16 yanvar 2019, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - İvan Bunin: həyatı və yaradıcılığı - I yazı
İvan Bunin: həyatı və yaradıcılığı - I yazı
08.02.2016, 09:40

filologiya üzrə elmlər doktoru, professor

İvan Bunin 1870-ci ildə Voronejdə, zadəgan nəslində anadan olubdur. Onun mənsub olduğu nəslin Rusiyanın ictimai və mədəni həyatında rolu böyük olmuşdur. Bu nəsildən dövlət xadimləri, hərbçilər, şairlər, yazıçılar çıxmışdır. Məsələn, onlardan biri Vasili Jukovski olmuşdur. Vasili Jukovski İvan Buninin ulu babasının qeyri-qanuni oğlu olmuşdur. Belə ki, İvan Buninin ulu babasının əsir türk qızı Səlimə ilə olan münasibətindən Vasili Jukovski anadan olmuşdur. Vasili Jukovski XIX əsr rus ədəbiyyatının inkişafında xidmətləri olan yaradıcı insanlara mənəvi cəhətdən qayğı, diqqət göstərmiş, onlara mənəvi dayaq olmuşdur. Məsələn, Puşkin, Lermontov, Nekrasov və digərləri bu mənəvi dayağı görənlər içərisində olmuşdur.


İvan Alekseyeviç Buninin həyatının üç ili anadan olduğu Voronejdə keçmişdir. Sonra onun atası Orlov quberniyasının Yelits əyalətinə gəlmişdir. Və burada Butırkı xutorunda yaşamışdır. İvan Buninin uşaqlıq illəri burada keçmişdir.

İvan Alekseyeviç Buninin ilk müəllimi Nikolay Romaşkov olmuşdur. Nikolay Romaşkov Buninin dünyagörüşünün formalaşmasında böyük rol oynamışdır. Nikolay Romaşkov Moskvada Lazarev adına Şərq Dilləri İnstitutunu bitirmişdir. Çoxlu dil bilirdi və geniş dünyagörüşə malik idi. O, Bunində Şərq aləminə marağı yaratmışdı. Eyni zamanda onda poeziyaya, rəssamlığa məhəbbətini artırmışdır. Təsadüfi deyil ki, Buninin şeirlərində Türkiyə, Suriya, Misir, Səudiyyə Ərəbistanı, Hindistan xatırlanır, bu ərazilərlə bağlı mənzərələr canlandırılır. Buna Bunin ona görə nail ola bilir ki, o, gənc yaşlarından bütün Şərq ölkələrinə səyahət etmişdi. Onda Şərq ölkələrinə olan bu marağı məhz müəllimi Nikolay Romaşkov yaratmışdı. Bunin öz şeirlərində Şərqdə gözləri ilə gördüyü canlı mənzərələri əks etdirməklə yanaşı, həm də Şərqin dini dəyərlərinə də üstünlük verirdi. Məsələn, “Quran”a, Məhəmməd Peyğəmbərə, islamın yaşıl bayrağına və s. Əlbəttə irəlidə onun şeir yaradıcılığından bəhs edərkən bu məsələlərə bir daha qayıdacağıq.

İvan Buninin atası övladına və onun tərbiyəsinə biganəlik göstərmişdir. Bunun səbəbi isə onun atasının içkiyə və qumara aludə olması ilə bağlı olmuşdur. Belə olduğundan Buninin tərbiyəsində, formalaşmasında anasının rolunu xüsusilə qeyd etmək lazım gəlir. Onun anası Lyudmila Çubarova övladının tərbiyəsində, zövqünün formalaşmasında, nəcib keyfiyyətlərin yaranmasında xeyli rol oynamışdır. Buninin böyük qardaşı universitet bitirmişdi və o da kiçik qardaşının yazıçı kimi formalaşmasında mühüm rola malik olmuşdur. Kiçik qardaşına həyat, ədəbiyyat barədə müstəqil fikir söyləməkdə müstəqilliyi öyrətmişdir.

