21 yanvar 2019, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - Azərbaycanda nəşri dayanmış populyar qəzetlər... SİYAHI
Azərbaycanda nəşri dayanmış populyar qəzetlər... SİYAHI
22.07.2013, 10:13



Əsası “Əkinçi” qəzeti ilə qoyulan Milli Mətbuat Gününün 138-cı ildönümünü qeyd edirik. Modern.az saytı son 15 il ərzində Azərbaycanda populyarlıq qazanan, lakin müxtəlif səbəblərdən bağlanmaq məcburiyyətində qalan qəzetləri yadınıza salır. Yaxın keçmişdə ölkə mediasının simasına çevrilmiş həmin qəzetlər hazırda Ədliyyə Nazirliyinin reyestrində olsa da, dərc olunmur, qapanıb. Və bir daha çıxacaqlarına da güman yoxdur. Gəlin onları xatırlayaq:

”Aydınlıq” qəzeti. 1990-cı ildə açılan “Aydınlıq” müstəqil mediamızın ilk qaranquşlarındandır. Baş redaktor tanınmış jurnalust  Babək Hüseynoğlu idi. İstedadlı qələm sahibləri Məmməd Nazimoğlu, Mahal İsmayıloğlu da “Aydınlıq”ın qurucularından idi. “Aydınlıq” mətbuata yeni forma və məzmun gətirən qəzetlərdən oldu. İlk məhkəməyə verilən müstəqil qəzet də “Aydınlıq” olub.

”İstiqlal” qəzeti. 90-cı illərin əvvəlində Azərbaycan Sosial-Depokrat Partiyasının sabiq həmsədri Zərdüşt Əlizadə tərəfindən buraxılırdı.
 
Panorama” qəzeti. 1996-2000-ci illərdə gündəlik olaraq iki dildə (Azərbaycan və rus) çıxan bu qəzet media bazarında kifayət qədər nüfuz qazanmışdı. “Panorama”nın populyarlıq qazanması onun baş redaktoru Araz Zeynalovun əməyinin məhsulu idi. “Panorama”da medianın xeyli tanınmış imzası cəmlənmişdi. Həmin imzaların sahibləri indi müxtəlif yerlərdə çalışırlar, Araz müəllimin özü isə rusdilli “vesti.az” saytına rəhbərlik edir.

“Bu gün” qəzeti. Azərbaycanın qəzet bazarına sürətlə daxil olan “Bu gün” 1996-2003-cü illərdə özünəməxsus mövqeyi, kəsəri ilə seçilirdi. Hətta bir dönəm tirajına görə bütün ciddi qəzetləri üstələyərək 28 min nüsxə ilə çap olunan “Bu gün”ün həmin rekordunu bundan sonra çətin ki, hansısa yazılı medıa orqanı qıra bilsin. “Bu gün”ün baş redaktoru Nəsib İsmayılov deyir ki, qəzeti bundan sonra nəşr etmək haqqında əsla düşünmür.
 
”Press-fakt” qəzeti. 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərində nəşr olunan və az vaxtda media aləmində özünə yer tutan “Press-fakt” da mətbuata bir sıra tanınmış imzalar verib. Tanınmış jurnalist, indi AzTV-də çalışan Məqsəd Nurun təsis etdiyi “Press-fakt”ın yenidən işıq üzü görəcəyi yəqin baş verməyəcək.

Avropa” qəzeti. 2000-ci il fevral ayının 5-də yaradılan və 2003-cü ilin sonlarınadək çap olunan “Avropa” media bazarının sözü kəsərli qəzetlərindən idi. Həftəlik nəşr olunmasına baxmayaraq ciddi oxucu auditoriyası onun hər sayını maraqla qarşılayırdı. Fəxri Uğurlunun rəhbərlik etdiyi “Avropa” maliyyə probleminin qurbanı oldu.

”7 gün” qəzeti: 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərində Azərbaycanda uzun müddət geniş oxucu auditoriyası olmuş qəzetlərdən biri idi. Bu qəzetin sonradan rusca «7 dney» adlı nəşri də çap olunurdu. Amma indi həmin qəzetlər işıq üzü görmür. «7 gün»ün baş redaktoru Emin Eminbəyli rəhbərlik etdiyi qəzeti bağlayandan sonra bir müddət «Şəfa» stadionunun direktoru vəzifəsində çalışdı. Bu vəzifədən getdikdən sonra isə bizneslə məşğul olmağa başladı. Mətbuat sahəsi üçün bir o qədər də darıxmadığını deyən keçmiş baş redaktor Modern.az-a “mənim bir daha mətbuata qayıtmaq istəyim yoxdu” deyib.

”Rezonans” qəzeti. Tanınmış vəkil Adil İsmayılovun təsis etdiyi və Mehman Cavadoğlunun baş redaktoru olduğu “Rezonans” qəzetinin də bir populyar zamanı vardı. Açıldı, tanındı, oxundu, sonra da qapandı... Deyəsən birdəfəlik...

”İnterpark” qəzeti. Jurnalistikada yaşlı və orta nəsil bu qəzeti yaxşı xatırlayar. Azərbaycanda sarı erotik mətbuatın ilk nümunəsi idi. Qəzetin 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərində geniş  oxucu auditoriyası vardı. İntim, erotik mövzulu yazıların həvəskarları “İnterpark”ın hər nömrəsini səbirsizliklə gözləyirdilər. “7 gün”ün əlavəsi kimi çıxan “İnterpark”ın baş redaktoru Hüseyn İsmayılbəyli indi Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi orqanı olan “Mülkiyyət” qəzetinə rəhbərlik edir.

“Əyləncə” qəzeti. “Bu gün” qəzetinin həftəlik əlavəsi olan “Əyləncə” qəzeti 2000-ci ilin əvvəlində satış tirajına görə, bütün media orqanlarını geridə qoymuşdu. Qəzet 42 min tirajla çap olunur və “vozvratsız” satılırdı. Bu sarı-erotik mətbuat internetin olmadığı o zamanlar üçün hələ qapalı sayılan intim mövzuları elə açıq-saçıqlıqla işıqlandırırdı ki, gənclər, tələbələr arasında əlbəəl gəzirdi. Nizami İsmayılovun baş redaktoru olduğu  bu qəzetin də keçici bir ömrü oldu. Bir müddət sonra internet Azərbaycana da gəlib çıxdı, intim mövzulara maraq azaldı, “Əyləncə” də ömrünü başa vurdu...

“Yeni yüzil” qəzeti. 2001-2002-ci illərdə tanınmış jurnalist Gündüz Tahirlinin baş redaktorluğu ilə dərc olunan “Yeni yüzil” cəmi altı ay yaşadı, amma tanındı, ciddi dairələrdə ciddi qəbul olundu. Qəzetdə tanınmış imza sahiblərindən ibarət yaxşı kollektiv yığılmışdı: Adil Qaçayoğlu, Etibar Cəbrayıloğlu, Afaq Vasifqızı, Müsəllim Həsənli, Qurban Yaquboğlu, Vüqar Bayramov, Vəfa Allahverdiyeva, Məmməd Süleymanov, Natiq Cavadlı, Aynur Camalqızı, Əfqan Qafarlı, Laura Cəbrayıllı, Faiq Novruzlu, Xatirə Qasımova, Səbuhi Məmmədli... Amma “Yeni yüzili”in yaşaması təkcə tanınmış imzalardan asılı deyilmiş...
 
”Avrasiya” qəzeti. Türkiyədə və Azərbaycanda tanınmış jurnalist İrfan Sapmazın buraxdığı bu gündəlik qəzetin də bizim media məkanında öz yeri və oxucusu vardı... 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərində çıxan “Avrasiya” bir sıra jurnalistlərin yetişməsi üçün məktəb oldu.
 
