23 mart 2019, Şənbə
Ana Səhifə - GÜNDƏM - Hay gedənlər...
Hay gedənlər...
01.12.2013, 20:51

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

Ermənilərin ölkələrini tərk etmələri məni olduqca pərişan edir

Azərbaycanda “Gənclik” adlı yeni nəfəsli müasir rəngli jurnalın nəşri mənim yeniyetmə vaxtlarıma düşüb. Bu hardasa, ötən əsrin 80-ci illərinin ikinci yarısına təsadüf edir. O zaman bu jurnalın hansı sayında və müəllifinin kim olmasını unutsam da, amma bütün ictimaiyyətin marağına səbəb olan “Gedənlər” adlı bir maraqlı məqalə dərc olunmuşdu. Məqalənin məzmunu isə gənclərimizin vətəni qoyub digər ölkələrə getmələri ilə bağlı idi. Məqalədə “gedənlər” sanki hamının qınaq obyektinə çevrilirdi və gənclərin bu addımı hamını pərişan edirdi. Hələ bu o zaman idi ki, vətənimizin biləklərinə “Qarabağ”la qara düyün vurulmamışdı.

Bu gün Azərbaycan mass-mediasında yayımlanan xəbərlərdə, ermənilərin günbəgün öz ölkələrini kütləvi şəkildə necə tərk edib başqa ölkələrə getmələri barədə çox tez-tez eşidirik. Maraqlı burasıdır ki, bu xəbərlərlə sanki bizə təskinlik verilir. Yəni, baxın ermənilər aclıq və səfalətdən qurtulmaq üçün, ölkələrini tərk edərək qaçıb gedirlər. Bu gedişlə Ermənistan hakimiyyəti yaranmış iqtisadi-siyasi böhrana tab gətirməyib “yıxılacaq” və özləri öz əlləri ilə işğal etdikləri bizim torpaqları geri qaytaracaqlar. Hərçənd bunu mən də çox istəsəm də, amma özümü bu qədər sadəlövh hesab etmirəm. Çünki burada belə bir sual çıxır ortaya, məgər Azərbaycan torpaqlarını ermənilər öz gücünəmi işğal edib ki, onlar da onu geri qaytarsınlar? Ermənistan Qafqazda istər quberniya, istərsə də respublika kimi “yaradıldığı” ilk gündən bu günə kimi “ölkəyə bənzər” görünsə də, amma həmişə Rusiyanın hərbi poliqonu olub. Hər halda belə olmasaydı yüksək səviyyəli Rusiya məmuru onu açıq-aşkar özlərinin “forpostu” adlandırmazdı. Hazırda Ermənistan Rusiyaya borclarını qaytarmaq üçün, demək olar ki bütün böyük obyektlərini Rusiyaya “icarəyə” verib. Bu yaxınlarda Ermənistanın Gümrü şəhəri az qala elə ermənilərin özlərinə qapalı şəhər olacaqdı. Necə ki Sovet döründə bizim İranla sərhəd olan cənub rayonlarına getmək istəyən başqa rayonların sakinlərindən xüsusi “buraxılış” vərəqi tələb olunduğu kimi, onlardan da Gümrüyə getmək üçün belə bir icazə vərəqi tələb olunmuşdu. Bu o deməkdir ki, yəni ermənilər artıq “öz” respublikalarında Rusiyanın köləsinə çevriliblər. Güman etmək olar ki, ermənilərin öz ölkələrini tərk edib getmələri sanki birbaşa Rusiyanın marağında olan məsələdir. Çünki Ermənistan Rusiyaya onun hərbiçilərinin əl-ayaqlarına dolaşan ac ermənilərlə birgə olmaqdansa, tamamilə boşaldılmış, yalnız hərbi şəhərçiklərdən ibarət və NATO dövləti olan Türkiyəyə qarşı hərbi bazalarını yerləşdirmiş poliqon kimi daha çox sərfəlidir. Bütün bu siyasi oyunbazlıqların nəticəsində Ermənistanı bürüyən işsizlik, aclıq və səfalət erməniləri öz ölkələrindən didərgin salır.

