19 may 2012, Şənbə
Laçınlı qız Ermənistan prezidentinə müraciət edib
Əli Həsənov Rusiya və İran səfirliyini ittiham etdi
“Eurovision”a görə 30-a yaxın məktəbdə dərslər dayandırılır

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə
Zaqatalada 6 bal gücündə zəlzələ olub
XİN: “Roy-Aylend ştatının qondarma rejimi tanımasının qarşısı alınacaq”
TQDK abituriyentlərin imtahan nəticələrini açıqladı
Mətbuat Şurası qəzetlərdən şikayətlərə baxıb – təsisçi baş redaktoru işdən qovub
Bakcelldə “Pulsuz Gecə Zəngləri” geri döndü
Elgiz Əkbər: ““Toy olsun” olmayacaq, başqa bir layihə hazırlayacağıq”
"Azərbaycanlıların buynuzunu qırdıq" - İran qəzeti xalqımızı təhqir etdi
Əflatun Amaşov Avropa təşkilatının üzvü ilə görüşüb
Üç ən böyük şirkət Bakının “Olimpiada-2020”yə ev sahibliyini dəstəklədi
Deputat: “İnanıram ki, Səfərbərlik Xidmətində maaş problemi həll olunacaq”
Müsavat qərar verdi - partiyanın qurultayı xaricdə keçiriləcək
Türkiyədə Laçının işğalı ilə bağlı tədbir keçirilib- FOTOLAR
“Bu həyəcan məni şəkər xəstəsi edəcək” – Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin sirri
General Novruzəli Orucova yeni vəzifə verildi
Müxalifət partiyaları Əli Həsənovla görüşə hazırdılar, amma... – Partiyaların cavabı
Nar Mobile şəbəkəsində problem yaranıb
QHT Şurasının fəaliyyətində yenilik oldu
Bakıdakı məktəblərdə fondpulu yığımından 90 şikayət olub

Xəbərlər arxivi

«

May 2012

»

 

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

     
 
New Page 2
A A A
Qızılhacılıların qara günləri
 20.07.2010, 12:36
Gürcüstanın Borçalı mahalında yaşayan soydaşlarımız Azərbaycandan kömək umurlar

Gürcüstanın bir çox rəsmi dairələri bu ölkədə yaşayan azərbaycanlıların vəziyyətinin normal olduğunu bildirsə də, soydaşlarımız bununla razılaşmır. Yəni vəziyyət heç də rəsmilərin dediyi kimi deyil. Gürcüstanda yaşayan azərbaycanlıların ən böyük problemi işsizlik və sosial təminatın aşağı olmasıdır. Marneulinin Qızılhacılı kənd sakini, avtomobil mühəndisi Əhməd dayı deyir ki, bir vaxtlar orta məktəbdə avtomobil texnikası üzrə dərs deyirmiş. Amma həmin fənn təhsil proqramından çıxarıldıqdan sonra işsiz qalıb. Ümidi taksi kimi istifadə etdiyi köhnə sovet maşınınadı, onun da gündə bir-iki müştərisi ya olur, ya da olmur: “İşimiz-gücümüz yoxdur, kimi deputat seçirlərsə, hamısı özü üçün çalışır. Azərbaycandan bura gələn şirkətlər də bizi işə götürmürlər. Hazırda Gürcüstanda Azərbaycana məxsus “Akkord” və SOCAR şirkəti fəaliyyət göstərir, amma onlardan bizə heç bir fayda yoxdur. Heç yerdən qazanc əldə edə bilmirik”. 

Əhməd dayının həyat yoldaşı Zeynəb xanım orta məktəbdə müəllimədi. Azərbaycanlı şagirdlərə gürcü dili dərsi keçir. Amma aldığı maaşla bircə dəfə bazara gedə bilir: “50 dollar maaş alıram, bu da 100 lari deməkdir. Bu qədər maaşla tək adam belə dolana bilməz. Dərs saatımızı artırmırlar, neçə illərdi bu belə davam edir. Amma şagirdlərimizin durumu bir az yaxşıdı,  Azərbaycan və Gürcüstan dövləti onları pulsuz kitablarla təmin edir”.