“Dövran” qəzeti. Həftədə bir dəfə nəşr olunan “Dövran” iqtidaryönlü qəzet idi. 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərində nəşr olunan qəzetin baş redaktoru publisist, jurnalist Salman Vilayətoğlu idi. S.Vilayətoğlu 2009-cu ildə 47 yaşında dünyasını dəyişib.  
 
”Çağ” qəzeti. Baş redaktoru Bahəddin Həziyev olan bu qəzetlə bağlı məşhur qalmaqal yaddaşlardan silinməyib. Hüquq-mühafizə orqanlarının qəzet redaksiyasında apardığı araşdırma nəticəsində kompüterdən tapılan “Müxalifətin mitiniq taktikası” yazısı “Çağ”ın sıradan çıxmasının bünövrəsini qoydu.

“Dedektiv” qəzeti. Mərhum jurnalist Elçin Səlcuqun nəşr etdirdiyi “Dedektiv” daha çox cinayət aləminin bizə qaranlıq məqamlarına işıq salırdı. Əvvəlcə “Dedktiv” bağlandı, üstündən bir neçə il sonra baş redaktor Elçin Səlcuq rəhmətə getdi....

“Millətin səsi” qəzeti. Həftədə br dəfə köşklərdə olan “Millətin səsi” tanınmış naşir Şahbaz Xuduoğlunun rəhbirliyi altında qısa vaxtda media məkanına səs sala bildi. Amma bu qəzetin ömrü çox da uzun sürmədi...

“Avtoritet” qəzeti. Tanınmış jurnalist İlqar Əlfioğlunun baş redaktorluğu ilə çap olunan “Avtoritet” “oğru dünyası”ndan yazdığı maraqlı materialları ilə qısa zamanda populyarlıq qazanmışdı. Qəzet geniş oxucu auditoriyası da toplaya bilmişdi. Hər şeyin bir zamanı olduğu kimi, “Avtoritet”in də zamanı oldu, keçdi və bağlandı....

“Günaydın” qəzeti. 90-cı illərin sonlarında çıxan bu qəzeti indi mətbuatda çalışan bir qrup jurnalist özləri üşün məktəb, onun o vaxtkı baş redaktoru Şahvələd Çobanoğlunu isə müəllimləri sayırlar.

“Elita” qəzeti. 1996-2000-ci illərdə çıxan həftəlik ictimai-siyasi qəzet idi. 1998-99-cu illər qəzetin fəaliyyətində yüksəliş dövrü olub. Redaktor Məsiağa Məhəmmədinin rəhbərlik etdiyi kiçik kollektiv “Elita”nın qəzet bazarında duruş gətirməsinə nail ola bilsə də, sonradan maliyyə problemi bu mətbu nəşrin sıradan çıxmasıa səbəb oldu.

”Ulus” qəzeti. Fəaliyyəti dövründə bir neçə dəfə məhkəmələrə verilən, təsisçisi və başredaktoru həbs olunan “Ulus” qəzetini eks-spiker Rəsul Quliyevin maliyyələşdirdiyi bildirilir.

“Bizim əsr” qəzeti. Media Holdinq şirkətinin təsis etdiyi “Bizim əsr” həftəlik ictimai-siyasi qəzet idi. 1999-cu il may ayının 5-də yaradılmışdı. Media Holdinq şirkəti həm də “Lider” TV-nin təsisçisidir. “Bizim əsr” qəzeti burada çalışan bəzi jurnalistlər üçün “Lider” TV-yə keçmək üçün bir tramplin rolunu oynadı.

“Günay” qəzeti.
İş adamı, Demokratik Sahibkarlar Partiyasının sədri Mahmud Məmmədovun təsis etdiyi “Günay” qəzeti böyük formatda (A2), rəngli çıxırdı. Qəzetin baş redaktoru indi ANS-də çalışan tanınmış jurnalist Orxan Fikrətoğlu idi.

