21 oktyabr 2014, Çərşənbə axşamı
Azərbaycanda bələdiyyə seçkisinin vaxtı AÇIQLANDI
“Ebola” virusu 4555 nəfəri öldürüb
Beyləqanda iki bacını maşın vurub
Erməni Silahlı Qüvvələri cəbhənin Cəbrayıl, Füzuli, Xocavənd rayonları istiqamətində atəşkəsi pozublar
Bakıda yanacaq daşıyan qatarın 15 vaqonu relsdən çıxıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu 1 milyard manat zərərə düşüb
Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm İqtisadiyyat Media Reportaj Mədəniyyət Ədəbiyyat Dünya
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə
Erməni şahmatçı Bakıya gələcək
Türkiyə polisinin səlahiyyətləri genişlənəcək
8 yaşlı uşaq intihar etdi
Azərbaycanda hər adamın 66, 4 dollar xarici borcu var
Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarına büdcədən 58 milyon manat ayrılacaq
Həbsxanada daha bir nikah bağlandı - FOTOLAR
Şagird məktəbin mühafizəçisini öldürdü
Almaniyada Putinin mexaniki fiquru satışa çıxarılır – VİDEO
Putin Gürcüstan prezidenti ilə görüşə razıdır
2014 - son 135 ilin ən rekord isti ili olub
Azərbaycan hökuməti neftin 1 bareli üçün niyə 90 dollar müəyyənləşdirdi?
Səxavət Əlisoydan Arif Hacılıya növbəti İTTİHAM: “Siyahı hazırlayır”
“Oskar”lı aktyorlar “erməni soyqırımı” haqda filmdə çəkiləcək
Nazirlikdən Yanıq Mərkəzinin rəhbərinin istefasına REAKSİYA: “Onun danışdıqları cəfəngiyyatdır”
“Azərsu”dan XƏBƏRDARLIQ: İçməli suyu talayanlar həbs olunacaqlar
Su təchizatı və kanalizasiya sistemlərindən istifadənin vəziyyəti yoxlanılır - FOTO
Azərbaycan diaspor təşkilatları bakılı erməni yazıçıya etiraz etdi
Ramzan Kadırov İŞİD rəhbərini hədələdi: “Mənim adamlarım səni tapsa...”

Xəbərlər arxivi

«

Oktyabr 2014

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

   
 
New Page 2
A A A
Yalnız savadlı abituriyentləri seçən hazırlıq kursları və onların siyasəti
 26.05.2010, 16:30

Bakıda abituriyent hazırlığı kurslarının sayı durmadan artır. Onlardan bəziləri (“Araz”, “Kaspi”, “Zaman” və s.) ali məktəblərə hazırlaşan abituriyentlər arasında xeyli pupulyarlıq qazanıb. Maraqlıdır, ancaq savadlı uşaqları seçib yığan həmin kurslar abituriyentlərə doğrudan  yetərli bilik verir? Onlarda təhsilhaqqı necə müəyyənləşdirilir, güzəştlər varmı? Modern.az bu istiqamətdə araşdırma apararaq bəzi suallara cavab tapmağa çalışıb.

“Araz”ın abituriyent seçimi

Araşdırmalar göstərir ki, abituriyent hazırlığı kurslarının əksəriyyəti yeniyetmə və gəncləri test süzgəcindən keçirib onlardan daha savadlılarını dinləyici kimi qəbul edir. “Araz” hazırlıq kursunun direktoru İlhan Altıntaş deyir ki, onların keçirdiyi testdən 150 bal toplayan abituriyentlər kursa qəbul edilir:

“Nəticələr uşaqlara görə dəyişir. Məsələn, abituriyent müəyyən fəndən zəif nəticə göstərə bilər. Amma biz çalışırıq ki, həmin abituriyentlər burada müəyyən biliklərə yiyələnərək daha yüksək nəticə göstərsinlər. Aşagı sinif şagirdlərinə isə bal məhdudiyyəti qoymuruq. Yüksək bal toplayanlara müəyyən güzəştlər edilir. Məcburi köçkün, şəhid ailələrinə də güzəştlər  tətbiq edirik. Tələbə qəbulu imtahanlarında isə yüksək bal toplayanlara pul mükafatları verilir”.

