13 noyabr 2018, Çərşənbə
Ana Səhifə - ÖLKƏ - Azərbaycandilli vikipediya ağlamalı gündədir - TƏHLİL
Azərbaycandilli vikipediya ağlamalı gündədir - TƏHLİL
13.02.2014, 11:22


Elektron aləmin ən böyük ensiklopediyası hesab olunan Vikipediya hazırda 285 dildə fəaliyyət göstərir. Sırf maarifləndirmə məqsədilə bərpa olunana elektron ensiklopediya reklam və təbliğatı qadağan edib. Burada əsasən dünya və ölkə çapında tanınan adamların həyat və yaradıcılığı barədə məlumatlar verilir. Bundan əlavə, şəhərlər, muzeylər, ayrı-ayrı ölkələrin mətbəxi, adət-ənənələri, eləcə də tarixi hadisələr barədə məlumat verilir.

Modern.az sizlərə az.wikipedia.org ünvanında fəaliyyət göstərən Azərbaycan dilli vikipediyanın bugünkü durumu barədə məlumat verəcək.

Öncə onu deyək Azərbaycan dilli Vikipediya 2004-cü ilin yanvarından etibarən fəaliyyət göstərir. Bütün dünyada 60 milyona yaxın azərbaycanlının yaşamasına baxmayaraq Vikipediyada Azərbaycan dilində olan məqalələrin sayı cəmi 93 minə çatır. Bu rəqəmlə Azərbaycan dili 285 dil arasında 45-ci yeri tutur. Amma bu məsələni də nəzərə alaq ki, dilimizin üstələdiyi dillər arasında elələri var ki, ondan cəmi yüz minə yaxın adam istifadə edir. Onu da qeyd edək ki, Vikipediyada ən çox istifadəçisi olan və eləcə də ən çox məqalələr yazılan dil ingilis dilidir. Bu dildə 4 milyon 145 min məqalə var. İkinci yeri tutan alman dili isə ingiliscədən nə az, nə çox, düz 3 milyona yaxın məqalə geri qalır. Alman dilində Vikipediyada 1 milyon 527 min məqalə var. Rus dilindəki məqalələrin sayı isə 954 minə bərabərdir. Türkiyə türkcəsində olan Vikipediya 210 min məqalə ilə 25-ci, qazax dilində olan Vikipediya isə 205 min məqalə ilə 26-cı yerdədir.

Azərbaycan dilində danışan insanların sayını nəzərə alsaq, bizim Vikipediya da hazırda ən azından ilk 25-likdə yer almalı idi. Amma çox təəssüf ki, bizim Vikipediyada qeydiyyatdan keçən istifadəçilərin sayı bu gün 53 minə yaxınlaşsa da, ay ərzində redaktələr edən, məqalələri zənginləşdirən istifadəçilərin sayı 500-ü keçmir və onlardan da yalnız 20-30 nəfəri fəaldır.

Bu, Azərbaycan Vikipediyasının yeganə zəif nöqtəsi deyil. Digər zəif nöqtələr var ki, onları aşağıdakı kimi təsnifatlandırmaq olar:

1. İdeoloji informasiya müharibəsində passivliyi: Belə ki, atəşkəs rejimindən sonra ermənilərlə Azərbaycan arasında soyuq informasiya müharibəsi aktiv davam etməkdədir. Xarici ölkələrdə fəaliyyət göstərən erməni lobbi və diaspora komitələri özlərini dünyaya tanıtmaq və oğurladıqlarını öz adına çıxartmaq yolundan internetin xüsusən də Vikipediyanın imkanlarından səmərəli istifadə edirlər. Onlar bəzən Azərbaycan mahnılarını, bəzən tarixi abidələrini, milli koloritini əks etdirən əşyaları (xalça, saxsı qablar və s.) az adına çıxarırlar. Bizim coğrafiyaya çox uzaq olan və Azərbaycanı yalnız internet vasitəsilə tanıyan ölkələr məsələn Çili, Venesuela, Yeni Zelandiya və s. ölkələr o nəsnələrin həqiqətən də ermənilərə məxsus olması qənaətinə gəlir. Bu müharibənin uduzulması çox ağır fəsadlara gətirib çıxara bilər.