”Şans” qəzeti. 90-cı illərin sonunda açılan keçmiş bu qəzeti Dövlət Əmlak Komitəsinin sabiq rəhbəri Nadir Nəsibovun maliyyələşdirdiyi bildirilir. Tanınmış imza sahiblərinin cəmləşdiyi bu qəzetin ömrü çox da uzun sürmədi. Maliyyə problemi “Şans”ı da “yedi”. Qəzetin baş redaktoru tanınmış jurnalist Azər Hüseynbala olub.
 
“Teleskop” qəzeti. Baş redaktoru Zəminə Əliqızı, baş məsləhətçi Eldəniz Elgün
olan müstəqil qəzet 1999-cu ildən nəşr olunurdu. Bir il fəaləyyət göstərən “Teleskop” rekadsiyanın kollektivi arasında baş verən qalmaqaldan sonra qapadıldı.

“Gün səhər” qəzeti
. 2005-ci ilin fevral ayında yaradılıb. Tanınmış jurnalist, “Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyevin təsis etdiyi “Gün səhər” də uzun müddət yaşamadı. Amma mətbuat aləmində adından söz etdirə bildi.

“Monitor” jurnalı. Rus dilində həftəlik ictimai-siyasi jurnal olan “Monitor” 2000-ci ildə yaradılıb. Jurnal ayrı-ayrı məmurlar barədə kəskin yazıları ilə fərqlənirdi. 2005-ci ildə “Monitor” çapını dayandırıb. Buna səbəb baş redaktor Elmar Hüseynovun həmin ilin martında öz evinin qarşısında güllələnərək qətlə yetirilməsi oldu.

”Gündəlik Azərbaycan” qəzeti.
2005-ci ilin avqust ayında təsis edilən qəzet 2007-ci ilin may ayınadək nəşr olunub. Səs-küylü məqalələri ilə yadda qalan, qanqster Hacı Məmmədovun heç yerdə dərc olunmayan şəkillərini verən “Gündəlik Azərbaycan” bir sıra dairələri əməlli-başlı silkələyə bilmişdi. 2007-ci ilin mayında təsisçi və baş redaktor Eynulla Fətullayevin həbsi ilə “Gündəlik Azərbaycan”ın da nəşri dayandı.

”Xəzər” qəzeti. 2005-ci ilin mayında fəaliyyətə başlayan bu qəzetin baş redaktoru BBC-nin Azərbaycan xidmətinin sabiq rəhbəri İslam Atakişiyevdir. Qəzet bir il gündəlik nəşr olundu, sonradan həftəliyə keçdi. 2009-cu il aprelin 1-də “Xəzər”i bağladılar. Amma onun rus dilindəki variantı – “Kaspiy” indi də çıxır. Həm də gündəlik...

”Milli yol” qəzeti. “Milli yol”u 2010-cu ildə avtomobil qəzasında dünyasını dəyişən mərhum jurnalist Şahin Ağabəyli buraxırdı. Onun ölümündən sonra bu müxalifətyönlü qəzet də fəaliyyətini dayandırdı.

Ə.Qafarlı


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Aqil
22.07.2013, 22:34

"Alternativ" qəzeti də bu sıradadir. Bir zamanlar o da kifayət qədər nüfuzlu idi.

Əli Orucov
22.07.2013, 22:48

"Çox təəssüf edirəm ki, bu siyahıda "Millət" qəzetini görmədim

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
101 dövlət əmlakı özəlləşdirilir
21.01.2019, 13:42