Bunin təbəiətə, kənd həyatına çox bağlı olmuşdur. O, gimnaziyada cəmi dörd il təhsil aldıqdan sonra buradan çıxmışdır. Onun gimnaziyadan çıxmasının səbəbi məlum olmamışdır. Ancaq gimnaziyadan çıxdıqdan sonra təbiətə, kənd həyatına bağlılığı daha da artmışdır.

Bunin qırmızıların Rusiyada törətdikləri bolşevik çevrilişindən sonra öz vətənindən didərgin düşür və ömrünün qalan hissəsini Parisdə yaşayır.

Bunin proletar inqilabını qəbul etməmişdir. Onun proletarlardan xoşu gəlməmişdir. Hətta proletarlara nifrəti də olmuşdur. Bolşeviklər hakimiyyətə gəldikdən sonra Bunin Rusiyanı tərk etmək niyyətində olur. 1920-ci ilin fevral ayında mühacirət edir və ömrünün sonuna qədər Sovet Rusiyasına düşmən münasibətdə qalır. Bunin 1953-cü il noyabr ayının 8-də Parisdə dünyasını dəyişir və orada da torpağa tapşırılır.

Bunin mühacirət həyatı yaşasa da, rus dilini, rus torpağını, rus düşüncə tərzini dərin məhəbbətlə sevibdir. Bunu onun yaradıcılığı da təsdiq edir. O, yaradıcılığında rus düşüncə tərzi ilə rus kəndini, onun həyatını güclü şəkildə təsvir edibdir.

İvan Alekseyeviç Bunin 1933-cü ildə Nobel mükafatı alıb. O, Nobel mükafatı alanda yaradıcılığının ən qaynar dövrü idi. İvan Bunin Nobel mükafatı alan ilk rus yazıçısıdır. O, yazıçı, şair, tərcüməçi kimi populyar olmuşdur.

Buninin şeir yaradıcılığı onun yaradıcılığının orijinallığını təsdiq edir. O, ilk şeirini 1887-ci ildə (aprel ayında) Peterburqda çap olunan “Rodina” jurnalında nəşr etdirmişdir. XIX əsrin 90-cı illərindən başlayaraq onun şeir yaradıcılığı daha da genişlənməyə başlayır. Yazdığı şeirləri 1900-cü ildə kitab şəklində çap etdirir. Yeri gəlmişkən qeyd edək ki, onun A.M.Qorki ilə dostluq münasibəti olmuşdur. A.M.Qorki onun şeirlərini yüksək qiymətləndirirdi. 1901-ci ildə Buninin şeirləri barədə yazıçı Valeri Bryusova məktub da yazmışdı. Həmin məktubda yazırdı: “Böyük məmnuniyyətlə sənə məlum edirəm ki, Buninin gözəl şeirlərindən ibarət kitabı almışam. Onu bu günlərin birinci şairi hesab edirəm”.

İvan Buninin şeir yaradıcılığında diqqəti cəlb edən məqamlardan biri “Quran”a olan rəğbətdir. “Quran”dakı “Biz sizə kövsər verdik”, “Ölümündən qorxub, vətənini atanları unutma”, “O, yol göstərən işarələr qoyur”, “Əlif, Lam, Mim”, “Bu gecə mələklər göydən enir”, “Biz mələklərə: “Adəmə səcdə edin!” – dedik. Oddan yaranmış İblisdən başqa hamı səcdə edir”, “O yatmır, mürgüləmir” və s. kəlmələr İvan Buninin şeirlərinin qaynaq yeri, mənbəyidir. İvan Bunin “Quran”dakı “Biz sizə kövsər verdik” kəlməsinə istinad edərək “Kövsər” adlı şeirində yazır:

Duman arxasında çayların çayı,
Çağlayır Kövsərin lacivərd suyu.
Bütün yer üzünü xoşbəxt edəcək-
İnan – ibadət et, döz ömrün boyu.

“Quran”dakı “Ölümündən qorxub, vətənini atanları unutma” kəlməsinə istinad edərək “Xəyanətə görə” şeirini yazır:

Allah qırdı Vətənə xəyanət edənləri,
Kəllə sümükləriylə səpildi çöl, biyaban.
Peyğəmbərsə dirildib: Haqdan həyat dilədi,
Yer torpaq təhqirini bağışlamır heç zaman.