İlhan Altıntaş deyir ki, Araz hazırlıq kurslarında ödəniş 130-200 manat arasında dəyişir: “Abituriyentlərin ödənişləri onların sınaqda göstərdiyi nəticələr görə dəyişir. Əgər yüksək bal toplayırsa, təbii ki, ödədiyi təhsilhaqqında da güzəştlər edirik. Yəni, bu, abituriyentin özündən asılıdır”.
Qeyd edək ki, “Araz” kursu “Çağ” Öyrətim İşlətmələri şirkətinin tabeliyində fəaliyyət göstərir.

“Kaspi”nin qiymətləri

“Kaspi ” təhsil mərkəzinin abituriyent şöbəsinin müdiri Aydın Əliyev abituriyentləri götürməzdən əvvəl onlara məntiqi təfəkkürü yoxlayan 50 sualdan ibarət test tapşırıqları verildiyini söyləyir: “Bu suallar ancaq məntiqlə bağlı olur. Biz bununla abituriyentin qavrama qabiliyyətini yoxlayırıq ki, onu 1-2 ilə öyərədə biləcəyik, ya yox. Məsələn, 10 suala cavab verən abituriyentin qavrama qabiliyyəti aşağı sayılır. Təbii ki, ən yaxşı nəticə götərənlər seçilir. Ənənəvi müştərilərimizə müəyyən güzəştlər edilir. “Kaspi”də Təhsil Surası da fəaliyyət göstərir. Təhsil Şurasının qərarı ilə abituriyentlərə müəyyən güzəştlər edilir. Biz müəllimlərimizi də iki mərhələdən keçirdikdən sonra kursa işə qəbul edirik. Birinci mərhələ testlə aparılır. İkinci mərhələdə isə metodik səviyyə yoxlanılır. Bununla yanaşı, mərkəzin Təhsil Şurasının təklif etdiyi müəllimlər də işə qəbul edilir. Təhsil Şurasının üzvləri ölkənin tanınmış müəllimləridir”.
Təhsilhaqqına gəlincə, Aydın Əliyev deyib ki, 11-ci sinfə qəbul edilən dinləyici bir ilə 220 manat, onuncu sinfə qəbul edilən dinləyici isə 200 manat ödəməlidir.
Şöbə müdiri deyir ki, “Kaspi” MMC kimi qeydiyyatdan keçib fəaliyyət göstərir.

“Zaman” 100 baldan yuxarı yığanları qəbul edir

“Zaman” hazırlıq kursunun müdiriyyətinin bildirdiyinə görə onlarda aylıq ödəniş 150 manatdır: “Qəbulu test üsulu ilə aparırıq. 100 balı keçən abituriyentləri kursa qəbul edirik. Əgər abituriyent 6 aylıq ödənişi əvvəlcədən verirsə, bu zaman 10 faizlik güzəşt edilir. Özümüzün keçirdiyi sınaq imtahanlarında isə 600 bal toplayan abituriyentlər həmin ay pulsuz  oxuyurlar”.
“Zaman” hazırlıq kursu hüquqi şəxs kimi fəaliyyət göstərir.

Təhsil Nazirliyi kursların monitorinqini apara bilmir

Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Natiq İbrahimov deyir ki, nazirliyin tabeliyində heç bir abituriyent hazırlığı kursu fəaliyyət göstərmir. “Təhsil Nazirliyinin ümumtəhsil məktəbləri var. Həmin məktəblərdə şagirdlər təhsil alıb imtahanlarını verirlər. Hazırda fəaliyyət göstərən hazırlıq kursları özəldir. Təhsil Nazirliyinin nəzdində belə kurslar yoxdur. Tabeçiliyimizdə olmadığına görə də biz də həmin kurslarda monitorinq apara bilmərik”.

Kursların qəbul siyasəti

Söylənilənlər bir daha göstərir ki, hazırlıq kursları yalnız hazırlıqlı abituriyentləri arayıb-axtarır, seçib özününküləşdirir. Yəni ən yaxşıları seçib onları özünün ən yaxşıları kimi təqdim edir. Bu, hazırlıq kurslarının bir siyasətidir. Cəmiyyətdə isə belə bir fikir formalaşır ki, hazırlıq kursları yaxşı təhsil verir, çünki onları bitirən məzunların 99-100 faizi ali məktəblərə daxil ola bilirlər. Halbuki, həmin yaxşı oxuyan uşaqların təhsil bazasının özülü ümumtəhsil məktəblərində qoyulub. Onları orta məktəblərin elə özləri də seçib ayrıca qruplar kimi təhsil verə bilər. Belədə yəqin ki, orta məktəblərin həmin qruplarındakı abituriyentlər 100 faiz ali məktəbə daxil ola biləcəklər.
Bunu Təhsil Nazirliyinin rəsmiləri də etiraf edirlər.

Çağ” bağlansa, Azərbaycan təhsili lüt görünəcək

Sabiq millət vəkili, təhsil məsələləri üzrə ekspert professor Şahlar Əsgərov isə özəl abituriyent hazırlığı kurslarının bilik verməməsi barədə deyilənlərlə razı deyil. “Bu cür düşünənlər səhv fikirdədilər. Azərbaycanda 100 uşağın 3-ü istedadlıdır. Bu tək Azərbyacan deyil, Afrikada, Fransada da belədir. Əgər deyirlərsə yaxşı uşaqları “Araz” kursları seçir, onda niyə verirlər, elə özləri təhsil versinlər də, nə olar..?”.

Şahlar Əsgərvov hesab edir ki, ölkəmizdə kütləvi təhsil verən “Çağ” Öyrətim İşlətmələri şirkəti bağlansa, Azərbaycan təhsilinin tamam lüt olduğu üzə çıxacaq.

“Bu gün Azərbaycan təhsili “Çağ”ın, onun kurslarını bitirən uşaqların qazandığı medalların kölgəsi altında gizlənib. Mənim pulumu, sənin pulunu götürüb biliyə çevirəndə bunu qısqanmaq lazım deyil. Bakı şəhəri böyük şəhərdir, çoxlu binaları var. Bu binların da 15-ni bunlar istifadə edir. Yerdə qalan binaları götürün istifadə edin də. Onların əlində tapança, qılınc var, yoxsa tələ qurublar?! Kurslar yalnız istedadları seçir, bu tamamilə səhv bir anlayışdır. Belə şey ola bilməz. Sən o istedadları ondan qabaq seç. Sosioloji tədqiqatın nəticəsinə görə hər 100 uşağın 3 istedadlıdır. 11-ci sinifi 130 min şagird bitirir. Bu 130 mindən hər yüzünün üçü istedadlıdır. İndi onlar o istedadlının qoymur istedadı batsın, biz isə əksinə istedadı dəyərləndirmirik. Sonra da onları gözümçıxdıya salırıq”.

Kurslarda ödənişi kim müəyyənləşdirməlidir?

