23 fevral 2018, Cümə
Ana Səhifə - Yazılar - Mənə hörmət eləyirlər
Mənə hörmət eləyirlər
07.10.2016, 13:38

Hidayət ELVÜSAL


Belə-belə işlər

 

Sağ olsunlar, vallah heç bilmirəm onların xəcalətindən necə çıxım. O gün yenə xəbər yayıldı ki, dollar qalxır. Deməli, bahalıq olacaq. Ciblərimi eşələdim, gördüm pulum çatsa-çatsa yumurtaya çatar. Və fikirləşdim neçə ki, ucuzdur beş-on dənəsini alım.

Mağazaya getdim. Deyəsən bu bahalaşma söhbətini eşidənlər çox idi. Əməlli-başlı növbə yaranmışdı. Bir az keçmişdi ki, xəbər mağazaya da yayıldı. Satıcı mədəni surətdi dedi ki, bağışlayın, yumurta qurtardı. Amma mən səbirsizlik elədim və səsimi atdım başıma:

- Necə yəni qurtardı? Piştaxtanın altı doludur. Odey… görürəm.

İki nəfər çox böyük hörmətlə qolumdan yapışıb məni atdılar bayıra. Biri daha çox hörmət göstərib arxamdan təpik də ilişdirdi:

- Get, atdan, alə!

Üst-başımı təmizləyib, ayağa qalxdım və yenidən cumdum mağazaya. Bir polis nəzakətlə qolumu burub arxamda saxladı:

- Xuliqanlıq eləyirsən?

- Mən xuliqanlıq eləmirəm, yumurta istəyirəm.

- Toyuqlar yumurtadan kəsilib, qədeş. Qısır qalıblar.

Dartınıb polisin əlindən çıxmaq istəyəndə hörmətlə qulağımın dibinə bir şapalaq çəkib dedi:

- Gedək otdeleniyaya.

Getmək istəmədim. Amma polis əziyyət çəkib məni sürüyə-sürüyə gətirdi şöbəyə.

- Belə… - deyə növbətçi məni başdan-ayağa süzdü,- Ə, donqili, lotuluq eləyirsən, hi?

- Mən lotu deyiləm, müəllim, yumurta istəyirəm. Barmağını şişirdi:

- Ala da bə! Xoşuna gəlir?

- Bu nədi?

- Yumurta!

- Bu… yumurta  deyil axı…

- Ə, bu qurunpet nə danışır ə, hi?

- Vallah, yumurta deyil.

Növbətçi   həmin «yumurtanı» hörmətlə çənəmə ilişdirdi. Səndələsəm də yıxılmadım. Hörmət əlaməti olaraq birini də ilşidirdi:

- Yumurta! Yox bir, sərçə qatığı. Rədd ol! Bir də xuliqanlıq eləmə!

Məni atdılar bayıra. Taksi əylədib evə gəldim. Düşəndə bir manat da artıq verdim. Sürücü hörmətlə yapışdı pencəyimin ətəyindən:

- Adə, maygülü, bu nədi? Mən dilənçi-zadam səninçün?

- Qardaş…

- Nə qardaş, alə, iki də qoy üstünə!

Qoydum. Amma evə qalxa bilmədim. Başım bərk ağrıyırdı. Birtəhər yaxınlıqdakı poliklinikaya getdim. İçəri girən kimi sarışın qadın üz-gözünü turşutdu:

- Poliklinika zakrıta!

- Başım ağrıyır.

Sarışın qadın:

- Başqa balit? Mala nada pit, - deyə özünü əsdirə-əsdirə məni danladı.

- Əşi, mən içən deyiləm!

- Jal. Srazu vidna. İdi, milinkiy, idi. İdi damoy, uje pozdna – deyib məni hörmətlə çıxardı bayıra.

Hələ başqa-başqa yerlərdə də çoxlu başqa-başqa hörmətlər görmüşəm və danışmaqla qurtaran deyil. Belə mədəni, hörmətcil, qayğıkeş adamları gördükcə ürəyim açılır. Qoy neyləyirlər eləsinlər. Amma belə hörmətlə eləsinlər. Sağ olsunlar, allahçünə elə belə də olur – mənə də, başqalarına da çox böyük hörmət eləyirlər.

Çünki adam balasıdırlar, mədənidirlər…

 

 


Müəllifin digər yazıları
SON XƏBƏR
“Ermənistanın seçkiqabağı  nağılbazlığı daxili istehlaka ünvanlanıb” - XİN
23.02.2018, 22:27

“Ermənistanın seçkiqabağı  nağılbazlığı daxili istehlaka ünvanlanıb” - XİN

ABŞ Məcburi Köçkün Gənclərə İngilis dili öyrənməyə kömək edir
23.02.2018, 22:15

ABŞ Məcburi Köçkün Gənclərə İngilis dili öyrənməyə kömək edir

ATƏT PA-nın sessiyasında Xocalı soyqırımı haqqında danışılıb   
23.02.2018, 21:59

