19 yanvar 2019, Şənbə
Ana Səhifə - GÜNDƏM - Qafqaz səngərləri...
Qafqaz səngərləri...
06.09.2013, 15:49

Babam deyərmiş: “Oğul, osmanlılar olmasaydı...”



...İri gövdəli palıd  ağaclarının arasından süzülən  günəş şüaları səhərin sərin mehinin oxşayaraq oynatdığı yaşıl  yarpaqların üzərində rəqs edərək işıldayır, budaqdan-budağa atlanan quşların cəh-cəhi, yerdəki otların üzərində uçuşan arıların, böcəklərin vızıltısı heç bir bəstəkarın yaza bilməyəcəyi bir azadlıq simfoniyası yaradırdı... Hərdən  iki balaca əl  gah ağacların üzərindəki, gah da yerdəki  quru budaqları qırır, bir az aralı daşıyaraq  toplayırdı.   Bəzən qırılmış budaqların iti ucları yerə bataraq torpağın üzərində şırım açır, sanki yol çəkirdi. Bu, odun toplayan 12-13 yaşlı yeniyetmənin xoşuna gəlir,   budaqları  daha bərkdən yerə basırdı ki, torpaqda  daha dərin şırım  açılsın. Belə  “yol çəkilişlərindən” birində uşağın gözünə bir neçə dəmir parçası sataşdı...   Cəld onları əlinə götürüb maraqla o tərəf-bu tərəfə çevirdi. Bu, paslanıb yeyilmiş güllə gilizləri idi. Yeri qazdıqca  onlardan yenə çıxırdı... Axşam həmin gilizləri atasına göstərən uşaq onların hansı dövrdən qala biləcəyi ilə maraqlandı...

Həmişə 1918-1920–ci illərdən, yaşlıların təbirincə desək, erməni-müsəlman davasından  danışanda  o  “beşaçılan” gilizləri, onların tapıldığı yer və atamın o barədə söhbəti  yadıma düşür. Həmin 10-12 yaşlı uşaq mən, o gilizlərin tapıldığı məkan isə  kəndimizin yaxınlığında “Cırranın yalı” adlanan ən hündür yerlərdən biri idi.  Bu, Kiçik Qafqazın uca zirvələrindən  olan Kirsin 5-6 kilometrliyində, hazırda erməni işğalındakı Laçının Ağanus kəndində idi...

O zaman bizə hələ müsəlman, türk olduğumuzu anladan yox idi. Ancaq atamın söhbətlərindən çox şeyləri öyrəndim. Məlum oldu ki, həmin gilizlər XX əsrin əvvəlində  babalarımızın bizə yardıma gəlmiş osmanlı türkləri ilə  çiyin-çiyinə ermənilərlə  apardığı savaşlardan qalıb. Bir az böyüyəndən sonra həmin yerlərə  daha diqqətlə baxmışdım. Eni təxminən 1-1,5 metr olan bu “zolaqlar” başqa tərəflərə nisbətən  xeyli çökək idi və sanki bir xətlə dağ beli boyu on metrlərlə uzanırdı.  Çökəklərin nisbətən hündür qarşı tərəflərində isə  iri daş parçalarının çıxıntıları görünürdü. Gilizlər daha çox bu çökəklərin arxa tərəfindən tapılırdı. Artıq bu qənaətə gəlmişdim ki, bura əsrin əvvəlində erməni quldurlarına qarşı vuruşmuş  müsəlman  döyüşçülərinin səngəri olub...

