Modern.az

Türk müğənnisi Hadisə erməniləri qonaq çağırır

Türk müğənnisi Hadisə erməniləri qonaq çağırır

3 Sentyabr 2009, 13:01

Hadisə Ermənistanı “Avroviziya-2009”da təmsil etmiş İnqa və Anuş bacılarını oktyabrın 14-də Bursada Türkiyə və Ermənistanın milli futbol komandaları arasında keçiriləcək oyuna baxmağa dəvət etmək istədiyini bildirib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hadisənin ofisi olan “BİZ” müşavirlik şirkətinin yaydığı açıqlamada deyilir ki, onların belə bir çalışması var: "Həm Türkiyə Futbol Federasiyasına, həm də ən üst dairələrimizə belə fikirdə olduğumuzu bildirmişik. Dövlətimizin aidiyyəti qurumlarının qəbul etdiyi qərarlara uyğun olaraq biz də o gün vəzifəmizi yerinə yetirməyə hazır olduğumuzu bəyan etmişik. Ermənistanı “Avroviziya”da təmsil etmiş komandanı Türkiyəyə qonaq çağırmaq və onlarla hər iki ölkənin vətəndaşlarına, ictimaiyyətinə, dünyaya gözəl mesajlar vermək istəyirik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...