2. Məqalələrdə redaktə, məzmun və faktoloji səhvlər: yerləşdirilən 93 min məqalənin hamısını yararlı hesab etmək olmaz. Çünki xeyli sayda məqalələr var ki, redaktəyə ayrılıb səbəbi altında boş təqdim olunur. Bundan əlavə məzmunu zəngin olan mətnlərdə də xüsusi sezilən redaktə səhvləri var. Həm cümlələrdə məntiqi səhvlər həm də söz sırasının pozulma halları yetərin qədərdir. Digər səhvlər isə məzmun faktoloji məlumatlarla bağlıdır. Yəni əsasən şəxsiyyətlər barədə verilən məqalələrdə onların həyat və yaradıcılığı barədə xeyli yanlışlıqlar müşahidə olunur. Məşhur bir yazıçının orta məktəb şagirdinə də məlum olan təvəllüdü Vikipediyada yanlış göstərilir. Bu da elektron aləmin ən böyük ensiklopediyası olan Vikipediyaya inamı azaldır.

3. Məqalələrin bir formalı olması: burada daha çox şəxsiyyətlərə aid məqalələr verilir.  Amma dünya Vikipediyası təbii ki, yalnız şəxsiyyətlərlə kifayətlənmir. Burada həm hadisələr, həm nəzəriyyələr, proseslər barədə kifayət qədər məqalələr var ki, onlar heç də şəxsiyyətlər barədə olan mətnlərdən geri qalmır. Azərbaycan dilində olan Vikpediyada isə ən çox məqalələr şəxsiyyətlər barədədir. Digər yönlü məqalələr isə o qədər də keyfiyyətli hal hesab olunmur.

4. Təbliğin zəif həyata keçirilməsi: dünya Vikipediya təcrübəsində idarəçilər və istifadəçilər mütəmadi surətdə bir araya gəlir, xüsusi seminar təlimlər keçməklə onun cəmiyyətdə təbliği və istifadəçilərinin artmasına nail olurlar. Bizdə u yöndə olan passivlik isə nəzərə çarpacaq qədərdir.

Elmin Nuri


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Oxucu
13.02.2014, 20:40

Belə ciddi mövzulara toxunduğunuza görə təşəkkürlər! Hələ ki ciddi və səmərəli mövzularınızla reytinqinizi qoruya bilirsiniz. Aman o gündən ş/biznes sizin də sevimli mövzularınızdan ola...

Eldar
13.02.2014, 21:55

Erməni dilində olan yazilarin sayi ve bizimki ile muqayise yoxdursa yazi 1 qepiye deymez

Hüseyn Hüseynov
14.02.2014, 02:16

Elmin, min təşəkkür,çox yaralı bir mövzuya toxunmusan....mən utandığımdan bu mənbənin dilimizdə olan variantını aça bilmirəm...öz haqqımızda rusların Vikipediya materiallarından ist.ed.Bununla məşğul olan qurum varmı ?

A.Zakirqızı
14.02.2014, 02:56

Burada yazılanlarda müəyyən həqiqət var. Amma nəzərə alsaq ki, Azərbaycandilli vikipediyanın materialları əsasında bəzi jurnalistlər telekanallarda verilişlər hazırlayır, qəzetlərdə məqalələr yazırlar. Görəsən hansı vəziyyətə ağlamaq lazımdır?

Cekli829
14.02.2014, 03:01

Tamamilə səhv yazılıb. Bütün rəqəmlər səhvdir. Bunu yazan hər kimdirsə, özünü vikiçi kimi göstərməyə çalışıb. Amma görünən odur ki, hər yoldan keçən vikiçi ola bilməz. Bu da o yoldankeçənlərdən biridir...

