Modern.az

Koreyalılar ölkəmizin tikinti bazarı ilə maraqlanırlar

Koreyalılar ölkəmizin tikinti bazarı ilə maraqlanırlar

3 Sentyabr 2009, 21:06

Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təşəbbüsü və rəsmi müraciəti əsasında Koreyanın bir qrup podratçılarının nümayəndələri sentyabrın 3-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq Əlaqələr və İnformasiya şöbəsinin müdiri Cahangir Qocayevlə görüşüblər. Bu barədə Modern.az-a Komitənin mətbuat xidmətindən məlumat verilib. Səfirliyin konsulu Kim Yonq Seoqun başçılıq etdiyi nümayəndə heyyətinə "Hanmiparsons! şirkətinin və Koreya beynəlxalq Podratçılar Asossasiyasının əsas və inzibatçı menecerləri daxildir.
Görüşdə hər iki ölkənin əlaqələrinin genişlənməsi və dərinləşməsində 2007-ci ildə aidiyyəti qurumlar arasında imzalanmış Anlaşma Memorandomunun əhəmiyyəti qeyd edilib və qonaqları maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparıləb.
Komitənin rəhbərliyi adından qonaqları salamlayaraq C.Qocayev onlara Azərbaycanda tikinti-investisiya siyasətinin əsas istiqamətləri, tikinti və layihə bazarının hazırki vəziyyəti, əsas kapitala investisiya qoyuluşunda dövlət mülkiyyətinin xüsusi çəkisinin artmasının səbəbləri barədə ətraflı məlumat verib, regionların sosial-iqtisadi inkişafı barədə dövlət proqramlarının əhəmiyyətindən danışıb.
.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır