16 noyabr 2018, Cümə
Ana Səhifə - - Nobel mükafatı almış ilk və hələlik yeganə azərbaycanlı…
Nobel mükafatı almış ilk və hələlik yeganə azərbaycanlı…
23.08.2013, 14:28

Azərbaycan cəmiyyətində bu insan  haqqında o qədər də maraqlanmırlar. O, Şərq mənəviyyatlı Qərb təfəkkürlü bir insan olmaqla bir növ Azərbaycan düşüncəsini özündə əks etdirib. Çünki Azərbaycan da Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşdiyindən birinin fəlsəfəsini, mənəviyyatını, o birinin isə məntiq və düşüncəsini daşıyıb. Modern.az saytı bu Azərbaycan alimylə sizləri tanış edir.

Bəxtiyar Tahir oğlu Siracov 1957-ci il oktyabrın 21-də Bakıda anadan olub. Atası Tahir Siracov keçmiş Ali Partiya Məktəbinin məzunu olduqdan sonra bir neçə partiya təşkilatlarında işləyib. Anası Mehparə xanım isə Bakı Dövlət Universitetini bitirdikdən sonra  orta məktəbdə fizika-riyaziyyat müəllimi kimi çalışıb.
Bəxtiyar Siracov 1974-cü ildə Bakının 82 saylı orta məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tətbiqi–riyaziyyat fakültəsinə daxil olur və 1979-cu ildə oranı müvəffəqiyyətlə başa vurur. Ondan sonra Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna təyinat alır. Ordan da Moskvaya göndərilir. SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzinə ezam olunan Siracov 1980-81-ci illərdə Təkmilləşdirmə Proqramı çərçivəsində tətbiq olunan kömpüterləri mənimsəyərək elmi tədqiqat sahəsində fəaliyyətə başlayıb.
1982-ci ildə Hesablama Mərkəzinin aspiranturasına daxil olaraq  professor Viktor Bryabinin rəhbərliyi altında öz tədqiqat işlərini  davam etdirib. 1986-cı ildə Viktor Bryabinin təşəbbüsü ilə “SPEKTR” adlı layihəyə cəlb olunub. 1990-cı ildə Moskvada namizədlik işini müdafiə edən B.Siracov fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alır.
1992-ci ildən is həyatı Avstriya ilə bağlıdır. 1995-ci ildən İ-NET firmasında işə başlayan azərbaycanlı alim  həmin vaxtdan bu günədək Atom Enerjisi üzrə Beynəlxaql Agentlikdə çalışır.

Avstriyaya aparan yollar

Qeyd edəki ki, Bəxtiyar Siracov 17 ildir ki, Beynəlxaq Atom Agentliyində (MAGATE) Azərbaycanı təmsil edir.  O hələlik orda çalışan yeganə həmvətənimizdir. Onun barəsində cəmi bir proqram hazırlanıb. Xəzər televiziyasının “Vətənimdir Azərbaycan” layihəsinin ilk qəhrəmanlarından olan alim onu Avstriyaya aparan  yollar haqqında bunları deyib:

“Moskvadakı rəhbərim Viktor Qryabinə çox minətdaram. Onun sayəsində informatika elminin sirlərinə yiyələnmişəm. O məni 1992-ci ildə Vyanaya dəvət etdi. Özü o zaman MAGATE-də çalışırdı. 3 il onun rəhbərliyi altında çalışdım. Sonrada özüm bəxtimi sınamaq üüçn MAGATE-yə işə düzəlmək üçün ərizə verdim. Görünür qismət imiş, 1995-ci ilin may ayında mən Bakıda idim və zəng vurub dedilər ki, sizi işə qəbul etmişik. İyun ayında yenidən ora döndüm”. 

Nüfuzlu alim hazırda agentlikdə kompüter proqramları təminatı şöbəsinin rəhbəridir.