Qızılhacılı əhalisinin 40 faizi qazsızdır

Qızılhacılıların bundan da böyük dərdi var. Həmsöhbətimiz təqaüdçü Ramiz Əhmədov kəndə verilən qazdan istifadə edə bilməməsini ən böyük problem sayır. O, bu problemlə əlaqədar aidiyyatı orqanlara müraciət etməkdən yorulub: “Qızılhacılı Marneuli rayonunda böyük bir kənddir, kəndin 60 faizinə qaz çəkilib, qalan hissəsində isə ümumiyyətlə mərkəzi xətt yoxdur. Ona görə də biz 250 evin ərizəsini Gürcüstanda olan SOCAR şirkətinin sədri Mahir Məmmədova verdik. Ərizəmizi qəbul etdilər, amma nə bir cavab var, nə də bir nəticə”.
R.Əhmədov deyir ki, heç olmasa mərkəzi xətti çəksələr qalanını sakinlər öz hesablarına çəkərlər: “Gürcüstanda bir balon qazın qiyməti  26 laridir (12 manat- Ü.Q.), bir ailəni təmin etmək üçün isə ayda 52 larilik (26 manat – Ü.Q) qaz lazım olur. Amma evlərə qaz verilərsə, o daha ucuz başa gələr”.
Müsahibizmizin sözlərinə görə, mərkəzi xətti çəkmək üçün hər ailədən 600 lari (300 manat – Ü.Q) verilməsini tələb edirlər: “Buna da imkanımız çatmır. Odunun bir maşını da 800 laridir (400 manat – Ü.Q.), biz onu alıb ailəmizi təmin edə bilmirik. Buna görə də qışda soyuqdan dişimiz-dişimizə dəyir”. İş probleminə gəldikdə, vəziyyət daha acınacaqlıdı.  R.Əhmədov deyir ki, Gürcüstanda Azərbaycanın bir çox şirkətləri fəaliyyət göstərir: “Amma nə fayda, azərbaycanlılardan bir nəfəri belə işə qəbul edən yoxdur. Qəbul eləsələr də onların ya əmək haqqını vermirlər, ya da aldadırlar”.

“Azərbaycan dövləti bizə ikinci vətəndaşlıq hüququ versin”

Marneuli rayonunun yaşlı sakini Mamed Nəsibov isə Borçalıda sosial problemlərlə yanaşı, hüquqlarının məhdudlaşdırıldığını da deyir. Müsahibimizin sözlərinə görə, Borçalı bölgəsinin əksəriyyətini azərbaycanlılar təşkil etməsinə baxmayaraq, bəzən gürcülər onları bu yerlərə sonradan, yəni XVII əsrdən sonra gəlmiş xalq kimi göstərirlər:
“Biz burda vətəndaş kimi öz hüquqlarımızdan istifadə edə bilmirik. Yaşadığımız problemlərlə bağlı əvvəllər bir neçə dəfə Azərbaycan dövlətinə müraciət etmişdik, hətta Azərbaycan parlamentinin nümayəndələrindən biri bizimlə görüşə gələndə xahiş etmişdik ki, burda yaşayan azərbaycanlılara Azərbaycan vətəndaşlığı hüququ da verilsin. Bunu niyə istəyirdik? İlk növbədə Azərbaycanın yardımına ehtiyacımız vardı, həm siyasi, həm də mənəvi cəhətdən. Düzdür, o zamanlar arxada qaldı, amma bu gün yenə hiss edirik ki, həmin məsələlər bir daha təkrar olunmaqdadır. Məsələn, burdan Azərbaycana gedərkən çox böyük problemlər yaşayırıq, orda yaşayan doğmalarımıza burdan heç bir ərzaq apara bilmirik. İnsanların əlində olan ərzağı alıb ya geri qaytarırlar, ya mənimsəyirlər, ya da Xram çayına atırlar.  Burda yaşayan azərbaycanlılar da eyni xalqın nümayəndələridir, olmazmı ki, bizə qoyulan bu qadağaların qarşısı alınsın”. 

M.Nəsibov bildirir ki, həm Azərbaycan, həm də Gürcüstan sərhəddində qadağalar olsa da, problemi daha çox Gürcüstan sərhəddində yaşayırlar: “Biz Azərbaycan rəhbərliyindən, Milli Məclisdən xahiş edirik ki, bu məsələlərə diqqət yetirsinlər. Nə vaxta kimi burda hüquqsuz insan kimi yaşamaqda davam edəcəyik?”. Nəsibov işsizlik probleminin ucqar kəndlərdə daha çox olduğunu və əhalinin vəziyyətinin acınacaqlı olduğunu bildirir. O qeyd edir ki, şəhər mərkəzinə yaxın olan insanlar az da olsa ticarətlə qazanc əldə edə bilirlər. Lakin Marneuli, Bolnisi, Dmanisi kimi rayonların ucqar kəndlərində vəziyyət  həddindən artıq ağırdı.  İnsanlar təkcə mal-qara və qatıq-süd satmaqla dolanırlar.

Əhalinin 80 faizinin yaşayış səviyyəsi aşağıdır

Gürcüstan prezidenti Mixail Saakaşvilinin müsbət cəhətlərindən danışan həmsöhbətimiz deyir ki, bir çox sahələrdə onun yaxşı fəaliyyətini təqdir edirlər: “Gürcüstanda əmin-amanlıq yaranmasında, oğurluğun, əliəyriliyin qarşısının alınmasında böyük rolu var. Amma bununla yanaşı, ölkədə tətbiq olunan qanunların insanlarda aqressiya yaratması da danılmazdır. Bunlardan biri də insanlara həddindən artıq böyük məbləğdə cərimələrin təyin olunmasıdır”. M.Nəsibov deyir ki,  həmin məbləği beş il işləsə də ödəyə bilməz:
“Axı bu boyda cərimə tətbiq etməklə bizi hansı vəziyyətə salmaq istəyirlər? Ondansa, əl-qolumuzu bağlayıb aparıb həbsxanaya atsalar bundan yaxşıdı. Cərimənin cərimə həddi olar, bunu elə eləmək lazımdı ki, insanlar onun altından çıxa bilsin. Bu təkcə burda yaşayan azərbaycanlılar üçün deyil, Gürcüstanın hər yerində tətbiq olunur, belə məsələlərə gəldikdə prezidentə olan münasinbət dəyişir”.
Müsahibimiz bildirib ki, azərbaycanlıların işıq problemi də var və bunun müsbət istiqamətdə həll olunacağını gözləmirlər: “Düzdür, kənd işıqla təmin edilib, amma işıq idarəsindən verilən etimadnamələr bütün xalq arasında narazılığa səbəb olub.  Elektrik transformatorları xarab olanda idarəni maraqlandırmır, bizim üstümüzə atırlar. Elektrik dirəkləri hərəsi bir yana əyilib, məftillərin də altından keçmək mümkün deyil”.
M.Nəsibov qeyd etdi ki, Gürcüstanın Respublika Fondundan Qızılhacılıda yaşayan insanların sosial təminatının qarşılanması üçün 50 min lari (25 min manat – Ü.Q.) pul ayrılmışdı: “Yerli əhali də müraciət etdi ki, mərkəzi qaz xəttinin çəkilməsi üçün bu puldan istifadə olunsun. Çatışmayan hissəsini də insanlar arasında pul toplayıb düzəldə bilərlər. Amma o pul kommunal idarələrin kənddə görəcəyi işlərə xərcləndi. Yolun kənarlarına zibil qutuları qoydular, Qızılhacılının 700-800 metrlik ərazisində yolun kənarıyla işıq dirəkləri basdırıldı, yəni pullar yarasız yerə sərf olundu”.

Seçdiklərimizdən bizə bir haray yoxdu...”

M.Nəsibov deyir ki, hər seçkiqabağı qapı-qapı gəlib yalvarırlar ki, gəlib səs verin, problemlərinizi həll edəcəyik: “Həm rayon səviyyəsində seçilən deputatlar, həm də respublika səviyyəsində seçilən üç deputat yalnız şəxsi mənafeləri üçün çalışırlar. Xalqın qayğısına qalan yoxdu. Artıq neçə illərdir mən o seçkilərin heç birinə getmirəm, getməyimin onsuz da əhəmiyyəti yoxdur, çünki seçdiyimizin də bizə xeyri yoxdu”.

Tariximizi unutdurmağa çalışırlar...

