18 noyabr 2018, Bazar
Ana Səhifə - MÜSAHİBƏ - “Heydər Əliyev Əli İnsanovu anamın yanına göndərmişdi” - Məşhur jurnalist Elmira Əmrahqızının oğlu - MÜSAHİBƏ
“Heydər Əliyev Əli İnsanovu anamın yanına göndərmişdi” - Məşhur jurnalist Elmira Əmrahqızının oğlu - MÜSAHİBƏ
20.12.2013, 17:46


Yaşlı və orta nəsil Azərbaycanın haqq səsini dünyaya car çəkənlərdən biri, “Azadlıq” radiosunun Azərbaycan bölməsinin mərhum müxbiri Elmira Əmrahqızını yaxşı xatırlayırlar. İki aydan sonra onun vəfatının 16 ili tamam olacaq. 90-cı ilin qara yanvarında, Xocalı faciəsində, Şuşa, Laçın, Qubadlı, Zəngilan, Ağdam, Kəlbəcərin işğalında və bir çox ağır məqamlarda Elmira Əmrahqızı milyonların bələdçisi oldu. 
Elmira Əmrahqızının oğlu Abdulla Abdullayev Modern.az saytına müsahibəsində anası ilə bağlı xatirələrini bölüşüb.

- Abdulla müəllim, Elmira Əmrahqızının qələm dostlarından sizinlə əlaqə saxlayan varmı?

- Anam rəhmətə gedəndən sonra bizimlə çox jurnalistlər əlaqə saxlayırdı. Millət vəkili, həm də tanınmış jurnalist Elmira Axundova isə bizimlə daim maraqlanır və demək olar ki, mütəmadi olaraq da əlaqəsi var. Bizə öz övladları kimi baxır.

- Deyəsən siz iki qardaşsınız…

- Bəli, iki qardaşıq. Mən hərbçiyəm, kapitan rütbəli zabitəm, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xidmət edirəm, qardaşım isə Türkiyənin Ankara universitetində tibb sahəsi üzrə təhsil alır.

- Ananızın cəmiyyətdəki mövqeyi sizin gələcək həyatınıza necə təsir etdi?

- Mən deyərdim ki, anamın o dövrdəki ictimai-siyasi proseslərdə özünəməxsus rolu var idi. Və dövlət qarşısnda da göstərdiyi xidmətləri ilə özünəməxsusluğu qoruyub. Bu gün də bir çox insanlar onu unutmayıblar və onun göstərdiyi xidmətə də qiymət verirlər.
Elmira Axundova həm həmkarı, həm də rəfiqəsi kimi daim bizi diqqət mərkəzində saxlayıb. Anam rəhmətə gedəndən sonra müyyən bir vaxt mən işsiz qaldım. Atam işləmirdi. Hətta atamın vəfatından sonra da biz müyyən çətinliklər çəkdik. O dövrdə də Elmira xanımın vasitəsilə bizim problemlər Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya çatdırıldı ki, bəs bu ailə başsız qalıb. Ailədə iki uşaq, vəziyyətləri çətindir. Həmin vaxt mənim tələbəçilik dövrümə təsadüf edirdi. O vaxtdan bu yana da Mehriban xanım bizə dəstəyini göstərir. Biz bütün bunlara görə Mehriban Əliyevaya minnətdarıq. Eyni zamanda, bizim məsələmizi Elmira xanım müdafiə nazirinə də çatdırmışdı. Nəticə etibarə ilə mənə yüksək etimad göstərildi və mən Müdafiə Nazirliyinə dəvət olundum.
Təbii ki, bunlar bizə görə edilən bir şey deyildi, bu, anamın göstərdiyi xidmətə və fəaliyyəinə verilən qiymətin göstəricisidir.
Eyni zamanda qeyd etmək istərdim ki, anam mərhum prezident Heydər Əliyevin göstərişi ilə 2 saylı Fəxri Xiyabanda dəfn olunub. Bu da, onun fəaliyyətinə göstərilən yüksək qiymətin bariz münuməsidir.

- Jurnalistka elə bir peşədir ki, ailəyə vaxt ayırmaq çətin olur. Siz o dövrü necə xatırlayırsınız?
Ananız sizə yetərincə diqqət ayıra bilirdimi?

