Modern.az

Prezident 700-dək məcburi köçkün ailəsinə bina tikintisi üçün 3 milyon manat ayırıb

Prezident 700-dək məcburi köçkün ailəsinə bina tikintisi üçün 3 milyon manat ayırıb

2 Sentyabr 2009, 20:36

Azərbaycan prezidenti İlham Əliyev qaçqın və məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu barədə Prezidentin mətbuat xidmətindən məlumat verilib.
Sərəncama əsasən, 700-ə yaxın məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalarının layihələndirilməsi və tikintisi məqsədilə 2009-cu ildə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Prezidentin Ehtiyat Fondundan 3 mln. manat vəsait ayrılacaq. Prezidentin sərəncamı ilə Dövlət Neft Fonduna 2010-cu ilin büdcəsi tərtib olunarkən tikinti işlərinin davam etdirilməsi üçün müvafiq vəsait nəzərdə tutmaq tapşırılıb.
Sərəncamda o da qeyd olunub ki, son illər qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Ölkədə məcburi köçkün ailələri üçün 61 yeni qəsəbə salınıb, 150-dən artıq təhsil, 50-dən artıq səhiyyə, 30-dan artıq rabitə müəssisəsi tikilib istifadəyə verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi