18 fevral 2018, Bazar
Ana Səhifə - ÖLKƏ - 2010-cu il üzrə orta məktəblərdə sınaq və buraxılış imtahanlarının vaxtı məlum oldu
2010-cu il üzrə orta məktəblərdə sınaq və buraxılış imtahanlarının vaxtı məlum oldu
16.10.2009, 12:46

Modern.az 2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin əsas və orta təhsil pillələri üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq sınaq və buraxılış imtahanlarının vaxtını öyrənib. Təhsil Nazirliyinin Şəhərlər üzrə ümumtəhsil və məktəbəqədər tərbiyə şöbəsindən saytımıza bildirilib ki, sınaq imtahanları 2010-cu ilin 28 fevral - 4 aprel aralığında, buraxılış imtahanları isə iyunda keçiriləcək.
Modern.az-ın məlumatına görə , təhsil naziri Misir Mərdanov əsas və orta təhsil kursu üzrə buraxılış imtahanlarının aparılması barədə əmr imzalayıb. Əmrə əsasən, 2009-2010-cu dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində, ötən dərs illərində buraxılış imtahanlarından qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən əsas və orta təhsil kursunu bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də əhatə olunmaqla, əsas və orta təhsil kursları üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılacaq.
ümumtəhsil məktəblərində əsas və orta təhsil kursları üzrə sınaq (yoxlama) imtahanları 2010-cu ilin 28 fevral - 4 aprel, peşə liseylərində orta təhsil kursu üzrə yoxlama imtahanı isə 2010-cu ilin 21 fevral tarixlərində keçiriləcək.

Orta təhsil kursu üzrə sınaq imtahanları

Orta təhsil kursu üzrə yoxlama imtahanlarının yeri və vaxtı belə müəyyənləşdirilib:
27 fevral 2010-cu il tarixdə - Bakı və Sumqayıt şəhərlərində;
13 mart 2010-cu il tarixdə - Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarında;
27 mart 2010-cu il tarixdə -  Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında
3 aprel 2010-cu il tarixdə - Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Zaqatala, və Qobustan rayonlarında;
27 mart 2010-cu il tarixdə - Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində. Həmin rayonların işğal altında olan ərazilərində yerləşən və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində yoxlama imtahanı məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcək.

Əsas təhsil kursu üzrə yoxlama imtahanları

Təhsil nazirinin əmrinə əsasən, əsas təhsil kursu üzrə yoxlama imtahanları aşağıdakı şəhər və rayonlarda göstərilən tarixlərdə keçiriləcək:
28 fevral 2010-cu il tarixdə - Bakı və Sumqayıt şəhərlərində;
14 mart 2010-cu il tarixdə - Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarında;
28 mart 2010-cu il tarixdə - Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında;
4 aprel 2010-cu il tarixdə - Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarında;
28 mart 2010-cu il tarixdə - Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində. Həmin rayonların işğal altında olan ərazilərində yerləşən və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində yoxlama imtahanları məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcək.
Nazirlikdən bildirilib ki, yoxlama imtahanının nəticələri keçirildiyi tarixdə sinif jurnallarına yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılacaq.

Orta təhsil kursu üzrə buraxılış imtahanları

Təhsil Nazirliyindən verilən məlumata görə, orta təhsil kursu üzrə buraxılış imtahanları peşə liseylərində 2010-cu ilin aprel, ümumtəhsil məktəblərində 2010-cu ilin iyun aylarında keçiriləcək.
Buraxılış imtahanları ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçiriləcək.
Ümumtəhsil məktəblərində orta təhsil kursu üzrə buraxılış imtahanlarının yeri və vaxtı belə müəyyənləşdirilib:
3 iyun 2010-cu il tarixdə - Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarında;
7 iyun 2010-cu il tarixdə - Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında;
11 iyun 2010-cu il tarixdə - Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Zaqatala, və Qobustan rayonlarında;
16 iyun 2010-cu il tarixdə - Bakı və Sumqayıt şəhərlərində;
7 iyun 2010-cu il tarixdə - Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində.. Həmin rayonların işğal altında olan ərazilərində yerləşən və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində buraxılış imtahanları məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcək.
Peşə liseylərində orta təhsil kursu üzrə buraxılış imtahanları 2010-cu ilin 25 aprel tarixində keçiriləcək.

Əsas təhsil kursu üzrə buraxılış imtahanları

Təhsil nazirinin əmrınə əsasən, əsas təhsil kursu üzrə buraxılış imtahanları ümumtəhsil məktəblərində və peşə liseylərində 2010-cu ilin iyun ayında ana dili və riyaziyyat fənlərindən keçiriləcək.
Əsas təhsil kursu üzrə buraxılış imtahanlarının yeri və vaxtı  aşağıdakı kimi müəyyənləşdirilib:
4 iyun 2010-cu il tarixdə - Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarında;
8 iyun 2010-cu il tarixdə - Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında;
12 iyun 2010-cu il tarixdə - Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarında;
14 iyun 2010-cu il tarixdə -  Bakı və Sumqayıt şəhərlərində;
8 iyun 2010-cu il tarixdə -  Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində. Həmin rayonların işğal altında olan ərazilərində yerləşən və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində buraxılış imtahanları məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcək.
Əsas və orta təhsil kursları üzrə təkrar imtahanlar da müvafiq şəhər və rayonlarda  göstərilən tarixlərdə keçiriləcək.
Əsas və orta təhsil kursları üzrə eksternat imtahanları 2010-cu ilin 23 iyun tarixində Bakı şəhərində keçiriləcək.

