17 noyabr 2018, Şənbə
Ana Səhifə - MÜSAHİBƏ - Telli Pənahqızı: “Onların efirdən camaata əxlaq dərsi verməyə haqqı çatmır” - MÜSAHİBƏ
Telli Pənahqızı: “Onların efirdən camaata əxlaq dərsi verməyə haqqı çatmır” - MÜSAHİBƏ
23.07.2013, 12:57

“Düşünürəm ki, nə vaxtsa məni də dəli kimi sevən olacaq”

Bu müsahibənin mənim üçün həm də bir imtahan mənası daşıdığını bilirdim. Çünki himnin sözünü bilməyən, əlifbadakı ilk beş hərfin sıralamasını qanmayan müsahiblərdən uzaqlaşıb,  həyatının 30 ilini jurnalistikaya həsr etmiş biriylə həmsöhbət olmaq gerçəkdən imtahandır.

...Deyilən vaxtda onun iş yerinin - AzTV-nin qarşısındayıq. Bizi yetərincə səmimi qarşılayır və gecikdiyimizə görə irad “payımızı” da verir. Yerimizi rahatlayandan sonra söhbətə başlayırıq və müsahibim, tanınmış telejurnalist Telli Pənahqızıdan daha bir irad da gəlir: “Niyə qeyd dəftərçən yoxdur?”.

Deməli diktofonu işə salmağın əsl məqamıdır.

- Bu, irad deyil, sadəcə fikrimi deyirəm. Çünki mən belə danışmamışam, belə yazmamışam.

“Onun danışığında qədeşlik, bakılı ləhcəsi var idi”

- Yəqin ki, yetərincə məşhur həmsöhbətləriniz, müsahibləriniz olub.

- Əlbətttə. Maestro Niyazi ilə söhbət mənə ləzzət edib. Fikrət Əmirov çox şirin danışırdı ,  Ağabəy Sultanov deyirdi ki, “sənə söz verirəm ki, bu müsahibədən sonra Azərbaycan dilində fikrimi elə sənin qədər sərbəst ifadə etməyi öyrənəcəm”, rəhmətlik sözünü tutdu, öyrəndi də. Şövkət Ələkbərova gözəl danışırdı. Mirzə Babayevlə iki dəfə müsahib olmuşam. Necə gözəl, necə məlahəhətli danışırdı, İlahi! Onun danışığında qədeşlik vardı, bakılı ləhcəsi ilə danışırdı, fikirlərini ifadə etməkdən çəkinmirdi, dediyi sözləri sığallayıb, tumarlamaq heç yadına da düşmürdü. Adam ondan ayrılmaq istəmirdi. Rəşid Behbudov rusdilli olsa da, o qədər şirin ləhcə ilə danışırdı ki, adam bu böyük sənətkara valeh olurdu..

- Amma Rəşid Behbudov mahnılarını bəzən elə ləhcəylə də ifa edirdi. Sizcə belə ifa doğrudur?

- Mənə elə gəlir ki, doğrudur. Çünki o Rəşid Behbudov idi, o ustad idi, nəyi, necə və harada edəcəyini bilirdi.


- Yaddaşınızda qalan ən maraqlı müsahibiniz kim olub?

- İki dəfə Heyər Əliyevlə təkbətək müsahibəm olub.

- Həmin müsahibələri harada almışdınız, Bakıda, yoxsa Naxçıvanda?

- Bakıda. Ali Sovetə təzə gələndə və bir də prezident seçiləndə. Həmin müsahibələrin biri 1 saat 15 dəqiqə, digəri 1 saat davam elədi. Bu görüşlərdən sonra mən jurnalistliyin necə çətin, necə şərəfli və məsuliyyətli bir peşə olduğuna bir daha əmin oldum. O vaxt çoxları deyirdi ki, “Heydər Əliyevlə  üzbəsurət oturub danışmaq çətindir, onda qəribə bir mağiya var”. Təbii ki, o nəhəng insan idi. 20-ci əsr Azərbaycan ədəbiyyatında, incəsənətində, mədəniyyətində çox böyük dahilərimiz olub. Amma siyasətdə ikinci Heydər Əliyevimiz yoxdur.

- Təbii ki, heç kimdən ikincisi də yoxdur...

- Biz sıradan biri olaraq, öz ailəmiz, çevrəmiz üçün bəlkə də təkrarsızıq. Amma söhbət millətin, ölkənin taleyini dəyişdirməyə qadir olan seçilmişlərdən, dahilərdən gedir! Bəli, o təkrarsız insan, böyük şəxsiyyət idi. Onu dostları da sevirdi düşmənləri də. Dostlar onun istedadını və şəx-siyyətini dəyərləndirdikləri, düşmənləri isə ona həsəd aparıb qorxduqları üçün. 

Bütün siyasətçilər bir-birlərinə bənzəyirlər, o isə fenomen yaddaşı, savadı, işgüzarlığı, ağlı, zəkası və ən əsası dəmir məntiqi ilə hər kəsi mat qoymağı bacarırdı. Bu insan ədəbiyyatdan danışanda ədəbiyyatçı, musiqidən danışanda musiqişünas, teatrdan danışanda ən gözəl aktyor və rejissor oyunlarını şərh edən bir teatr, səhnə bilicisi olurdu. Rəsamlar, memarlar, arxitektorlar onun tövsiyyə və məsləhətlərini həvəslə dinləyirdilər. Kənd təsərrüfatından danışanda  düşünürdün ki, yəqin nə vaxtsa Kənd Təsərrüfatı İnstitutunda oxuyub.

