25 mart 2019, Bazar ertəsi
Ana Səhifə - ÖLKƏ - Rusiya planı və ya dağılacaq Rusiya
Rusiya planı və ya dağılacaq Rusiya
21.04.2014, 21:37

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

İqtisadiyyatı çökən halda kolbasanı talonla alacaq Rusiya vətəndaşları, sözün əsl mənasında Putinin arzuladığı plan üzrə Sovetləşəcəklər

Hazırda dünyaya meydan oxuyan Rusiyanın qazının Krımla çıxacağını çoxları güman etsə də, amma görünür onun indiyə qədər bu dərəcə də qazlı olacağını heç kim gözləməyib. Belə ki, Bakıda artıq sökülməsi başlanan “Sovetski” kimi tanınan küçənin və digər küçələrdəki binaların da plana düşərək söküləcəyini eşitdiyimiz halda, Rusiyadan “Sovetin” bərpa olunma planı xəbərini də tez-tez eşidirik. Müəyyən mənbələrə əsaslansaq, hətta bunun üçün Rusiyanın “tikinti” layihəsi də hazırladığının şahidi olarıq. Sadəcə olaraq indi gərək biz “evimizin” yıxılmaması üçün, özümüz də hansısa elə bir plan cızaq ki, o rus memarlarının çəkdiyi plana düşməsin. Başqa sözlə desək, plandan çıxıb plana düşməyək.        

NATO adından “Rusiyanın işğal xəritəsi dəqiqliklə məlumdur” söylənilməsi, zənnimcə məsələnin biz düşündüyümüzdən də ciddi olduğunu xəbər verir.

Axar.azdan axan məlumata görə, Rusiyanın 2020-ci ilə qədər işğal edəcəyi xəritə artıq hazırlanıb və bu dövlət heç bir Beynəlxalq Hüququ saya salmadığından, istənilən zaman hansısa bir dövlətin ərazisinə təcavüz edə bilər. NATO Əməkdaşlıq İnstitutunun Prezidenti Fərrux Məmmədovun gümanını nəzərə alsaq, Ukraynanın Cənub-Şərq vilayətlərində baş verənləri Rusiya xüsusi xidmət orqanlarının təşkil etdiyi və Rusiyanın hazırda Ukrayna daxilində vətəndaş müharibəsini daha da qızışdırmaq niyyətində olduğunu aydın görərik. Deməli, Rusiyanın Ukraynaya qarşı olan planında, mövcud vəziyyəti açıq vətəndaş müharibəsi səviyyəsinə çatdırmaq və sonra orada yaşayan rusların müdafiəsini bəhanə gətirərək, onsuz da “kraynı” vəziyyətə salınmış Ukraynanın Cənub-Şərq vilayətlərini işğal etmək dayanır.

Hazırda Ukraynanın ərazi bütövlüyünə müdaxilə etməsinə görə ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı müxtəlif növ sanksiyaları sərtləşdirməsi, zənnimcə  Azərbaycan üçün siyasi nöqteyi-nəzərdən əlverişli olsa da, amma Azərbaycanla Rusiya arasındakı iqtisadi əlaqələri nəzərə alsaq, bu heç də arzu olunan deyil.

Maraqlı burasıdır ki, F.Məmmədovun fikirincə, Rusiyanın işğalçılıq siyasəti tezliklə onun özünə qarşı çevriləcək. Yəni, Rusiya yaratdığı bu böhrandan yalnız özünün parçalanması yolu ilə qurtula biləcək. Dolayısı ilə, Rusiya illərlə qaşıq-qaşıq yığdığını sonra çömçə-çömçə dağıdacaq.

Tanınmış Rusiya politoloqu, sosioloq və pulisist Stanislav Belkovskinin “Putinin işğal planında Dağlıq Qarabağ da var” deməsi, Azərbaycanın da Rusiya “planına” düşməsini bir növ təsdiqləyir. RegionPost.azın informasiya “postunda” duranların məlumatına əsasən, “Rusiya Prezidenti V.Putin Ukraynada planlarını həyata keçirdikdən sonra o, növbəti işğallarına başlayacaq. S.Belkovski qeyd edib ki, V.Putin Ukrayna ilə bağlı planlarını maksimum həyata keçridikdən sonar o,  Baltikyanı ölkələrə üz tutacaq. Onun planlarında sonrakı hədəf isə Dağlıq Qarabağdır”. Politoloq onu da bildirib ki, “Putin ilk növbədə ölkənin Cənub-Şərqini tamamilə nəzarət altına alacaq və o, bununla Ukraynanı Qara dənizdən ayırmaq, eləcə də Dnestryanının müstəqilliyinin rəsmi Kiyev tərəfindən tanınmasına nail olmaq istəyir”.

