27 iyun 2016, Bazar ertəsi
Ana Səhifə - - Azərbaycan Diplomatik Akademiyasının magistraturasına qəbul elan edilib
Azərbaycan Diplomatik Akademiyasının magistraturasına qəbul elan edilib
22.10.2009, 12:23
Tələbə Qəbulu üzrə Dövlər Komossiyası (TQDK) respublika ali məktəblərinin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və Azərbaycan Diplomatik Akademiyasının magistraturasına qəbul elan edib. Bu barədə Modern.az-a
TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Sənəd vermək hüququna ali peşə təhsilini başa vurmuş və ali təhsil haqqında diplomu olan şəxslər malikdirlər.
MBA proqramı üzrə magistraturaya ixtisasından asılı olmayaraq bütün bakalavrlar sənəd verə bilərlər.
Azərbaycan Diplomatik Akademiyasının magistraturasına ixtisasından asılı olmayaraq bütün bakalavrlar, eyni zamanda magistrlər və bakalavr pilləsinin sonuncu kursunda təhsil alanlar da sənəd verə bilərlər.
TEMPUS proqramı üzrə isə yalnız müvafiq ixtisas istiqamətləri üzrə təhsil almış bakalavrlar sənəd verə bilərlər. Həmin ixtisasların siyahısı Magistr” xüsusi buraxılışının 8-ci sayında çap edilib.
TQDK bəyan edib ki, s ənədlərin qəbulu internet vasitəsi ilə aşağıdakı qaydada aparılacaq:
Bakalavr şəxsiyyət vəsiqəsindən (nömrəsindən və PİN kodundan) və "TQDK-nın ödəmə kartı"ndan (iş nömrəsi və şifrindən) istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olur və oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurur, sonra tələb olunan sənədləri TQDK-da yaradılmış SQK-ya təqdim edib “Bakalavrın elektron ərizəsi” formasını təsdiq etdirir.
Ali məktəblərin magistratura pilləsinə qəbul olmaq istəyən xarici dövlətlərin vətəndaşları “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da doldurmalı və təsdiq etdirməlidirlər.
Bakalavrlar ərizələrini təsdiq etdirmək üçün 2009-cu il noyabrın 26-dan dekabrın 4-dək (bazar günü istisna olmaqla) saat 9-dan 17-dək SQK-ya “TQDK-nın ödəmə kartı”nı və tələb olunan sənədləri təqdim etməlidirlər.
Hər bir bakalavr müxtəlif dövlət və qeyri-dövlət ali məktəblərinin təhsili ödənişsiz və ödənişli əsaslarla olan 10-dək ixtisas kodunu seçə bilər. Seçilmiş ixtisaslar eyni bir qəbul proqramına aid olmalıdır. 
Qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrın məntiqi təfəkkürü, informatika Azərbaycan Diplomatik Akademiyasına daxil olmaq istəyənlərin riyaziyyat fənnini) və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə qəbul olmaq istədiyi ixtisas üzrə bilik səviyyəsi yoxlanılır. 
Hər iki mərhələdə bakalavrın hər düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Birinci mərhələdə bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika (Azərbaycan Diplomatik Akademiyasına daxil olmaq istəyənlərə riyaziyyat) üzrə 25 test tapşırığı təqdim olunacaq. 
Xarici dil kimi Azərbaycan bölməsinin bakalavrlarına ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir.
Tədrisi ingilis dilində olan ixtisasları seçmək istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini göstərməlidirlər.
Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən məntiqi təfəkkürü yoxlayan testdən topladığı bal 20-dən, informatika (ADA-ya daxil olmaq istəyənlər üçün riyaziyyat) üzrə testdən topladığı bal 10-dan, xarici dili bilmə səviyyəsini yoxlayan testdən topladığı bal 10-dan az olmayan bakalavrlar qəbul imtahanının ikinci mərhələsinə buraxılacaqlar.
Azərbaycan Diplomatik Akademiyasının magistraturasına sənəd verən və qəbul imtahanının birinci mərhələsini keçən namizədlər ikinci mərhələdən azad olunacaqlar və akademiyanın apardığı qəbul proseduralarından keçəcəklər. 
İmtahan suallarının cavablandırılmasına birinci mərhələdə 2 saat 30 dəqiqə, ikinci mərhələdə isə 1 saat 30 dəqiqə vaxt ayrılacaq.
Seçdiyi ixtisasların hər hansı biri üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın iki mərhələ üzrə imtahanlardan topladığı ümumi bal (ballarının cəmi) 75-dən, o cümlədən ixtisas üzrə testdən topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın ingilis dilindən topladığı bal 20-dən az olmamalıdır.



Vüsalə
04.11.2009, 08:17

Azərbaycan Diplomatik Akademiyasına sənəd verənlər II mərhələdə nədən imtahan verəcəklər? Təhsil haqqı nə qədərdir? Dərslər hansı formada keçirilir.

fərahilə
05.05.2010, 03:57

Salam 2010 cu il ücün imtahan vaxtin bilmək istəyirəm.magisturatura ücün.

leyla
16.07.2010, 04:35

Azerbaycan Diplomatik Akademiyasina sened verenler 2ci turda neden imtahan verecekler????????????????