ATƏT PA-nın sessiyasında Xocalı soyqırımı haqqında danışılıb  

Azərbaycanda bu sahələrdə artıma nail olunub
23.02.2018, 21:48

Azərbaycanda bu sahələrdə artıma nail olunub

Berlində Xocalı soyqırımının 26-cı ildönümü  anılıb - Foto
23.02.2018, 21:34

Berlində Xocalı soyqırımının 26-cı ildönümü  anılıb - Foto

Suriyada xəstəxana raket atəşinə tutuldu
23.02.2018, 21:21

Suriyada xəstəxana raket atəşinə tutuldu

Bakıda İran Kino Günləri başladı
23.02.2018, 21:07

Bakıda İran Kino Günləri başladı

ABŞ səfirliyi bu tarixdə Qüdsə köçürüləcək
23.02.2018, 20:55

ABŞ səfirliyi bu tarixdə Qüdsə köçürüləcək

Bu yollarda təmir yekunlaşdı - Fotolar
23.02.2018, 20:41

Bu yollarda təmir yekunlaşdı - Fotolar

Zakir Həsənov Belarusda medal aldı
23.02.2018, 20:26

Zakir Həsənov Belarusda medal aldı

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib
23.02.2018, 20:15

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib

Bir həftədə 200 şagird və müəllim müayinə olunub
23.02.2018, 20:01

Bir həftədə 200 şagird və müəllim müayinə olunub

Daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır
23.02.2018, 19:51

Daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Uşağa qulluğa görə verilən müavinət də artırıldı
23.02.2018, 19:00

Uşağa qulluğa görə verilən müavinət də artırıldı

48 yaşlı qadının əli emal avadanlığının arasında qalıb
23.02.2018, 18:56

48 yaşlı qadının əli emal avadanlığının arasında qalıb

Azərbaycanda aqrar sahənin texniki təminatı gücləndirilir
23.02.2018, 18:46

Azərbaycanda aqrar sahənin texniki təminatı gücləndirilir

Azərbaycanda sosial müavinətlərin məbləği artırıldı
23.02.2018, 18:42

Azərbaycanda sosial müavinətlərin məbləği artırıldı

“AppLab” proqramının məzunları və yeni iştirakçıları bir arada
23.02.2018, 18:37

“AppLab” proqramının məzunları və yeni iştirakçıları bir arada

İordaniya Kralı Azərbaycan Prezidentinə məktub göndərib
23.02.2018, 18:34

İordaniya Kralı Azərbaycan Prezidentinə məktub göndərib

Beşdən çox uşağı olan qadınlara verilən müavinət artırıldı
23.02.2018, 18:27

Beşdən çox uşağı olan qadınlara verilən müavinət artırıldı

“Köçürülmənin sadələşdirilməsi tələbələr üçün yaradılan ən yaxşı imkandır”
23.02.2018, 18:18

“Köçürülmənin sadələşdirilməsi tələbələr üçün yaradılan ən yaxşı imkandır”

Qarabağda 16 nəfər ölüb, 89 nəfər yaralanıb
23.02.2018, 18:08

Qarabağda 16 nəfər ölüb, 89 nəfər yaralanıb

Kadırov Stalinin goruna söydü
23.02.2018, 17:59

Kadırov Stalinin goruna söydü

Regionlarda keçirilən festivallar bölgələrimizin mədəni zənginliyini nümayiş etdirir  
23.02.2018, 17:45

Regionlarda keçirilən festivallar bölgələrimizin mədəni zənginliyini nümayiş etdirir  

Makedoniyalı siyasətçi: ”Xocalı soyqırımı Ermənistana ləkədir”    
23.02.2018, 17:30

Makedoniyalı siyasətçi: ”Xocalı soyqırımı Ermənistana ləkədir”  

İnsan qaynaqlarına edilən yatırım - gələcəyə qoyulan sərmayədir
23.02.2018, 17:29

İnsan qaynaqlarına edilən yatırım - gələcəyə qoyulan sərmayədir

Erməni əsgər yaralanıb
23.02.2018, 17:28

Erməni əsgər yaralanıb

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
23.02.2018, 17:12

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ

AvroLiqada 1/8 finalın püşkü atıldı - RƏQİBLƏR
23.02.2018, 17:10

AvroLiqada 1/8 finalın püşkü atıldı - RƏQİBLƏR

Heydər Əsədov Ağsuda şikayətləri dinlədi
23.02.2018, 17:06

Heydər Əsədov Ağsuda şikayətləri dinlədi

Çingiz Qənizadənin Bosniya və Herseqovinada rəsmi görüşləri davam edir   
23.02.2018, 17:05

Çingiz Qənizadənin Bosniya və Herseqovinada rəsmi görüşləri davam edir  

İtaliyada institut saytında Xocalı soyqırımından bəhs edilib
23.02.2018, 17:03

İtaliyada institut saytında Xocalı soyqırımından bəhs edilib

Binəqədidə Xocalı şəhidləri anıldı
23.02.2018, 17:02

Binəqədidə Xocalı şəhidləri anıldı

Bakıda 16 avtobus marşrutunun yolu dəyişdirildi – SİYAHI
23.02.2018, 16:58

Bakıda 16 avtobus marşrutunun yolu dəyişdirildi – SİYAHI

Qərbi Kaspi Universitetində Startup Günləri başlayıb
23.02.2018, 16:56

Qərbi Kaspi Universitetində Startup Günləri başlayıb

ARXİV
SORĞU
Hansı supermarketdən alver edirsiniz?
“ARAZ” marketləri(16.2%)
“Bazarstore”(10.8%)
“Neptun” marketləri(2.70%)
“Favorit” marketi(6.75%)
“Makromarket”(2.70%)
“Bizim market”(1.35%)
“Rahat market”(2.70%)
“Bravo” marketləri(10.8%)
“Oba market”(9.45%)
Heç biri - digər mağazalar(36.4%)