20 yanvar 2019, Bazar
Ana Səhifə - MÜSAHİBƏ - Mirzə Sakit: “Azərbaycandakı ilahiyyatçıların hamısı nağılbazdır” - MÜSAHİBƏ
Mirzə Sakit: “Azərbaycandakı ilahiyyatçıların hamısı nağılbazdır” - MÜSAHİBƏ
15.07.2015, 12:20

“Siyasətçilər həmişə dindarlardan "burunotu" kimi istifadə edirlər"

“Pul xərcləyib Həccə getmək ən böyük günahdır”

Modern.az saytının “Siyasətçi və din” rubrikası davam edir. Növbəti qonağımız Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) keçmiş üzvü, hazırda Belçikada mühacirətdə olan, tanınmış satirik şair Mirzə Sakitdir.

- Mirzə, bəzi ateistlər iddia edir ki, mövhumatın, xurafatın, cahilliyin səbəblərindən biri də ilahi hesab edilən dinlərdir. Bunun dindən qaynaqlanıb-qaynaqlanmadığı ayrı müzakirə mövzusudur. Siz ümumilikdə, dindarların da, ateistlərin də qarşı çıxdığı cəhaləti satirik, Sabir üslubu ilə necə tənqid edərdiniz?

-Az qalıram kürsüyə mən dırmaşam,
İstəyirəm mən də müsəlmanlaşam
Həmdi-xuda bir dənəyik dində biz,
Həccə gedib gəldi bütün bəndəmiz.

Kim ki, deyir indi mənəm ən təmiz,
Zikr oxuyub səcdə düşüb anlaşam
İstəyirəm mən də müsəlmanlaşam

- Arada yazılarınızdan belə başa düşülür ki, uşaqlığınızda oruc da tutmusunuz, namaz da qılmısınız....

- Bəli, namaz da qılmışam, oruc da tutmuşam.. Heç peşman da deyiləm, amma sevinirəm ki, tez ayıldım və özümü öz daxili əsarətimdən xilas edə bildim.

- Ümumiyyətlə, orucun, namazın fəlsəfəsi, fəzilətləri haqqında ilahiyyatçıların irəli sürdükləri iddialarla razısınızmı?

- Bu ayinlərin heç bir məntiqli fəlsəfəsi yoxdur. Namaz da, oruc da ümumiyyətlə, ibadət çox təhlükəli bir siyasətin metodikasının məhsuludur.
İnsanları bu yolla bəşəri dəyərlərdən, sivil və real həyatdan uzaqlaşdırmaq üçün bu cür viruslu tryuklar düşünüblər..

- Mirzə, anladıq ateistsiniz, dini leksikonla desək, kafirsiniz. Bəs nə zamandan dindən üz döndərdiniz?

- Sən demə mən heç dinə yaxın olmamışam, sadəcə, vaxtilə mənim namazqılma prosesim də bilgimin az olmasından irəli gəlib. Dinə yaxın olsaydım, bu günə qədər o bəlanın qəfəsləri içində qalardım. Demək bu bir növ zərərli vərdişə adət etməyimin məhsulu imiş və o zərərli vərdişdən tez uzaqlaşdım..

- Din xadimlərinin əksəriyyəti bildirir ki, dünya texnoloji kəşflərinin ideyası “Quran”dadır. Bununla razılaşırsınızmı?

- İnsan getdikcə kamilləşməyə doğru istiqamətlənir, püxtələşir. Beş il bundan öncə buraxdığın səhvləri təkrarlamamaq üçün özündə şəffaf və aydın reformlar etməyə çalışmalısan. Keçmişlərdə buraxdığın səhvlərə görə heç kim səni qınamamalıdır, səni o zaman qınaya bilərlər ki, sən o səhvləri yenidən təkrarlamış olarsan... İlahiyyatçıların uydurduqları illuziyaların içində o qədər gülməli sözlər olur ki, o ilahiyyatçılara az qalırsan maskaradçı deyəsən...

- Məsələn...

