18 noyabr 2018, Bazar
Ana Səhifə - DÜNYA - Telejurnalist Qulu Məhərrəmli ilə FOTOSÖHBƏT
Telejurnalist Qulu Məhərrəmli ilə FOTOSÖHBƏT
10.07.2013, 08:13
Modern.az saytı telejurnalist Qulu Məhərrəmli  ilə FOTOSÖHBƏT layihəsini təqdim edir.

Qulu Məhərrəmli 1954-cü ildə Zəngilan rayonunda anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən təyinatla Azərbaycan televiziyasına göndərilib.

Televiziyanın müxtəlif redaksiyalarında müxbir, redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri vəzifələrində çalışıb. 1995-ci ildə televiziyanın siyasi icmalçısı təyin edilib. Həmin ildən eyni zamanda "Səhər" musiqili-informasiya proqramına da rəhbərlik edib.

Azərbaycanda telejurnalistikanın inkişafında xidmətləri olan Qulu Məhərrəmli "7 gün" analitik-informasiya proqramı (1993-1995), "Təfsilat" (1995-1997), "Gerçəklik" (1997-2002) müəllif verilişləri, eləcə də ekrandakı və mətbuatdakı publisistik çıxışları ilə ictimaiyyətin rəğbətini qazanıb.

Hazırda "Xəzər" televiziyasında çalışır.

O, 20-yə yaxın sənədli televiziya filminin müəllifidir. Qulu Məhərrəmli elmi-pedaqoji fəaliyyətlə də məşğuldur. 1989-cu ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyaları müdafiə edib.

Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin müəllimidir. Jurnalistikanın tarixi, nəzəriyyəsi və təcrübəsinə dair 30-a yaxın  kitabın müəllifidir.

Ölkənin ictimai həyatında fəal iştirak edən Qulu Məhərrəmli Azərbaycan Mətbuat Şurası sədrinin müavini olub. Hazırda "Jurnalistikanın inkişafına yardım" Fondu qeyri-hökumət təşkilatının sədridir. Qulu Məhərrəmliyə 4 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i fəxri adı verilib. 

Ailəlidir, iki övladı və iki nəvəsi var.

 

Mənəm... Bu şəkli deyilənə görə rayon qəzetinin müxbiri çəkib. Fotoqraf görüb ki, əlimdə termos və onun qapağını bağlamaq istəyirəm. Bir müddət əziyyət çəksəm də, nəhayət istəyimə nail oluram. O da bunu görüb və deyib ki, bu uşaq gələcəkdə texnika üzrə böyük adam olacaq. İndi fikiləşirəm ki, texnika üzrə mütəxəssis olmasam da, dediyi kimi böyük adam oldum. 


Xronoloji ardıcıllıq pozulsa da, bu şəkil burda olmalıdır... Bu nəvəmdir, deyilənə görə mənə çox oxşayır. Bu şəkli yuxarıdakı şəkillə müqayisə etmək, hətta hardasa mümkünsüzləşir.

 

Bu 6-7-ci sinifdə oxuyarkən çəkilən şəklimdir. Məktəbin şərəf lövhəsinıə vurulması üçün çəkdirmişdim. O zaman bütün fənləri çox yaxşı oxuyurdum. 


 

Sağdakı mənəm, 10-ci sinif şəklimdir. Burda artıq hiss olunur ki, yavaş-yavaş özümə baxmağa başlayıram. Soldakı Qüdrət İsmayılovdur, mənim əmim oğlu... Həm də uşaqlıq dostumdur. Bizim yaşıdlarımız arasında ən intellektual insandır. Qarabağ müharibəsi iştirakçısıdır. Çox vətənpərvər insandır, birinci qrup əlildir. 

 

Sağdakı əmim oğludur... Həştərxanda polis sistemində işləyir. Ortada dayanan isə qohumudur, amma çox bacarıqsız uşaq oldu. Heç biz də ona təsir edə bilmədik. 

 

Bakı Dövlət Universitetinin yataqxanası. Bu otağı nümunəvi otaq adlandırmışdıq, Lenin adına 60-cı otaq. Əlbəttə ki, burada yumor var idi. Kadrdakılar soldan Elbrus Məmmədov, görünüşündən çox ağıllı təəssurat bağışlayan İlham Mazanlı və mənim yanımdakı isə rəhmətlik Qəzənfər Qəribovdu, nəyisə öyrənə bilməyəndə əsəbiləşirdi, çox istedadlı insan idi.

 

Bunlar bizim tələbə yoldaşlarımızdır. 630-cu qrupun uşaqları. Soldan 3-cü mənəm. Məşhur simalardan İlham Mazanlı, İsmayıl, ortada dayanan Aqil Dadaşov çox xoşbəxt görünür. Çünki iki xanımın arasında dayanıb. Qızlar bilirdilər ki, kimi araya salmaq lazımdır. Hazırda aramızda vəzifəcə böyükdür. Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədr müavindir. Kamil Muradov Xalid Əlimirzəyevin bacısı oğludur. Elbrus Məmmədov otaq yoldaşımız.

 

Bu tələbəlik illərinin xoş anlarındandır. Biz Qubada Qəçrəşdə gördüyünüz kimi özümüzə qulluq edirik. Müxtəlif yaş fərqində olan insnalar var burda. Arxada əyləşən Tofiq Bayram, otaq yoldaşımız İsmayıl Əliyev, Faiq Sadiqov, ayaq üstə dayanan isə Qüdrət  Piriyevdi - "Xalq qəzeti"nin əməkdaşı. Mən də zəhmətkeşcəsinə tikələri şişə çəkirəm. 

 

Yataqxanada çəkdirmişik. Soldan birinci Kamil Muradovdur, biz onunla bir yerdə radioya ilk dəfə veriliş hazırlamağa getmişdik. Sonra baxıb dedi ki, bu radio heç xoşagələn iş deyil. Sağdakı isə Cəfər Sadiqdir. İndi Moskvada  bizneslə və tərcüməçiliklə məşğuldur. 