 Atam da öz babasından eşitdiklərini danışardı. Ulu babam Əbdüləli bəy 120 ilə yaxın ömür sürmüşdü. Savad almasa da, sinədəftər olan bu müdrik kişidən  şirin söhbətləri, bayatıları ilə yanaşı, bir neçə əşya da xatirə qalmışdı. Uşaq ikən ən çox diqqətimi cəlb edən babamın quzu dərisindən olan buxara papağı,  böyük nağarası və  bir də iri  polad xəncəri idi... Həmin xəncərlə o,  məşhur el qəhrəmanı Sultan bəyin dəstələrindəki döyüşlərdə neçə erməni başı kəsmişdi. Əbdüləli bəy 1914-cü ildə könüllü olaraq  I Cahan Savaşına yollanmış azsaylı Azərbaycan türklərindən biri idi. “Dikiy(vəhşi) diviziya” adlanan məşhur müsəlman hərbi hissəsinin tərkibindəki süvari alayında Polşanın Krakov quberniyasına qədər döyüşlərdə iştirak etmişdi. 1917-ci ildə yaralandıqdan sonra Vətənə qayıtmış və sonradan bizə yardıma gəlmiş osmanlı ordusu ilə əlbir hərəkət edən Sultan bəyin dəstələrində Andronikin  erməni quldur birləşmələrinə qarşı döyüşlərdə iştirak etmişdi...   16-17 yaşlarımdan bəri atamın babam haqqında danışdıqlarından daha çox bu yadımdadır: “Oğul,  babam deyərdi ki, 1918-də osmanlılarla Sultan bəy olmasaydı, buralar çoxdan ermənilərin idi...” Ömrünün son günlərinə qədər Əbdüləli babam tez-tez hündür papağını başına qoyar, polad xəncərini kəmərinə taxar və nağarasını vurub bütün kəndi başına yığan uca səsi, xoş avazıyla   oxuyarmış: “Ənvər paşa(yaxud Nuru Paşa-S.L.), səni görüm min yaşa!..” 

 O zamanlar sovet dövlətinin “qardaşlıq” təbliğatı ermənilərin düşmənçiliyini bizlərə unutdurmuşdu və biz Sultan bəyin, Ənvər paşanın kim olduğunu da bilmirdik.  Qonşu Qaladərəsi və Kirov kəndlərindəki “kirvə”  ermənilər isə Andronikin, Njdenin kim olduğunu bilir və torpaqlarımızın növbəti işğalı üçün  gizli maddi və ideoloji hazırlıq görürmüşlər... Amma o zamandan kimliklərini tam dərk etməsəm də, qeyri-iradi  Ənvər paşa, Nuru paşa və. Sultan bəy adlarına qarşı bir məhəbbət yaranmışdı qəlbimdə...

Bayaq haqqında bəhs etdiyim səngərlərə və gilizlərə böyüdükcə kəndimizin ətrafındakı dağların həm zirvələrində, həm də ətəklərində rast gəlirdim. Təəssüf ki, biz o səngərlərə toparlanıb torpaqlarımızı gərəyincə qoruya bilmədik... O torpaqları, o Qafqaz dağlarını ki,  vaxtilə babalarımız osmanlı türk  əsgərləri ilə birgə öz  canları bahasına azad edib, qoruyub bizlərə əmanət qoymuşdular.   Ermənilərlə sovet “qardaşlığı” bizlərə əsl qardaşlarımızı unutdurmuşdu...

Yalnız 1988-1994-cü illərdə torpaqlarımıza qarşı növbəti erməni təcavüzü dövründə bir çox həqiqətləri anlaya bildik. Öyrəndik ki, XX əsrin əvvəlində  cəmi 23 ay yaşamış, Şərqdə ilk müstəqil demokratik cümhuriyyət olan Xalq Cümhuriyyətimiz olub. Və həmin dövləti Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski və s. başda olmaqla babalarımızın hansı əziyyətlər, mərhumiyyətlər hesabına və kimlərin köməyi ilə qurduqlarını da anladıq. Onda  Əbdüləli babamın nədən tez-tez “osmanlılar gəlməsəydi...” dediyini də başa düşdüm. Onu da öyrəndim ki, bayaqdan bəhs etdiyimiz səngərlər yalnız  doğulduğum Kiçik Qafqaz dağlarında deyil, Güney Azərbaycandan, Naxçıvandan, Zəngəzurdan, Qarabağdan üzü bəri, Batumdan Borçalıdan Dərbəndədək bütün Qafqaz elləri boyu qazılmış və müsəlman, türk xalqlarını təcavüzdən, zülmdən qoruyan bir sipərə çevrilmişdi. Həmin səngərləri qazan oğullar öz yenilməz ruhları, canları ilə haqsızlığın, şərin önündə bir  basılmaz səngərə dönmüşdülər... Yeri gəlmişkən, həmin səngər yerlərində qazıntılar aparıb o savaşlara aid əşyaların qalıqlarını toplayaraq ayrıca bir Qafqaz İslam Ordusu muzeyi yaratmaq da qarşımızda duran vəzifələrdən biridir...  

 Qafqaz İslam Ordusu barədə çox araşdırmalar aparılıb, çox kitablar nəşr edilib. Odur ki, faktlara və xronologiyaya çox yer vermədən bu qardaş ordusunun Azərbaycanın və bütövlükdə Qafqazdakı türk, müsəlman xalqlarının taleyindəki rolu barədə öz düşüncələrimi bölüşmək istərdim.  