Bu yollarda Nobel…

Qeyd edək ki, bəzi nominasiyalarda Nobel mükafatı fərdi şəxslərə deyil, bütövlükdə bir komandaya verilir. İqtisadiyyat, fizika və kimya üzrə mükafatlandırma aparılarkən bu hallar müşahidə olunur. Bu zaman Beynəlxalq Nobel Komissiyası həmin komandanın bərabər gördüyü işi qiymətləndirirək, onlara ümumi mükafat təqdim edir. Qazanılmış pul mükafatı da komanda üzvləri arasında bölüşdürülür.

2005-ci ildə Nobel sülh mükafatı uğurlu işlərinə və dünyada sülhün təminatına görə Siracovun çalışdığı Agentliyə verilir. Mükafatın təqdim olunduğu komandada əsas fiqurlardan biri də Azərbaycan alimi olur. Beləliklə, Bəxtiyar Siracov qrup halında da olsa, bu mükafata layiq görülən ilk və hələlik yeganə azərbaycanlı kimi tarixə düşür.  Bu barədə alimin öz fikirləri də maraqlıdır:

“Bizim təşkilatın dünyada sülhün təmin olunmasında əvəzsiz rolu var və bu rol da 2005-ci ildə Nobelin verilməsi ilə nəticələndi. Beynəlxalq Nobel Komissiyası bizim işimizi dəyərləndirib və Nobel Sülh mükafatı ilə təltif edib. O mükafat bizə də şamil edilir. Siyahı uzundur. Çünki hamımız sülh prosesinin qorunmasında çox zəhmət çəkmişik. Mən də fəxr edirəm ki, bir azərbaycanlı kimi adım o siyahıda var.  O zaman Azərbaycanın adının çəkilməsi və dünyada sülhə xidmət edən bir təşkilatda onun da nümayəndəsinin olması təbii ki, mənim üçün bir qürurdur”.

Azərbaycan və Bəxtiyar Siracov

Elmin vətəni olmur deyirlər. Çünki elm özü-özülüyündə bəşəriyyətə xidmətdir. Ancaq alim heç vaxt öz mənsub olduğu milləti, “çıxdığı qını” unuda bilmir. Elmə, yəni bəşəri düşüncəyə xidmət etsə də, ruhu həmişə anadan olduğu vətənlə bağlı olur. Bəxtiyar Siracov üçün də Azərbaycan bu anlamı daşıyır.:

“Vətənlə bağlılığım daim olub. Mən həmişə azərbaycanlı kimi yaşamışam. Azərbaycanlı kimi hərəkət etmişəm. Burda da ölkəmizin səfirliyi, diaspor ilə əlaqələrimiz var və mədəni tədbirlərə gedirəm. Görkəmli sənətkarlarımız burda konsert verir və mən də iştirak edirəm. Yoldaşlarla görüşür, Azərbaycanla bağlı məsələləri müzakirə edirik. İki ildən bir də özüm vətənə gedir,  qohumlarla görüşürəm”

Amma narazı olduğu məqamlar da var…

“17 ildir ki mən burdayam amma hələ də görməmişəm ki, Azərbaycandan ərizə verib burda işləməyə gələnlər olsun. Burda çox böyük imkanlar var. Həmyerlilərimiz də bundan istifadə etsələr, yaxşı olar”.  

“Azərbaycan pasportu hələ də cibimdədi”

“Vətənə bağlılıq bizim qanımızdadır. Bu, doğulduğumuz gündən bizə verilən tərbiyədən irəli gəlir. Hara getsək,Azərbaycan ürəyimizdədir. Mən 17 ildir burdayam, amma hələ də Azərbaycan vətəndaşıyam, pasportumu saxlamışam. Mən evdə xüsusi antenna qurmusam ki, Azərbaycan TV-lərini tuta bilim. Televiziyaya böyük zövqlə baxıram”.

Həmişə baxdığı heykəl

Vyananın mərkəzi parklarının birində Azərbaycan səfirliyi tərəfindən dahi bəstəkar Üzeyir Hacıbəylinin abidəsi qoyulub. Məhz, bu səbəbdən yorucu iş gününün sonunda alim hər dəfə o parka gedərək abidəyə baxır. Söhbətlərində qeyd edir ki, hər dəfə Avstriya vətəndaşları bu heykəlin yanından keçərkən, ayaq saxlayıb bəstəkar haqında məlumatları oxuyurlar.
”Bu məni çox sevindirir”. 
Evindəki pianoda da çox vaxt Üzeyirin bəstələrini ifa edir. Həmçinin Agentlik tərəfindən Nobelin ona şamil olunduğunu bildirən diplom da o pianonun üzərindədir.  

