19 yanvar 2019, Şənbə
Ana Səhifə - TƏHSİL - “Azərbaycandilli Vikipediya çox kasaddır” – SORĞU
“Azərbaycandilli Vikipediya çox kasaddır” – SORĞU
18.02.2014, 10:36


Modern.az-ın Azərbaycandilli Vikipediyanın bugünkü durumu barədəki yazısı xeyli müzakirələrə səbəb olub. Belə ki, bizim Vikipediyanın istifadəçiləri və adminləri əsas günahı cəmiyyətin bu elektron ensiklopediyaya laqeydliyində görürlər.

Modern.az bu mövzunu davam etdirərək medianın üzdə olan simaları arasında sorğu keçirib.

Müşfiq Ələsgərli (Jurnalistlərin Həmkarlar İttifaqının sədri): “Vikiperdiya elektron ensiklopediya kimi çox dəyərli vasitədir. Həm özüm haqqımda, həm də təşkilatımız barəsində məqalələr yerləşdirmişəm. Burada yerləşdirilən hər bir məqalə dünyanın istənilən yerində ilkin informasiya mənbəyi hesab olunur. Bu səbəbdən də Vikipediya çox vacib olan məsələdir. İmkanım olduqca Azərbaycanın mənafeyini özündə əks etdirən məqalələrin yerləşdirilməsinə çalışıram. Azərbaycan haqqında da kifayət qədər informasiyalar yığılıb,  amma burada müəyyən problemlər var. Problem də ondan ibarətdir ki, Azərbaycan haqqında olan informasiya öz dilimizdə verilir. Amma dünyanın ən çox istifadə olunan ingilis, rus dillərinə tərcümə olunmur. Elə ensiklopediyanın da mahiyyəti məqaləni informasiyanı beynəlxalq dillərlə beynəlxalq arenaya çıxartmaqdan ibarətdir. Azərbaycan haqqında kifayət qədər olmasa da müəyyən qədər məqalə var. Amma bu məqalələrin başqa dillərə tərcümə olunub dünyaya çatdırılması problemi də var. Bu yaxınlarda Vikipediyanın sahmana salınması barədə Elmlər Akademiyasında da tövsiyə olundu. Düşünürəm ki bu çox vaxtında atılan addımdır”. 

Elçin Şıxlı (“Ayna” qəzetinin baş redaktoru): “Birincisi, Vikipediyanı ciddi mənbə saymıram. İkincisi, Azərbaycandilli Vikipediyadan ümumiyyətlə istifadə etmirəm”.

Natiq Məmmədli (“Kaspi” qəzetinin baş redaktoru): “Əsasən rusdilli Vikipediyadan istifadə edirəm. Onun səviyyəsindən çox da narazı deyiləm. Azərbaycan haqqında rus dilində yazıb Vikipediyada nəsə axtaranda orada bir xeyli məlumat kasadlığı olur. Amma Azərbaycan dilində sınamamışam. Hər halda rus dilində çox kasaddırsa Azərbaycandilli Vikipediya yəqin ki, ondan da kasad olar”.

Akif Aşırlı (“Şərq” qəzetinin baş redaktoru): “Azərbaycandilli Vikipediyada Azərbaycan və onun şəxsiyyətləri barədə lazımı qədər məlumat yoxdur. Adi qəzetlər barədə məlumatlar çox kasaddır. Görürsünüz ki, onların yalnız yaranma ili və bəzən də baş redaktorlarının adları göstərilir. Köhnə qəzetlər barədə Vikipediyada bundan başqa məlumat yoxdur. Çox təəssüf ki, tarixi şəxsiyyətlər barədə yazılar da o xarakterli olur. Özüm əsasən türkdilli Vikipediyadan daha çox məlumat alıram. Onların təcrübəsi daha çoxdur və bu materialların təqdimatında da özünü göstərir. Orada Azərbaycanla da bağlı kifayət qədər lazımi məlumatlar var. Amma hər kəs fərdi şəkildə bu işə qoşulub öz töhfəsini verə bilər. Amma çox təəssüflər olsun ki, heç kəs buna vaxtını sərf etmək istəmir. Amma bir məsələ də var. Xarici ölkədə yaşayan azərbaycançünaslar, Azərbaycan alimləri məlumatları Vikipediyadan alır. Buna görə də məlumatlar daha dəqiq geniş və əhatəli olsa bu daha yaxşı olar. Çünki Azərbaycan bu dəqiqə informasiya müharibəsi şəraitindədir”.