Yekun qiymət necə hesablanacaq?  

Təhsil Nazirliyindən bildirilib ki, şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanının qiymətləri əsasında hesablanacaq.
Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanının qiymətləri əsasında hesablanacaq.
Buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar peşə liseyləri və ümumtəhsil məktəblərinin şagirdləri, müəllim və valideynləri arasında gələn ayın sonunadək təlimati işlər aparılacaq.
Misir Mərdanovun göstərişi ilə məktəb direktorları buraxılış sinif şagirdlərinin yoxlama və buraxılış imtahanlarında iştirakını təmin etməlidirlər.


Adəm


Elvin
23.02.2010, 12:54

Xahiş edirəm mənə 2009-cu ilin sinaq imtahani testini Göndərəsiniz

cavad
24.02.2010, 03:49

sizden xahis edirem mene tecili 2010 cu il buraxilis imtahanlarinin test lerini gonderesiz.BAKI NESRI.AZERBAYCAN RESBUPLIKASININ TEHSIL NAZIRLIYI 2010

xedice
27.02.2010, 02:45

9-cu sinif testlerini gonderin

rahim
01.03.2010, 05:41

2010-cu il 28 fevral tarixinde orta mekteblerde kecirilmiş 9-cu sinif buraxlış imtahanının cavabları na vaxt cıxacaq?

Qulu
01.03.2010, 09:46

Cavablar internetdə nə vaxt və harada çıxacaq?

vuqar
02.03.2010, 09:13

sinaq imtahanlarinin cavablari ne vaxt bilinecek ?

Memmed
02.03.2010, 10:02

28.02.2010-CU IL SINAQ IMTAHANININ CAVABLARI NE VAXT GELECEK ? 9-CU SINIFLER UCUN

FAİQ ahadli
02.03.2010, 13:11

Salam, Men de 9-cu sinif imtahanlarinin neticelerinin ne vaxt elan olunacagi ile maraqlanirdim..

nicat
02.03.2010, 13:22

9-CU SINIFLERIN YOXLAMA IMTAHANLARIN CAVABI NE VAXT CIXACAQ?

99 nömrəli məktəb yek
02.03.2010, 14:24

Imtahanin cavablari ne vaxt bilinecek 9-cu siniflerinki???

chinar
03.03.2010, 11:41

mene merkezdirilmis sinaq imtahaninin neticelerini gonderin tecili

chinar
03.03.2010, 11:44

mene merkezdirilmis sinaq imtahaninin neticelerini gonderin tecili

bextiyar
03.03.2010, 11:47

9-cu sinif imtahanlarinin neticesi ne zaman ve harada cixacaq?

elcin
03.03.2010, 11:49

Xaiş edirem ki sinaqin cavablarinin deyessiz

Meydan
04.03.2010, 02:00

salam xais edirem sinaq imtahaninin neticelerini aciklayin da gor nece gun kecib cavablar gelmiyib hele?

13 sayli mekteb
04.03.2010, 02:02

9-cu sinif imtahanlarinin neticesi ne zaman ve harada cixacaq?ureyimiz partladi axi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Qəzzada 4 İsrail hərbçisi minaya düşdü
18.02.2018, 00:54

Qəzzada 4 İsrail hərbçisi minaya düşdü

Ukrayna Rusiya ilə danışıqların şərtini açıqladı
18.02.2018, 00:33

Ukrayna Rusiya ilə danışıqların şərtini açıqladı

Azərbaycan cüdoçuları ilk yarış günü  4 medal qazandı 
18.02.2018, 00:16

Azərbaycan cüdoçuları ilk yarış günü  4 medal qazandı 

Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdi
17.02.2018, 23:59

Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdi

Türkiyədən terrorçulara növbəti zərbə
17.02.2018, 23:47

Türkiyədən terrorçulara növbəti zərbə

Bakı sakini tullantılardan neft və qaz ala bilən avandlıq hazırladı
17.02.2018, 23:31