- Hal-hazırda istifadə etdiyimiz Facebook sosial şəbəkəsində yazılan statuslara, rəylərə edilən “layklar” haqda o ilahiyyatçılardan soruşsan, dərhal deyəcəklər: “Bəli, "layk" “Quran”da açıq şəkildə göstərilib.

- “Qurani-Kərim”i oxumusunuz?

- Mən “Quran”ı başdan-ayağa, 114 surəsinin hamısını oxumuşam. Skandinaviya dastanlarına bənzər nağıllar kitabıdır. Mən “İncili” də oxumuşam.

- Uşaqlıq illərinizdə, dindar vaxtlarınızda hansı maraqlı dini ayinlərin şahidi olmusunuz?

- Əmim qatı dindar idi, hər Məhərrəmlikdə bizə zülm edərdi, gecə yarısına qədər cərgələmə oturardıq, əmim nöhə deyərdi, biz də sinə vurardıq. Bir dəfə əmim donuzun çox murdar heyvan olmağından söhbət açmışdı. Dedim “ay əmi, bax tutaq ki, Allah babamız bütün yeyilən halal heyvanları, quşları məhv etsə və ancaq donuzu saxlasa, sən acından ölməmək üçün onun ətini yeyərsənmi?”.
Əmim qəzəblənərək qarşısındakı stəkanı mənə tolazladı və stəkan başımda qırıldı... Bir dəfə də məni Şümür rolunda oynamağa məcbur etdilər. Sonra imamların xətrinə məni döyməyə başladılar. Qaydaya görə, məni yavaşca vurmalı idilər, amma bunların əllərinə fürsət düşmüşdü deyə, məni əməlli-başlı təpiklədilər. Gördüm ki, bu gözüqızmışlar məni öldürəcəklər, əllərindən bir təhər çıxıb "imamları"nı söyə-söyə meşəyə tərəf götürüldüm..

- Din haqqında çox qalmaqallı düşüncələrə malik Mirzə Sakit Azərbaycandakı ilahiyyatçılarla debata girə bilərmi?

- Qətiyyən. O adamlarla ikicə dəqiqəlik polemika aparmaq vaxta xəyanət etmək deməkdir.. Mən elələri ilə danışanda darıxıram, ürəyim sıxılır, çünki o qədər absurd sözlər danışırlar ki, adamın nəfəsi çatmır, sanki karbon qazı buraxırlar..

- Azərbaycanda hansı ilahiyyatçını savadlı, dinin mükəmməl bilicisi hesab edirsiniz?

- Onları savadlı yox, nağılbaz kimi tanımaq olar. Tərkibində işıqlı bir yol olmayan nəsnə haqda danışanları necə savadlı adlandırmaq olar axı?..

- Deyəsən spirtli içki içirsiniz. Həm də dinə qarşısınız. Cəhənnəm qorxusu sizi narahat etmir?

- İçki bu dünyanın ən gözəl məhsullarından biridir, amma əlbəttə ki, onu da qaydasında içəsən.. Hal-hazırda mən aylarla araq içə bilmirəm, çünki burda (Belçikada-red.) kiminlə içim axı... Bəzən dostlarla rastlaşanda oturub içirik. Amma pivə içirəm, niyə də içməyim... İçəndə yazılar da yaxşı alınır. Qaldı ki, cəhənnəm qorxusuna, əgər belə bir məkan varsa da, mən niyə qorxmalıyam? Cəhənnəmdən ayətullahlar, şeyxlər, ilahiyyatçılar qorxsunlar..

- İnsanları dinə olan mövqeyinə görə cənnətlə və ya cəhənnəmlə müjdələyən dindarlara nə cavab verərdiniz?

- Onlara burdan səsələnərək deyirəm ki, ayıbdır, insanları aldatmayın! Ağlı olan, beyni ilə düşünən bir adam heç vaxt Allahdan Məhəmməd “peyğəmbərə” vəhylər gəlməsinə inana bilməz.
Gedin nə ibadət edirsiniz edin, təki o qaranlıqlarınızı gənc nəslin üzərinə çökdürməyin. Sizlər qara, qorxulu kabuslarsınız. İncitməyin insanları. Bəşəri dəyərləri zədələməyin.

