14 noyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - MƏDƏNİYYƏT - Kadrarxası: “Kalyagin o məşhur ifadəni qışqıranda ağzından qan açıldı” - “İstintaq”ı Heydər Əliyev xilas edib
Kadrarxası: “Kalyagin o məşhur ifadəni qışqıranda ağzından qan açıldı” - “İstintaq”ı Heydər Əliyev xilas edib
21.06.2014, 16:49

Modern.az  saytı “Kadrarxası” layihəsini davam etdirir. Bu həftə kadraraxasında uzun illər keçməsinə baxmayaraq, hadisələri bu günümüzlə səsləşən “İstintaq” filminin yaradıcılarından biri, əsl sənətkar Rafiq Qəmbərovdur.

Arayış: 1947-ci ilin 31 dekabrında  Qroznı şəhərində anadan olmuş Rafiq Əli oğlu Qəmbərov 1966-1971-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində L.B.Kosmatovun emalatxanasında təhsil alıb. Bir neçə il Rusiyada Samara kinoxronika studiyasında, sonralar "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərin quruluşçu operatoru olub. Bir neçə filmdə fotoqraf-rəssam kimi də çıxış edib. 1998-ci ildə Azərbaycanın Fotoqrafçılar Birliyini yaradıb və 2007-ci ilə qədər bu təşkilata rəhbərlik edib. Hazırda portret fotolarının çəkilməsilə daha çox məşğuldur. İki övladı, bir nəvəsi var.

“İstintaq” filmi 1979-cu ildə lentə alınıb. Filmdə ölkədə baş verən ictimai-siyasi məsələlər, insanları narahat edən problemlər öz əksini tapıb. O dövr üçün SSRİ tərkibində olan bir ölkədə korrupsiya, banditizmə film həsr etmək çətin məsələ idi. Bütün çətinliklərə baxmayaraq, Rasim Ocaqov bu missiyanı öz üzərinə götürür və uğurlu bir film ərsəyə gətirir.

Filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov, quruluşçu rejissor Rasim Ocaqov, quruluşçu operator Rafiq Qəmbərov, rejissor Ramiz Əliyev, quruluşçu rəssam Fikrət Bağırov, bəstəkar Emin Sabitoğludur. Baş rollarda Həsən Məmmədov, Aleksandr Kalyaqin, Şəfiqə Məmmədova, Yelena Smirnova, Yevgeni Lebedev və başqaları çəkilib. 1980-ci ildə filmin yaradıcı heyətinə Düşənbədə keçiriliən XIII Ümumittifaq kinofestivalıda baş mükafat, 1981-ci ildə isə SSRİ Dövlət Mükafatı verilib.

Filmin ssenarisi real həyat hekayəsindən qaynaqlanıb

1977-ci ildə Rüstəm İbrahimbəyov tərəfindən “İstintaq” filminin ssenarisi təqdim ediləndə bu tandemin - ssenarist R.İbrahimbəyov və quruluşçu rejissor R.Ocaqovun çəkdiyi “Ad günü “ filmi o qədər böyük uğur qazanmışdı ki, onlara etmad edilirdi.

Rafiq Qəmbərov:  “Rasim Ocaqov “İstintaq”a qədər cəmi 3 film çəkmişdi. İlk dəfə “Qatır Məmməd” filmini çəkdi. Sonra “Tütək səsi”, 3-cü filmi isə “Ad günü” oldu. “İstintaq” filmi bizim ilk birgə işimiz idi. Ssenari ilə tanış olduqdan sonra onun qaynaq mənbəyini soruşdum. Rasim müəllim söylədi ki, “Rüstəm İbrahimbəyovun bir dostunu həbs ediblər. Rüstəm həmin dostunun yanına türməyə gedib-gələndə onların müəyyən söhbətləri oldu. Söhbətin əsasında da ssenari yaranıb”.

Maraqlıdır ki, film çəkilməzdən əvvəl R.İbrahimbəyovun eyni adlı povesti əsasında Dövlət Dram Teatrında tamaşa da səhnəyə qoyulub.


Rafiq Qəmbərov: “
Həmişə də mənə maraqlıdır ki, niyə bu fakt heç yerdə öz əksini tapmayıb. Rasim Ocaqov rejissor kimi ömründə bir dəfə teatrda tamaşa qoyub. Azərbaycan Milli Dram Teatrının səhnəsində”İstintaq” adında tamaşa oynanılıb. Pyesin müəllifi Rüstəm İbrahimbəyov idi. Filmdən qabaq səhnədə qısa müddət tamaşa oynanılıb. Baş rollarda tanınmış aktyorlar Məlik Dadaşov və  Hamlet Xanızadə olub. Tamaşa çox maraqlı idi. Aktyorlar rollarını özünəməxsus manerada yaratmışdı və obrazlar çox inandırıcı alınmışdı. Film istehsala buraxılanda əksəriyyət elə bilirdi ki, elə bu pyesin filmini çəkəcəklər və baş rollarda da həmin aktyorlar oynayacaq. “İstintaq” tamaşasında təqsirləndirilən şəxs rolunda Hamlet Xanızadə oynayırdı, müstəntiq rolunda isə Məlik Dadaşov. Çox da inandırıcı alınırdı”. 

“Əvvəlcə baş rollara Həsən Məmmədov və Hamlet Xanızadə təsdiq edildi”

Film  təsdiq edilir və kinossenari yazılmağa başlanır. Rasim Ocaqov hamıya bildirir ki, çoxlu sınaq çəkilişləri aparılacaq.

Rafiq Qəmbərov: “Əvvəlcədən bilirdik ki, Gülya roluna Şəfiqə Məmmədova çəkiləcək. Rasim müəllimin ona çox böyük inamı və etmadı vardı.

Bədii Şura və Rasim Ocaqovun qərarı ilə baş rola (müstəntiq) Həsən Məmmədov, təqsirləndirilən şəxs roluna isə Hamlet Xanızadəni təsdiq etdi. Həftənin cümə günü Bədii Şuranın toplantısında qərar açıqlandı və çəkiliş qrupu olaraq bildik ki, növbəti həftənin 1-ci günü çəkilişlərə başlanacaq. Rollar təsdiq edilib, kostyumlar, rekvizitlər çəkiliş qrupu tam hazır vəziyyətdədir, çəkiliş yerləri təyin olunub”.

Rasim Ocaqovun ani qərarı hər şeyi alt-üst etdi

Çəkliş günü Rasim Ocaqov kinostudiyaya gəlmir. Narahat olan heyət bununla bağlı müxtəlif reaksiyalar verir.  

Rafiq Qəmbərov: “İkinci rejissor Ramiz Əliyevdən nə baş verdiyini soruşdum. Ramiz dedi ki, “Rasim Bakıda yoxdur”. Məətəl qaldım. Ramiz mənə dedi ki, “Rasim filmə çəkilməyə başqa aktyorlar dəvət etmək üçün şənbə günü qəfildən Moskvaya uçub”.  Bu, bizim üçün tamamilə gözlənilməz oldu. Bir neçə gündən sora Rasim Moskvadan qayıtdı. Bizi yığıb dedi ki, sınaq çəkilişlərinə diqqətlə baxıb və aktyorların gözəl, ifalarına heç bir iradı yoxdur. Daha sonra “amma daxilində nəsə belə bir fikir yarandı ki, seçimim düz deyil” dedi.  Hamımız bu çıxışın nə ilə nəticələnəciyini intizarla gözləyirdik. Rasim Ocaqov elan etdi ki, filmdə müstəntiq rolunda SSRİ-də o zaman çox məşhur olan aktyor Aleksandr Kalyaqini çəkəcək. Təqsirləndirilən şəxs rolunda isə Həsən Məmmədovu görür. Bu qərarla çəkiliş heyətində tamamilə başqa bir ab-hava yarandı”.



Kalyagin Rasim Ocaqovla şərt kəsir

Məşhur sovet artisti ilə danışıqlar asan keçmir. A.Kalyagin həddən çox çəkilişlərdə olduğuna və teatrda oynadığına görə, xüsusi vaxt qarafikinin yaradılmasını istəyir.

Rafiq Qəmbərov: “Ssenari ilə tanış olduqdan sonra Kalyagin bildirmişdi ki, sınaq çəkilişləri aparmadan onu filmə çəkəcəklərsə, o zaman razılıq verəcək. “İstintaq” filminə qədər Kalyagin Bakıda olmamışdı. Kalyaginin daha bir şərti çəkilişlərin onun xüsusi qrafikinə əsasən həyata keçirilməsi oldu. Qərara alındı ki, onunla bağlı səhnələri bir dəfəyə 2-3 günə çəkilsin. Kalyagin həm də israr etmişdi ki, ona rahat olması üçün çəkiliş pavilyonları “Azərbaycanfilm” kinostudiyasında yox, Moskvada hansısa bir studiyanın ərazisində tikilsin. “Yalnız o zaman mən böyük məmnuniyyətlə sizin filmdə çəkilərəm” demişdi. Rasim müəllim onun bütün şərtlərinə əməl etdi, razılıq verdi, rəhbərlikdən çətinliklə də olsa icazə aldı”.

Rafiq müəllim bildirir ki, Rasim Ocaqovun istəyi üzərinə filmin aktyor heyətindən çıxarılan Hamalet Xanızadə filmdə çəkilməməsini ömrünün sonuna qədər heç vaxt bürüzə verməyib. Amma görünən o olur ki, aktyor bu hadisədən çox məyus olubmuş.



Rafiq Qəmbərov: “
Filmin çəkilişi sözün əsl mənasında ağır oldu. Çünki Kalyagin zəng vururdu ki, “5-ci gün gecə Bakıya gələcəm, 2-ci gün gecə qayıdacam Moskvaya”. O Bakıda olduğu müddətdə əlimizdən gələni edir, mümkün qədər çox çəkiliş həyata keçirirdik. Pavilyonları quruluşçu rəssam Fikrət Bağırov Moskvada ”Qorki” adına kinostudiyada tikmişdi. İki aya yaxın Moskvada yaşadıq. Bütün pavilyon çəkilişləri adətən gecə saat 21:00-da başlayıb səhərə qədər gedirdi. Kalyagin tamaşadan çıxıb gəldiyinə görə çəkilişlər gecə olurdu. Elə olurdu ki, 1 həftə heç nə çəkə bilmirdik, Kalyagini gözləyirdik. Bütün bunlara baxmayaraq film vaxtında təhvil verildi”.

“Moskvada filmi qəbul etmədilər”

Rafiq Qəmbərov: “Çəkiliş bitəndən sonra Rasim Ocaqov onu montaj elədi və təhvil verilməsi məqamı yetişdi. Məhz bu zaman böyük problemlər oldu. Kinostudiyanın Bədii Şurası filmi qəbul etdi və bildirdi ki, bəzi əyri-əskikləri var. Məsləhət olundu ki, Moskvaya aparıb orda SSRİ Kinomatoqrafiya İttifaqında göstərək. Rasim Ocaqov və Rüstəm İbrahimbəyov filmi Moskvaya apardılar. İttifaq filmi qəbul etmədi. “Aparın filmi öz ölkənizdə göstərin” dedilər. Bildirdilər ki, “SSRİ-də korrupsiya adında bir şey yoxdur”. Filmdəki mövzu elə açıq çalarlala əks olunmuşdu  ki, bu onları qorxudurdu və buna görə də qəbul etmirdilər. Onu da bildirdilər ki, əgər filmi ümumittifaq ekranına təhvil vermək istəyiriksə, o zaman təqdim etdikləri  40-a yaxın düzəlişi  yerinə yetirməliyik. Rasim kor-peşman Bakıya qayıtdı”.

“Filmi Heydər Əliyev xilas etdi”



Belə bir vəziyyətdə o zaman kinostudiyaya rəhbərlik edənlər - yazıçı Cəmil Əlibəyov və Kinomatoqrafiya Komitəsinin sədri Azad Şərifov qərara gəlir ki, filmi Kommunist Partiyasının Mərkəzi Komitəsinin 1-ci katibi Heydər Əliyevə göstərsinlər.