İlham ABBASOV
15.02.2014, 06:23

Azərbaycandilli vikipediyanın son dərəcə bərbad vəziyyətdə olması barədə deyilənlər real vəziyyəti tam əhatə etmir. Vikipediyanı kimin və necə idarə etməsi barədə dəqiq məlumatım yoxdur, ancaq müxtəlif sahələrə aid yanlışlıqlara, bəzən hətta kobud səhvlərə tez-tez rast gəlirəm. Bəzilərini redaktə edib düzəltmişəm və düzgün variant yerinə oturub. Ancaq məni təəccübləndirən bir faktı xüsusi qeyd etmək istəyirəm. Azərbaycandilli vikipediyanın Aleksandr Şirvanzadə məqaləsində bu erməni yazıçısının guya Azərbaycanın ilk Xalq yazıçısı olması barədə heç bir mənbəyə və sənədə əsaslanmayan uydurma bir informasiya yerləşdirilib. Bu saxta məlumatı düzəltmək üçün dəfələrlə redaktə etsəm də, cəmi 1-2 saatdan sonra məkrli erməni variantı yenidən bərpa olunur. Başqa heç bir düzəlişimin başına belə iş gəlməyib. Buradan belə bir nəticə çıxır ki, Azərbaycandilli vikipediyanı idarə edənlər arasında erməni təbliğatına işləyənlər var.

Emin Allahverdi
16.02.2014, 20:43

Təhlil etmək yox təbliğat aparmaq lazımdır. Problemləri vikipediyaçılar hamıdan yaxşı bilir. Vikipediyaya töhfə vermək istəyən "təhlil" adlı yazıdansa, gəlib səhv məlumatların aradan qaldırılmasına çalışardı.

Araz Yaquboglu
17.02.2014, 04:14

Aleksandr Şirvanzadə məqaləsini məqalədə göstərilən mənbələrə istinad edərək mən yaratmışam. Mənbədə məqalə başlığı elə idi ki, "Azərbaycanın ilk xalq yazıçısı". Daha sonra məqaləni digər istifadəçilər də redaktə ediblər. Qaldı ki, erməni təbliğatına? Bu siz deyən kimi deyil. Biz vikipediyada heç nəyə görə insanları və məqalələri fərqləndirmirik. Bir də ki, mən Göyçə mahalındanam, bilirsiz ki, erməni dəhşətlərini biz də yaşamışıq.

Aydın
18.02.2014, 01:50

Bəzi idarəçilər isə sadəcə ağıl azlığından əziyyət çəkir, heç bir əsas olmadan aktiv vikipedia istifadəçilərinin qızıldan qiymətli vaxtını alır və onları əsəbləşdirir. Məsələn, onlardan biri 14-ci əsrin sonunda meydana çıxmış Şəki hökmdarlığının yaranma tarixini 100-il sonraya - 1499-cü atıb! Nədir bu idərəçinin belə hərəkər etməsinin səbəbi?Səbəb təsadüfən, ağıl azlığ, yaxud vandalizm deyilmi? Bundan sonra isə həmin idarəçi daha bir qərəzli redaktəyə əl atır. Azərbaycanın tarixi dövlətlərin adı olan şablomdan Şəki hökmdarlığının adını çıxarır. Məlumat üçün bildiririk ki, ermənilər də ötən il onun kimi hərəkət edərək "Шекинское государство"nu "История Азербайджана" şablonundan çıxartmağa cəhd edirdilər. Sözsüz ki, ermənilər Azərbaycan dövlətçiliyinin kökünün 1384-cü ilə gedib çıxması istəmirdilər. Amma alınmadı. Şablomda "Шекинское государство" qaldı!!! Bütün bunlar isə digər idarəçilərin gözü qarşısında edilir. Hamısı inək kimi kənarda durub baxırlar.