- Çox düz vurğuladınız. Biz demək olar ki, anamızı çox az-az görürdük. Həm atam, həm də anam işdən gecə qayıdırdılar. Atam da çox vaxt anamın yanında olurdu. Anam dəfələrlə cəbhə bölgələrində, qaçqın düşərgələrində olub. Elə vaxtlar olub ki, anam hətta ad gününü qaçqın uşaqları ilə bir yerdə olub, bizimlə yox. Anam analıq sevgisini tək bizimlə deyil, həm də qaçqın və məcburi köçkün uşaqları ilə bölüşüb. Bir ana olaraq təbii ki, bizə öz qayğısını göstərməyə çalışırdı. Çalışırdı ki, biz də diqqətsiz və qayğısız böyüməyək. Anamın jurnalistlik fəaliyyəti çox ağır bir zamana təsadüf edib. Amma biz anamızı vaxtından tez itirdik. Onda mənim 18 yaşım var idi. O vaxtdan bu yana mən ana kəlməsini dilimə gətirməyə çətinlik çəkirəm. Bu, əvəzolunmaz bir itkidir.

- Elmira xanım, həm də çox qürurlu bir insan olub... Bəlkə bu, ona Ağstafada “Geroy Əmrah” kimi tanınan atasından keçib?

 - Mən də hesab edirəm ki, bu genetik olaraq keçən bir xüsusiyyətdir. Onun xasiyyəti də bunu deməyə əsas verirdi. Hətta cəbhə bölgəsində bir çox maraqlı hadisələr olub. Anamın üstünə silah çəkiblər. Atəş də açılıb, təsadüf nəticəsində anam sağ qalıb. Füzuli rayonunda olmuş bir hadisədir. Anama deyiləndə ki, “səni indi gülləyəcəm”, anam cavab verib ki, “kişisənsə gülləllə”. Anam belə olub, qürurlu qədər də qorxmaz olub. Amma orda çox təhlükəli vəziyyət idi. Ora bir qrup jurnalist getmişdi. Onları orada çox asan şəkildə öldürə bilərdilər və heç kimin də bundan xəbəri olmazdı. Amma bütün bunlara baxmayaraq, anam öz sözündən dönmürdü və lazım olan yerdə də sözünü deyirdi. Hətta keçirilən mətbuat konfranslarında, səfərlər zamanı xarici ölkələrin yüksək vəzifəli şəxslərinə də iti sualların verilməsindən çəkinmirdi. Anam çox mərd və cəsarətli bir qadın olub. O, öz problemlərinə görə heç vaxt heç kimə müraciət etməyib. Amma yeri gələndə bir çox insanların problemlərini həll etməyə həmişə hazır idi. Anam o qədər sadəlövh bir insan olub ki, hansısa problemindən dolayı müracət edən insana inanırdı.

- Yeri gəlmişkən, ananızın atasına Sovet İttifaqı Qəhrəmanı adı verilməliymiş, ancaq bu, baş tutmayıb. Ananız bu barədə nə danışırdı?

-
Babam 416-cı Taqanroq diviziyasında döyüşüb. Almanlar onu “Qara pələng” adlandırırmış. Anam həmişə deyirdi ki, Heydər Əliyev də ötən əsrin 70- ci illərində bu məslənin həll edilməsi uğurunda çox çalışdı. Anam da bununla bağlı çox çalışdı. Amma əfsuslar olsun ki, o məsələ elə açıq qaldı. Bir çox problemlər ortaya çıxdı. Babamın sənədləri ya qəsdən itirilimişdi, ya da yandırılmışdı. Babamın şəxsi işini hərbi muzeyə təhvil vermişik. Onun şəxsi işində hətta Zaqafqaziya dairəsinin komandanı marşal Tolbuxinin babama Sovet İttifaqı Qəhrəmanı adının verilməsi ilə bağlı yuxarı komandanlığa təqdimatları var. Amma SSRİ-nin Müdafiə Nazirliyi buna qarşı olub. Hətta Taqanroq şəhərinin müvafiq icra orqanların da bu məsələ ilə əlaqədar müraciətləri var. SSRİ dövründə ermənipərəst qüvvələr Azərbaycandan Sovet İttifaqı Qəhrəmanlarının sayının az olmasına çalışırdılar. Babam da bu haqsız siyasətin qurbanlarının birinə çevirilmişdir.


- Elmira xanım Heydər Əliyevlə tanışlığı barədə sizə nələri danışırdı?

- Bu tanışlıq keçən əsrin 80-ci illərin sonlarından başlanır. O vaxt “Kosmos uşaqlar üçün” adlı bir layihə var idi. Anam da bu layihəyə cəlb olunur və kosmosa getmək istəyir. O, Moskvaya gedir, hətta bəzi tibbi sınaqlardan keçir. Amma sonra Kosmosa yapon jurnalisti göndərilir. Anam da o ərəfədə Moskvada olanda çox çalışıb ki, Heydər Əliyevlə görüşsün. Amma alınmayıb. Heydər Əliyev vəzifədən gedəndən sonra ona mətbuatda basqılar başlayıb. Bundan sonra anam təcili olaraq onunla görüşmək istəyir. Məqsədi Heydər Əliyevdən müsahibə almaq və bir növ onun müdafiəsinə qalxmaq olub. Moskvada olanda anam təsadüfən bir qadınla görüşür və çalışır ki, onun vasitəsilə Heydər Əliyevlə əlaqə yarada bilsin. Tamamilə başqa bir insanın tanışlığı ilə anam Lalə Şövkət Hacıyevanın yanına gəlib çıxır. Lalə xanıma məqsədini danışır. Lalə xanım əlindən gələn köməyi göstərəcəyini deyir. Beləliklə, anam Heydər Əliyevlə görüşə bilir. Anam deyir ki, Heydər Əliyev onu xeyli sorğu-sual edib. Anamdan haradan, kimlərdən olduğunu soruşub. Sən demə babamla, atamın atası ilə onun tanışlıqları da olub. Babam əməkdar həkim olduğuna görə Naxçıvanda hamı onu tanıyırdı. Bundan əvvəl qeyd etiyim kimi, anamın atası Əmrah babamı da tanıyırdı.
Anamı hərətərəfli sorğu-sual edəndən sonra müsahibə verməyə razılaşır. Demək olar ki, dörd kaset bu müsahibəyə həsr olunur. O müsahibə “Azadlıq” radiosunda hər dəfə 10-15 dəqiqə olmaqla efirə verilib. Amma bundan əlavə olaraq sonra atam da, anam da bu müsahibəni qəzetlərdə də dərc etdirdilər. İmkanları daxilində kasetləri çoxaldıb əhali arasında da payladılar.

 - Məlumatlara görə, Heydər Əliyevin bir jurnalist kimi Elmira xanıma simpatiyası olub.

- Bəli, o vaxtlar hətta az sayda jurnalistin prezidentlə Amerikaya, Avropa və Asiya dövlətlərinə səfərləri olmuşdu. Onların içində anam da var idi. Bu onun peşəkralığına və obyektivliyinə yüksək səviyyədə verilən qiymət idi.

- Elmira xanım, xəstə olanda yüksək vəzifədə olan insanlarla dostluq əlaqələri olsa belə, heç kimdən kömək istəməmişdi. Baxmayaraq ki, bu məsələ ilə bağlı Heydər Əliyev Əli İnsanova tapşırıq veribmiş.

- Həmin vaxtlar Əli İnsanov bizim evimizə qədər gəlib çıxmışdı. Nazir özü şəxsən anamın səhhəti ilə çox maraqlanırdı və diqqət mərkəzində saxlayırdı. Xaricdə müalicə olunmaq belə, anama təklif olundu, amma o qəbul etmədi. İmtina etməsinin səbəbi onun qüruru ilə bağlı idi. Bir də sağalacağına ümid etmirdi.


- Bu gün Elmira xanımın övladaları niyə onun yolunu davam etdirmir?