İvan Bunin “Quran”dakı “O, yol göstərən işarələr qoyur” cümləsindən faydalanaraq “Yol göstərən işarələr” şeirini, “Bu gecə mələklər göydən enir” cümləsindən faydalanaraq “Qədr gecəsi” şeirini, “O yatmır, mürgüləmir” cümləsindən faydalanaraq “Təmcid” şeirini yazır. “Quran”dakı “Biz mələklərə: “Adəmə səcdə edin!” – dedik. Oddan yaranmış İblisdən başqa hamı səcdə edir” cümləsindən qaynaqlanaraq “İblis-Allaha” şeirini yazır:

-  Adəmin qarşısında səcdə edin! – dedin sən,
Mən oddan yaranmışam, o, palçıqdan, bilirsən. 
Quru yarpaqlar ilə alov yola gedərmi? 
Atəş ehtirasını yarpaqlar söndürərmi?

Mən öz od bayrağımı daha uca tutaram,
Sənin o Adəmini atəşimə qataram.
Dulusçu kimi onu odumda bişirərəm.
Onu bərkidib, sonra ona nəfəs verərəm.

İvan Buninin İslam dininə hörmət və ehtiramını əks etdirən xeyli şeirləri vardır. Məsələn, “Peyğəmbərin xələfləri”, “İbrahim”, “İstanbul”, “Kəbənin qara daşı”, “Məhəmməd qovulanda”, Məhəmməd və Sofiya”, “Yaşıl bayraq” və s. şeirlər bu qəbildəndir. İvan Bunin yaradıcılığına şair kimi başlasa da, sonralar onlarla hekayə və povestlər yazmışdır. Onun nəsr yaradıcılığı 1910-cu ildən sonra başlamışdır. Hekayələri kifayət qədər həyat hadisələrini dolğun əks etdirən nümunələr kimi diqqəti cəlb edir. İvan Buninin “Natali”, “Gözəl”, “Gicgici”, “Antiqona”, “Zümrüd”, “Qurdlar”, “Vizit kartları”, “Bir tanış küçədə”, “Xaç analığı”, “Gəcə vaxtı”, “Ballada”, “Qafqaz”, “Henrix”, “Parisdə”, “Qisas”, “Gecə qonağı”, “Başlanğıc”, “Quzğun” və s. hekayələri real həyatı əks etdirmək baxımından bədii dəyəri ilə seçilən hekayələrdir. Onun hekayələrinin əksəriyyəti 1940-cı illərdə yazılmış hekayələrdir. 1940-cı ilin 28 sentyabrında yazdığı “Gözəl” hekayəsi gözəllik barədə düşünməyə əsas verir. Belə ki, bu hekayə “Dünyanı gözəllik xilas edəcək” fikrini təsdiq etmir. Gözəllik bir göstərici kimi yaxşıdır, göz oxşayandır, həyata bəzəkdir. Ancaq gözəllik dünyanı xilas edə bilərmi?! Axı gözəlliyin özünün qorunmasına, mühafizə olunmasına ehtiyac var. Yaxşı olar ki, konkret olaraq “Gözəl” hekayəsinin öz məzmunundan çıxış edək. Bu mənada hekayədəki konkret bədii parçalara müraciət edərək təhlil aparmaq yerinə düşər. Hekayə belə başlayır: “Dövlət palatasının dul, qoca məmuru hərbi rəsisin gözəl, gənc qızı ilə evləndi. O, təvazökar və azdanışan idi, qız isə öz qiymətini bilirdi. O, arıq, uzun, vərəmlilərə xas bədən quruluşuna malik idi, yod rəngli eynək taxır, bir az boğuq səslə danışırdı, əgər nəyisə ucadan demək istəsə, səsi elə gəlirdi ki, sanki, hansısa deşikdən çıxır. Qız isə bəstəboy idi, həmişə zövqlə geyinərdi; ev işlərində çox diqqətcil, təsərrüfatçı qabiliyyəti vardı, nüfuzedici baxışlara malik idi. O, bütün münasibətlərdə quberniyanın bir çox başqa məmurları kimi maraqsız görünürdü, ancaq birinci nikahda da gözəl qadınla evlənmişdi; - hamı əlini yelləyərək fikirləşirdi ki, görəsən, nəyə görə gözəllər buna ərə gedirlər?” (İvan Bunin. Seçilmiş əsərləri. Bakı: “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, s.50) Sual olunur: Niyə belələri həmişə gözəllə evlənməlidir? Niyə belələrinin qismətinə həmişə gözəllər çıxmalıdır? Nə üçün belə dul, qoca məmurlar gözəl, göyçək bir qızla evlənməlidirlər? Nəyə görə hər kəs öz tayını tapmamalıdır? Nəyə görə hərə öz ayağını yorğanına görə uzatmamalıdır? Nəyə görə hər kəs öz gördüyü iş barədə düşünməməlidir? Etdiyi və gördüyü işlər barədə fikirləşməməlidir?

