ədəbiyyatı” jurnalı niyə çıxmır?

– Jurnalın nəşr olunmaması məndən asılı məsələ deyil. Masamın üzərində və şkafımda bundan sonra çıxa biləcək ən azı 4-5 sayın materialları var. Mən tərəfdən heç bir problem yoxdur. Məlumat üçün deyirəm ki, bu il jurnal inşallah ki çıxacaq. AYB rəhbərliyi tərəfindən qərar qəbul olunub və payızda çıxmalıdır.

– Jurnalın son sayı nə vaxt nəşr olunub ?

“Dünya ədəbiyyatı”nın son sayı 2007-ci ildə çıxıb. Amma bu o demək deyil ki, biz işləməmişik. Bu müddət ərzində həm xaricdə, həm də ölkə daxilində 70-dən çox kitab buraxmışıq. Bura dünya ədəbiyyatından Azərbaycan dilində tərcümə olunmuş əsərlər, “525 kitab” seriyası, həmçinin dünya ədəbiyyatının bəzi nümunələr tərcümə olunub, üstəlik, Azərbaycan ədəbiyyatı nümunələrini xarici dillərdə xüsusi buraxılışlar şəklində nəşr etmişik. İngiliscə “Azərbaycan hekayələr antologiyaları” hazırladıq. Ukraynada, Polşada, Özbəkistanda, Rusiyada, Gürcüstanda, Türkiyədə istər kitab, istərsə də qəzet və jurnal çərçivəsində Azərbaycan yazıçılarının əsərləri çap olunub.

– Jurnalın elektron formatını düşünürsünüzmü?

– “Dünya ədəbiyyatı”nın müstəqil saytı olmayıb. AYB-in öz saytında dünya ədəbiyyatı bölümü də var. Bizim də müəyyən materiallarımız orda işıqlanırdı. Əsas hədəfimiz jurnalı çap formatında buraxmaqdır. Payızda sayt da fəaliyyət göstərəcək. Amma buraxılışın çap formatı ilə elektron formatı arasında fasilə olacaq. Çünki eyni vaxtda ikisinin fəaliyyətə başlaması bir-birinin oxunma sayına mənfi təsir edə bilər.

– Jurnala AYB maliyyə ayırmır, yoxsa onun fəaliyyəti qurumun da imkan xaricindədir?

– AYB-in “Dünya ədəbiyyatı” jurnalını çap etmək fikri təbii ki var. Anar müəllim və rəhbərlik qərara gəldi ki, jurnal bu ilin payızından mütəmadi olaraq nəşr olunsun.

– Jurnalda daha çox kimlərə yer ayrılacaq: modern yoxsa klassik yazarlara?

– Daha çox diqqəti XX əsrin ikinci yarısında olan yazarlara ayıracağıq. Bu, konsepsiyamız idi. Jurnalın nəşr olunan saylarında da bu prinsipə əməl etməyə çalışdıq. Bundan sonra da belə olacaq. Klassik dövr pis-yaxşı  tərcümə olunub. Biz daha çox yeni ədəbiyyata üstünlük veririk. Misal üçün Çeslav Miloş, İosif Brodski, Zbiqnev Herbert , Məsiağa Məhəmmədinin tərcümə etdiyi Söhrab Sipehri. Bu qəbildən olan bir çox dünya ədəbiyyatı xadimlərini biz tərcümə etdik. Bunlar Azərbaycan oxucusuna tanış deyildi.

– Tərcümə Mərkəzi və “Xəzər” jurnalını özünüzə rəqib görürsünüz?

– Onlar öz kiçik maliyyə mənbələrinə rəğməm son 15 ildə xeyli iş görüb. Mən son 7 ildə tərcümə işi ilə bağlı məruzə hazırladım. Ordakı tərcümələrin xeyli hissəsi “Xəzər” jurnalının payına düşür. Son vaxtlar bildiyimə görə, onlar da kağız nəşrini buraxıb, ancaq sayt formatında fəaliyyət göstərirlər. 2012-ci ilə qədər onlar yaxşı fəaliyyət göstərirdilər. Yenə hər şeyin başında maliyyə problemi dayanır.  