- “Tövrat”, “İncil” sizin düşüncənizdə nədir?

-
“Tövrat” da, “İncil” də, “Zəbur” da, “Quran” da... dördü də "Atos, Patos, Aramis və Dartanyan"dı. Başqa heç nə..

- ADP sədri Sərdar Cəlaloğlu “Quran”ı elmi şəkildə izah etdiyini deyir və bildirir ki, bununla bağlı kitab da yazır. Bu, siyasətçi meyarları üçün adekvatdırmı?

- Sərdar bəy nə yazırsa özü bilər, yazdığı da hədis kitablarından biri olacaq. Amma çox istərdim ki, camaatın beyninə zərərli toxumalar yayan yazılar olmasın. Siyasətçinin oturub aylarla din haqqında nəyisə yazması, siyasətdən tükənməsinin göstəricisidir. Yəqin Sərdar bəy də Fazil Lənkəraninin hədislər kitabının alternativini yaratmaq istəyir.

- Mirzə, bəzən deyilər ki, biz “qılınc müsəlman”ıq. Bu fikrə necə reaksiya verərdiniz ki, qılınc kimi iti olsun...

- Qılınc müsəlman o demək deyil ki, bizi qılınc gücünə müsəlman ediblər. Qılınc müsəlman o deməkdir ki, müsəlman ancaq qan tökmək, öldürmək, baş kəsmək haqda düşünür.

- “Quran”da möminlər üçün cənnət şərabı vəd edilir. Din adamları isə deyir ki, o şərab başqadır, yəni biz anladığımız şərabdan deyil. Sizcə, o şərab necə olar?

- Təxminən Hacı İbrahim Nehrəmlinin içdiyi viski kimi olar yəqin. O sözdə "Şər" sözü varsa, onu niyə cənnətdə istehsal edirlər axı? O şərabı ki, cənnətdəki mələklərlə içəndə məst olmayacaqsan, niyə içirsən?.. Yəqin ki, cənnət şərabının dozası daha artıq olar...

- Mirzə, sizi bu fikirlərinizə görə topa tutacaqlar. Yaxşı heç olmasa bunu bir az yumşaq şəkildə izah edin: şiəlik yoxsa sünnilik?

- Heç nədən qorxmuram, kim nə desə cavabını alacaq. Şiə-sünni mövzusu ilə bağlı müsəlman dünyasında vahid mövqe yoxdur. Yəhudilər və başqa millətlər müsəlmana qarşı yararlanmaq üçün şiəliyi, sünniliyi ortalığa atıblar. “Quran”da bu haqda nəsə yoxdusa, bəs dindarlar niyə görə sünni-şiə davası aparırlar?
Göründüyü kimi, bu adamların məqsədləri heç də "Allah yolu"na xidmət etmək yox, insan övladını cahilliyə sürükləyib kölə kimi idarə etməkdən ibarətdir. Siyasətçilər həmişə dindarlarla birgədilər və yaxud da dindarlardan "burun otu" kimi istifadə edirlər. Dindarlar nə qədər cahilliyi çox təbliğ etsələr, siyasətçilərə o qədər də çox sərf edir. Bunu günümüzün reallıqlarında da hər zaman görürük..

- Deyirlər ki, “halal kolbasa”ları yemək olar. Sizcə, kolbasaların tərkibində donuz əti olanda onu yemək olmaz?

- Əgər donuzu da Allah yaradıbsa, niyə Allahın yaratdığına qarşı çıxırlar? Müsəlman mollanın cibində xaçpərəstin icad etdiyi telefonu, altında yenə də xaçpərəstin icad etdiyi avtomobil. Onu qəbul edir, amma o gözəl donuzu niyə qəbul etmir axı? Bu, Allaha qarşı çıxmaq deyilmi?!