Təhsil məsələləri üzrə ekspert Məlahət Mürşidli hazırlıq kurslarının əleyhinə olmadığını bildirsə də, onların Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyətini zəruri sayır: “Mən bu kursların əleyhinə deyiləm. Ancaq bu kurslar qeydiyyatdan keçib vergi ödəməlidirlər. İkinci problem kursların çox zaman şagirdlərin dərs vaxtına salınmasıdır. Bu həm dərs prosesinə mane olur, həm də uşaq kursdan qalır. Türkiyədə isə bu fərqlidir. Kurslar şagirdlərin dərsdən sonrakı zamanında təşkil olunur. Məktəblərdə 45 dəqiqə şagirdlərə yetərli deyil ki, o zamanda aldığı biliklə kifayətlənsin. Müəllimlər də yeni metodik biliklərə sahib deyilllər. Nəticədə də şagirdlər kurslara getməyə məcbur olurlar. Belə kurslar bütün ölkələrdə fəaliyyət göstərir.  Bu bir sosial tələbatdır. Ehtiyac var ki, belə kurslar da açılır”.
Məlahət Mürşidli hesab edir ki, kurslardakı qiymətlər müəyyən bir təlimata uyğun olaraq tətbiq edilməlidir: “Bildiyim qədər hazırlıq kursları təhsilhaqqını özləri istədiyi məbləğdə müəyyənləşdirir. Fikrimcə, belə kurslar Təhsil Nazirliyində qeydiyyatdan keçməli və onlarda təhsilhaqqını Tarif Şurası müəyyənləşdirməlidir”.

Təhminə Paşayeva

 
Oxunub: 14512
Çap variantı
Məktub göndər
Facebook-da paylaş


Şərhlər
SHahin
27-05-2010
Movzunun qoyulushundan, suallardan asili olmayaraq cemiyyetimizde @hazirliq kurslari@na yanashmada bir qisqancliq var: illerle ders kecdiyimiz shagirdler pullarini ozgelere verirler. Bu @ozgeler@ ele hemin dersliklerle shagirdleri hazirlashdirib, yuksek netice elde edirler. Bizim muellimlerin ise diqqeti hele de secki qutularidadir...


SHahin
27-05-2010
Hazirliq kurslarindaki imtiyazlar magazalardaki yalanci endirim kampaniyalari kimidir. Mes: @Araz@da on bend uzre imtiyaz sayirlar, sonda ise her kese bunlardan yalniz birinin shamil edildiyini deyirler. Bir sozle, imtiyaz deyilen heveslendirici pul telesidir, yaxshi olar ki, hec onun ferqine varmayasiniz.