F.Məmmədov “Rusiyanın işğalçılıq siyasətinin tezliklə onun özünə qarşı çevriləcək” dediyi halda, S.Belkovski isə daha əminliklə, “Putinin “Qalibiyyət” planları Rusiyada iqtisadi kollaps baş verənə qədər davam edəcək” deyir.

Düzdür, kollaps sözü rusların çox sevdiyi kolbasa sözünə oxşar olsa da, latın mənşəli bu söz - “düşən, yıxılan” mənasını verir. Yəni, politoloq bu “qalibiyyətin” Rusiyanın iqtisadi baxımdan yıxılmasına və ya çökməsinə qədər davam edəcəyini vurğulayır.


Baxın, bu gedişlə iqtisadiyyatını qonşu ölkələrin ərazisini işğal etməyə qurban verən Rusiya necə də təzadlı bir siyasi addım atır. İqtisadiyyatı çökən halda əti, arağı, ən əsası isə kolbasanı talonla alacaq Rusiya vətəndaşları, sözün əsl mənasında Putinin arzuladığı plan üzrə Sovetləşəcəklər.

Bu arada APA-ya görə, Avropa Birliyinin enerji təhlükəsizliyi üzrə komissarı Günter Ottinger qeyd edib ki, “Avropa Ukraynaya qaza görə yığılmış borcu Rusiyaya qaytarmaq üçün kömək etməlidir. Əks halda Rusiya ilə Qərb arasında yeni qaz müharibəsi başlaya bilər. Hazırda mümkün qaz böhranından qaçılmalıdır və qış ayları üçün enerji təhlükəsizliyini təmin etmək lazımdır. Biz Ukraynaya 2 milyard dollar borcu ödəmək üçün kömək etməsək, Rusiya bu ölkəyə daha qaz nəql etməyəcək” - deyə o, hamını köməyə çağırıb.

Komissar Günter Ottingerin Azərbaycanı, Norveçi və Əlcəzairi gələcəkdə Avropanın qaz bazarında daha böyük rol oynaya biləcək ölkələr hesab etməsi, görünür Rusiyanı Azərbaycana qarşı açıq-aşkar qıcıqlandırıb. Avropanın bizi öz qaz qazanına salmaq istəyini istəməyən Rusiya, Ermənistandakı tanklarını qazlandıraraq Qarabağa doğru qazlanıb. Bir neçə gün bundan qabaq mətbuatda 90 Rusiya tankının Karaşen yaşayış məntəqəsində toplaşdığı barədə yayılan informasiya və onların Laçına, oradan da Tərtər istiqamətinə yeridiləcəyi bildirilmişdi. Düzdür, bu xəbər bəzilərimizi kədərləndirsə də, amma elə bu ərəfədə Naxçıvanda bizim hərbiçilərimizin hərbi təlimi ermənilərə duz qoyaraq bizim kədərimizi sevinclə əvəzlədi. Axar.az saytına qazlanan tanklarla bağlı fikrini bildirən politoloq Qabil Hüseynli rus ordusunun Qarabağa Ermənistanın adı altında gizlənərək toplaşacağını bildirib: “Rus tanklarının Dağlıq Qarabağa yeridilməsi ona hesablanıb ki, Azərbaycan qaz layihələrində iştirak etməsin. Yəni, Azərbaycan TANAP layihəsinin inkişafını müəyyən dövrə saxlasın. Söhbət V.Putinin 18 Avropa ölkə liderinə xəbərdarlığından sonra Azərbaycanın Avropa bazarına daxil ola biləcəyi ehtimalıdır ki, bu da Rusiyanı hərəkətə gətirib”.