Bakı sakini tullantılardan neft və qaz ala bilən avandlıq hazırladı

Fişənglərin alışması nəticəsində doqquz nəfər öldü
17.02.2018, 23:17

Fişənglərin alışması nəticəsində doqquz nəfər öldü

Azərbaycanda 2 ayın gəlini yoxa çıxdı -VİDEO
17.02.2018, 23:00

Azərbaycanda 2 ayın gəlini yoxa çıxdı -VİDEO

ABŞ dünyanı Şimali Koreya ilə əlaqələri kəsməyə çağırdı
17.02.2018, 22:44

ABŞ dünyanı Şimali Koreya ilə əlaqələri kəsməyə çağırdı

Uşaq bağçasında  87 uşaq zəhərləndi
17.02.2018, 22:26

Uşaq bağçasında  87 uşaq zəhərləndi

Feysbuk və FTB birgə çalışacaq
17.02.2018, 22:14

Feysbuk və FTB birgə çalışacaq

Hər il 40 milyon insan bu səbəbdən həyatını itirir
17.02.2018, 21:59

Hər il 40 milyon insan bu səbəbdən həyatını itirir

Həbsxanadan 10 məhkum qaçdı
17.02.2018, 21:43

Həbsxanadan 10 məhkum qaçdı

Türkiyə daha iki şəhid verdi
17.02.2018, 21:25

Türkiyə daha iki şəhid verdi

Qaradağlı faciəsinin qurbanları anıldı - Fotolar
17.02.2018, 21:09

Qaradağlı faciəsinin qurbanları anıldı - Fotolar

Elmar Məmmədyarov Avropa İttifaqının komissarı ilə müzakirələr apardı
17.02.2018, 20:54

Elmar Məmmədyarov Avropa İttifaqının komissarı ilə müzakirələr apardı

Üç yaşlı Zəhranın ölüm səbəbi açıqlandı
17.02.2018, 20:39

Üç yaşlı Zəhranın ölüm səbəbi açıqlandı

Zəlzələ İngiltərəni də silkələdi
17.02.2018, 20:22

Zəlzələ İngiltərəni də silkələdi

SOCAR-a məxsus benzin daşıyan maşın partladı
17.02.2018, 20:14

SOCAR-a məxsus benzin daşıyan maşın partladı

Helikopter qəzasında ölənlərin sayı 13 nəfərə çatıb
17.02.2018, 20:00

Helikopter qəzasında ölənlərin sayı 13 nəfərə çatıb

GUAM ölkələri baş nazirləri Moldovada toplanacaq
17.02.2018, 19:41

GUAM ölkələri baş nazirləri Moldovada toplanacaq

Azərbaycanlı nazir Münhen Təhlükəsizlik Konfransında
17.02.2018, 18:43

Azərbaycanlı nazir Münhen Təhlükəsizlik Konfransında

Gənc blogerlərlə bağlı sorğu yekunlaşdı - Əlixan Rəcəbov 1-ci oldu   
17.02.2018, 18:39

Gənc blogerlərlə bağlı sorğu yekunlaşdı - Əlixan Rəcəbov 1-ci oldu  

“Zob”un simptomları - Doktor: “Xəstəliyi başlı-başına buraxmayın”
17.02.2018, 18:21

“Zob”un simptomları - Doktor: “Xəstəliyi başlı-başına buraxmayın”

Sarkisyan Almaniyaya getdi   
17.02.2018, 17:59

Sarkisyan Almaniyaya getdi  

Mirmahmud Mirəlioğlu seçkilərə qatılmaq istəmədi   
17.02.2018, 17:55

Mirmahmud Mirəlioğlu seçkilərə qatılmaq istəmədi  

Qəbələdə futboldan sonra kütləvi TOQQUŞMA - VİDEO
17.02.2018, 17:37

Qəbələdə futboldan sonra kütləvi TOQQUŞMA - VİDEO

Akif Nağı seçkilərə qatılacaq - Yekun qərar verildi
17.02.2018, 17:33

Akif Nağı seçkilərə qatılacaq - Yekun qərar verildi

Seçkilərdə müşahidəçilik üçün MSK-ya 6 müraciət daxil olub
17.02.2018, 17:11

Seçkilərdə müşahidəçilik üçün MSK-ya 6 müraciət daxil olub

Prezidentliyə namizədliyi irəli sürülən 12 nəfər - SİYAHI   
17.02.2018, 17:06

Prezidentliyə namizədliyi irəli sürülən 12 nəfər - SİYAHI  

Azərbaycan kubokunun finalı mayın 28-də keçiriləcək
17.02.2018, 16:47

Azərbaycan kubokunun finalı mayın 28-də keçiriləcək

Daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürüldüyü təsdiqləndi - ADLAR   
17.02.2018, 16:37

Daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürüldüyü təsdiqləndi - ADLAR  

İki nəfərin ölümünə səbəb olan “Kamaz” sürücüsü saxlanıldı
17.02.2018, 16:30

İki nəfərin ölümünə səbəb olan “Kamaz” sürücüsü saxlanıldı

Üç gün öncə ad gününü keçirən aktyor vəfat etdi  
17.02.2018, 16:04

Üç gün öncə ad gününü keçirən aktyor vəfat etdi  

Deputatlar Xocalı soyqırımı ilə bağlı Avropaya gedirlər   
17.02.2018, 15:43

Deputatlar Xocalı soyqırımı ilə bağlı Avropaya gedirlər  

ARXİV