 

Tələbə yoldaşlarımızla birgə çəkilən şəkil. Biz oxuyan vaxtrı jurnalistikada iki qrup varıydı: 630 və 632-ci qruplar. Mənim yanımdakı (soldan sağa) Çingiz Aslanov onun yanlındakı Ələddin Əsədov, daha sonrakı Vaqif Bəhmənlidir. Çox istedadlı bir şair idi. Bir çoxları onu tanıyandan sonra daha şeir yazmadı. Lap sağda əyləşən Elbrus Məmmədovdur. Bunlar isə bizim qrupun qızlarıdır. Ortada dayanan  xanım isə seçdiyim və sevdiyim həyat yoldaşımdır. Qrupumuzun qızları ağıllı və istedadlı idilər. Bizim uduşumuz da o oldu ki, həyat yoldaşı seçmək üçün çox uzağa getmədik. 

 

Bu şəkilin maraqlı tarixçəsi var. 1975-ci ildə Şuşada çəkilib. Arxada görünən Topxana meşəsidir. Biz Cıdır düzünün qurtaracağında dayanmışıq. Arxada gördüyünüz çay isə Daşaltı çayıdır. Bu şəkil ikinci kursda oxuyanda çəkilib. O zaman biz Vaqif Bəhmənli ilə "Şuşa" qəzetində praktikda idik. İşdən sonra belə gəzintlilərə gedirik.   


Mənim doğulduğum evdir. Zəngilan rayonu, bizim ev kəndin ən kasıb evlərindən biri idi. Evimizin damını qardaşımın toyu ərəfəsində düzəltdik ki, gələnlər görsünlər bizim də normal evimiz var. O ev tez-tez yuxularıma girir. Burda III kursda oxuyurdum.

 

Biz 4 qardaşıq, ortada dayanan anamdır. Atamız 6 yaşım olanda dünyasını dəyişib. Böyük qardaşım Əvəzin təsərrüfatı ayrıdı. Loğman isə anamla bir yerdə yaşayırdı. Anam burada sevinir ki, evinə gəlin gəlir. Problemləri qismən həll olunacaq. Amma daha demir ki, hələ bəlkə problemlər bundan sonra başlaya bilər... Soldakı mənəm, o dəqiqə bilinir ki, şəhərdən gəlmişəm.

 

Bu çox maraqlı şəkildir.  Moskva - Qızıl Meydanda. Maraqlı simalar var burda. Soldan birinci Pənah Hüseyn, onun yanında Gəncə hadisələrindən tanınan Aypara Əliyev (dünyasını dəyişib), onun  yanındakı isə Şubay müəllimdir, Pedaqoji Universitetdə dərs deyir. Biz Moskvada Lenin adına Mərkəzi Kitabxanada araşdırma apaırırdıq deyə, burda bir araya gəlmişik. Şənbə və bazar günləri isə gəzintiyə çıxırdıq. Ən maraqlı insan isə bu eynəkli gəncdir, mənimlə yanaşı əyləşən. Heydər Əsədov hazırda Hesablama Palatasının sədridir.  

 

Burda bir insanı tanıyıram türkologiyanın əsasını qoyanlardan biri və görkəmli alim Vaqif Aslanov (ortada əyləşib). Filologiya elmləri doktoru, professor Vaqif Aslanov uzun müddət Dilçilik İnstitunun direktor müavini vəzifəsində çalışmışdı, 10-a yaxın dil bilirdi. O vaxt Azərbaycan dilini öyrənmək dəbdə idi, bizi də burada Həmkarlar İttifaqının Mərkəzi Şurasına dəvət eləmişdilər. Azərbaycan dili ilə bağlı müzakirələr edirdik. Deyəsən fikirlərim maraqla qarşılanıb, ona görə özümdən razı bir görkəm almışam. Burada gənc elmlər namizədiyəm. Vaqif müəllim çox yaxşı bir dilçi ola biləcəyimi deyirdi.  

 

Azərbaycan televiziyasında iş otağımdır. Müdir kreslosunda oturmuşam. Oturuşumdan hiss olunur ki, özümü çox rahat hiss edirəm. Şöbənin mürəkkəb xüsusiyyəti ondan ibarət idi ki, 1982-1983-cü illərdə biz əsasən elm adamaları və professorlarla işləyirdik. Bizimlə razılaşmırdılar. Sözümüzü çox çətinliklə eşidirdilər. İlk vaxtlar çətinliyimiz olsa da, sonradan onlarla ortaq yol tapa bildik.  

 

AzTV-də çalışıdğım vaxtlardır. Mən çox gənc ikən şöbə müdiri təyin olunmuşdum. O vaxt "Beynəlxalq həyat" redaksiyası var idi. Həmin redaksiyanın böyük redaktoru idim. Tahirə xanım hazırda İTV-də rejissordur, Dürdanə Vəkilova, Lətif Abdullayev, Əziz Məlikli uzun müddət AzTV-də çalışıb. Yaxşı ki, bu lövhə qalıb. Biz şənbə günləri dünyada baş verənlərin qısa icmalını çatdırıdıq. Amma o vaxt gündəlik proqram hazırlayırdıq. 


Xanımım Zemfira Məhərrəmli ilə Moskvadayıq.. O zamanlar istirahətə vaxtımız olmurdu, amma vaxt tapanda harasa gedirdik.  


Qızlarım, həyat yoldaşım və mən... 


1995-ci il, BMT-nin 50 illiyi qeyd edilən vaxt çəkilən şəkil. Aslan Aslanov, Asya Hacızadə və Elmira Əmrahqızı. Biz bu koridorda bir çox tanınmış simalardan müsahibə almışıq. Yorulub oturmuşuq, həm də gələnlərin çoxu müsahibə vermək istəmirdi. Məhz Heydər Əliyev deyəndən sonra bizim bir-iki sualımızı cavablandırırdılar. Bəziləri elə bilir ki, biz xaricə gedəndə orda kef edirik. Amma əslində bu şəkil göstərir ki, heç də elə deyil.  


Bu şəkil Heydər Əliyevin Fransaya səfəri zamanı çəkilib. Mən o insanla bir çox yerlərə səfərlər etmişəm. Çox gözəl yol yoldaşlığı var idi. Jurnalistlər üçün maraqlı şəxs idi. Çünki bizə hər zaman müsahibə veirirdi. Belə səfərlərdə mütləq özünəməxsus tövsiyələri olurdu. Bəzən zarafat edirdi və şəxsi planda suallar da verirdi. Bu kadrda müəllifi olduğum "7 gün"  verilişiylə bağlı müəyyən fikirlər bildirir.  


Söhbətin mövzusu dəyişib və ciddi bir görkəm almışıq. Şübhəsiz ki, mənə nəsə tapşırır, lakin onu sizə deyə bilməyəcəyəm. Çox maraqlı şeylərdən danışır. Hətta mənə deyirdilər ki, sizinlə danışanda o  insan başqa cür görkəm alır. Şübhəsiz ki, prezidentlə səfərə gedən  insanın dünyagörüşü, hazırlığı olmalıdı. Verdiyi suallar bəsit olmamalıdır. Prezidentə maraqlı sual verəndə o da səni maraqla qarşılayır. 


1996-cı il avqust ayının 15-i, "Səhər" proqramının 1 yaşı. Soldakı AzTV-nin o vaxtkı sədri Babək Hüseynoğludur. Dünyasını dəyişib. Hesab edirəm ki, Azərbaycan müstəqillik dövrünün tarixində televiziyazımızın tarixində Babək Hüseynoğlunun sədr olduğu 3 ilin ayrıca özəlliyi var. Sabit ənənə üzərində dayanan bir televiziya idi. 

 

Bu şəkil 1996-cı ildə Norveçdə çəkilib. "Statoyl" şirkətinin ofisinin yaxınlığında fasilədə fürsət olan kimi jurnalistlər Heydər Əliyevin başına toplaşdı. O da bizi məlumatlandırdı. Arxada Eldar Namazov, Elmira Axundova dayanıb.


Bu şəkil Amerika səfərindən bir xatirədir. Solda Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundov, ortada deputat Rafael Hüseynovdur. Nyu-Yorkdayıq. Gündüz gəzməyə imkanımız olmamışdı, gecə gəzintisinə çıxmışıq.   


Məni ən çox populyar edən proqram. 7 GÜN proqramının aparıcısıyam. Baxıram ki, populyar olmağa dəyərmiş... Bu proqram bizim jurnalistkada xəbər standartlarının formalaşmasında mühüm rol oynayıb. 1997-ci ilə qədər televiziyada normal mühit var idi, balanslı danışmaq olurdu.  Sonrdan bu sistem pozuldu. Hətta mənə deyirdilər ki, sizin müxalifətlə əlaqələriniz var. Çünki fikirlərinzidə tənqid var. Heydər Əliyev mənə işarə vurmuşdu, amma sonra özü də demişdi ki, belə fikirlər olmasa o verilişə heç kim baxmaz. Yəni proqramda rəng dəyişmirsə, maraqlı ola bilməz.


1990-cı ilin ortaları. STV-Azərbaycan telekanalında İbrahimxəlilin qonağıyam. Mətbuatla bağlı danışıram.  


1998-ci ildə Rəşad Məcidlə Associated Press agentliyindəyik. Arxadakı stenddə döyüş zonalarında  həlak olmuş jurnalistlərin şəkilləri var, onların arasınfa həmyerlimiz Fərhadın da şəkili yerləşdirilib. O da AP ilə əməkdaşlıq edirdi.
O ki, qaldı agentliyin öz imicinə, çox maraqlı agentlikdir. İndi də dünyada onun xəbərlərinə ehtiyac var.
 


Hansısa məclisdə çəkilib. Təxminən, 1998-ci ilin şəklidir. Mən, Brilliant Dadaşova və onun prodüseri. 


 

 2001-ci ildə Misirə olan səfərimizdir. Piramidalarla bağlı hər kəsin bir röyası, düşüncəsi  var. Mən iki dəfə bura səfər etmişəm. Orada piramidalarla bağlı bizlərə lazer film də nümüyiş olundu, bu təqdimatda bir ifadə xoşuma gəldi - "Tarix zamandan qorxur, zaman isə piramidalardan". Çünki dünyanın mövcudluğunu bilidirən, hamının qəbul elədiyi abidələr var ki, o da bizim eradan əvvəl 2500-3000 il əvvəl mövcud olub. Tur Heyerdalın piramidalarla bağlı maraqlı bir fikri var ki, bəşəriyyət öz real tarixinin 5 min il gerisinə qədər gedə bilir. Tarixi gerçək və nağıl dövrü var. Piramidalar bizim tarixin gerçək dövrünün başlanğıcıdır.

 2001-ci ildən AzTV-də gecə xəbərləri hazırlanmağa başlandı. Mənə aparıcılıq təklif olundu. Mən də bir şərtlə razılaşdım ki,  bu proqram fərqli olmalıdır, tərzi, üslubu seçilməlidir. Bir ay "Xəbərlər"i mən özüm apardım.

2002-ci ilin may ayıdır. İranda çox ağır səfərdə idik. BBC üçün rus dilində kiçik material hazırlayırdım.  Bəzi gənc jurnalistlər kimi yeri gəldi, gəlmədi stendap etməyi xoşlamıram. Çünki bu yerində olsa, daha gözəl olar. 

 

Bu şəkil Türkiyədə NTV-də çəkilib. Avşar soyadlı bu xanım xəbər aparıcısdır. Biləndə ki, mən də xəbər aparıcısıyam dedi ki, sizinlə bir foto çəkdirək. Bilmirəm gələcəkdə kim-kiminlə daha çox fəxr edəcək. 

 

NTV-də studiyanın qrim otağında çəkilən bir fotodur. Bizdə hələ bunları təzə-təzə edirik. Efirə çıxan insan estetik dəyər daşıyıcılsı olduğu üçün diqqət mərkəzinə düşür. İstər iki dəqiqə, istərsə də bir saat olsun, bundan istifadə etmək lazımdır. 

 

NTV –də bizə məlumat verirlər. Burda ən xoşa gələn cəhət studiyanın ərazisindən tam yararlanaraq eyni məkanda dekorasiya vasitələrinin köməyi ilə bir necə veriliş üçün səhnənin qurulmasıdır. 2004-2005-ci illər idi,  Sevil Nuriyevanın təşkilatçılığı altında ora getmişdik.

 

2001-ci ildə çəkilən şəkildir. Bu zaman AzTV-də çalışan vaxt rəhbərlikdən təklif gəldi ki, nə qədər ki, İctimai Televiziya yaranmayıb Avropa Şurasının tələblərinə əsasən müxalif fikirlər səslənsin. Televiziyada cəmiyətin bütün sferaları əks olunsun. "Gerçəklik" verilişində Aydın Mirzəzadə və Cəmil Həsənli arasında bu müstəvidə çox maraqlı bir diskussiya oldu.

 

Bu şəkil Küveytdə çəkilib. 2005-ci ildə orda xeyriyyə fonduna Bakı ilə bağlı hədiyyə veririk. Bu fond  müəyyən dövrlərdə Azərbaycana da yardımlar edib. Xüsusilə 90-cı illərin axırlarında ölkəmizdə yolların yenidən qurulmasına kömək edib. Maraqlı səfər idi.

 

AzTV-də "Səhər" proqramının baş rejissoru Hikmət Yaqubovla birlikdə. Hazırda ATV-də çalışır. Zaman-zaman "Səhər" studiyasını bir yerdə qururduq. O, hər zaman çalışırıdı ki, dekorasiya yeni olsun, tamaşaçılar eyniyyətdən yorulmasınlar.

 

Misir parlamentinin sədri bizi qəbul edib. Elçin Şıxlı, Elxan Şahinoğlu, Fazil Abbasov, "Xalq qəzeti"ndən Ağanisə xanım. Burda parlamentin vəziyyəti ilə bağlı bizə maraqlı bilgilər verirlər. Misirin piramidaları qədər dünəni də, bu günü də mürəkkəbdir.

 

Bu şəkil Qarsda-Sarıqamışda çəkilib. Tanış simalardır. O vaxt Azərbaycanın Qarsdakı konsulu Həsən müəllim indi də İstanbulda konsuldur. Bizi tarixi bir yer olan Sarıqamışa apardılar. Maraqlı bir yer idi. Baxmayaraq ki, tarixdə burda türk ordusunuin acı bir məğlubiyyəti olub. 30-a yaxın jurnalist getmişdi. Burda soyuqdan qorxan da var idi. Mən... Eyni zamanda başıaçıq gəzənlər də var idi. 

 

Bu görkəmli şairimiz, həm də Azərbaycanın ən qüdrətli publisistlərindən olan Məmməd Aslandır. Siyavuş Sərxanlı və o, sovet dövründə Azərbaycan publisistika tarixində bir mərhələ yaratdılar. Təkcə dil, forma, hadisəyə, predmetə yanaşma baxımından  onların yaradıcılığında yeni cığır açılmış oldu. Məmməd Aslan burda mənə ağıllı mıəsləhətlər verir, mən də öz növbəmdə çalışıram ki, onun dediklərinə qulaq asım.  


Bu şəkil Rumıniyada çəkilib. Təxminən 2004-cü ildə Ruminiya-Azərbaycan dostluğu cəmiyyətindəyik. Onlar çox böyük işlər görürlər. O vaxt səfir Eldar Həsənov idi. Azərbaycanın ədəbiyyatı və tarixi ilə bağlı çox maraqlı işlər görürlər. Bu şəxs də həmin cəmiyətin sədridir. Təəssüf ki, adını xatırlamıram. Biz onlarla görüşüb müsahibələr almışdıq. Hətta mənim Rumınya ilə bağlı bir verilişim də olub.

 

Çox sentimental şəkildir. Biz Ruhəngiz Qasımovanın qonağıyıq. Onlar bu evə yeni köçmüşdülər. Bizim üçün bir dəvət hazırlanmışdı. Ramiz Həsənoğlu, Cahangir Novruzov - bu insanlarla çox yaxşı münasibətlərimiz var. Necə deyərlər, hamı yaxşı vəziyyətdədir... 


Ruhəngiz Qasımova ilə... Evlərində çəkilən şəkil..  Şəkildə mənim duruşumdan hiss olunur ki, məclisin sonudur.   

 

Ramiz Mirişli ilə birgə. O, böyük bəstəkardır. Amma onun görünməyən tərəfləri də var. Bunlar nələrdir? Çox gözəl insan olmağıdır. Seyid nəslindəndir və çox ədalətlidir. Ona görə də heç kim deyə bilməz ki, Ramiz müəllimdən inciyib. 

 

Yaqub Zurufçu azərbaycanlıların şüurunda AYRILIQ mahnısını bütün Azərbaycanın həsrət himninə çevirən, cənub həsrətini qabardan bir insan kimi qalıb. Eyni zamanda gözəl mahnılar müəllifidir. Mən "Səhər" proqramında çalışan vaxt qonağım olurdu. İşgüzar insan idi, amma heyf ki, burda heç bir şey edə bilmədi.   

 

Toylardan birində çəkilib... Tələt Qasımov, Vasim Məmədəliyev, Ramiz Mirişli, Ramiz Quliyev. Hər birisi ilə çox yaxın münasibətlərimiz var. 

 

Həmkarlarımla Antalya səfərimiz. Dialoq Avrasiya platformasının Azərbaycan üzrə rəhbəri Nizami Cəfərovdur. Rəşad Məcid,  Nuşirəvan Məhərrəmli və mən onun üzvləriyik. 2002-ci il. Aramızda Mehman Əliyev və vaxtilə ATV-nin rəhbəri olmuş Tağı İbrahimov da var.

 

Bu mənim əmim Ərşad Məmmədovdur. Onun 93 yaşı var. Bu insan haqda 3 il öncə bir film çəkmişik. AzTV də onu yayımladı. Mharibəyə Moskvada qoşulub, ta Berlinə qədər gedib çıxıb. Onun burda belə ipək kimi göründüyünə baxmayın. Hərb adamıdır, dəmir nizam-intizamı xoşlayır, çox tələbkar və prinsipialdır. Sovet ordusu Avropa istiqamətində irəliləyəndə kəşfiyyat qrupuna rəhbərlik edib. Bir neçə generalın şəxsi mühafizəçisi olub. Müharibədən sonra bir müddət Berlində komendat vəzifəsində çalışıb.  

 

Bu bizim "SƏHƏR" studiyasıdır. Bu şəkil Yeni il proqramından sonra çəkilib. Baş opretaorumuz Əlövsət, "Səhərin" baş redaktoru Hikmət, rejissor Vaqif, idman şərhçimiz Altay Əliyev, aparıcılar Afaq xanım, Kəmalə xanım və İlhamiyyə Rzayeva. Bizim çox gözəl kollektivimiz var idi. 


"Səhər" proqramına bir çox məşhurların simpatiyası var idi. Onların xəbəri olmadan efirdə mahnıları səslənirdi. Aygün Kazımovanın da bizim proqrama çox böyük rəğbəti var idi.   

 

Küveytdə çəkilən növbəti şəkil. Qrupda ağsaqqal olduğuma görə hədiyyələri mən təqdim edirdim. Onların dini işlər naziri bizi qəbul elədi. Biz də onlara heç də qabiliyyətsiz olmadığımızı göstərdik.  

 

Xəyyam Mirzəzadə təkcə bəstəkar deyil. O, həm də çox parlaq və mürəkkəb bir xarakterin daşıyıcısıdr. Vətənpərəvər və millətini sevən bir azərbaycanlıdır.

 

Bu da Küveyt səfərindəndir. Küveyt-Azərbaycan cəmiyyətinin burdakı təmsilçisidir. Bizm Misirdəki səfirliyin əməkdaşı, Rəşad Məcid və mən Küveyt əmirin qəbulundayıq.

 

Burda sərt baxışlarla hara baxıram bilmirəm. Yəqin ki, studiyada hər hansısa qayda pozuntusu olub. Bu şəkildən sonrakı hissə maraqlıdır. Polad müəllim soruşdu ki, sən bəyəm şuşalısan? Dedim bəli, mən elə həm də şuşalıyam. Çünki orta məktəbi orda bitirmişəm.

 

Buxarest Dövlət Universitetinin professorudur. O, Quranı ərəb dilindən rumın dilinə çevirən adamdır. 2004-cü il səfərimizdən bir xatirə şəklidir.  

 

"Səhər"in studiyasında çəkilib. Burda cavan olduğuma görə, sevimli muğam ifaçımız Simarə xanım mənim qoluma girib. Yaşlı olsaydım... 


"Səhər proqramının qonağı Xuraman və Fidan Qasımova bacılarıdır. Bu iki insanın maraqlı özəllikləri  var. Fidan xanım nə qədər sadəlövhdürsə, Xuraman xanım bir o qədər ağıllıdır. Azərbaycan incəsənəti və mədəniyyəti üçün çox parlaq simalardır.  


Misir Mərdanov mətbuata çox açıq nazir idi. Bütün tənqidlərə baxmayaraq, təhsilimizin tarixində yeri olan şəxsdir. Təbii ki, tənqidlərin də əsası var idi. O nazir ki, işləyir, o, heç vaxt mətbuatdan qaçmır. Elə tənqidlər var ki, ona aid deyil. Bu artıq bir sistemdir və ona Misir Mərdanovun da gücü çatmaz.   


"Səhər" proqramının 8 yaşını qeyd edirik. Modelyer Fəxriyyə Xələfova televiziya işçilərinin sevdiyi insandır. 


Telejurnalist Günay Yelmarqızı ilə "Səhər"in qonaq otağındayıq.


Bu şəkil "Səhər"in 10 illiyində çəkilib. "Yaxtklub"da təşkil onunan mərasim zamanı... 

 

Etibar Babayev televiziyanı ən mükəmməl səviyyədə bilən mütəxəssis və televiziya təşkilatçılarından biridir. "Space"yə rəhbərliyi dövründə onu ən reytinqli kanala çevirə bilmişdi.

 

Ruminya İnterpolunun rəisindən müsahibə alıram. Çox maraqlı insan idi. Mənə alman zabiti təsirini bağışladı. Bu insan iki dəfə gülümsədi, bir kofe gətizdirəndə, bir də ki, bizi yola salanda. Onunçün önəmi yoxdur ki, bu veriliş hara üçün çəkilir. Hər məlumatı dəfələrlə dəqiqləşdirib sonra sualları tam və bitkin tərzdə cavablandırırdı.


Burdakı simaların çoxu tanışdır. Biz beynəlxalq bir xeyriyə cəmiyyətində olduq. Xahiş elədik ki, bu təşkilat Azərbaycan qaçqınlarına da yardım eləsin. Şərtlərə görə, hər jurnalist 4 yardıma ehtiyacı olan qaçqın ailəsi təqdim edir və yardımlar onlara birbaşa verilirdi. Yardımlar ərzaq formasında çatdırılırdı. 

 

2007-ci il... Abdulla Gül azərbaycanlı jurnalisti - məni qəbul eləmişdi. 


"Xəzər" TV-də "Dost Məclisi" proqramının ilk buraxılışlarındandır. Mən AzTV-dən çıxdığım günün səhərisi bu TV-də işə başladım. Üç televiziyadan və nazirliklərdən dəvət aldım. Amma baxdım ki, mənim üçün əsas olan televiziyadır. Bu verlişdə biz Azərbaycanda memarlıq abidələrinin vəziyəti ilə bağlı danışırıq. Proqram qısa müddətdə xeyli tamaşaçı kütləsi yığa bildi.   

 

Bəxtiyar Vahabzadə haqqında bir veriliş... O, Şirmməməd Hüseynovun ən yaxın dostu idi. Bilənlər bilir, bilməyənlər də bilsin ki, Bəxtiyar Vahabzadəyə milli mövzuda şeirlərin mövzusunu Şirmənməd Hüseynov verib.  

 

Əməkdar incəsənət xadimi Ələkbər Muradov və xalq artisti Vasif Babayevlə birgə. 2009-cu ildə 20 Yanvara həsr olunmuş veriliş hazırlayıram. Şəhidlər xiyabanından birbaşa canlı efirə gedir. 


"İrəli" Gənclər Hərəkatı yeni fəaliyyətə başladğı dövrdə çəkilən şəkildir. Onların Qazaxda treniniqləri keçirilirdi, biz də orada iştrak edirdik.   


Burda üç maraqlı element var. Birinci odur ki, ortada mənəm, ikincisi odur ki, fonda payız dövrü və meşələrdir, üçüncüsü isə bu şəkli Məmməd Aslan çəkib.  

 

Kamal Abdulla, Fazil Rəhmanzadə, Brilliant Dadaşova, Servil Nuriyeva...

 

Bu şəkildə xeyli xoşbəxt görünürəm .Qubada "Cənnət bağı" deyilən yerdə çəkilib, bir dostumuzun dəvəti ilə getmişdik. 

 

İki qızım var. Böyük qızım Aytən həkimdi. Kiçik qızım Şəhla Bakı Slavyan Universitetini bitirib. Fərqli xarakterə sahibdirlər. Böyük qızım çevik, cəld, məqsədyönlü, kiçik qızım isə çox ağıllı, istedadlı amma  bir az şıltaq və tənbəldir. Mən qızlarımın hər iksini çox istəyirəm. 

 

Böyük qızımdır. Atalar qızlarını çox istəyir. Bəzən övladlar arasında ataya qarşı sevgi yarışı olur. Burda çox kök olduğuma görə qızım məni tam qucaqlaya bilməyib.  


Şamaxıda çəkilən şəkildir. Bu, nəvəm Nihatdır. Uşaq vaxtı daha cəsur idi. Epizodun özü çox maraqlıdır. Nihat  necə şirin uşaqdırsa, it də ona maraqla baxır.   

 

Ailəm bir arada. Qucağımdakı nəvəm Nigardı. Babasının qucağında özünü çox xoşbəxt hiss edir.

 

Burda yoldaşım, mən, nəvəm və kürəkənim Emil...

 

 

 

 

 

 

Modern.az-da FOTOSÖHBƏTdə...

Elçin MURAD
Pərvin ARZUQIZI



xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Fidel Kastro
10.07.2013, 17:34

Qulu müəllim, gözəl fotosessiyadır. Məncə 2-cisinə də ehtiyac var. Babək müəllimin şəklini vermisən. Nizami Xudiyevlə Arif Alışanov inciyəcəklər Sizdən. Xətirlərinə dəyməyin.

Pervane
10.07.2013, 19:54

Eziz Qulu muellim, Sizi chox isteyirem. Siz Azerbaycan jurnalistika tarixinde ozunuzu tesdiq etmish insanlardansiniz. Mence EVEZEDİLMEZSİNİZ. Bu shekiller onu gosterdi ki, jurnalist heyati heqiqeten de maqraqlidir, tekrarsizdir. Onu maraqli etmek uchunse Sizin kimi olmaq lazimdir.

Rəşid
12.07.2013, 09:51

Eşitdiyimə görə, Sizə valideynləriniz "Allahqulu" adı qoyublarmış və bu adla orta məktəbdə, bir müddət də ali məktəbdə təhsil almısınız. Sonralar isə komsomolun təsiri altında "Azərbaycan gəncləri" qəzetində "Varlığına inanmadığım şeyin necə qulu ola bilərəm?" adlı məqalə dərc etdirib Allahdan imtina etmisiniz. Bu mənəvi addimla Siz Azərbaycanda ilksiz ..... Halal olsun Sizə!

Qulu Məhərrəmli
13.07.2013, 01:55

Hörmətli Rəşid bəy! Adınızın qondarma olduğuna əmin olsam da, deməliyəm ki, yazdığınız məlumatın 1-ci cümləsi doğrudur. Həqiqətən, mənim əsl adım Allahquludur və yaxınlarım, doğmalarım məni bu gün də həmin adla çağırırlar. Bu adla mənim bədii yazılarım çıxır. Gənclər qəzetinə müsahibə məsələsində fantaziyanız xeyli bəsit göründü mənə, bir az AzTV-çiyə oxşatdım sizi. Sizi nigarançılıqdan qurtarmaq üçün deyim ki, sadəcə olaraq tələbəlikdə mənə dərs deyən görkəmli müəllimlərimiz Qulu Xəlilov və Famil Mehdinin təkidi ilə adım sənədlərdə qısaldılıb. Ürəyinizi buz kimi saxlayın, biz hamımız Allahın quluyuq, "O"ndan yalnız şərəfsizlər imtina edə bilər. Şərəfsizlər isə yaman çoxalıb, ay Rəşid bəy!!