- Heydər Əliyevlə müsahibədənkənar ünsiyyətiniz olub?

- Heydər Əliyev özü o vaxt müsahibə almaq üçün mənim gəlməyimi istəmişdi. Çünki o vaxt üzdə olan jurnalistlərdən idim, hadisələr dövründə efirdə daha çox görünürdüm.

“Mənim üçün həqiqət hər kəsdən və hər şeydən yüksəkdədir”

- Ali Məclisin qarşısında çadır qurmuşdular, istefa tələbləri var idi. Həmin dövrdə AzTV-nin sədri də, müavini də Xalq Cəbhəsinin nümayəndələri idi. Mən də “Xəbərlər”də işləyirdim. Naxçıvandakı müxbirimiz ara-sıra materiallar göndərirdi. Bu materiallar da Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin xarici qonaqlarla görüşləri zamanı lentə alınmışdı. Mən o materialları işləyib efirə vermək istəyəndə deyirdilər ki, “olmaz”. Mən də dirəşirdim ki, bu material efirə getməlidir. Bunu kimisə müdafiə etmək üçün etmirdim. Mənimçün həqiqət, elə indi də, hər kəsdən və hər şeydən yüksəkdədir, haqqı söylə, yolun açıqdır-deyirəm...

O vaxtkı rəhbərliklə mübahisəm düşəndə deyirdim ki, “gücünüz çatırsa, onun Ali Məclisin sədri vəzifəsindən çıxarın, qoy gəlsin, ayrı adam otursun. Yəqin ki, onda  yeni gələn adam haqda materialların efirə getməsinə icazə verəcəksiniz”. Susurdular. Deyirdim ki, sizin efirə vermək istəmədiyiniz şəxsin bu süjetin efirə getməsində heç marağı da yoxdur, amma əgər o kimisə qəbul edirsə, hansısa xarici ölkənin rəsmiləri onun qəbuluna gəlirsə, onunla görüşüb Naxçıvanın və Azərbaycanın taleyi ilə bağlı məsələlər müzakirə olunsa, bizim xəbər proqramı olaraq bunu efirə vermək haqqımız var.


“AzTV-nin qarşısında mənim üstümə cumdu”

- O vaxt AzTV-nin rəhbərliyində kimi idi?

- Bilirsiniz biz hamımız zəmanəmizə bənzəyən insanlarıq . Mən onlarda da günah görmürəm. Çünki o dövrün tələbi belə idi. İş elə gətirdi ki, 15 may mitinqini çəkib qayıdanda iki nəfər AzTV-nin qarşısında mənim üstümə cumdu. Əvvəlcə qorxdum. Dedilər ki, “niyə Heydər Əliyevi efirə vermirisniz?” Mən də dedim ki, “elə bilməyin ki, mən onu sizdən az istəyirəm”. Həmin gün çox hadisələr baş verdi və məcbur oldular ki, Heydər Əliyev haqda balaca bir materialı efirə versinlər. Bu söhbət Heydər Əliyevə çatmışdı.

- Deməli sizi şəxsən tanıyırdı?

 - Bəli. Hələ illər əvvəl, məşhur rus bəstəkarı , SSRİ-nin xalq artisti Tixen Xrennikovun Bakıda Filarmoniyadakı konsertini çəkməyə getmişdik. Onda mən bəstəkardan müsahibə almaq üçün otağa dəvət olunanda içəridə Heydər Əliyevi və Zərifə xanımım görəndə heyrətimdən quruyub qaldım. Heydər Əliyev çaşqınlığımı görüb gülə-gülə məni Xrennikova təqdim elədi və dedi ki, “bu bizim çox gənc, amma çox istedadlı jurnalistimizdir, mən onu çox böyük maraqla izləyirəm”. Mən  təəccüblə və heyrətlə bu müdrik insana baxdım və onun, hələ o qədər də təcrübəsi olmayan adi bir jurnalistə verdiyi qiymətdən gözüm yaşardı.
O dövrdə  “Günün ekranı”na bütün respublika baxırdı, çünki, ikinci bir telekanal yox idi axı...

- Ali Sovetdəki müsahibəniz necə keçdi?

- Ali Sovetdəki müsahibəyə iki operatorla - Nadir Zeynalov və Rüstəm Zülalovla getmişdik. Bəylər Əyyubov qapını açdı və bizi içəri dəvət etdi. Heydər Əliyev  bizi çox səmimi qarşıladı, o ümumiyyətlə jurnalistlərlə ünsiyyət qurmağı sevirdi və bunu çox məharətlə bacarırdı. Sonra mənə dedi ki, “eşitmişəm, sən mənə görə çox əziyyət çəkmisən”. Dedim ki, “həqiqəti müdafiə eləmişəm.”

Sonra ikinci dəfə yenə ondan müsahibə alduq. Mən ona dedim ki, “Siz böyüksünüz, yetərincə  hakimiyyətdə rəhbərlik təcrübəniz var, bunlar cavandırlar. Qapıları açıq qoyun, gəlsinlər”. Müxalifətçilər onunla görüşmək istəyirdilər. O da dedi ki, “mənim qapılarım həmişə onların üzünə açıqdır”.
Heydər Əliyevlə müsahibə aparmaq iddiasında olanların hamısı deyirdilər ki, “onun gözünün içinə baxıb danışmaq çox çətindir. Amma mən onunla şox rahat və sərbəst danışırdım, çünki bu səmimiyyəti o özü yaradırdı...