Huseyn Huseynov
29-06-2010
Her sheyden evvel men Azerbaycanda fealiyyet gosteren kurslarin fealiyyetine qarsi chixanlara onu demek isterdim ki, o kesler her seyden evvel Kurs ve orta mekteb anlayislarini bir birinden ferqlendirmeyi bacarsinlar. Kursun vezifeleri basqa, orta mekteblerin funksiyasi basqadir.
Bilmeyenler bilsinler ki, orta mektebin vezifesi hec de Ali Tehsil Muessiselerine shagird hazirlamaq deyildir, orta mektebler esasen cemiyyete, dovlete faydali, umumi shekilde savada malik, terbiyyeli insan yetishdirmekdir. Kurslarin vezifesi ise sirf sagirdlerin orta mekteblerde elde etdikleri umumi bilikleri konkretleshdirmek, olan bosluqlari, aradan, qaldirmaq, shagirdlere gelecekde sechecekleri ixtisasa uygun dogru istiqamet vermek ve sirf qebul imtahanina hazirlamaqdir. Bu inkar olunmaz bir faktdir ki, hec bir sagird elave hazirliga getmeden , kurslara getmeden, birbasha orta mektebde elde etdikleri bilikle istediyi Ali mektebe daxil ola bilmez.
Bu o anlama gelmemelidir ki, bu gun orta mekteblerde dersler zeif kecirilir, xeyr normal ve ya daha yaxsi dersler tedris olunan orta mekteblerimiz az da olsa vardir. Amma orda oxuyan sagirdler de yene kurslara getmeye ehtiyac duyurlar. Bunun esas sebebi odur ki, Ali mekteblere qebul proqrami asagi siniflerden yuxari sinifler de daxil olmaqla fenlerin umumi programi esasinda teskil olunmushdur ve orta mekteb shagirdi elave hazirliga getmeden butun bu programi tam olaraq umumilesdire ve qebul imtahanina hazirlasa bilmez. Aciq bir faktdir ki, dunyanin ekser olkelerinde KURSLar fealiyyet gosterir, Misal olaraq, bize yaxin ve qardas olke olan Turkiyyetde Kurslar -dersane adlanir ve cox genish sekilde fealiyyet gosterir. tebii ki, Turkiyyede olan orta mekteb tipli muessielerde Azerbaycandaki orta mekteblerden daha keyfiyyetli ve daha nizam intizamli tehsil movcuddur, bununla yanasi orda da sagirdler ali mekteblere hazirliq ucun dersanelere-kurslara gedirler.
Menim fikrimce Azerbaycanda kurslarin fealiyyetine mane olmaq yox eksine onlarin fealiyyetine destek olmaq lazimdir.
Kursun tehsil sahesinde hansi menfi xususiyyetleri vardir?
Gelin bu suala cavab tapaq, bu suali her hansi bir repititor muellime verseler, tebii ki, baslayacaq kurslarin eleyhine danishmaga-kurslarda ders kecilmir, orda savadsiz muellimler ders deyir ve s, onlarin yuxarida verdiyimiz suala bu shekilde cavab vermesi tebiidir. Chunki onlar ele sanirlar ki, Kurslarin inkisafi onlarin ev hazirligina mane olur.
Amma bu sualin esas cavabi odur ki, yaxsi kursun tebii ki, tehsilimize hec bir ziyani yoxdur, eksine faydasi coxdur,meselen, en azindan kursda tehsil alan telebe ferdi muellimler yanina getmek ucun yollarda itirdiyi vaxta qenaet edir ve hemcinin valideynler de ovladlarinin tehsiline daha az xerc cekirler, 5 ayri ayiri fenne 300 AZn vermek hara, kursda 5 fen birlikde 130-200 azn vermek hara.
Ve valideynler bir seyi de bilsinler ki, Kurs hazirligin en mutereqqi formasidir ve ovladlarini kurslara etibar ede bilerler.
Dogrudur artiq son zamanlar hazirliq kurslarinin sayi durmadan artmaqdadir, cunki, bezileri bu saheni de biznes sahesine cevirmek isteyirler, amma ne olsun ki, biz ki, 17 -ci esrde yasamiriq, elin gozu terezidir, men meslehet gorerdim ki, valideynler, kurslara da muraciet edende onalri da derinden arasdirsalar yaxsi olar, Chunki, yalanci reklamla sisirdilmis tehsili ve kursu yox artiq bu sahede oz sozunu deyen ve hele de demekde olan kursu secmek lazimdir.
Amma , bir seyi de unutmayaq her ne olursa olsun, meqsed birdir, cemiyyete elmli, savadli, terbiyyeli, istedadli vetendaslar yetisdirmek,
diqqetinize gore minnetdaram.


mahir
16-08-2010
salam adim Mahirdi,men orta mektebi 2007 -ci ilde bitirmisem ve indi yeniden ali mektebe hazirlasmaq isteyirem menim is qrafkime esasen sizin kursla hazirliq mueyyen elemek olarmi?


Deniz
25-08-2010
Araz kurslarinda ders muddeti cox azdir.Men bu muddetin yukseldirilmesini isteyirem


aysen
11-12-2010
Elbette kursların fealiyyeti bizim tehsilimiz üçün çox vacibdir.en esası da ali mekteblere qebul olmaq üçün.men kursların əleyhine deyilem.amma gelin bir şeyi de qebul edek ki,kurslarda da savadsız müellimler az deyil......


ZİYA
14-12-2010
...Bu gün 9-cu sinifdən uşaqları rüşvətə sürükləyən "məktəb"universal tələbə yetişdirə bilməz.Orta məktəblərdə ttəhsil 9-cu sinifə qədər qismən var.9-dan 111-ə qədədr ttəhsil və əlbəttə tərbiyə ümumi götürəndə demək olar ki, sıfırdır...TƏHSİLDƏ RÜŞVƏTXORLUQ ARADAN QALXMAYINCA BU BELƏ OLACAQ.AY MƏNİM MİLLƏTİM BİZ NİYƏ ÖZÜMÜZÜN DÜŞMANLARIYIQ...???