Elmin Nuri


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
suli
23.08.2013, 23:25

elme gore nobel bashga sheydir 1.5 milyaed islam dunyasi 3-4 nobel almish.

barselona.41
23.08.2013, 23:28

Hörmətli sayt!Sizə çox təşəkkür edirəm ki,qürur duyulasi soydaşimizi tapib bizlərə tanidirsiniz!Bəlkə ölkədən kənarda yaşayan bu intellekt sahiblərini vaxtaşiri təbliğ edəsiniz?!Bir daha təşəkkür!!!

Rahib Rəsulzadə
24.08.2013, 01:38

Bakı neftinin pullarına formalaşmış bu fondun mükafatcıları sırasında bir Azərbaycanlı mütəxəssisn gec- tez Bakı neftinin pullarına formalaşmış bu fondun mükafatcıları arasında gec- tez Azərbaycanlı mütəxəssisin olacağına daima inamımız olub.Şükürlər olsun ki,belə qürur verici xəbəri eşitmək bizə də nəsib oldu.Bu inkişaf yolumuza sədd cəkənlər olmasa əminəm ki , ardı gələcək. Haydı Azərbaycan gəncliyi ! xəbəri bizə yetişdirdi.Bu inkişaf yolumuza sədlər cəkməsələr güman ki, bundan sonra davamı gələr. Haydı Azərbaycanlı

Mahmud
24.08.2013, 07:26

Həmin diplomdan Bakıda çoxdur. Nobelin nəvəsi Bakıya gelende Nobel diplomundan çox adama verib...

24.08.2013, 15:51

bəyəndim.təşəkkür !

sabir
25.08.2013, 04:45

Yenede , bosh ve menasiz yazidir.

narciss
25.08.2013, 22:37

ürəyim dağa döndü ,qürur duydum,helal olsun,uğurlar diləyirəm,kaş ki sənin kimi oğullar vətənində də layiqincə giymətini alsın və tanınsınnn

Meherremova Nuray
26.08.2013, 23:26

Bir azerbaycanli kimi hemvetenlimizle fexr edirem,nehayyet bizimkilerde bawarli olduglarini dunyaya catdira bilrler,evvel SSRI-nin terkibinde olmuwuq maddi-menevi qazanclarmizi oz adlarina cixiblar,sonra da her yerden qarwimizi kesibler,indi gozel imkanlar yaranib bunu deyerlendirmey,bacariqli insanlari uze cixarib onlara destey olmaq bu cur bawarli insanlatin komeyinden aslidir,umud edirem ki,xaricden gelenle burda teblig olundugu kimi bizimkilerde olkeden kenarda ocur teblig olunurlar ve getdikce sayi articaq,melumatcunsa sayta xususu tewekkurmu bildirirem.

Azeri
27.08.2013, 10:51

Nobel mukafatini almis ilk azerbaycanli Sirin Ebadidir.Sirin Ebadi Cenubi Azerbaycandandir.Ayibdi vallah,yalan melumat yaymayin