Şirvani
16.07.2013, 18:25

Qulu müəllimin fotomüsahibəsinə çox maraqla baxdım və şox da bəyəndim. Həm fotolar əla idi, həm də şəkilaltı sözlər böyük peşəkarlıqla yazılmış dəyərli izahlardır. Bundan sonra da Qulu müəllimə həyatda uğurlar arzulayıram. Lakin "Rəşad"ın şərhi heç xoşuma gəlmədi, yersiz və düşük bir şərhdir. Mən Qulu müəllimin yanında (AZ.TV-də) təcrübədə olmuşam, sonralar isə həmişə əlaqəmiz olub. Mən bu insanı həm öz işinin ustası kimi, həm də millətinə, dininə bağlı bir insan kimi tanımışam. "Rəşad"ın yazdıqları isə paxıllığdan irəli gələn məsələdir. Qulu müəllim, belələrinə fikir verməyin və məşhur rus misalını deyin və gülün....

Zerdab.com
17.07.2013, 02:22

Esq olsun Qulu muellime. Butov sexsiyyet!

Cəfərsadıq Abbasov
18.07.2013, 22:09

Əziz Qulu, Allah qulu! "Oyatdın mürgülü xatirələri". Fotolarda nə qədər doğma simalar, çalarlar gördüm. İndi 630 və 632-ci qrupların məzunlarını bir araya gətirmək olsa neçə verilişin mövzusu olar bilirsən. Bəhanə də var. Bib-birimizi tanıdığımızın 40 ili tamam olur sentyabrda. Bəlkə heç olmasa internet forum keçirək. Ailənə və dostlara səmimi salamlarımızı çatdır.

jurnalist
19.07.2013, 21:23

Qulu müəllim əsl peşəkar, navator pedaqoq, böyük alim, bir sözlə gözəl İNSAN !! !

Ferid Huseynov
20.07.2013, 06:28

Kaş bütün jurnalistlərimiz belə peşəkar,vicdanlı və ləyaqətli, kaş bütün müəllimlərimiz belə savadlı və öyrədici, kaş bütün alimlərimiz bu dərəcədə dərin zəkalı və zəhmətkeş olsunlar! Qulu müəllim, var olun! Bilirik ki, Siz də bir çox layiqli adamlar kimi vicdanlı olmağın əzabını çəkirsiniz, amma narahat olmayın. Vallah, adınız çəkiləndə, simanız görünəndə üzlər nura boyanır, Var olun, Tanrı millətin Sizin kimi övladlarını qorusun!

oqtay qorçu
23.07.2013, 22:25

Qulu müəllim, var olun! Rəşidlər onsuz da karvan yolundan qıraqdadırlar. Çox maraqlı foto səyahət oldu.

Rəşid
25.07.2013, 01:50

Hörmətli Qulu müəllim! Bəli, haqlısınız: biz hamımız Allahın quluyuq, Ondan yalnız şərəfsizlər imtina edə bilər. Şərəfsizlər isə yaman çoxalıb, ay Qulu müəllim!! Amma şərhinizdəki bir məqam sizi diğər cəhətdən də səciyyələndirir. "AzTV-çiyə oxşatdım sizi" - bu nə deməkdir!? Məgər siz AzTV - nin çörəyini yemirsiniz, orda formalaşmamısınız? Ümummilli liderimizlə məgər xarici səfərlərə AzTV-çi kimi yollanmamIsInIz? Nə oldu bəs? Elmi ad və dərəcələri AzTV-çi kimi almamısınız? AzTV-çilər məgər düşməndilər? Soğan yeməmisən, için niyə göynəyir" yaxşı məsəldir. Yeməkdən söz düşmüşkən çörəyi yeyib tapdalayana və əslini danana da xalq arasında dəqiq adlar seçiblər. Bir də ki "ələkçinin qıl verənləri" şərhlərində savadsızlıqlarını bir daha sərgiləyirlər.......

Sənan
25.07.2013, 04:19

Bu "Rəşid" qardaş niyə tez cırnadı belə? Qulu müəllim daşın haradan atıldığını, deyəsən gözəl bilirmiş və odur ki, şərəfsizlərin çoxaldığını deyirmiş. Məncə ustad jurnalist "aztvçi" sözündən qarmaq kimi düz istifadə edib və yanılmayıb.. "Rəşid"in ittihamını anlamaq olmur, bəyəm ustad AzTV-də işlədiyini və H.Əliyevlə səfərlərini danır? Görün bunlarla bağlı nə qədər şəkil qoyulub? Qulu müəllimin AzTV-də işləməsi ilə fəxr etdiyini dediyi müsahibələri də dəfələrlə oxumuşam. Məncə, şərhdə "aztvçi" ifadəsi adını gizlədən "ələkçinin qıl verənləri"nə münasibətdə düz işlədilib. Rəşidə qardaş da bəd niyyəti ilə bunun düz olduğunu sübut edir. İlahi, "savadlı Rəşid" qardaşımız demişkən, bu şərəfsizlər niyə çoxalır, belə?!

Heqiqi ve semimi Allah Qulu
12.08.2013, 21:54

Salam Qulu ( Allahqulu ) muellim. Sizin shekillerinize baxdim, ve altinda yazilan sherhleri de oxudum, Xoshuma geldi. Beli size yazirlar niye Allahdan imtina elemisiz, amma siz duzgun cavab vere bilmediz. Sonrada 2-3 nefer sizin qil verenleriniz cixdi, sizi teriflemeye, Reshid beyi teklemeye calishdilar, ve tutarli cavab vere bilmediler. Aztv ci olmaga gelende sizi beli sizi Azerbaycana Aztv tanitdirib. Oradan cixandan sonra uz donderib, size dogru deyilen amma siz sehv hesab elediyiniz adamlari Aztv-ci adlandirirsiz. Siz yeqin ki, butun her sheye gore Aztv-ye borclusuz.....

Rəşid
21.08.2013, 19:34

Ay (Allah)qulu müəllim, indi də "sənan" adını seçmisən.....üslubundan "qulu"ya oxşatdım səni..........................

16.09.2013, 01:39

rewid seni nece tapa bilerem faccebookda ?

