06Noyabr | Ana Səhifə - Yazılar - İndi çək görüm, necə çəkirsən
İndi çək görüm, necə çəkirsən

Namidə BİNGÖL

 

 

Külü göyə sovurub, ailə  kisəsini müflis etməyincə əl çəkən deyillər. Aşıq çaldıqca, bunların  da ümumi dərd-səri tüstüyə qoşulub havada fırlanacaq. İşə bax ha!

 

Həftənin hesabatını təqdim edirəm.

 

Trampın könlündəki

 

Bu aralar, dünya, Trampla Hillari Klintona dar gəlir. Amerikada seçki ərəfəsidir axı! Hər iki namizəd prezident olmağa iddialıdır. Ağıldan kəm məsələsində Jirinovskidən heç də geri qalmayan Tramp, səs faizinin çoxluğuna görə Klintonu üstələyə də bilir. Onsuz da Donald Trampdan Amerika prezidenti olan deyil. Əsas odur ki, Hillari Klintonu həyəcanda saxlaya bilir.

Bəzi dairələrdə Trampın prezident olacağı ehtimalı, lap ağıldan kəmlərin  imtahana sidq ürəklə hazrlaşmasına bənzədi.

Noyabrın 8-də ehtimallara son qoyulacaq və kimin ABŞ prezidenti olacağı da bəlli olacaq.

 

Türkiyədə isə bir-birinə bənzəyən hadisələr cərəyan edir. PKK-nı siyasi qanadı Xalqların Demokratik Prtiyasından olan (HDP)  millət vəkilləri həbs edilib. Onların içərisində HDP-nin həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksekdağ da var. Qərbin isə bu həbslərə görə reaksiyası Türkiyənin xeyrinə eyil.

 

Külü göyə sovuranlar

 

Azərbaycanda elə bir ailə yoxdur ki, orada siqaretin zərərli vərdiş olmasından danışılmasın.  

“Zəhrimar cana ziyandır”, “ölümü hər dəqiqə yaxınlaşdırır” kimi sözlər, nəsihət obrazından çıxıb, “tərgit”,  “çəkmə” əmrinə tabe olanda vəziyyət bir qədər də qəlizləşir.

 

Yola saldığımız həftə Milli Məclisdə tütün məhsulları müzakirəyə çıxarıldı.  “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edildi. Dəyişikliyə əsasən, tütün məhsulları reklam olunmayacaq. Təbii ki, hər deputatdan siqaretlə bağlı bir avaz eşidildi. Məsələn, deputat Hüseynbala Mirələmov televiziyalarda siqaretin reklam olunmamasını məsləhət görüb. Lap yaxşı. Tutaq ki,  Hüseynbala müəllimin  dediyi  kimi oldu. Sizcə, bununla nəsə dəyişəcək? Qonşuda çəkilən siqaretin qoxusu ətrafı elə bürüyür ki, heç bir reklama ehtiyac da qalmır.

Yəni, hər addımbaşı köşklərdə bəzəkli siqaretlər göz oxşayır. Ehhh, Hüseynbala müəllim, devalvasiya belə siqaret çəkənlərin dairəsini məhdudlaşdırmadı, siz də reklamlardan danışırsız.

Düzdür, devalvasiyadan sonra aylıq məvacibi aşağı olan ailələrdə kişinin çəkdiyi ziqaretin pulu tez hesablanmağa başladı. “Canın cəhənnəmə, cibinə yazığın gəlsin” ifadəsi də, devalvasiyanın ailələrə gətirdiyi yeni dəbdir. İndi kişinin canını yox, cibini düşünürlər. Buna baxmayaraq, kişilərin “sevimli” məşğuliyyəti  bazarda “at oynadır”. İllərdir ki, zərərli vərdişdən qurtulmaq üçün bir yol axtarılır. Amma gəl ki, çifayda!

 

Bir çoxları hələ də dərk edə bilmir ki, tütün həvəskarının çörəyi də, suyu da, havası da elə o “zəhərdir”. Bunu mən yox, özləri deyir.