Ramiz
29.08.2013, 01:28

Nobel mükafatı almış bu Azərbaycanlı qardaşımıza Allahdan can sağlığı diləyirəm. Bəxtiyar bəy uğurlarını yanız təhsil almaqla və elmli olmaqla əldə edib. Yəni çıxış yolunu yüksək səviyyədə təhsil almaqda və oxumaqda bilib. Tanınmış Alimlərlə, Professorlarla birgə çalışıb və böyük layihələrə cəlb olunub və taleh onun zəhmətini itirməyib, ən mötəbər yerlərdən birində çalışır. “17 ildir ki, orada çalışdığını, amma hələ də Azərbaycandan ərizə verib orada işləmək istəyənlərə rast gəlmədiyini bildirir. Orada böyük imkanların olduğunu və Həmyerlilərimizin də ondan istifadə etmələrini məsləhət görür. Onun haqqında demək olar ki, məlumat verilmir və həmişəki kimi lazımsız verlişlərlə efirlərini doldururlar. Çox istərdim ki, Xalqımız, xüsusilə də gənclərimiz bu haqda məlumatlandırılsın və onlara bir görk olsun. Belə faydalı və səmərəli təcürbəni mütləq paylaşmaq lazımdır. 2005-ci ildə, Nobel sülh mükafatı uğurlu işlərinə və dünyada sülhün təminatına görə Siracovun çalışdığı Agentliyə verilir və mükafatın təqdim olunduğu komandada əsas fiqurlardan biri də Azərbaycanlı alimimiz olur. Beləliklə, Bəxtiyar Siracov qrup halında da olsa, bu mükafata layiq görülən ilk və hələlik yeganə Şimali Azərbaycanlı kimi tarixə düşür. Nobel Sülh Mükafatına layiq görülən Şirin Ebadi ilk Azərbaycanlı kimi tarixə düşmüşdür. Mükafat ona demokratiyanın inkişafı və insan haqlarının, xüsusilə də İranda qadın və uşaqların hüquqları uğrunda mübarizəyə görə verilmişdir. Şirin xanım Bakı neftinin kapitalı əsasında yaradılmış, Nobel mükafatını aimış ilk azərbaycanlıdır.

Ramiz
29.08.2013, 01:29

Onun haqqında demək olar ki, məlumat verilmir və həmişəki kimi lazımsız verlişlərlə efirlərini doldururlar. Çox istərdim ki, Xalqımız, xüsusilə də gənclərimiz bu haqda məlumatlandırılsın və onlara bir görk olsun. Belə faydalı və səmərəli təcürbəni mütləq paylaşmaq lazımdır. 2005-ci ildə, Nobel sülh mükafatı uğurlu işlərinə və dünyada sülhün təminatına görə Siracovun çalışdığı Agentliyə verilir və mükafatın təqdim olunduğu komandada əsas fiqurlardan biri də Azərbaycanlı alimimiz olur. Beləliklə, Bəxtiyar Siracov qrup halında da olsa, bu mükafata layiq görülən ilk və hələlik yeganə Şimali Azərbaycanlı kimi tarixə düşür. Nobel Sülh Mükafatına layiq görülən Şirin Ebadi ilk Azərbaycanlı kimi tarixə düşmüşdür. Mükafat ona demokratiyanın inkişafı və insan haqlarının, xüsusilə də İranda qadın və uşaqların hüquqları uğrunda mübarizəyə görə verilmişdir. Şirin xanım Bakı neftinin kapitalı əsasında yaradılmış, Nobel mükafatını aimış ilk azərbaycanlıdır.

hüsen
07.09.2013, 23:36

Sağ olun Bəxtiyar bəy, sağ ol Elmin, bizi bəxtiyar etdiniz !

Azer
21.10.2013, 06:03

Fəxrimiz hörmətli Bəxtiyar Tahir oğlu Siracov ilə email, nömrə və ya hər hansı bir vasitə ile elaqə saxlamaq üçün xahiş edirəm mənə köməklik göstərəsiniz.

gilsefs
21.11.2013, 01:55

cox gozel allah hamimizi sag elesin

Fərman Abdullayev
02.03.2014, 19:08

Elmi rəhbərinin soyadı Qryabin deyil, BRYABRİNdir

ƏKRƏM
02.03.2014, 23:24

BÜTÜN AZƏRBAYCANLILAR ONUNLA FƏXR ELƏMƏLİDİRLƏR

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanla Rusiya arasında Birgə Bəyanat imzalandı
16.11.2018, 20:28

Azərbaycanla Rusiya arasında Birgə Bəyanat imzalandı

Prezident ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramını təsdiqlədi
16.11.2018, 20:15

