Silahlı Qüvvələrimiz bu il 41 hərbçi itirib – SON STATİSTİKA
Ali məktəblərə sənəd qəbulu başa çatdı
Azərbaycanda ali məktəblərə ərizə qəbulu bu gün başa çatıb
Erməni silahlı birləşmələri ötən gecə Gədəbəy, Ağdam, Füzuli, Goranboy, Cəbrayıl və Xovavənd rayonları istiqamətindən atəşkəsi pozublar
Azərbaycan təmsilçisi “Eurovision” finalında 20-ci sırada çıxış edəcək
66-cıKANN Kino Festifalına silahlı hücüm olub, canlı yayım dayandırılıb
Çinin cənubunda qasırğa nəticəsində 55 nəfər ölüb,14 nəfər itkin düşüb
İranda ABŞ və İsrailə casusluqda günahlandırılan iki nəfər edam edilib
Parlament
Son xəbərlər
Ölkə
Cəmiyyət
Müsahibə
QHT
Fotosöhbət
Gündəm
Media
Reportaj
Mədəniyyət
Ədəbiyyat
Dünya
Maraqlı
Foto
Video
Forum
Sorğular
Reklam xidməti
Axtarış
Əlaqə
Sərkisyana yeni vəzifə verildi
Xalidə Xalidin qızı: “Anamın azad olduğunu televiziyadan eşitdik”
İranda güclü zəlzələ olub
Bakıda baş redaktorun maşını oğurlandı
TQDK bu gün rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili"ndən imtahan keçirir
İran prezidenti: “Azərbaycan daim mənim ürəyimdədir”
Azərbaycandan yola çıxan velosipedçi Yaponiyaya çatmağa can atır - FOTOLAR
Haqqını halal etmə bizə, Laçın!..
Nəriman Əbdülrəhmanlı: “Başqa yerdən dolanacağım olsa, bu işlə aradabir məşğul olardım” - MÜSAHİBƏ
Əli Kərimli və İsa Qəmbər liderləri Milli Şuraya qoşulmağa çağırdı
Sloveniya parlamentində Dağlıq Qarabağ probleminə dair bəyanat verildi
Unutmaq hikməti
Bakıda sabah da yağış yağacaq - HAVA
Şikayətçi əlil: “Səba Broyler” məni təhdid edir!”
27 naxçıvanlı demokratın yaratdığı ADP- “PARTİYAMIZDIR”
Azərbaycançılıq türkçülükdən ayrı tutula bilməz…
Qərib Məmmədov Gəncə və Şəmkirdə şikayətçiləri dinləyəcək
İsa Qəmbər, Əli Kərimli, Etibar Məmmədovun siyasi tarixi- SORĞU
Xəbərlər arxivi
New Page 2
A
A
A
Pensiyaların yeni qaydalarla hesablanması çatışmazlıqları aradan qaldırıb?
17.05.2010, 12:20
Bu ilin yanvarın 1-dən tətbiqinə başlanılan "Əmək pensiyaları haqqında" Qanuna edilən son əlavə və dəyişikliklər Azərbaycanda yeni təyin olunan pensiyaların orta aylıq məbləğinin əhəmiyyətli dərəcədə artımına gətirib çıxarıb. Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumata görə, cari ilin birinci rübünün nəticələrinə əsasən, ölkə üzrə pensiyanın orta aylıq məbləgi 101,02 manat təşkil etdiyi halda, yeni təyin olunan pensiyalar üzrə orta aylıq məbləğ 161,4 manat manat təşkil edib. Bu isə ötən il "Əmək pensiyaları haqqında" Qanuna edilən əlavə və dəyişikliklər zamanı irəli sürülən səmərəli təkliflərin gercəkləşməsinin əyani göstəricisi kimi izah edilib. ”Bəyan edildiyi kimi, yeni qaydaların tətbiqi nəticə etibarilə Azərbaycanda pensiyaların məbləğinin artımına, minimum məbləğlə pensiya təyinatının aradan qalxmasına və sosial ədalətin bərpa olunmasına gətirib cıxarmaqdadır.
Məlum olduğu kimi, yeni qaydaların tətbiqinə qədər pensiya təyinatı zamanı əsas problemlər 2006-cı ilə qədər olan dövr üçün pensiya məbləğlərinin müəyyən edilməsi metodikası ilə bağlı olurdu. Əvvəlki qayda ilə hesablama zamanı elm, təhsil, səhiyyə, mədəniyyət və s. sahələrdə uzun müddət əmək stajına malik şəxslərin əmək haqqı göstəricilərinin aşağı olması səbəbindən əksər hallarda pensiyalar minimum məbləğlə ifadə edilirdi.
Yeni qaydalar isə bütün bu çatışmazlıqları tam aradan qaldırıb. Hazırda pensiya təyinatı aparılan şəxsə 2006-cı ilin 1 yanvarınadək olan dövrə aid ümumi iş stajının hər ili üçün 170 manat pensiya kapitalı hesablanır. Sosial sığorta 1992-ci ildən tətbiq olunsa da vətəndaşın bütün işlədiyi dövrə sığorta kapitalı hesablanır ki, bu da əvvəlki dövrdə qazanılmış hüquqların (əmək stajlarının) sığorta-pensiya sisteminə tam inteqrasiyası deməkdir.
Yeni sadələşdirilmiş qaydanın tətbiqi bütün sığortaolunanlar üzrə 2006-cı ilin 1 yanvarınadək qazanılmış pensiya hüquqlarının ilkin pensiya kapitalı şəklində fərdi hesablarda qeydiyyatının aparılmasına da imkan verir və bu istiqamətdə işlər sürətlə davam etdirilir. Bu da yaxın gələcəkdə vətəndaşlardan heç bir sənəd almadan müasir Avropa standartlarına uyğun avtomatlaşdırılmış pensiya təyinatına şərait yaradacaqdır”.