Məlum məsələdir ki, əgər biz Rusiyanın bu addımına rəsmi olaraq etirazımızı bildirsək, onlar bunu Ermənistanın üstünə atacaqlar və bu tanklar ermənilərindir deyəcəklər. Baxmayaraq ki, bizim iki yüz ildən artıqdır kiminlə üz-üzə dayandığımızı bilməyimiz barədə Rusiya özü hamıdan yaxşı bilir.

Bu yerdə daim aktual xəbərlərin dəyərli olduğunu nəzərə alan Aktual.azın xəbər verdiyi belə bir başlıqlı xəbərə diqqət yetirək: “Ruslar baş kəsəndir, Qarabağı işğal ediblər”. Bu sözləri başımızı erməni bıçağı ilə 200 ildən artıqdır ki, kəsən Rusiya barədə deməyə daha çox bizim haqqımız olsa da, amma biz demirik, Ukraynanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Aleksandr Şevçenko deyib. Cənab A.Şevçenko Rusiyanın yürütdüyü siyasətdən, Ukrayna və keçmiş SSRİ-yə daxil olan digər ölkələrə qarşı aqressiv münasibətindən, həmçinin bir xalq kimi, rusların xüsusiyyətlərindən bəhs edərək sanki bizim də əvəzimizə hər şeyi çılpaqlığı ilə söyləyib: “Zamanında SSRİ tərəfindən, ələlxüsus 20-ci qurultayda hazırlanmış, xalqların sülh şəraitndə birgə yaşamaq konsepsiyasına inanan şəxslərdən biri idim. Düşünürdüm ki, Rusiya bu konsepsiyaya riayət edəcək. Amma nələr baş verir? Bu ölkə, faktiki olaraq, Şimali Osetiya və Abxaziyanı iğal edib, Dnestryanı bölgəni Moldovadan uzaqlaşdırıb, Azərbaycana qarşı Dağlıq Qarabağda aqressiyanı aktiv şəkildə dəstəkləyib. Ukrayna məsələlərində də eyni mövqedən çıxış etdi. Sonda isə rus insanının daxili aləmi ilə bağlı fikirlərimi bildirmək istərdim. Bu xalqın düşüncə tərzi olduqca sirlidir. Ancaq rus və sovet yazıçısı Viktor Astafyevin bu barədə gözəl kəlmələri var. O, deyirdi ki, rus insanı mehribandır - çay verər, yaxınlıq göstərər. Axşam isə səni kəsib - doğrayar. Odur ki, avropalılar, ruslardan qorxun, ehtiyatlanın”.

Əslində A.Şevçenko düz vurğulayır, Avropa qazının az olmasına görə Rusiyadan qorxmasa da amma ehtiyatlanmalıdır. Çünki, ABŞ rəsmiləri Avropanı Rusiya qazından “xilas” etmək üçün ən azı 5 il vaxt lazım olması barədə artıq öz fikirlərini bildiriblər. Bu isə o deməkdir ki, Avropa, eləcə də digər “plana” düşən dünya ölkələri hələ 2020-ci ilə qədər Rusiya qazının “təzyiqindən” əziyyət çəkəcəklər. Bunu isə yaxşı başa düşən Rusiya məqam düşmüşkən, irəlidəki bu 5 il və ya sovetlərsayaq desək, “beşillik” ərzində öz “planlarını” artıqlaması ilə doldurmaq istəyirlər. Hər işini plan üzrə quran Rusiya bununla da Krımın işğalına xərclədiyi təxminən 2 milyard dolları, Ukraynadan alacağı elə 2 milyard dollar qaz borcu ilə əvəzləmək istəyir. Bu isə o deməkdir ki, Rusiya Krımı Ukraynadan 2 milyardlıq qaza aldı. Hazırda Ukraynanın mövcud durumunda bu məbləği verə bilməməsi isə, Avropalıların əllərini ciblərinə salmasına vadar edir. Dolayısı ilə əgər Avropa qazlanmaq və ya qızınmaq istəyirsə, onda gərək əli ən azı beş il cibində olsun.