Fəridə
21.09.2013, 20:06

Sevimli Qulu müəllim, biz sizinlə fəxr edirik. Nə yaxşı ki, jurnalistikamızda siz miqyasda bir peşəkar və vicdanlı insan vardır. Yaşadığınız ömür yolu da, cəmiyyətdə tutduğunuz şərəfli mövqe də bizlər üçün nümunədir. Tanrı sizi və sizin kimi dəyərli ziyalılarımızı qorusun!

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Cəmil Həsənli sərbəst buraxıldı
18.11.2018, 00:49

Cəmil Həsənli sərbəst buraxıldı

“Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi  çətin olacaq” – Rəqib baş məşqçi
18.11.2018, 00:38

“Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi  çətin olacaq” – Rəqib baş məşqçi

İŞİD-in son istehkamı da ələ keçirildi
18.11.2018, 00:23

İŞİD-in son istehkamı da ələ keçirildi

“Kosovo ilə oyunda məğlubiyyət haqqında düşünmürəm” - Qurban Qurbanov
18.11.2018, 00:10

“Kosovo ilə oyunda məğlubiyyət haqqında düşünmürəm” - Qurban Qurbanov

Fransadakı etirazlarda 220 nəfər xəsarət aldı
17.11.2018, 23:56

Fransadakı etirazlarda 220 nəfər xəsarət aldı

Çıxarışsız mənzillərin vergi problemi - VİDEO
17.11.2018, 23:31

Çıxarışsız mənzillərin vergi problemi - VİDEO

FİFA Türkiyə klubunu cəzalandırdı
17.11.2018, 23:09

FİFA Türkiyə klubunu cəzalandırdı

Azərbaycan Farer Adalarını məğlub etdi - YENİLƏNİB
17.11.2018, 22:51

Azərbaycan Farer Adalarını məğlub etdi - YENİLƏNİB

Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO
17.11.2018, 22:43

Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO

Kamran Ağayev zədələndi
17.11.2018, 22:23

Kamran Ağayev zədələndi

"İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"- Siyavuş Novruzov
17.11.2018, 22:13

"İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"- Siyavuş Novruzov

Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ
17.11.2018, 22:00

Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı
17.11.2018, 21:43

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı

Piyada yol qəzasının qurbanı oldu
17.11.2018, 21:10

Piyada yol qəzasının qurbanı oldu

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır
17.11.2018, 20:56

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır
17.11.2018, 20:42

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR
17.11.2018, 20:25

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb
17.11.2018, 20:17

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı
17.11.2018, 20:09

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı

Çeçenistanda qadın kamikadze özünü partlatdı
17.11.2018, 20:02

Çeçenistanda qadın kamikadze özünü partlatdı

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI   
17.11.2018, 19:54

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI  

Cəlilabadda axtarışda olan narkotacir saxlanıldı
17.11.2018, 19:51

Cəlilabadda axtarışda olan narkotacir saxlanıldı

“BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayətkarlarla bağlı təsirli addımlar ata bilər”
17.11.2018, 19:23

“BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayətkarlarla bağlı təsirli addımlar ata bilər”

Fazil Məmmədovun müalicədən sonra ilk FOTOSU 
17.11.2018, 19:09

Fazil Məmmədovun müalicədən sonra ilk FOTOSU 

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı
17.11.2018, 18:39

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı

Yasamalda oğurluq edən şəxs tutulub
17.11.2018, 17:55

Yasamalda oğurluq edən şəxs tutulub

“9531 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək”
17.11.2018, 17:37

“9531 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək”

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü
17.11.2018, 17:30

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir
17.11.2018, 17:13

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib
17.11.2018, 17:00

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib

Suriyada daha 40 dinc sakin həlak oldu
17.11.2018, 16:46

Suriyada daha 40 dinc sakin həlak oldu

Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib
17.11.2018, 16:34

Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”
17.11.2018, 16:07

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”

Ermənistan ordusunun zabitləri cəzalandırılıb
17.11.2018, 15:38

Ermənistan ordusunun zabitləri cəzalandırılıb

Gömrükdə Ermənistanda istehsal edilən məhsullar ələ keçirildi - FOTOLAR
17.11.2018, 15:22

Gömrükdə Ermənistanda istehsal edilən məhsullar ələ keçirildi - FOTOLAR

Azərbaycan Fransaya etiraz notası verib
17.11.2018, 15:14

Azərbaycan Fransaya etiraz notası verib

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-i Paşinyana sərt cavab verdi
17.11.2018, 14:59

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-i Paşinyana sərt cavab verdi

İsrailin Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək
17.11.2018, 14:56

İsrailin Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək

Təbriz-Zəncan magistralında 7 nəfər öldü
17.11.2018, 14:47

Təbriz-Zəncan magistralında 7 nəfər öldü

Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq
17.11.2018, 14:35

Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
17.11.2018, 14:33

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir
17.11.2018, 14:26

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu   
17.11.2018, 14:20

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu  

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”
17.11.2018, 13:50

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”

Bakının bu rayonu susuz qalacaq
17.11.2018, 13:44

Bakının bu rayonu susuz qalacaq

İlham Əliyev Belarusa səfər edəcək
17.11.2018, 13:33

İlham Əliyev Belarusa səfər edəcək

Heydər Əliyev Fondunun daha bir layihəsi –“Yeddi gözəl” sərgisi Moskvada açılır
17.11.2018, 13:28

Heydər Əliyev Fondunun daha bir layihəsi –“Yeddi gözəl” sərgisi Moskvada açılır

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb
17.11.2018, 13:23

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb

Oqtay Əsədov İzmirdə TÜRKPA-nın konfransına qatılacaq
17.11.2018, 13:20

Oqtay Əsədov İzmirdə TÜRKPA-nın konfransına qatılacaq

Rəsmi Paris: “Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır”
17.11.2018, 13:17

Rəsmi Paris: “Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır”

ARXİV