18 yanvar 2019, Cümə
Ana Səhifə - ƏDƏBİYYAT - "Azərbaycandilli Vikipediya ölü candır” - SORĞU
"Azərbaycandilli Vikipediya ölü candır” - SORĞU
15.02.2014, 10:25

Modern.az-ın Azərbaycandilli Vikipediyanın bugünkü durumu barədəki yazısı xeyli müzakirələrə səbəb olub. Belə ki, Azərbaycan Vikipediyasının istifadəçiləri və adminləri əsas günahı cəmiyyətin bu elektron ensiklopediyaya laqeydliyində görürlər. Modern.az bu mövzunu davam etdirərək ziyalı kütlə və yazalar  arasında sorğu keçirib: 

Azad Qaradərəli (yazıçı): “Azərbaycandilli Vikipediya əslində peşəkarlar tərəfindən hazırlanmalıdır. Amma təəssüf ki, indi bu iş özfəaliyyət səviyyəsindədir. Mənim öz Vikipediya səhifəm hazırlananda bunun şahidi oldum. Düzdür, Vikipediya heyətinin tərkibində kifayət qədər savadlı adamlar var, amma onların Azərbaycandilli Vikipediyaya müntəzəm nəzarət edə bildiklərinə inanmıram. Bu iş ensiklopedik biliyə və təcrübəyə malik adamlar tərəfindən aparılmalıdır”.

Cəlil Cavanşir (yazıçı): “Azərbaycan dilli Vikipediyanın vəziyyəti o qədər də ürəkaçan deyil. Tanıdığım bir necə yazar var ki, bu sahədə könüllü fəaliyyət göstərirlər. Məsələn, Cavid Ağa, Tərxan gənclərin bu sahədə fəaliyyətlərindən xəbərdaram. Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası "VikiHərəkat" layihəsi də gözəl təşəbbüsdür. Bizdə bu Vikipediaya material yerləşdirmək prosesi yeni başladığı üçün görülən işləri qənaətbəxş hesab etmək olar. Keyfiyyətdə problemlər var. Amma kəmiyyətdən şikayət etmək düzgün olmaz. Gənclər bacardıqları qədər bu sahədə işlər görürlər. Ümid edirəm ki, bundan sonrakı fəaliyyətləri daha ardıcıl və keyfiyyətli olacaq. Hal hazırda türk və almandillli Vikipediyadan daha çox istifadə edirəm. Azərbaycan dilli Vikipediyanın populyarlaşacağına, dünya standartlarına cavab verəcəyinə şübhəm yoxdur”.

Elnur Eltürk (“Baymedia.az” saytının əməkdaşı): “Təəssüf ki, Azərbaycandilli Vikipediyada  boşluqlar var. Düzdü, materiallar var. Amma yeniləşmə azdır və köhnə materiallar qalır. Ona görə bu məsələni diqqətdə saxlamalıyıq. Bəzən istədiyimiz materialları ordan əldə edə bilmirik”. 

Ramil Məmmədli (“Aznews.az” saytının redaktoru): “Azərbaycan dilli Vikipediyanın əsas problemi zəngin olmamasındadır. Şəxsi təcrübəmdən deyə bilərəm ki, dəfələrlə bu və ya digər tarixi proseslər və şəxslər haqqında, o cümlədən yaxın dövrü əhatə edən məsələlərə dair axtarışlarım nəticəsiz qalıb. Bu məsələdə hansısa qurumun cavabdehliyi haqda məlumatım yoxdur. Amma hesab edirəm ki, əgər belə bir məsul qurum yoxdursa, bunu problem kimi həll etmək lazımdır. Yəni Vikipediyada Azərbaycanla bağlı əsas məqamlar və hadisələr öz əksini müfəssəl tapmalıdır. Əks təqdirdə ciddi yanlışlıqlara yol verilə bilər. İnternet resurslarının istifadəsinin kütləvi hal aldığı dövrdə bu da yanlış informasiyaların yayılmasına gətirib çıxarar. Ancaq onu da deyim ki, keyfiyyət daha vacibdir. Sualda qoyduğunuz hər iki məqam paralel gedərsə, daha effektiv ola bilər”

Əziz Əlibəyli (“Publika.az” saytının redaktoru: “Vikipediyada Azərbaycan dilinin vəziyyəti o qədər də ürək açan deyil. Bəzən, vacib olan mövzunu xarici dillərdə, hətta ermənicə də tapa bilirsən, amma, bizim dildə resurs çox azdır. Azərbaycan dilinin Vikipediyada istifadə səviyyəsi ilə bağlı isə yaxşı fikir bildirmək mümkün deyil. Əksər materiallarda nə ifadə, nə də durğu işarələri düzgün yazılmır. Hər halda bunu tənzimləməyin yolları nəzərdən keçirilsə pis olmazdı”.

Nəriman Əbdürrəhmanlı (tərcüməçi-yazar): “Düzünü deyim, heç təmin eləmir. Az qala yarısı yarımçıqdır,  ya da çoxunda dəqiqləşdirilməmiş materiallar var. Bu da təəssüf doğurur”.

Dilqəm Əhməd (“Gündəlik teleqraf” qəzetinin redaktoru): “Vikipediyadan demək olar ki, əsaslı istifadə etmirəm, arada lazım olur, çünki bəzən çox səhvlər gözə dəyir, həm də ki istədiyin materialı tapa bilmirsən. Bildiyim qədər bəzi fəallar çoxlu materiallar tərcümə edib yerləşdirir, Nicat Vəlizadə var, onların əməyini qiymətləndirmək gərəkdir, yəni məncə sistemli şəkildə gənclər məşğul olsa əla olar”. 

Xəyal Rza (Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi): “Düşünürəm  ki, Azərbaycan dilli Vikipediyanin vəziyyəti ürəkaçan deyil. Bununla bağlı  ciddi addımlar atmağın zamandır. Amma nəzərə alsaq ki, internet texnologiyası sahəsində yeniyik gələcəyə ümidlə yanaşmaq olar”.

Elmin Nuri


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Vikipediyaçı
15.02.2014, 20:00

Şiikayət etmək yox, ora daxil olub, materialları zənginləşdirmək lazımdır.Hər bir işəxs orada qeydiyyatdan keçlb yeni məqalələr yarada və ya mövcud olanları zənginləşdirə bilər. Qoy yuxarıda şikayət edənlərin hər biri vikipediyada qeydiyyatdan keçib, oranın fəal iştirakçısı olsun.

A.Zakirqızı
16.02.2014, 08:01

Azərbaycandilli Vikipediyaya qarşı belə yazılar anlaşılmazdır. Öncə qeyd edildiyi kimi, şikayətdənsə, fəaliyyət göstərmək daha münasib olardı. Çünki bəzi saytlarda, qəzetlərdə materiallar vikipediyadakı məqalələr əsasında hazırlanır. Bunu vikipediyaya yerləşdirdiyim əsərlərin onlar tərəfindən plagiat edildiyi üçün faktlarla bilirəm.

Emin Allahverdi
16.02.2014, 20:52

Bu açıqlamaları verənlərin vikipediyadan başı çıxmadığı hiss olunur. Vikipediyadan istifadə edən hər kəs problemləri bilir. Könüllü olaraq gündə 3-4 saat vikipediyada fəaliyyət göstəririk ki, belə ziyalılar tənqid etsin? Həqiqətən vikipediyanın inkişafını istəyən gəlib fəaliyyət göstərər.

Aydın
16.02.2014, 21:39

Azərbaycan dilində vikipedia tam dövlətin əlindədir. Dövlət bura xeyli pul buraxır. Amma pul vikipedianın inkişafına yox, bəzi məqalələrin mühafizəsinə və bir-iki lotu-potunun cibinə gedir. Hökumət hər vasitə ilə çalışır ki AzViki inkişaf etməsin. Burada yalnız məqalələr say üçün yazılsın, amma məqalələri içi boş olsun. Çünki AzVikipedia inkişaf etsə hökumətin nəzatətindən çıxa və bundan sonra hökumətin qəniminə çevrilə bilər. Yəni başlayar dövləti tənqid etməyə. Ona görə bütüm müstəqil fikirli adamlar, müxtəlif yollarla AzVikidən uzaqlaşdırılır. Kənd meydanı, İdarəçilərə müraciət səhifəsi idarəçilərdən şikayətlərlə doludur, heç birinə reaksiya yoxdur. Ağa qara, qaraya ağ deməyin hazır qaydaları var. Kənarda hazır şahidlər gözləyir. Ağa qara demək lazımdırsa, onlardan birini dəvət edirlər, ay flankəs, sən qatıq sahəsində ekspertsən, sən yaxşı bilirsən, qatıq yətin ki qaradır? Flankəs isə tərəddüd etmədən cavab verir: Əlbəttə ki qatıq qaradır, o həmişə qara olub və qara olacaqdır.

Emin Allahverdi
17.02.2014, 20:25

Aydın bəy, deyəsən, vikipediyadan pul qazanmaq istəmisiniz, alınmayıb. Vikipediyadan kimsə uzaqlaşırsa, dövlətin nə dəxli? Mənim fəaliyyətimə bu 5 ildə dövlət hər hansı təsir göstərməyib.

İradə
17.02.2014, 21:44

Məqalələr sifarişlə yazılmışdır. Məqalələrin başlıqları artıq vikipediyaçıları təhqir edir, qalsın ki, mətni. Elmir Nuri nə zamandan Vikipediya üzrə mütəxəssis olub? Məqalələrdə Vikipediya haqqında rəy bildirən "ekspertlərin" Viki-layihələrdə hansı töhvələri var? Bircə viki-məqalə yarada bilməyənlər Vikipediyanı hansı haqla təhqir edirlər? Azərbaycanda 99% jurnalistlər Elmir Nuri də daxil olmaqla yazdıqları materiallarda Vikipediyadan istifadə edirlər. Hətta Copy-paste edirlər. Amma Vikipediyanı bəyənmirlər? Heç olmasa su içdikləri quyuya tüpürməsinlər.

Aydin
17.02.2014, 23:31

Sovet dövründə Şamaxıda rəsədxana tikilmişdir. Biz hamımız elə bilirdik ki, orada ayı, günü, ulduzları müşahidə edirlər. Əslində isə həmin rəsədxana işçisinin nə ixtiyarı vardı ki, teleskopun ağzını başqa tərəfə yönəldərdi! Ola bilər, idə cəmi bir-iki dəfə ona göstəriş verilərdi ki aya-zada baxsın. Yerdə qalan vaxtlarda isə o, bütün günü ABŞ peyklərini müşahidə etməliydi. Ona deyirdilər, teleskopun ağzını filan istiqamətə yönəlt və gözlə. Filan saatda, filan dəqiqədə oradan ABŞ-ın peyki keçəcəkdir. Bax gör sürəti nə qədərdir, və s. Bu misalı ona görə çəkirəm ki, AzViki də Şamaxı rəsədxnası kimi bir şeydir. Burada idarəçinin nə ixtiyarı var ki istifadəçinin müraciətinə cavab versin? İstifadəçinin üzləşdiyi problemi həll etsin? Olmaz! Bunu edən idarəçi tezliklə idarəçilikdən qovulur. Yuxarıda Emin Allahverdi adlı birisi utanmaz-utanmaz bir replika atdı, bilmirəm o kimdi, amma gedin İdarəçilərə müraciət səhifəsində sonuncu yazılanı oxuyun: Hamınıza ayıb ulsun! Əlbəttə ki, idarəçilər nəzərdə tutulur.

Cekli829
18.02.2014, 01:44

Elmin Nurinir nə dərəcədə saxtakar olması "məqalə"nin başlığından hiss olunur. Çünki məqalənin başlığındakı "Azərbaycandilli Vikipediya ölü candır" sözləri məqalənin mətnində yoxdur. Elmin Nuri, kim deyib bu sözləri? Bunu sənmi deyirsən? Azərbaycandilli Vikipediya ölü can-zad deyil! Əksinə, Azərbaycandilli Vikipediya ölülərə can verir!

Emin Allahverdi
18.02.2014, 04:28

Aydın bəy, vikipediyaya qarşı olan yazını dəstəkləyən rəylər yazırsınız. Vikipediyada sizdən dəfələlərlə çox fəaliyyət göstərən istifadəçiləri bəyənmirsiniz. İdarəçiləri də qərəzli adlandırırsınız. Ola bilər ki Sizin mövqeyinizdə yanlışlıq olsun?

