29 avqust 2016, Bazar ertəsi
Ana Səhifə - MEDİA - Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr...
Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr...
28.10.2010, 16:04

Modern.az saytı xeyli vaxtdır ara verdiyi “Media əhvalatları» rubrikasını yenə davam etdirir. Rubrikamızın budəfəki qonaqlarını təqdim edirik. Əhvalatları “525-ci qəzet”in əməkdaşı Pərvanə Sultanova, “Demokrat qəzetinin baş redaktoru Mustafa Hacıbəyli və müstəqil jurnalistlər Rəsul Mirhəşimli, Zaur İbrahimli danışır.

Pərvanə Sultanova, “525-ci qəzet”in əməkdaşı

“Akkreditasiya.., o nə sözdür..?”

- Bu yaxınlarda redaksiyamıza bir xanım jurnalist gəlmişdi. Dediyinə görə, ixtisasca hüquqşünasdır, həm də qəzet redaktorudur. Düzü, qəzetin adı yadımda qalmayıb. Amma xanımı narahat edən o idi ki, parlamentin iclaslarına, rəsmi tədbirlərə dəvət almır. Bunun yolunu öyrənmək istəyirdi. Ona redaksiyamızın əməkdaşlarından biri dedi ki, bunun üçün Milli Məclisdə akkreditasiyadan keçməlidir. Deyəsən xanım jurnalist və hüquqşünas bu sözü ilk dəfə   eşidirdi. Əməkdaşımızdan sözün mənasını soruşdu, deyəsən yenə də başa düşmədi və sonra da xahiş etdi ki, o “a” hərfiylə deydiyi sözü bir vərəqə yazıb ona versin…

«Mən eyni vaxtda iki dövlət qəzetinə müsahibə verə bilmərəm…”

Azərbaycan Avropa Şurasına yeni qəbul olunmuşdu və o zaman qurumun Parlament Assambleyasının sessiyaları çox gərgin keçirdi. «Xalq qəzeti»ndə çalışırdım və hər sessiyadan sonra da nümayəndə heyətinin üzvlərindən biri ilə görüşüb, müsahibə alırdım. Hazırkı rabitə və informasiya texnologiyaları naziri, o zamanki deputat Əli Abbasov da o vaxt AŞPA-da Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil idi. Əli Abbasova zəng etdim ki, sessiyanını yekunları ilə bağlı müsahibə alım. Amma nə qədər təkid etdim razılaşmadı. Bildirdi ki, «Azərbaycan» qəzetinə də müsahibə verib: «Mən kiməm ki, eyni vaxtda iki dövlət qəzetinə müsahibə verim. «Azərbaycan» parlamentin orqanıdır deyə razılaşdım. Sizin qəzetə müsahibə verə bilmərəm. Özbaşına deyiləm ki, qoy qəzetinizin baş redaktoru Prezident Aparatına zəng vurub ya Əli Həsənovdan, ya da Fatma Abdullazadədən icazə alsın».

Əli Abbasov görəndə ki, mən də əl çəkmirəm, axırda bildirdi ki, «Azərbaycan» qəzetində çıxan müsahibəsindən istifadə edim, əlavə suallarım da olsa zəng vurum. Mən də düşündüm ki, müsahibənin fərqli olması üçün qəzetə baxmaq yaxşı olardı, amma «Azərbaycan»da müsahibə dərc olunmamışdı. Yenidən Abbasova zəng etdim və biləndə ki, yazı dərc olunmayıb çox həyəcanlı şəkildə dedi: «Görürsünüz, deməli, məsləhət olmayıb ki, verməyiblər də. Sən Allah məni işə salmayın. Gedin başqa deputatlardan yazın da, nə yapışmısınız məndən əl çəkmirsiniz».

Cavab verdim ki, “axı AŞPA-dakı başqa deputatlarımızdan çox yazmışam…”.

