26 fevral 2017, Bazar
Ana Səhifə - MEDİA - Mirşahin Ağayev onu ittiham edənlərə cavab verib
Mirşahin Ağayev onu ittiham edənlərə cavab verib
11.08.2010, 12:33

ANS-də Mirşahin Ağayevin Eynulla Fətullayev haqqında hazırladığı "Bədbəxt adam" filmi bərmənalı qarşılanmayıb. Həbsdə olan jurnalist barəsində ittihamlar səsləndirdiyi üşün Mirşahin Ağayevə iradlar bildirilməkdədir. Mirşahin Ağayev isə ona irad bildirənlərə cavab verib. Onun cavabı müxtəlif portallarda yerləşdirilib. Modern.az da həmin cavabı təqdim edir.

Hörmətli xanımlar və cənablar!

Mənim Eynulla barədə filmim- "Bədbəxt adam"- deyəsən doğru anlaşılmayıb. Adətən mən hansısa program və ya verilişimi sonradan şərh etmirəm. Amma bu dəfə vəziyyətin çox həssas olduğunu və xeyli suallar yarandığını nəzərə alıb bəzi məqamlara aydınlıq gətirməyə çalışacam.

Birincisi sifariş barədə: Eynullanı qeyri-ciddi birisi kimi qəbul edirəm. Bu belədir. Belə də olacaq.

İkincisi: Məh Eynullanı jurnalist hesab eləmirəm.

Üçüncüsü:
"Eynulla jurnalist üçün gərəkən start keyfiyyətlərini sürətlə itirdi" deyirəm və fikrimi istənilən ağıllıya da, cahilə də isbat etməyə hazıram.

Dördüncüsü: Biz onu Londona kursa aparmışıq, amma onu jurnalist edə bilməmişik. Bu da faktdır. Onu dəqiq və qərəzsizliyə öyrədə bilmədiyimizdən işdən govmuşuq.. Özü də mən!!! Şəxsən mən govmuşam! Bu da faktdır.

Beşincisi: Eynulla ANS-də çalişanda bizim təsirimiz altında az-çox obyektiv olmağa vadar edilirdi. Filmdə istifadə etdiyim "Nəzər nöqtəsi" verilişlərindən fragmentləri də bunun sübutu kimi qoymuşam. Kiməsə elə gəlirsə ki, kontekstdən çıxarılıb, bu yəqin Eynullanı həmişə ermənilərlə bir düşərgədə görən insanlardandı və heç cür inana bilmir ki, Eynulla da nə vaxtsa vətənlə eyni cəbhədə ola bilib. Amma nahaq yerə. Eynullanın da Azərbaycana işlədiyi məgamlar olub. Hər halda ANS-də bu olub. Mənim göstərdiyim həmin fraqmentlər Eynullanın hələ islah oluna biləcəyinə inananlar üçün saman çöpü rolu ola bilərdi!

Altıncısı: Anari müdafiə edirəm. Və mənə elə gəlir ki, Azərbaycana Eynullalar yox Anar kimi insanlar lazımdır. Anar DƏYƏRDİ. Eynullaya isa... dəyməz!

Yeddincisi:
Cəmiyyətin passivliyi var və mən onu milli mənəvi dəyərlərimizi qorumaq növbəsi gələndə fəal görmək istəyirəm. Yoxsa ölkə Eynullaların ölkəsinə çevrilir. Eynulla kimi adamkar Anardan avtoqraf almağı özləri üçün bəxtəvərlik saymalıdırlar, daha onu müzakirə etməli deyillər. Eynulladan tarixdə nə qalacag! Azərbaycana qarşı iş. Anardan isə AZƏRBAYCAN ÜÇÜN GÖRÜLƏN İŞ!

Səkkizincisi:
Eynulla həbsdən azad edilməlidir. Ona görə ki, o ölkənin bağırsağında çox qalıb və artıq ağrı verir. Bir ...a görə bu qədər ağri bəkməyə dəyməz. Və HƏR KƏS ÖZ ADI İLƏ ÇAĞRILMALIDIR! Jurnalist olmayan birisi jurnalist adı ilə Azərbaycana problem yaratmamalidir! Elə Eynullanin da səhvləri düzəltmək üçün bir gədər artıq vaxti olardı.

Doqquzuncusu:
Eynulla "AZERİTRİCOLOR"da Xocalı soyqırımı barədə yazılanların ona məxsus olmasını rədd edir, cidd-cəhdlə sübut etməyə, yerli məhkəmələri inandırmağa çalışırdı ki, bunu kimlərsə edib o yox!!! Avropa Məhkəməsi isə bunun əksini sübut etdi. Bildirdi ki, "HƏMİN FİKİRLƏR- XOCALIDA QƏTLƏ YETİRİLƏNLƏRİN AXC BATALYONLARI TƏRƏFİNDƏN GÜLLƏLƏNMƏSİ BARƏDƏ DEYİLƏNLƏR birmənalı şəkildə Eynullaya məxsusdur. Eynulla öz gələcək taleyi naminə bu QARA LƏKƏ barədə düşünməli və Avropa Məhkəməsini də bunu yazmadığına inandırmalıdır!!! Məncə buna nail olunarsa Eynullanın ləyaqətini qismən xilas etmək olar!

Onuncusu: Eynullanın ermənilərlə çəkdirdiyi şəkillər faktdır!!! Və bu ona şərəf gətirmir!!! Və nə qədər ki bu alçaq ləkə onun üzərindədir o Azərbaycanda rahat yaşamamaq aqibəti ilə üzləşəcək!!! Mən bunu istəmirəm. Eynullaya bunu arzulayan "dostlari" isə sadəcə anlamıram!!!


Sevda
11.08.2010, 03:20

Heyif ki, "Bədbəxt adam"a baxmamışam. Amma əlinə, ağzına sağlıq, Mirşahin! Tək elə bu cavabla ürəyimdən tikan çıxardın!

kamal
11.08.2010, 03:21

Anar ozu yaxshi deyib-hebsde olanin arxasinca danishmag insana yarashmaz. Bu makaron mirshahine en tutarli cavabdir. Ikincisi bu Allah yaratiqinin tezisleri o qeder mentiqsizdir ki adamin cavab vermeye dili gelmir. makaron Mirish qezetciliyi dadlilarin uzerinden yurudurse ayib olsun ona. Ucuncusu- yalanci potriotlug aci bir xestelikdir. efsusler olsun makaron mirish bu xesteliye yoluxub. Bu muqeddes ramazan bayraminda bu zata hidayet versin Dorduncusu bu Allah yaratiginin biznesi xeyli zeyifleyib. akulalarin yaninda cox zeif gorunur ona gore, bu adam bir zamanlar PKK ya terrorcu teshkilat demirdi NIYE GORE cavab versin

Elmeddin emi
11.08.2010, 03:50

Sagol Mirshahin.Senin qizil ONLUGUN mene lezzet eledi!

elmir
11.08.2010, 04:37

Elmeddin emi de Mirsahin xasiyyetdedirse, ona sozum yoxdu.

XAN
11.08.2010, 04:51

Çox bəsit arqumentlərdi.. Eynullanı intiriqant jurnalist kimi qəbul etsəm də onun həbsdə olmasını istəmirəm.. Eynulla niyə həbsdədi? Bunun səbəbi hakimiyyət daxilində gedən böyük mövqe savaşlarında tərəf kimi iştirak etməsidir.. Bununla da Eynulla özünü bitirdi.. Onun üzərində qurulan məhkəmə isə məzhəkə idi.. O ki qaldı Mirşahinə, bu veriliş nə onun səviyyəsinə, nə də peşəkarlığına yaraşmır. Mirşahini arqumentləri cığal uşağın şikayətlərinə oxşayır. Hər halda Eynullanın həbsdən çıxmasını gözləmək olardı. Ən azı etika xətrinə...

Vaqif
11.08.2010, 04:56

Eynulla əqidəsiz insandır. O. istənilən qüvvələr tərəfindən satın alına bilər. Necə ki. əvvəllər YAP-ın üxvü olub. İndi isə YAP-a muxalif olmaq adı ilə dövlətçiliyə xəyanət edir.

Seyfi
11.08.2010, 04:57

Mirshahin ozu de bedbext adamdi. Celal Eliyevin onun unvanina dediklerini yeqin xatirlayirsiniz......

