24 noyabr 2014, Bazar ertəsi
Azərbaycanın 5 rayonuna yeni polis rəisi təyin olunub
TQDK-nın yeni binası belə olacaq - FOTO
Azərbaycanda 6 rayonun prokuroru dəyişdirilib
Erməni Silahlı Qüvvələri cəbhənin Tovuz, Ağstafa, Qazax, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl rayonları istiqamətində atəşkəsi pozublar
Azərbaycan Avropaya 2020-ci ildə qaz ixrac edəcək
Hicran Hüseynova: Təkcə bu il 7-8 yerdə erkən nikahlarla bağlı toyların qarşısı alınıb
Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm İqtisadiyyat Media Reportaj Mədəniyyət Ədəbiyyat Dünya
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə
Bakıda 14 avara saxlanılıb
İTV-də “Euronews”un ustad dərsləri
Erməni pilotların meyiti qaytarılıb? - Qırmızı Xaç Komitəsi cavabdan niyə yayındı?
YAP-çı deputatdan TƏKLİF: “Erməni pilotların meyitini Azərbaycanda dəfn edək”
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib - FOTO
Donetskdə britaniyalı jurnalist yaralanıb
13 yaşlı qız 15 yaşlı oğlandan uşaq doğdu - ŞOK OLAY - FOTO
Azay Quliyev Batumi forumu ilə bağlı faktlar açıqladı
Rövnəq Abdullayev İstanbulda çıxış etdi
Sərdar Cəlaloğlu: “Avrasiya İttifaqının ömrünün uzun olacağına inanmıram”
“Bu gün Azərbaycan dünyanın bir çox ölkələri üçün uğurlu inkişaf formuludur” - Deputat
Türkiyə baş nazirinin müavini Azərbaycanın QHT sədrlərini qəbul edib
Fərəc Quliyev Ankara konfransına görə Türkiyəni qınadı
Nazirlər Kabineti 2015-ci ildə Azərbaycanda bayram günlərinin açıqladı
“Böyük İpək Yolu” tarixi marşrutun başlandığı şəhərdə - FOTOLAR
Sinoptiklər XƏBƏRDARLIQ edir
İŞİD indi də lisey qızlarına göz dikib
Rusiya “qaçaq” Ukrayna məmurlarını Kiyevə təhvil verə bilər

Xəbərlər arxivi

«

Noyabr 2014

»

     

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

             
 
New Page 2
A A A
Dövlət qulluğu imtahanından NARAZILIQ - ikinci tur: məmurların ehtiyat skamyası
 10.12.2013, 10:55


Azərbaycanda dövlət qulluğuna iddialı şəxslər müəyyən baryerlər aşmaqla müvafiq vəzifələrdə çalışa bilərlər. Dövlət qulluğuna qəbul üçün  qanunvericiliyin tələblərindən irəli gələn iki mərhələli baryer sistemi iddialı şəxslərin dövlət orqanlarına işə qəbulunda müəyyən problemlər yaradır. Belə ki, “Dövlət qulluğu haqqında” Qanuna görə, dövlət qulluğuna qəbulun  birinci mərhələsi test üsulu ilə həyata keçirilir. İkinci tur  isə Dövlət Qulluğu Komissiyası, vətəndaşın işə düzəlmək istədiyi müvafiq qurumun mütəxəssisi və müstəqil ekspertin  iştirakı ilə video çəkilişlə  keçirilən sual-cavab mərhələsidir. Bu hüquqi mexanizmlərdən yararlanmayan vətəndaşların sayı isə az deyil. Bir neçə dövlət qulluğuna yiyələnmək istəyib arzusuna çata bilməyən  şəxs iddia edir ki, müsahibə mərhələsində lazımi bal vermək üçün, “yuxarıların tapşırığı olmalıdır”.

Ümumiyyətlə dövlət qulluğunda müsahibə mərhələsinin keçirilməsinin əleyhinə olanlar da var.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Çingiz Qənizadə hesab edir ki, ikinci turun keçirilməsinə lüzum yoxdur.

Deputat Modern.az-a açıqlamasında bildirib ki, “Dövlət qulluğu haqqında” Qanunda test üsulundan sonrakı mərhələ sovet dönəmindən qalma ənənədir.