P.S. Kimin nə planı olursa olsun, bizim də öz Qarabağ planımız var, onu heç vaxt başqa planlara düşməyə imkan verməməliyik


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
25.03.2019, 10:03

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır

Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixrac etməsini dəstəkləyib
25.03.2019, 09:49

Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixrac etməsini dəstəkləyib

Gömrükdən  “Marlboro”  və kürü keçirmək istəyənlərin qarşısı alındı  - FOTO
25.03.2019, 09:44

Gömrükdən  “Marlboro”  və kürü keçirmək istəyənlərin qarşısı alındı  - FOTO

Nəsimidə ikimərtəbəli ev yandı
25.03.2019, 09:37

Nəsimidə ikimərtəbəli ev yandı

Ermənilər cəbhədə təxribatlara davam edir
25.03.2019, 09:32

Ermənilər cəbhədə təxribatlara davam edir

Bağdadi ilə bağlı yeni iddia
25.03.2019, 00:37

Bağdadi ilə bağlı yeni iddia

“Bizim ayıblarımızı diktatura rejimi örtürmüş” - Brilliant Dadaşova, VİDEO
25.03.2019, 00:28

“Bizim ayıblarımızı diktatura rejimi örtürmüş” - Brilliant Dadaşova, VİDEO

Azərbaycanın rəqibləri xal qazandı
25.03.2019, 00:01

Azərbaycanın rəqibləri xal qazandı

“Qırmızı Körpü”də külli miqdarda siqaret və kürü tutuldu
24.03.2019, 23:40

“Qırmızı Körpü”də külli miqdarda siqaret və kürü tutuldu

Fəhlə Oğuzda işlədiyi tikintidə öldü
24.03.2019, 23:23

Fəhlə Oğuzda işlədiyi tikintidə öldü

Rusiya Qazaxıstana şans vermədi
24.03.2019, 23:01

Rusiya Qazaxıstana şans vermədi

NATO baş katibi  Gürcüstanda
24.03.2019, 22:44

NATO baş katibi  Gürcüstanda

Goranboyda azyaşlının üstünə qaynar su töküldü
24.03.2019, 22:20

Goranboyda azyaşlının üstünə qaynar su töküldü

“Taliban”ın hücumu nəticəsində 10 hərbçi öldü
24.03.2019, 22:03

“Taliban”ın hücumu nəticəsində 10 hərbçi öldü

“Azərbaycan köçkünlərin Qarabağa qayıdışına dair sülhün imzalanacağına ümid edir” – İcma sədri
24.03.2019, 21:37

“Azərbaycan köçkünlərin Qarabağa qayıdışına dair sülhün imzalanacağına ümid edir” – İcma sədri

Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür
24.03.2019, 21:15

Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür

“Neftçi”nin çempion olacağı barədə mənə heç nə deyilməyib” – Qurban Qurbanov
24.03.2019, 21:01

“Neftçi”nin çempion olacağı barədə mənə heç nə deyilməyib” – Qurban Qurbanov

Hakim partiya İstanbulda izdihamlı mitinq keçirdi
24.03.2019, 20:46

Hakim partiya İstanbulda izdihamlı mitinq keçirdi

Finlandiyada Novruz bayramı qeyd edildi - FOTO
24.03.2019, 20:34

Finlandiyada Novruz bayramı qeyd edildi - FOTO

Bakıda dənizdə batan şəxs xilas edildi
24.03.2019, 20:19

Bakıda dənizdə batan şəxs xilas edildi

Eldar Sabiroğlu təcili Türkiyəyə aparıldı
24.03.2019, 20:02

Eldar Sabiroğlu təcili Türkiyəyə aparıldı

Gözlər yoldan yığılarmı... - XII YAZI   
24.03.2019, 19:47

Gözlər yoldan yığılarmı... - XII YAZI  

Millimizin baş məşqçisi: “Bizi bu sensasiyadan cəmi 10 dəqiqə ayırdı”   
24.03.2019, 19:31

Millimizin baş məşqçisi:Bizi bu sensasiyadan cəmi 10 dəqiqə ayırdı”  

Keçmiş məhkumlar Əli İnsanovun başına toplaşdılar - FOTO  
24.03.2019, 19:19

Keçmiş məhkumlar Əli İnsanovun başına toplaşdılar - FOTO  

Deputatlar QHT sədri ola, qrant ala bilməz? - Hüquqşünas AYDINLIQ GƏTİRDİ   
24.03.2019, 19:03