Rafiq Qəmbərov: “Xüsusi zalda Heydər Əliyev filmi izlədi və bəyəndi. Bildirdi ki, burada göstərilən problemlər hamısı düzdür, bunlar həqiqətən həyatada var. “Mən respublikanın rəhbəri olaraq bəyan edirəm ki, bu problemlər var və mən 1969-cu ildə 14 iyunda rəhbər təyin olunanda özümə məqsəd qoydum ki, korrupsiya ilə mübarizə aparacağam. Rəhbər olaraq filmi dəstəkləyirəm və Moskvaya zəng edib razılıq veridiyimi bildirəcəm. Mən istəyirəm ki, bu film SSRİ ekranına çıxsın”.

Heydər Əlieyvin bir zəngindən sonra film qəbul olunur.

Rafiq Qəmbərov: “ Filmə cüzi dəyişiklik edilərək Rasim müəllim tərəfindən yenidən Moskvaya aparıldı. Orada filmə “birinci dərəcə” verərək təsdiq etdilər. “1-ci dərəcə” o demək idi ki, film SSRİ ekranlarına çıxacaqdı və nüsxələrin sayı mindən çox olacaqdı. Beləcə SSRİ-nin bütün şəhərlərində film nümayişə icazə aldı. Filmin belə uğuru sırf Heydər Əliyevin adıyla bağlıdır. Kino haqqında hər hansı tədbirlər olan zaman Heydər Əliyev mütləq “İstintaq” filmi haqqında söhbət açırdı. Onun dəstəyilə filmə SSRİ Dövlət Mükafatı verildi”.



“Kalyagin məşhur “O-o-dur” nidasını elə həyəcanla qışqırdı ki, ağzından qan gəldi...”

Film faktik olaraq Bakıda və Moskvada çəkilib. Filmdəki zindan Moskvada pavilyonda tikilib.

Rafiq Qəmbərov: “Həsən Məmmədov və Aleksandr Kalyagin çox tez bir müddətdə dil tapdılar. Aktyorlar o dərəcədə bir-birini başa düşürdülər ki, him-cimlə, göz-qaşla anlaşırdılar. Bəzi səhnələrdə Rasim Ocaqov Kalyagindən daxili emosiyalarla danışmasını tələb edirdi. O isə bildirdi ki, “Rasim müəllim, bir az səbr edin, kulminasiya nöqtəsini görəcəksiniz. Mən bu rolu o qədər dəqiq dərk edib mənimsəmişəm ki, bilirəm harda neyləməliyəm”.
Söhbət sonuncu görüş səhnəsindən gedirdi. Filmdə müstəntiq Seyfi toya gedəcəyindən istintaqa kostyumda gəlir və Murada bildirir ki, bu son görüşləridir. Həmin səhnə çəkiləndə Kalyagin rola uyğun olaraq möhkəm əsəbiləşdi: “Səndən soruşuram odur?! Buna görə sən onu müdafiə edirsən?!”.
Epizodun birinci dublu çəkiləndən sonra Kalyagin icazə istədi. Səhnənin arxasına keçdi, tüpürdü və ağzından qan gəldi. Rola o qədər hakim idi, o dərəcədə özünü daxilən sıxmışdı ki, hətta boğazından qan da gəldi. Ona yarım saat vaxt verildi ki, özünə gəlsin. Çünki, boğazında kiçik damarlar partlamışdı. Özünə gələndən sonra Rasim müəllim ona bildirdi ki, “indi bildim ki, sən niyə səbr etməyimi istəyirdin”.

Rafiq Qəmbərov: “Şəfiqə xanımla Kalyagin çox yaxşı tərəf müqabili oldular. Hər aktyor filmdə öz dilində danışırdı. Heç bir problem yaranmadı. Şəfiqə xanım da Kalyaginin miqyasını bilirdi. Ona görə də çəkiliş müddətində heç bir problem olmadı. Filmdəki uşaqlar bir neçə uşaq arasından seçilmişdi. Heç biri aktyor ailəsindən deyildi”.