“Ümumiyyətlə müsahibənin ictimai nəzarət olmadan həyata  keçirilməsi və sualların həmin qurumlarda hazırlanması neqativ hallara gətirib çıxarır. Ali məktəblərə qəbul kimi test imtahanlarını müvəffəqiyyətlə başa vuranlara ikinci mərhələ lazım deyil. Əgər vətəndaş test imtahanından keçirsə, müvafiq  boş qalan yerlərə seçilib  işlə təmin olunmalıdır”.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Hüquqşünas Əlməmməd Nuriyev isə ikinci mərhələnin vacibliyini vurğulamaqla bunun əhəmiyyəti haqqında danışıb. Onun sözlərinə görə dövlət qulluğuna qəbul kifayət qədər şəffaf, təmiz keçirilir.

“İkinci mərhələdə həm də çox sadə suallar verilir. Müsahibə mərhələsi dövlət qulluğunda vəzifəyə iddialı olan şəxsin peşə hazırlığı, dünyagörüşü müəyyənləşdirilir. Vətəndaşın testdən keçməsi əsas şərt deyil. Eyni zamanda onun davranışı, qabiliyyəti, psixoloji hazırlığı  də vacib amildir. Ona görə bunu aydınlaşdırmaq üçün müsahibə mərhələsinə ehtiyac duyulur. Burada hər hansı korrupsiya sövdələşməsindən söhbət belə gedə bilməz. Azərbaycan cəmiyyətində də dövlət qulluğuna qəbulla bağlı hər hansı narazılıq da görmürük”, – deyə hüquqşünas qeyd edib. Ekspert bildirib ki, nəticələrdən narazı qalan şəxslərin iddiasını doğrultmaq üçün imkanlar da mövcuddur. “Əgər şəxs ikinci mərhələdən narazıdırsa, apelyasiya şikayəti verə bilər. Bundan sonra şəxsin özünün iştirakı ilə bütün video materiallara yenidən baxılır. Şəxs yenə də narazı qalarsa, məhkəməyə müraciət edə bilər”.

Ə. Nuriyev ikinci mərhələni adlamış şəxslərin rezerv (ehtiyat) işçi qüvvəsi olmasını məsələsinə də aydınlıq gətirib. Hüquqşünasın sözlərinə görə müvafiq nazirlik və ya qurum vakant yerlərə daha qabiliyyətli şəxsləri seçir.

 “Digərləri isə rezervdə qalır. Daha sonra həmin qurumda yeni boş yerlər olursa, dövlət qulluğuna qəbul olmuş şəxslər orda işlə təmin olunurlar. Boş yerlərə digər şəxslər götürülə bilməz. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev vakant yerlərə müqavilə əsasında işçi götürməmək haqqında qəti qərar da verib”.

Dövlət Qulluğu Məsələləri Komissiyasının dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Fuad Mayılovun sözlərinə görə, test imtahanında namizədin bilik səviyyəsi yoxlanılsa da, müsahibə mərhələsinə də ehtiyac duyulur.

“Müsahibədə həm də peşə hazırlığı, dünyagörüşü və vakant vəzifə üçün zəruri olan digər keyfiyyətlər yoxlanılır”. DQMK rəsmisi vurğulayıb ki, dünya praktikasında turların sayından asılı olmayaraq müsahibə mərhələsi vacib hesab olunur. “İstər özəl sektor istərsə də dövlət orqanlarında işə qəbul müsabiqə üsulu ilə keçirilirsə, müsahibə mərhələləri bir çox hallarda mövcuddur. Hazırda müsahibə mərhələsinin ləğv olunması fikirləri ilə razı deyiləm. Müsahibənin keçirilməsi zamanı obyektivliyin təmin olunması üçün kifayət qədər tədbirlər həyata keçirilir. Müsahibə mərhələsi üçün müvafiq proqramlar hazırlanır və əvvəlcədən komissiyanın rəsmi internet səhifəsində çap olunur”.

DQMK səlahiyyətlisi qeyd edib ki, müsahibə mərhələsində imtahanı götürən şəxslər  arasında fikir ayrılığı yarandıqda, onların namizədə verdiyi ballar arasında kəskin fərq olduqda müsahibənin nəticəsi ləğv edilir. Bundan başqa videoçəkilişdən namizədin imtina etmək hüququ da var”.

 Ehtiyat kadrların dövlət qulluğunda təmsil  olunmasından da söz açan F. Mayılov bildirib ki, onların işlə təmin olunması bir qədər nisbi xarakter daşıyır.