Düzü ermənilərin ölkələrini tərk etmələri məni olduqca pərişan edir. Amma nə etmək olar ki, tərkiməkanlıq ermənilərdə həm də irsi bir məsələdir. Onlar tarix boyu daimi yaşayış tərzinə uyğunlaşmaqda həmişə çətinlik çəkiblər. Təbii ki bu heç də səbəbsiz deyil.

Məşhur rus alimi, jurnalist və tarixçi V.L.Veliçko hələ 1904-cü ildə Sankt Peterburqda nəşr olunan, özünün “Qafqaz” rus işi və tayfalararası məsələlər - kitabında bir çox ermənilərin mənşəcə kim olduqlarını, elə ermənilərin 1897-ci ildə nəşr etdikləri “Murç” jurnalında çap olunan “Qaraçılardan olan ermənilər” adlı məqaləyə istinadən açıqlayır. Bu məqalədə qeyd olunur ki, “Yer üzündə yalnız vətəni və öz dili olmayan iki xalq var: bu, yəhudilər və qaraçılardır. Nə Asiya tiranlığı, nə qəddar orta əsrlər dövrünün təqibləri, nə də hətta müasir dövrün hümanist mədəniyyəti onları başqa xalqlara assimilyasiya edə bilmədilər... Hər yerdə, istər Asiyada, istərsə də Avropada qaraçılar qaraçı, yəhudilər isə yəhudi kimi dəyişməz olaraq qalırlar. Yalnız erməni xalqına müəssər olub ki, qaraçıları assimilyasiya edə bilib”. Özüdə müəllif israrlı şəkildə qeyd edir ki, “mən bunu havadan deyil, etibarlı faktlara əsaslanaraq deyirəm. Bundan sonra qaraçılar ermənilərə qaynayıb qarışaraq erməniləşdilər”. (Qeyd edim ki tarixi mənbələrdə bir çox albanların da erməniləşməsinə rast gəlmək olur...M.A.).

Nə isə, şübhəsiz ki əgər V.L.Veliçko bizim tarixçimiz olsaydı, yəqin onda bir az şübhə etməyə dəyərdi ki hardasa tarixçi alimimiz milli mənafeyimizi qorumaq naminə belə yazmaq məcburiyyətində qalıb və tarixi təhrif edib. Halbuki bizim tarixçilər ermənilərdən fərqli olaraq nəinki yalandan tarix uydururlar, hətta faktlarla dolu olan həqiqi tariximizi belə çox çətinliklə təsdiq etdirə bilirlər. Bu mənada nə yaxşı ki, Veliçko heç müsəlman da deyil.

Aydın məsələdir ki hər bir xalqın “qarışığı” var. Əgər Adəm və Həvvanı bir yana qoysaq, tarix boyu aparılmış müharibələrin fonunda istənilən xalqın qanında dəyişikliklər baş verib. Kimi türkləşib, ərəbləşib, monqollaşıb, almanlaşıb və beləliklə bu və ya digər səbəblərdən başqa xalqlara assimiliyasiya olunub. Ermənilərin təbiətində olan dilənçilik, ağlayaraq özlərini məzlum göstərmək və bu məzlumluğun altında gizlədilən biclik, oğuruçuluq, yalançılıq və xainlik onların qaraçılarla qarışıq, hətta daha çox elə qaraçı olmalarını açıq aydın sübut edir. 1988-ci ilin dekabrında Ermənistanda zəlzələ nəticəsində Spitak və Leninakan “batanda”, beton döşəmənin altından güclə çıxarılan yarımcan vəziyyətdə olan erməni qarının o zaman SSRİ-nin məsul şəxslərindən biri olan Rıjkova müraciət edərək “Qarabağı verin bizə” demə fürsəti, sanki bu erməni qadının əlinə göydən deyil, “yerin altından” düşmüşdü. Çünki özünü məzlum kimi göstərmək üçün təbiətin bu erməni qarısına “bəxş” etdiyi bu “gözəl” fürsəti heç vaxt qaçırmaq olmazdı. Biz birdəfəlik nəzərə almalıyıq ki, “əlaçanlıq” və ya dilənçi kimi özünü məzlum halda cəmiyyətə təqdim etmə üsulu qaraçılarla yanaşı, həm də elə ermənilərə xas olan “keyfiyyətdir”. Onlar bir-birinə elə qaynayıb-qarışıblar ki, onu biz istəsək də ayıra bilmərik. Bu arada bəzi şivələrimizdə işlək olan “hayqaraçılıq” sözünə də diqqət yetirsək, heç də pis olmaz. Belə ki, bu sözü biz daha çox heç nə nədən boş yerə vay şivənlik edənlərə, haray-həşir salanlara şamil edirik. Maraqlı olan burasıdır ki, belə adamları sakitləşdirmək üçün, biz həm də “hayqaraçılıq” etmə deyirik. Yəni “hay” və “qaraçı”çılıq. Nə isə, bu sözə hörmətli dilçilərimiz, konkret olaraq dialektoloqlarımız fikir bildirsələr daha məqsədəuyğun olar.

Serj ve Rita Sarkisyan «KarinMüzik ve Dans Ansamblı»  konserine katıldılar

Doğrusu, yuxarıda qeyd etdiyim kimi ermənilərin işsizlik və iqtisadi-siyasi böhran üzündən ölkələrini tərk edib yaxşı həyat axtarışı üçün başqa ölkələrə getmələri çoxlarını sevindirsə də məni çox məyus edir. Əlbəttə, mənim onların halına “yanmağım” sizi qıcıqlandıra bilər, amma nə edim ki məndə olan bu “canıyananlıq” özümdən asılı deyil. Sadəcə olaraq mövcud vəziyyət belə tələb edir. Məsələ burasındadır ki, ermənilər yad yerlərdə bizdən fərqli olaraq özlərini həddindən artıq çox rahat hiss edirlər. Çox güman dilimizdəki “yersiz gəldi yerli qaç” deyiminin yaranmasına səbəb elə məncə ermənilər olub. Bunu xüsusilə təsdiq etməyə heç ehtiyac da yoxdur. Onlar yad yerlərdə işləyib maddi imkana malik olduqca, yaşadıqları istənilən ölkənin məmurlarına çox rahatlıqla “yol” tapıb və bir çox arzularına nail ola bilirlər. Beləliklə, gedən ermənilərin sayı xarici ölkələrdə güngündən çoxaldıqca onlar əvvəldən mövcud olan ictimai diaspor təşkilatları sıralarına qəbul olub və getdikcə lobbiləşirlər. Ən əsası isə odur ki, bir vaxtlar kasıbçılıq və iqtisadi-siyasi böhran üzündən ölkələrinə və hökumətlərinə nifrət edib didərgin düşən bu “hay”lar, öz çirkin ideyaları ətrafında sıx birləşib bizə qarşı antiazərbaycan təbliğatı apara bilirlər.

Bütün bunlarla yanaşı nə qədər paradoksal olsa da, bir vaxtlar dövlətlərindən inçik düşüb əsl qaraçı həyatı yaşayan həmin ermənilər, müəyyən maddi imkana sahib olduqdan sonra, öz milli mənafeləri naminə iyanələr toplayıb Ermənistanın yaşaması üçün öz ölkələrinə göndərirlər. Bu isə Ermənistanın bir dövlət kimi sürünə-sürünə də olsa yaşamasına hələlik müəyyən qədər kömək edir. Maraqlıdır, bu arada adama elə gəlir ki Ermənistan rəhbərliyi öz vətəndaşlarını düşünülmüş şəkildə didərgin salır. Necə ki ana arı və ya ana qarışqa öz ailələrinin qida ilə təmin olunması üçün yerdə qalanları səfərbər edib işləməyə göndərdiyi kimi.

Biz nəzərə almalıyıq ki, ermənilər sonuncu erməniyə qədər ölkələrini tərk etsələr də və Ermənistan prezidenti S.Sarkisyan öz zövcəsi ilə orada ikisi qalsa belə, güman edirəm ki Qarabağ probleminin həllində heç nə dəyişməyəcək. Məgər biz öz torpaqlarımızı ermənilərə görəmi geri ala bilmirik? Necə düşünürsünüz bu gün Uzaq Şərqdə Kuril adalarında çoxmu yaşayan var? Bəs onda Sovet hökumətinin ikinci dünya müharibəsinin sonlarında zəbt etdiyi bu adaları onun bu günkü sələfi olan Rusiya Yaponiyaya niyə qaytarmır?