- Mən 5 il “Azadlıq” radiosunda jurnalist kimi işlədim. Amma qardaşım əvvəldən elə həkim olmaq istədiyini bildirmişdi. Mən jurnalist fəaliyyətimi davam etdirməyi çox istədim. Sadəcə olaraq, tale elə gətirdi ki, hərbçi oldum. Bu gün də içimdə yaradıcılığa meyl hiss edirəm. İmkanım olsaydı, bəlkə də jurnalistika ilə məşğul olardım. Bəlkə də Silahlı Qüvvələrdən tərxis olunandan sonra yenə jurnalistika sahəsinə qayıdacam.

- Ananız ideyaları olan bir jurnalist idi. Bunu necə xatırlayırsınız?

- Anam çox vətənpərvər bir insan idi. Xalqına, millətinə dəyər verirdi. Bayramlarda ailəsini belə,  düşünmürdü. Yeni ili qaçqın şəhərciyində uşaqlarla birlikdə qeyd edirdi. O ana sevgisini də o uşaqlara verirdi. Bunun hamısının kökündə vətənə, millətinə sevgi dayanır. Biz uşaq olduğumuz üçün bunları başa düşmürdük. Amma böyüdükcə artıq bu məsələləri dərk etməyə başladım. O zaman uşaq idim və anamla bağlı bir çox şeyləri tam olaraq xatırlaya bilmirəm. Anam haqqında məlumatları indi daha çox mətbuat vasitəsilə əldə edirəm. Dostlar, tanışlar mənə anam haqqında hər zaman danışırlar.


- Ananız haqqında kitab hazırlamaq, ya da onun adının əbədiləşdirilməsi kimi fikriniz varmı?

- İmkanım olsa, anam haqqında kitab hazırlamaq istərdim.

- Ananızın adına bir fond yaradılması, ya bir mükafat verilməsi üçün hansısa bir məsələ qaldırmısınızmı?

- Belə bir məsələni heç vaxt etməmişik. O vaxt mətbuatda belə fikirlər səsləndi. Amma bu sadəcə bir fikir olaraq söyləndi. Evimizin yanında anamın adına bir park da olmalı idi. Hətta hasarlarına qədər çox işlər görülmüşdü orada. Amma sonradan həmin yerdə bir restoran tikildi və bununla da bu məsələ qapandı. Bu təxminən 1998-ci ilin ortalarına təsadüf edirdi.

- Ananızın çap olunmamış yazısı varmı?

- Anamın evdə əlyazmaları durur. Amma bilmirəm ki, onlardan çap olunmayanı var, ya yox... Mən onları arxivə verməyi düşünürəm.


- Jurnalistka elə bir peşədir ki, burda mənbələrlə işləmək bir az çətindir. Amma ananız ciddi mənbələrlə çox asanlıqla əlaqə yarada bilirdi. Hətta onlar özləri ananızla ünsiyyət saxlayırdılar. Bunun səbəbi sizcə nə ilə bağlı idi?

- Bu, həm anamın bir jurnalist kimi qabiliyyətli olmasından, həm də etibarından irəli gəlirdi. Anam bu etibarı öz professionallığı ilə qazanmışdı. Təbii ki, jurnalistə etibar etməsən onunla ünsiyyət qurmaq istəməzsən.

- Elmira xanımın “20 Yanvar” hadisələri ilə bağlı reportajı bütün dünyaya yayıldı. Bu reportaj vasitəsilə bütün dünyaya demək olar ki, bizim səsimiz çatdırıldı. Bu barədə sonralar özü nə deyirdi?

- Bu anamın içindən gələn bir şey idi. Dövlətimiz informasiya blokadasında olan bir dövrdə anam nəinki ölkədə, hətta xaricdə də xalqımıza qarşı haqsızlıq edən mənfulara qarşı təbii ki, susa bilməzdi. “Azadlıq” radiosu o zaman anam üçün bir vasitə oldu ki, o öz xalqının səsini bütün dünyaya çatdırsın.

- Elmira xanımın yüksək vəzifəli şəxslərlə münasibətini hər kəs bilirdi, hətta elə bir vəziyyət idi ki, o bir zəngi ilə bir çoxlarının bacara bilməyəcəyi işi həll edirdi. Siz o vaxtlar uşaq idiniz, heç olmasa qohumlar bundan yararlana bildimi?