Amma artıq Əli müəllim telefonu söndürmüşdü, «Azərbaycan»qəzetində müsahibənin dərc olunmaması onu çox narahat etmişdi. Mən isə daha onu narahat etməyin mənası olmadığını anladım.

“Namus müəllim” 

- 2004-cü ildə Azərbaycandan bir qrup jurnalist Polşada səfərdə idi. Səfəri ABŞ-ın Beynəlxalq Jurnalist Mərkəzi təşkil etmişdi və  Dövlət Departamenti maliyyələşdirirdi. Trenirlər də ABŞ-dan idi. Qrupun tərkibində jurnalist Zülfüqar Xeyrxəbər də var idi. Zülfüqar səfər zamanı qızlara ciddi «nəzarət» edirdi. Biz də zarafatla onun adını “Namus müəllim” qoymuşduq. Varşavadan geri dönəndə təyyarədə ona “Namus müəllim” deyə müraciət edəndə, Zülfüqarın yanında əyləşən və azərbaycanlı olan bir nəfər həm təəccüblə, həm də gülümsəyərək «mənim adımı hardan bilirsiniz? Deyəsən məni tanıyırsınız?» deyə cavab verdi. Sən demə həmin kişinin adı da Namus imiş…

Rəsul Mirhəşimli, müstəqil jurnalist

İşdən çıxarmaq, yoxsa boşamaq…

-
Qəzetlərin birində işləyərkən eşitdik ki, baş redaktor operator xanımı işdən çıxarıb. (Həmin baş redaktor indi ölkədən uzaqda yaşadığı, operator xanım isə mətbuatdan kənar sahədə işlədiyi üçün heç birinin adını yazmıram-R.M).
Operatorun işlədiyi müddətdə heç bir ciddi qüsuru olmadığı üçün bizə onun işdən çıxarılması çox haqsız görünmüşdü. Səbəbini soruşdum. Həmin xanım cavab verdi ki, heç bir səbəb yox idi. Sadəcə olaraq, baş redaktor onu işdən çıxaranda bircə bunu deyə bilmişdi: "Xasiyyətimiz tutmur!".
Həmin xanımın işdən çıxarılmasına çox əsəbləşsəm də, bircə onu dedim ki, bu adamı işdən çıxarmaq deyil, boşamaqdı!

Sosial yazıları şerlə yazmaq istəyən müxbir...

- Gündəlik qəzetlərin birində baş redaktorun müavini işləyirdim. Qəzetlərə yazmaq həvəsində olan çoxlu insanlar gəlir. Bu gələnlər də daha çox şeirlərinin çap olunmasını istəyir. Bir gün yenə  şeir yazmaqda iddiaçı olan bir nəfər gəlmişdi. Ona bildirdik ki, bizdə şeir çap olunmur. Əgər, istəyirsə, yazmağı bacarırsa, bu mövzuda, sosial problemlərdən bəhs edən yazılar gətirsin, məmnuniyyətlə dərc edərik. Amma adamın şeir çap etdirmək yanğısı onu tərk etmirdi. Bizim yalnız sosial problemləri işıqlandıran yazı istəyimizdə israr etdiyimi görən həmin şəxs redaksiyadan ayrılarkən ümidlə "kompromis" təklifini verdi:
- Olar ki, mən həmin sosial yazıları satirik dildə şeirlə yazım?!

Mustafa Hacıbəyli, “Demokrat” qəzetinin baş redaktoru

Mustafa Hacıbəyli Elçibəyin müsahibəsini “saxtalaşdırıb”

- Elçibəy Kələkidən yeni qayıtmışdı, o vaxt mən “525-ci qəzet”də çalışırdım.

Bəylə müsahibənin vaxtını razılaşdırıb AXCP-nin Xaqani 33-dəki qərargahına getdim. Suallarımı qabaqcadan kağıza yazmışdım, diktofon üçün yeni “batareyka”lar almışdım. Bəylə təqribən 1 saat söhbət elədik, rəhmətlik çox dərin, amma dağınıq danışırdı. Sonda mənə tapşırdı ki, müsahibəni qəzetə verməzdən əvvəl onu Pənah Hüseynə göstərim, ehtiyac olsa, düzəliş eləsin.