İlham ABBASOV
18.02.2014, 05:52

Araz Yaquboğluya: Elə isə lütfən deyın, hansı mənbələrə əsaslanmısınız? Əkbər Yerevanlının bir məqaləsindəki sözgəlişi uydurmadan başqa əlinizdə A.Şirvanzadənin Azərbaycanın xalq yazıçısı olmasını təsdiqləyən hansı sənədlər var7 Bu fəxri ad nə zaman təsis olunub və sizin dediyiniz kimi, 1931-ci ildə erməni yazıçısına bu adı hansı dövlət orqanı, kimin imzası ilə verib? Niyə ötən 80 ildə bu "fakt" heç yerdə öz əksini tapmayıb? Ədəbiyyat tariximizin neçə-neçə qaranlıq məqamının aydınlaşdırılmağa ehtiyacı olduğu halda, niyə sizin diqqətinizi məhz bu qondarma məsələ cəlb edib? Məsələ heç də erməni olmaqda deyil, ona qalsa, milliyyətcə erməni olan onlarla sənətçi, alim və s. Azərbaycanın fəxrı adlarını alıb. O cümlədən, xalq şairi Samvel Qriqoryan... Amma bu A.Şirvanzadə məsələsi heç bir əsası olmayan yalandır. Ağappaq YALAN.

Emin Allahverdi
18.02.2014, 20:52

Aydın bəy, elə vikipediyada da belə kobud ifadələr işlətdiyinizə görə blok olunmusunuz.

Aydin
18.02.2014, 22:04

Emin bəy, birincisi, mən 4 aydan çoxdur vikipediada heç bir redaktə etməmişəm, heç kim də məni blok-zad etməyib... İkincisi isə bu hələ harasıdır, qəzetdə və öz saytımızda bundan betərini yazacağıq. Dəliyə dəli demək nə vaxtdan təhqir hesab olunur?! Sizin idarəçinin açıq-aşkar başı çatmır da, o ağlına gələni edir, obirilər də kənarda durub baxırlar, məqsədiniz nədir?

Araz Yaquboglu
18.02.2014, 23:45

İlham Abbasov üçün: Abbas Zamanovun redaktorluğu ilə 1967-ci ildə çap olunan Həmidə Məmmədquluzadənin "Mirzə Cəlil haqqında xatirələrim" kitabına xaiş edirəm baxasız. səh. 195-də. daha bundan yaxşı sizə hansı mənbəni tapım təqdim edim

Emin Allahverdi
19.02.2014, 03:41

Bundan betərini yazmaqda Sizə uğurlar arzulayıram. Vikipediyada idarəçilərin də, istifadəçilərin də başı çatır, narahat olmayın Siz.

İlham ABBASOV
19.02.2014, 06:31

Araz Yaquboğluya: Bədii-publisistik xatirələr kitabı nə zamandan sənəd hesab olunur? Dünyanın harasında belə bir iş görülsə, gülüş hədəfi olar, çünki hamı elmi mənbələrə əsaslanır. Amma, deyəsən, bizim vikipediyadakı məqalələrin çoxu elə bu "prinsiplə" tərtib olunur... Səviyyədən belə görünür.

Araz Yaquboglu
20.02.2014, 03:54

İlham bəy bu mənbəyə nə deyə bilərsiz. http://www.ourbaku.com/index.php5/%D0%A8%D0%B8%D1%80%D0%B2%D0%B0%D0%BD%D0%B7%D0%B0%D0%B4%D0%B5_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80_%D0%9C%D0%B8%D0%BD%D0%B0%D1%81%D0%BE%D0%B2%D0%B8%D1%87_-_%D0%BD%D0%B0%D1%80%D0%BE%D0%B4%D0%BD%D1%8B%D0%B9_%D0%BF%D0%B8%D1%81%D0%B0%D1%82%D0%B5%D0%BB%D1%8C_%D0%90%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD%D0%B0_%D0%B8_%D0%90%D1%80%D0%BC%D0%B5%D0%BD%D0%B8%D0%B8

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi biznesmen Ukraynada saxlanılıb
13.11.2018, 11:17

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi biznesmen Ukraynada saxlanılıb