“Elə ixtisaslar var ki, dövlət orqanlarında ona böyük tələbat var. Ehtiyat kadrlar siyahısına düşən şəxslər həmin ixtisaslar üzrə vəzifəyə tezliklə təyin oluna bilərlər. Ancaq elə sahələr də var ki, vakansiya sayı olduqca azdır. Qanunvericiliyə görə iki il müddətində ehtiyat kadrlar siyahısında qalmaq olar. Amma onların iki ildən sonra işlə təmin olunmamasının müxtəlif səbəbləri var. Birincisi onların ixtisasına uyğun olan vakant vəzifələrin olmaması, ikincisi, onların ixtisasına uyğun vakant yer olsa da, həmin vəzifədə staj tələbinin müəyyən edilməsi, üçüncüsü namizəd staj və ixtisas baxımdan vəzifəyə uyğun gəlsə də, xüsusi biliklərə dair tələbləri ödəmir. Əgər göstərdiyimiz uyğunsuzluqlar olmazsa, namizədlər müvafiq vəzifələrə təyin edilirlər”.

Aqşin KƏRİMOV

 
Oxunub: 2215
Çap variantı
Məktub göndər
Facebook-da paylaş


Şərhlər
Vətəndaş
10-12-2013
Fuad müəllim müsahibə vacibdirsə nəyə gorə 2-ci tura saxlanilir, keçirilsin 1-ci tura kim keçə bilməsə test imtahaninada buraxilmasin. Menim bir tanidiğim var bir neçə dəfə testden keçib 2-ci merhelede kesirler.


Tuncay
10-12-2013
Problem heç də ikinci mərhələdə deyil. Çünki ikinci mərhələdən də öz qabiliyyətinlə keçmək mümkündür. Problem odur ki, buradan keçəndən sonra dövlət qurumu prosesi yubadır. Qanunda 10 iş günü yazılsa da, 1 ay, 2 ay, bəzən 6 ay yubadıb, sonda rədd cavabı verirlər. Əgər yer yoxdursa, niyə vakansiya elan olunur? Varsa, niyə namizəd iki mərhələdən keçdikdən sonra bu qədər süründürülü?. Buna diqqət ayrılsa daha yaxşı olardı.


TURAN
10-12-2013
Salam 2 dəfə müsabiqədən keçmişəm ,yüksək bal toplamışam amma 2*ci turdan keçə bilmədim . Əgər şəffafdırsa 2-ci turda verilən sulları tes imtahanına salın ən çox bal toplamış namizəd qalıb olsun.


İddiaçı
11-12-2013
Test suallarını ged-gedə çətinləşdirirlər. Çox vaxt 1 mərhələdən keçirəm və 2 mərhələdən kəsilirəm. Hər müsahibədə iştirak edənlərin ifadəsindən hiss olunur ki. onlara sadəcə vaxt keçirməyə gəliblər.
Beləliklə 4 ildir ugur qazana bilmirəm. İddia etdiyim vakant vəzifə hələ də boşdur. Baxmayarak ki. hər dəfə 5-10 testdən uğurla keçir. Hələ də arzuladığı şəxsi tapa bilmirlər....!!!


Azad
24-12-2013
Imtahanin birinci merhelesi seffaf kecir ama ikinci merhele korrupsiya menbeyidir.goruntu yaratmaq ucun videocekilis olur.Ama ele adamalr taniyiram ki birinci merheleden kecib ikinci merhele ucun 10 min manat 8 min manat pul veribler.Yada vezifeli adam tapsirir.tapsirilan namizede ise dovlet orqaninin iscisicaqirib musahibede verilen suallari namizede verir.hemin namizedde verilen 15-20 suali ezber oyrenir.axirda da en yaxsi cavabi o verir.adda olur ki en hazirliqli namized budur.qalan namizedlerde qalir kenarda.yada tapsirilmiyan namizedin balin qesden asaqi yazillar.hansi namized apelyasiya sikayeti verse onu hec vaxt ise goturmuller.bezende ele olur ki bir vakansiyaya cemi bir nefer namized kecir ama onu hemin yere goturmuller cunki oz adamlari deyil.sula yaranir bes bu vakansiya bosdursa isliyen yoxdursa niye musahibeden kecen namizedi goturmursuz.sebeb budur ki vakansiyani dovlet orqaninin rehberi komissiyaya verende artiq oz namizedi olur.hemin yere lap yuz adam sened versede sonda yenede oz adamn goturur.oz adami imtahandan kece bilmese bele tekrar elan verir ta ki oz adami hemin yere kecsin.bezen ikinci merheleden kecen namizedi ehtiyat kadrlarin siyahisina salirlar.onunda orda gozlemekden gozunun koku saralir.tapsirani yoxdu deye iki orda gozluyur sonrada ehtiyat siyahidanda cixarillar. bir sozle seffafliqdan sohbet bele gede bilmez.ikinci merhele tanisliq ve puldu.