Müsahibiz çıxış yolunu Azərbaycan rəhbərliyinə müraciət etməkdə görür:
“Mümkün qədər burda yaşayan azərbaycanlıların sosial təminatına diqqət yetirsinlər, Gürcüstan azərbaycanlılarının qayğısına qalsınlar. Çünki bizim  ağrılı günlərimizin acısını nə vaxtsa yenə Azərbaycan çəkməli olacaq, yəni insanlar burda dolana bilməyəndə, hüquqlarından istifadə edə bilməyəndə, burdan uzaqlaşmağa çalışacaqlar. Artıq bu proses gedir. Dmanisi, Bolnisi rayonlarında iki-üç mərtəbəli evlər sökülüb, sahibsiz qalıb, sakinləri Azərbaycana gedib. Ermənistandan qaçqın düşən soydaşlarımızın yükü Azərbaycan dövlətinin üzərinə düşdüyü kimi, eyni məsələ Gürcüstandan gələnlər üçün də təkrarlana bilər”.

Gürcüstan azərbaycanlılarını ən çox narahat edən məsələlərdən biri də Borçalıda olan bir çox rayon və kəndlərin tarixi adlarının dəyişdirilməsidir: “Bu gün Bolnisi rayonunda bir dənə də köhnə Azərbaycan kəndinin adı qalmayıb. Ancaq el arasında Muğanlı, Arıxlı, Faxralı deyirik. Növbə yavaş-yavaş gəlib Borçalının digər rayonlarına da çatacaq. Gələcək nəslimizin tariximizi bilmələri üçün bu məsələlərə diqqət yetirilməsini xahiş edirik”.

 

Qızılhacılı kəndinin bərbad yolları...

 

Qaz yoxdur, odundan istifadə edirlər...

 

Mamed Nəsibov: "Hər seçkiqabağı qapı-qapı gəlib yalvarırlar ki, gəlib səs verin".

 



Ülviyyə Quliyeva
Tiflis, Gürcüstan
 
 

 
Oxunub: 651
Çap variantı
Məktub göndər
Facebook-da paylaş

Şərhlər
Vusal
21-07-2010
Borcalinin problemleri artiq neche illerdi mevcuddu. Bu prblemlerin yaradicisi Qamsaxurdiya olsa da ondan sonraki hokumetler terefinden de davam etdirilir. Umud yeri Azerbaycan devletinin sert shekilde gurcustandan azerbaycanlilara qarshi ayri seckilik ve diger meselelerde normal vetendash yanasimasini gostermesi telebi olmalidir. Ve Borcaliya devlet ozel sermayeleri yatirlmalidir.