Bütün bunlar mənə əsas verir ki, biz bir vaxtlar öz “Gedənlər”imizin gedişinə sevinmədiyimiz kimi, bu gün elə öz ölkələrindən gedən ermənilərin də gedişinə sevinməməliyik. Məncə, ermənilər öz ölkələrində qalıb iqtisadi-siyasi böhrandan əziyyət çəkərək nəhayət ki, həm iqtisadi, həm də siyasi dirçəlişlərinin nicat yolunun Türkiyə və Azərbaycandan keçdiyini dərk etsələr bizim üçün daha yaxşı olar. Belə olan halda səfalətdən can qurtarmaq üçün, onlar həm Rusiya əsarətinə, həm də öz hakimiyyətlərinə xalq və ya toplum kimi yox deyərək, təzyiq edə bilərlər. Beləliklə ermənilər Qarabağın düyününü Rusiyanın əlindən alıb açmış olarlar, eləcə də digər qonşu ölkələrin torpaqlarına olan iddialarından daşınar və nəhayət hazır ki ağır durumdan özlərini birdəfəlik qurtara bilərlər. Odur ki “hay” gedənlər yaxşı olar ki geri qayıdın!


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Gunel Habilqizi
02.12.2013, 06:52

Var olun mubariz muellim.

eldaniz
02.12.2013, 17:57

Yaziya gore tesekkurler . Ermeniler hele oten esrin 60 ci illerinden baslayaraq Amerika ve Avropa qitesinde ozlerinin tarixi uydurma soyqirim meselesini qabardib qebul etdirmisler .neyin hesabina ? Mubariz bey demisken - bu gun acliq ve sefaletden qacaraq - yasadigi olkede maddi durumunu duzeldib ermeni idealogiyasina xidmet edibler .Demek olar ki - dunyada en guclu lobbi teskilatlari da onlardadir ve lobbi bizim dovletimize qarsi menfi siyaset aparmaqdadir .Qarabag meselesi de Rusiyanin yartdigi problemlerden biridr - ve Azerbaycana daima tezyiq altinda saxlamaq ucun istifade edir .Qaldi ki ermeni dovletinin yaranmasina - 1918 ci ilde Azerbaycan torpaqlari hesabina yaradilib. Ozlerin torpaqlari olmayib - SEPELENMIS HALDA YASAYIBLAR HEMISE . Osmanli ve Qacarlar dovletinden - Car Rusiyasi dovrunde kutlevi kocurulmeler hesabina bir yere yigilmislar .Zaqafqaziya seymi buraxildigi zaman ozlerine dovlet qurmaga muveffeq olublar - Osmanli dovletinin desteyi ile . Evvelce Ararat daha sonra Ermenistan adini dasiyib .Ermeniler harada onlar ucun yasayis yaxsidirsa ora ozleri ucun veten hesab edirler amma bir az yasdiqdan sonra orani da oz torpaqlari hesab edib esassiz iddialarlar qaldirirlar..bu onlarda idealoji xestelikdir - ve hec vaxt onlar duzelmeyecekler .Eger biz oz torpalarimizi muharibe yolu ile geri qaytrasaq ve ermenilere yasayisa icaze versek onlar yene de bu cur menfur emellerinden hec zaman el cekmeyecekler . Onlara guven yoxdur - dunyada onlardan yalniz terror ve muzdlu qatil kimi istifade edibler hemise . bu hele Car Rusiyasi dovrunden baslayaraq indiye kimi de davam eleyir ....