- Uzun illərdir rəsmi təşkilatda- AzTV-də işləyirsiniz. Amma bildiyimə görə müxalif cəbhədə olan bir siyasətçi haqda kitab yazmısınız...

 - Hanı o kitab? Bəlkə verəsiniz mən də oxuyum.  Müxalif cəbhədə elə bir lider tanımıram ki, onun haqqında bir kitablıq söz demək mümkün olsun.

- Nə vaxtsa Heydər Əliyevin sizə bu xüsusi münasibətdən istifadə etmisiniz?

- Heç vaxt istifadə etməmişəm və bu haqda heç düşünməmişəm də.


- AzTV-də bir neçə verilişin aparıcısı olmusunuz...

- Uzun illər “Xəbərlər” proqramını aparmışam, 10 il qocalar evindən verilişlər çəkmişəm. Sonra “Mədəniyyət xəbərləri”ni apardım. Ardınca verilişin adı dəyişib “Mədəniyyət aləmində” oldu. Ondan sonra unudulan sənətkarlarla bağlı “Gümüşü yağışlar” verilişim oldu.

- AzTV-dən başqa hardasa işləmisiniz?

- İlk və yeganə iş yerimdir.

- Sizcə “Mədəniyyət xəbərləri”nə teleməkanda ehtiyac var?

- Onu siz bilərsiniz.

- Məncə var. Amma niyə məhz AzTV-də yoxdur?

- Mədəniyyət kanalında “Buta” mədəniyyət toplusu” var. Yetərincə də əhatəli və maraqlı verilişdir.

- Sizin səsinizi Həmidə Ömərovanın səsinə bənzədənlər var.

- Məni çox vaxt Şəfiqə Məmmdovaya və rəhmətlik Aida xanım İmanquliyevaya da bənzədirlər. Hətta onun bir şəklini gördüm və özüm də oxşatdım. Səsimsə anamın səsi kimidir...

- Nə vaxtsa filmdə çəkilmisiniz?

- Olasıydı, olmadı. “Qaçaq Nəbi” filmi çəkiləndə Həsən Seyidbəyli demişdi ki, “gedin o qızı çəkin”. Həmin ərəfədə mən rayona ezamiyyətə getmişdim. O vaxt “Təbliğat qatarları” var idi. On gün mədəniyyət və incəsənət işçiləri ilə rayonlara gedirdik. Rejissor da hövsələsiz adam, vaxt da dar. Mənim qayıtmağımı gözləməyib çəkilişə başlamışdılar, bəlkə də başqa səbəblər da vardı, bunu bilmirəm.


“Böyüklü-kiçikli, deputatlı, süpürgəçili hamı belə danışır”

- Niyə efirdə yoxsunuz? Axı efirdə peşəkarlar azdır.

- Niyə, yavaş-yavaş çoxalırlar.

- Gənclərdə sizi qane etməyən nədir?

- Gənclərin danışığında yetərincə qüsurlar var. Eləcə də sizin danışığınızda qüsurlar hiss edirəm. Məsələn indi hamı “mentalitet” sözünü işlədir. Amma onu bilən də deyir, bilməyən də. Türklər fransızlardan bir “performans” sözü götürüblər. Bunun bizim dilimizdəki qarşılığı qabiliyyətdir. Amma bizim bu jurnalistciklər o sözü efirdə deyə-deyə adamın bütün əsəblərini korlayırlar. Həmin sözlərdən biri sizin də yeri gəldi, gəlmədi işlətdiyiniz “belə deyək də” ifadəsidir. Böyüklü-kiçikli, deputatlı, süpürgəçili hamı belə danışır. Bu sözü o vaxt işlədirsən ki, nəyinsə adını tapa bilmirsən. Əksər özəl telekanallarda çıxış edənlərin işlətdiyi 4-5 cümlədə səkkiz dəfə bu kəlmə işlənir. Efirə çıxan, müsahibə verən adam hazırlıqlı olmalıdır, dediyi sözün məsuliyyətini hiss etməlidir.

- Özünüzü bu məsələdə təqsirkar hiss etmirsiniz ki?

- Məndən öyrənənlər belə danışmırlar.

- Kimlərdir onlar?

- Məsələn Sevil Nuriyeva yetərincə tanınmış simadır. O deyir ki, “jurnalistikaya gəlməyimə səbəb Telli Pənahqızı olub”. Atası deyib ki, “onun kimi jurnalist olacaqsansa, ol”.
İlhamiyyə Rzayeva da, əgər belə demək mümkünsə, “mənim köynəyimdən” çıxıb. Kəmalə Mirzəyeva ilə, indi bizim radioda çalışan Məhyəddin Əsgərlə, Solmaz Əmirli ilə bir vaxtlar bərabər işləmişik, elə bilirəm ki, onlar yaxşı tələbələrim kimi bunu həmişə etiraf edirlər. Özü də bu insanların öyrənmək, nələrisə əxz eləmək üçün maraq və istəkləri var idi. İndi kimlərəsə nəyisə irad tutanda və ya məsləhət verəndə  acığı gəlir.

- Siz kimdən öyrənmisiniz?

- Kitablardan və həyatdan. Mən mütaliəni sevən adamam. Gözümü açandan evimizdə kitab görmüşəm. Anam oxuyub o kitabları. Sonra nənəm bizə bayatılar, nağıllar danışıb, laylalar oxuyub. Bizim evdə kitaba böyük hörmət olub, ailə üzvlərimiz, qonum-qonşularımız da elə təxminən mənim kimi danışıblar. Altı uşağıq, hamımıız ali təhsil almışıq. Bir vaxtlar Qərbi Azərbaycanda, erməninin içində yaşasaq da, din içində dinimizi, dil içində dilimizi saxlamağı bacarmışıq. 

“Onlar bizim yazdığımızı oxuyurdular”

- Bu mövzu çox müzakirə olunur: teleaparıcılıq və diktorluq. Bunların fərqi nədir?

- Teleməkanda o vaxt diktor deyilən anlayış var idi. Bizim diktorlar - məsələn, Roza Tağıyeva, Rafiq Hüseynov, Davud Əhmədov, Sabir Ələsgərov, Yusif Muxtarov, Aydın Qaradağlı və başqaları gözəl səs tembrinə, aydın tələffüzə, ifadəli danışıq qabiliyyətinə malik idilər. Onlar bizim yazdığımızı oxuyurdular və yazılan mətndən kənara çıxmağa ixtiyarları yox idi. Ora bir söz də əlavə edə bilməzdilər. Aparıcı isə daha sərbəstdir. Məsələn, mən ilk dəfə əlimdə qələm efirə çıxanda, çoxu çaş-baş qalmışdı. O vaxtın rəsmi xəbər proqramının aparıcısı üçün bu cəsarətli bir addım sayılırdı.

İndi isə hər kəs sərbəstdir, hətta saçın üzə tökülməsi və ya yaxası açıq paltar geyinmək belə, heç kəsi təəccübləndirmir, narahat etmir. Bizim vaxtımızdasa, saçımızın bir telinin üzə tökülməsi nə idi, ifrat makiyaj nə idi, dodaq şişirmək nə idi? Onda aparıcının sözündəki səmimiyyətə inanırdı  tamaşaçı və onu öz evinin yuxarı başına keçirirdi. Yəni televizor cihazını evinin ən baş köşəsinə yerləşdirirdi.

- Əgər aparıcı tamaşaçıya bir köynək yaxındırsa, niyə AzTV-də hələ də diktor sistemidir?

- İndi “Xəbərlər”in diktorları əməlli-başlı sərbəstdilər, onlar süjetlərin hazırlanmasında bilavasitə iştirak edirlər. Amma o illərin diktorları süjet hazırlamırdılar, çəkilişə getmirdilər, sadəcə, hazır mətni efirdə oxuyurdular. Özlərindən nə isə əlavə etməyə, mətndən kənara  çıxmağa ixtiyarları yox idi.


- Bu müddətdə sizə başqa telekanallardan dəvət olub?

- Olub, mən getməmişəm.

“Adamın bir iş yeri olar”

- Yüksək əməkhaqqı təklif olunub?

- Allaha and olsun ki, məni yüksək əməkhaqqı maraqlandırmayıb. Min manat maaş da təklif etsələr, razı olmaram.

- Burdakı məvacibiniz nə qədərdi?

- Mənə bəs edir.

- 300-400 manat?

- Bu önəmli deyil... Mən heç vaxt var-dövlət hərisi olmamışam. Ümumiyyətlə, düşünürəm ki, Allah hər kəsin ruzisini harada olmasından asılı olmayaraq, özü bildiyi qədər yetirir. Bir də ki, mən dostlarımı, yaşadığım evi, illər boyu cilalanmış xasiyyət və vərdişlərimi dəyişməyi xoşlamıram. Bəlkə də yaxşı xüsusiyyət deyil bu, amma mən daimiliyi xoşlayıram. Məncə, adamın bir iş yeri olar. Gündə bir təndirin başında oturmağın nə mənası... İllərdən bəri işlədiyim bu kollektivdə çox şey dəyişsə də, burada mənə doğma olan divarlar, otaqlar, studiyalar, insanlar ki, qalır... Burda o qədər xatirələrim var ki. Burda mənim dilim qorunursa, istədiyimi deyə bilirəmsə, başqa yerə getməyin nə mənası...

- Bir az da bədii yaradıcılığınızdan danışaq. Son kitabınız nə vaxt çıxıb?

- Səkkiz kitabın (“Ömrün qoşa izi”, “Ayrılıqdan sonra çəkilmiş şəkillər”, “Tanrımla söhbət”, “Səsində ay işığı var”, “Sizi sevən Sərdaram”, “Səsin xiffəti”, “Uzun, incə bir yol varmış”) müəllifiyəm. Sonuncu kitabım “Yaddaşım qaval daşı” bu ilin may ayının 24-də çıxdı.

- İrihəcmli əsər yazmaq haqda düşünürsünüz?   

- Mən “şairlik iddasına düşəndən” roman, povest yazmağı ikinci plana atdım. Hekayələr kitabımı çapa hazırlamaq istəyirəm. Məşhurlarla olan görüşlərimdən də xatirələr kitabı yaza bilərəm.

- Fərdi hazırladırdığınız tələbəniz var?

- Hərdən gəlirlər.

“Az qala məni öldürmüşdünüz”

- Teleməkanda bəyəndiyiniz aparıcı var?

- Öz aparıcılarımızı tərifləsəm – məsələn, Dilarə Səlimova, Rafiq Həşimov, Natəvan Osmanlı, Nailə Babayevanı - deyəcəksiniz tərəfkeşlik eləyir.  “Xəzər” TV-də Anar Nəcəflini, ANS-də Qənirə Ataşovanı, İctimai TV-də Anar Yusifoğlunu bəyənirəm...

- Bu mənim şəxsii qənaətimdir. Anar Nəcəfli dilimizi yetərincə bilmir...

- Sizin öz qənaətinizdə qalmaq haqqınız var.

- Yəqin ki, sizin də başınıza efirdə maraqlı hadisələr gəlib.

- O vaxt bizim həftəlik “Komsomol nəsli” adlı bir verilişimiz vardı. Köhnə komsomolçuları dəvət edib xatirələrini danışdırardıq. Bir dəfə Əli Bayramovun həyat yoldaşı - ilk çadrasını atıb komsomol olmuş Ceyran Bayramovanı çağırmışdıq. Yaşı yetmişi keçsə də, çox yaraşıqlı qadın idi. İkinci studiyada canlı efirdəyik. Efirin bitməyinə az qalırdı, növbəti veriliş efirə çıxmalı idi, o vaxtlar verilişlər canlı gedirdi efirə, bu üzdən biz kiminsə efir yerinə girə bilməzdik. Ceyran xanım da ki, maşallah, dildən pərgar, danışdıqca danışır. Rejissor isə pultda özünü “öldürür” ki, tez olun vaxtımız bitdi. “Xəbərlər”in rejissoru Azər Babayev var idi. Aşağı düşəndə görüb ki, rejissorun səsi pultu götürüb. Bir də gördüm qapı açıldı, Azər girdi içəri. Barmaqlarının ucunda gəldi durdu kameranın yanında. Məni işarələrlə başa saldı ki, vaxt tamamdı, verilişi yekunlaşdır. Mən bir neçə dəfə Ceyran xanıma təşəkkür etdim, o isə çıxışına davam edirdi. Bir də görüm  ki, kamera məni iri planda göstərir, Azər də gəlib durub Ceyran xanımın  başının üstündə. O sözünü tamamlayan kimi Azər əli ilə  qadının ağzını qapadı. Arvad başladı çabalamağa...Yazıq heç nə başa düşmür axı. Tez-tələcik “hörmətli tamaşaçılar, bununla da verilişimiz başa çatdı...” deyib sağollaşdım və sonra Ceyran xanımdan ona yaşatdığımız narahatlıq üçün üzr istədik. Arvad dedi ki, “az qala məni öldürmüşdünüz ha!”.

- Bir az da şəxsi həyatınız haqda danışardınız...

- Ailə qurmamışam.

- Bunu “sənət qurban tələb edir” prinsipi kimi qəbul etmək olar?

- Demək olar. Heç kimin var-dövlətini istəmirəm. Amma sevdiyim adamı dəli kimi sevə bilərəm. Amma onun cavabını görməyəndə sevgim nifrətə çevrilir.

- Deməli sevgi olub?

- Əlbəttə. Bu yaşıma qədər o qədər istəyənlər olub ki.


- Dəli kimi istədiyiniz olub və qarşılıq olmayıb?

- Dəli kimi deyə bilmərəm, amma olub, araya girənlərə görə alınmayıb. İlk gənclik illərimdən söhbət gedir. Sonra isə həyat mənə elə dərs verdi ki, mənimçün karyeram daha önəmli oldu.  Çox adamlar sonradan etiraf edirlər ki, “səni çox sevirdik, amma düşünürdük ki, ev arvadı ola bilməzsən”. Maşından düşüb təyyarəyə, təyyarədən qatara, qatardan gəmiyə minirdim axı...

- (zarafatyana) Belə arvadı kim saxlayar?

- Mən də onu deyirəm də(gülür).

- İçinizdə “kaş ki” var?

- Sonradan bəzi yaşıdlarımla rastlaşanda düşünürəm ki, yaxşı ki, ailə qurmamışam. Amma təbii ki, o “kaş ki” var.

- Bu kitab bağlanıb?

- Niyə bağlanıb ki? Heç nəyi bilmək olmaz. Özümü hələ o qədər də böyümüş hesab etmirəm, içimdə bir uşaq xasiyyəti var. Bu barədə bir şeir də yazmışam. Düşünürəm ki, nə vaxtsa, məni də dəli kimi sevən olacaq...  

- Əslində bu qədər əndişələrin içində ümid etmək xoşbəxtlikdir.

- Əlbəttə. Mən heç kəsə paxıllıq etmirəm, kiminsə maşınına, var-dövlətinə  həsəd aparmaram...

- Sizin maşınınız neçə minlikdir?

- “Nissan Qashqai”dır, 30 min manatlıq.

- Sovet vaxtı avtomobiliniz olub?

- Olub. AzTV-də informasiya üzrə sədr müavini idim deyə, dövlət maşın vermişdi. 2-ci Proqramın direktoru olanda da maşınım vardı. Amma özüm maşın alandan və sürməyə başlayandan sonra bildim ki, sürücülər nə çəkir...

- Amma siz peşəkarsınız.

- Peşəkarlığın bu tıxaclara və bəzi üzdəniraq sürücülərə dəxli yoxdur...

- Teleməkanda yerində olmayan əsas meyar hansıdır?

- İnsan amili yoxdur. Bizim efirimizi artistlər, müğənnilər zəbt edib. Onların bir çoxunun  camaata əxlaq dərsi verməyə heç haqqı da çatmır, amma....

- AzTV-də verilişlərə o qədər də güclü sponsor lazım olmur. Niyə bir tok-şou yaratmırsınız?