İvan Buninin “Gözəl” hekayəsində gözəlliyin gətirdiyi ziyan da suallara səbəb olur. Belə ki, hər hansı bir gözəlliyə vurğunluq başqa bir gözəlliyi məhv edir, öldürür. Bu mənada hekayənin digər bir bədii parçasına diqqət edək: “Budur, ikincinin (dul, qoca məmurun ikinci arvadı, gözəl gənc qız – B.X.) onun birinci arvadından olan yeddiyaşlı oğlundan zəhləsi getməyə başladı, elə bil, onu heç görmürdü də. Uşağın atası isə arvadının qorxusundan özünü riyakarlıqla elə göstərməyə başladı ki, guya, heç əvvəldən oğlu olmayıb. Təbiətən çılğın və mehriban oğlan onlar evdə olanda söz deməkdən qorxub özünə qapandı, evdə mövcud olmayana çevrildi”. (İvan Bunin. Seçilmiş əsərləri. Bakı: “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, s.50) Yenə də suallar yaranır. Bir-birinin ardınca doğan suallar gözəlliyin gətirdiyi acı nəticələri üzə çıxarır. Suallar belədir: Dul, qoca məmurun birinci arvadından olan yeddiyaşlı oğlundan niyə zəhləsi getdi? Dul, qoca məmurun özünü riyakar göstərməsinin səbəbi nə oldu? Təbiətən çılğın və mehriban oğlan niyə söz deməkdən qorxdu, evdə mövcud olmayana çevrildi? Cavab belədir: Ona görə ki, dövlət palatasının dul, qoca məmuru hərbi rəisin gözəl və gənc qızı ilə evlənmişdi. Deməli, dövlət palatasının dul, qoca məmuru gözəl və gənc bir qızla evləndiyi üçün başqa bir gözəlliyi – yeddiyaşlı oğlan uşağının gözəlliyini məhv edir. Onun görəcəyi bütün gözəl günləri uşağın əlindən alır. Bunların hamısını gənc və gözəl bir qızla ailə qurmaq üçün edir. Yenə də hekayənin süjetinə diqqət yetirək: “Toydan sonra onu atasının yataq otağından balaca qonaq otağındakı məxmər üzlüklü divana köçürdülər. O, narahat yatır, gecə üstündən adyal və döşəkağını yerə salırdı. Çox keçmədi ki, gözəl ev sahibəsi qulluqçuya dedi:

-  Bu biabırçılıqdır; belə getsə, o, tezliklə divanın məxmərini sürtüb çıxaracaq, Nastya, onun üçün yatağı dəhlizdə sənə gizlətmək üçün verdiyim, rəhmətlik xanımın sandığının üstündəki döşəkcədə, özü də yerdən salarsan.

İşıqlı dünyada tamamilə yalqız qalan oğlansa tam müstəqil, evdən tamamilə təcrid olunmuş bir həyat yaşayırdı – eşidilməz, görünməz, gündən-günə yeknəsəq olan bir həyat...Özü üçün qonaq otağının küncündə farağat oturur, qrifel lövhədə evciklər çəkir, vərəqləri qatlanmış, hələ anası sağ ikən ona alınan yeganə şəkilli kitabı pıçıltı ilə oxuyur və pəncərələrdən baxırdı... O, kiçik divanla palma basdırılmış çəlləyin arasında yatırdı. Özünə axşamlar yer salır, səhərlər isə səliqə ilə yığıb qatlayır, dəhlizdəki anasındanqalma sandığa qoyurdu. Ona əziz olan hər nə varsa, orada gizlədilmişdi”. (İvan Bunin. Seçilmiş əsərləri. Bakı: “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, s.50-51)

Yeddiyaşlı uşağın atasının yataq otağındakı divana köçürülməsinin, oradan dəhlizdəki sandığın üstündəki döşəkçə üstündə yerləşdirilməsinin səbəbi nədir? Əlbəttə, yeddiyaşlı uşağın atasının gözəl bir qızla evlənməsi.

Gözəl bir qız... Onun qarşısındakı acizlik... Gözəl bir qızın yeddiyaşlı oğlan uşağının həyatına gətirdiyi bədbəxtlik... Dul və qoca məmurun gözəl bir qızla ailə qurması və bunun naminə yeddiyaşlı oğluna əzablar gətirməsi...

Bunların hamısı gözəlliyin dəyərini azaldır. Əgər gözəllik naminə kimlərəsə əzab-əziyyət veriləcəksə, onda o gözəllik gözəl görünmür. Belə olanda gözəl də, gözəllik də kiçik maraqların, ötəri və keçici zövqlərin təsiri altında olur. Belə gözəl və gözəllik hamı tərəfindən qəbul olunmur. Necə ki “Gözəl” hekayəsində gözəl və gənc qız zahiri gözəllikdən o yana gedə bilmir. Daxili aləmi, mənəvi dünyası baxımından kasıb, lakin zahirən gözəl olan qız çox aldadıcı görünüşü ilə insan həyatına bədbəxtlik gətirir.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Oxucu
15.02.2016, 14:36

Professor, ədəbiyyatşünas-alim Buludxan Xəlilov Bunin haqqında yazdığı bu məqaləsinin 1-ci abzasında bütün cümlələri "olmuşdur" feli ilə bitirir. Məncə belə olmaz və bu hissə redaktə olunmalıdır. Deyilənə görə, Bunin Avropa gözəllərinə biganə qalmayıb və məşuqəbazlığı ilə ad çıxarıb. Sovet dağılana yaxın isə SSRİ mətbuatında söz yayılımışdı ki, Bunin mühacirətdə olanda Ceyhun Hacıbəyov ilə və sonra Məmmədəmin bəy Rəsulzadə ilə görüşübdür. Onları proletariata nifrət yaxınlaşdırıbdır. Aralarında Şərq, Qafqaz, Azərbaycan mədəniyyəti, ədəbiyyatı və fəlsəfəsi haqqında fikir mübadilələri olubdur. Bu barədə Buludxan Xəlilovun da maraqlı araşdırmaları olmamış deyil. Mətbuatda dərc eləsə, hamı oxuyar. Buludxan müəllim rus yazıçılarından nə qədər çox yazsa, bir o qədər millət oxuyub inkişaf edər. Adam nə qədər Füzulidən, Gəncəvidən, Mirzə Cəlildən, Hüseyn Caviddən, Müşfiqdən, Axundovdan, Hüseyn Abbaszadədən, Ramiz Rövşəndən, Aqşin Anaçaydan yazılanları oxuyar? Müasir Azərbaycanlı Bunini, Çexovu, Darqomıjskini, Tolstoyu, Lermontovu, çariça Lenanın, Yekətrinanın və çar Pyotrun, İvanın müasiri olan rus ədiblərini, onların həyatını oxuyar və öyrənər ki gözüaçıq böyüsün, mədəniyyəti artsın. Onlar biz oxumasalar da olar, amma biz mütləq Buninin nə vaxt doğulduğunu və atasının alkaş olduğunu, Şərq və Quran ayələri barədə şeirlər yazdığını mütləq bilməli və bununla xüsusi milli qürur duymalıyıq. Amma belə şeyləri yazanda Fazil Qəzənfəroğıunun da fikirlərini bilmək maraqlı olar. O, belə ədəbi nağıllara inanan romantik deputat deyil, heç kimin ağlına gəlməyən sualları tapıb milli istehza yarada bilən sürrealist tənqidşünasdır. Sağ olun Buludxan müəllim. P.S. Zəhmət olmasa deyin, Buludxan sözünün mənası nədir? Yəqin bu ad Turan türklüyündən irəli gəlir, məsələn, necə ki Ayxan, Göyxan, Kayaxan, Deniz xan?