“İstintaq” filminin sonu müəmmalı bitir, tamaşaçı bilmir Murad öldü ya qaldı?



Rafiq Qəmbərov: “
Filmin hansı sonluqla bitməsi tamaşaçıların ixtiyarına verilib. Tamaşaçı yaxşı, pis sonluğu düşünməkdə sərbəstdir. Bildiyiniz kimi, həbsə düşən adamdan intihar edə biləcəyi bütün əşyalar alınır. Müstəntiqə onun intihar xəbəri veriləndə, o soruşur ki, “onda ip hardandır?”. Murad həbsə düşəndə onu özü ilə götürüb gizlətmişdi. Operator filmin sonluğunun açıq qalmasının təfərdarı olduğunu bildirir. Bu bir növ ümid yeri deməkdir. Qoy tamaşaçı fikirləşsin ki, bəlkə ölmədi, bəlkı sağdır. Biz hamımız başa düşürük ki, bu film indi də aktualdır. Bu günümüzlə səslənir”.

Rafiq Qəmbərov: “Kalyaginin uşaqlarla çəkməçiyə gəldiyi yer “Baksovet”də, “Axundov bağında” çəkilib. Çəkməçi rolunda Ağadadaş adlı gözəl aktyor oynayıb. Hər bir aktyor çox inandırıcı obraz yaratmışdı bu filmdə.

Muradın uşaqla dənizin kənarında qaçdıqları yer Novxanı çimərliyi idi. Yaxın olduğuna görə oranı seçmişdik. Murad öz ailəsilə dincəlir. Orada sanki azad quş kimi oğlu ilə uçurlar”.

““Azərbaycan”otelinin girişində əməli-başlı toy təşkil etdik”

Rafiq Qəmbərov: “Birinci işimiz idi. Filmdə improvizasiyalar az oldu. İlk birgə işimiz olmasına baxmayaraq, Rasim Ocaqov mənim təkliflərimə müsbət reaksiya verirdi. Hansısa təklifi bəyənməyəndə isə onu elə tərzdə deyirdi ki, adamın ruhu da incimirdi. Mənə bir dəfə tapşırıq verdi ki, Muradın kamera yoldaşı başını qaldırıb havaya baxacaq və deyəcək ki, “azadlığın xüsusi havası var”. Rasim müəllim bildirdi ki, “buna uyğun kadrlar seçməyi sənin öhdənə buraxıram”. 2-3 gün əl kamerasını götürüb şəhərə getdim. Kadrları çəkəndə çalışırdım ki, insanlar kameranın çəkdiyini hiss etməsin ki, kadr təbii alınsın. Onu xüsusi sənədli film kimi çəkdim və filmə əlavə etdik.

Bir də filmdə toy səhnəsində atanın rəqsi zamanı qızın iri planda görünüşü var. Təəccüblə atasına, sonra bəyə baxır. O epizodu xəbərsiz çəkmişdik. Həmin qız aktrisa deyildi. O vaxt “Azərbaycan” otelinin girişində əməli-başlı toy təşkil etdik. Yemək-içmək hər şey təşkil edildi. Ordakı insanlar hamısı dəvət olunmuş adamlar idi. Özümün 7-ci filmim olsa da, Rasim Ocaqovla ilk filmimiz idi deyə, çox həyəcanlı idim.

Ssenaridə yeganə olmayan epizod Kalyaginin ağır addımlarla uzaqlaşmasıdır. O addınlar həqiqətin səsi idi. Müstəntiq Seyfiyə vəd etdikləri ev verilmədi, bütün çətinliklər onun üzərinə çökdü. Amma buna baxmayaraq o, həqiqət uğrunda mübarizədən əl çəkmədi. İndi də az da olsa var elə adamlar...”.







Gülşən RAUFQIZI


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Anar
23.06.2014, 18:56

Çox gözəl araşdırmadır, davamı gəlsin inşallah...