101 dövlət əmlakı özəlləşdirilir

Damcılı mağara düşərgəsinə yeni yol çəkilir
21.01.2019, 13:14

Damcılı mağara düşərgəsinə yeni yol çəkilir

Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı
21.01.2019, 13:09

Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı

İmişlidə 3 uşaq anası intihar edib
21.01.2019, 12:58

İmişlidə 3 uşaq anası intihar edib

Sabah hava necə olacaq? - PROQNOZ   
21.01.2019, 12:56

Sabah hava necə olacaq? - PROQNOZ  

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
21.01.2019, 12:54

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

60 ölkənin dövlət başçısı Davos Forumuna toplaşır
21.01.2019, 12:52

60 ölkənin dövlət başçısı Davos Forumuna toplaşır

Ördək və qaşqaldaq ovlayanlar saxlanıldı
21.01.2019, 12:29

Ördək və qaşqaldaq ovlayanlar saxlanıldı

Ermənistanda azərbaycanlıya 10 il həbs cəzası verilib 
21.01.2019, 12:26

Ermənistanda azərbaycanlıya 10 il həbs cəzası verilib 

Çin əhalisinin sayı açıqlanıb - 1,395 milyard nəfər
21.01.2019, 12:18

Çin əhalisinin sayı açıqlanıb - 1,395 milyard nəfər

Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ!
21.01.2019, 11:56

Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ!

İslam İnkişaf Bankının təqaüd proqramı açıqlandı
21.01.2019, 11:40

İslam İnkişaf Bankının təqaüd proqramı açıqlandı

Əfqanıstanda 18 nəfər partlayışın qurbanı oldu
21.01.2019, 11:29

Əfqanıstanda 18 nəfər partlayışın qurbanı oldu

Babək prospekti niyə deformasiyaya uğradı...
21.01.2019, 11:28

Babək prospekti niyə deformasiyaya uğradı...

Ermənilər Kəlbəcərdə qəzaya düşdülər: 3 ölü, 1 yaralı
21.01.2019, 11:16

Ermənilər Kəlbəcərdə qəzaya düşdülər: 3 ölü, 1 yaralı

Şəhidlər xiyabanında “səs-küylü hadisə” - Bakı Meriyasından AÇIQLAMA
21.01.2019, 11:03

Şəhidlər xiyabanında səs-küylü hadisə” - Bakı Meriyasından AÇIQLAMA

Futbolçular qəzaya uğradılar: 13 ölü, 20 yaralı
21.01.2019, 10:58

Futbolçular qəzaya uğradılar: 13 ölü, 20 yaralı

“Coşqun ofisiant, mən satıcı işləyir, Azər Axşam və Rafael klounluq edirdi” - Bir qrupun MƏZUNLARI
21.01.2019, 10:58

“Coşqun ofisiant, mən satıcı işləyir, Azər Axşam və Rafael klounluq edirdi” - Bir qrupun MƏZUNLARI

Abituriyentlərin NƏZƏRİNƏ - yeni model üzrə sınaq imtahanı keçiriləcək
21.01.2019, 10:57

Abituriyentlərin NƏZƏRİNƏ - yeni model üzrə sınaq imtahanı keçiriləcək

“Baker Hughes, a GE company” Bakı Ali Neft Məktəbilə əməkdaşlığı genişləndirir
21.01.2019, 10:37

“Baker Hughes, a GE company” Bakı Ali Neft Məktəbilə əməkdaşlığı genişləndirir

Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr təyin edilib 
21.01.2019, 10:33

Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr təyin edilib 

Kapital Bank-ın müştəriləri “13-cü maaş” qazandı
21.01.2019, 10:10

Kapital Bank-ın müştəriləri “13-cü maaş” qazandı

Hakerlərimiz 2 min erməninin “e-mail”ni ələ keçirdilər  
21.01.2019, 10:10

Hakerlərimiz 2 min erməninin e-mail”ni ələ keçirdilər  

“Güzəştli mənzil” sistemində YENİLİKLƏR   
21.01.2019, 10:07

“Güzəştli mənzil” sistemində YENİLİKLƏR  

Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılır
21.01.2019, 10:06

Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılır

Son iki günün “yol terroru”: 7 qəza, 2 ölü, 12 yaralı
21.01.2019, 10:02

Son iki günün “yol terroru”: 7 qəza, 2 ölü, 12 yaralı

Ağstafada 20 Yanvar şəhidləri anıldı
21.01.2019, 10:00

Ağstafada 20 Yanvar şəhidləri anıldı

Gəncədə “20 Yanvar” faciəsi şəhidlərinin xatirəsi anılıb
21.01.2019, 10:00

Gəncədə “20 Yanvar” faciəsi şəhidlərinin xatirəsi anılıb

Mustafa Abbasbəyli nazir müşaviri təyin edilib
21.01.2019, 09:59

Mustafa Abbasbəyli nazir müşaviri təyin edilib

Ermənilər kəndlərimizi atəşə tutdu
21.01.2019, 09:41

Ermənilər kəndlərimizi atəşə tutdu

Milli Məclisin deputatları Strasburqdadır - AŞPA sessiyası BAŞLAYIR
21.01.2019, 09:15

Milli Məclisin deputatları Strasburqdadır - AŞPA sessiyası BAŞLAYIR

Mehman Cavadoğlunun ailəsində ağır itki
21.01.2019, 08:57

Mehman Cavadoğlunun ailəsində ağır itki

Doğum evlərində yeni standartlar tətbiq ediləcək
21.01.2019, 08:55

Doğum evlərində yeni standartlar tətbiq ediləcək

Firuz Mustafanın anası vəfat edib
21.01.2019, 08:48

Firuz Mustafanın anası vəfat edib

Bu ilin ilk Ay tutulması baş verdi
21.01.2019, 08:29

Bu ilin ilk Ay tutulması baş verdi

Amerikadakı Leyli və Məcnun...    
21.01.2019, 08:26

Amerikadakı Leyli və Məcnun...  

Manat yeni həftəyə bu MƏZƏNNƏ ilə başladı
21.01.2019, 08:13

Manat yeni həftəyə bu MƏZƏNNƏ ilə başladı

Sabunçu rayonunda dörd otaqlı ev yandı
21.01.2019, 00:45

Sabunçu rayonunda dörd otaqlı ev yandı

Zəlzələ sonrası iki nəfər ürək tutmasından öldü
21.01.2019, 00:27

Zəlzələ sonrası iki nəfər ürək tutmasından öldü

Tramp vətəndaşları evdən çıxmamağa çağırdı
21.01.2019, 00:04

Tramp vətəndaşları evdən çıxmamağa çağırdı

Rəcəbov heç-heçə etdi, Məmmədyarov uduzdu
20.01.2019, 23:36

Rəcəbov heç-heçə etdi, Məmmədyarov uduzdu

Ağstafada yanğında xəsarət alan qadın öldü
20.01.2019, 23:09

Ağstafada yanğında xəsarət alan qadın öldü

İrana casusluq edən alman zabiti yaxalanıb
20.01.2019, 22:43

İrana casusluq edən alman zabiti yaxalanıb

Ermənilərlə azərbaycanlılar barışa bilərmi? – VİDEO - SORĞU
20.01.2019, 22:22

Ermənilərlə azərbaycanlılar barışa bilərmi? – VİDEO - SORĞU

Rusiya Yaponiya arasında GƏRGİNLİK
20.01.2019, 22:01

Rusiya Yaponiya arasında GƏRGİNLİK

Bakıda sərnişin avtobusu qəza törətdi
20.01.2019, 21:42

Bakıda sərnişin avtobusu qəza törətdi

Qadın əməliyyat zamanı öldü
20.01.2019, 21:22

Qadın əməliyyat zamanı öldü

UEFA Çempionlar Liqası üçün yeni topu təqdim etdi
20.01.2019, 21:06

UEFA Çempionlar Liqası üçün yeni topu təqdim etdi

122,5 min insan işıqsız qalıb
20.01.2019, 20:55

122,5 min insan işıqsız qalıb

Tibetdə 5 bal gücündə zəlzələ oldu
20.01.2019, 20:43

Tibetdə 5 bal gücündə zəlzələ oldu

ARXİV