Aydın
18.02.2014, 22:09

Emin bəy, yuxarıda yazdıqlarım, yoldaşlar tərəfindən Vikipediada müzakirəyə çıxarılmış və həmin fikirləri idarəçilərdən heç kim təkzib edə bilməmişdir. Ağ ağdır, qara da qara. Ağa qara, qaraya ağ demək olarmı?

Emin Allahverdi
19.02.2014, 03:38

Ağ ağdır, qara da qara. Vikipediyaya fayda verən, qalmaqal yaradan da məlumdur. Sakit tərzdə müzakirə etmək olar, amma görünür bu, təəssüf ki, Sizdə alınmır.

Aydin
20.02.2014, 00:08

Emin bəy. Siz nə danışırsınız? Bu idarəçi hərəkətlərini izah etmək üçün bir söz də tapa bilmir deməyə! Həttta öz müzakirə səhifəsini də bloklayır ki, heç kim ona sual yaza bilməsin. Bütün bu baş verənlər məqsədyönlü şəkildə təşkil olunur və bir mərkəzdən idarə edilir. Təsəvür edin ki indi vikipediada məqalələri cəmi 5 nəfər redaktə edir! Heç kim qalmayıb Emin bəy. Hərəni bir yolla uzaqlaşdırırlar. AzViki tam hərbiləşdirilmiş bir quruma çevrilmişdir. Məqalələrin sayı 100 minə çatataçatda olsa da, bu yalnız saydır, botlar vasitəsi ilə əldə olunmuş nəticədir. Əslində isə vikipediada heç min dənə fətli başlı məqalə yoxdur. AzViki vikipedianın ən geridə qalmış, ən az inkişaf etmiş və prespektivi olmayan bölümlərindəndir. Çünki bu vikipedia yarndığı gündən ermənilərin nəzarətinə keçmiş, bura idarəçiliyə Sefer azeri kimi tiplər gətirilmiş, hansı ki o 3 sözü yan-yana qoyub cümlə düzəldə bilmir, yalnız yekə-yekə kitabları internetdən kopyəlayaraq, məqalə adı ilə vikipediyaya yükləyir, halbu ki bu hal müəlliflik hüququnun kobud şəkildə pozulmasıdır və vikipedia prinsiplərinə ziddir, hə, belə adamlar idarəçiliyə gətirilmişdir. İdarəçisi vandal olan vikipedia necə inkişaf edə bilər? Bəli, AzViki ermənilər tərəfindən idarə olunur, bunu hamı bilsin!

Emin Allahverdi
20.02.2014, 04:36

Aydın bəy, mən nə danışdığımı çox yaxşı bilirəm. Vikipediyaya dünən, srağagün qoşulmamışam, Vikipediyada məqalələri cəmi 5 nəfərin redaktə etdiyini düşünürsünüzsə, əvvəl saymağı öyrənin. Vikipediyadan istifadəçiləri uzaqlaşdırmağa çalışmağa cəhd edirsiniz. Keyfiyyətli məqalələr azdır, bəli, razıyamı. Bəs siz necə keyfiyyətli məqalə yazmısınız? Son günlərdə vikipediyadan kənarda vikipediyayla məşğul olursunuz, məqsədinizi də başa düşə bilmirəm. İmkan verin, vikipediyanı zənginləşdirək. Azərbaycanca vikipediya idarə olunan qurum deyil, ermənilərin isə bura dəxli yoxdur, ümumiyyətlə. Vikipediyanı idarə etmək istədiyinizi, amma bunun baş tutmadığından qərəzli olduğunuzu hiss edirəm, Aydın bəy.