 

Əlqərəz, bir qutu siqareti yarım saatın içində  alayarımçıq məhv edənlər, iqtisadi zəngin səsinə elə oyandılar ki, bir də gördülər, tüstü də qiymətə minib. İndi çək görüm, necə çəkirsən, demək də olmur. Onsuz da çəkirlər.

 

Əslində, tütün bazarında “tüstülənmə”  devalvasiyadan sonra başlamışdı. Manat dəyərdən düşdükcə, ucuz siqaretlər də “gözə girməyə” başladı.

İqtisadi qaydanın qəfil haqq-hesab zonasına “əl gəzdirməsi”, siqaret çəkənlərin tütün  sevgisini  heç də  “gözündə qoymadı”. Necə deyərlər, köhnə minvalla, tüstünü göyə sovururlar. Hələ sevdiyini siqaretinin dumanında vəsf edənləri demirəm. Onların da dünyası bir ayrı aləmdir. Sevgidən dumanlanan beyni, tüstüdən xumarlanan gözlər oxşayır. Biz də deyirik ki, devalvasiya siqaretin bazarını öldürüb. Ay-hay!

 

Avropada üzünə baxılmayan siqaretlər, Azərbaycan bazarında “qızıl” qiymətinə təqdim olunur. Hər halda deputat Musa Quliyevin dedilərindən bu qənaətə gəlmək olar. İşbazların canı sağ olsun. Biz öyrəşmişik axı, əcnəbinin üstü etiketli olan zəhərli məhsullarını udmağa.

 

 

 

 

 

Bakıda mənzildən qadın meyiti tapıldı 21 Aprel 2019, 00:54 Bakıda 17 yaşlı gənc bıçaqlandı 21 Aprel 2019, 00:39 Sükut günündə 250 pozuntu 21 Aprel 2019, 00:23 Elinanın ölümündə ittiham olunan  icra başçısının müavini AÇIQLAMA YAYDI 21 Aprel 2019, 00:08 Sumqayıtdakı davada 2 nəfər xəsarət alıb 20 Aprel 2019, 23:38 “Akif Çovdarova 3 milyon manat verə biləcəyimi söylədim” - Tağı Əhmədov 20 Aprel 2019, 23:37 Bu ölkədə 1 milyon işçi axtarılır 20 Aprel 2019, 23:14  “Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər 20 Aprel 2019, 22:57 Moskva xatirələri - VI HİSSƏ 20 Aprel 2019, 22:55 Əkrəm İmamoğlu  İstanbul əhalisini Maltəpəyə çağırdı 20 Aprel 2019, 22:39 Məni həmişə ən çox inandığım adamlar aldadıb  - YAZIÇI 20 Aprel 2019, 22:32 Dünyanın ən yaxşı universitetlərinin adları açıqlandı: SİYAHI 20 Aprel 2019, 22:18 Prezident Azərbaycanla sərhəddə gəldi 20 Aprel 2019, 22:06 Bill Qeytsin varidatı 100 milyard dolları ötdü 20 Aprel 2019, 21:59 Qar Azərbaycanın bu yollarının bağlanmasına səbəb oldu 20 Aprel 2019, 21:43 Bolqarıstanda təyyarə qəzası 20 Aprel 2019, 21:27 Fransada  Azərbaycan məktəbi açıldı - FOTOLAR 20 Aprel 2019, 21:18 Niyə Prezident bütün xırda məsələlərə müdaxilə etməlidi… 20 Aprel 2019, 21:07 Lotu Qulinin adamı sahibkarı güllələdi 20 Aprel 2019, 20:58 95 yaşlı Şirməmməd Hüseynovdan 90 yaşlı Çingiz Hüseynova maraqlı TƏBRİK 20 Aprel 2019, 20:51 Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı 20 Aprel 2019, 20:44 Parisdə 126 etirazçı saxlanıldı 20 Aprel 2019, 20:31 Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır 20 Aprel 2019, 20:17 Türkiyə ordusu 20 terrorçunu zərərsizləşdirdi 20 Aprel 2019, 20:02 Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53