Hər tərəfdən  kafir həmlələri ilə üz-üzə qalmış 500 illik tarixə malik möhtəşəm osmanlı dövlətinin özünün taleyi üçün çox kritik bir məqamda yaradılmış bu ölçücə çox da böyük olmayan, amma ruhca nəhəng hərbi qurum əsl  islam sevgisinin, türk qardaşlığının, yardımsevərliyinin bariz nümunəsi olmuşdu...

1918-ci ilin fevralından bəri hərbiyə naziri Ənvər paşanın təşəbbüsləri ilə bünövrəsi qoyulmuş Qafqaz İslam Ordusunun əsas vəzifəsi  yalnız Azərbaycanda deyil, bütün Qafqaz boyu  türk, müsəlman xalqlarına qarşı erməni-rus qətliamını durdurmaq və bölgəni yalnız Rusiya deyil, həm də ingilis, alman imperiyalarının caynağından qurtarmaq idi. Birinci Dünya savaşının qızğın çağında – Osmanlının “Antanta” dövlətləri ilə mübarizədə bir çox mövqeləri əldən verdiyi bir məqamda bu cür addım atmaq böyük risk və cəsarət tələb edirdi. Ancaq Qafqazlardakı müsəlmanların namus-qeyrətini özününkü bilən Osmanlı sultanlığı və hərbi komandanlığı bu riskə getdi.   Və əsasən osmanlı, sonra isə Azərbaycan və Dağıstan müsəlmanlarından təşkil edilmiş cəmi 20 minə yaxın döyüşçüsü olan Qafqaz İslam Ordusu qısa müddətdə dünya hərb tarixində nadir rast gəlinən çevik əməliyyatlar keçirərək bir neçə ay ərzində Naxçıvandan, Urmu gölündən Bakıyadək,  Borçalıdan Dərbəndədək bir sıra Azərbaycan, müsəlman torpaqlarını erməni-rus və ingilis birləşmələrinin caynağından azad edə bildi.

Nuru paşa başda olmaqla osmanlı əsgərlərinin  25 may 1918-ci ildə Gəncəyə daxil olması zamanı   şəhər sakinləri tərəfindən  sevinclə qarşılanması  tariximizin unudulmaz ilhamverici səhnələrindəndir. Məhz bundan sonra  başda M.Rəsulzadə, F.Xoyski olmaqla Tiflisdə  qərar tutmuş aydınlarımız Azərbaycan Xalq Cümhuriyyətini elan etmək cəsarətini qazandılar. Və 1918-ci il martından bəri yalnız Bakıda, Şamaxıda, Qubada, Qarabağda və s. 50 minə yaxın müsəlmanın amansız vəhşiliklərlə qətli  ilə nəticələnmiş  erməni-bolşevik soyqırımından böyük sarsıntı içərisində olan Azərbaycan xalqı bu iki şad xəbərdən sonra ayağa qalxıb düşmənə müqavimət göstərmək üçün özündə güc tapa bildi. Bundan sonra Nuru paşa, Xəlil paşa və Əliağa Şıxlinskinin başçılığı ilə Qafqaz İslam Ordusunun Gəncə, Göyçay, Qaraməryəm, Kürdəmir, Ağdaş, Ağsu, Şamaxı və nəhayət, Bakının azad edilməsi üçün apardığı zəfər döyüşlərini əlimizdə olan detallarına qədər çözələdikcə damarlarında türk, müsəlman qanı axan hər kəsin qəlbi həyəcanla döyünür, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığına, bu qardaşlığın tezliklə erməni əlində olan torpaqlarımızın azad edilməsi üçün yeni zəfərlərə imza atacağına inam yaranır...