Qeyd edirlər ki, insanın anatomik baxımdan bədənindəki orqanları eynilə donuzdakı kimidir. Bunu həkimlər və baytarlar da təsdiq edə bilərlər. Əgər desələr ki, donuzun orqanizmləri insan orqanizmləri ilə oxşar olduğuna görə yeyilməsi düzgün hesab olunmur, bu başqa məsələ. Amma Allahın göndərdiyi heyvana qarşı çıxmaq ədalətsizlikdir.

- 124 min peyğəmbərin hamısının tarixdə mövcud olduğuna inanırsınız?

- Belə çıxır ki, ta qədimdə Allah bir zavod tikibmiş, o zavodun “stanok”larından ancaq peyğəmbər istehsal edirmiş... Onun da cəmi doqquzuna nəbilik verib, qalanlarına da deyib ki, siz testdən yaxşı çıxmadınız. Əzizlərim, insanlar bioloji varlıqlardılar, milyard illərdir ki, insan mövcudluğu olub. Getdikcə, sivilizasiyaya doğru istiqamətləniblər..

- Həcc ziyarətinə gedənlər arasında dələduzlar olsa da, inanıb gedənlər və əməli salahelər daha çoxdur. Ümumiyətlə, Həccə getmək sizə görə vacibdirmi?

- Bu gün Həccə getmək üçün yüksək məbləğdə pullar xərcləmək ən böyük günahlardan hesab olunur. Öz ölkəsində minlərlə insanın maddi cəhətdən əziyyət çəkdiyini, çoxsaylı xəstələrin müalicəyə pulları olmadığı üçün dünyalarının dəyişdiyini görüb o pulları aparıb hansısa dələduz dindarların, şeyxlərin ciblərinə qoymağın adı çox əcaib səslənir..

- Dini hədəf aldığınıza görə “Quran”ın məntiqi ilə siz əsl cəhənnəmliksiniz. Cəhənnəmə düşəndə bu sözlərinizə görə peşman olmayacaqsınız?

- Mən cəhənnəmə düşsəm, sevinərəm, ən azı ona görə ki, cənnətə "düşən" ayətullahları, din üləmalarını görməyəcəm. Cəhənnəmin sakinlərinə də deyəcəm ki, siz xoşbəxt adamlarsınız ki, o iblislərdən uzaq düşmüsünüz..

- Bəs cənnətdə necə?

- Cənnətə düşsəm, bir mələk tapıb onunla evlənəcəm, çoxlu uşaqlarımız olacaq, uşaqlar da böyüyüb orda mikrarayon tikəcəklər.

Aqşin Kərimov


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
15.07.2015, 21:33

Saçını saralt, get belçikalılarla pivə iç.Belə adamlardan zəhləm gedir.Bir iki dılğır şer yazıb özünü bir şey zənn edir..

Abdurrahman
15.07.2015, 22:10

Bir onu düz dedin: "Sən demə mən heç dinə yaxın olmamışam." Yaxın olmadığın, haqqında heç nə bilmədiyin bir inanc barəsində bu cür əminliklə danışmaq özü ən böyük cahillikdir. Bundan başqa, məlum olur bu kafirin dinə olan antipatiyası hardan qaynaqlanır. Bu adam bir çoxları kimi İran dinini İslam kimi tanıyıb, ona görə də İslamı heç vaxt tanımayıb.

15.07.2015, 22:12

Mirzə Sakit özü-özünü təkzib edir. Həccə getmək üçün pul xərcləməyi günah hesab etdiyini deyir. Günaha deyəsən inanır ha, gülməlidir. Günah da dindən gələn sözdür.

Şamxal
15.07.2015, 22:26

Darıxma ömrün böyük hissəsi gedib. Bir gün görəcəksən qəbirdəsən, onda sənə hər şeyi ətraflı başa salacaqlar. Görüm o zamanda bu cur danışacaqsan?