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Türkiyədə bələdiyyə sədri vuruldu   
14.11.2018, 00:47

Türkiyədə bələdiyyə sədri vuruldu  

Avropada vahid ordu yaradılır
14.11.2018, 00:33

Avropada vahid ordu yaradılır

Solari "Real"ın baş məşqçisi oldu
14.11.2018, 00:15

Solari "Real"ın baş məşqçisi oldu

Orta məktəblərə təhsil robotları paylanılır - VİDEO
14.11.2018, 00:01

Orta məktəblərə təhsil robotları paylanılır - VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin  35-ci ildönümü qeyd edildi
13.11.2018, 23:46

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin  35-ci ildönümü qeyd edildi

Azərbaycan nefti bahalaşdı
13.11.2018, 23:29

Azərbaycan nefti bahalaşdı

İlham Əliyev: “Slovakiya ilə siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızı davam etdirəcəyik”
13.11.2018, 23:16

İlham Əliyev: “Slovakiya ilə siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızı davam etdirəcəyik”

Xüsusi təyinatlılar qəzaya düşdü: 4 ölü
13.11.2018, 23:02

Xüsusi təyinatlılar qəzaya düşdü: 4 ölü

Qusarda sərxoş qəssab yıxılıb öldü
13.11.2018, 22:43

Qusarda sərxoş qəssab yıxılıb öldü

Yunanıstanda təyyarə qəzaya uğradı
13.11.2018, 22:30

Yunanıstanda təyyarə qəzaya uğradı

Türkiyə ordusu 19 terrorçunu məhv etdi
13.11.2018, 22:17

Türkiyə ordusu 19 terrorçunu məhv etdi

Şabranda yol qəzasında piyada öldü
13.11.2018, 22:04

Şabranda yol qəzasında piyada öldü

“Nəsimi bazar”ı sökülərək yerində bina tikilir - VİDEO
13.11.2018, 21:50

“Nəsimi bazar”ı sökülərək yerində bina tikilir - VİDEO

Ombudsman ölümlə təhdid edildi
13.11.2018, 21:33

Ombudsman ölümlə təhdid edildi

İlham Əliyev Slovakiyanın Baş naziri  ilə görüşdü - FOTOLAR
13.11.2018, 21:19

İlham Əliyev Slovakiyanın Baş naziri  ilə görüşdü - FOTOLAR

Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır
13.11.2018, 21:09

Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır

Tramp iki yüksək vəzifəli şəxsi istefaya göndərir
13.11.2018, 20:55

Tramp iki yüksək vəzifəli şəxsi istefaya göndərir

Agentlik sürücülərə xəbərdarlıq etdi: Ehtiyatlı olun
13.11.2018, 20:41

Agentlik sürücülərə xəbərdarlıq etdi: Ehtiyatlı olun

Nazir məhkəmə sədrləri və hakimləri Şəkiyə topladı
13.11.2018, 20:27

Nazir məhkəmə sədrləri və hakimləri Şəkiyə topladı

Kartof maşınında külli miqdarda pirotexniki vasitələr aşkarlandı - FOTO, VİDEO
13.11.2018, 20:14

Kartof maşınında külli miqdarda pirotexniki vasitələr aşkarlandı - FOTO, VİDEO

“Ermənistandan səsləndirilən fikirlər diplomatik etika və protokola ziddir” - XİN   
13.11.2018, 20:01

“Ermənistandan səsləndirilən fikirlər diplomatik etika və protokola ziddir” - XİN  

Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq daşıyır
13.11.2018, 19:40

Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq daşıyır

Sabah Bakı və Abşeronun bu hissələrində qaz olmayacaq
13.11.2018, 19:34

Sabah Bakı və Abşeronun bu hissələrində qaz olmayacaq

İlham Əliyev D230 blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə sazişi təsdiqlədi
13.11.2018, 19:24

İlham Əliyev D230 blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə sazişi təsdiqlədi

Azərbaycan Braziliyada diplomatik yarmarkada təmsil olundu - FOTO
13.11.2018, 19:00