- Anam bir çox qohumlara kömək edib. Amma öz ailəsi üçün heç nə etməyib. O öz imicini də çox qoruyurdu. 1993-cü ildə Heydər Əliyevin və Lalə Şövkətin təklifi ilə atamı Prezident Aparatında işə dəvət ediblər. Amma anam buna etiraz edib. İstəməyib ki, atam getsin orda işləsin. O hardasa müstəqilliyini itirəcəyindən çəkinirdi. Asılı olacağını və peşəkarlığını itirməkdən qorxurdu. Atam naxçıvanlı idi, ona görə də bir müddət işlədiyi yerdə hardan olduğunu gizlətməyə çalışırdı. Amma bütün bu hadisələrdən sonra anam olduğu kimi də qaldı. Onu hər kəs müstəqil bir jurnalist kimi qəbul edirdi.

- Neçə övladınız var?

- İki övladım var. Bir qız , bir oğlan. Anamın adını yaşatmaq üçün qızıma onun adını vermişəm. Düşünürəm ki, gələcəkdə bəlkə onda da jurnalistikaya bir maraq oldu. Anamın davamçısı oldu.


- Qeyd etdiniz ki, 5 il jurnalist fəaliyyəti ilə məşğul olmusunuz. Bu, elə də az vaxt deyil. Elmira xanımın məşğul olduğu o vaxtki jurnalistka ilə indiki arasında sizcə hansı fərqlər var?

- Mən deyərdim ki, o dövrün öz xüsusiyyətləri var idi. O dövrdə jurnalist fəaliyyətinə təlatümlü proseslər, bir-birini əvəzləyən gözlənilməz hadisələr, təhlükələrlər, ekstremal şərait kimi faktorlar təsir edirdi. İnformasiyanın çatdırılmasında problemlər olurdu. Maddi-texniki baza zəif idi, maliyə sıxıntıları mövcud idi. İndiki dövrdə bu sahədə stabillik var, operativlik və çeviklik artıb. KİV-lər tərəfindən informasiyanın auditoriyaya çatdırılması asanlaşıb. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı çox irəliyə gedib. KİV-lərin internetə çıxışı var. Eyni zamanda, Azərbaycanda KİV-lərin sayı artıb, senzura ləğv edilib və Azərbaycan artıq öz informasiya məkanını qorumaq və müdafiə etmək kimi qabiliyyət əldə edib. Bu isə informasiya-psixoloji müharibədə mühüm amillərdən biri sayılır. Bu gün KİV-lərin inkişafına dövlət də öz dəstəyini göstərir. Anam özü də deyirdi ki, “biz sovet jurnalistkası məktəbinin nəzəriyyəsini götürmüş jurnalistlərik”. O vaxtın jurnalistikası meydanlarda, cəbhə bölgəsində, qaçqın düşərgələrində formalaşan bir jurnalistka olub. Burada tək anamın adını deyə bilmərəm. Onun qələm yoldaşlarından Elmira Axundova, Aynur Bəşirli, Zərxanım Əhmədli, Tapdıq Fərhadoğlunun adlarını çəkə bilərəm.

- Ananız nə vaxtsa öz peşəsindən yorulduğunu deyirdi?

- Heç zaman belə bir şeyi müşahidə etmədik. O hətta deyirdi ki, yenidən dünyaya gəlsə, yenə də bu sahəni seçər. Baxmayaqraq ki, bu peşədə o həqiqətən də çox əziyyətlər çəkmişdi. O öz peşəsini çox sevirdi, sənətinin vurğunu idi.

- Elmira xanımın yadigarlarının vəziyyətinin necə olması hamı üçün maraqlıdır. Ailənin böyüyüsünüz, qardaşınızın gələcək həyatı ilə bağlı nələri düşünürsünüz?

- O hələ ki, təhsil alır. Gələcəkdə hansı yolu seçəcəksə, mən də ona dəstək olacam. Bura da qayıda bilər, Türkiyədə də qalıb işləyə bilər. Bu, artıq onun öz seçimidir.

- Qazaxla, Ağstafa ilə, ananızın qohum-əqrabası ilə əlaqələrinzi varmı?