Redaksiyaya qayıdıb müsahibəni köçürməyə başlayanda məlum oldu ki, söhbətin cəmi 5 dəqiqəsi diktofona yazılıb, sonra “batareyka” zəifləyib (yəqin ki, brak çıxıb) və diktofon işləməyib. Başıma belə bir iş gəldiyini Bəyə deməyə utandım. Təsəvvür edin, kişini 1 saat danışdırasan, sonra da deyəsən ki, diktofon yazmayıb.

Yaxşı ki, sualları kağıza yazmışdım. Başladım onun cavablarını yadıma salıb, bunu öz cümlələrimlə yazmağa. Bir qəzet səhifəsi həcmində müsahibə düzəltdim. Sonra Bəylə razılaşdığımız kimi, onu Pənah Hüseynə göstərdim. Pənah bəy ilk suala verilən cavabda xeyli düzəliş elədi. Mənim öz cümlələrimlə yazdığım hissəyə isə heç toxunmadı və oxuyub başa çatandan sonra dedi: “Hiss olunur ki, üzərində xeyli işləmisən”. 

Zaur İbrahimli, müstəqil jurnalist

“Mərkəz”dən gələn jurnalist polisi necə qorxudub?

- 2003-cu il prezident seckiləri zamanı Gəncəyə ezamiyyətə getmişdik. “Yeni Azerbaycan” qəzetindən Elbrus Cəfərli, o vaxt “Mərkəz” qəzetində işləyən Ramiz Mikayıloğlu və mən. Mən “Paritet” qəzetindən getmişdim. Ora gecə çatdıq. Şəhərin mərkəzi meydanında, İcra Hakimiyyətinin binası qarşısında müğənni Manananın şıdırığı konserti gedirdi. Konsertin lap qizğın vaxtına çatmışdıq. Meydan polislər tərəfindən əhatəyə alınmışdı.

Qabağa, rəsmilər olan yerə kecmək istəyərkən polislər bizi saxladı və soruşdular ki, “kimsiniz, hardan gəlmisiniz, haea soxulursunuz?”.
Mən cavab verdim ki, “jurnalistik”. Ramiz də əlavə elədi ki, “jurnalistik, şəkillərlə bağlı gəlmişik”.
Səs- küy çox olduğundan bizi pis eşidən polis qabaqda duran Ramizdən bir də soruşdu ki, “hardan gəlmisən, hardan..?”.
Ramiz ucadan dedi ki, “Mərkəz”dən! Polis tez ciddiləşərək dedi ki, "həəə, Mərkəzdən gəlmisənsə, olar, qabağa kecə bilərsiniz".
Polis elə başa düşmuşdü ki, mərkəzdən, yəni yuxarıdan gəlmişik. Sovet düşüncəsinin insanları hələ də tərk etmədiyinin bir daha şahidi olduq.

Modern.az


jurnalist
28.10.2010, 08:34

Bilmirem nedendir, amma getdikce hemkarlarimin yumor hissi yox olur. Ya onlarin bashina gelenler o qeder de gulmeli deyil, ya da onlar yashadiqlari maraqli hadiseleri gulush doquracaq qeder yazmaq istemeyiblar. Bele baxanda onlari qinamiram da. Cunki qayqilari qelem ehlini o qeder sixir ki, hetta onlar gulmeli hadiseleri danishanda da ozleri bele, gulumseye bilmirler. Bezen uzleri yalandan gulse de, urekleri, beyinleri maddi catishmamazliqlari, sixintilari ve diger problemleri dushunduyunden daxilen aqlayirlar. Azerbaycanin umummilli shairi Moshu Goyezenli "xoshbaxtliq" sozune qafiye tapa bilmediyi kimi, bizim jurnalistler de bashlarina gelenleri gule-gule danisha bilmirler. Cunki "xoshbaxtliq"a qafiye tapmaq ucun heqiqi xoshbextlik, jurnalistin gulmesi ucun ise qarni tox, cibinde ushaqina geyim almaqa pulu olmalidir...