- Reytinq deyilən bir şey var. İndi bütün telekanallar reytinq xatirinə işləyir. Təbii ki, belə bir verilişin olmasını istərdim. Sağlıq olsun!














İntiqam VALEHOĞLU


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
HASIL
23.07.2013, 22:27

SIZDEN YOXDUR GOZEL INSAN

Vetenperver
23.07.2013, 23:15

Telli Penahqizi oz istedadi, terbiyesi, esil azerbaycan qadinina xas xususiyyetleri ile urekleri feth etmis senetkarlardandir. Biz, yeni insanlara qiymet vermeyi bacaran tamasacilar Sizi sevir ve daimi ureyimizde yasadiriq. Ele bilmeyin ki, unudulursunuz. Bu hem Size, hem de sizin kimi abirini, leyaqetini qoruyan butun aparicilara, diktorlara, mugennilere, aktrisalara ve diger senet ehline aiddir.

Reshad Ergun
23.07.2013, 23:34

Telli Pənahqızının müsahibəsini oxudum. Tam bir ustad kimi danışıb. Amma mənə çatmayan bir şeylər var... Siz, Telli xanım, nə zamansa, əlinizə mikrofon (diktofon da olar) alıb, körpə uşaqlardan rüşvət yığan baxçalara getmisizmi? Orta məktəblərin, universitetlərin rüşvətə bulaşmış işıqlı, amma əslində qaranlıq dəhlizlərindən keçib, qabartmısızmı bu problemləri? Sürücüləri döyən Ziya Məmmədovun "qoçular"ından bir kəlmə danışmısızmı bütün karyeranız ərzində? İsti yay günlərində kondisionersiz avtobuslarda nəfəsi kəsilən insanların harayına səs vermisizmi? Siz bu ölkə üçün nə etmisiz? Bəlkə normal ət əvəzinə insanlara at, eşşək əti yedirənlərə qarşı mübarizə aparmısız? Nə etmisiz siz? Azərbaycan dilini yaxşı bilirsiz... Azərbaycan dilinin, tarixinin başına dərsliklərdə oyun açanlara qarşı hansısa bir yazınız, materialınız olub bəlkə? Rəşid Behbudovdan, Niyazidən müsahibə götürmək ustad olmaq demək deyil. Heç bir ölkəyə bənzəməyən Azərbaycanın reallıqlarını yazmaq, deməkdi ustalıq. Siz ki, bunların heç birini hec vaxt deməmisiz. Ən azı son 20 ildə... Avazınız yaxşı gəlir, Telli xanım. Amma heyf ki, oxuduğunuz "Quran" deyil.

Reshad Ergun
23.07.2013, 23:52

Tesekkur, "modern.az" kollektivi. Şərhi verdiyinize gore.

Pervane
24.07.2013, 00:17

Canim Telli xanim!!! Eshq olsun Sizin kimi jurnaliste!!! Amma sesiniz eshdilmir. Niye? Beyem efire chixanlarin neyi Sizden artiqdir. Haralardasiniz???

SIRUZ ABASBEYLI
24.07.2013, 01:09

SALAM TELLI XANIM, SIZIN KIMI TV ISHCILERI INDI YOXDURLAR...PROFESSIONAL, ISHINI DRINDEN BILEN,ABIRLI, CESARETLI VE S. SIZ DÜZ DEYİRSİNİZ COXUNUN BİZİM EVLƏRİMİZƏ İCAZƏSİZ QİRMƏYƏ İXTİYARLARİ YOXDUR...ÖZLƏRİ MİN BİR OYUNDAN CIXİRLAR, ƏDƏBSİZ-ƏDƏBSİZ BİR-BİRLƏRİNİ TƏHQİR EDİRLƏR...SONRA DA QƏLİB BİZİM ELƏRƏ QİRİB ƏXLAQ DƏRSİ KECMƏYƏ BAŞLAYIRLAR...SİZƏ ONLARLA MİSALLAR CƏKƏ BİLƏRƏM...SİZİN VAXTINIZDA BİZLƏR SİZLƏRDƏN RAFİK HÜSEYNOV KİMİ DİKTORLARDAN NÜMUNƏ QÖTÜRƏRDİK...SAQ OLUN SƏMİMİ MÜSAHİBƏNİZƏ QÖRƏ

Huseyn Huseynov
24.07.2013, 09:52

Telli xanımı 40 ildir ki,qiyabi tanıyıram.1973-də Iraqda işləyirdim, 20 yaşım vardı,lakin "Аz.gəncləri"qəzetində dərc olunurdum, Iraqdan yazdığım yazılar da çap olunurdu. Səhv etmirəmsə, Telli xanım tələbə idi və həmin qəzetlə əməkdaşlıq edirdi.Bir gün Telli x.məktub aldım, o, nə qədər canlı yazılar yazmağımdan bəhs edirdi, bir sözlə bir il ərzində bu dostluq yazışmamız davam etdi, mən ona o vaxtlar qəzetlərin çap etmədiyi məqamlardan yazırdım, ədəbi-fəlsəfi ruhda da məktublarımız daha çox idi...Ən maraqlısı isə budur ki, mən qayıtdıqdan sonra biz heç görüşmədik də, hətta müxtəlif dövlət tədbirlərində birgə iştirak etsək də ,mən heç vaxt kimliyimi ona bildirmədim... Lakin həmin vaxtı həmişə xoş bir xatirə kimi yaşadıram....

barselona.41
24.07.2013, 17:30

Reshad Ergünə!Siz dediklərinizi eləsə onu AzTV-də heç bir dəqiqə də saxlamazlar.Axi, o kanalda hər şey bir rəngdədir!