Mən tərcümə mütəxəssisiyəm, tərcümə təşkilatçısı yox. Məncə, Mərkəzin rəhbərliyi ilə AYB rəhbərliyi oturub bu məsələni müzakirə etməlidirlər. Konsepsiya qəbul edilməli və konsepsiya əsasında ardıcıl iş aparılmalıdır. Bunu niyə etmirlər, yaxud edə bilmirlər, bu artıq rəhbərlər arasında olan məsələdir. Cənab prezidentin bir sərəncamı oldu. “Qloballaşma şəraitində Azərbaycan dilinin istifadəsi ilə bağlı“. Maddələrdən biri də tərcümə işi ilə bağlıdır. Sərəncam və xüsusən də o maddə işə düşsə, tərcümə işinə xeyli təkan verəcək.  

– Həm nəşriyyatlar, həm də oxucular yerli yazarların əsərlərindən çox tərcümə ədəbiyyatına üstünlük verir. Bunun səbəbi nədir ?

– Bunun yalnız bir səbəbi var. Biz həmişə özümüzə yox , kənara maraq göstəririk. Mən bunu təbii qarşılayıram. Xaricdə kitab dükanlarında olsanız görərsiniz ki, orda da öz müəllifləri ilə bərabər kənar müəlliflərə də maraq olur. Daha sonra oxucular yerli müəllifləri yalnız kitab vasitəsilə yox, elektron və çap mediada da mütəmadi olaraq izləyirlər. Xarici müəllifi oxumaq üçün isə mütləq tərcümə olunmalıdır. Bizdə də çoxu dil bilmir. Amma yenə də hər halda əsas diqqət milli ədəbiyyata verilməlidir.

Dünya ədəbiyyatından kölgədə qalsalar da, tərcümə olunmaları vacib olan yazarlar hansılardır?

– XX əsr dünya ədəbiyyatından Prust Azərbaycan dilində yoxdur. Ceyms Coysun “Uliss” romanı bizim dilə tərcümə olunmayıb. Bunlar çox vacib və mürəkkəb ədəbiyyat hadisələridir. Məsələn, Prustun özünə rus tərcüməçisi Fyodorov 25 ilini sərf edib. Bu müəlliflər Azərbaycan dilinə tərcümə olunmalıdır. Coysun məhz “Uliss” əsərindən söhbət gedir. Çünki onun başqa əsərlərini Vilayət Quliyev tərcümə edib. Poeziyada isə boşluqlar çoxdur. 50-ci illərdən bu tərəfə xeyli yeni şairlər ədəbiyyata gəlib ki, onları tərcümə etməmişik. XX əsrin polyak poeziyası çox maraqlıdır. Amma onlardan xəbərimiz yoxdur.  

– Yerli yazarlardan kimləri tərcümə edib xaricdə tanıtdırmaq zəruridir ?

– Müstəqillik dövründə mən 10-15 yazar tanıyıram ki, onların tərcümə olunub ölkədən kənara çıxarılması vacibdir. Bəzilərini mən özüm vaxtaşırı tərcümə edib göndərmişəm. Həmçinin onların əsərləri ilə bağlı müsbət fikirli məktublar almışam. Kimsə düşünür ki, bizim tərcümə olunub xaricə çıxarılası şair, ya nasirlərimiz yoxdur, o, səhv edir. Elçin Hüseynbəylinin hekayələrini mən vaxtilə yollamışdım və çox yaxı rəylər də almışdım. Həmid Herisçi, Salam Sarvan olsun, Elxan Zal, saylarını təbii artırmaq olar. 15-20 müəllif tapa bilərəm ki, bunların xaricə çıxarılması vacibdir. Burda söhbət təbii ki, müstəqillik illərindən gedir. Amma bizim bütün onilliklərdə dəyərli yazıçı, şairlərimiz olub. 1920-ci ildən bu yana təxminən 60 şair və nasiri seçmək olar ki, bu gün onların tərcümə edilib dünya miqyasında tərcümə olunması vacibdir. Siyahı müəyyənləşdirib ardıcıl tərcümə olunsa müsbət nəticə verə bilər.