Yunus Oğuz (“Olaylar” qəzetinin baş redaktoru): “Vikipediya çox lazımlı mənbədir. Amma orada dəqiqliyə faktların düzgünlüyünə diqqət edilsə daha yaxşı olar. Təkcə bizim yox, ümumiyyətlə, beynəlxalq Vikipediyada da Qarabağa aid düzgün məqalələr yazılması çox vacibdir. Ümumilikdə, Azərbaycandilli Vikipediyadan razıyam”.

 

 

  Elmin Nuri
 
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Cekli829
18.02.2014, 20:39

Elmin Nuri, yavaş-yavaş düzəlirsən ha ;) Bax belə... Pozitiv olmaq lazımdır, neqativ yox.

Emin Allahverdi
18.02.2014, 20:50

Elçin Şıxlının istifadə etmədiyi Azərbaycan dilli vikipediya onun baş redaktoru olduğu Ayna qəzetindən daha çox populyardır və vacibdir.

Elmin Nuri
18.02.2014, 23:51

Emin Allahverdi sizə çox təşəkkür edirəm.ona görə ki, öz adınızla yazır (daha cekli brekli adıyla yox) və daha məntiqli arqumentlər deyirsiniz. Cekli kiminsə düzəlib əyilməyi nə bilim nə olması sizin baxışınızdan asılı deyil. məgər siz hiss etmədiniz ki bu üç yazı ilə biz vikipediyanın problemlərini nə qədər qabaqrtdıq?! durub vikipediyanı tamada kimi tərif etsə idim bunun kimə nə xetri olacaqdı?! yenə də sizə minətdaram ki, məsələyə reaksiua verdiniz. sizin reaksiyanız yazının qələbəsidir. Emin allahverdi, Cavid ağa Cekli (?, nə bilim vallah?!) gəlin birləşib yaxşı bir iş görək bir yazı hazırlayaq. Vikpediya nə sizindir nə də mənim. O hamınındır və vikipediyanıhamının malıkimi təqdim edək.

Ramiz
19.02.2014, 01:31

Əsas səbəblərindən biri gənclərimizin müasir təhsil almamaları, Elm-ə meyl etməmələrindədir və vaxtlarınının çoxunu internetdə müxtəlif oyunlara, Facebook-a, çat-danışıq proqramlarına, pornoqrafik şəkillərə, qızlarla tanşlığa, digər lazımsız şeylərə xərcləyirlər. Əcnəbi xalqlara baxanda çoox geri qalırıq, Elmlə məşğul olanlarımızın sayı internet istifadəçilirmizlə müqayisədə, dəfələrlə azdır və müqyisə etməyə dəyməz. Vətənpərvərlikdən ağız dolusu danışırıq, sözdən işə keçmək haqqında düşünmürük və iş görmək üçün, müasir Təhsil-Elm lazımdır. Çoox çalışmağımız lazımdır, halva-halva deməklə ağız şirin olmur. Problemlərimizin hamısının əsasında Elm-siz olmağımız durur, təhsilimizin səviyyəsinə müvafiq də Vikipediya-mız var və deyərdim ki, təhsilimizin səviyyəsi laap acınacaqlıdır.

Emin Allahverdi
19.02.2014, 03:46

Elmin Nuri, Vikipediyayla bağlı problemləri qabartmaq yox həllinə çalışmaq lazımdır. Onu da burada fikir bildirən baş redaktorlar edən deyil. Vikipediyayla bağlı çağırış etmək lazımdır, həvəsləndirici məqalələr yazmaq lazımdır, hər belə fəaliyyət vikipediyaya aktiv istifadəçi qazandırsa, bu uğur olar.