Elman
28.10.2010, 09:22

)))Əla Zaur! Gülməli danışmısan, amma gülməli yazmayıblar!

Vusale
29.10.2010, 04:33

Usaqlar sohbetlerin bele alinmasi hec de jurnalistlerin yumor hissinin olmamasindan ireli gelmir/ sadece bele sorgular qefil olur ve tezbazar da cavab istenilir. jurnalistlerin de bezen hemin hadiseler yadina dusmur.

Leyla
07.11.2010, 13:49

Bundan artiq nece maraqli hadiseler danishamq mumkun olardi-men tesevvur ede bilmirem.Sadece yumor deyende,mehz letife nezerde tutumamaq lazimdir ki,ehvalatdaki mentiqde,yumor da bize cata bilsin.Mene ayrilqida ehvalatlarin her birsi son derecede xosh ve maraqli idi.Insafla yazmaq lazimdi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
29.08.2016, 09:01

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ

29.08.2016, 00:56

Düşmənin canına vəlvələ salan yeni türk raketi – VİDEO

29.08.2016, 00:46

Vəkili Əli İnsanovla görüşdü

29.08.2016, 00:29

Qırğızıstanda matəm elan edilib

29.08.2016, 00:18

Ət yenə bahalaşdı - VİDEO

29.08.2016, 00:02

Goranboyda partlamamış top mərmisi tapılıb

28.08.2016, 23:55

Netanyahu ilə Abbas Moskvada görüşəcək

28.08.2016, 23:37

Dünyanın ən böyük qəbiristanlığı – FOTOLAR

28.08.2016, 23:19

Hindistanda daşqınlarda 156 nəfər ölüb

28.08.2016, 23:02

Göyçayda təmir sexi külə döndü

28.08.2016, 22:39

İranda təhlükəli "nüvə casusu" saxlanılıb

28.08.2016, 22:16

"Fərat Qalxanı" əməliyyatı davam edəcək

28.08.2016, 22:01

Azad Suriya Ordusu daha 8 kəndi azad etdi

28.08.2016, 21:47

Ukraynada dəfn mərasimində 106 avtoritet saxlanılıb

28.08.2016, 21:31

İtaliyada yenidən zəlzələ olub

28.08.2016, 21:16

İnşaatda böhran . . .

28.08.2016, 21:03

Paytaxtda eyni binada üç mənzil yandı

28.08.2016, 20:45

Özbəkistan prezidenti xəstəxanaya yerləşdirilib

28.08.2016, 20:31

Kəlbəcərlə bağlı yeni sayt yaradılıb

28.08.2016, 20:15

Şəkidə güclü külək onlarla ailəni evsiz qoyub

28.08.2016, 20:04

Meyitlərdən orqan transplantasiyasının aparılması üçün TƏLİMAT HAZIRLANIR

28.08.2016, 14:41

Aprel döyüşçüləri Lənkəranda - FOTOLAR

28.08.2016, 14:20

Jurnalistin cəsədi tapıldı

28.08.2016, 13:38

Aygün Kazımova erməni təxribatının qarşısını aldı - VİDEO

28.08.2016, 13:36

İran Azərbaycana yeni səfir təyin edib

28.08.2016, 13:33

Sabahın hava PROQNOZU

28.08.2016, 13:25

"İlham Əliyev əvvəlcə 5, sonra daha 2 rayonu götürmək istəyir"

28.08.2016, 11:02

Türkiyədə dəhşətli QƏZA: 7 nəfər öldü

28.08.2016, 10:37

Ermənilər atəşkəsi 15 dəfə pozdular

ARXİV