Deputatlar QHT sədri ola, qrant ala bilməz? - Hüquqşünas AYDINLIQ GƏTİRDİ  

Mixail Saakaşvilinin partiyasına yeni sədr seçildi   
24.03.2019, 18:54

Mixail Saakaşvilinin partiyasına yeni sədr seçildi  

Mir Şahinin 1 yaşlı “Real”ı
24.03.2019, 17:27

Mir Şahinin 1 yaşlı “Real”ı

Finlandiya XİN rəhbərinə hücum etmək istəyiblər
24.03.2019, 17:25

Finlandiya XİN rəhbərinə hücum etmək istəyiblər

Gürcüstanda yaşayan azərbaycanlı icra başçısı vəzifəsinə namizəddir
24.03.2019, 17:09

Gürcüstanda yaşayan azərbaycanlı icra başçısı vəzifəsinə namizəddir

Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019, 17:02

Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər

Bakıdan gedən qatarı bəy-gəlin qarşıladı - Fotolar
24.03.2019, 16:06

Bakıdan gedən qatarı bəy-gəlin qarşıladı - Fotolar

Əli İnsanov: “Cənab prezident! Qarşınızda xəcalət çəkirəm” - MÜRACİƏT
24.03.2019, 15:44

Əli İnsanov: “Cənab prezident! Qarşınızda xəcalət çəkirəm” - MÜRACİƏT

Ermənistanda analar oğullarını Qarabağa göndərmək istəmirlər - ETİRAZ
24.03.2019, 15:38

Ermənistanda analar oğullarını Qarabağa göndərmək istəmirlər - ETİRAZ

Postsovet məkanından olan 3 veteran terrorçunu ölüm haqladı
24.03.2019, 15:35

Postsovet məkanından olan 3 veteran terrorçunu ölüm haqladı

Məşhur meyxanaçı Aydın Xırdalanlı dəfn edildi
24.03.2019, 15:22

Məşhur meyxanaçı Aydın Xırdalanlı dəfn edildi

Almaniyalı alim: “Erməni konyakını əslində Tovuzda yaşayan almanlar yaradıb”
24.03.2019, 14:47

Almaniyalı alim: Erməni konyakını əslində Tovuzda yaşayan almanlar yaradıb

Nazarbayev yenidən prezident ola bilər
24.03.2019, 14:36

Nazarbayev yenidən prezident ola bilər

Qəzaya uğrayan gəmidən 338 nəfər təxliyə edilib
24.03.2019, 14:30

Qəzaya uğrayan gəmidən 338 nəfər təxliyə edilib

"Ola bilsin, Allah Trampı İsraili xilas etmək üçün göndərib..."
24.03.2019, 14:19

"Ola bilsin, Allah Trampı İsraili xilas etmək üçün göndərib..."

Türkiyədə hərbçilər qəzaya uğrayıb, ölən və yaralananlar var
24.03.2019, 13:47

Türkiyədə hərbçilər qəzaya uğrayıb, ölən və yaralananlar var

Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq
24.03.2019, 13:20

Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq

Çin Pakistana 2,1 milyard dollar kredit verir
24.03.2019, 13:12

Çin Pakistana 2,1 milyard dollar kredit verir

Zakir Həsənov ABŞ-a gedir
24.03.2019, 13:03

Zakir Həsənov ABŞ-a gedir

Füzulidə qatarla minik avtomobili toqquşub, ölən var 
24.03.2019, 12:10

Füzulidə qatarla minik avtomobili toqquşub, ölən var 

Təbii fəlakətdə ölənlərin sayı 732-yə çatdı
24.03.2019, 11:43

Təbii fəlakətdə ölənlərin sayı 732-yə çatdı

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib
24.03.2019, 11:29

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

Azərbaycan bu ölkə ilə viza müqaviləsi imzaladı
24.03.2019, 11:04

Azərbaycan bu ölkə ilə viza müqaviləsi imzaladı

ABŞ-da atışma: 1 ölü, 3 yaralı
24.03.2019, 10:49

ABŞ-da atışma: 1 ölü, 3 yaralı

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb
24.03.2019, 10:35

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb

Atəşkəs 23 dəfə pozulub
24.03.2019, 10:14

Atəşkəs 23 dəfə pozulub

ARXİV