Aftandil
15.07.2015, 23:29

Butun fikirləri ilə raziyam.Yalniz kor olmaq lazimdiki islamin daxil olduqu cemiyyetleri cehenneme cevirdiyini gormeyesen ve quranda yazilan insan oldurmek kimi emrlerin allahdan geldiyine inanasan

oxucu
15.07.2015, 23:52

Sağ olsun səni buradan didərgin salanlar. Azərbaycanda allahsızlara yer yoxdur, inşallah.

kisi sozu
16.07.2015, 00:47

bu serefsiz dushe elime didib buraxaram bunu!Allah cc hec seni yaxina buraxmayib axi belcikaya niye qacmisan ay sulek?pula satmisan dovletini milletini ordan nagil danisirsan

elwen
16.07.2015, 00:51

bu musahibe ve kecen seferki musahibe hamisi duwunulmuw ideyalardi.bu insanlar taktiki gediwle insanlarin beynini yemey isdeyir. mysahibe alan da onnan geri qalmir.Meqsedli wekilde alinmiw musahibe.Allah sizi pewman edecek...

Yaşar
16.07.2015, 05:39

Adını şair qoymusan,amma bu qədər mənəviyyatın kasıbdı . susmaq həmişə ağıllı olduğunun təcəssümü deyil,amma heç olmasa axmaq görünə bilməsinin qarşısını alır . Yaxşısı sus,o "ağzıgöyçək" ağzını amma . Yumşaq desək tərbiyəsiz "guya insan".Müsahibə alan da lap ürək bulandıran ,ara qarışdıran suallar verir . sənədə ayıb olsun.

Gülnarə
16.07.2015, 06:21

bu insana bir ad vermək olar - ZƏMANƏMİZİN DƏCCALI - vəssala, Allah buna göstərəcək Quran nağıldımı yoxsa nədirmi? Ar olsun elə bir insana, buna Azərbaycanlı deməyə belə utanaram

hafiz
16.07.2015, 08:01

Sən niyə bu qədər islami dəyərlərimizə asisən? Məgər lotu mollalar, yalançı dindarlar, dini alver vasitəsinə çevirənlər dinimizin simalarıdır? Məgər Allahın varlığını və böyüklüyünü sübut etmiş dahi idealist filosofların -Platonun, Aristotelin, Farabinin, İbni-Sinanın, Nizaminin, Füzulinin, Kantın və s-in atılan dırnaqlarından biri ola bilərsən? Sən nəkarəsən ki, müqəddəs kitabları, fazil elm və din adamlarını, Allahın elçilərini, cənnət və cəhənnəmi inkar etmək gücündə olasan? Bir verdiyin o dayaz və cəfəng müsahibənə baxıb xəcalətdən yerə gir! Şeytanın dal ayağı olduğunu dərk etmirsənsə, deməli, xəstə və psixsən. Yazdığın o şeirlər də Salman Rüşdinin "Şeytan ayələri"ndən geri qalmaz. İmam Qəzali demişkən tövbə et ki, Allahın tövbə qapıları həmişə onun günahkar bəndələrinin üzünə açıqdır. Yenə də Allah Sənin qələti-kəbirlərini bağışlasın, Sənə Allah yar olsun deyirəm!

17.07.2015, 01:41

Ərəb nağılına allahın dini deyənlər Türk yox,ərəbdirlər.

Sadiq
17.07.2015, 08:58

kafir Allah kerimdi qadirdi inwaAllah o gorsedecey sene her weyi

haqq
17.07.2015, 10:12

Sen nece xalqin adından danishirsan.Qorxaq kimi gedib otUrmusan belcikada.deyir namaz sildim aydın. Namaz senden uzaqlashib. Allahin qoydugu sabunları riayet gelemeyen faksın adindatln danish bilmez

heyder
17.07.2015, 10:18

Allah sene ağıl versin yeqin ölüm anında Firon kimi tövbe edersen onda da gec olacaq

Baxisov
21.07.2015, 12:47

Ağıl nemətinə görə Allaha şükürlər olsun

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İnsan özünün ya həkimidir, ya qənimi - Məşhur loğman YAZIR
20.01.2019, 14:41

İnsan özünün ya həkimidir, ya qənimi - Məşhur loğman YAZIR

Dağıstanda sosial problemlər...
20.01.2019, 14:17

Dağıstanda sosial problemlər...