İrşad Kərimov
25-06-2014
Yazdığınız şərhdən savadınız görsənir. Sizin şərhlər "demaqoqluq" adlanır. Hər sözünüzdə kobud qramatik səhvlər var. İnanmırsınızsa, 3-cü sinif şagirdlərinə yaradıcılıq əsərinizi yoxlatdırın! Dövləti bu cür savadla necə təmsil edəcəksiniz?






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
Son xəbərlər
24.11.2014, 15:55
 Bakıda 14 avara saxlanılıb
24.11.2014, 15:44
 Daxili İşlər Nazirliyi moteldəki “sevgi intiharı” haqda yeni XƏBƏR yaydı - Qadının yanındakı kişi tutuldu
24.11.2014, 15:34
 İTV-də “Euronews”un ustad dərsləri
24.11.2014, 15:30
 Erməni pilotların meyiti qaytarılıb? - Qırmızı Xaç Komitəsi cavabdan niyə yayındı?
24.11.2014, 15:26
 YAP-çı deputatdan TƏKLİF: “Erməni pilotların meyitini Azərbaycanda dəfn edək”
24.11.2014, 15:16
 Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib - FOTO
24.11.2014, 15:15
 Donetskdə britaniyalı jurnalist yaralanıb
24.11.2014, 15:09
 13 yaşlı qız 15 yaşlı oğlandan uşaq doğdu - ŞOK OLAY - FOTO
24.11.2014, 15:02
 Azay Quliyev Batumi forumu ilə bağlı faktlar açıqladı
24.11.2014, 14:58
 “Necə dolanırsınız?” - Yazıçılar güzərandan ah-fəğan etdilər: “Az qazanıram, az yeyirəm” - SORĞU
24.11.2014, 14:33
 Rövnəq Abdullayev İstanbulda çıxış etdi
24.11.2014, 14:21
 Şamaxı Rəsədxanası NASA-ın iddiasını RƏDD ETDİ
24.11.2014, 14:16
 Sərdar Cəlaloğlu: “Avrasiya İttifaqının ömrünün uzun olacağına inanmıram”
24.11.2014, 14:07
 “Bu gün Azərbaycan dünyanın bir çox ölkələri üçün uğurlu inkişaf formuludur” - Deputat
24.11.2014, 14:07
 Azərbaycanın 5 rayonuna yeni polis rəisi təyin olunub
24.11.2014, 14:03
 Türkiyə baş nazirinin müavini Azərbaycanın QHT sədrlərini qəbul edib
24.11.2014, 13:57
  Fərəc Quliyev Ankara konfransına görə Türkiyəni qınadı
24.11.2014, 13:48
 Nazirlər Kabineti 2015-ci ildə Azərbaycanda bayram günlərinin açıqladı
24.11.2014, 13:46
 “Böyük İpək Yolu” tarixi marşrutun başlandığı şəhərdə - FOTOLAR
24.11.2014, 13:32
 Sinoptiklər XƏBƏRDARLIQ edir
24.11.2014, 13:25
 İŞİD indi də lisey qızlarına göz dikib
24.11.2014, 13:15
 Rusiya “qaçaq” Ukrayna məmurlarını Kiyevə təhvil verə bilər
24.11.2014, 13:11
 Etibar Məmmədov sədr müavini seçildi
24.11.2014, 12:48
 “Bakı 2015” Avropa Oyunları Azərbaycana nə QAZANDIRACAQ?
24.11.2014, 12:28
 Dekabrın 16-dan 22-dək Yer kürəsi zülmətə bürünəcək - NASA-dan XƏBƏRDARLIQ
24.11.2014, 12:24
 Ərdoğan Kılıçdaroğluna qayınanasına görə zəng etdi – SƏBƏB
24.11.2014, 12:19
 Qazaxıstanda temperatur -40 dərəcəyə düşdü
24.11.2014, 12:13
 “Ermənistan heç vaxt Azərbaycana güc nümayiş etdirə bilməz”
24.11.2014, 12:10
 Azərbaycan elm və təhsilini “tabut”un içindən çıxarmağın yolları...
24.11.2014, 12:02
 “Bakı 2015” Avropa Oyunları ilə bağlı möhtəşəm şou keçiriləcək
24.11.2014, 12:00
 Deputat: “"Reklam haqqında" qanunun yeni layihəsi plenar iclasa çıxarılacaq”
24.11.2014, 11:53
 Deputat Aydın Mirzəzadə: “Toy günümdə məni xeyli işlətdilər” - FOTOLAR
24.11.2014, 11:42
 Xalq artisti bəzi məmurları qınadı: “Bizə saymazlıq göstərib, bizi tanımamaq tərbiyəsizlikdir”
24.11.2014, 11:23
 TQDK-nın yeni binası belə olacaq - FOTO
24.11.2014, 11:16
 Yazmamaq olmur və ya İşığı, Nuru söndürülənlər...
24.11.2014, 11:10
 Cəbhədə atəşkəs 62 dəfə pozulub
24.11.2014, 11:00
 Ermənilər Qubadlının məşhur kəndini məskunlaşdırır - FOTOLAR
24.11.2014, 10:45
 Uyğur türklərinin acılı-ağrılı səfəri - FOTOLAR
24.11.2014, 10:43
 Polis oyuncaq silaha görə uşaq öldürdü
24.11.2014, 10:39
 Qar gözlənilən rayonlardan XƏBƏR var
Müəlliflər
Leyla Əliyeva