Cekli829-dan Elmin Nuriyə cavab
19.02.2014, 05:48

Elmin Nuri Vikipediyanın problemlərini birinci növbədə vikiçilərdən soruşmaq lazımdır. Daha Vikipediyanın iş prinsiplərindən xəbəri olmayanlardan yox. O ki, qaldı öz adımla yazmaq məsələsinə... Bax, bunda özünüzü tam nümayiş etdirmiş oldunuz. Sübut etdiniz ki, AzVikidən ümumiyyətlə xəbəriniz yoxdur. Çünki, Cekli829-u AzVikidən xəbəri olanlar çox yaxşı tanıyır. Birləşmək məsələsinə gəldikdə isə, vikiçilər onsuz da birlikdədir. Ona görə də bu tip yazılara dərhal reaksiya verilir. Yaxşı bir yazı yazmaq istəyirsinizsə, gəlin Vikipediyada yazın. Biz hamımız orada yazırıq. Özü də birlikdə!

Cekli829
19.02.2014, 09:10

Elmin Nuriyə ünvanladığım cavabı niyə vermirsiniz?

Cekli829-dan modern.az üçün
19.02.2014, 18:01

eee? Cekli829-dan Elmin Nuriyə cavab yazmışdım. Niyə yerləşdirmirsiniz? Heç olmazsa səbəbini yazıb e-poçtuma göndərin... Elmin Nurinin də nəzərinə çatdırın ki, "cekli brekli" yazmağı cekliləri təhqir etməyə bərabərdir.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü
19.01.2019, 00:27

Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü

Meksikada 6 bal gücündə zəlzələ
19.01.2019, 00:16

Meksikada 6 bal gücündə zəlzələ

Trampla Kim Çen İn fevralda yenidən görüşəcək
18.01.2019, 23:59

Trampla Kim Çen İn fevralda yenidən görüşəcək

Əllə oynayan futbolçulara yeni cəza
18.01.2019, 23:42

Əllə oynayan futbolçulara yeni cəza

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
18.01.2019, 23:31

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı   
18.01.2019, 23:07

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı  

Qəzzada qarşıdurma: 30 yaralı
18.01.2019, 22:47

Qəzzada qarşıdurma: 30 yaralı

Bakıda itkin düşən uşaq tapıldı
18.01.2019, 22:30

Bakıda itkin düşən uşaq tapıldı

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı
18.01.2019, 22:16

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı

Fransada aksiyaların yeni mərhələsi başlayır
18.01.2019, 21:59

Fransada aksiyaların yeni mərhələsi başlayır

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
18.01.2019, 21:44

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

Yaponiyada güclü zəlzələ
18.01.2019, 21:24

Yaponiyada güclü zəlzələ

“Oksigen” klinikasında yanğın
18.01.2019, 21:10

“Oksigen” klinikasında yanğın

Müdafiə nazirləri Brüsselə toplanır
18.01.2019, 20:56

Müdafiə nazirləri Brüsselə toplanır

Məhkumlardan 96 mobil telefon götürülüb
18.01.2019, 20:43

Məhkumlardan 96 mobil telefon götürülüb

“Gördün... Elmira Qafarova kişi qızıdır”
18.01.2019, 20:42

“Gördün... Elmira Qafarova kişi qızıdır”

Neftçalada üç uşaq anası itkin düşdü - FOTO
18.01.2019, 20:32

Neftçalada üç uşaq anası itkin düşdü - FOTO

ABŞ-ın bombaladığı şəhərdə 20 nəfər öldü
18.01.2019, 20:27

ABŞ-ın bombaladığı şəhərdə 20 nəfər öldü

Qeydə alınan prezidentliyə namizədlərin sayı 10-a çatdı
18.01.2019, 20:18

Qeydə alınan prezidentliyə namizədlərin sayı 10-a çatdı

Xəstəxanada girov saxlanılan qadın azad edildi
18.01.2019, 20:02

Xəstəxanada girov saxlanılan qadın azad edildi

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib
18.01.2019, 20:00

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib

DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir
18.01.2019, 19:46

DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir

Robert Koçaryanın həbs müddəti uzadıldı
18.01.2019, 19:34

Robert Koçaryanın həbs müddəti uzadıldı

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir
18.01.2019, 19:25

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar qurbanları anılıb
18.01.2019, 19:14