İmişlidə yol qəzası: ölən və yaralananlar var
20.01.2019, 14:00

İmişlidə yol qəzası: ölən və yaralananlar var

Xalq şəhidlərin xatirəsini ehtiramla yad edir - FOTOLAR
20.01.2019, 13:45

Xalq şəhidlərin xatirəsini ehtiramla yad edir - FOTOLAR

Məzarsız şəhid, yaxud itkin düşmüş arzular...
20.01.2019, 13:32

Məzarsız şəhid, yaxud itkin düşmüş arzular...

Sevgilisinin məktubunu saxladığım şəhid
20.01.2019, 13:20

Sevgilisinin məktubunu saxladığım şəhid

Azərbaycanda ağır qəza: 3 yaralı var 
20.01.2019, 13:10

Azərbaycanda ağır qəza: 3 yaralı var 

Həftənin ilk iş gününün HAVASI
20.01.2019, 13:00

Həftənin ilk iş gününün HAVASI

Bakıda avtobus qəzası: yaşlı qadın ağır yaralandı - FOTO
20.01.2019, 12:45

Bakıda avtobus qəzası: yaşlı qadın ağır yaralandı - FOTO

“İslahat tərəfdarlarını gözdən salmağa çalışırlar” - Qüdrət Həsənquliyev
20.01.2019, 12:33

“İslahat tərəfdarlarını gözdən salmağa çalışırlar” - Qüdrət Həsənquliyev

Həm peşə, həm də Vətən borcu...   
20.01.2019, 12:21

Həm peşə, həm də Vətən borcu...  

Qara dənizdə azərbaycanlı kapitanın cəsədi tapıldı
20.01.2019, 12:06

Qara dənizdə azərbaycanlı kapitanın cəsədi tapıldı

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi 
20.01.2019, 12:00

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi 

20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlandı – VİDEO
20.01.2019, 11:50

20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlandı – VİDEO

“Mehman Hüseynov məsələsini şişirdib Azərbaycana qarşı istifadə edirlər” - Mübariz Qurbanlı
20.01.2019, 11:43

“Mehman Hüseynov məsələsini şişirdib Azərbaycana qarşı istifadə edirlər” - Mübariz Qurbanlı

Bakıda piyada keçidində vurulan qadın həkimdir
20.01.2019, 11:39

Bakıda piyada keçidində vurulan qadın həkimdir

Meksikada baş vermiş faciədə ölənlərin sayı 76-ya çatıb
20.01.2019, 11:34

Meksikada baş vermiş faciədə ölənlərin sayı 76-ya çatıb

İranlı şairənin inqilabı
20.01.2019, 11:22

İranlı şairənin inqilabı

"Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər" - Komitə sədri
20.01.2019, 11:21

"Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər" - Komitə sədri

20 Yanvar bütün türk dünyasının qürur günüdür - SƏFİR
20.01.2019, 11:10

20 Yanvar bütün türk dünyasının qürur günüdür - SƏFİR

Kamil Cəlilov: “20 yanvar hadisələrində mənim çalğım olmasaydı” - VİDEO   
20.01.2019, 10:56

Kamil Cəlilov: “20 yanvar hadisələrində mənim çalğım olmasaydı” - VİDEO  

İçki məclisində dava düşdü - Bir nəfər bıçaqlandı
20.01.2019, 10:53

İçki məclisində dava düşdü - Bir nəfər bıçaqlandı

Paytaxda yaşayış binasında yanğın   
20.01.2019, 10:36

Paytaxda yaşayış binasında yanğın  

Bakıda bu yollar bağlıdır - SİYAHI
20.01.2019, 10:34

Bakıda bu yollar bağlıdır - SİYAHI

20.01.2019, 10:29

"Arsenal" "Çelsi"ni məğlub etdi - VİDEO

Azərbaycanda zəlzələ olub
20.01.2019, 10:21

Azərbaycanda zəlzələ olub

Prezident və birinci xanım şəhidləri yad etdilər   
20.01.2019, 10:14

Prezident və birinci xanım şəhidləri yad etdilər  

Ermənilər rayonlarımızı atəşə tutdular
20.01.2019, 10:11

Ermənilər rayonlarımızı atəşə tutdular

20 yanvar hadisələri beynəlxalq hüquq kontektində   
20.01.2019, 10:00

20 yanvar hadisələri beynəlxalq hüquq kontektində  

Azadlıq yolunda qalxan bir vuruş...   
20.01.2019, 09:45

Azadlıq yolunda qalxan bir vuruş...  