Prezident ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramını təsdiqlədi

26 ton zərərli kartof məhv edildi - FOTO
16.11.2018, 20:01

26 ton zərərli kartof məhv edildi - FOTO

Bakıda liftin mühərriki yandı -  2 nəfər xilas edildi
16.11.2018, 19:51

Bakıda liftin mühərriki yandı - 2 nəfər xilas edildi

Azərbaycan klubu liqadan uzaqlaşdırıldı – Səbəb
16.11.2018, 19:40

Azərbaycan klubu liqadan uzaqlaşdırıldı – Səbəb

İsrail növbədənkənar seçkiyə gedir
16.11.2018, 19:24

İsrail növbədənkənar seçkiyə gedir

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE   
16.11.2018, 19:17

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE  

"Qarabağla bağlı beynəlxalq tribunal yaradılsın" -  Azay Quliyev
16.11.2018, 19:15

"Qarabağla bağlı beynəlxalq tribunal yaradılsın" - Azay Quliyev

Türkiyədə 723 terrorçu təslim olub
16.11.2018, 18:51

Türkiyədə 723 terrorçu təslim olub

Putin Paşinyana zəng etdi
16.11.2018, 18:42

Putin Paşinyana zəng etdi

Vergilər Nazirliyi kollegiyasının yeni tərkibi təsdiq edilib
16.11.2018, 18:31

Vergilər Nazirliyi kollegiyasının yeni tərkibi təsdiq edilib

Sadələşdirilmiş vergiyə cəlb edilən fəaliyyət növlərinin sayı artırılır
16.11.2018, 18:21

Sadələşdirilmiş vergiyə cəlb edilən fəaliyyət növlərinin sayı artırılır

Prezident məktəb tikintisinə 1 milyon ayırdı
16.11.2018, 18:10

Prezident məktəb tikintisinə 1 milyon ayırdı

Yol tikintisinə 1.5 milyon manat ayrıldı
16.11.2018, 18:00

Yol tikintisinə 1.5 milyon manat ayrıldı

Mədəniyyət Nazirliyi Çində keçirilən festivalda iştirak edib - FOTO
16.11.2018, 17:52

Mədəniyyət Nazirliyi Çində keçirilən festivalda iştirak edib - FOTO

Prezident: “Azərbaycan tarixi nailiyyət əldə edib”
16.11.2018, 17:49

Prezident: “Azərbaycan tarixi nailiyyət əldə edib”

“Hər ailə ağac əksin” aksiyası davam edir
16.11.2018, 17:49

“Hər ailə ağac əksin” aksiyası davam edir

Gənclərə yeni VƏD - Komitə sədri AÇIQLADI
16.11.2018, 17:47

Gənclərə yeni VƏD - Komitə sədri AÇIQLADI

Paytaxtın iki əsas yeni yolu istifadəyə veriləcək - Saleh Məmmədov
16.11.2018, 17:38

Paytaxtın iki əsas yeni yolu istifadəyə veriləcək - Saleh Məmmədov

Abunəçilər “Nar”-ın Müştəri xidmətinin fəaliyyətini yüksək qiymətləndirir
16.11.2018, 17:33

Abunəçilər “Nar”-ın Müştəri xidmətinin fəaliyyətini yüksək qiymətləndirir

İstirahət günləri səyahətə çıxanlar üçün hava PROQNOZU
16.11.2018, 17:28

İstirahət günləri səyahətə çıxanlar üçün hava PROQNOZU

Ələt-Astara yolunun ödənişli olacağı vaxt açıqlandı
16.11.2018, 17:21

Ələt-Astara yolunun ödənişli olacağı vaxt açıqlandı

Gömrük Akademiyasında Milli Dirçəliş günü qeyd olundu
16.11.2018, 17:20

Gömrük Akademiyasında Milli Dirçəliş günü qeyd olundu

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
16.11.2018, 17:19

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ

Dizel və benzinlə işləyən maşınlara qadağa qoyulur
16.11.2018, 17:05

Dizel və benzinlə işləyən maşınlara qadağa qoyulur

Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018, 16:57

Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir

BDU-nun rektoru vəzifəsinin icrası bu xanıma həvalə edildi
16.11.2018, 16:51

BDU-nun rektoru vəzifəsinin icrası bu xanıma həvalə edildi

Bərdədə yolu keçən piyadanı maşın vurub öldürdü
16.11.2018, 16:48

Bərdədə yolu keçən piyadanı maşın vurub öldürdü

Leyla Əliyeva ekologiya ilə bağlı konfransda iştirak etdi
16.11.2018, 16:42

Leyla Əliyeva ekologiya ilə bağlı konfransda iştirak etdi

ABŞ İran sanksiyaları üzrə nümayəndələrini Bakıya göndərdi - Bu, sonuncudur...
16.11.2018, 16:35

ABŞ İran sanksiyaları üzrə nümayəndələrini Bakıya göndərdi - Bu, sonuncudur...

Miqrasiya xidmətinin rəisi əcnəbilərin ev problemindən yazdı
16.11.2018, 16:32

Miqrasiya xidmətinin rəisi əcnəbilərin ev problemindən yazdı

Xızıda heyvan oğruları tutuldu
16.11.2018, 16:30

Xızıda heyvan oğruları tutuldu

Azercell-in ödənişsiz ingilis dili kurslarında 50 jurnalist iştirak edəcək
16.11.2018, 16:20

Azercell-in ödənişsiz ingilis dili kurslarında 50 jurnalist iştirak edəcək

Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin yenidən qurulması başa çatır
16.11.2018, 16:14

Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin yenidən qurulması başa çatır

Musiqili Teatr uşaqları payız tətilində sevindirəcək - FOTO
16.11.2018, 16:08

Musiqili Teatr uşaqları payız tətilində sevindirəcək - FOTO

5 nəfərin faciəli şəkildə ölümü ilə bağlı cinayət işi açıldı - RƏSMİ
16.11.2018, 16:02

5 nəfərin faciəli şəkildə ölümü ilə bağlı cinayət işi açıldı - RƏSMİ

“İƏT Modeli” - 2018 Beynəlxalq Münasibətlər Akademiyasına start verildi
16.11.2018, 16:00

“İƏT Modeli” - 2018 Beynəlxalq Münasibətlər Akademiyasına start verildi

“Palmali” rəsmən müflis elan edildi
16.11.2018, 15:55

“Palmali” rəsmən müflis elan edildi

Paşinyan Azərbaycanla sərhədə gəldi
16.11.2018, 15:50

Paşinyan Azərbaycanla sərhədə gəldi

ABŞ Gülənlə bağlı iddiaları inkar etdi
16.11.2018, 15:43

ABŞ Gülənlə bağlı iddiaları inkar etdi

Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi hazırlanır
16.11.2018, 15:36

Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi hazırlanır

Şeyx Almaniyaya gedir
16.11.2018, 15:30

Şeyx Almaniyaya gedir

ADU-da SEMİNAR: “Sanskrit dili qədim və zəngin dil kimi”
16.11.2018, 15:25

ADU-da SEMİNAR: “Sanskrit dili qədim və zəngin dil kimi”

İlham Əliyev Sumqayıtdan Bakıya qatarla gəldi - FOTOLAR
16.11.2018, 15:18

İlham Əliyev Sumqayıtdan Bakıya qatarla gəldi - FOTOLAR

Əhliman Əmiraslanov üçün özəl gün - FOTO
16.11.2018, 15:15

Əhliman Əmiraslanov üçün özəl gün - FOTO

Nazirlik orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018, 15:10

Nazirlik orta məktəbdə robot texnika laboratoriyası yaratdı

Putin Lukaşenko və Nazarbayevə zəng etdi
16.11.2018, 15:04

Putin Lukaşenko və Nazarbayevə zəng etdi

Siqaret zavodu istifadəyə verildi - FOTOLAR
16.11.2018, 15:00

Siqaret zavodu istifadəyə verildi - FOTOLAR

Bakıda və İmişlidə qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb - FOTO
16.11.2018, 14:54

Bakıda və İmişlidə qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb - FOTO

Zombilər
16.11.2018, 14:48

Zombilər

ARXİV