 Leyla Əliyeva - Bir də sənin xətrinə dəymərəm...
Şəhrizad

 Dövlət başçılarına "YOX" deyən müğənni - “Şərq bülbülü”
Mahir Qabiloğlu

 İbrahim Ömərovun babasının nəsihəti
Aqil Camal

 "Ölü toyu"-2
Niyaz Niftiyev

 Demokratiya onlar üçün arzu etdikləri yerdən və zamandan başlayır...
Vəfa Allahverdiyeva

 Son siyasi qalanın çöküşü
Kamil Həmzəoğlu

 Yazmamaq olmur və ya İşığı, Nuru söndürülənlər...
Doç., Dr. Faiq Ələkbərov

 Azərbaycan elm və təhsilini “tabut”un içindən çıxarmağın yolları...
Buludxan Xəlilov

 Azərbaycan dilində olan xoşagəlməz meyllər: Onların qarşısını almaq yolları
Fazil Mustafa

 Aydın görünən Aydınlar
Mülatif Adurov

 Hədiyyə qutusunun düşər-düşməzliyi

Sorğu

Hansı Azərbaycan diaspor təşkilatı yaxşı işləyir?
Azərbaycan Amerika Alyansı - sədr Anar Məmmədov (ABŞ)
Rusiya Azərbaycan Gənclər Təşkilatı - sədr Leyla Əliyeva (Rusiya)
Amerika Azərbaycanlıları Cəmiyyəti - Tomris Azəri (ABŞ)
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası - sədr İosif Şaqal (İsrail)
Avropa Azərbaycan Cəmiyyəti - sədr Tale Heydərov (Böyük Britaniya)
Dünya Azərbaycanlıları Konqresi - həmsədrlər Sabir Rüstəmxanlı (Azərbaycan), Firudin Pərvizniya (Almaniya)
Ümumrusiya Azərbaycan Konqresi - prezident Məmmədbağır Əliyev (Rusiya)
Avropa Azərbaycanlıları Konqresi - prezident Bahəddin Qaya (Almaniya)
"Azəri-Çex" Cəmiyyəti - sədr Elşən Nəzərov (Çexiya)
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu - sədr Hikmət Cavadov (Ukrayna)
Qazaxıstan Azərbaycanlıları Assosiasiyası - sədr Əbülfəz Xamedov (Qazaxıstan)
Azərbaycan Kültür Dərnəyi - Cəmil Ünal (Türkiyə)
Benilüks Azərbaycanlıları Konqresi - sədr Sahil Qasımov (Hollandiya)
Belarus Azərbaycan İcmaları Konqresi - sədr Natiq Bağırov (Belarus)
Strasburq “Azərbaycan Evi” Cəmiyyəti - Mustafa Alınca (Fransa)

Nəticələri göstər

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | İqtisadiyyat | Media | Reportaj | Mədəniyyət | Ədəbiyyat | Dünya |
Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Müəllif hüquqları qorunur. Modern.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Copyright 2014 modern.az. All rights reserved. Powered by NextPoint LLC