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
Son xəbərlər
18.05.2012, 22:10
 Zaqatalada 6 bal gücündə zəlzələ olub
18.05.2012, 21:16
 XİN: “Roy-Aylend ştatının qondarma rejimi tanımasının qarşısı alınacaq”
18.05.2012, 20:57
 TQDK abituriyentlərin imtahan nəticələrini açıqladı
18.05.2012, 19:02
 “Nar Mobile”nin rəhbərliyi təcili nazirliyə çağırılıb
18.05.2012, 18:40
 Mətbuat Şurası qəzetlərdən şikayətlərə baxıb – təsisçi baş redaktoru işdən qovub
18.05.2012, 18:27
 Bakcelldə “Pulsuz Gecə Zəngləri” geri döndü
18.05.2012, 18:20
 Elgiz Əkbər: ““Toy olsun” olmayacaq, başqa bir layihə hazırlayacağıq”
18.05.2012, 18:06
 "Azərbaycanlıların buynuzunu qırdıq" - İran qəzeti xalqımızı təhqir etdi
18.05.2012, 17:46
 Deputatlar nazirlərin Milli Məclisə hesabat verməsini tələb etdilər
18.05.2012, 17:08
 Əflatun Amaşov Avropa təşkilatının üzvü ilə görüşüb
18.05.2012, 17:08
 Üç ən böyük şirkət Bakının “Olimpiada-2020”yə ev sahibliyini dəstəklədi
18.05.2012, 16:49
 Deputat: “İnanıram ki, Səfərbərlik Xidmətində maaş problemi həll olunacaq”
18.05.2012, 16:30
 Müsavat qərar verdi - partiyanın qurultayı xaricdə keçiriləcək
18.05.2012, 16:26
 Türkiyədə Laçının işğalı ilə bağlı tədbir keçirilib- FOTOLAR
18.05.2012, 16:14
 “Bu həyəcan məni şəkər xəstəsi edəcək” – Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin sirri
18.05.2012, 16:13
 General Novruzəli Orucova yeni vəzifə verildi
18.05.2012, 15:52
 Müxalifət partiyaları Əli Həsənovla görüşə hazırdılar, amma... – Partiyaların cavabı
18.05.2012, 15:35
 Nar Mobile şəbəkəsində problem yaranıb
18.05.2012, 15:20
 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 3 aydır maaş verilmir
18.05.2012, 15:06
 QHT Şurasının fəaliyyətində yenilik oldu
18.05.2012, 15:01
 Bakıdakı məktəblərdə fondpulu yığımından 90 şikayət olub
18.05.2012, 14:53
 Prezidentin Sabirlə bağlı sərəncamı necə icra olunur?
18.05.2012, 14:25
 ABŞ ştatının parlamenti qondarma “DQR”i tanımağa çağıran qətnamə qəbul edib
18.05.2012, 14:09
 “Laçınsız...” filminin təqdimatı oldu - FOTOLAR
18.05.2012, 14:03
 Dayça diplomatiyası...
18.05.2012, 13:40
 Fərman Kərimzadənin qızı: “Əvvəlcə atamın, sonra da mənim əlyazmalarımı oğurladılar” – SÖHBƏT
18.05.2012, 13:28
 Səbail rayonunda polis 37 nəfəri saxlayıb
18.05.2012, 13:22
 Laçınlı qız Ermənistan prezidentinə müraciət edib
18.05.2012, 13:12
 Milli Məclisin yaz sessiyasının müddəti uzadılıb
18.05.2012, 12:47
 Əli Həsənov Rusiya və İran səfirliyini ittiham etdi
18.05.2012, 12:37
 Cəmil Həsənli: “Mitinqlərin “Eurovision”a mənfi təsiri ola bilməz”
18.05.2012, 11:53
 “Baku Crystal Hall”un 3D formartında görüntüləri nümayiş etdirilib
18.05.2012, 11:47
 Bu gün muzeylərə giriş pulsuz olacaq
18.05.2012, 11:42
 Bakının iki rayonuna içməli su verilməsində məhdudiyyətlər olacaq
18.05.2012, 11:23
 Azərbaycanda 151 nəfərə professor, 709 nəfərə dosent adı verilməsindən imtina olunub – Elmdə saxtakarlıq
18.05.2012, 11:17
 Nazirlik jurnalistlər üçün müsabiqə elan edib
18.05.2012, 11:01
 Təhsil Naziri 3 kollecin fəaliyyətini “kafi” qiymətləndirib
18.05.2012, 11:01
 Maliyyə Nazirliyi icra büdcəsinə dair sənədi Milli Məclisə təqdim edib
18.05.2012, 10:46
 Nizami Cəfərov: “Faktiki olaraq bu, repressiyadır”
18.05.2012, 10:27
 “Eurovision”a görə 30-a yaxın məktəbdə dərslər dayandırılır
Müəlliflər
İmdad Əlizadə

 Laçından aralı
Zülfüqar Hüseynzadə

 Dayça diplomatiyası...
Sultan Laçın

 LAÇINIM
Orxan Əli

 Bərdə qazisi nə işə baxır?
Safruh

 Ala qarğaya da bala gərək...
Zöhrə Fərəcova

 Jurnalistikamızda yeni mərəz – utanmazlıq
Hikmət Babaoğlu

 Panideyalar, mondializm və beşinci kalon
Nəzirməmməd Zöhrablı

 Qısqanclıq
Şirinxanım Kərimbəyli Şadiman

 Azərbaycan gerçəkliyi - I
Elçin Bayramlı

 Bir nazirin monoloqu
Faiq Ələkbərov (Qəzənfəroğlu)

 Azərbaycan türkçülüyü ideyası - II
Laçın Səmla

 “Mən inək yox, inəyimi istəyirəm”
Xanoğlan Əhmədov

 “Amaci” kəndimizdə

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı |
Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Müəllif hüquqları qorunur. Modern.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Copyright 2012 modern.az. All rights reserved. Powered by NextPoint LLC