lamiye
17-12-2010
men cox isterem kaspi kursunda tehsil alim.amma maddi imkanim buna imkan vermir.bildiyime gore burda cox guclu tehsil verilir.men ozum hazirlasdim,butun kitablari oxudum beynim qarisdi.bir var kitab refinde butun kitablar seliqeynen duzule,biri de var daginiq ola.amma refde butun kitablarin hamisi ola.menimde beynim daginiq kitab refi kimi oldu.bu kursda oxuyan gencler,ata-ananizin sizi dusunub bu kursa eziyyet cekdiyi pulla qoyub.eziyyetlerin puc etmeyinOXUYUN.


meter
08-05-2011
mence araz kurslari en yaxsi kurslardan biridir.ve cox mesuliyyetlidir.


GULSHAN
02-08-2011
ESITMISEM KASPIDE MEKTEBEQEDER HAZIRLIQ KURSUDA VAR ISTERDIM MUELLIM KIMI ORADA CALISIM BUNUN UCUN NE ETMELIYEM.ALI TEHSILLIYEM APU-NIN PEDEQOGIKA-PSIXOLOGIYA FAKULTESINI BITIRMISEM


Adil
24-08-2011
Men bilmek isterdim ki, her hansi bir araz kursuna imtahan vermemis qebul olmaq olarmi?Qebul olmaq olarsa,illik odenis ne qeder olacaq?


sevil resulzadə
11-09-2011
mən bu yazılanlarla qismən razıyam. umumtəhsil məktəblərində yaxşı dərs keçilsə heç də şagirdlər zəif olmaz


trgfgfgf
26-12-2011
beyenmedim


leyla
27-12-2011
niye kaspi arazdan bahadir. kaspide ingilis dilini oyredirler.


sevinc resulova
11-02-2012
mence heyatda oxumaqdan onemli hecne yoxdur.allah haminin yolunu aciq etsin.


xeyal
23-03-2013
araz kurslari cox mesuliyetli kursdur men de o kursa gedecem


intiqam
25-03-2013
men hal-hazirda 9-cu sinifde oxuyuram.araza imtahan versem eminemki 350den cox bal topluya bilerem .bilmek isteyirem pulda nece faiz guzest olacaq


GUNEL
14-04-2013
her seyi haqqina ve duzune danismaq lazimdi,duzdu orta mekteb biliyin esasini qoyur


Ilahe
02-08-2013
Bakida araz kursunda illik odenis ne qederdir?orada yuksek bal yigib pulsuz oxumaq olar?necenci qrupa verirsemse o fenden imtahan verecem?


nigar
21-08-2013
Men bu il 6 sinife gedeceyem.sizde 6 sinifler ucun kurs varmi? Men ingilis dili ve riyaziyyat fenleri uzre hazirlasmaq isteyirem.mumkunse ilkin ve ayliq odenish haqqinda melumat veresiniz.


safa
07-09-2013
araz kimi kursmu var bilirsiiiz arazi pislayan kimlardir hansi sagirdlardir valideynlari muallim yanina qoyur oxuya bilmirlar o saat bir sey tapirlar sonrada araza qoyurlar oradada oxuya bilmayanda baslayirlar sikayata yalandan subhaaanallah araz kimi yermi var???


Necef
08-01-2014
araz cox gozel kursdur mende ora gedecem ALLAH HAMININ YOLUN ACIQ ETSIN AMIN


feride memmedova
17-03-2014
Men sexsen rayondanam bura kocmusuk bir aydi hec vaxt repetitor yanina getmemisem ancaq arazin imtahaninda 403 bal toplamisam ancaq vallah men 600 de toplasam guzest olmayacaq ya gerek elil olam ya da gerek sehid balasi


sabir
03-04-2014
men kaspi tehsil merkezinde oxumaq isteyirem ancaq qebul imtahaninin ne zaman olacagini bilmirem.


Gunel
22-04-2014
Bezileri inanmir ki, Araz kurslari yuksek bilik verir,amma men inaniram Bir sey de var ki, Araz esasi olan sagirdi qaldirir-buna gore de araz kurslari oxuyan sagirdleri secirler!!!



08-05-2014
mence araz kursu en kefiyetli kursdu


musa
19-06-2014
araz kurslarini niye baglayirsiz? bes usaqlarin ne gunahi var?niye usaqlarin geleceyini mehv edirsiz. araz kurslarinin azerbaycana ne pislik edir. onun sadece bir gunahi var. o da azerbaycana savadli telebeler yetisdirmekdir.


aysel
03-07-2014
kaspi kurslarinda tehsil hansi seviyyede oldugunu bilmek isteyirem.


Aysel
29-07-2014
Men de araz kurslarinda tehsil alacam 2014cu ilin sentyabr ayinda,ama ARAZ kurslari baglandi,basqasi acilacaqmiw,sizcebu dogrudur?


Zaur
27-08-2014
Men 2014 cu ilin sentyabrindan Araz kurslarinda tehsil alacagam inaniramki ela olar hamiya bir sozum var OXUMAQ OXUMAQ yene de OXUMAQ


br sexs
08-09-2014
Men oxumaq istiyirem Men kitablari en azi heyatim qedeer cox sevirem Ancaq imtahandan kecmedim. Indi ise hazirlasmaq isdeyirem .Ancaq mene ele gelir ki, bu menim istediyim kim asan olmayacaq!!!!!!!