Beləliklə, Qafqaz İslam Ordusunun 1918-ci ilin mayından noyabrınadək apardığı zəfər yürüşü   Osmanlı dövlətinin  süqut dövrünü yaşamasına baxmayaraq Mustafa Kamal Paşanın bir ildən sonra təməlini qoyacağı və nəticədə yeni Türkiyə Cümhuriyyətini yaradacağı Azadlıq hərəkatına  1915-ci ildə minlərlə Azərbaycan türkünün də şəhid olduğu Çanaqqala savaşından sonra ruh yüksəkliyi verə biləcək ən böyük amillərdən biri kimi tarixdə qaldı. Eyni zamanda Azərbaycanın müstəqil ordusunun təməlinin qoyulmasına səbəb olan bu amil gənc müstəqil dövləti və xalqı Qarabağda, Zəngəzurda erməni işğalçılarına qarşı səfərbər olmaq üçün də ruhlandırdı. 15 sentyabr 1918-ci ildə Bakının erməni-bolşevik birləşmələrindən azad edilməsi, yalnız Bakının deyil, əslində o dövr üçün bütövlükdə Azərbaycanın Qurtuluş Günü kimi tarixə həkk olundu. Çünki Bakı olmayacağı təqdirdə  Xalq Cümhuriyyəti Gəncədə də duruş gətirə bilməz,   Şaumyanın başçılıq etdiyi kifayət qədər silah-sursata malik erməni-rus-ingilis birləşmələri qarşısında süquta uğrayardı. Bundan əlavə, Şimali Qafqazda, Dağıstanda aparılan əməliyyatlar da öz tarixi bəhrəsini verdi. Zənnimcə, Qafqaz İslam Ordusunun bu bölgəyə gəlməyəcəyi halda, bu gün Dağıstan, çeçen, inquş, kabardin, çərkəz  və s. xalqları bugünkü Rusiya daxilində milli muxtariyyətə belə, nail ola bilməyəcəkdilər...  Bu islam-türk mücahidlərinin ordusu Azərbaycanın ürəyini - Bakını xilas etməklə bütövlükdə Qafqazı xristianlaşmaqdan, kosmopolitləşməkdən xilas etdi. Və bu gün biz  güllü-çiçəkli dənizkənarı bulvarda azad şəkildə gəzib Bakını ləzzətlə seyr edərkən aldığımız hər nəfəsdə 95 il öncə Qafqazın uca zirvələrindən üzü bəri Bayıl, Biləcəri, Əhmədli və s. yamaclarındakı səngərlərdə canını  qurban vermiş, qanını axıtmış Qafqaz İslam Ordusu döyüşçülərini böyük bir sevgi ilə anmalı və bunu övladlarımıza, nəvələrimizə də anlatmalıyıq. Necə ki, babalarımız bizlərə anladardı:”Oğul, osmanlılar olmasaydı...”

Sultan Laçın

Yazı Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və digər Türkdilli  Xalqların Əməkdaşlıq Mərkəzinin “Qafqaz İslam Ordusu-95” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ermənilər kəndlərimizi atəşə tutdu
19.01.2019, 09:51

Ermənilər kəndlərimizi atəşə tutdu

İspaniyanın ilk Oskar alan aktyoru - 50 yaşlı məşhur...
19.01.2019, 09:35

İspaniyanın ilk Oskar alan aktyoru - 50 yaşlı məşhur...

20 yanvardan bəhs edən filmin məsləhətçisi: “Telekanallar “Hüznlü ana”nı vermək istəmirlər” - MÜSAHİBƏ  
19.01.2019, 09:32

20 yanvardan bəhs edən filmin məsləhətçisi: “Telekanallar “Hüznlü ana”nı vermək istəmirlər” - MÜSAHİBƏ  