Azərbaycan Braziliyada diplomatik yarmarkada təmsil olundu - FOTO

Azərbaycanın və Slovakiyanın Baş nazirləri görüşdü
13.11.2018, 18:58

Azərbaycanın və Slovakiyanın Baş nazirləri görüşdü

“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrıldı
13.11.2018, 18:52

“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrıldı

Prezident nazir Muxtar Babayevə yeni vəzifə verdi
13.11.2018, 18:41

Prezident nazir Muxtar Babayevə yeni vəzifə verdi

Naqif Həmzəyev Gəncədə yeni körpünün tikilməsini  təklif etdi
13.11.2018, 18:25

Naqif Həmzəyev Gəncədə yeni körpünün tikilməsini  təklif etdi

Qənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdı   
13.11.2018, 18:24

Qənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdı  

“Normadan 2 dəfə çox insulin istifadə etməliyik”
13.11.2018, 18:22

“Normadan 2 dəfə çox insulin istifadə etməliyik”

“Yadplanetlilərin varlığını inkar edəcək heç nə yoxdur” – “Sabah” tələbəsi ilə “Atüstü söhbət”     
13.11.2018, 18:15

“Yadplanetlilərin varlığını inkar edəcək heç nə yoxdur” – “Sabah” tələbəsi ilə “Atüstü söhbət”     

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib - SİYAHI
13.11.2018, 18:12

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib - SİYAHI

FHN Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yaydı
13.11.2018, 18:10

FHN Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yaydı

Deputatdan banklara sərt İTTİHAMLAR
13.11.2018, 18:00

Deputatdan banklara sərt İTTİHAMLAR

Axşamın HAVASI: Külək əsəcək
13.11.2018, 17:58

Axşamın HAVASI: Külək əsəcək

Gövhər Baxşəliyeva alimlərin az maaş almağından narazıdır
13.11.2018, 17:50

Gövhər Baxşəliyeva alimlərin az maaş almağından narazıdır

YAP siyasi partiyalara verilən büdcə vəsaitini artırmağı TƏKLİF EDİR  
13.11.2018, 17:49

YAP siyasi partiyalara verilən büdcə vəsaitini artırmağı TƏKLİF EDİR  

Həsənquliyev hökuməti bütün şəhid ailələrinə yardım etməyə çağırdı
13.11.2018, 17:41

Həsənquliyev hökuməti bütün şəhid ailələrinə yardım etməyə çağırdı

Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi  
13.11.2018, 17:39

Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi  

Manat sabah hansı MƏZƏNNƏDƏ olacaq?
13.11.2018, 17:37

Manat sabah hansı MƏZƏNNƏDƏ olacaq?

Tramp Makronu “Twitter”də “vurdu”
13.11.2018, 17:30

Tramp Makronu “Twitter”də “vurdu”

Bakıda 46 köçkün ailəsinin yaşayış yeri yandı - Komitə sədri hadisə yerinə gəldi
13.11.2018, 17:22

Bakıda 46 köçkün ailəsinin yaşayış yeri yandı - Komitə sədri hadisə yerinə gəldi

“O rayonları həvəsləndirmək lazımdır” – Deputat məsələ qaldırdı
13.11.2018, 17:20

“O rayonları həvəsləndirmək lazımdır” – Deputat məsələ qaldırdı

Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
13.11.2018, 17:18

Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub

“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək
13.11.2018, 17:15

“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

“Yeni tikilən xəstəxanalar, idman kompleksləri sahibkarlara icarəyə verilməlidir”
13.11.2018, 17:14

“Yeni tikilən xəstəxanalar, idman kompleksləri sahibkarlara icarəyə verilməlidir”

Deputat qiymət artımına etiraz etdi
13.11.2018, 17:11

Deputat qiymət artımına etiraz etdi

Əflatun Amaşov media və təhsillə bağlı təklif verdi  
13.11.2018, 16:51

Əflatun Amaşov media və təhsillə bağlı təklif verdi  

Azarkeşləri “Qarabağ”ı cərimələtdi  
13.11.2018, 16:48

Azarkeşləri “Qarabağ”ı cərimələtdi  

ARXİV