Elşən
11.08.2010, 05:15

Sözügedən filmi görməmişəm, əleyhinə yazılanları da oxumamışam. Azərbaycanın ən yeni tarixinin ən namuslu salnaməçisi, müasir jurnalistikamızın canlı korifeyi kimi Mirşahinin özunün və sözünün sanbalı var. O nə deyir - düz deyir! Yalnız bir məsələdə razılaşmıram: Eynulla kimilərinin öz səhvlərini düzəldəcəyinə ümid bağlamağa dəyməz!

Elshen
11.08.2010, 05:38

Celal Eliyevin "mandaloshka" sohbeti hele de yaddashlardadir!

mister ekskluziv
11.08.2010, 05:46

Salamlar! Size eksdkluziv bir xeberi chatdirmaq isteyirem. Avqust ayinin sonlari sentyabrin evvelinde Eynulla Fetullayevin hebsxanadan buraxilmasi gozlenilir. Verilen melumata gore onun hebsxanadan cixmasi barede ferman olke bashcisi terefinden verilecek. Bashqa bir fermanla ise o Azerbaycan vetendashliqindan cixarila biler. Eynullanin Ingiltereye gedeceyi gozlenilir. Hazirda Eynullann azadliqa buraxilmasi istiqametinde hakimiyyetde addimlar atilir. ilkin olaraq PR kampaniyasina bashlanilmasi nezerde tutulur ki artiq Mirshahinin simasinda buna start verildi. ... Elave melumat olan kimi sizlerle bolusheceyem. Bu melumati derc edende muelliflik huququnu qoruyun. Muellif mister ekskluzivdir....

Zaur
11.08.2010, 07:41

Belə çıxır ki, hamı namusunu, qeyrətini itirib. Qeyrətli, vətənpərvər insan tək Mirşahindir? Deyirem adamın neçə üzü olar. Çox maraqlıdır, bu "Bədbəxt adam" filmi ilə Mirşahin kimin sifarişini yerinə yetirdi? Kimin işinə yaramış oldu?

Sabir Məmmədov
11.08.2010, 08:21

Düzü bir vətəndaş kimi Eynulla Fətullayevi o qədər də yaxşı tanımıram. Amma Mirşahini televiziyadan çox yaxşı tanıyıram. Cəlal Əliyev Mirşahin haqqında o vaxt nə demişdisə düz demişdi. Çünki Cəlal Əliyev çox informasiyalı adamdı. Onun bildikləri bir şey var idi ki, Mürşahinə lazım olan sözləri deyirdi. Mirşahin o zaman "Hesabat" jurnalında təhqir yazmışdı və Cəlal Əliyev təhqirə düz olaraq təhqirlə cavab vermişdi. İndi baxıram ki, Mirşahin indi də Eynulla adlı jurnalisti təhqir edir. Çox keçməz yəqin yenə təhqirə təhqirlə cavab alacaq.

Abid
11.08.2010, 08:26

Elsen eger makaron mirish korifeydirse onda Ugur Dundar Birand Ali Kirica nedir ay oruc tutmayan muselman. Yixilana balta vurmazlar bu kadar acik ve nedtdir bu.sadece makaron mirish PA dan sifarish alib

elnur
11.08.2010, 08:34

Abid, sen duz deyirsen

Natiq
11.08.2010, 08:37

Yaxşı ad tapmısınız - makaron miriş. Birini də mən deyim - MEBEL MİRİŞ.

Elşən
11.08.2010, 09:13

Məmləkətdə tərbiyəsizliyin bu qədər artması çox fəna bir haldır. Mirşahin istedadla söyməyi bacarır... Ey təhqir yazanlar, sizlər bunu bacarmırsınız... və təhqirə əl atırsıhız... Ayıb olsun!

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
26.02.2017, 02:19

Xocalıdakı son toy - Foto

26.02.2017, 01:20

Prezident hər qadına 40 manat 8 mart hədiyəsi verir

26.02.2017, 00:53

Səudiyyə Ərəbistanı İraqa yeni səfir göndərir

26.02.2017, 00:35

Erməni əsirliyində olmuş keçmiş hərbçi 24 ildən sonra öz xilaskarı ilə görüşdü - VİDEO  

26.02.2017, 00:21

Türkiyə parlamentinin Xocalı bəyanatı – EKSKLÜZİV

26.02.2017, 00:17

Yerevanın növbəti Qarabağ TƏXRİBATI Məqsəd NƏDİR?