Aydin
20.02.2014, 23:28

Emin bəy. deyirsiniz ermənilərin bura dəxli yoxdur?! Bəs bu linkdə yazılanlar nədir: http://news.milli.az/karabah/1625.html ? Amma mən demək istəmirəm ki, ermənilərlə bağlı bu linkdə yazılanlar həqiqətdir. Bu sadəcə başqalarının fikridir. Mən bu fikri dəstəkləmirəm. Sadəcə göstərmək istəyirəm ki, ən nüfuzlu KİV-də də belə fikirlər yayılmışdır. O ki qaldı vikipedianı idarə etməyimə, öz işlərim başımda aşır, üstəlik mən daha qlobal layihədə redaktoram, Azərbaycandan Uyğurstana qədər. Vikipediyada idarəçi olmaq imkanım yoxdur, imkanım yoxdursa nəyə görə bunu istəməliyəm? Mənə lazım olan isə AzVikidə redaktələrimi davam etdirmək üçün normal şəraitin yaranmasıdır. Mənim min-bir əziyyətlə etdiyim redaktələr qərəzli olaraq pozulacaqsa və bu zaman vikipedya prisipləri əsla gözlənilməyəcəksə, boş yerə nəyə görə vaxt itirməliyəm ki? Kompüterim işləyir, elektrrik gedir, internet gedir, vaxtım gedir, bunlar hamısı puldur. Hər şey məndən gedir, əvəzində nə qazanıram? Əsəbləşməkdən başqa? Çünki ağa ağ deyə bilmirəm. AzViki hal-hazırd belə bir vəziyyətdədir. Əlbəttə ki Tacikistan məqaləsini redaktə etsəm, heç bir problem olmayacaqdır. Amma Azərbaycana hələlik Tacikistan yox, əvvəlcə Şəki lazımdır. Qarabağ kimi buranın tarixinə də qonşu ölkələri iddialıdır. Əgər Şəkinin tarixi ilə bağlı məqalələri redaktə edə bilmiriksə, buna nə ad verməliyik? Naxçıvan məqaləsini açın baxın və Böyük Ermənistanın xəritələrini görün. Bu xəritələri həmin məqaləyə kimlər qoyublar? Şirvanşahlar dövləti məqaləsini açın baxın, girişdə baxın görün bir dənə düz əməllibaşlı cümlə varmı? Tabasaran Dərbəndi-zadı yazılıb, birbaşa girişdə. Bunu kimlər edirlər? Vaxtilə. həmin məqalənin girişini biz qaydaya salmışdıq... Bu da bizim digər tarixi dövlətimiz haqqında məqalə. Emin bəy, mən hasısa məsələ barəsində nəticə çıxaranda faktlara istinad edirəm. Bəli, fakt budur. AzVikidə hal-hazırda cəmi 5 nəfər qalmışdır! Açın baxın, gün ərzində neçə məqalə yaradılır və gün ərzində neçə istifadəçi redaktə ilə məşğuldur? 15 nəfərdən çox olmayacaq. Elə vikipediaçıların ötənilki görüşünə də bu qədər adam gəlmişdir. Bəlkə yalan deyirəm? Emin bəy, görüntü yaratmaq lazım deyil, faktları göstərmək lazımdır. Ağa qara demək olmaz. Bu isə bizim yazdığımız məqalə, orada sizin də şərhiniz var, elə replikadır da atırsınız, niyə dediyinizi əsaslandırmaq üçün bircə fakt göstərmədiniz: http://www.ipekchi.biz/news/180

Aydin
21.02.2014, 00:24

Son 30 gün ərzində 540 istifadəçi AzViki-də azı 1 dənə redaktə etmişdir: http://az.wikipedia.org/wiki/X%C3%BCsusi:Aktiv%C4%B0stifad%C9%99%C3%A7il%C9%99r Baxın görək, bu 540 aktiv istifadıçi arasında 30 gün ərzində 30 redaktədən artıq (yəni heç olmasa günə 1 dənə) redaktə etmiş istifadəçilərin sayı nə qədərdir?

