27 fevral 2017, Bazar ertəsi
Ana Səhifə - Yazılar - Çərxi dönmüş dünya
Çərxi dönmüş dünya
31.10.2016, 16:21

Ey dünya, insan sənə

Evim, məskənım dedi.

Ana yurdum, el-obam,

Canım, Vətənim dedi.

Amma başın qarışıb

Biganəsən sən indi,

İnsafın-mürüvvətin

Didərginmi düşübdür?

Ay qoca dünya sənin

Çərxin niyə dönübdür?

Dərdlilərin dərdinə

“Yanıb” məlhəm olardın,

Sınan qəlbi oxşayıb

Ona həmdəm olardın,

Hamıya doğmalar tək

Yaxın, məhrəm olardın.

Bu duyğular, bu hisslər,

Nədən belə sönübdür?

Ay qoca dünya sənin

Çərxin niyə dönübdür?

Xeyirxahliq əzəldən

Mayasıdır cahanın,

Fərqini itiribsən

Sən yaxşının, yamanın,

Qan-qadalar deyirsən-

Günahıdır zamanın?

Böhtan atma zamana

Zaman dərdə düşübdür...

Ay qoca dünya sənin

Çərxin niyə dönübdür?

Qanlı muharibələrdən

Cana doyubdur insan.

Torpaq qanla sulanır,

Nə halətdir ay aman...

Südəmər körpənin də

Gözü yaşlı, bağrı qan

Anaların naləsi

Göyə bülənd olubdur.

Ay qoca dünya sənin,

Çərxin niyə dönübdür?

Meydanda davakarlar,

At oynadır neyləyək ?

Səndən sənə

Şikayətmi eyləyək ?

Daha bəsdir

Oyan görək, dur görək.

Qan-qadadan insanın

Gözündə nur sönübdür.

Ay qoca dünya sənin

Çərxin niyə dönübdür?

Keçmişdə qarlı qışın

İsti yayın var idi.

Toy–düyünlü payızın,

Güllü yazın var idi.

Dərdsiz gözəllər təki

Qəmzən, nazın var idi...

Nədən bəs gözəllərin

Qəlbi qana dönübdür?

Ay qoca dünya sənin

Çərxin niyə dönübdür?

Bu aləm yaranıbdır

Torpaqdan, sudan, oddan.

İnsan dünyaya gəldi

Bir atadan-anadan

Heç nə heç kimin deyil

Bir sahib var “Yaradan”

Tanrıdan, Yaradandan

Üzün yaman dönübdür,

Ay qoca dünya sənin

Çərxin niyə dönübdür?

Haqq olanın

Haqq işinə yarı sən!

Qılıncını haqsıza çək,

Haqqa dost ol, yar ol sən

Nədəndir haqsızları

Haqqa hakim etmisən

Elə bil ki, qəlbinə

Qara zülmət çökübdür.

Ay qoca dünya sənin

Çərxin niyə dönübdür?

Üzündən zəhər yağan

Cəllada bənzəyirsən...

Zalımlara güc verib

Gücsüzləri əzirsən...

Aləm vecinə deyil

Veyil-veyil gəzirsən

Axı belə yaramaz

İnsanı dərd üzübdür...

Ay qoca dünya sənin

Çərxin niyə dönübdür?

 

 

Akif  TƏVƏKKÜLOĞLU
Əməkdar jurnalist
1991-ci il


SON XƏBƏR
27.02.2017, 01:03

Ukraynanın Krım və Donbasla bağlı planı...