Şükranlıq, yaxud boz küçüyün taleyi  
13.11.2018, 11:01

Şükranlıq, yaxud boz küçüyün taleyi  

“Mədəniyyət.az” jurnalının növbəti sayı çıxdı
13.11.2018, 10:58

“Mədəniyyət.az” jurnalının növbəti sayı çıxdı

Lənkəranda çılpaq ilbizlərlə mübarizə aparılır
13.11.2018, 10:54

Lənkəranda çılpaq ilbizlərlə mübarizə aparılır

Ermənistan büdcəsinin gəlir və xərcləri açıqlandı
13.11.2018, 10:50

Ermənistan büdcəsinin gəlir və xərcləri açıqlandı

“Azərişıq” qış mövsümü ilə bağlı vəd VERDİ
13.11.2018, 10:47

“Azərişıq” qış mövsümü ilə bağlı vəd VERDİ

Gömrükdən gizlədilən 61 telefon aşkarlandı
13.11.2018, 10:42

Gömrükdən gizlədilən 61 telefon aşkarlandı

Ötən gün Azərbaycan yollarında 2 nəfər ölüb
13.11.2018, 10:39

Ötən gün Azərbaycan yollarında 2 nəfər ölüb

Azərbaycan İsveç, Norveç və Finlandiyaya yeni səfir göndərəcək? - XİN-dən yeni AÇIQLAMA
13.11.2018, 10:37

Azərbaycan İsveç, Norveç və Finlandiyaya yeni səfir göndərəcək? - XİN-dən yeni AÇIQLAMA

ATƏT sabah cəbhə xəttinə gedəcək
13.11.2018, 10:34

ATƏT sabah cəbhə xəttinə gedəcək

Məcburi köçkünlərin binasında yanğın - FOTOLAR
13.11.2018, 10:21

Məcburi köçkünlərin binasında yanğın - FOTOLAR

Neft 69 dollardan ucuz satılır
13.11.2018, 10:17

Neft 69 dollardan ucuz satılır

200-dən çox şəxsə mal və materiallar verilib
13.11.2018, 10:09

200-dən çox şəxsə mal və materiallar verilib

BANM-da Avropa İttifaqının yeni layihəsi müzakirə olunub
13.11.2018, 10:09

BANM-da Avropa İttifaqının yeni layihəsi müzakirə olunub

Hökumət kartof istehsalçılarını necə xilas etdi...   
13.11.2018, 10:03

Hökumət kartof istehsalçılarını necə xilas etdi...  

Ağcabədidə  74 yaşlı qadın evində yanaraq öldü
13.11.2018, 09:55

Ağcabədidə  74 yaşlı qadın evində yanaraq öldü

Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
13.11.2018, 09:47

Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır

“Bakcell”in dəstəyilə keçirilmiş M.A.P. Festivalı unudulmaz təəssüratlar bəxş edib
13.11.2018, 09:39

“Bakcell”in dəstəyilə keçirilmiş M.A.P. Festivalı unudulmaz təəssüratlar bəxş edib