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar qurbanları anılıb

Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır
18.01.2019, 19:08

Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır

Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
18.01.2019, 18:55

Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Bu nazirliyin qurumlarından 3-ü birləşdirilir - SİYAHI
18.01.2019, 18:48

Bu nazirliyin qurumlarından 3-ü birləşdirilir - SİYAHI

Çaylarda suyun səviyyəsi artıb
18.01.2019, 18:36

Çaylarda suyun səviyyəsi artıb

Bu nazirliyin tərkibindəki qurum ləğv edildi
18.01.2019, 18:28

Bu nazirliyin tərkibindəki qurum ləğv edildi

ÜST: Gürcüstanda “donuz qripi” adlı virus yoxdur
18.01.2019, 18:19

ÜST: Gürcüstanda “donuz qripi” adlı virus yoxdur

Sərnişini xilas etmək üçün əlverişsiz havada uçuş həyata keçirildi
18.01.2019, 18:11

Sərnişini xilas etmək üçün əlverişsiz havada uçuş həyata keçirildi

İstirahət günlərinin hava proqnozu açıqlandı
18.01.2019, 17:58

İstirahət günlərinin hava proqnozu açıqlandı

Tatlı və Düz Qışlaqda növbəti hesabat yığıncağı keçirildi
18.01.2019, 17:44

Tatlı və Düz Qışlaqda növbəti hesabat yığıncağı keçirildi

20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub
18.01.2019, 17:41

20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub

Mehriban Əliyeva fəxri medalla təltif edildi
18.01.2019, 17:38

Mehriban Əliyeva fəxri medalla təltif edildi

Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI
18.01.2019, 17:21

Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI

Sabiq birinci katib vəfat edib   
18.01.2019, 17:14

Sabiq birinci katib vəfat edib  

Manatın üçgünlük MƏZƏNNƏSİ
18.01.2019, 17:12

Manatın üçgünlük MƏZƏNNƏSİ

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ
18.01.2019, 17:08

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ

Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı   
18.01.2019, 16:59

Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı  

Metropoliten gücləndirilmiş iş rejiminə keçir
18.01.2019, 16:54

Metropoliten gücləndirilmiş iş rejiminə keçir

Azercell NNTV xidmətini təqdim edir
18.01.2019, 16:46

Azercell NNTV xidmətini təqdim edir

Səhiyyə komitəsi parlamentin iclaslarına hansı sənədlərlə gedir?
18.01.2019, 16:42

Səhiyyə komitəsi parlamentin iclaslarına hansı sənədlərlə gedir?

Rövşən Rzayev İmişlidə vətəndaşları qəbul etdi
18.01.2019, 16:26

Rövşən Rzayev İmişlidə vətəndaşları qəbul etdi

“İnsanlar növbə gözləyə-gözləyə həyatlarını itirirlər”
18.01.2019, 16:24

“İnsanlar növbə gözləyə-gözləyə həyatlarını itirirlər”

Məlahət İbrahimqızı stomatoloqlara etiraz etdi: “Parlamentdə dinləmə keçirilsin”
18.01.2019, 16:22

Məlahət İbrahimqızı stomatoloqlara etiraz etdi: “Parlamentdə dinləmə keçirilsin”

Qarabağın Azərbaycanlı İcması erməni seperataçılarına cavab verdi
18.01.2019, 16:22

Qarabağın Azərbaycanlı İcması erməni seperataçılarına cavab verdi

Avropa Birliyi Gürcüstandan narazıdır - Şengen vizası bərpa oluna bilər
18.01.2019, 16:18

Avropa Birliyi Gürcüstandan narazıdır - Şengen vizası bərpa oluna bilər

Deputat xəstəliklər, antibiotiklərlə bağlı həyəcan təbili çaldı
18.01.2019, 16:11

Deputat xəstəliklər, antibiotiklərlə bağlı həyəcan təbili çaldı

ARXİV