- Orada bir dayım qalıb. Onunla da imkan daxilində əlaqə saxlamağa çalışırıq.

 
Pərvin ARZUQIZI


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
22.12.2013, 06:57

SALAM, PƏRVİN XANIM. SAĞ OLUN ELMİRA XANIMI YAD ETDİYİNİZ ÜÇÜN. RƏHMƏTLİK GÖZƏL JURNALİST İDİ. ONUNLA İLK DƏFƏ 1993-CÜ İLDƏ PREZİDENT APARATINDA HEYDƏR ƏLİYEVLƏ GÖRÜŞ ZAMANI TANIŞ OLMUŞDUM... İLK TANIŞLIQDAN HİSS ETDİM Kİ, O DİGƏR HƏMKARLARINDAN DAHA SƏMİMİ, HƏQİQƏTSEVƏR VƏ QÜRURLU İNSANDIR. ALLAH RƏHMƏT ELƏSİN!

Sultan Laçın
22.12.2013, 17:31

YUXARIDAKI ŞƏRH MƏNİMDİR. BAĞIŞLAYIN, ADIMI YAZMAĞI UNUTMUŞDUM.

Mehman Novruzov
23.12.2013, 00:03

Allah rəhmət eləsin! Ruhu şad olsun. Özündən sonra Azərbaycan üçün layiqli övladlar qoyub getdi. Abdulla müəllim ailənin layiqli davamçısı kimi öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. Bir daha Allah rəhmət eləsin!

RAMIZ EHMEDOV
23.12.2013, 05:38

PERVIN XANIM SULTAN LACIN ELMIRANI YAD ETDIYINIZ UCUN SIZE MINETDARLIGIMI BILDIRIREM.ELMIRANIN QARDASI RAMIZ EHMEDOV 0558207016 0505849152 BUTUN ELMIRA SEVENLERE MINETDARLIGIMI BILDIRIREM

Salimov
24.12.2013, 03:04

Allah Rehmet elesin. Yadigarı olan övladlarının yolu açıq olsun İnşallah

Cavid ABDULLAYEV
06.01.2014, 09:46

Allah rehmet elesin. Onun herbici oglunu taniyiram. Cox deyrrli bir insan ve savadli zabitdir.

Ramil Şükürov
24.02.2015, 09:00

Azərbaycanın cəsur qızı və jurnalisti Elmira Əmrahqızı ilə otaq yoldaşım oğlu Abdulla ilə tanış oldum. Övlad çox hallarda valideynin güzgüsüdür. Abdullanı tanıyan biri olaraq deyə bilərəm ki oğul Abdulla və ana Elmira Əmrahqızının timsalında bu hal təkrarlanır. Allah Elmira xanıma rəhmət eləsin oğlu Abdullaya da anasının uğrunda çalışdığı idealları həyata keçirmədə qüvvə və cəsarət versin.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Cəmil Həsənli sərbəst buraxıldı
18.11.2018, 00:49

Cəmil Həsənli sərbəst buraxıldı

“Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi  çətin olacaq” – Rəqib baş məşqçi
18.11.2018, 00:38

“Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi  çətin olacaq” – Rəqib baş məşqçi

İŞİD-in son istehkamı da ələ keçirildi
18.11.2018, 00:23

İŞİD-in son istehkamı da ələ keçirildi

“Kosovo ilə oyunda məğlubiyyət haqqında düşünmürəm” - Qurban Qurbanov
18.11.2018, 00:10

“Kosovo ilə oyunda məğlubiyyət haqqında düşünmürəm” - Qurban Qurbanov

Fransadakı etirazlarda 220 nəfər xəsarət aldı
17.11.2018, 23:56

Fransadakı etirazlarda 220 nəfər xəsarət aldı

Çıxarışsız mənzillərin vergi problemi - VİDEO
17.11.2018, 23:31

Çıxarışsız mənzillərin vergi problemi - VİDEO

FİFA Türkiyə klubunu cəzalandırdı
17.11.2018, 23:09

FİFA Türkiyə klubunu cəzalandırdı

Azərbaycan Farer Adalarını məğlub etdi - YENİLƏNİB
17.11.2018, 22:51

Azərbaycan Farer Adalarını məğlub etdi - YENİLƏNİB

Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO
17.11.2018, 22:43

Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO

Kamran Ağayev zədələndi
17.11.2018, 22:23

Kamran Ağayev zədələndi

"İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"- Siyavuş Novruzov
17.11.2018, 22:13

"İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"- Siyavuş Novruzov

Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ
17.11.2018, 22:00

Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı
17.11.2018, 21:43

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı

Piyada yol qəzasının qurbanı oldu
17.11.2018, 21:10

Piyada yol qəzasının qurbanı oldu

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır
17.11.2018, 20:56

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır
17.11.2018, 20:42

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR
17.11.2018, 20:25

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb
17.11.2018, 20:17

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı
17.11.2018, 20:09

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı

Çeçenistanda qadın kamikadze özünü partlatdı
17.11.2018, 20:02

Çeçenistanda qadın kamikadze özünü partlatdı

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI   
17.11.2018, 19:54

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI  

Cəlilabadda axtarışda olan narkotacir saxlanıldı
17.11.2018, 19:51

Cəlilabadda axtarışda olan narkotacir saxlanıldı

“BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayətkarlarla bağlı təsirli addımlar ata bilər”
17.11.2018, 19:23

“BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayətkarlarla bağlı təsirli addımlar ata bilər”

Fazil Məmmədovun müalicədən sonra ilk FOTOSU 
17.11.2018, 19:09

Fazil Məmmədovun müalicədən sonra ilk FOTOSU 

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı
17.11.2018, 18:39

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı

Yasamalda oğurluq edən şəxs tutulub
17.11.2018, 17:55

Yasamalda oğurluq edən şəxs tutulub

“9531 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək”
17.11.2018, 17:37

“9531 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək”

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü
17.11.2018, 17:30

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir
17.11.2018, 17:13

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib
17.11.2018, 17:00

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib

Suriyada daha 40 dinc sakin həlak oldu
17.11.2018, 16:46

Suriyada daha 40 dinc sakin həlak oldu

Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib
17.11.2018, 16:34

Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”
17.11.2018, 16:07

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”

Ermənistan ordusunun zabitləri cəzalandırılıb
17.11.2018, 15:38

Ermənistan ordusunun zabitləri cəzalandırılıb

Gömrükdə Ermənistanda istehsal edilən məhsullar ələ keçirildi - FOTOLAR
17.11.2018, 15:22

Gömrükdə Ermənistanda istehsal edilən məhsullar ələ keçirildi - FOTOLAR

Azərbaycan Fransaya etiraz notası verib
17.11.2018, 15:14

Azərbaycan Fransaya etiraz notası verib

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-i Paşinyana sərt cavab verdi
17.11.2018, 14:59

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-i Paşinyana sərt cavab verdi

İsrailin Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək
17.11.2018, 14:56

İsrailin Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək

Təbriz-Zəncan magistralında 7 nəfər öldü
17.11.2018, 14:47

Təbriz-Zəncan magistralında 7 nəfər öldü

Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq
17.11.2018, 14:35

Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
17.11.2018, 14:33

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir
17.11.2018, 14:26

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu   
17.11.2018, 14:20

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu  

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”
17.11.2018, 13:50

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”

Bakının bu rayonu susuz qalacaq
17.11.2018, 13:44

Bakının bu rayonu susuz qalacaq

İlham Əliyev Belarusa səfər edəcək
17.11.2018, 13:33

İlham Əliyev Belarusa səfər edəcək

Heydər Əliyev Fondunun daha bir layihəsi –“Yeddi gözəl” sərgisi Moskvada açılır
17.11.2018, 13:28

Heydər Əliyev Fondunun daha bir layihəsi –“Yeddi gözəl” sərgisi Moskvada açılır

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb
17.11.2018, 13:23

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb

Oqtay Əsədov İzmirdə TÜRKPA-nın konfransına qatılacaq
17.11.2018, 13:20

Oqtay Əsədov İzmirdə TÜRKPA-nın konfransına qatılacaq

Rəsmi Paris: “Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır”
17.11.2018, 13:17

Rəsmi Paris: “Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır”

ARXİV