27.02.2017, 00:46

Mehriban Əliyeva: “Əsas diqqəti sosial problemlərin həllinə yönəldəcəyəm”

27.02.2017, 00:41

Türkiyə Əl Baba yeni hərbi texnika yeridib

27.02.2017, 00:25

“Mançester Yunayted” kuboka sahib oldu

26.02.2017, 23:57

Jurnalist Zabil Müqabiloğlu həyatını itirdi

26.02.2017, 23:51

Türkiyə XİN ermənilərin cəbhədəki təxribatını qınadı

26.02.2017, 23:34

Cəbhəyanı kəndlərdə vəziyyət - VİDEO

26.02.2017, 23:25

CİA-nin eks-şefindən XƏBƏRDARLIQ: “Rusiya məsələsinə son qoyulmalıdır"  

26.02.2017, 23:18

Yanğın bir ailəni evsiz qoydu

26.02.2017, 23:04

Dneprdə Xocalı tədbirinə mindən çox insan qatıldı  - Fotolar

26.02.2017, 22:55

Ərdoğan İraq kürd muxtariyyətinin lideri ilə görüşdü

26.02.2017, 22:48

Erməni general həyəcan təbili ÇALDI: “İlham Əliyev birbaşa danışır”

26.02.2017, 22:43

Sabirabadda qanunsuz ov edən şəxs saxlanılıb

26.02.2017, 22:23

Leyla Əliyeva “Sonsuz dəhliz”i izlədi - FOTOLAR

26.02.2017, 22:05

Azərbaycanla “Qatar Petroleum” arasında əməkdaşlıq müzakirə edilib

26.02.2017, 21:48

“Cəhənnəmi görmüş pilot” Kiyevdə - VİDEO

26.02.2017, 21:34

Oğurlanan almaniyalı alimlər azad edilib

26.02.2017, 21:19

Müdafiə Nazirliyi ATƏT-in bəyanatını şərh etmir

26.02.2017, 21:06

Hindistanda turistləri daşıyan qayıq batıb

26.02.2017, 20:51

Baloğlan Əşrəfova ağır itki

26.02.2017, 20:37

Prezident Qətər İş Adamları Assosiasiyasının sədri ilə görüşüb

26.02.2017, 20:29

Qazaxıstanda helikopter qəzası: 1 ölü, 1 yaralı

26.02.2017, 20:13

Həmsədrlər tərəfləri meyitlərinin qaytarılmasına şərait yaratmağa çağırdı

26.02.2017, 20:00

İlham Əliyev Qətərə gedib - Fotolar

26.02.2017, 18:21

Cocuq Mərcanlının hərbi sursatlardan təmizlənməsi davam etdirilir

26.02.2017, 18:05

Avropa İttifaqı Gürcüstan üçün viza rejimini sabah ləğv edəcək

26.02.2017, 17:34

“Beynəlxalq ictimaiyyət Ermənistana siyasi və hərbi təzyiqlər göstərməlidir” - VİDEO

26.02.2017, 17:07

21 ilin Baş naziri - Artur Rasizadə 82 yaşına çatdı  

26.02.2017, 16:59

Bu ilin ilk Günəş tutulması 26-fevralda oldu

26.02.2017, 16:55

Hacıqabulda 26 yaşlı qadın dəm qazından zəhərlənib

26.02.2017, 16:23

Hindistanda yol qəzası:16 ölü, 50 yaralı

26.02.2017, 15:56

Gəncədə “Xocalı” abidəsinin açılışı olub

26.02.2017, 15:52

Aktauda Xocalı qurbanlarının sayı qədər - 613 ağac əkildi

26.02.2017, 15:51

"Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək"

26.02.2017, 15:09

Berlində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş sərgi keçirilib-FOTO

ARXİV
SORĞU
“Hansı din xadiminə, dini ekspert və ya ilahiyyatçıya inanırsınız?”
Şeyxülislam Allahşükür Paşazadə(0.24%)
Hacı Sabir Həsənli(0.16%)
Hacı Fuad Nurullayev(0.01%)
Vasim Məmmədəliyev(0.26%)
Rafiq Əliyev(0.10%)
Hacı İlqar İbrahimoğlu(37.6%)
Hacı Şahin Həsənli(58.2%)
Elşad Miri(3.27%)