– Hansı gənc tərcüməçilərin işi sizi qane etmir ?

– Mən məni qane etməyən tərcümələri oxumuram. Bunun iki səbəbi var: birincisi, ona vaxt ayırmaq istəmirəm; ikincisi, əgər onu rus dilində oxuya bilirəmsə, elə o dildə də oxuyaram. Təftiş nöqteyi-nəzərindən mən tərcümə oxumuram. Seyfəddin Hüseynli bu istiqamətdə əla yazı yazıb uğursuz tərcümələrə toxunmuşdu. Sizin sualınızın cavabı orda var. Qismətin, Fərid Hüseynin son dönəm etdiyi tərcümələri, Rəbiqə Nazimqızının prozaik tərcümələrini, Günel Mövludun tərcümələrini bəyənirəm. Orta nəsil tərcümə nümayəndələrindən Vilayət Hacıyev, Vilayət Quliyev, Nəriman Əbdürrəhmanlı, İlqar Əlfioğlu, Yaşar, Azad Yaşar, Fəxri Uğurlu, Cavanşir Yusifli, Seyfəddin Hüseynlinin çevirmələrini oxuyuram.

– Bəs özünüz hazırda hansı tərcümə üzərində işləyirsiz ?

– Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə bir kitab hazırlanır. Deməli əsərlərində musiqi alətlərinin adı keçən əsərlərin tərcümələri. Orda Mirzə Cəlilin “Kamança” əsəri də var. İki dildə bir antologiyadır. Həm ingilis, həm də Azərbaycan. Bir də onu da deyim ki, mən heç vaxt sifarişlə tərcümə etməmişəm. Mən hər hansı bir müəllifi oxuyuram, xoşuma gəlir və fikirləşirəm ki, bu bizim dildə də olsa yaxşı olar. Mən məhsuldar tərcümə işi ilə məşğul olmuram. Daha çox redaktə ilə məşğulam.

– Gənclərə dünya ədəbiyyatından hansı 5 yazarın oxunmasını daha çox məsləhət görərdiz?

– Avqust Strinberqin “Tənha” romanı, Herman Hesse “Uşağın qəlbi “, Çeslov Miloş, Zbiqnev Herbert, İosif Brodskinin şeirlərini arzu edərdim ki, oxusunlar. Bunlar insan daxilində katarsisin baş verməsinə, təmizlənməsinə, böyüməsinə gətirib çıxarır.

Elmin Nuri


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Müsavat başqanı Türkiyədə müalicə alır
16.01.2019, 22:36

Müsavat başqanı Türkiyədə müalicə alır

Tbilisidəki partlayışda 3 nəfər öldü
16.01.2019, 22:19

Tbilisidəki partlayışda 3 nəfər öldü

Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
16.01.2019, 22:03

Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”

Qasırğa Gürcüstanda ciddi fəsadlar törətdi - FOTO
16.01.2019, 21:53

Qasırğa Gürcüstanda ciddi fəsadlar törətdi - FOTO

“Rusiyanın Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik” - XİN rəsmisi
16.01.2019, 21:42

“Rusiyanın Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik” - XİN rəsmisi

Türkiyə Rusiya prezidentləri yenidən bir araya gələcək
16.01.2019, 21:24

Türkiyə Rusiya prezidentləri yenidən bir araya gələcək

Sumqayıtda 24 yaşlı gənc itkin düşüb - FOTO
16.01.2019, 21:10

Sumqayıtda 24 yaşlı gənc itkin düşüb - FOTO

Türkiyədə 80 minədək hərbçi hazır vəziyyətə gətirildi
16.01.2019, 20:54

Türkiyədə 80 minədək hərbçi hazır vəziyyətə gətirildi

Azərbaycanlı “donuz qripi”nə yoluxdu
16.01.2019, 20:43

Azərbaycanlı “donuz qripi”nə yoluxdu

Dəmiryolunda təcili yardım lokomotivi istifadəyə verildi
16.01.2019, 20:28

Dəmiryolunda təcili yardım lokomotivi istifadəyə verildi

Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur
16.01.2019, 20:16

Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur

Seysmoloji Xidmət zəlzələ olacağı ilə bağlı məlumatlara CAVAB VERDİ
16.01.2019, 20:02