TUNCAY
15.02.2016, 21:50

Nədənsə , biz öndə gedən insanlarda yalnız qüsur axtarmağa çalışırıq. Bu hal paxıllıqdanmı irəli gəlir, ya ədavətdənmi.....?! Həqiqəti yalnız ALLAH bilir. Yadıma bir lətifə düşür: Cəhənnəmdə 3 qazan qaynayır. Birinin qapağı bağlı olur, hətta üstünə daş da qoyulmuş olur ki,açılmasın. 2-ci qazanın ağzında da qapaq olur. 3-cü qazan isə ağzıaçıq şəkildə olur. Səbəbi bu cür açıqlanır ki, 1-ci qazanda qaynayan ermənilərdir. Əgər biri çıxsa, köməkləşib digərlərini də çıxaracaq. Qazanın ağzı ona görə bu cür möhkəm bağlanıb. 2-ci qazanda qaynayan ruslardır. Onlar çıxanda bir-birlərinə kömək etmirlər. Hər kəs özü üçündür. Nəhayət, 3-cü qazanda azərbaycanlılar qaynayır. Qapağa ehtiyac yoxdur. Əgər biri cəhd edib çıxmaq istəsə, içəridəkilər mütləq ayağından tutub çəkəcəklər ki, çıxmasın... Bu anonim yazıya cavab verməyə bilməzdim. Şəxsən mən hörmətli Buludxan müəllimin daimi oxucusu və dinləyicisi kimi onun məqalələrindən, kitablarından, televiziya çıxışlarından çox şey əldə etmişəm. Hörmətli anonim oxucu, qeyd etdiyiniz azərbaycanlı ədiblər haqqında Müəllimimizdən çox eşidib çox oxumuşuq. Zənn edirəm ki, müasir gəncliyə Bunin kimi insanların həyat və fəaliyyətlərindən də nəsə çatdırmaq yersiz olmaz.Buna görə də, dəyərli müəllimimə təşəkkür edirəm. ALLAH Buludxan müəllim kimi ziyalılarımızı elm aləmindən və təhsil ocaqlarımızdan əskik etməsin. Hamı olmasa da, məncə, əksəriyyət bu cür təmiz, haqsevən ,haqqın tərəfində duran, elmini əsirgəməyən müəllimlərimizdən ibrət götürür, həyatlarına şamil edir. Gəlin bu böhranla dolu günümüzdə xalqın bəhrələndiyi ziyalılarımıza təkan verək, onları yersiz sözlərlə ruhdan salmayaq.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR   
16.01.2019, 09:25

Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR  

Ali məktəblərin əldə etdiyi gəlirlərin 40 faizi müəllimlərə sərf ediləcək
16.01.2019, 09:20

Ali məktəblərin əldə etdiyi gəlirlərin 40 faizi müəllimlərə sərf ediləcək

Azərbaycanda 5111 nəfər adını, ata adını, soyadını dəyişmək istəyib - RƏSMİ   
16.01.2019, 08:16

Azərbaycanda 5111 nəfər adını, ata adını, soyadını dəyişmək istəyib - RƏSMİ  

Manat və dollar bu gün hansı məzənnədə olacaq?
16.01.2019, 08:09

Manat və dollar bu gün hansı məzənnədə olacaq?