Kenan
06.10.2010, 11:46

Salam 2010-2011 ci il ücün imtahan vaxtin bilmək istəyirəm.magisturatura ücün.

samire
08.02.2011, 15:32

salam.Azerbaycan Diplomatik Akademiyasina 2011 ci il ucun magistr imtahanlari umumi magistr imtahanlari ile eyni vaxta kacirilecek?bir defe qeydiyatdan kecmiwem,bu kifayet edir,yoxsa ayrica qeydiyyat lazim gelir??????tewekkurer..

Mahnur
03.03.2011, 06:14

Azərbaycan Diplomatik Akademiyasına sənəd verənlər II mərhələdə nədən imtahan verəcəklər? Təhsil haqqı nə qədərdir?

mensure memmedova
15.07.2011, 03:55

men tercumeni bitirmisem ve bura sened vemek ucun hansi imtahanlari vermeliyem ve toefldan da imtahan vermeliyem bir de odenis ghaqqi ne qederdir

faiq
05.08.2011, 19:01

Azərbaycan Diplomatik Akademiyasına sənəd verənlər II mərhələdə nədən imtahan verəcəklər? Təhsil haqqı nə qədərdir? Dərslər hansı formada keçirilir

ayten
07.09.2011, 02:41

tehsil haqqi ne qederdir? riyaziyyatdan nece sual teqdim olunacaq?

Nigar
14.09.2011, 02:36

Azerbaycan Diplomatik Akademiysinda illik tehsil haqqi ne qederdir??? xahiw edirem cavabladirasiniz

Zinyet
18.11.2011, 09:21

Salam. zehmet olmasa mene ADA-in master bolmesine daxil olmaq uchun ikinci merhelede neden imahan vereceyimiz baree melumat verin. bundan elave tehsil odeniwsiz ola biler? eger olarsa bunun hansi wertleri var?

ADA
24.01.2015, 22:25

Xahis edirem mene ada universitetinin illik haqqini ne qeder oldugununu bildiresiniz birde kecid bali sizden cavab gozleyirem

Aysel
26.07.2015, 17:45

Salam.Azərbaycan Diplomatik Akademiyasına sənəd verənlər II mərhələdə nədən imtahan verəcəklər? Təhsil haqqı nə qədərdir? Dərslər hansı formada keçirilir?

senan
27.08.2015, 12:55

2015ci il ucun yaza bilersiz ada tedris ingilis dilinde.necedir wertler bilmek isderdim

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
27.06.2016, 14:24

Qazaxda meyiti tapılan qadının azyaşlı qızı da öldürülüb

27.06.2016, 14:18

Yaponiyada güclü zəlzələ oldu

27.06.2016, 14:15

Klinton mavilərin paradında iştirak edib

27.06.2016, 14:15

Roma papası ermənilərə söz VERDİ: “Azərbaycanlılarla danışacam”

27.06.2016, 14:12

Sabahın hava PROQNOZU

27.06.2016, 14:08

Avropa İttifaqına alternativ yaradılır

27.06.2016, 12:00

Təyyarə eniş zamanı yandı - VİDEO

27.06.2016, 10:47

Rəsmi Bakıdan Papanın Qarabağ çağırışına CAVAB

27.06.2016, 10:38

Messi Argentina millisindən imtina etdi

27.06.2016, 10:32

Azərbaycanda “Hundai” traktorla toqquşdu, qadın öldü

27.06.2016, 10:27

Dünyanın ən zəngin insanları ziyana düşdülər

27.06.2016, 10:25

Nobel mükafatçısı Uilyam Folknerə dil barədə verilən suallar

27.06.2016, 10:15

Devalvasiya mətbuatı “yıxdı” - Baş redaktorlardan bədbin AÇIQLAMALAR

27.06.2016, 09:58

Çili millisi Amerika kubokunun qalibi oldu

27.06.2016, 09:49

Ötən gecə atəşkəs 10 dəfə pozulub

27.06.2016, 09:48

“Avro-2016”: Bu gün 1/8 final yekunlaşır

27.06.2016, 00:57

“Avro-2016”: Belçika yığması 4:0 hesablı qələbə qazanıb

27.06.2016, 00:42

Ərdoğan "Trump Tower" qülləsinin adını dəyişdirməyi təklif edib

27.06.2016, 00:21

Britaniyada 7 “kölgə” naziri istefa verdi

26.06.2016, 23:58

Xamneyinin ölüm xəbəri yayılıb

26.06.2016, 23:24

Türkiyə  İsraillə anlaşıb

26.06.2016, 23:12

"Cənub qaz dəhlizi" Azərbaycana  təxminən 50 milyard dollar qazandıracaq

26.06.2016, 22:54

İtaliyada axtarılan mafiya lideri yaxalandı

26.06.2016, 22:35

Tarixçi professor prezident seçildi

26.06.2016, 22:26

İraq ordusu daha bir şəhəri terrorçulardan təmizləyib

26.06.2016, 22:02

"Avro-2016":  Almaniya komandası növbəti mərhələdə

26.06.2016, 21:44

Bakıda "zapravka"da təhlükəli anlar yaşandı - VİDEO

26.06.2016, 21:33

Sumqayıtda gənc oğlan dənizdə batıb

26.06.2016, 21:15

Voleybol komandamız Avropa Liqasının finalına vəsiqə qazanıb

ARXİV