Seysmoloji Xidmət zəlzələ olacağı ilə bağlı məlumatlara CAVAB VERDİ

Nazirliyin strukturu və idarə edilməsi təkmilləşdirilir
16.01.2019, 19:48

Nazirliyin strukturu və idarə edilməsi təkmilləşdirilir

Ermənistanda sığorta agentləri də etiraza qalxdı
16.01.2019, 19:37

Ermənistanda sığorta agentləri də etiraza qalxdı

İranla Azərbaycan arasında hərbi sahədə protokol imzalandı
16.01.2019, 19:25

İranla Azərbaycan arasında hərbi sahədə protokol imzalandı

Xarici işlər nazirləri fevralda yenidən görüşəcək
16.01.2019, 19:14

Xarici işlər nazirləri fevralda yenidən görüşəcək

SOCAR-ın 2500-ə yaxın neftçini dənizdən təxliyyə edib
16.01.2019, 19:10

SOCAR-ın 2500-ə yaxın neftçini dənizdən təxliyyə edib

Şəkidə Olimpiya məhəlləsində zenit top mərmisi tapılıb 
16.01.2019, 19:02

Şəkidə Olimpiya məhəlləsində zenit top mərmisi tapılıb 

Ötən il 22 dini icmanın qeydiyyatına imtina olunub
16.01.2019, 18:50

Ötən il 22 dini icmanın qeydiyyatına imtina olunub

Agentlik 50-ə yaxın obyekti cərimələdi
16.01.2019, 18:31

Agentlik 50-ə yaxın obyekti cərimələdi

Festivalla bağlı Koordinasiya Komissiyasının iclası keçirildi
16.01.2019, 18:24

Festivalla bağlı Koordinasiya Komissiyasının iclası keçirildi

Ağstafada növbəti hesabat yığıncağı keçirildi
16.01.2019, 18:23

Ağstafada növbəti hesabat yığıncağı keçirildi

Mədəniyyət Nazirliyi də hava şəraiti ilə bağlı hərəkətə keçdi
16.01.2019, 18:20

Mədəniyyət Nazirliyi də hava şəraiti ilə bağlı hərəkətə keçdi

Ermənistanda baş nazirin müavinləri təyin olundu
16.01.2019, 18:11

Ermənistanda baş nazirin müavinləri təyin olundu

Coğrafiya İnstitutu: Azərbaycandan siklon keçəcək   
16.01.2019, 17:54

Coğrafiya İnstitutu: Azərbaycandan siklon keçəcək  

“Müəllimə dedi ki, sinifdə qızlar var, o kəlməni işlətməyin” - Mübariz İbrahimovun sinif yoldaşı
16.01.2019, 17:49

“Müəllimə dedi ki, sinifdə qızlar var, o kəlməni işlətməyin” - Mübariz İbrahimovun sinif yoldaşı

Səhiyyə Nazirliyindən “Whatsapp”dakı “donuz qripi” ilə bağlı BƏYANAT
16.01.2019, 17:47