Salyanda ağır qəza: Ölən və yaralananlar var
13.11.2018, 09:36

Salyanda ağır qəza: Ölən və yaralananlar var

Ermənilər mövqelərimizə pulemyotlardan atəş açdılar
13.11.2018, 09:29

Ermənilər mövqelərimizə pulemyotlardan atəş açdılar

114 şəhidin vərəsəsinə ödəniş edildi - RƏSMİ
13.11.2018, 09:18

114 şəhidin vərəsəsinə ödəniş edildi - RƏSMİ

Xalq rəssamı Ömər Eldarova ağır itki üz verib   
13.11.2018, 08:58

Xalq rəssamı Ömər Eldarova ağır itki üz verib  

Azərbaycanda bu məhsullar bahalaşıb - SİYAHI   
13.11.2018, 08:46

Azərbaycanda bu məhsullar bahalaşıb - SİYAHI  

Dəhşətli meşə yanğınlarında  44 nəfər ölüb
13.11.2018, 08:31

Dəhşətli meşə yanğınlarında  44 nəfər ölüb

Manat və dollarun bugünkü MƏZƏNNƏSİ
13.11.2018, 08:26

Manat və dollarun bugünkü MƏZƏNNƏSİ

Tramp OPEK-i hasilatı azaltmamağa çağırdı
13.11.2018, 01:11

Tramp OPEK-i hasilatı azaltmamağa çağırdı

Rusiyada terror aktı planlaşdıran İŞİD üzvləri saxlanıldı
13.11.2018, 00:53

Rusiyada terror aktı planlaşdıran İŞİD üzvləri saxlanıldı

Ukrayna ABŞ-la razılıq əldə etdi
13.11.2018, 00:31

Ukrayna ABŞ-la razılıq əldə etdi

Marvelin yaradıcısı öldü
13.11.2018, 00:15

Marvelin yaradıcısı öldü

Goranboyda ağır qəza
12.11.2018, 23:53

Goranboyda ağır qəza

Azərbaycan nefti ucuzlaşdı
12.11.2018, 23:36

Azərbaycan nefti ucuzlaşdı

Vəzifəli şəxsin oğlu yeniyetmə qızı avtomobillə vurub
12.11.2018, 23:23

Vəzifəli şəxsin oğlu yeniyetmə qızı avtomobillə vurub

İsrail Qəzzaya raket zərbələri endirib
12.11.2018, 23:10

İsrail Qəzzaya raket zərbələri endirib

Ukraynada polis rəisi olan azərbaycanlı xanım - FOTO
12.11.2018, 22:55

Ukraynada polis rəisi olan azərbaycanlı xanım - FOTO

Kəsdiyi ağac Kürdəmir sakinini öldürdü
12.11.2018, 22:41

Kəsdiyi ağac Kürdəmir sakinini öldürdü

Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizəd ola bilər
12.11.2018, 22:26

Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizəd ola bilər

Kaliforniyadakı dəhşətli yanğında 31 nəfər öldü
12.11.2018, 22:10

Kaliforniyadakı dəhşətli yanğında 31 nəfər öldü

İranda bu estetik əməliyyatları edənlər cəzalandırılacaq
12.11.2018, 21:58

İranda bu estetik əməliyyatları edənlər cəzalandırılacaq

Motosikletdən düşən bomba həyacanlı anlar yaşatdı
12.11.2018, 21:43

Motosikletdən düşən bomba həyacanlı anlar yaşatdı

İcra başçısının sabiq müavininin evinə basqın oldu
12.11.2018, 21:30

İcra başçısının sabiq müavininin evinə basqın oldu

 Azərbaycana yeni qaz sayğacları gətirilib
12.11.2018, 21:16

 Azərbaycana yeni qaz sayğacları gətirilib

Bərdədə 2 piyada vuruldu: 1 ölü, 1 yaralı
12.11.2018, 21:02

Bərdədə 2 piyada vuruldu: 1 ölü, 1 yaralı

NATO-dan Türkiyə açıqlaması
12.11.2018, 20:50

NATO-dan Türkiyə açıqlaması

ABŞ Gürcüstanın Vaziani hərbi bazası ərazisində aerodrom inşa edir
12.11.2018, 20:37

ABŞ Gürcüstanın Vaziani hərbi bazası ərazisində aerodrom inşa edir

Cəlilabadda 15 yaşlı yeniyetmə intihar etdi
12.11.2018, 20:26

Cəlilabadda 15 yaşlı yeniyetmə intihar etdi

Ermənistanda xaos dərinləşir
12.11.2018, 20:14

Ermənistanda xaos dərinləşir

Rusiya miqrantlara qarşı siyasəti sərtləşdirir
12.11.2018, 20:01

Rusiya miqrantlara qarşı siyasəti sərtləşdirir

Gəncədə partlamamış hərbi sursat tapıldı
12.11.2018, 20:00

Gəncədə partlamamış hərbi sursat tapıldı

Bakıdan Şarm əl-Şeyxə birbaşa aviareys açıldı
12.11.2018, 19:55

Bakıdan Şarm əl-Şeyxə birbaşa aviareys açıldı

Kartof oğrusu tutuldu 
12.11.2018, 19:49

Kartof oğrusu tutuldu 

ARXİV