Aydin
21.02.2014, 01:14

Cəmi 59 istifadəçi 30 günə azı 30 redaktə etmişdir. Son 30 gün ərzində AzVikidə azı 300 redaktə (orta hesabla gündə 10 dənə) etmiş aktiv istifadəçilərin siyahısı isə belədir: 1.Acategory (Müzakirə | Fəaliyyətlər)‏‎ (idarəçi) [770 redaktə son 30 gün] 2.Araz Yaquboglu (Müzakirə | Fəaliyyətlər)‏‎ (idarəçi) [3.226 redaktə son 30 gün] 3.Asparux Xan Bulqar (Müzakirə | Fəaliyyətlər) [1.365 redaktə son 30 gün] 4.Babək Akifoğlu (Müzakirə | Fəaliyyətlər)‏‎ (idarəçi) [1.120 redaktə son 30 gün] 5.Eminn (Müzakirə | Fəaliyyətlər) [1.086 redaktə son 30 gün] 6.Enver62 (Müzakirə | Fəaliyyətlər) [360 redaktə son 30 gün] 7.Mehdi4444 (Müzakirə | Fəaliyyətlər) [334 redaktə son 30 gün] 8.Samral (Müzakirə | Fəaliyyətlər) [482 redaktə son 30 gün] 9.Sefer azeri (Müzakirə | Fəaliyyətlər)‏‎ (idarəçi) [482 redaktə son 30 gün] 10.Sortilegus (Müzakirə | Fəaliyyətlər)‏‎ (bürokrat, idarəçi) [1.442 redaktə son 30 gün] 11.Wertuose (Müzakirə | Fəaliyyətlər)‏‎ (idarəçi) [301 redaktə son 30 gün] 12.Zaur Turan(1994) (Müzakirə | Fəaliyyətlər) [718 redaktə son 30 gün] 13.İrada (Müzakirə | Fəaliyyətlər)‏‎ (idarəçi) [386 redaktə son 30 gün] Emin bəy, görürsünüzmü ki, Azvikidə heç kim qalmayıbdır? Bəs vikitəlimlər, bu təlimlərə ayrılan pullar hara getdi?! Hanı təzə vikipediyaçılar? Niyə fəallıq göstərənlərin sayı cəmi 13 nəfərdir?

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycan nefti bir qədər də ucuzlaşdı
18.01.2019, 23:31

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı   
18.01.2019, 23:07

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı  

Qəzzada qarşıdurma: 30 yaralı
18.01.2019, 22:47

Qəzzada qarşıdurma: 30 yaralı

Bakıda itkin düşən uşaq tapıldı
18.01.2019, 22:30

Bakıda itkin düşən uşaq tapıldı

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı
18.01.2019, 22:16

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı

Fransada aksiyaların yeni mərhələsi başlayır
18.01.2019, 21:59

Fransada aksiyaların yeni mərhələsi başlayır

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
18.01.2019, 21:44

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

Yaponiyada güclü zəlzələ
18.01.2019, 21:24

Yaponiyada güclü zəlzələ

“Oksigen” klinikasında yanğın
18.01.2019, 21:10

“Oksigen” klinikasında yanğın

Müdafiə nazirləri Brüsselə toplanır
18.01.2019, 20:56

Müdafiə nazirləri Brüsselə toplanır

Məhkumlardan 96 mobil telefon götürülüb
18.01.2019, 20:43

Məhkumlardan 96 mobil telefon götürülüb

“Gördün... Elmira Qafarova kişi qızıdır”
18.01.2019, 20:42

“Gördün... Elmira Qafarova kişi qızıdır”

Neftçalada üç uşaq anası itkin düşdü - FOTO
18.01.2019, 20:32

Neftçalada üç uşaq anası itkin düşdü - FOTO

ABŞ-ın bombaladığı şəhərdə 20 nəfər öldü
18.01.2019, 20:27

ABŞ-ın bombaladığı şəhərdə 20 nəfər öldü

Qeydə alınan prezidentliyə namizədlərin sayı 10-a çatdı
18.01.2019, 20:18

Qeydə alınan prezidentliyə namizədlərin sayı 10-a çatdı

Xəstəxanada girov saxlanılan qadın azad edildi
18.01.2019, 20:02

Xəstəxanada girov saxlanılan qadın azad edildi

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib
18.01.2019, 20:00

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib

DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir
18.01.2019, 19:46

DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir

Robert Koçaryanın həbs müddəti uzadıldı
18.01.2019, 19:34

Robert Koçaryanın həbs müddəti uzadıldı

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir
18.01.2019, 19:25

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar qurbanları anılıb
18.01.2019, 19:14

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar qurbanları anılıb

Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır
18.01.2019, 19:08

Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır

Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
18.01.2019, 18:55

Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Bu nazirliyin qurumlarından 3-ü birləşdirilir - SİYAHI
18.01.2019, 18:48