Səhiyyə Nazirliyindən “Whatsapp”dakı “donuz qripi” ilə bağlı BƏYANAT

Kəmaləddin Heydərov nazirliyi gücləndirilmiş rejimə keçirdi   
16.01.2019, 17:43

Kəmaləddin Heydərov nazirliyi gücləndirilmiş rejimə keçirdi  

AMEA-da üç nəfərə yeni vəzifə verildi   
16.01.2019, 17:39

AMEA-da üç nəfərə yeni vəzifə verildi  

Rövşən Rzayev Sabunçuda köçkünlərlə görüşüb
16.01.2019, 17:30

Rövşən Rzayev Sabunçuda köçkünlərlə görüşüb

Manat sabah bu məzənnədə olacaq   
16.01.2019, 17:29

Manat sabah bu məzənnədə olacaq  

Rektor universitetdə imtahanları dayandırdı   
16.01.2019, 17:24

Rektor universitetdə imtahanları dayandırdı  

Daha bir nazirlik hazırlıq vəziyyətinə gətirildi
16.01.2019, 17:17

Daha bir nazirlik hazırlıq vəziyyətinə gətirildi

Zakir Həsənov Milli Orduya göstəriş verdi   
16.01.2019, 17:06

Zakir Həsənov Milli Orduya göstəriş verdi  

“ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir”
16.01.2019, 17:05

“ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir”

Əflatun Amaşov: “Struktur islahatları bəhrəsini verəcək”   
16.01.2019, 17:03

Əflatun Amaşov: “Struktur islahatları bəhrəsini verəcək”  

Ramiz Mehdiyevin Qriqorian kilsəsi haqda kitabına təqdimat keçirilib
16.01.2019, 17:00

Ramiz Mehdiyevin Qriqorian kilsəsi haqda kitabına təqdimat keçirilib

Nazirdən ciddi kadr dəyişikliyi - İri şəhərlərə polis rəisi təyin edildi
16.01.2019, 16:49

Nazirdən ciddi kadr dəyişikliyi - İri şəhərlərə polis rəisi təyin edildi

“UNEC-100” İnkişaf Strategiyası: əsas hədəflər
16.01.2019, 16:46

“UNEC-100” İnkişaf Strategiyası: əsas hədəflər

Türkiyə ilə sərhəddə partlayış: 9 ölü, 20 yaralı
16.01.2019, 16:37

Türkiyə ilə sərhəddə partlayış: 9 ölü, 20 yaralı

“Kaspi” qəzeti “Nəsimi ili” ilə bağlı müsabiqə elan etdi 
16.01.2019, 16:36

“Kaspi” qəzeti “Nəsimi ili” ilə bağlı müsabiqə elan etdi 

Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə protokol imzaladı
16.01.2019, 16:33

Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə protokol imzaladı

Turizm Agentliyi: Səfərləri təxirə salın! - XƏBƏRDARLIQ
16.01.2019, 16:26

Turizm Agentliyi: Səfərləri təxirə salın! - XƏBƏRDARLIQ

Ağalar Bayramova niyə fəxri ad verilmədi…   
16.01.2019, 16:18

Ağalar Bayramova niyə fəxri ad verilmədi…  

“Xəzər Dəniz Gəmiçiliyi” təhlükəsizlik tədbirlərini gücləndirdi
16.01.2019, 16:17

“Xəzər Dəniz Gəmiçiliyi” təhlükəsizlik tədbirlərini gücləndirdi

Vestel yeni konseptlə Bakıda yeni ünvanda 
16.01.2019, 16:13

Vestel yeni konseptlə Bakıda yeni ünvanda 

Azercell-in xidmət mərkəzi indi Bakı Beynəlxalq Avtovağzalında
16.01.2019, 16:09

Azercell-in xidmət mərkəzi indi Bakı Beynəlxalq Avtovağzalında

“Azərsu” da gücləndirilmiş rejimə keçdi
16.01.2019, 16:03

“Azərsu” da gücləndirilmiş rejimə keçdi

Oqtay Şirəliyev baş həkimlərə tapşırıq verdi   
16.01.2019, 15:46

Oqtay Şirəliyev baş həkimlərə tapşırıq verdi  

AQTA-dan dabaq xəstəliyi ilə bağlı XƏBƏRDARLIQ
16.01.2019, 15:44

AQTA-dan dabaq xəstəliyi ilə bağlı XƏBƏRDARLIQ

ARXİV