Vüsal Məmmədzadə
02.12.2013, 19:24

Mübariz müəllim, sağ olun! Sükanı belə saxlıyın. Uğurlar! Əminəm ki, gələcək nəsillər üçün müasir tariximizin öyrənilməsində sizin yazılarınızın əhəmiyyəti böyük olacaq.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldü
23.03.2019, 00:12

İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldü

Zaqatalada canavarlar 40-dan çox  heyvanı parçaladı
22.03.2019, 23:57

Zaqatalada canavarlar 40-dan çox  heyvanı parçaladı

Avropadakı aksiyada Quranı yandırdılar - VİDEO
22.03.2019, 23:41

Avropadakı aksiyada Quranı yandırdılar - VİDEO

Türkiyədə ABŞ dolları kəskin bahalaşdı
22.03.2019, 23:23

Türkiyədə ABŞ dolları kəskin bahalaşdı

Şəkidə tütün əkini sahələri 153 hektar artırılacaq
22.03.2019, 23:11

Şəkidə tütün əkini sahələri 153 hektar artırılacaq

Xınalıq yolunda hərəkət bərpa olundu
22.03.2019, 22:54

Xınalıq yolunda hərəkət bərpa olundu

ABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladı
22.03.2019, 22:35

ABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladı

Kasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdi
22.03.2019, 22:19

Kasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdi

Fransada etirazçılar güllələnə bilər
22.03.2019, 22:01

Fransada etirazçılar güllələnə bilər

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü
22.03.2019, 21:44

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü

Ayfon istifadəçiləri üçün yenilik
22.03.2019, 21:26

Ayfon istifadəçiləri üçün yenilik

Turistləri daşıyan avtobus yandı
22.03.2019, 21:11

Turistləri daşıyan avtobus yandı

ABŞ-dan İrana qarşı yeni sanksiyalar
22.03.2019, 20:53

ABŞ-dan İrana qarşı yeni sanksiyalar

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR
22.03.2019, 20:46

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO
22.03.2019, 20:38

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ
22.03.2019, 20:28

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu
22.03.2019, 20:16

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu    
22.03.2019, 20:15

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu  

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI
22.03.2019, 20:00

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI

İran XİN başçısı Türkiyəyə getdi
22.03.2019, 17:29

İran XİN başçısı Türkiyəyə getdi

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi
22.03.2019, 16:59

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi

Axtarışda olan şəxs saxlanıldı
22.03.2019, 16:01

Axtarışda olan şəxs saxlanıldı

Balakən sakininin evindən silah və narkotik tapıldı
22.03.2019, 15:26

Balakən sakininin evindən silah və narkotik tapıldı

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı
22.03.2019, 15:00

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı

Azercell əmək sərgisində
22.03.2019, 14:48

Azercell əmək sərgisində

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi
22.03.2019, 14:12

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi

Sabahın hava PROQNOZU
22.03.2019, 13:23

Sabahın hava PROQNOZU

I qrup əlillərə Prezident təqaüdü veriləcək
22.03.2019, 13:19

I qrup əlillərə Prezident təqaüdü veriləcək

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı
22.03.2019, 13:16

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi
22.03.2019, 12:59

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir
22.03.2019, 12:54

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ
22.03.2019, 12:16

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib
22.03.2019, 12:13

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...
22.03.2019, 12:03

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”
22.03.2019, 11:34

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
22.03.2019, 11:11

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”
22.03.2019, 10:54

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı
22.03.2019, 10:16

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı

Deputat Novruz Aslanov doğum gününü qeyd edir   
22.03.2019, 10:16

Deputat Novruz Aslanov doğum gününü qeyd edir  

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü
22.03.2019, 10:07

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi
22.03.2019, 10:03

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR
22.03.2019, 09:44

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR

Qarabağ cəbhəsində şiddətli atışma oldu
22.03.2019, 09:41

Qarabağ cəbhəsində şiddətli atışma oldu

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB
22.03.2019, 01:53

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB
21.03.2019, 23:41

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB

NATO-nun baş katibi Gürcüstana gəlir
21.03.2019, 23:24

NATO-nun baş katibi Gürcüstana gəlir

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi
21.03.2019, 23:01

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb
21.03.2019, 22:43

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər
21.03.2019, 22:30

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər

Ziya Məmmədov villasını satışa çıxardı
21.03.2019, 22:14

Ziya Məmmədov villasını satışa çıxardı

ARXİV