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 




 
Son xəbərlər
21.10.2014, 18:18
 Erməni şahmatçı Bakıya gələcək
21.10.2014, 18:14
 Türkiyə polisinin səlahiyyətləri genişlənəcək
21.10.2014, 18:03
 8 yaşlı uşaq intihar etdi
21.10.2014, 17:57
 Azərbaycanda hər adamın 66, 4 dollar xarici borcu var
21.10.2014, 17:50
 Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarına büdcədən 58 milyon manat ayrılacaq
21.10.2014, 17:35
 Həbsxanada daha bir nikah bağlandı - FOTOLAR
21.10.2014, 17:30
 Şagird məktəbin mühafizəçisini öldürdü
21.10.2014, 17:23
 Almaniyada Putinin mexaniki fiquru satışa çıxarılır – VİDEO
21.10.2014, 17:19
 Putin Gürcüstan prezidenti ilə görüşə razıdır
21.10.2014, 17:08
 2014 - son 135 ilin ən rekord isti ili olub
21.10.2014, 16:58
 Azərbaycan hökuməti neftin 1 bareli üçün niyə 90 dollar müəyyənləşdirdi?
21.10.2014, 16:57
 Səxavət Əlisoydan Arif Hacılıya növbəti İTTİHAM: “Siyahı hazırlayır”
21.10.2014, 16:36
 Azərbaycan hökuməti yaşayış minimumu və ehtiyac meyarının MƏBLƏĞİNİ artırır - RƏQƏMLƏR
21.10.2014, 16:34
  “Oskar”lı aktyorlar “erməni soyqırımı” haqda filmdə çəkiləcək
21.10.2014, 16:30
 Nazirlikdən Yanıq Mərkəzinin rəhbərinin istefasına REAKSİYA: “Onun danışdıqları cəfəngiyyatdır”
21.10.2014, 16:28
 “Azərsu”dan XƏBƏRDARLIQ: İçməli suyu talayanlar həbs olunacaqlar
21.10.2014, 16:21
 Azərbaycanda bələdiyyə seçkisinin vaxtı AÇIQLANDI
21.10.2014, 16:15
 Su təchizatı və kanalizasiya sistemlərindən istifadənin vəziyyəti yoxlanılır - FOTO
21.10.2014, 16:05
 Azərbaycan diaspor təşkilatları bakılı erməni yazıçıya etiraz etdi
21.10.2014, 16:00
 “Ebola” virusu 4555 nəfəri öldürüb
21.10.2014, 15:40
 Ramzan Kadırov İŞİD rəhbərini hədələdi: “Mənim adamlarım səni tapsa...”
21.10.2014, 15:34
 Respublika Yanıq Mərkəzinin rəhbəri istefa verdi
21.10.2014, 15:14
 Cövhər Duadyevin oğlu həbs oluna bilər
21.10.2014, 15:10
 Azərbaycanda toyda dava düşüb - 1 nəfər ölüb
21.10.2014, 15:04
  “Bu, siyasi rəqabət yox, düşmənçilikdir” - ADP sədri və tanınmış ziyalıdan toy qalmaqalına ETİRAZ
21.10.2014, 14:57
 Elmin İnkişafı Fondu yeni müsabiqə elan etdi
21.10.2014, 14:31
 İlham Əliyevin əfv sərəncamını Avropa İttifaqı alqışladı
21.10.2014, 14:25
 Hollivud aktrisası Ebolaya yoluxub?
21.10.2014, 14:23
 Tabutdakı cəsəd kimə aiddir?
21.10.2014, 14:22
 Bakıda bazarda partlayış oldu, bir nəfər ağır yaralanıb
21.10.2014, 14:15
 Erməni diasporunun əcnəbi dostları - SİYAHI
21.10.2014, 14:09
 Xalq Cəbhəsinin deputatlığa namizədinə sui-qəsd oldu
21.10.2014, 14:06
  “Bu cür düşüncəylə Azərbaycana rəhbərlik etməyə çalışırlar” - AXCP, Müsavat, YAP-dan toy QALMAQALINA reaksiya
21.10.2014, 13:47
 “Qarabağ” yolunda Kiyev yolçuluğu... - FOTOLAR
21.10.2014, 13:45
 Beyləqanda iki bacını maşın vurub
21.10.2014, 13:39
 Ölkə ərazisində mülayim hava şəraiti davam edəcək
21.10.2014, 13:30
 706 nəfərin vergi borcuna görə Azərbaycandan getməsi məhdudlaşdırılıb
21.10.2014, 13:16
 Azərbaycanlı girovun oğlu atasından danışdı
21.10.2014, 13:11
 İsgəndər Həmidov: “Hacı Əbdül yaxşı oğlandır, ancaq tövbə edəcək hərəkətim yoxdur”
21.10.2014, 12:35
 Ermənistanı “qarışdıran” Rusiyadır, yoxsa Qərb?
Müəlliflər
Mahir Qabiloğlu

 Hidayət və Fatma
Leyla Əliyeva

 Dost bir olar, ya iki - Leyla Əliyeva
Cəlaləddin Qasımov

 18 yaşlı ilk azərbaycanlı rəis
Mülatif Adurov

 AzTV-də şahidi olduğum maraqlı HADİSƏLƏR
Doç., Dr. Faiq Ələkbərov

 Asiya birliyi və Şərq sivilizasıyası
Buludxan Xəlilov

 Molla kitab açır
Vəfa Allahverdiyeva

 Rəqiblər hakimiyyətin hörmətini artırır
İşıqlı Atalı

 Müstəqillik – mənəvi hadisədir

Sorğu

Azərbaycanda ən güvəndiyiniz bank hansıdır? - SİYAHI
1. "Beynəlxalq Bank"
2. AccessBank
3. "DəmirBank"
4. "Bank of Azerbaijan"
5. "Bank of Baku"
6. "Bank Respublika"
7. "Kapital Bank"
8. "Azəriqazbank"
9. "Bank Standard"
10. "Muğanbank"
11. "Rabitəbank"
12. "Bank Technique"
13. "Unibank"
14. "Paşa Bank"
15. "Amrahbank"

Nəticələri göstər

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | İqtisadiyyat | Media | Reportaj | Mədəniyyət | Ədəbiyyat | Dünya |
Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Müəllif hüquqları qorunur. Modern.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Copyright 2014 modern.az. All rights reserved. Powered by NextPoint LLC