ABŞ-da Azərbaycanı tanıdan işgüzar xanım...
20.01.2019, 09:38

ABŞ-da Azərbaycanı tanıdan işgüzar xanım...

Rusiyanın Qara dəniz donanması ABŞ gəmisinə qarşı
20.01.2019, 00:58

Rusiyanın Qara dəniz donanması ABŞ gəmisinə qarşı

Gülən xarici ölkələrdə gizlənən təşkilat üzvlərindən danışdı
20.01.2019, 00:32

Gülən xarici ölkələrdə gizlənən təşkilat üzvlərindən danışdı

Alimlərdən XƏBƏRDARLIQ: Uşaqlara qarşı bu hərəkətləri etməyin
20.01.2019, 00:14

Alimlərdən XƏBƏRDARLIQ: Uşaqlara qarşı bu hərəkətləri etməyin

Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir
20.01.2019, 00:00

Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir

Sürücülərə ŞAD XƏBƏR: Bu ərazilərdə dayanmaya icazə veriləcək - VİDEO
19.01.2019, 23:46

Sürücülərə ŞAD XƏBƏR: Bu ərazilərdə dayanmaya icazə veriləcək - VİDEO

“Heç bir ABŞ prezidenti mənim qədər iş görməyib” - Tramp
19.01.2019, 23:26

“Heç bir ABŞ prezidenti mənim qədər iş görməyib” - Tramp

Miqrantları daşıyan gəmi qəzaya uğradı - 117 itkin
19.01.2019, 23:13

Miqrantları daşıyan gəmi qəzaya uğradı - 117 itkin

İSESCO ilk dəfə olaraq 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı
19.01.2019, 22:52

İSESCO ilk dəfə olaraq 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı

Putin xaç suyuna girdi - VİDEO
19.01.2019, 22:35

Putin xaç suyuna girdi - VİDEO

Avropa İttifaqından daha bir ölkəyə sanksiya
19.01.2019, 22:17

Avropa İttifaqından daha bir ölkəyə sanksiya

Qadın özünü yanan binadan yerə atdı - VİDEO
19.01.2019, 21:58

Qadın özünü yanan binadan yerə atdı - VİDEO

Türkiyə 54 min suriyalıya vətəndaşlıq verib
19.01.2019, 21:41

Türkiyə 54 min suriyalıya vətəndaşlıq verib

“Qarabağ” Çexiya klubuna qalib gəldi
19.01.2019, 21:26

“Qarabağ” Çexiya klubuna qalib gəldi

Aksiyada 12 nəfər saxlanıldı
19.01.2019, 21:15

Aksiyada 12 nəfər saxlanıldı

Bakıda sərnişin avtobusu qəza törətdi
19.01.2019, 21:01

Bakıda sərnişin avtobusu qəza törətdi

Hərbi helikopter qəza təhlükəsi ilə üzləşdi
19.01.2019, 20:46

Hərbi helikopter qəza təhlükəsi ilə üzləşdi

Abituriyentlərin DİQQƏTİNƏ: Qəbul proqramı nəşr olundu
19.01.2019, 20:31

Abituriyentlərin DİQQƏTİNƏ: Qəbul proqramı nəşr olundu

Meksikadakı partlayışda 66 nəfər öldü
19.01.2019, 20:19

Meksikadakı partlayışda 66 nəfər öldü

Əli Əhmədov: “Səbəb müxalifətin sosial dayaqlarını itirməsidir”
19.01.2019, 20:01

Əli Əhmədov: “Səbəb müxalifətin sosial dayaqlarını itirməsidir”

ARXİV