Prezidentliyə namizədlərin sayı 8-ə çatdı
16.01.2019, 00:59

Prezidentliyə namizədlərin sayı 8-ə çatdı

Yanvarın 17-də uşaqların bağçaya aparılmaması tövsiyə edildi
16.01.2019, 00:20

Yanvarın 17-də uşaqların bağçaya aparılmaması tövsiyə edildi

Parlamentarilər Avropa İttifaqından çıxmağın əleyhinə səs verdi
16.01.2019, 00:11

Parlamentarilər Avropa İttifaqından çıxmağın əleyhinə səs verdi

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
15.01.2019, 23:51

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
15.01.2019, 23:41

Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR

“Boko Haram”  daha bir şəhəri ələ keçirdi
15.01.2019, 23:18

“Boko Haram” daha bir şəhəri ələ keçirdi

Bu avtomobildə qüsur tapan hakerə 1 milyon dollar ödəniləcək
15.01.2019, 23:06

Bu avtomobildə qüsur tapan hakerə 1 milyon dollar ödəniləcək

Elmar Məmmədyarov  həmsədrlərlə görüşdü - FOTO
15.01.2019, 22:50

Elmar Məmmədyarov  həmsədrlərlə görüşdü - FOTO

Güclü qar səbəbindən Ankara-İstanbul  yolu bağlandı
15.01.2019, 22:32

Güclü qar səbəbindən Ankara-İstanbul  yolu bağlandı

İranda 49 min uşaq dövlət tərəfindən tanınmır
15.01.2019, 22:14

İranda 49 min uşaq dövlət tərəfindən tanınmır

ABŞ Gürcüstan və Ukraynada hərbi laboratoriya yaradıb
15.01.2019, 22:00

ABŞ Gürcüstan və Ukraynada hərbi laboratoriya yaradıb

Paşinyan gözlənilmədən Gürcüstana gəldi
15.01.2019, 21:39

Paşinyan gözlənilmədən Gürcüstana gəldi

Gələn aydan sayğaclara baxış keçiriləcək
15.01.2019, 21:22

Gələn aydan sayğaclara baxış keçiriləcək

İlham Əliyev Fransanın sabiq prezidentini qəbul  etdi
15.01.2019, 21:06

İlham Əliyev Fransanın sabiq prezidentini qəbul  etdi

Bakı Nəqliyyat Agentliyi də hava ilə bağlı XƏBƏRDARLIQ etdi   
15.01.2019, 20:52

Bakı Nəqliyyat Agentliyi də hava ilə bağlı XƏBƏRDARLIQ etdi  

“Leyla Əliyevanın təşəbbüsü ilə Macarıstanın Debrecen Universitetində təhsil alıram” – azərbaycanlı tələbə
15.01.2019, 20:46

“Leyla Əliyevanın təşəbbüsü ilə Macarıstanın Debrecen Universitetində təhsil alıram” – azərbaycanlı tələbə

Bakıda külək ağacı maşının üzərinə aşırdı
15.01.2019, 20:30

Bakıda külək ağacı maşının üzərinə aşırdı

Rəsulzadənin barelyefinin oğurlandığı təsdiqləndi: Çox qiymətli materialdan hazırlanmışdı
15.01.2019, 20:19

Rəsulzadənin barelyefinin oğurlandığı təsdiqləndi: Çox qiymətli materialdan hazırlanmışdı

Gözlənilən təhlükəli hava şəraiti ilə bağlı QƏRARGAH yaradıldı
15.01.2019, 20:01

Gözlənilən təhlükəli hava şəraiti ilə bağlı QƏRARGAH yaradıldı

37,1 milyard manatlıq məhsul satılıb...
15.01.2019, 19:37

37,1 milyard manatlıq məhsul satılıb...