Aynur
25.07.2013, 03:28

Hörmətli Telli xanım.Sizi uşaqlıqdan sevirdim,xəyalınızla yaşayırdım.Amma sizi həyatda bir dəfə görməklə hər şey alt-üst oldu.Çox sarsıldım həmin gün.Çox təəssüf.Siz efirdəki kimi deyilsiz,qeyri-səmimi,özünüzdən razısız.Baxmayaraq ki,şeir kitabınız bu gün də əlimdən düşmür.Amma sizi bir daha görmək,dinləmək istəməzdim.Yaxşı olardı TV təcrübənizi daim "qaya kölgəsində yatan",sizə çox güvənən bacınız oğlu Eltənə də öyrədərdiz.

Aynur
25.07.2013, 03:37

İncəsənət Universitetinin məzunuyam.Doğulduğum Lənkəranda teatrda və yerli TV-də işləyiirdim.Əlbəttə ki,madiyyat ucbatından 2 yerdə çalışırdım.Bacınız oğlu Eltən bizim yerli TV-yə rəhbər təyin olunan kimi 1-ci hədəfi mən oldum.9 illik təcrübəm,rayonda hörmətimi həzm edə bilmədi.İşdən çıxdım,sonra o, getdi Bakıya,amma mənim çörəyimə bais oldu.Həmişə onu lənətləyirəm. O,istedadlı insanların qənimi idi Şərhimi mütləq verin.

Vaqif
25.07.2013, 09:58

Təbrik edirəm, Telli xanım, həmişə tələbəlik illərindəki kimi sadə və səmimisən...

Zeyneb Ceferli
25.07.2013, 17:29

Telli xanim ! Musahibenizi oxudum, semimiliyiniz xosuma geldi. Ele nece vaxt idi sizinle gorusmek isteyirdim imkan olmurdu. bu menim ucun bir tekan oldu. Biz demek olar ki, eyni dovrun jurnalistleriyik. Cox vaxt meni size oxsadirlar da. Ne ise gorusende bunlari etrafli danisariq. Sizde televiziya jurnalistisiniz men de. Yeqin ki, bir mutexessis kimi bilirsiniz ki, Azerbaycanda televiziya yoxdur. Cunki, butun kanallara her kes oz adamini durtub, isi bilenlere yer yoxdu. Cox gozel demisiniz; onlarin exlaq dersi vermeye ixtiyari yoxdu. Onsuz da kimde ne yoxdusa hemise ondan danisar. Ne ise xahis edirem vaxt ayirin sizinle gorusmek isteyirem. Tezlikle. 0506899339 0554026282 Opurem sizi gorusenedek....

Elvin Eliyev
27.07.2013, 04:10

Hörmetli Aygün xanim,sizin Telli xanim haqqinda dediyiniz sözleri çox negativ garwiladim.Aygün xanim bir insani bir göruwle giymetlendirmek olmaz...

Elşən
28.07.2013, 01:40

SSRİ-nin xalq artisti Tixen Xrennikovun Bakıda Filarmoniyadakı konsertini çəkməyə getmişdik. ??? Bəstəkarın adı Tixen yox, Tixondur! Bu yəqin texniki səhvdir. Telli xanım savadlı insandir, o elə deməz. Bunu yazmaqda məqsədim, hər gün saytlarda rast gəldiyim çox saylı qüsurlardan bezməyimdir. Telli xanımin hazırladığı verilişlər, həmişə maraqlı, məzmunlu olub.

Aynur
28.07.2013, 04:58

Çox hörmətli Elvin bəy! Nə qədər neqativ olsa da bu bir həqiqətdir.Bir də unutmayın ki,ilk təəssürat unundulmur.Mən onun səs ilə,onun xəyalı ilə böyümüşdüm.Hətta ona sonsuz olan sevgimə,rəğbətimə görə az qala paxıllıq edirdim.Ümumiyyətlə,efirdən sevilən insanların əksəriyyəti belə olur.Sonda biz yanılırıq.

Fatma
06.08.2013, 08:19

Telli penah gizi,, Bu ad bir vaxtlar meshur idi, Indi susur. s savadli kadrlara ehtiyac oldugda siz kenara cekilmeyin,yetisdirin olke ucun,savadinizdan ,yazdiglarinizdan behrelenmek isterdik elbet ki,,,,

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır
17.11.2018, 20:42

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR
17.11.2018, 20:25

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb
17.11.2018, 20:17

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı
17.11.2018, 20:09

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı

Çeçenistanda qadın kamikadze özünü partlatdı
17.11.2018, 20:02

Çeçenistanda qadın kamikadze özünü partlatdı

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI   
17.11.2018, 19:54

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI  

Cəlilabadda axtarışda olan narkotacir saxlanıldı
17.11.2018, 19:51

Cəlilabadda axtarışda olan narkotacir saxlanıldı

“BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayətkarlarla bağlı təsirli addımlar ata bilər”
17.11.2018, 19:23

“BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayətkarlarla bağlı təsirli addımlar ata bilər”

Fazil Məmmədovun müalicədən sonra ilk FOTOSU 
17.11.2018, 19:09

Fazil Məmmədovun müalicədən sonra ilk FOTOSU 

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı
17.11.2018, 18:39

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı

Yasamalda oğurluq edən şəxs tutulub
17.11.2018, 17:55

Yasamalda oğurluq edən şəxs tutulub

“9531 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək”
17.11.2018, 17:37

“9531 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək”