Bu nazirliyin qurumlarından 3-ü birləşdirilir - SİYAHI

Çaylarda suyun səviyyəsi artıb
18.01.2019, 18:36

Çaylarda suyun səviyyəsi artıb

Bu nazirliyin tərkibindəki qurum ləğv edildi
18.01.2019, 18:28

Bu nazirliyin tərkibindəki qurum ləğv edildi

ÜST: Gürcüstanda “donuz qripi” adlı virus yoxdur
18.01.2019, 18:19

ÜST: Gürcüstanda “donuz qripi” adlı virus yoxdur

Sərnişini xilas etmək üçün əlverişsiz havada uçuş həyata keçirildi
18.01.2019, 18:11

Sərnişini xilas etmək üçün əlverişsiz havada uçuş həyata keçirildi

İstirahət günlərinin hava proqnozu açıqlandı
18.01.2019, 17:58

İstirahət günlərinin hava proqnozu açıqlandı

Tatlı və Düz Qışlaqda növbəti hesabat yığıncağı keçirildi
18.01.2019, 17:44

Tatlı və Düz Qışlaqda növbəti hesabat yığıncağı keçirildi

20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub
18.01.2019, 17:41

20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub

Mehriban Əliyeva fəxri medalla təltif edildi
18.01.2019, 17:38

Mehriban Əliyeva fəxri medalla təltif edildi

Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI
18.01.2019, 17:21

Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI

Sabiq birinci katib vəfat edib   
18.01.2019, 17:14

Sabiq birinci katib vəfat edib  

Manatın üçgünlük MƏZƏNNƏSİ
18.01.2019, 17:12

Manatın üçgünlük MƏZƏNNƏSİ

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ
18.01.2019, 17:08

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ

Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı   
18.01.2019, 16:59

Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı  

Metropoliten gücləndirilmiş iş rejiminə keçir
18.01.2019, 16:54

Metropoliten gücləndirilmiş iş rejiminə keçir

Azercell NNTV xidmətini təqdim edir
18.01.2019, 16:46

Azercell NNTV xidmətini təqdim edir

Səhiyyə komitəsi parlamentin iclaslarına hansı sənədlərlə gedir?
18.01.2019, 16:42

Səhiyyə komitəsi parlamentin iclaslarına hansı sənədlərlə gedir?

Rövşən Rzayev İmişlidə vətəndaşları qəbul etdi
18.01.2019, 16:26

Rövşən Rzayev İmişlidə vətəndaşları qəbul etdi

“İnsanlar növbə gözləyə-gözləyə həyatlarını itirirlər”
18.01.2019, 16:24

“İnsanlar növbə gözləyə-gözləyə həyatlarını itirirlər”

Məlahət İbrahimqızı stomatoloqlara etiraz etdi: “Parlamentdə dinləmə keçirilsin”
18.01.2019, 16:22

Məlahət İbrahimqızı stomatoloqlara etiraz etdi: “Parlamentdə dinləmə keçirilsin”

Qarabağın Azərbaycanlı İcması erməni seperataçılarına cavab verdi
18.01.2019, 16:22

Qarabağın Azərbaycanlı İcması erməni seperataçılarına cavab verdi

Avropa Birliyi Gürcüstandan narazıdır - Şengen vizası bərpa oluna bilər
18.01.2019, 16:18

Avropa Birliyi Gürcüstandan narazıdır - Şengen vizası bərpa oluna bilər

Deputat xəstəliklər, antibiotiklərlə bağlı həyəcan təbili çaldı
18.01.2019, 16:11

Deputat xəstəliklər, antibiotiklərlə bağlı həyəcan təbili çaldı

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi
18.01.2019, 16:07

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Yaqub Mahmudov: “Fəxr edirəm ki, Bakı Dövlət Universitetinin tarixi adının qaytarılmasına nail oldum”
18.01.2019, 16:02

Yaqub Mahmudov: “Fəxr edirəm ki, Bakı Dövlət Universitetinin tarixi adının qaytarılmasına nail oldum”

O günlərin ağrıları
18.01.2019, 15:55

O günlərin ağrıları

Bakcell və Hesab.az avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019, 15:55

Bakcell və Hesab.az avtomatik ödəniş funksiyasını təqdim edib

ARXİV