Sabah Xətai qazsız qalacaq
15.01.2019, 19:31

Sabah Xətai qazsız qalacaq

Şamaxıda yol qəzası - ölən var
15.01.2019, 19:12

Şamaxıda yol qəzası - ölən var

Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edildi - Komissiya yaradıldı
15.01.2019, 18:55

Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edildi - Komissiya yaradıldı

Novruz Məmmədov tapşırıqlar verdi
15.01.2019, 18:42

Novruz Məmmədov tapşırıqlar verdi

“ASAN”da konsulluq xidmətləri göstəriləcək
15.01.2019, 18:25

“ASAN”da konsulluq xidmətləri göstəriləcək

Prezident səfiri geri çağırdı
15.01.2019, 18:15

Prezident səfiri geri çağırdı

Mətbuat Şurası “Təzadlar”ı yenidən “qara siyahı”ya sala bilər
15.01.2019, 18:10

Mətbuat Şurası “Təzadlar”ı yenidən “qara siyahı”ya sala bilər

Dubayda “Azərbaycan Ticarət Evi” açıldı
15.01.2019, 18:00

Dubayda “Azərbaycan Ticarət Evi” açıldı

Qulu Məhərrəmli Arif Alışanovun işdən çıxarılmasından DANIŞDI
15.01.2019, 18:00

Qulu Məhərrəmli Arif Alışanovun işdən çıxarılmasından DANIŞDI

“Bu məsələ belə qalmamalıdır” - Rəsulzadənin barelyefinin oğurlanmasına sərt ETİRAZ   
15.01.2019, 17:46

“Bu məsələ belə qalmamalıdır” - Rəsulzadənin barelyefinin oğurlanmasına sərt ETİRAZ  

Bakcell sosial şəbəkələrdə abunəçi sorğularını 100% cavablandırıb
15.01.2019, 17:01

Bakcell sosial şəbəkələrdə abunəçi sorğularını 100% cavablandırıb

SOCAR 1700-dən çox neftçini təxliyə edir
15.01.2019, 16:56

SOCAR 1700-dən çox neftçini təxliyə edir

AzTV-yə sədrlik Rövşən Məmmədova tapşırıldı   
15.01.2019, 16:45

AzTV-yə sədrlik Rövşən Məmmədova tapşırıldı  

Arif Alışanov AzTV sədrliyindən çıxarıldı - SƏRƏNCAM
15.01.2019, 16:30

Arif Alışanov AzTV sədrliyindən çıxarıldı - SƏRƏNCAM

Azərbaycanda uşağın cinsiyyətini qabaqcadan öyrənmək qadağan edilir    
15.01.2019, 16:14

Azərbaycanda uşağın cinsiyyətini qabaqcadan öyrənmək qadağan edilir  

Komitə sədri Parlamentdə vətəndaşları qəbul etdi
15.01.2019, 16:12

Komitə sədri Parlamentdə vətəndaşları qəbul etdi

Çevik Polis Alayında əməliyyat müşavirəsi   
15.01.2019, 15:55

Çevik Polis Alayında əməliyyat müşavirəsi  

Fədayə Laçın məhkəmə qərarından şikayət etdi
15.01.2019, 15:46

Fədayə Laçın məhkəmə qərarından şikayət etdi

Bakı meriyası Milli Şuranın mitinqinə icazə verdi
15.01.2019, 15:31

Bakı meriyası Milli Şuranın mitinqinə icazə verdi

Hindistanlı turist Qarabağdan VİDEO çəkib
15.01.2019, 15:27

Hindistanlı turist Qarabağdan VİDEO çəkib

Bağlanan bankın əmanətçilərinə 824.3 milyon manat ödənilib
15.01.2019, 15:25

Bağlanan bankın əmanətçilərinə 824.3 milyon manat ödənilib

65 yaşınız mübarək, Ağalar Bayramov!   
15.01.2019, 15:14

65 yaşınız mübarək, Ağalar Bayramov!  

Ləğv olunan dövlət orqanlarına işə qəbul üzrə müsahibələr keçirilməyəcək
15.01.2019, 15:13

Ləğv olunan dövlət orqanlarına işə qəbul üzrə müsahibələr keçirilməyəcək

Suriyanın taleyini Ərdoğanla Putin həll edəcək
15.01.2019, 15:06

Suriyanın taleyini Ərdoğanla Putin həll edəcək

Fevralın 1-dən tələbə köçürmələri başlayacaq   
15.01.2019, 15:05

Fevralın 1-dən tələbə köçürmələri başlayacaq  

Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri açıqlandı
15.01.2019, 14:56

Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri açıqlandı

ARXİV