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü
17.11.2018, 17:30

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir
17.11.2018, 17:13

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib
17.11.2018, 17:00

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib

Suriyada daha 40 dinc sakin həlak oldu
17.11.2018, 16:46

Suriyada daha 40 dinc sakin həlak oldu

Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib
17.11.2018, 16:34

Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”
17.11.2018, 16:07

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”

Ermənistan ordusunun zabitləri cəzalandırılıb
17.11.2018, 15:38

Ermənistan ordusunun zabitləri cəzalandırılıb

Gömrükdə Ermənistanda istehsal edilən məhsullar ələ keçirildi - FOTOLAR
17.11.2018, 15:22

Gömrükdə Ermənistanda istehsal edilən məhsullar ələ keçirildi - FOTOLAR

Azərbaycan Fransaya etiraz notası verib
17.11.2018, 15:14

Azərbaycan Fransaya etiraz notası verib

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-i Paşinyana sərt cavab verdi
17.11.2018, 14:59

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-i Paşinyana sərt cavab verdi

İsrailin Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək
17.11.2018, 14:56

İsrailin Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək

Təbriz-Zəncan magistralında 7 nəfər öldü
17.11.2018, 14:47

Təbriz-Zəncan magistralında 7 nəfər öldü

Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq
17.11.2018, 14:35

Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
17.11.2018, 14:33

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir
17.11.2018, 14:26

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu   
17.11.2018, 14:20

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu  

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”
17.11.2018, 13:50

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”

Bakının bu rayonu susuz qalacaq
17.11.2018, 13:44

Bakının bu rayonu susuz qalacaq

İlham Əliyev Belarusa səfər edəcək
17.11.2018, 13:33

İlham Əliyev Belarusa səfər edəcək

Heydər Əliyev Fondunun daha bir layihəsi –“Yeddi gözəl” sərgisi Moskvada açılır
17.11.2018, 13:28

Heydər Əliyev Fondunun daha bir layihəsi –“Yeddi gözəl” sərgisi Moskvada açılır

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb
17.11.2018, 13:23

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb

Oqtay Əsədov İzmirdə TÜRKPA-nın konfransına qatılacaq
17.11.2018, 13:20

Oqtay Əsədov İzmirdə TÜRKPA-nın konfransına qatılacaq

Rəsmi Paris: “Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır”
17.11.2018, 13:17

Rəsmi Paris: “Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır”

Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və valideynlərinə müraciət etdi
17.11.2018, 13:12

Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və valideynlərinə müraciət etdi

Sabah Bakıda 16 dərəcə isti gözlənilir -  PROQNOZ
17.11.2018, 13:03

Sabah Bakıda 16 dərəcə isti gözlənilir -  PROQNOZ

Bu ölkələrdə Youtube, Facebook, Whatsapp, Twitter qadağandır - SİYAHI
17.11.2018, 12:44

Bu ölkələrdə Youtube, Facebook, Whatsapp, Twitter qadağandır - SİYAHI

DİM: Bu gün dövlət qulluğunda yüksək vəzifələrə sənəd verənlər yoxdur
17.11.2018, 12:31

DİM: Bu gün dövlət qulluğunda yüksək vəzifələrə sənəd verənlər yoxdur

Tramp Heylini vitse-prezident postuna gətirir?
17.11.2018, 12:26

Tramp Heylini vitse-prezident postuna gətirir?

Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda - FOTOLAR
17.11.2018, 12:14

Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda - FOTOLAR

Bakıda restoran yandı, 20 nəfər təxliyə edildi
17.11.2018, 12:09

Bakıda restoran yandı, 20 nəfər təxliyə edildi

Sumqayıtda avtomobil oğruları yaxalandı
17.11.2018, 12:03

Sumqayıtda avtomobil oğruları yaxalandı

“Ermənistan münaqişənin həllinə çox ciddi problemlər yaradır” - Hikmət Hacıyev
17.11.2018, 11:54

“Ermənistan münaqişənin həllinə çox ciddi problemlər yaradır” - Hikmət Hacıyev

Merkel ən böyük səhvini etiraf etdi, üzr istədi
17.11.2018, 11:45

Merkel ən böyük səhvini etiraf etdi, üzr istədi

Bakıda zibil yeşiyindən silah-sursat tapıldı
17.11.2018, 11:33

Bakıda zibil yeşiyindən silah-sursat tapıldı

DİM sədrindən İTTİHAM: “Vəsaitin yarısı kənardan dəvət edilmiş şəxslərə xərclənib”
17.11.2018, 11:24

DİM sədrindən İTTİHAM: “Vəsaitin yarısı kənardan dəvət edilmiş şəxslərə xərclənib”

Əhliman Əmiraslanov üçün özəl gün - FOTO
17.11.2018, 11:20

Əhliman Əmiraslanov üçün özəl gün - FOTO

MKİ dəqiqləşdirdi: Xaşoginin ölüm əmrini vəliəhd şahzadə verib
17.11.2018, 11:09

MKİ dəqiqləşdirdi: Xaşoginin ölüm əmrini vəliəhd şahzadə verib

“Gələn il keçiriləcək imtahanlarda ciddi dəyişikliklər olacaq”
17.11.2018, 10:58

“Gələn il keçiriləcək imtahanlarda ciddi dəyişikliklər olacaq”

ARXİV