Bakıda 18 yaşlı oğlan itkin düşdü
19.01.2019, 09:30

Bakıda 18 yaşlı oğlan itkin düşdü

ABŞ-da tərcüməçi işləyən azərbaycanlı xanım
19.01.2019, 09:03

ABŞ-da tərcüməçi işləyən azərbaycanlı xanım

Şahmat üzrə Azərbaycan çempionatının III turu yekunlaşdı
19.01.2019, 01:01

Şahmat üzrə Azərbaycan çempionatının III turu yekunlaşdı

Ukrayna əhalisinin sayı  208,8 min nəfər azalıb
19.01.2019, 00:47

Ukrayna əhalisinin sayı  208,8 min nəfər azalıb

Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü
19.01.2019, 00:27

Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü

Meksikada 6 bal gücündə zəlzələ
19.01.2019, 00:16

Meksikada 6 bal gücündə zəlzələ

Trampla Kim Çen In fevralda yenidən görüşəcək
18.01.2019, 23:59

Trampla Kim Çen In fevralda yenidən görüşəcək

Əllə oynayan futbolçulara yeni cəza
18.01.2019, 23:42

Əllə oynayan futbolçulara yeni cəza

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
18.01.2019, 23:31

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı   
18.01.2019, 23:07

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı  

Qəzzada qarşıdurma: 30 yaralı
18.01.2019, 22:47

Qəzzada qarşıdurma: 30 yaralı

Bakıda itkin düşən uşaq tapıldı
18.01.2019, 22:30

Bakıda itkin düşən uşaq tapıldı

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı
18.01.2019, 22:16

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı

Fransada aksiyaların yeni mərhələsi başlayır
18.01.2019, 21:59

Fransada aksiyaların yeni mərhələsi başlayır

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
18.01.2019, 21:44

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

Yaponiyada güclü zəlzələ
18.01.2019, 21:24

Yaponiyada güclü zəlzələ

“Oksigen” klinikasında yanğın
18.01.2019, 21:10

“Oksigen” klinikasında yanğın

Müdafiə nazirləri Brüsselə toplanır
18.01.2019, 20:56

Müdafiə nazirləri Brüsselə toplanır

Məhkumlardan 96 mobil telefon götürülüb
18.01.2019, 20:43

Məhkumlardan 96 mobil telefon götürülüb

“Gördün... Elmira Qafarova kişi qızıdır”
18.01.2019, 20:42

“Gördün... Elmira Qafarova kişi qızıdır”

Neftçalada üç uşaq anası itkin düşdü - FOTO
18.01.2019, 20:32

Neftçalada üç uşaq anası itkin düşdü - FOTO

ABŞ-ın bombaladığı şəhərdə 20 nəfər öldü
18.01.2019, 20:27

ABŞ-ın bombaladığı şəhərdə 20 nəfər öldü

Qeydə alınan prezidentliyə namizədlərin sayı 10-a çatdı
18.01.2019, 20:18

Qeydə alınan prezidentliyə namizədlərin sayı 10-a çatdı

Xəstəxanada girov saxlanılan qadın azad edildi
18.01.2019, 20:02

Xəstəxanada girov saxlanılan qadın azad edildi

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib
18.01.2019, 20:00

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib

DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir
18.01.2019, 19:46

DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir

Robert Koçaryanın həbs müddəti uzadıldı
18.01.2019, 19:34

Robert Koçaryanın həbs müddəti uzadıldı

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir
18.01.2019, 19:25

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar qurbanları anılıb
18.01.2019, 19:14

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar qurbanları anılıb

Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır
18.01.2019, 19:08

Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır

Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
18.01.2019, 18:55

Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Bu nazirliyin qurumlarından 3-ü birləşdirilir - SİYAHI
18.01.2019, 18:48

Bu nazirliyin qurumlarından 3-ü birləşdirilir - SİYAHI

Çaylarda suyun səviyyəsi artıb
18.01.2019, 18:36

Çaylarda suyun səviyyəsi artıb

Bu nazirliyin tərkibindəki qurum ləğv edildi
18.01.2019, 18:28

Bu nazirliyin tərkibindəki qurum ləğv edildi

ÜST: Gürcüstanda “donuz qripi” adlı virus yoxdur
18.01.2019, 18:19

ÜST: Gürcüstanda “donuz qripi” adlı virus yoxdur

Sərnişini xilas etmək üçün əlverişsiz havada uçuş həyata keçirildi
18.01.2019, 18:11

Sərnişini xilas etmək üçün əlverişsiz havada uçuş həyata keçirildi

İstirahət günlərinin hava proqnozu açıqlandı
18.01.2019, 17:58

İstirahət günlərinin hava proqnozu açıqlandı

Tatlı və Düz Qışlaqda növbəti hesabat yığıncağı keçirildi
18.01.2019, 17:44

Tatlı və Düz Qışlaqda növbəti hesabat yığıncağı keçirildi

20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub
18.01.2019, 17:41

20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub

Mehriban Əliyeva fəxri medalla təltif edildi
18.01.2019, 17:38

Mehriban Əliyeva fəxri medalla təltif edildi

Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI
18.01.2019, 17:21

Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI

Sabiq birinci katib vəfat edib   
18.01.2019, 17:14

Sabiq birinci katib vəfat edib  

Manatın üçgünlük MƏZƏNNƏSİ
18.01.2019, 17:12

Manatın üçgünlük MƏZƏNNƏSİ

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ
18.01.2019, 17:08

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ

Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı   
18.01.2019, 16:59

Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı  

Metropoliten gücləndirilmiş iş rejiminə keçir
18.01.2019, 16:54

Metropoliten gücləndirilmiş iş rejiminə keçir

Azercell NNTV xidmətini təqdim edir
18.01.2019, 16:46

Azercell NNTV xidmətini təqdim edir

ARXİV