26.02.2017, 00:12

Piyadalara hücum edən silahlı sürücü güllələnib

26.02.2017, 00:00

25 yaşlı Xocalı soyqırımı - FOTOLAR

25.02.2017, 23:49

Sarayevoda Xocalı soyqırımı ilə bağlı beynəlxalq konfrans keçirilib

25.02.2017, 23:35

8 PKK terrorçusu məhv edilib

25.02.2017, 23:16

Koreya liderinin qardaşını öldürən qadına 90 dollar verilib

25.02.2017, 23:14

Ermənistan Azərbaycanın hərbi potensialından qorxuya DÜŞDÜ  

25.02.2017, 23:09

Səfir: “Çox az adam həmin gecədən sağ qaldı ki, o qanlı tarixə şahidlik etsin”  

25.02.2017, 23:00

Kərkükdə neft quyusu partladılıb

25.02.2017, 22:44

Ölkəyə gizli yolla 18 min dollar gətirmək istəyi baş tutmadı

25.02.2017, 22:29

Jurnalist reportajdan sonra minaya düşüb öldü - Video  

25.02.2017, 22:13

Ermənistan səfirliyi qarşısında aksiya - Video

25.02.2017, 21:55

Gəncə sakini alnından bıçaqlanıb

25.02.2017, 21:41

Yük maşını maksimum sürətindən daha artıq sürətlə "radara düşüb" - Video

25.02.2017, 21:27

“Buradan heç yerə gedən deyilik” – Ağdam sakini, Video

25.02.2017, 21:14

Məhsullarımız ilk dəfə “Gulfood 2017” sərgisində

25.02.2017, 20:57

Təxribata yol verən erməni idmançı ilə müqavilə pozulub

25.02.2017, 20:39

"Bu təxribatlar ermənilərin ənənəvi, köhnə taktikalarıdır"

25.02.2017, 20:30

Saxta viza hazırlayan axtarışa verildi

25.02.2017, 20:20

Məktəblilər Bakıda "Xocalı fləşmobu" göstərdilər - FOTOLAR  

25.02.2017, 20:16

Gölün daşması nəticəsində Aşağı Güzdəkdə evləri su basıb

25.02.2017, 20:09

Cocuq Mərcanlıda mərmi və raket gilizi aşkarlanıb

25.02.2017, 20:00

“Hərbi təxribatlar Ermənistan üçün əsas alətə çevrilib" – Bahar Muradova

25.02.2017, 19:01

“Bu qanunsuz "referendum" kimi siyasi təxribatlarının davamıdır” - XİN

25.02.2017, 18:15

Ordumuz düşmənin atəş nöqtəsi və uçuş aparatını məhv edib - VİDEO

25.02.2017, 17:55

Ohanyan: "Ermənistanı ciddi bədbəxtlik gözləyir"

25.02.2017, 17:31

Berlində Xocalı soyqırımının 25-ci ildönümü anılıb

25.02.2017, 17:09

Qarabağdakı döyüşlərlə bağlı mediaya XƏBƏRDARLIQ

25.02.2017, 16:50

Məşhur ekspert cəbhədəki vəziyyət HAQDA: “Qarabağda müharibə qaçılmazdır”

25.02.2017, 16:30

Avstraliyanın Melburn şəhərində Xocalı şəhidləri anıldı – FOTOLAR

ARXİV
SORĞU
“Hansı din xadiminə, dini ekspert və ya ilahiyyatçıya inanırsınız?”
Şeyxülislam Allahşükür Paşazadə(0.24%)
Hacı Sabir Həsənli(0.16%)
Hacı Fuad Nurullayev(0.01%)
Vasim Məmmədəliyev(0.26%)
Rafiq Əliyev(0.11%)
Hacı İlqar İbrahimoğlu(38.3%)
Hacı Şahin Həsənli(57.5%)
Elşad Miri(3.28%)